Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində



Yüklə 158,41 Kb.
səhifə6/10
tarix20.04.2023
ölçüsü158,41 Kb.
#100926
1   2   3   4   5   6   7   8   9   10
Psixologiya mühazirələr 2020

4. Psixologiyada şəxsiyyət anlayışı
Müasir psixologiyada şəxsiyyət problemi. Şəxsiyyət problemi elmin müxtəlif sahələrində çalışan alim və mütəfəkkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm problemlərdən biri olmuş və müasir dövrdə də öz aktuallığını saxlamaqdadır. Müasir psixologiyada şəxsiyyət, onun fəallığı, formalaşması, strukturu kimi məsələlər, ümumiyyətlə şəxsiyyət anlayışının mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülür. Bu bir daha həmin problemin mürəkkəb və çətin olduğunu təsdiq edir. İnsanlar təkcə gözlərinin rənginə, səslərinin tembrinə, barmaq izlərinə və s. görə deyil şəxsiyyətlərinin xarakteristikasına görə də bir-birlərindən fərqlənirlər. İnsanları gözlərinin rənginə, səslərinin tembrinə və ya digər biofiziki xüsusiyyətlərinə görə xarakterizə etməyə nisbətən onları bir şəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir. Şəxsiyyət anlayışı mürəkkəb anlayışdır. Onun adekvat şəkildə anlaşılmasının çətinliyi bir sıra
amillərlə bağlıdır. Həmin mühüm amillərdən bir neçəsini nəzərdən keçirək. 1. İnsan şəxsiyyəti maddi və toxunula bilən, hiss edilən deyildir. O, bir sıra amillərin, şəraitin, imkanların və determinantların təsiri altında formalaşan psixoloji törəmədir. 2. İnsan şəxsiyyəti bir sıra amillərin təsirinə məruz qalsa da yalnız onlardan asılı bir törəmə kimi şərh oluna bilməz, çünki o formalaşdığı həmin əsası dialektik olaraq rədd edir. 3. İnsan davranışının determinasiyasında şəxsiyyətin mühüm əhəmiyyət kəsb etməsi barədə çoxlu nəzəriyyə və konsepsiya mövcuddur ki, bunların bir çoxunun «şəxsiyyət» anlayışını şərh etməsi ziddiyyətlidir.4. Nəhayət, şəxsiyyəti anlamaq insan fenomenini anlamaqla birbaşa əlaqədardır. Şəxsiyyət yalnız o zaman insanın əsası, özəyi kimi, onun başlıca parametri, onun eyniləşdirmə vasitəsi kimi şərh oluna bilər ki, antropologiya və insan haqqında biliklər insanın öz təbiətini anlamaq səviyyəsinə yüksəlmiş olsun. Lakin bütün bu qeyd olunanlar heç də şəxsiyyətin tədqiqi imkanlarının mümkün olduğunu rədd etməyə imkan vermir. Əksinə, şəxsiyyət problemi barədə son nəzəri və eksperimental tədqiqatlar onun öyrənilməsi imkanlarını artırır. «Şəxsiyyət» sözü Azərbaycan, rus və ingilis dillərində maraqlı və faktiki olaraq eyni etimologiyaya malikdir. Azərbaycan dilində «şəxsiyyət» sözü öz əsasını ərəb sözü olan «şəxs» sözündən götürmüş və hər hansı bir konkret şəxsi, simanı bildirir. Rus dilində «şəxsiyyət» (liçnostğ) sözü də «liüo», «liçina» (üz, sifət) sözləri ilə bağlıdır. İngilis dilində «şəxsiyyət» mənasını ifadə edən «personality» sözü öz əsasını iki latın sözündən – «per» və «sona» sözlərindən götürmüşdür ki, bu da bir növ «vasitəsilə danışır» mənasını ifadə edir. Sonralar qədim Yunanıstanda və Rim imperiyasında bu söz teatr tamaşasında aktyorun «maskası» şəklində özünü büruzə vermişdir. Adətən səhnə hərəkətindən asılı olaraq«masqa»
dəyişilir, aktyor rola daxil olur. Lakin, yalnız xeyli vaxt keçdikdən sonra «persona» sözü hazırki dövrdə daşıdığı məna yükünü daşımağa başlamış, «personality» – «şəxsiyyət» mənasında işlənməyə başlanmışdır. Qeyd edilənlərdən göründüyü kimi, insanın şəxsiyyəti birbaşa və dolayı mənada onun siması, sifətidir. Birbaşa mənada insanın siması, sifəti onun başlıca identifikatorudur. Məhz onun xətləri, formaları, çevrəsi və digər xüsusiyyətləri əsasında bir adamı başqasından fərqləndirir, onun hansı yaş kateqoriyasına mənsub olduğunu müəyyənləşdirə bilirik. Təsadüfi deyildir ki, şəxsiyyəti eyniləşdirməklə bağlı bütün sənədlərdə onun sifətinin (üzünün) şəkli olması tələb edilir. Bununla yanaşı olaraq bizim sifətimiz emosiyalarımızın, hisslərimizin, əhvalımızın, vəziyyətimizin, istəklərimizin ifadəçisinə çevrilir, o bizə təkcə verbal yolla deyil, qeyri- verbal yolla da, zəngin mimiki imkanlarımızın köməyilə də ünsiyyətə girmək imkanı verir. Dolayı mənada, insan şəxsiyyəti onun «ruhunun», başqa sözlə, onun bütün psixi təzahürünün «sifətidir». İnsana məxsus olan fərdi-psixoloji xassələrin təzahür xüsusiyyətlərinə, onun ünsiyyət üslubuna, davranışına, fikir və ideyalarına görə onu aydın eyniləşdirməyimiz və onun gələcək davranışının istiqamətini proqnozlaşdırmağımız heç kimdə şübhə doğura bilməz. Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, şəxsiyyət fərdin özünü cəmiyyətlə eyniləşdirməsinə imkan verən davamlı fiziki və psixi xarakteristikasının məcmuundan ibarətdir. Şəxsiyyət insanın psixoloji siması olub, şüura, mənliyə malik olan, öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan adamdır. Şəxsiyyət müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət göstərən, gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən, ünsiyyətə girməyi bacaran konkret canlı insandır. İnsan, fərd, şəxsiyət və fərdiyyət anlayışları bir- biri ilə müəyyən əlaqəyə malik olsa da onları eyniləşdirmək olmaz. Onların içərisində ən geniş anlayış «insan» anlayışıdır. Həm fərd, həm şəxsiyyət, həm də fərdiyyət eyni zamanda insandır (bax şəkil 3). İnsan həyata insan kimi gəlir. İnsan dölünün genlərində insan üçün zəruri olan əlamət və keyfiyyətlərin inkişafı üçün anadangəlmə zəmini qoyulmuş olur. Yeni doğulmuş uşağın bədəninin konfiqurasiyası düz yerimək imkanı yaradır, beyinin strukturu intellektin inkişaf imkanını təmin edir, əlin quruluşu gələcəkdə əmək alətlərindən istifadə prespektivləri yaradır. Bütün bunlar körpəni özünün imkanlarına görə bir insan kimi heyvan balalarından fərqləndirir. Beləliklə körpənin insan nəslinə aidliyi təsdiq olunur və fərd anlayışının aşkara çıxmasına gətirib çıxarır. «Fərd» anlayışında insanın növə mənsubluğu öz əksini tapır. Belə ki, hər bir insan eyni zamanda fərd, hər bir fərd isə eyni zamanda insandır. Ona görə də yeni doğulmuş uşaq da, ağlını itirmiş səfeh də, yaşlı vəhşi insan da, mədəni ölkələrin yüksək intellektə malik olan insanları da fərd hesab olunur. Deməli, bir konkret adamı fərd adlandırmaqla onun potensial insan olduğunu təsdiq edirik. Lakin bütün fərdləri şəxsiyyət adlandırmaq olmaz.. Bir fərd kimi doğulmuş insan tədricən ictimai münasibətlər qovuşuğunda, sosiallaşma nəticəsində şəxsiyyətə çevrilir. Nəticədə o təkcə başqalarından fərqlənmir, eyni zamanda tarixi prosesin iştirakçısına çevrilir. Hər bir şəxsiyyət cəmiyyətdə yaşayan konkret canlı insan olmaqla, gerçəkliyi dərk edib dəyişdirmək, fəallıq göstərmək, başqaları ilə ünsiyyətə girmək imkanına malik olur. «Fərdiyyət» anlayışına gəldikdə, hər bir adamın şəxsiyyəti yalnız ona məxsus əlamət və xüsusiyyətlərin məcmuuna malik olur və onun fəaliyyətini təşkil etməklə həmin adamı başqalarından fərqləndirir. Fərdiyyət insanın temperamentinin, xarakterinin əlamətlərində, adətlərində, üstünlük təşkil edən maraqlarında, idrak proseslərinin keyfiyyətlərində, qabiliyyətlərində, fərdi fəaliyyət üslubunda və s.- də təzahür edir. İki elə adam tapmaq mümkün deyildir ki, onlarda qeyd etdiyimiz psixoloji xüsusiyyətlər eyni olsun. İnsan şəxsiyyəti özünün fərdiyyətliliyinə görə təkrarolunmazdır. «Fərd» və «Şəxsiyyət» anlayışlarında olduğu kimi, «fərdiyyət» və «şəxsiyyət» anlayışlarını da eyniləşdirmək mümkün deyildir. Onlar yalnız vəhdət təşkil edirlər. Şəxsiyyətin özünəməxsus psixoloji strukturu vardır. Psixoloji ədəbiyyatda qeyd olunduğu kimi, insanın şəxsiyyətə çevrilməsi üç psixoloji kateqoriyanın nəticəsidir. Bunlar: inikas – ünsiyyət – fəaliyyətdir. Bu baxımdan şəxsiyyətin psixoloji strukturunun əsasında birinci növbədə onun idrak prosesləri durur. İnsan həyata gəldikdən sonra duyğu olqanları vasitəsilə ətraf mühit cisim və hadisələrini əks etdirərək psixi inkişafa nail olur. Bu prosesdə onu əhatə edənlərlə ünsiyyət xüsusi əhəmiyyətə malikdir. Şəxsiyyətin strukturunda onun idrak prosesləri əsasında və onunla yanaşı aşağıdakı başlıca yarımstrukturları, komponentləri qeyd olunur: - Şəxsiyyətin istiqaməti. Buraya onun dünyagörüşü, ictimai mövqeyi, tələbatları, maraq və meylləri, əqidə və idealları, adət və ənənələri, ideya və praktik yönəlişlik sistemi və s. daxildir. Bu zaman yönəlişliyin komponentlərindən biri dominantlıq təşkil edir və aparıcı olur. Başqaları isə istinad rolunu oynayır. Dominantlıq təşkil edən istiqamət şəxsiyyətin bütün psixi fəaliyyətini müəyyənləşdirir. - Şəxsiyyətin strukturunda sonrakı mühüm yarımstrukturunu onun hazırlıq səviyyəsi təşkil edir. Buraya şəxsiyyətin əldə etdiyi bilik, bacarıq və vərdişlər sistemi daxildir. Şəxsiyyətin strukturunda mühüm yer tutan yarımstrukturlardan, komponentlərdən biri də onun imkanlarını müəyyənləşdirən və fəaliyyətin müvəffəqiyyətini təmin edən qabiliyyətlər sistemindən ibarətdir. Şəxsiyyətin strukturunda mühüm yer tutan digər komponenti insanın həyatda qazandığı davranış forması, başqa sözlə onun xarakteridir. Nəhayət, bu komponentlərin hamısının üzərində şəxsiyyətin mənliyi, yəni özünü dərk edib anlaması, öz davranışını nizama salıb idarə etməsi «hökmranlıq» edir. Şəxsiyyətin strukturunun daha çox yayılmış bu cür ənənəvi təhlili ilə yanaşı onu digər aspektlərdən də xarakterizə

Yüklə 158,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin