Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə13/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   9   10   11   12   13   14   15   16   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

vi
[6]
Qarnizon yanğından mühafizə xidmətinin rəisi
42. Qarnizon yanğından mühafizə xidmətinin rəisi qarnizonda yanğından mühafizə 
xidmətinin vəziyyətinə və qarnizon hərbi hissələrinin yanğınsöndürmə komandalarının daimi 
hazırlığına bilavasitə cavabdehdir. 
Qarnizon yanğından mühafizə xidməti rəisinin vəzifəsidir: 


qarnizonun yanğından mühafizə planını işləyib hazırlamaq, yerli yanğından mühafizə 
orqanları ilə razılaşdırmaq, həmçinin yerli müdafiə planının işlənib hazırlanmasında iştirak 
etmək;
yanğından mühafizənin vəziyyətinə və hərbi hissələrin yanğınsöndürmə komandalarının 
xidmətinə nəzarət etmək;
qarnizon hərbi hissələrində və obyektlərində yanğınsöndürmə vasitələrinin saz 
saxlanmasına diqqət yetirmək;
yaşayış və köməkçi binaların, anbarların, parkların və başqa obyektlərin yanğından 
mühafizəsindəki çatışmazlıqları tezliklə aradan qaldırmaq üçün tədbirlər görmək; nasaz istilik və 
işıq cihazlarından, həmçinin yanğından mühafizə avadanlığı ilə təchiz edilməmiş tamaşa 
salonlarından və başqa binalardan istifadə olunmasını qadağan etmək;
təlim mərkəzlərinə və düşərgələrə getmiş, yaxud qarnizonun tərkibindən çıxmış hərbi 
hissələrin kazarma binalarının, həmçinin qarnizonun hərbi şəhərciklərində zabitlərin yaşayış 
evlərinin yanğından mühafizə vəziyyətini yoxlamaq;
qarnizon hərbi hissələrinin yanğından mühafizə xidməti rəislərinə təlimat vermək və 
vaxtaşırı onlarla xüsusi məşğələlər keçirmək;
qarnizon rəisinin təsdiq etdiyi plan üzrə qarnizon hərbi hissələrinin yanğınsöndürmə 
komandalarının təlim məşğələlərini və qarnizon qarovullarının mühafizə etdikləri obyektlərdə 
təlim-yanğın həyəcanları keçirmək;
obyektlərin yerli müdafiəsi üzrə yanğınsöndürmə dəstələrinin xüsusi hazırlığını təşkil etmək 
və nəzarətdə saxlamaq, onların yanğınsöndürmə vasitələri ilə təmin olunmasına nəzarət etmək;
qarnizon rəisinin icazəsi ilə qarnizonda yanğından mühafizə xidmətinin vəziyyətini 
yoxlamaq üçün hərbi hissələrin yanğından mühafizə xidmətindən şəxslər cəlb etmək;
qarnizonda yanğın baş verdikdə, hərbi hissələrin və yerli yanğınsöndürmə komandalarını 
çağırmaq, yanğının söndürülməsində onların işinə rəhbərlik etmək;
qarnizonda yanğın baş verməsi və onun söndürülməsi üçün görülən tədbirlər haqqında 
dərhad qarnizon rəisinə, o olmadıqda isə qarnizon hərbi komendantına məlumat vermək
yanğının başvermə səbəblərini yerində araşdırmaq;
qarnizonun yanğından mühafizəsindəki nöqsanlar və onların aradan qaldırılması üzrə öz 
mülahizələri haqqında qarnizon rəisinə vaxtında məlumat vermək.

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin