Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə9/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   5   6   7   8   9   10   11   12   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Qarnizon rabitə rəisi 
37. Qarnizon rabitə rəisi qarnizonda rabitənin təşkilinə və vəziyyətinə cavabdehdir. 


Qarnizon rabitə rəisinin vəzifəsidir: 
qarnizondaxili rabitənin təşkili və təmin edilməsi planını qarnizon rəisinə təsdiq üçün təqdim 
etmək və rabitənin vəziyyətinə nəzarət etmək;
qarnizonda səfərbərlik və həyəcan elan edilməsi halları üçün rabitənin təmin edilməsi 
tədbirləri planını işləyib hazırlamaq;
düşmənin basqın təhlükəsi barədə qarnizonun hərbi obyektlərinə xəbərdarlıq edilməsi 
sistemlərinin təşkilinə və daimi hazırlığına nəzarət etmək;
Rabitə Nazirliyinin, digər nazirliklərin və idarələrin yerli orqanları ilə onların rabitə 
vasitələrindən qarnizon hərbi hissələrinin mənafeyi üçün istifadə olunması məsələlərini həll 
etmək;
qarnizondaxili və qarnizonlararası rabitəni təmin etməkdən ötrü lazımi rabitə vasitələri və 
istismar materialları barəsində tələbnamələri yuxarı rabitə rəisinə təqdim etmək;
rabitə vasitələrinin vaxtında təmir olunması üçün tədbirlər görmək;
rabitə vasitələri ilə danışıq aparmaq qaydalarına riayət olunması tədbirlərini işləyib 
hazırlamaq və onların yerinə yetirilməsinə nəzarət etmək.
Qarnizonun radiasiya, kimyəvi və bakterioloji mühafizə xidməti rəisi 
38. Qarnizonun radiasiya, kimyəvi və bakterioloji mühafizə xidməti rəisi qarnizon rəisinin 
göstərişlərinə əsasən radioaktiv və zəhərləyici maddələrdən mühafizə sahəsində qarnizon 
tədbirlərinin təşkilinə və yerinə yetirilməsinə cavabdehdir. 
Qarnizon radiasiya, kimyəvi və bakterioloji mühafizə xidməti rəisinin vəzifəsidir: 
qarnizon hərbi hissələrinin və idarələrinin radioaktiv və zəhərləyici maddələrdən mühafizə 
olunması məsələlərinə dair qarnizon tədbirlərinin işlənib hazırlanmasında iştirak etmək və bu 
məsələlər üzrə zəruri tədbirlərin görülməsinə rəhbərlik etmək;
qarnizonda radiasiya, kimyəvi və bakterioloji mühafizə xidməti məsələləri üzrə yerli müdafiə 
tədbirlərinin keçirilməsini təşkil etmək və yoxlamaq;
radioaktiv və zəhərləyici maddələrdən mühafizə məsələləri üzrə yerli əhali arasında iş 
aparmaq üçün təlimatçılar hazırlamaqda mülki müdafiə qərargahına yardım göstərmək.   

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin