Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində



Yüklə 158,41 Kb.
səhifə7/10
tarix20.04.2023
ölçüsü158,41 Kb.
#100926
1   2   3   4   5   6   7   8   9   10
Psixologiya mühazirələr 2020

etmək mümkündür. Bunlara əsaslanmaqla şəxsiyyətin müxtəlif tiplərini xarakterizə etmək mümkündür. Onları nəzərdən keçirək. 1. Şüursuzluqda mövcud olan heyvani instinktlər, eyibli, bizi insani sifətdən məhrum edən ənənələr – İblis. 2. Bizdə nəsldən, etnosdan gələn, dərk etmədiyimiz, lakin bizi özünə cəlb edən ənənələr - Yoldan çıxaran. 3. Şəxsi şüursuzluğun məzmununu təşkil edən unudulmuş, aktual olmayan, bizim tərəfimizdən rədd edilən hadisələr, arzular, motivlər, biliklər – Qeyri mən. 4. Özümüz, bizi əhatə edənlər, yaşadığımız aləm haqqında şüurun koqnitiv elementləri - Mən. 5. Mövcud sosial mühitdə, xalqda, cəmiyyətdə qəbul olunmuş qiymətlərin, əxlaq normaları, mənəvi əsasların insan tərəfindən dərk edilməsi – Peyğəmbər. 6. Bütün insanlar üçün eyni olan və real şəkildə onların şüurunda bəşəriyyətin mədəni irsi kimi möhkəmlənən ümumbəşəri keyfiyyətlər – Allah. İnsan şəxsiyyətində yuxarıda qeyd olunan struktur yaradıcı elementlərindən birinin olması onun tamlığının şərti hesab olunur. Lakin bunlardan birinin və ya bir hissəsinin üstünlüyü xüsusi şəkildə müəyyənləşdirilir. Avstriya psixoloqu və psixiatoru Ziqmund Freydin (1856 – 1939) yaratdığı psixoanaltik nəzəriyyə freydizm adı ilə məşhurdur. Z.Freyd şəxsiyyətin fəallığının mənbəyini onda heyvan əcdadlarından irsən alınmış instiktiv təhriklərdə görürdü. Bununla da Freyd psixi hadisələrə yeni anlayış – şüursuzluq anlayışı gətirmişdir. Onun fikrincə şəxsiyyətin strukturunda üç komponent mövcuddur: O (id), mən (eqo), yüksək – mən (super-eqo). Z.Freyd birinci komponenti (id) şüursuzluq, ikincini (eqo) şüur, üçüncünü isə (super- eqo) yüksək şüurluluq kimi götürür. Z.Freydə görə id (o) məhz elə sahədir ki, orada yalnız sıxışdırılmış şüursuz instinktlər hökmranlaq edir və onlar həzz prinsipinə tabe olurlar. Buna görə də prinsipcə onlar dərk edilə bilməzlər. Mən (eqo) bir tərəfdən şüursuz instinktlərin ardınca gedir, digər tərəfdən gerçəkliyin norma və tələblərinə tabe olur. Yüksək - mən (super-eqo) cəmiyyətin əxlaqi tələbatlarının bir növ məcmuudur. Başqa sözlə, o, insanın hələ uşaqlıq dövründən mənimsədiyi, avtomatlaşmış sosial norma, inam, qaydalardan ibarətdir. O, bir növ nəzarətçi rolunu oynayır. Ona görə də «eqo» həmişə münaqişədə olur. «İd»- in və «yüksək – mən»- in tələbləri bir-birinə uyğun gəlmir. «Eqo (mən)» daima müdafiə mexanizminə qaçır (ona meylli olur). Şəxsiyyətin klassik nəzəriyyələri qrupuna yuxarıda qeyd etdiyimiz kimi İsveçrə psixoloqu Karl Yunqun (1875 – 1961) analitik nəzəriyyəsi də daxildir. K.Yunqa görə şəxsiyyət dörd əsas elementi özünə daxil edir: şüur, şəxsi şüursuzluq, şüursuzluq və kollektiv şüursuzluq. Bir şüurluluğa qarşı üç şüursuzluq dayandığı halda, K.Yunq buna xüsusi əhəmiyyət verir. O belə hesab edir ki, insan təkcə özünün gizli tendensiyaları ilə deyil, eyni zamanda istəkləri, məqsədləri, arzuları və qiymətdəri ilə də müəyyən edilir. K.Yunqun fikrincə çox vaxt bu maska əhval və istəyimizə uyğun gəlmir. Lakin biz mövcud sosial mühitdə
qəbul olunmuş əxlaq və davranış normalarını əsas götürərək həmin maskanı geyirik. K.Yunqa görə şəxsi şüursuzluq öz başlanğıcını uşağın anadan olduğu gundən əldə edir və bütün həyatı boyu formalaşır. Şəxsi şüursuzluq insanın artıq keçirmiş olduğu, lakin ya unutduğu, ya sıxışdırılmış müxtəlif hissləri, duyğuları, xatirələrini özünə daxil edir. Bununla belə şəxsi şüursuzluq zərurət olduqda dərk oluna bilər. Bu zaman o şüurda müəyyən tənzim funksiyasını yerinə yetirir və insanı öz gücünə və ya zəifliyinə inanmasına məcbur edir. Şüursuzluğu K.Yunq «kölgə» adlandırır. Onun fikrincə «kölgə» insan şəxsiyyətinin ən primitiv və qaranlıq cəhətlərini özünə daxil edir və öz başlanğıcını heyvan əcdadlarımızın amoral həzzlərindən alır ki, bu da cəmiyyətin normal həyat və fəaliyyəti üçün tamamilə qəbuledilməzdir. Lakin özünün amorallığına baxmayaraq «Kölgə» bizim bir çox yaradıcı ehtiraslarımızın və dərin emosional təəssüratlarımızın mənbəyini təşkil edir. Kollektiv şüursuzluğu həqiqi mənada K.Yunqun ən böyük kəşfi hesab etmək olar. Bu kəşf onun adını ölməz etmişdir. K.Yunqun fikrincə yeni doğulmuş uşaq heç də ağ lövhə deyildir. Belə ki, yeni doğulmuş uşaqda yaşlılıq dövründə onun davranışını şərtləndirən anadangəlmə tendensiya öz əksini tapır. Bu tendensiyalar K.Yunq tərəfindən arxetiplər adlandırılmışdır. Arxetip nəsildən- nəslə keçirilən, insan şüurunda bilavasitə öz əksini tapan surətlərin, istək və davrvnış formalarının fövqaladə mürəkkəb əlaqəsindən ibarətdir. Yunq ekstroversiya və introversiya anlayışlarını şəxsiyyətin tipologiyasının əsası kimi psixologiyaya daxil etmiş, ekstrovertiv və introvertiv tipləri xarakterizə etmişdir. Ekstrovertiv şəxsiyyət özünün bütün maraqlarını xarici aləmə yönəltdiyi halda, introvertiv şəxsiyyətdə bu maraqlar, bütün həyat energiyası özünə, özünün daxili aləminə yönəldilmiş olur.
Nəhayət, şəxsiyyət haqında klasik nəzəriyyələrdən biri də, əvvəl qeyd etdiyimiz kimi, Avstriya psixoloqu Alfred Adlerin (1870- 1937) fərdi psixologiya nəzəriyyəsidir. Onun fikrincə insanda ən əsas onun təbii instinktləri deyil, «birlik hissidir». Bu hiss anadangəlmədir, lakin sosial cəhətdən inkişaf etdirilməlidir. A.Adler şəxsiyyətin formalaşmasına təsir edən üç mühüm münasibəti qeyd edir: başqa adamlara münasibət, əməyə münasibət, başqa cinsə münasibət. Adlerə görə şəxsiyyətin strukturunu müəyyən edən əsas motiv və tendensiyalar aşağıdakılardır: 1) özünün gücsüzlüyünü hiss etmək; 2) təkmilləşməyə və üstünlük əldə etməyə cəhd; 3) birlik hissi və ya sosial hiss. Onun fikrincə bu tendensiyalar anadangəlmə deyildir. Daha doğrusu, uşaq doğularkən ona hazır şəkildə verilmir; o, dünyaya gələrkən insan nitqinə qabillik onun anatomiyasında olduğu kimi, bu tendensiyalar üçün də potensial imkan olur. Şəxsiyyətin klinik nəzəriyyəsi konsepsiyasında Erik Frommun (1900 – 1980) da xidmətləri az olmamışdır. O, Almaniyada anadan olmuş, fəaliyyətə başlamış, sonra Amerikaya, oradan da Meksikaya getmişdir. Froma görə ictimai inkişaf şəxsiyyətin daha çox fərdiləşməsi ilə azadlığına gətirib çıxarır. Onun fikrincə yeni azadlıq inamsızlıq, öz gücünü duymamaq, şübhə, tənhalıq və həyəcanın meydana gəlməsi ilə bağlıdır. Buradan da şəxsiyyətin «azadlıqdan qaçması» meydana gəlir. O, özünün «Azadlıqdan qaçış» kitabında Amerikanı xəstə ölkə adlandırmışdır. Onun fikrincə kapitalizm cəmiyyətindəki rəqabət nevrotik şəxsiyyətlər, funksional nevroz yaradır. E.Fromm adamları bir şəxsiyyət kimi dörd yerə ayırır: mazoxist, sadist, konformist və tənha (tərk dünya). Mazaxist tipə malik olan adam, Frommun fikrincə, cəmiyyətdə daim uğursuzluqlarla qarşılaşan adamdır. Bu uğursuzluqda o yalnız özünü günahkar sayır. Sadist tip öz uğursuzluqlarının günahını özündə deyil, başqa adamlarda, cəmiyyətdə görür. O, adamları və dünyanı düşmən kimi qavrayır və onları məhv etməyə cəhd göstərir. Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır. Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə onlar kimi olmağa, onlardan fərqlənməməyə cəhd edir. O, həmişə mövcud şəraitə uyğunlaşır. Tənha tip (otşelnik) həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır. Şəxsiyyətin klinik nəzəriyyəsinin digər nümayəndəsi Amerika psixoloqu Q.S.Salliven (1892- 1949) olmuşdur. O, əsasən K.Xorninin istiqamətini qəbul etmişdir. Onun fikrincə psixoloji tədqiqatların obyekti ayrı-ayrı subyektlər deyil, subyektlərin birgə fəaliyyətinin məhsulu olan şəxsiyyət olmalıdır. Salliven şəxsiyyətin inkişafının mexanizmini Aşağıdakı şəkildə nəzərdə tutur: 1) incəliyə, əzizlənməyə tələbat, 2) həyəcandan qaçmaq cəhdi.
Sallivenin fikrincə təhlükəsizliyə olan tələbat, həyəcandan qaçmaq cəhdi sosial xarakter daşıyır, lakin bu sosiallıq uşaq doğularkən onun üzvü tələbatına daxil olur. Salliven belə hesab edir ki, uşaq doğularkən hər iki mexanizm mövcud olur və onlar şəxsiyyətin inkişaf mexanizmini təşkil edirlər. Lakin insan yaşadığı xarici aləmdə daima onu təmin etməyən və həyəcan doğuran hallarla rastlaşır. Məhz xarici aləmlə həmin mübarizədə, başqa sözlə, narahatlıqla mübarizədə insan şəxsiyyəti formalaşır. Salliven bunu «mənsistem» adlandırır. O göstərir ki, «mən-sistem», daha doğrusu, şəxsiyyət, birincisi, şüursuzluq səviyyəsində narahatlıqla mübarizədə, ikincisi, həmin narahatlıqdan yaxa qurtarmaq üçün müxtəlif vasitələri tapma prosesində inkişaf edir. «Mənsistem» uşağı, yeniyetməni, sonradan isə yaşlı adamları əvvəlcə ananın, sonra isə başqa adamların, məsələn, iş yerindəki həmkarlarının köməyinə qaçmağa məcbur edir. Beləliklə də Sallivenə görə şəxsiyyətlərarası münasibətlər formalaşan şəxsiyyətin mexanizmi kimi özünü göstərməyə başlayır. Nəhayət, şəxsiyyətin klinik nəzəriyyəsində özünəməxsus yer tutan psixoloqlardan biri də Erik Erikson (1902- 1994) olmuşdur. E.Erikson Almaniyada doğulmuş, 1927- 33- cü illərdə Venada Freydlə birlikdə işləmiş, 1933- cü ildən ABŞ-a köçmüşdür. O, eqo-psixologiya konsepsiyası yaradıcılarından biri olmuşdur. Onun nəzəriyyəsi epigenetik nəzəriyyə adı ilə məşhurdur. Onun fikrincə şəxsiyyətin inkişafı sosial aləmlə müəyyən edilir. O, «şəxsiyyətin identikliyi» anlayışını irəli sürmüş və həmin anlayış altında insanın əhatə olunduğu sosial aləmlə qırılmaz əlaqəsi barədə ona məlumat verən mərkəzi keyfiyyəti nəzərdə tutmuşdur. Həmin keyfiyyətlər aşağıdakı parametrlərdə ifadə olunur: insanın özünə doğru mərkəzləşməsində, sosial qrupla, onu əhatə edənlərlə eyniləşdirmədə, insanın öz qiymətini, sosial rolunu müəyyənləşdirməsində.
Şəxsiyyətin eksperimental nəzəriyyəsi də psixologiya tarixində özünəməxsus yer tutmuşdur. Burada birinci növbədə diqqəti cəlb edən Q.Olport və Q.Merreyin persionoloji nəzəriyyəsidir. Amerika psixoloqu Qordon Olport (18971967) şəxsiyyətin öyrənilməsinə sistemli yanaşmanın ilk təşəbbüskarlarından biri olmuşdur. Onun fikrincə insan «açıq sistemdən» ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima başqa adamlarla qarşılıqlı əlaqədə, qarşılıqlı münasibətdə baş verir. İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü də onlardan nə isə alır. Olport şəxsiyyətə insanlar arasındakı geniş əlaqə sistemindən törəyən bir hadisə kimi baxır. Olporta görə şəxsiyyət münasibətlərin qəti modelidir. Olporta görə şəxsiyyətin inkişafı bioloji tələbatların məcburiyyətindən azadlığı, onun motivlərinin avtonomluq dərəcəsi ilə müəyyən edilir. Şəxsiyyətin eksperimental nəzəriyyələri içərisində Amerika psixoloqu A.Kellinin (1905- 1966) «Şəxsiyyətin konstruktorlar» konsepsiyası da xüsusi yer tutur. Onun fikrincə şəxsiyyətin psixi proseslərinin təşkili onun gələcək hadisələri qabaqcadan necə sezməsindən, düşünməsindən asılıdır. Bu fərziyyələrin təsdiq olunmaması sisteminin çox və ya az dərəcədə yenidən təşkil edilməsinə gətirib çıxarır ki, bu da gələcək haqqında sonrakı xəbərvermənin adekvatlığını yüksəltməyə səbəb olur. Kelli bir sıra konkret psixoloji metodikalara tətbiq oluna bilən «repertuar şəbəkə» metodiki prinsipini işləyib hazırlamışdır. Hal-hazırda bundan klinik və təlim psixologiyasında müvəffəqiyyətlə istifadə olunur. Şəxsiyyətin əsas nəzəriyyələri içərisində koqnitiv nəzəriyyə də mühüm yerlərdən birini tutur. Bunlardan ən çox diqqəti cəlb edəni Amerika psixoloqu L.Festinqerin koqnitiv dissonans nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə əgər fərdin şüurunda eyni bir obyektə və hadisəyə dair məntiqi cəhətdən bir-birinə zidd olan bilik qarşılaşırsa, onda fərd bir növ diskomfortluq hissi keçirir və o həmin hissdən yaxa qurtarmağa çalışır.
Bəzən obyektiv şəraitdən asılı olaraq bu və ya digər şəkildə hərəkət etməli olur. Bu zaman insanın bilikləri ilə real davranışı arasında ziddiyyət meydana gəlir. Yerinə yetirilən iş cansıxıcı olur. Ona görə də fərd bu vəzifəni yerinə yetirmək, həmin vəziyyətdən çıxmaq üçün müvafiq obyektlər və ya hadisələr haqqında öz biliyini və ya sosial ustanovkasını yenidən qurmağa, təşkil etməyə çalışır ki, onların arasındakı həmin ziddiyyəti aradan götürmüş olsun. L.Festinqerə görə öz hərəkətinə, davranışına bəraət qazandırmağı gücləndirməyə çalışan insan ya öz davrvnışını dəyişir, ya özünün hərəkətinin bağlı olduğu obyektə münasibətini dəyişir, ya da həmin davranışın özünə və başqalarına əhəmiyyətini qiymətdən salır. Şəxsiyyətin davranış motivləri. Qeyd etdiyimiz kimi, tələbatlar şəxsiyyətin davranışının, fəallığının mənbəyini təşkil edir. Məhz buna görə də onlar insanı fəaliyyətə təhrik edən səbəblər, başqa sözlə motivlər rolunu oynayır. Motiv (latınca movero-hərəkətə gətirən) insanı hər hansı bir məqsədəyönəlmiş işə, fəaliyyətə təhrik edən səbəbdir. Təcrübə göstərir ki, motivlər bir-birindən onlarda təzahür edən tələbatların növünə, onların kəsb etdiyi formalara, genişliyinə və ya məhdudluğuna, onların reallaşdığı fəaliyyətin konkret məzmununa görə fərqlənir. Fəaliyyətin mürəkkəb növləri, bir qayda olaraq bir motivə deyil, eyni vaxtda bir necə təsir göstərən və qarşılıqlı təsirdə olan motivə cavab verir ki, bunlar da insanın hərəkət və əməllərinin şaxələnmiş motivləşmə sistemini təşkil edir. Motivləşmə elə motivlər birliyidir ki, şəxsiyyətin istiqamətini, yönəlişliyini müəyyən etməklə onun fəaliyyətinin səmərəliliyini də şərtləndirir. Əvvəlki fəsildə qeyd etdiyimiz kimi, motivləri dərk edilən və dərk edilməyən olmaqla iki yerə bölürlər. Psixoloji ədəbiyyatda dərk edilən motivlərə tələbatlarla yanaşı maraqları, dünyagörüşünü, əqidə və idealları; dərk edilməyən motivlərə isə ustanovkanı, həvəsi və s. aid edirlər. Maraqlar. Maraqlar insanın idrak tələbatlarının emosional təzahürləridir. Başqa sözlə, maraq şəxsiyyətin, gerçək həyatın müəyyən bir sahəsinə, müəyyən bir fəaliyyətə, bu və ya digər biliyi əldə etməyə az və ya çox yönəlməsində ifadə olunan fərdi psixi xüsusiyyətdir. Şəxsiyyətin istiqaməti onun
maraqlarında ifadə olunur. Maraqların insanın həyat və fəaliyyətində rolu olduqca böyükdür. Şagird nə iləsə dərindən maraqlandıqda, yerinə yetirdiyi iş, dinlədiyi dərs onun üçün maraqlı olduqda həmin sahələrdə yüksək müvəffəqiyyət qazanır. Əksinə onlara qarşı maraq olmadıqda həmin işlər cansıxıcı olur, şagirdi cəlb etmir. Maraq bizdə müəyyən hisslər doğuran cisim və hadisəyə daha artıq və gərgin diqqət yetirilməsini təmin edir. Maraq hər hansı bir obyekti daha dərindən və dəqiq dərketmə meylindən doğur. Maraqların fizioloji əsasını bələdləşmə- tədqiqat refleksləri təşkil edir. Gerçək aləmdə baş verən hər bir yeni, gözlənilməz dəyişiklik zamanı bələdləşmə refleksi baş verir və qıcıqlandırıcının daha tam və aydın inikasını təmin edir. Ətraf mühitdə ən kiçik bir dəyişiklik, yenilik baş verdiyi zaman insanda müvafiq reseptor aparatı bu dəyişikliyi törədən qıcığa doğru yönəlir. Bələdləşmə refleksini bəzən «tədqiqat refleksi», bəzən də «bu nədir?» refleksi adlandırırlar. Maraqlar idrakın daimi təhrikedici mexanizmi kimi meydana çıxır. Maraqları məzmununa, məqsədinə, genişliyinə və davamlılığına görə təsnif etmək olar. Məzmununa görə maraqları təsnif edərkən insanın idrak tələbatlarının obyektləri əsas götürülür. İdrak tələbatları obyektlərindən hansının insanı cəlb etməsi bu sahədə onun marağının məzmununu müəyyənləşdirir. Bu baxımdan maraqların əhəmiyyətlilik dərəcəsi onun məzmununun nə dərəcədə düzgün seçilməsindən asılı olur. Məqsədinə görə maraqlar vasitəsiz və vasitəli ola bilir. İnsan üçün əhəmiyyətli olan obyektin emosional cazibədarlığı vasitəsiz marağın meydana gəlməsinə səbəb olur. Bu zaman həmin obyektin özü bilavasitə bizi özünə cəlb edir. Onunla maraqlanmağa başlayırıq. Vasitəli maraqlara gəldikdə bunlar qarşıya qoyulmuş məqsədə çatmaq üçün zəruri olan vasitələrlə
əlaqədar meydana gəlir. Vasitəli maraqların insanın əmək və tədris fəaliyyətinin təşkilində əhəmiyyəti olduqca böyükdür. Maraqları özlərinin genişliyinə görə də təsnif edirlər. Həyat təcrübələri göstərir ki, bəzi adamlarda maraqlar yalnız bir sahə üzrə mərkəzləşdiyi halda, bəziləri isə bir çox obyektlərlə maraqlanırlar, başqa sözlə onlarda maraqların əhatə dairəsi geniş olur. Əgər bu maraqların genişliyi onların dərinliyi ilə uzlaşarsa daha səmərəli xarakter daşımış olar. Maraqların dərinlik səviyyəsi şəxsiyyətin mühüm keyfiyyəti kimi qiymətləndirilir. Bu cür maraqlara malik olan insanlar bu və ya digər fəaliyyət sahəsində həmişə yüksək müvəffəqiyyətləri ilə fərqlənirlər. Özlərinin davamlılığına görə maraqlar davamlı və davamsız ola bilir. Bəzi adamlarda maraqlar davamlı olduğu halda, başqalarında davamsız, keçici xarakter daşıyır. Davamlı maraqları insanın formalaşmağa başlayan qabiliyyətlərinin göstəricilərindən biri kimi qeyd edirlər. Maraqları passiv və fəal olmaqla da təsnif edirlər. Heç bir iş görmədən, nəiləsə sadəcə olaraq maraqlanmaq insanın həmin obyektə passiv maraq bəslədiyini göstərir. Passiv maraqlar mənfi hal olmaqla şəxsiyyətin ümumi inkişafına heç bir dəyərli təsir göstərmir. Fəal maraqlara gəldikdə, əksinə, bu cür maraqlar bizi fəaliyyətə təhrik edir, bu zaman bizə qüvvə verir, işi ruh yüksəkliyilə, axıra qədər davam etdirməyimizə, əldə etdiyimiz nəticələrin yüksək keyfiyyətdə olmasına müsbət təsir göstərir. Dünyagörüşü, əqidə və ideallar. Şəxsiyyətin dərk olunan davranış motivləri içərisində dünyagörüşü, əqidə və idealların da özünəməxsus yeri və rolları vardır. Dünya və onun qanunauyğunluqları, təbiət və cəmiyyət hadisələri haqqında müəyyən baxışlar sistemi insanın dünyagörüşünü təşkil edir. Dünyagörüşünün formalaşması insanın ona müvafiq davranış tərzini həyata keçirməsinə təkan verir. Dünyagörüşü tarixi xarakter daşıyır. Cəmiyyətin inkişafı
ilə əlaqədar olaraq insanların dünyagörüşü də dəyişilir. İnsanlar elmi, dini, mütərəqqi, mürtəce, materialist, idealist və s. dünyagörüşünə malik ola bilirlər. İnsanın dünyagörüşü onun əqidəsinə çevrilə bilir və bu zaman şəxsiyyətin tamlığını təmin edir. Əqidə – şəxsiyyətin onu öz baxışlarına, prinsiplərinə, dünyagörüşünə müvafiq olaraq hərəkət etməyə yönəldən dərk olunmuş tələbatlar sistemidir. Əqidə insana öz həyat yolunu tam aydınlığı ilə müəyyən və təsəvvür etmək imkanı verir, onu şərtləndirir. İdeallar da şəxsiyyətin dərk olunan davranış motivləri hesab olunur. İdeal insanın nail olmağa can atdığı ən yaxın məqsəddir. Başqa sözlə, ideallar insanın həyat və fəaliyyətində nail olmağa can atdığı ən yüksək məqsəd hesab olunur. İdeallar müsbət hissi boyalarla zəngin olur və şəxsiyyətin istiqamət və fəaliyyətinə aydınlıq, müəyyənlik verir. İdeallar fəal və passiv ola bilir. Əgər ideallar fəal və həyatidirsə, insanı mübarizədə qorxmaz edir, onun iradəsinə möhkəmlik, xarakterinə qüvvət bəxş edir. Sadəcə olaraq bu və ya digər ideala malik olmaq, bu və ya digər bir şəxsiyyəti özünə ideal qəbul etmək və bununla kifayətlənmək çox azdır. Bu, adamın ümumi inkişafına heç bir müsbət təsir göstərə bilməz. Əsl və həlledici cəhət seçilən idealın fəal olması, mütərəqqi və müsbət ideal uğrunda, ona çatmaq uğrunda yorulmadan mübarizə etmək əzminə malik olmaqdır. 5.Qrupların psixologiyası İnsan cəmiyyət daxilində doğulub yaşayır. Hər bir fərd nəinki bioloji, eyni zamanda sosial irsə sahib olub, konkret mühitdə və cəmiyyətdə mövcud yaşayış tərzini, görüşləri, adət və ənənələri təkrar edir. Bu baxımdan hər bir şəxs konkret cəmiyyətin məhsulu, öz dövrünün övladıdır. Burada insan birliyi xüsusi rol oynayır. Əgər insan tək, tənha yaşasaydı nə onun bir şəxsiyyət kimi formalahması, nə də öz tələbatlarını ödəməsi işi istənilən səviyyədə gedə bilməzdi. Məhz buna görə də bəşər tarixində insanlar daima müəyyən qruplarda birləşir və fəaliyyət göstərirlər. Bəs hər cür insan birliyini qrup adlandırmaq olarmı? Qrupları səciyyələndirən əsas amillər nədən ibarətdir? Bu kimi suallara cavab vermədən qruplar, onların rolu və funksiyalarını da düzgün dərk etmək mümkün deyildir. Hər şeydən əvvəl hər cür insan birliyini, məsələn, təsadüfən avtobusda, metroda, küçədə birgə gedən adamları qrup adlandırmaq düzgün deyildir. Bu adamlar fiziki cəhətdən birləşmiş fərdlər olmaqla, bir-birlərinə qarşılıqlı təsir göstərmirlər. Hər hansı bir insan birliyini qrup adlandırmaq üçün həmin adamların vahid məqsəd uğrunda birgə fəaliyyətə girişməsi tələb olunur. Bu cür ümumi mənafe və birgə fəaliyyət olmadıqda insanların birliyinin son məqsədi də məlum olmur. Bu cür təsadüfi birləşmədə insanların bir-birinə qarşılıqlı təsiri, onların bir-birini qavraması halları da aradan çıxır. Bu
baxımdan görkəmli amerika psixoloqu D.Mayersin qrupa verdiyi tərif diqqəti cəlb edir. «Qrup bir-birinə qarşılıqlı təsir göstərən, bir-birinə uzun müddət təsir göstərməklə özlərini «biz» kimi qavrayan iki və daha artıq insan birliyidir»1. Məhz buna görə də qrupları sosial mənsubiyyətə, birgə fəaliyyətin və ünsiyyətin xarakterinə görə birləşən insan birliyi kimi səciyyələndirmək lazım gəlir. Tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış, ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan adamların nisbətən sabit birliyi qrup adlanır. Adamların qeyri-mütəşəkkil yığımından, təsadüfü birliyindən fərqli olaraq qrup üzvləri qrup üçün tipik olan fəaliyyət növlərinə daxil olurlar. Məsələn, ali məktəbin tələbə qruplarında gələcəyin mütəxəssisi kimi formalaşmalı olan insanlar birləşirlər. Onlar üçün tipik fəaliyyət növü təlim fəaliyyəti olub, bu prosesdə müvafiq peşə bilik, bacarıq və vərdişlərinin formalaşması baş verir. Adətən hər bir adam müxtəlif qrupların üzvü ola bilir. Lakin hər hansı adam bütün qruplarda eyni statusa malik olmur, müxtəlif qruplarda müxtəlif rolları yerinə yetirir. Məsələn, uşaq ailədə övlad (oğul və ya qız), məktəbdə şagird, voleybol komandasında idmançı rolunu; yaşlı adam ailədə valideyn, işdə müdir və ya adi işçi və s. rolunu yerinə yetirə bilər. Sosial qruplar. Qeyd olunduğu kimi, adi insan biriliklərində adamlar ümumi mənafe, sərvət və davranış normalarına malik olmurlar. Yalnız sosial qruplarda hər cür sosial münasibətlər mövcud olur. Sosial qruplar cəmiyyətin qəbul etdiyi, özünün məqsəd və vəzifələri onun xeyrinə olan qruplardır. Bu cür qruplara ailəni, orta və ali məktəb qruplarını, təşkilat və idarələrdə toplanmış insan qruplarını, hərbi və idman qruplarını və s. aid etmək olar. Həmin qrupların strukturu, normaları cəmiyyətin mövcud tələblərinə uyğun olmaqla, bir növ cəmiyyət tərəfindən idarə olunur. Təsadüfü insan biliklərində isə çox vaxt bu cür idarə olunma mövcud olmur. Bu cür insan birlikləri bir növ kütlə xarakteri daşıyır. Kütlə aydın dərk olunmuş ümumi məqsəddən məhrum olan, lakin birbiri ilə öz emosional vəziyyətinin oxşarlığı və ümumi diqqət obyektinə görə bağlı olan, xüsusi strukturu olmayan insan toplusudur. Sosial qruplarda isə aydın dərk olunmuş ümumi məqsədlər mövcud olur. Qrup üzvlərinin hamısı həmin məqsədin həyata keçirilməsinə çalışırlar. Burada qarşılıqlı anlama, əvvəlcədən düşünülmüş struktura uyğunluq, müvafiq funksiyalar həyata keçirilir. Bu cəhəti nəzərə alaraq Ə.Bayramov və Ə.Əlizadə yazır: «Sosial qrup mədəniyyət meyarları, sərvət meylləri, həyat fəaliyyəti vasitələri və ya şəraiti ilə bir-biri ilə bağlı olan insanların nisbətən sabit birliyidir»1. Psixoloji ədəbiyyatda (Ə.Bayramov, Ə.Əlizadə) sosial qrupların aşağıdakı funksiyaları qeyd olunur:  sosializasiya funksiyası;  instrumental funksiya;  ekspressiv funksiya;  müdafiəedici funksiya; Qrupun sosializasiya funksiyası-burada qrup üzvlərinin sosiallaşması, sosial təcrübəni mənimsəməsi, bir şəxsiyyət kimi formalaşmasını nəzərdə tutur. İnsanın sosiallaşması onun düşdüyü ilkin sosial qrupdan başlayır. Ailənin ilkin sosial qrup kimi uşağın sosiallaşmasında oynadığı rol hamıya məlumdur. İnsanın daxil olduğu sonrakı sosial qruplar da onun sosial təcrübəni mənimsəmək məktəbi rolunu oynayır. Sosial qrupların instrumental funksiyasına gəldikdə bu, qrupda insanların birgə fəaliyyətinin bu və ya digər şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu, xüsusilə kollektiv
şəkildə həyata keçirilən fəaliyyət növlərində özünü daha aydın şəkildə göstərir. Buna voleybol, futbol komandasının və birgə fəaliyyətə əməl olunmadan həyata keçirilməsi mümkün olmayan digər fəaliyyət növlərində birləşən insan qruplarını aid etmək olar. Sosial qrupların ekspressiv funksiyasına gəldikdə buna psixoloqlar qrupda insanın rəğbətləndirmə, hörmət və etimada tələbatının təmin olunmasında ifadə olunmasını aid edirlər. Başqa sözlə sosial qruplar insanların qeyd olunan tələbatlarını ödəmək vəzifəsini də yerinə yetirirlər. Sosial qrupun müdafiəedici funksiyasına gəldikdə elə həmin funksiyanın adı onun mahiyyətini başa düşməyə imkan verir. Sosial qrup öz üzvlərinin hərtərəfli müdafiəsi üçün əsaslı şərait yaradan bir birlik kimi fəaliyyət göstərir. Qrupları müxtəlif əsaslara görə təsnif edirlər. Hər şeydən əvvəl qrup üzvlərinin miqdarına, tanışlıq və yaxınlıq səviyyəsinə görə qrupları böyük və kiçik olmaqla iki yerə bölürlər. Böyük qrup 30-40- dan artıq insan birliyidir. Böyük qrupun üzvləri bir-birini tanımaya, bir-biri ilə görüşməyə bilirlər. Bu cür qruplara çoxsaylı tələbə və müəllim kollektivi olan Universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s. aid etmək olar. Ən böyük insan birliyi bəşəriyyətdir. Kiçik qrupa gəldikdə bu 2-dən 30-40 qədər insan birliyidir. Kiçik sosial qruplarda insanların bir-birilə təması daha yaxın və daimi xarakter daşıyır. Kiçik sosial qrupun üzvləri ümumi bir işlə məşğul olur və bir-birilə birbaşa qarşılıqlı əlaqədə olurlar. İnsan öz həyatının çox hissəsini bu qrupun daxilində keçirir. Ona görə də bir-birlərini yaxşı tanıyırlar. Kiçik qrupların üzvlərinin sayı 7 nəfərdən artıq olmadıqda belə qrupları ilkin kiçik qrup adlandırırlar. Məsələn,
yeni yaranmış ailəni ilkin qrup adlandırırlar. İnsan adətən bir ilkin qrupun iştirakçısı olur. Hər hansı mikro sosial qrup onun iştirakçıları üçün ilkin qrupa çevrilə bilər. Bütün ilkin qruplar eyni zamanda kiçik qrup olub uzun müddət, bəzən insanın ömrü boyu davam edən qruplar olaraq qalır. İlkin qrupun iştirakçıları daimi təmas nəticəsində bir-birini yaxşı tanıyır, birbirinə bələd olurlar. İlkin qrupun iştirakçıları arasında məhrəmlik və ümumi məxvilik mövcud olduğundan, onların dünyaya «özlərinə» məxsus baxışları və xüsusi qiymətləndirmə sistemləri yaranır. Qarşılıqlı maraqların anlaşılması və eyni qrupa mənsub olmaq hissi ilkin qrupun iştirakçılarını daha həmrəy hərəkət etməyə məcbur edir. İlkin qrupda sosial nəzarət olub, iştirakçılar öz hüquq və vəzifələrini könülllü anlayır və yerinə yetirirlər. Qeyd etmək lazımdır ki, ilkin qruplarda baxışlar, təsəvvür və motivlər birgə yaşayış və fəaliyyət şəraitində tədricən formalaşır və təkrar nəticəsində müxtəlif stereotiplər yaranır. İlkin qrupun yaşayış tərzi, adət və ənənələri mövcud olur ki, onlar tədricən formalaşır və sosial ünsiyyət şəklində yeni iştirakçılara keçir. İlkin qruplar özləri eyni zamanda kiçik qrup olmaqla, kiçik qrupda olan ilkin qruplardan birinə çevrilə bilir. Başqa sözlə, bəzən bir kiçik qrupda bir neçə ilkin qrup mövcud ola bilir. Kiçik qrupların növləri. Sosial psixologiyada kiçik qrupların mövcudluq dərəcəsinə görə iki növünü: real və şərti qrupları qeyd edirlər. Şərti qruplar, adından məlum olduğu kimi müəyyən şərtlər, adamların müəyyən xüsusiyyətlərə (cins, yaş, həmkarlıq və s.) əsasən müəyyən qrupa daxil edilməsi nəticəsində yaranır. Məsələn, Universitetin tələbələrini oğlan və qız olmalarına, idman və musiqi ilə maraqlanmalarına, yaşlarına görə qruplaşdırmagı buna misal göstərmək olar. Şərti qrup bəzən statik qrup da adlandırılır. Şərti qrup iştirakçıları

Yüklə 158,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin