Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 0,66 Mb.
səhifə9/16
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#41017
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
mamverdiyev-Behbud

II FƏSİL. AZƏRBAYCAN NÜMUNƏSİ.

2.1 Köhnə Sovet İttifaqı ölkələrində xarici investisiyaların təhlili



Azərbaycan 2018-ci il ərzində Gürcüstan iqtisadiyyatına ümumi olaraq 240 mln.dollar miqdarında investisiya qoymuşdur. Bu haqda Gürcüstanın Milli Statistika İdarəsinin başlıca hesabatında məlumat verilir. 
Sənəddə qeyd olunur ki, xarici investisiyalarda ölkəmizin payı 19,5 faiz təşkil edib və Azərbaycan 2015-ci ildən "Gürcüstanın bir nömrəli investoru" fikrini qoruyub saxlamaqdadır. 

2017-ci illə müqayisə etdikdə ölkəmizin qonşu ölkənin iqtisadiyyatına qoyduğu investisiyaların miqdarında 1,9 dəfə azalma müşahidə olunmuşdur. 
Gürcüstana daha çox sərmayə qoyan digər ölkələr Böyük Britaniya və Niderlanddır.
2017-ci il Gürcüstanda xarici investisiyaların ümumi miqdarı 1.232, 4 mln. dollar olmuşdur ki, bu da ümumi illik müqayisədə 34,9% azlıq təşkil edir. Azalmanın başlıca səbəbləri boru kəməri layihəsinin bitməsi, müəyyən şirkətlərdə mülkiyyətə məxsus hüququn qeyri-rezident formadan rezidentə keçidi və həmçinin, qeyri-rezident investorların öhdəliklərinin zəifləməsidir. 

Gürcüstanda ən çox sərmayə qoyulan sahələrin ilk üçlüyünə maliyyə, nəqliyyat və energetika sektorları daxil olub. Xarici ölkələrin investorları iqtisadiyyatı getdikcə tənəzzülə uğrayan Ermənistana sərmayə qoymağa ehtiyat edirlər. Vaxtilə bu ölkəyə sərmayə yatıran xarici iş adamları Ermənistan iqtisadiyyatının tənəzzülünə, bu ölkədə hökm sürən özbaşınalıqlara və korrupsiya hallarına görə tədricən investisiyalarını çıxarmağa başlamışlar. 
Cari ilin birinci rübündə Ermənistan iqtisadiyyatına investisiya yatırımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 faiz azalmışdır. 

Rusiyanın da Ermənistanın enerji, nəqliyyat və telekommunikasiya sahələrinə sərmayə qoyuluşunda azalma qeydə alınmışdır. Mütəxəssislər qarşıdakı illərdə də xarici investisiyaların miqdarının xeyli azalacağını, bunun onsuz da böhran keçirən Ermənistan iqtisadiyyatına ciddi zərər vuracağını bildirmişlər. 
Azərbaycan infrastrukturun inkişafı və transformasiyasında zəngin təcrübəyə malikdir. Bir çox aparıcı Azərbaycan şirkətləri Ukraynada keçirilən beynəlxalq tenderlərdə iştirak edir, həmçinin Ukrayna bazarına investisiyalar yatırırlar: “Bu gün Azərbaycan xarici ölkələrdəki, o cümlədən dost Ukraynada investisiyaları genişləndirməyə çalışır. Təkcə Azərbaycan Dövlət Neft Şirkəti sayəsində dövlətimiz artıq Ukraynanın iqtisadiyyatına 200 milyon ABŞ dollarından artıq sərmayə yatırıb”. 

2017-ci ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 2,4 dəfə artaraq 810 milyon dollara çatıb. Bu rəqəmin artırılması üçün birgə səylər davam etdirilir: “Ukrayna ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var. Bunun üçün Ukraynada əlverişli şərtlər və uzunmüddətli müqavilələr təmin edilməlidir. Ümumiyyətlə, Ukraynanın uğuru investisiya qanunvericiliyinin sabitliyindən və balansından asılı olacaq”. 
Rusiya və Çin arasında nəhəng ərazidə yerləşən dövlət bununla əlaqədar mühüm coğrafi-strateji mövqeyə malikdir. Xarici investisiyalar və struktur islahatlar ölkəni dəyişdiyi üçün Qazaxıstanın iqtisadi vəziyyəti getdikcə yaxşılaşır və Astananın başqalarının yardımından asılılığı getdikcə azalır. Qazaxıstanın böyük mineral və enerji sərvətlərinə malik olmasına baxmayaraq, onun 2025-ci ilədək inkişaf proqramının əsasını insan kapitalının inkişafı təşkil edir. Qazaxıstan təhsili inkişaf etdirmək, iqtisadiyyatı şaxələndirmək, biznesyönlü müasir infrastruktur qurmaq, avtomobil yollarının və nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətini genişləndirmək, həmçinin Astanada Avrasiya maliyyə mərkəzini inkişaf etdirmək istəyir. 

Lakin, Qazaxıstan bəzi çətinliklərlə üzləşir. Aşağı instansiya məhkəmələri qanunları çox vaxt başa düşmür və ya səhv təfsir edir. Xarici qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlar ölkədə qanunun aliliyinin bərqərar olmasının vacibliyini xatırladır. “Transparency International” təşkilatının tərtib etdiyi korrupsiya siyahısında Qazaxıstan 176 ölkə arasında 131-ci yeri tutur. 
Ona görə də Astana korrupsiyaya qarşı mübarizədə sərt tədbirlər görməlidir, bununla da xarici investisiyaları cəlb etmək şansını artırmalıdır. Qazaxıstan rəhbərliyi bu problemləri başa düşür. 2015-ci ildə prezident Nazarbayev hüququn aliliyi, korrupsiya üzərində nəzarət, dövlət xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, iqtisadi artımın təmin olunması və milli birliyin möhkəmlənməsi ilə əlaqədar beş institusional islahatın reallaşdırılması üçün yüzlərlə konkret addım atıb. Bu plan dövlət şirkətlərinin yenidən qurulması, qeyri-xammal iqtisadiyyatına keçid, xarici investisiyaların cəlb olunması və bütün dünyanın həsəd apardığı nəqliyyat infrastrukturunun yaradılmasından ibarətdir. Bu işdə İƏİT Qazaxıstana kömək edir. 
2017-ci ildə hasilatın pay bölgüsü sazişi (HPBS) çərçivəsində Türkmənistanın neft-qaz layihələrinin inkişafına xarici investisiyaların həcmi 4,5 milyard dollar həcmində olmuşdur. Bu barədə neft və mineral ehtiyatlar nazirliyinin məlumatında deyilir. 

2016-ci ildə bu göstərici üç milyard dolları keçmişdir. 
Türkmən mütəxəssislər bildirillər ki, ölkənin resurslarının 80% 3000 m dərinlikdə yerləşən geoloji çöküntülərdə yerləşir. 

İki neft-qaz hövzəsi ən perspektivli hesab edilir: Orta Xəzər və Cənubi Xəzər 
Hazırkı mərhələdə Türkmənistan ildə 10 milyon tondan çox neft hasil edir. 
Hasilatın pay bölgüsü müqavilələri çərçivəsində Xəzərin türkmən sektorunun işlənməsinə Petronas, Dragon Oil, Buried Hill şirkətləri cəlb edilib. Son məlumatlara görə, ENİ şirkətidə bu layihələrə maraq göstərir. 

2.2 Azərbaycan iqtisadiyyatında mövcud birbaşa xarici investisiyaların təhlili



İqtisadiyyatı və ixracı şaxələndirməklə neft-qazdan əldə edilən mənfəətlərdən asılılıq səviyyəsinin zəifləməsinə qısa müddət ərzində nail olmaq istəyən ölkəmiz üçün qeyri-neft sektoruna, əsasən də emal sənayesinə BXİ-in cəlb olunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın milli iqtisadiyyat perspektivinə əsasən Yol Xəritəsində 2025-ci ilə qədər hökumətin nail olmaq istədiyi dörd hədəfdən birincisi “qeyri-neft sektoruna istiqamətləndirilmiş BXİ-ın qeyri-neftdəki payının 4 %-ə çatdırılması” kimi müəyyən olunub. 

Böyük həcmdə olan karbohidrogen ehtiyatlarına sahib olan Azərbaycanın neft-qaz sahəsi xarici investisiyalar üçün hər zaman cəlbedici olmuşdur: 2000-2017-ci illər ərzində ölkə iqtisadiyyatına istiqamətlənən 77.8 mlrd.dollar miqdarında BXİ-nin 85 %-dən çoxu neft-qaz sahəsinin payına düşmüşdür. Ancaq, ölkənin qeyri-neft və qaz sektoru, əsasən də emal sənayesi həmin müddətdə xarici investorlarda o qədər də maraq oyada bilməyib. (24) Ölkənin neft-qaz sektorunda xarici investorların fəal olduğu bir mühitdə qeyri-neft sahələrinə onların marağının az olması düşündürücü bir haldır. Həmin sektorlara BXİ-nin cəlb olunmasının artımına nail olmaq məqsədilə xarici investorları qorxudan amillərin aşkara çıxarılması, həmçinin, onların aradan götürülməsi məqsədilə tədbirlərin reallaşdırılması vacibdir. İnvestisiya fəallığının çoxaldılması istiqamətində son üç ildə hökumətin qəbul etmiş olduğu qərarların nə dərəcədə yetərli və təsirli olması da həmçinin, araşdırılmalı olan məsələlərdəndir. 



BXİ-nin cəlb olunması uğrunda ölkələr arasında olan rəqabət son onilliklər ərzində xüsusilə kəskinləşmişdir. Bu səbəbdən də bu və yaxud da digər ölkə iqtisadiyyatının, hökumət siyasətinin BXİ üçün cəlbedici olmağını təmin edən amillərin müəyyənləşdirilməsi həm elmi tədqiqatların, həmçinin, beynəlxalq təşkilatların, bununla yanaşı, milli hökumətlərin praktiki araşdırmalarının diqqət mərkəzindədir. 

BMT-nin İnkişaf və Ticarət Konfransı hər il dünyada BXİ-nin vəziyyəti ilə əlaqədar illik hesabatlar hazırlayır. O hesabatlarda BXİ-nin dinamikası, xarici investisiyaların cəlb olunması üçün hökumətlər tərəfindən reallaşdırılan tədbirlərin xülasəsi və həmçinin, əsas inkişaf meylləri ümumiləşdirilərək təqdim edilir. Təşkilatın “Yeni sənaye siyasətləri və investisyalar” mövzusuna həsr olunan 2018-ci il hesabatına görə 2017-ci ildə BXİ axınlarının miqdarı 1.43 trln. dollar miqdarında olub, bu göstərici də 2016-cı illə müqayisə etdikdə 23 % azalma deməkdir. Həmin hesabatda qeyd olunur ki, 2017-ci il ərzində 65 ölkədə investisiyalarla əlaqədar 126 qərar qəbul olunub ki, bu qərarların 84%-i investorlara görə əlverişli olub. Bu qərarlar başqa-başqa sahələrdə giriş maneələrinin götürülməsi, inzibati prosedurların azaldılması, stimallaşdırıcı mexanizmlərin yaradılmasına doğru olmuşdur. 

Dünya Bankının “Qlobal investisiyaların rəqabət bacarığı haqqında hesabat 2017-2018-ci illər: xarici investor perspektivləri və həmçinin, siyasət nəticələri” tədqiqatında 754 sayda beynəlxalq şirkətin rəhbərləriylə keçirilən sorğunun nəticələri təqdim olunub. Dünyanın bir çox ölkələrində fəaliyyətdə olan beynəlxalq şirkətlərin rəhbərləri birbaşa xarici investisiya ilə əlaqədar qərarlara təsir edən amilləri əhəmiyyətlilik dərəcəsinə əsasən qiymətləndiriblər. 

2.3 Azərbaycanda birbaşa xarici investisiya mühitinin qiymətləndirilməsi



Azərbaycan iqtisadiyyatına BXİ-nin daxilinə 1995-ci ildən etibarən başlanıldığını deyə bilərik. 1991-ci ildə müstəqilliyin bərpasından sonrakı illərdə müşahidə edilən siyasi formalı sabitsizliyin 1994-cü ildə aradan götürülməsi, Qarabağ müharibəsində atəşkəsin elan olunması, əsasən də 1994-cü ilin sentyabr ayında ölkənin birinci beynəlxalq neft sazişi “Azəri-Çıraq-Günəşli” yə əsasən Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması ölkəyə BXİ-nın gəlməsinə şərait yaratdı. 

DSK-nın məlumatına görə 1995-2017-ci illər ərzində ölkə iqtisadiyyatına ümumi olaraq 125.5 mlrd. dollar miqdarında xarici investisiya daxil edilib, bunun da 96.1 faizi 2000-2017-ci illər ərzində baş vermişdir. 2000-2017-ci illər ərzində ölkəyə daxil edilən investisiyanın 29.2 mlrd. dolları Azərbaycanın və ayrı-ayrı dövlələrin beynəlxalq maliyyə və kredit təşkilatlarından cəlb olunan maliyyə kreditləri, 77.8 mlrd. dolları birbaşa xarici investisiyalar, 217.7 mln. dolları neft bonusu, 13.4 mlrd. dolları digər investisiyalar olmuşdur. 

2000-2017-ci illər ərzində Azərbaycan iqtisadiyyatına istiqamətlənən 77.8 mlrd. dollar Birbaşa Xarici İnvestisiyanın 66.8 mlrd. dolları neft sektorunda, 19.9 mlrd. dolları qeyri-neft sahələrində həyata keçirilmişdir. 

İllərə əsasən neft sektoruna daxil edilən BXİ-nin miqdarı hər zaman qeyri-neft sahəsi ilə müqayisə etdikdə dəfələrlə çox olmuşdur (diaqram 2.3.1). 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin