Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci il tarixli



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix14.01.2017
ölçüsü2,58 Mb.
#5196
1   2   3   4

6 ay – 5 yaş 

Тipik pnevmoniyalar  



Streptococcus 

pneumoniae (70-88%) 

əksər hallarda kapsulsuz 



Haemophilus influenzae 

ilə birgə  

Аtipik pnevmoniyalar  

Micoplazma 

рneumoniae (15%) 

Chlamydia pneumoniae  

(3-7%) 


Respirator - sinsitisial 

virus, qrip və paraqrip 

virusları  

Rinoviruslar və 

adenoviruslar əksər 

hallarda bakterial 

törədicilərlə bərabər  

 



Haemophilus influenzae   

b tipli (10%) 

pnevmokok ilə birgə 

ağciyər destruksiyası və 

plevritlərlə fəsadlaşmış 

əksər pnevmoniyaların 

səbəbi olur 

 



Staphylococcus 

5 yaşdan böyük  

Tipik pnevmoniyalar  



Streptococcus 

pneumoniae (35-40%) 

Аtipik pnevmoniyalar  



Micoplazma 

рneumoniae  

(23-44%) 



Chlamydia pneumoniae  

(15-30%) 

 

Piogen streptokok





 

 

                                                            

 Badamcıqlardan limfa vasitəsi ilə yayılır 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

13

Cədvəl 2. İmmundefisitli xəstələrdə pnevmoniyaların etiologiyası  



Pasiyent qrupu  

Törədicilər  

Birincili hüceyrəli 

immunodefisiti olan xəstələr  

Pnevmosistlər  



Candida növündən olan göbələklər 

Birincili humoral immunodefisiti 

olan xəstələr  

Pnevmokoklar  

Stafilolokoklar  

Enterobakteriyalar  

Qazanılmış immunodefisiti olan 

xəstələr  

Pnevmosistlər  

Sitomeqaloviruslar  

Neytropeniyası olan xəstələr Qrammənfi enterobakteriyalar 

Candida, Aspergillus, Fusarium 

göbələkləri 



DİAQNOSTİKA 

Klinik əlamətlər 

Adətən klinik əlamətlər xəstəliyin ağırlığı, prosesin yayılması, 

uşağın yaşı, yanaşı gedən xəstəliklərin mövcudluğu kimi bir çox 

amillərdən asılı olaraq meydana çıxır.  

Qızdırma, öskürək, təngnəfəslik, ağciyərlərdə  xırıltılar bütün 

KRX-lər zamanı rast gəlindiyi üçün spesifik deyil. Lakin kiçik yaşlı 

uşaqlarda (3 yaşadək) respirator distress simptomları (taxipnoe, 

öskürək, krepitasiya, tənəffüsün güclənməsi və ya zəifləməsi) 

olmadığı halda pnevmoniya diaqnozunun ehtimalı azalır. 6 aydan 

böyük uşaqlarda yüksək hərarətin olmaması pnevmoniyanı praktik 

olaraq istisna edir (B).  

Bir yaşadək uşaqlarda dehidratasiya və hipoksiya (sianoz) 

əlamətləri qiymətləndirilməlidir. Dehidratasiya zamanı auskultativ 

dəyişikliklərlə klinik əlamətlər uyğun olmaya bilər. 

Şikayətlər: 

 



Hərarətin artması, qızdırma 

 



Öskürəyin yaranması (produktiv və ya qeyri-produktiv) 

 



Döş qəfəsində və ya qarında ağrı 

 



Tənəffüsün çətinləşməsi 

 



Halsızlıq, yuxululuq, baş ağrısı, ürək bulanması/qusma, mialgiya 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

14

Fizikal müayinə 

 

Hərarət 



38.5С 

 



Тахipnoe  

 



Tənəffüs aktında köməkçi  əzələlərin iştirakı (qabırğaarası 

əzələlərin və döş qəfəsinin dartılması) 

 

Ağciyər toxumasının bərkiməsi: 



 

Palpasiya:  



-

 

Döş qəfəsinin ekspansiyasının azalması  



-

 

Taktil səs titrəməsinin artması  



-

 

Tənəffüs aktında zədələnmiş tərəfin geri qalması  



 

Perkussiya:  



-

 

Zədələnmiş nahiyə üzərində lokal kütləşmə  



 

Аuskultasiya: 



-

 

Zəifləmiş tənəffüs  



-

 

Bronxial tənəffüs  



-

 

Səsli xırdaköpüklü xırıltılar və ya inspirator krepitasiya  



-

 

Plevranın sürtülmə küyü 



-

 

Kəskin güclənmiş bronxofoniya  



Qeyd etmək lazımdır ki, 15-25% xəstə  uşaqlarda fizikal 

simptomlar və öskürək olmaya da bilər.  

ÜST-nin tövsiyələrinə görə pnevmoniya üçün səciyyəvi əlamətlər 

aşağıdakılardır (B)

 

Bədən hərarəti 



38С, 3 gün və daha çox müddət ərzində 

 



Təngnəfəslik. TS dəqiqədə: 

 



0-2 ay uşaqlarda 60 və daha çox  

 



2-12 aylıq uşaqlarda 50 və daha çox  

 



12 ay-5 yaşlı uşaqlarda 40 və daha çox  

 



5 yaşdan böyük uşaqlarda 28 və daha çox  

 



5 yaşadək uşaqlarda döş qəfəsinin dartılması ağır pnevmoniyanın 

əlamətidir.  



Tənəffüsün sayını müəyyən etmək üçün müşahidə tam 1 dəqiqə 

ərzində aparılmalıdır. Uşaq sakit halda olmalıdır 

(qidalandırılmamalıdır və  ağlamamalıdır). 2 ayadək uşaqlarda 

birinci dəfə saydıqdan sonra tənəffüs tezləşmiş kimi 

qiymətləndirilirsə, ikinci dəfə tam bir dəqiqə sayılır və ikinci 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

15

sayılmanın nəticəsinə  əsaslanaraq tezləşmiş  tənəffüsün olması 



barədə qərar qəbul olunur.  

Bronxial obstruksiyanın mövcudluğu (fitverici tənəffüs) böyük 

ehtimalla tipik, xəstəxanadankənar qazanılmış pnevmoniyanı istisna 

edir. Belə pnevmoniyalar yüksək hərarət, titrəmə, döş qəfəsində ağrı, 

bəlğəmli öskürəklə səciyyələnir. 

Аtipik pnevmoniyalar çox saylı  xırda köpüklü yaş  xırıltılar, 

adətən asimmetrik, pnevmonik fokusun üzərində artan ikitərəfli 

krepitasiya ilə  fərqlənir. Bir neçə gün və ya həftə  ərzində  tədricən 

artan  əlamətlər, baş  ağrısı, halsızlıq, süstlük kimi simptomlar 

üstünlük təşkil edir. Öskürək quru olur. Adətən atipik pnevmoniyalar 

üçün toksikoz xarakterik deyil. Hərarət mikoplazmoz zamanı yüksək 

olur, xlamidioz zamanı isə 1-6 aylıq körpələrdə olmur.  



М.  Pneumonia  tərəfindən  törədilən atipik pnevmoniyalar əksər 

hallarda çox saylı  xırdaköpüklü assimetrik xırıltılarla müşahidə 

olunan yayılmış bronxitlə yanaşı gedir və bu hal diaqnostik 

əhəmiyyət daşıyır (C). 



LABORATOR VƏ İNSTRUMENTAL MÜAYİNƏLƏR 

Rentgenoqrafiya 

Pnevmoniyanın diaqnostikasında döş qəfəsinin rentgenoqrafiyası 

“qızıl standart” hesab olunur (A).  

Xəstəliyin ağırlığını  təsdiqləyən və antibakterial terapiyanın 

seçilməsinə kömək edən aşağıdakı meyarlar qiymətləndirilir: 

 



infiltrasiyanın ölçüləri və yayılması 

 



plevral ekssudatın mövcudluğu 

 



ağciyər parenximasının destruksiyası 

Kontrol rentgenoqrafiya  

Müalicənin harada (xəstəxanada və ya ev şəraitində) 

aparılmasından asılı olmayaraq, klinik təzahürlərin nəzərə çarpan 

müsbət dinamikası zamanı kontrol rentgenoqrafiya aparılmasına 

ehtiyac yoxdur (B).  

Kontrol rentgenoqrafiyanın aparılması  fəsadlaşmış  və  ağır 

pnevmoniyalar zamanı, həmçinin müalicə başladıqdan 4-5 həftə 

ərzində müsbət nəticə olmadıqda məqsədəuyğundur (bax: effektli 

müalicə meyarları). 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

16

USM və endoskopik müayinə  



Şüa ilə yüklənmənin səviyyəsini azaltmaq məqsədi ilə USM 

plevritlər və fəsadlaşmış pnevmoniyalar zamanı tövsiyə edilir. 

Endoskopik müayinə yad cisim və ya bronxların vərəminə şübhə 

olduqda özünü doğruldur.  

KT yalnız şübhəli hallarda (aparılan müalicəyə cavab olmadıqda 

və ya xəstəliyin süst, gizli və uzun müddət aşkarlanmayan 

simptomlarla müşahidə olunan gedişi) differensial diaqnoz məqsədi 

ilə aparılır.  

Laborator müayinə  

Pnevmoniya ehtimal olunan bütün xəstələrdə periferik qanın 

müayinəsi aparılmalıdır. Neytrofil leykositoz 

12·10


9

/l və sola 

meyllilik koklarla törədilmiş infeksiyanın yüksək ehtimalına işarə 

edir, 


30-40·10

9

/l - həyatının ilk ayında xlamidiyalı pnevmoniya ilə 

xəstələnmiş uşaqlar üçün xarakterikdir. 

Leykopeniya 

3·10

9

/l və ya leykositoz 

25·10

9

/l pnevmoniyanın 

gedişində proqnostik baxımdan arzuolunmaz əlamətdir.  

EÇS, CRZ və  kəskin fazanın başqa zülallarının konsentrasiyası 

pnevmoniya (xüsusilə pnevmokok ilə törədilmiş) zamanı artmasına 

baxmayaraq (B), bu müayinələrin rutin (bütün pnevmoniyalı xəstələr 

üçün) qaydada aparılması tövsiyə olunmur.  

Hematoloji dəyişikliklərin olmaması  xəstələrin yarısında 

müşahidə olunur və pnevmoniyanı istisna etmir (B).  

Qanın biokimyəvi analizi hospitalizasiyaya ehtiyacı olan ağır 

pnevmoniyalı uşaqların standart müayinə metodudur. Təyin olunur:  

 



qara ciyər fermentlərinin aktivliyi  

 



sidik cövhərinin və kreatininin səviyyəsi  

 



elektrolitlərin səviyyəsi  

 



qanın turşu-qələvi müvazinəti  

Klinik hipoksemiya, taxipnoe əlamətləri olan uşaqlara və kiçik 

yaşlı bütün uşaqlara pulsoksimetriya aparılması tövsiyə olunur 

(hemoqlobinin oksigen ilə doyma dərəcəsinin faizlə miqdarının 

monitorinqinin aparılması üçün sadə, qeyri-invaziv metod).  

Müalicəyə tabe olunmayan hallarda və  xəstəxanadaxili 

pnevmoniyalar zamanı etioloji diaqnostikanın aparılması tövsiyə 

olunur. 10-40% hallarda qanın əkilməsi müsbət nəticə verir.  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

17

7-10 yaşadək uşaqlarda bəlğəmin götürülməsi texniki 



çətinliklərlə bağlı olduğuna görə  bəlğəmin mikrobioloji müayinəsi 

pediatriyada geniş tətbiq olunmur. Bronxoskopiya aparıldıqda burun-

udlaqdan, traxeostomadan və endotraxeal borudan aspiratlar 

(biopsiya) mikrobioloji müayinə olunur. Həmçinin plevranın 

daxilindən (tərkibindən) götürülən punktatın əkilməsi mümkündür.  

Xəstəliyin etiologiyasını  dəqiqləşdirmək üçün seroloji müayinə 

metodlarından istifadə olunur. Kəskin və rekonvalessent dövrdə 

götürülmüş ikili zərdablarda spesifik anticisim titrlərinin artması 

pnevmoniyanın mikoplazma və ya xlamidiya etioloqiyasını  təsdiq 

edə bilər. Epidemioloji əhəmiyyəti olan lateks-aqqlutinasiya, 

qarşılıqlı immuoelektroforez, İFA, PZR və s. antigenlərin aşkarlama 

metodları etibarlıdır, lakin müalicə taktikasının seçiminə təsir etmir.  



DİFFERENSİAL DİAQNOZ 

1 yaşa qədər dövrdə: 

 

aspirasiya  



 

bronxlarda yad cisim  



 

əvvəllər diaqnozu qoyulmayan traxeoezofaqal fistula, 



qastroezofaqeal reflyuks  

 



İnkişaf qüsurları:  

 



ürəkdə 

 



ağciyərlərdə (ağciyərin payında emfizema) 

 



iri damarlarda 

 



mukovissidoz  

 



α-аntitripsinin defisiti  

 



bronx-ağciyər displaziyası 

2-3 yaşlı  və daha böyük uşaqlarda müalicəyə  çətin tabe olan 

pnevmoniyalar zamanı aşağıdakıları istisna etmək lazımdır:  

 



Kartaqener sindromu (üç simptomdan ibarət olan (daxili 

orqanların tərsinə yerləşməsi – situs viscerus inversus, xroniki 

ağciyər-bronx patologiyası  və sinusorinopatiya) anadangəlmə 

kombinə olunmuş inkişaf qüsuru)  

 

Ağciyər hemosiderozu  



 

Ekzogen allergik alveolit (allergik iltihaba meyli olan şəxslərdə 



tənəffüs yollarına müxtəlif antigenlərin düşməsi nəticəsində 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

18

inkişaf edir (un tozu, göbələklərin sporları, müxtəlif ifrazatların 



zülalları, quş tükü). Klinik və rentgenoloji simptomlar 

pnevmoniya ilə oxşardır, lakin ondan fərqli olaraq antibakterial 

terapiyanın effekti olmur. Nəticədə diffuz fibroz inkişaf edir və 

tənəffüs funksiyasının kəskin azalması müşahidə olunur. Səbəb 

olan antigenlə presipitasiya reaksiyası diaqnozu təsdiqləyir.  

 



Selektiv IgA defisiti.  

 



Obliterasiya olunan bronxiolit.  

Differensial diaqnoz traxeya və bronxların endoskopik 

müayinəsi, ağciyərlərin stinsiqrafiya və angioqrafiyası, 

mukovissidozun təyini üçün aparılan tər və başqa sınaqların,  α



1-

antitripsinin konsentrasiyasının müəyyənləşdirilməsi  əsasında 

aparılır.  

Bütün yaş qruplarında ağciyərlərin vərəmi diaqnozunu istisna 

etmək lazımdır.  

İmmunitetində  ağır qüsurları olan pasiyentlərdə  ağciyərlərin 

rentgenoqramında ocaqlı-infiltrativ dəyişikliklərin və  təngnəfəsliyin 

meydana çıxdığı zaman ağciyərlərin  əsas patoloji prosesə  cəlb 

olunmasını istisna etmək lazımdır (məsələn birləşdirici toxumanın 

sistemli xəstəlikləri) və  həmçinin yuxarıda adı  çəkilən simptomlar 

aparılan müalicənin nəticəsi ola bilər (ağciyərlərin dərmanlarla 

zədələnməsi, şüa pnevmoniti və s.).  

Beləliklə  uşaq və yeniyetmə dövründə pnevmoniyaların 

diaqnostikasının xüsusiyyətlərini aşağıdakı  əsas müddəalarla 

formalaşdırmaq olar.  

 



Uşaq və yeniyetmədə  ağciyərlərdə müvafiq auskultativ 

dəyişikliklər və intoksikasiya simptomları  və/və ya xüsusilə 

qızdırma ilə müşayiət olunan kəskin öskürək və/və ya 

təngnəfəslik yarandığı halda “pnevmoniya” diaqnozunu ehtimal 

etmək lazımdır 

 



Döş  qəfəsinin rentgenoqramında ağciyərlərdə infiltrativ 

dəyişikliklərin mövcudluğu diaqnoz meyarıdır 

 

“Pnevmoniya” diaqnozunun ehtimal olunması  və xüsusilə onun 



klinik-rentgenoloji təsdiqlənməsi, antibiotikin ilk dozasının 

dərhal yeridilməsinə  və pasiyentin müalicəsi aparılan yerin 

(ambulator və ya stasionar) müəyyənləşdirilməsinə göstərişdir 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

19

Yalnız antibakterial müalicəni başladıqdan və müalicə aparılan 



yeri müəyyənləşdirdikdən sonra etioloji diaqnostika haqqında 

düşünmək lazımdır . 



MÜALİCƏ 

Pnevmoniyanın müalicəsi, həmçinin pnevmoniya diaqnozu 

ehtimal olduqda antibakterial terapiyanın təyinindən və müalicə 

aparılan yerin (ambulatoriya və ya stasionar) müəyyənləşdiril-

məsindən başlanmalıdır. 

Hospitalizasiyaya göstəriş  

Xəstəliyin ağırlıq dərəcəsi və arzuolunmaz gedişat üçün risk 

faktorlarının mövcudluğu xəstəxanaya göndəriş üçün göstərişdir.  

Xəstəliyin ağırlığını müəyyən edən amillər: 

 

6 aydan kiçik uşaqlar (prosesin ağırlığından və yayılmasından 



asılı olmayaraq)  

 



krupoz pnevmoniyalar zamanı – 3 yaşadək uşaqlar  

 



fəsadlaşmış pnevmoniyalar (yaşından asılı olmayaraq)  

 



hipoksiya simptomları (saturasiyanın səviyyəsi  О

2

  ≤ 92%, 



sianoz)  

 



təngnəfəslik (yenidoğulmuşlarda tənəffüsün sayı dəqiqədə 70 və 

daha çox, böyük yaşlı uşaqlarda 50 və daha çox)  

 

çətinləşmiş tənəffüs  



 

1 yaşadək uşaqlarda – apnoe, iniltili tənəffüs; daha böyük 



uşaqlarda xırıltılı tənəffüs 

 



qidalanmadan imtina  

 



dehidratasiyanın nəzərə çarpan simptomları  

 



ambulator müalicənin başlanğıcından 36-48 saat sonra müsbət 

dinamika olmadıqda  

 

ağciyərlərin iki və daha çox payının zədələnməsi (yaşından asılı 



olmayaraq)  

 



plevral mayenin (ekssudatın) mövcudluğu (yaşından asılı 

olmayaraq)  

Xəstəliyin arzuolunmaz gedişatının risk faktorlarına aiddir:  

 



ağır premorbid patologiyası olan uşaqlar  

 



adekvat qulluğun və ev şəraitində  həkim təyinatının yerinə 

yetirilməsinin mümkünsüzlüyü (sosial cəhətdən uğursuz ailələr, 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

20

yaşayış üçün yararsız olan sosial-məişət  şəraitinin olması, o 



cümlədən yataqxanalar, qaçqınlar və  məcburi köçkünlərin 

məskunlaşdığı ərazilər və s., valideynlərin dini əqidələri və s.)  

İntensiv reanimasiya şöbəsində müalicəyə göstərişlər: 

 



1 yaşadək uşaqlarda dəqiqədə 80-dən artıq və 1 yaşdan böyük 

uşaqlarda dəqiqədə 60 TS və daha çox olan təngnəfəslik  

 

tənəffüs zamanı vidaci çuxurunun içəri dartılması; 



 

iniltili tənəffüs, tənəffüs ritminin pozulması (apnoe, qaspslar);  



 

kəskin ürək-damar çatışmazlığı əlamətləri;  



 

müalicəyə tabe olmayan hipertermiya və ya proqressivləşən 



hipotermiya  

 



huşun pozulması, qıcolmalar  

Antibakterial terapiya  

Pnevmoniya diaqnozu təsdiq olunduqda və ya ağır vəziyyətdə 

olan xəstədə pnevmoniya diaqnozu ehtimal olunduqda 

təxirəsalınmaz antibakterial terapiya başlanmalıdır.  

Antibiotiklərin parenteral yeridilməsinə göstərişlər:  

 



1 yaşadək uşaqlar  

 



ağır pnevmoniya ilə xəstəxanaya göndərilən pasiyentlər  

 



antibakterial dərman vasitələrinin daxilə 

qəbulunun 

mümkünsüzlüyü (aramsız qusma və s.) 

Pasiyentlərin  əksəriyyətinə ambulator şəraitdə alınan peroral 

antibakterial terapiya adekvat müalicəni təmin edir.  

Ağır olmayan pnevmoniyalar zamanı 36-48 saat, ağır 

pnevmoniyalar zamanı 72 saat ərzində klinik effektin olmaması  və 

arzuolunmaz  əlavə  təsirlərin inkişafı  dərman vasitəsinin 

dəyişdirilməsinə göstərişdir (А) 

Antibiotikin seçimində aşağıdakı meyarlar nəzərə alınmalıdır:  

 

uşağın yaşı  



 

klinik simptomlar  



 

müəyyən  ərazidə mikroorqanizmlərin rezistentliyi haqqında 



epidemioloji məlumat 

Xəstəliyin qeyri-kafi proqnozunun risk faktorları mövcuddursa, 

müalicəni geniş  təsir spektrli antibiotiklərdən başlayır və laborator 

müayinənin nəticələrinə görə dar təsir spektrli antibiotiklərlə  əvəz 

edirlər. Antibiotiklərin dozaları haqqında Əlavəyə bax. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

21

Cədvəl 3. Xəstəxanadankənar qazanılmış pnevmoniyalar zamanı 



ilkin dərman vasitəsinin seçimi  

Yaş, forma 

Etiologiya 

İlkin dərman 

Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin