Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə14/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   10   11   12   13   14   15   16   17   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

 
Qarnizonun hərbi dirijoru  
43. Qarnizonun hərbi dirijoru qarnizon üçün ümumi olan tədbirlərə hərbi hissələrin 
orkestrləri tərəfindən xidmət göstərilməsinə və qarnizonun birləşmiş orkestrinin hazırlığına 
cavabdehdir. 
Qarnizon hərbi dirijorunun vəzifəsidir: 
qarnizonda öz orkestrləri olmayan hərbi hissələrə başqa hərbi hissələrin orkestrləri 
tərəfindən xidmət göstərilməsini təşkil etmək və bu hərbi hissələrin komandirlərinə bölük 
təbilçiləri hazırlamaqda yardım göstərmək;


qarnizon qarovullarının dəyişməsi və başqa qarnizon tədbirlərinin keçirilməsi üçün hərbi 
hissələrin orkestrlərinin naryad cədvəllərini tərtib etmək;
qarnizon rəisinin təsdiq etdiyi plana əsasən qarnizon hərbi hissələri orkestrlərinin ixtisas 
hazırlığına nəzarət etmək; qarnizonun birləşmiş orkestrinin sıra və ixtisas hazırlığını keçirmək və 
ona rəhbərlik etmək.   
Qarnizonun mənzil-istismar hissəsi rəisi 
44. Qarnizonun mənzil-istismar hissəsi rəisi kazarma-mənzil fondunun istismarının, 
vaxtında təmir edilməsinin və uçotunun təşkilinə, həmçinin mənzil-istismar hissəsində uçotda 
olan hərbi hissələrin mənzil təminatının təşkilinə cavabdehdir. O, Müdafiə Nazirliyinin mənzil-
istismar idarəsi rəisinə tabedir. Kazarma fondundan istifadə olunması, yaşayış sahəsinin 
bölüşdürülməsi və qoşunların məişət şəraitinin yaxşılaşdırılması məsələləri üzrə o, mənzil-
istismar hissəsinin xidmət etdiyi qarnizon rəislərinin göstərişlərini yerinə yetirməlidir. 
45. Qarnizonun mənzil-istismar hissəsi rəisinin vəzifəsidir: 
qarnizon rəislərinə qarnizon kazarma-mənzil fondundan istifadə olunmasına aid təkliflər və 
hesablamalar, çatışmayan fondun ayrılması üçün yerli hakimiyyət orqanlarına göndərilən 
tələbnamələr haqqında məlumat vermək;
qarnizonlarda yaşayış sahələrinin bölüşdürülməsi planlarını qarnizon rəislərinin təsdiqinə 
vermək, qarnizonlara təhkim olunmuş bütün yaşayış sahəsinin uçotunu aparmaq;
hərbi hissələr tərəfindən binalardan, kommunal qurğulardan, kazarma inventarından və 
mebeldən istismarın düzgünlüyünü yoxlamaq, onların qorunub saxlanması və vaxtında təmiri 
üçün tədbirlər görmək;
qarnizonların hərbi şəhərciklərinin ərazisinin abadlaşdırılması, yaşıllaşdırılması, 
hasarlanması və təmizlənməsi planlarını hazırlayıb qarnizon rəislərinin təsdiqinə vermək və 
onların yerinə yetirilməsinə nəzarət etmək;
kazarma-
mənzil fondunun, məişət müəssisələrinin və digər hərbi binaların təmir işlərinə 
rəhbərlik etmək və bilavasitə hərbi hissələrin gördüyü təmir-tikinti işlərinə nəzarət etmək;
hərbi hissələri mənzil təminatının bütün növləri ilə təmin etmək və ondan düzgün istifadə 
olunmasını yoxlamaq;
hərbi hissələrin elektrik enerjisi, su və yerli inşaat materialları ilə təmin olunmasını təşkil 
etmək və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
mənzil təminatı ilə əlaqədar materiallar və pul vəsaiti üçün hərbi hissələrin tələbnamələrinin 
düzgünlüyünü yoxlamaq, ümumi tələbnamələr tərtib edib yuxarı təminat orqanlarına təqdim 
etmək;
mənzil-istismar hissəsinin xidmət etdiyi hərbi hissələrdə texniki məsələlər üzrə mənzil-
istismar xidmətinə rəhbərlik etmək;
hərbi şəhərciklərin, binaların, kommunal avadanlığın, mənzil təminatının bütün növlərinin və 
mənzil təminatına buraxılan pul vəsaitinin uçotunu aparmaq;
qarnizonlarda obyektlərin yerli müdafiə planlarının işlənib hazırlanmasında və müvafiq 
tədbirlərin keçirilməsində iştirak etmək; qarnizonlarda yerli müdafiənin mühafizə və xüsusi 
qurğularının uçotunu aparmaq, onların düzgün istismarına və qorunub saxlanmasına nəzarət 
etmək;


qarnizonlarda səfərbərlik və həyəcan elan olunması halları üçün mənzil-istismar xidməti 
üzrə tədbirlər planlarını işləyib hazırlamaq.   

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin