Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə17/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   13   14   15   16   17   18   19   20   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

 
 


III fəsil. 
Qarnizon qarovulları növbətçisi və onun köməkçisi 
53. Qarnizon qarovullarına bilavasitə rəhbərlik etmək üçün qarnizon hərbi hissələrinin 
nizami zabitlərindən vəzifəcə bölük (batareya) komandirindən kiçik olmayan qarovullar 
növbətçisi və kiçik zabitlərindən isə onun köməkçisi təyin olunur. Qarovulların sayı az, yaxud 
onlar bir-
birinə yaxın olduqda, qarovullar növbətçisinin köməkçisi təyin edilməyə bilər. 
Ancaq 
bir qarnizon qarovulu təyin olunduğu qarnizonlarda qarnizon rəisinin əmri ilə 
qarovullar növbətçisinin vəzifəsi qarovul təyin edilən hərbi hissənin növbətçisinə həvalə edilə 
bilər. 
Qarnizon qarovullarının sayı çox olduqda və onlar bir-birindən xeyli aralı yerləşdikdə onlar 
bölmələrə bölünə bilər. Bu halda hər bölməyə qarovullar növbətçisi, zərurət olduqda isə onun 
köməkçisi təyin edilir. 
54. Qarovullar növbətçisi qarnizon qarovullarının düzgün xidmət etmələrinə cavabdehdir. 
O, qarnizon rəisinə və hərbi komendanta tabedir. 
Qarovullar növbətçisinin vəzifəsidir: 
növbəyə başlamazdan qabaq hərbi hissə qərargahından onun qarovullar növbətçisi təyin 
olunması haqqında yazılı göstəriş almaq;
təyin edilmiş vaxtda qarnizon hərbi komendantının yanına gəlmək, qarovullar növbətçisi 
təyin olunması haqqında yazılı göstərişi ona təqdim etmək, köhnə və təzə parollar yazılmış 
kağızları və lazımi göstərişləri almaq;
köhnə qarovullar növbətçisinə özünü təqdim etmək və ona köhnə parolları bildirmək;
qarovullar naryadı cədvəlini, postların yerləşmə sxemlərini, postlar tabellərini, qarovul 
rəisləri üçün təlimatları və qarovul növbətçisi üçün təlimatı öyrənmək;
qarnizon qarovullarının dəyişməsini keçirmək;
onun üçün ayrılmış otaqda olmaq; xidməti işlə əlaqədar başqa yerə gedərkən, köməkçisini 
otaqda öz yerinə qoymaq, haraya və hansı müddətə getdiyini ona bildirmək;
qarnizon qarovullarının xidmətini, hasarların, qarovul otaqlarında və postlarda rabitə 
vasitələrinin, siqnalizasiyanın, yanğınsöndürmə vasitələrinin sazlığını gündə azı iki dəfə (bir dəfə 
gecə) şəxsən yoxlamaq, nöqsanların aradan qaldırılması üçün dərhal tədbirlər görmək;
gecə vaxtı döyüş texnikası dayanacaqlarını və yerləşdikləri zonaları, hava tutqun olduqda 
isə gündüz də yoxlamaq və yoxlamanın nəticəsini postlar cədvəlində qeyd etmək;
hava şəraitindən asılı olaraq qarovulların postda dayanma müddətinin dəyişdirilməsi 
barədə göstərişlər vermək;
qarnizon rəisini və öz birbaşa rəislərini, həmçinin qarnizon hərbi komendantını qarşılamaq, 
onlara raport vermək, məsələn: 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin