Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 0,66 Mb.
səhifə2/16
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#41017
1   2   3   4   5   6   7   8   9   ...   16
mamverdiyev-Behbud

Giriş

Mövzuun aktuallığı: Məlum olduğu üzrə hazırda dünyada baş verən prosseslər, enerji dəyərlərinin kəskin şəkildə aşağı düşməsi, yatırımcılar üçün olduqca vacib olan makroiqtisadi mühitdə baş verən mənfi yöndə prosseslər və onların doğurduğu müxtəlif hallar investisiya qoyuluşlarına birbaşa təsir edir. Azərbaycan respublikası iqtisadiyyatıda təbii olaraq dünya iqtisadiyyatının bir parcası olaraq bu hadisələdən təsirsiz ötüşmədi. Sovet Sosyalist Respublikalar Ittifaqı dağıldıqdan sonra müstəqil Azərbaycan müstəqil şəkildə öz iqtisadiyyatında bir sıra tədbirlər görməyə başlamışdır. Son dovrlərə nəzər salsaq neftin dəyərinin aşağı düşməsi nəticəsində, ixrac gücünün böyük bir qismi neft və neft məhsullarından ibarət olan Azərbaycanda bir sıra neqativ hallar baş verdi. İxracın aşağı düşməsi isə ölkəyə xarici valyuta axınına mənfi təsir etdi və nəticədə devalivasiya yaşandı. Bu isə onu göstərir ki Azərbaycan iqtisadiyyatı neft və neft məhsulları üzərinə qurulmuşdur və qeyri-neft sahəsində həm yerli həmdə xarici investisiyanın payı olduqca azdır. 

Hal hazırda dünya ölkələrinin demək olar ki hamısı üçün keçərli olan məsələ iqtisadi inkişafın təmin edilməsi üçün investisiya qoyuluşlarının önəmidir. Mütəxəssislər tərəfindən son 50 ildə böyük beşlik ölkələrində iqtisadiyyatın inkişafında başlıca səbəb kimi investisiya qoyuluşlarındaki aktivliklər qeyd edilir. 


Birbaşa xarici investisiyanın cəlbi ölkə iqtisadiyyatına etdiyi müsbət yöndə təsiri tədiyyə balansında kəsrlərin aradan qaldırılması, işsizlik və bu kimi digər amillərlə qısıtlamaq doğru olmazdı. 

Müasir dövrdə yaşanan qloballaşmanın, beynəlxalq iqtisadi inteqrasiyanın çox yüksək səviyyələrə qalxmasında birbaşa xarici investisiyalar inkar olunmaz bir funksiyanı yerinə yetirməktədir. İqtisadiyyada get-gedə önəmli güc təşkil edən şirkətlərin birbaşa xarici investisiya formasında olan qlobal formalı istehsalı ən çox müzakirə olunan mövzuların əvvəlində gəlməkdədir. Birbaşa xarici investisiyanın, iqtisadi və qeyri‐iqtisadi olmaqla, 2 aspekti mövcuddur. Bu baxımdan, bəzi ölkələr məsələyə sırf iqtisadi baxımdan yanaşmaqla birbaşa xarici investisiyanı dövlət siyasəti kimi mənimsəyib liberal formalı rejim izləmək istəsələr belə, geniş miqyasda xarici investisiyaya qarşı duyulan düşmənçilik hissinə görə geriyə doğru addım atmaq məcburiyyətində qalmaqdadırlar. Cəmiyyətin belə neqativ münasibətində və ideoloji faktorların yanında, xarici investisiyalarıntarixi inkişaf önəmli rol oynamaqdadır. 

Qloballaş ma ilə birbaşa xarici kapital investisiyalarının keyfiyyət dəyişikliyinə uğraması, ölkələrin sürətli, həmçinin, stabil olan iqtisadi inkişaflarını maliyyələşdirə biləcək sağlam şəkildə xarici qaynaq axtarışı tərəfdən bu investisiyalara istiqamətlənməsinə səbəb olmuşdur. 

Beynəlxalq təşkilatlarla birgə başqa-başqa regional təşkilatlar da Birbaşa Xarici İnvestisiya axınları istiqamətində araşdırmalar aparırlar. Əsasən, Avrasiya və Müstəqil Dövlətlər Birliyi çərçivələrində aparılan tədqiqatlarda Azərbaycanla əlaqəli olan nəticələr maraq yaradır. Misal üçün, “MDB ölkələrində qarşılıqlı formalı investisiyaların Monitorinqi-2017” adlı hesabatda qeyd olunur ki, Azərbaycanın bu ölkələrə qoymuş olduğu investisiyanın ümumi məbləği 2016-cı il ərzində 2.4 mlrd. dollar səviyyəsinə yüksəlmişdir, halbuki o ölkələrdən ölkəmizin iqtisadiyyatına istiqamətlənmiş investisiyanın ümumi məbləği 0.91 mlrd. Dollar olub. 

Qoyulan sərmayələr ölkəmizin iqtisadi cəhətdən daha çox güclənməsinə şərait yaratmaqla bərabər onun ümumimaraqlarının təmin olunmasında əhəmiyyətli rol oynayır. İlham Əliyev bununla bağlı qeyd etmişdir: "Xaricə qoyduğumuz investisiyalar ölkəmizin maraqlarını təmin edir. Gələcək zamanda bu, bizə ondan daha çox gəlir qazandıracaqdır. Ona görə ki, bu investisiyalar iqtisadi amillərlə bağlıdır. Yəni ki, bu, kommersiya istiqamətli investisiyalardır. Məlumdur ki, biz ondan da yükəsk qazanc əldə edəcəyik. Lakin, bu gün yox, 5 il və ya 10 ildən sonra. Buna görə bu tərəfdən həmin investisiyaların çox geniş əhəmiyyəti vardır. Bu investisiyalar ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Gələcək nəsillərimiz, bax, bu gün qoyulmuş olan o sərmayənin nəticələrini görəcəklər, həmçinin, biz də görəcəyik". 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin