Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə22/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   18   19   20   21   22   23   24   25   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

 


VI fəsil. 
Parol 
90. Parol məxfi sözdür: o qarovul rəisi üçün dəyişməyə gəlmiş qarovulun doğrudan da bu 
məqsəd üçün təyin olunmasını təsdiq edən bir vasitədir. 
Bundan əlavə, parol qarnizon rəisinin (hərbi hissə komandirinin), qarnizon hərbi 
komend
antının və ya qarovullar (hərbi hissə) növbətçisinin əmri ilə gəlmiş şəxsinə həqiqətən 
müvafiq rəis tərəfindən nəyə isə səlahiyyət verildiyini təsdiq etmək vasitəsidir. 
91. Parol Azərbaycan Respublikasının hər hansı bir şəhərinin və ya rayonunun adı ilə ifadə 
edilir və qarnizon qarovulları üçün qarnizon hərbi komendantı tərəfindən, daxili qarovullar üçün 
isə hərbi hissə qərargahı rəisi tərəfindən hər gün üçün müəyyən edilir. Hər qarovul üçün ayrı 
parol təyin edilir. 
92. Parol 10 gündən artıq olmayaraq qabaqcadan müəyyən edilir və qarnizon hərbi 
komendantının (hərbi hissə qərargahı rəisinin) seyfində möhürlənmiş qovluqda saxlanan parol 
kitabına yazılır. 
93. Təzə və köhnə parollar yazılmış kağızlar yeni qarovullar (hərbi hissə) növbətçisinə 
qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) və ya onun köməkçisi tərəfindən təyin 
olunmuş vaxtda qarovulların dəyişməsindən əvvəl verilir. 
Qarovullar (hərbi hissə) növbətçisi parolların alınması haqqında parolvermə jurnalında qol 
çəkir və öz köməkçisini (əgər qarovul ona tabedirsə, hərbi hissə üzrə növbətçinin köməkçisini) 
parollarla tanış edir. 
Qarnizon rəisinin (hərbi hissə komandirinin), qarnizon hərbi komendantının və ya qarovullar 
(hərbi hissə) növbətçisinin qarovul rəislərinə sərəncamlarını aparan şəxslərə də parol elə bu 
qaydada verilir. 
94. Parolu bilən bütün şəxslər, onu məxfi saxlamağa borcludurlar. Sorğu zamanı parol 
kağıza yazılmaqla, onu ucadan elan etmədən xəbər verilir, sonra isə kağız dərhal yandırılır. 
vii
[7]
Parol yazılan kağız itirildikdə və ya parol başqa yollarla açıldıqda, qarovul rəisi və yaxud 
qarovullar (hərbi hissə) növbətçisi tərəfindən parolun qüvvəsi dərhal dayandırılır, bu barədə 
dərhal qarnizon hərbi komendantına (hərbi hissə qərargahı rəisinə) məlumat verilir. Qarovullar 
(hərbi hissə) növbətçisi və ya onun köməkçisi təzə parolu qarovul rəisinə qarovul otağında 
şəxsən təqdim edir. 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin