Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami


Turizm industriyasının inkişafının strateji planlaşdırılması sahəsində



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə72/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   ...   68   69   70   71   72   73   74   75   76
IIETI-UNDP Turizm-az

Turizm industriyasının inkişafının strateji planlaşdırılması sahəsində: 

Turizm  industriyasının  inkişaf  etdirilməsi  üçün  hökumətin  qısamüddətli  və 

uzunmüddətli planını müəyyən edən, bu prosesdə turizm bazarının bütün iştirakçılarının aktiv 

şəkildə  iştirakını  təmin  edən  məntiqli  siyasət  və  detallı  strategiya  işlənib  hazırlanmalıdır. 

Strategiya aşağıdakı istiqamətləri əhatə etməlidir: 

  Turizm  məhsullarının  diversifikasiyası  və  keyfiyyətinin  yüksəldilməsi  (onu 

istehlakçılar üçün cəlbedici və əlçatan etmək, bununla da ölkənin turizm bölgəsi kimi 

rəqabətqabiliyyətliliyinin artırılması); 

  İnfrastrukturun inkişaf etdirilməsi

  İnstitusional potensialın yaradılması; 

  Ölkənin  yeni  imicinin  formalaşdırılması  məqsədilə  milli  səviyyədə  marketinq 

siyasətinin,  həmçinin,  beynəlxalq  arenada  tur-məhsul  portfeli  yaratmaq  və  digər 

konkret marketinq tədbirlərinin həyata keçirilməsi



  Turizm  haqqında  statistik  məlumatların  toplanılması,  təhlili  və  yayılmasında  müasir 

sistemlərin yaradılması. Bununla əlaqədar olaraq Turizm köməkçi hesabların (Tourism 

Satellite Accounts) milli hesablar sisteminə tətbiq edilməsi

  Sektorun  potensialının  tam  şəkildə  realizə  edilməsi  məqsədilə  rəqabət  mühitinin 

təkmilləşdirilməsi; 

  Təbii, tarixi və mədəni irsə qarşı laqeyd münasibətin aradan qaldırılması məqsədilə bu 

sahədə dövlət və ictimai nəzarətin artırılması; 

  Azərbaycana  gələn  xarici  turistlər  üçün  ölkənin  turizm  potensialı  haqqında  xəritələr, 

broşuralar, kitabçalar və s. bu kimi informasiya bülletenləri hazırlamaq; 

  Ölkə  ərazisində  yol  hərəkəti  qaydalarını  və  istiqamətləri  göstərən  nişanların  sayını 

artırmaq və həmçinin onların beynəlxalq dillərin birində verilməsi

  Turizm sektorunun çoxşaxəli istiqamətləri üzrə ixtisaslaşmanın təşkili məqsədilə yeni 

yaradılmış  Azərbaycan  Turizm  İnstitutuunda  peşəkar  müəllim-pedaqoq  heyətinin 

formalaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi. 




Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin