Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci il tarixli



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix14.01.2017
ölçüsü2,58 Mb.
#5196
  1   2   3   4

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

Kollegiyasının 26 dekabr 2011-ci il tarixli 

57 saylı qərarı ilə təsdiq edilmişdir

 

 



 

 

 

 

 

 

 

 

 

UŞAQLARDA XƏSTƏXANADANKƏNAR 

PNEVMONİYALARIN  

DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ 

KLİNİK PROTOKOL 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2011

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

54.12 


U 74 

 

 



 

 

 



 

 

 



 

U 74  Uşaqlarda xəstəxanadankənar pnevmoniyaların diaqnostika 

və müalicəsi üzrə klinik protokol. – 32 səh.  

Klinik protokol ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyi 

tərəfindən maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin 

Gücləndirilməsi” (İSXG) Layihəsi çərçivəsində Abt 

Associates Inc şirkətinin dəstəyi ilə  işlənib hazırlanmışdır.

 

2



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

3

 



Klinik protokolun redaktoru:  

C. Məmmədov  

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

 

 



İslahatlar Mərkəzinin direktoru, t.f.d. 

 

Klinik protokolun tərtibçilər heyəti: 

H. Qabulov 

 Azərbaycan Tibb Universitetinin II Uşaq 

 xəstəlikləri kafedrasının dosenti, t.e.d. 

R. Məmmədova 

Ə. Əliyev adına Azərbaycan Dövlət  

 

 



Нəkimləri Təkmilləşdirmə İnstitutunun  

  

Pediatriya 



kafedrasının dosenti, t.e.n. 

L. İsgəndərova  

Bakı şəhəri Uşaq Вərpa Müalicə Mərkəzinin  

 

 



həkim-pediatrı 

K. Süleymanova 

Abt Associates, İlkin Səhiyyənin  

 Gücləndirilməsi Layihəsi, həkim 

Ş. İsmayılova 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və  

 

 

İslahatlar Mərkəzi, Tibbi keyfiyyət  



  

standartları şöbəsinin həkim-metodisti 

 

Rəyçilər: 

N. Quliyev 

Səhiyyə Nazirliyinin baş pediatrı,  

  

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya  



 

 İnstitutunun direktoru, Azərbaycan Tibb 

 Universitetinin müalicə-profilaktika 

 fakültəsinin Uşaq xəstəlikləri kafedrasının 

 müdiri, professor, t.e.d. 

E. Məmmədbəyov Səhiyyə Nazirliyinin baş ftiziatrı,  

  

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  



 

İnstitutunun direktoru, Ə.  Əliyev adına 

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə 

İnstitutunun Ftiziatriya kafedrasının müdiri, 

professor,  t.e.d. 

 

 



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

4

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqatdan alınmışdır 

IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların etibarlılıq 

dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT 

 

Sübutların etibarlılıq dərəcəsi Ia 



 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) RKT 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və IIa 

 



Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 



edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT 

 

Sübutların etibarlılıq dərəcəsi IIb 



 



Klinik hallar seriyasının təsviri, yaxud  

 



Nəzarət edilməyən tədqiqat, yaxud  

 



Ekspertlərin rəyi 

 



Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

6

İxtisarların siyahısı: 



 

CRZ  

– C reaktiv zülal 



DDL  

– damardaxili disseminasiya olunmuş laxtalanma  



EÇS  – 

eritrositlərin çökmə sürəti 



EKQ  – 

elektrokardioqram 



ExoKQ  – 

exokardioqram 



XKP  – 

xəstəxanadankənar pnevmoniya 



İFA 

– immun ferment analizi 



KRX  – 

kəskin respirator xəstəlik 



KT  

– kompüter tomoqramı 



QSİƏDV 

– qeyri-steroid iltihab əleyhinə dərman vasitələri  



MRSA  – 

metisillinə qarşı rezistent Staphylloccus Aureus  



PZR  

– polimeraza zəncirvarı reaksiyası 



TS  – 

tənəffüsün sayı (dəqiqədə) 



USM  – 

ultrasəs müayinəsi 



ÜST  

– Ümumdünya Səhiyyə Təşkilatı 



 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

7

Protokol pediatr, infeksionist, ailə  həkimi, pulmonoloq, ilkin 



səhiyyə xidmətləri səviyyəsində, stasionarlarda və  təcili tibbi 

yardımda çalışan həkimlər üçün nəzərdə tutulmuşdur. 

 

Pasiyent qrupu: 18 yaşadək pnevmoniyası olan uşaqlar.  

 

Protokol 18 yaşadək xəstə  uşaqlarda pnevmoniyanın klinik, 

laborator və rentgenoloji diaqnostikasının yaxşılaşdırılması, 

antibiotiklərlə müalicəsinin səmərəliləşdirilməsi, hospitalizasiyaya 

göndəriş meyarlarının müəyyənləşdirilməsi və pnevmoniya ilə 

xəstələnmə  və ölüm hallarının azaldılması üzrə sübutlu təbabətə 

əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini daşıyır.  

Bu klinik tövsiyələr aşağıdakı halların idarə olunmasına aid deyil

 

İntensiv terapiya tələb edən vəziyyət və intoksikasiya əlamətləri 



 

Yenidoğulmuşlarda ağciyər və ürək qüsurları 



 

Xəstəxanadaxili infeksiya  



 

Mədə möhtəviyatı və ya yad cisimlə aspirasiya 



 

Anadangəlmə və ya qazanılmış immunçatışmazlığı 



 

Mukovissidoz  



Pnevmoniya  – tənəffüs pozulmaları sindromu və/və ya fizikal 

əlamətlərə  və  həmçinin, rentgenoqramda infiltrativ dəyişikliklərə 

əsasən müəyyən olunan, ağciyər parenximasının kəskin infeksion 

iltihabi xəstəliyidir (A) 



ÜMUMİ MÜDDƏALAR 

Xəstəxanadankənar pnevmoniya dedikdə pasiyentin həyatının 

adi  şəraitində inkişaf edən ağciyər parenximasının kəskin infeksion 

xəstəliyi nəzərdə tutulur.  

Xəstəxanadaxili (nozokomial) pnevmoniyalar dedikdə 

xəstəxanaya daxil olduqdan 72 saat sonra və ya xəstəxanadan 

çıxdıqdan (evə yazıldıqdan) ilk 72 saat ərzində inkişaf etmiş 

pnevmoniyalar nəzərdə tutulur.  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

8

Epidemiologiya 

Pnevmoniyaya uşaqlıq dövrünün müxtəlif yaş qruplarında 

müxtəlif tezliklə rast gəlinir. Xəstəliyin birinci zirvəsi erkən və 

məktəbəqədər yaş dövrünə (təqribən hər 1000 uşaqdan 40-da), ikinci 

zirvəsi yuxarı sinif və yeniyetmə dövrünə  təsadüf edir. 

Xəstələnmənin belə dinamikası tənəffüs sisteminin inkişafının kritik 

dövrünü (18 aylığından başlayır və 2-3 yaşınadək davam edir), 

yoluxmaya səbəb olan uşağın  ətraf mühit ilə  təmasının 

genişlənməsini  əks etdirir; yuxarı sinif və yeniyetmə dövründə isə 

endokrinoloji və immunoloji dəyişikliklərlə bağlıdır.  

Qrip epidemiyası zamanı xəstələnmə faizi artır. 

Müalicə vaxtında aparıldıqda xəstəxanadankənar pnevmoniyalar 

ölümlə  nəticələnmir. Xəstəxanadaxili pnevmoniyalar zamanı ölüm 

faizi 5-10% təşkil edir. 

Risk faktorları 

 



Vaxtından  əvvəl doğulmuş  uşaqlar (1 yaş  həddinə çatanadək). 

Belə  uşaqlarda pnevmoniya ilə  xəstələnməyə 11 dəfə, 

bronxiolitlə xəstələnməyə isə 4 dəfə çox rast gəlinir 

 



Anadangəlmə ürək qüsurları  

 



Xroniki vəziyyətlər (adət edilmiş qida aspirasiyası, muko-

vissidoz, bronx-ağciyər displaziyası və sinir-əzələ patologiyası)  

 

Ailənin sosial-iqtisadi səviyyəsinin aşağı olması 



 

Ailədə bir neçə uşağın olması (xüsusilə məktəbə, uşaq bağçasına 



və s. gedən) 

 



Uşağın məktəbə, uşaq bağçasına və ya digər kollektivlərə getməsi 

 



Passiv siqaret çəkməyə məruz qalma  

XBT-10 ÜZRƏ TƏSNİFAT 

J12  

Başqa rubrikalarda təsnif edilməyən, virus mənşəli, 

pnevmoniya 

J12.0  


Adenovirus mənşəli pnevmoniya 

J12.1  


Respirator sintisial virus tərəfindən törədilən pnevmoniya 

J12.2 


Paraqrip virusu tərəfindən törədilən pnevmoniya 

J12.8  


Digər virus mənşəli pnevmoniyalar 

J12.9  


Dəqiqləşdirilməmiş virus mənşəli pnevmoniya 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

9

J13  



Streptococcus pneumoniae tərəfindən törədilən pnevmoniya 

J14  

Haemophilus influenzae (Afanasyev-Pfeyffer çöpü) 

tərəfindən törədilən pnevmoniya 

J15  

Başqa rubrikalarda təsnif edilməyən bakterial pnevmoniya 

J15.0  


Klebsiella pneumoniae tərəfindən törədilən pnevmoniya 

J15.1  


Pseudomonas tərəfindən törədilən pnevmoniya 

J15.2  


Stafilokok tərəfindən törədilən pnevmoniya 

J15.3  


Bir qrup streptokok tərəfindən törədilən pnevmoniya 

J15.4  


Digər streptokoklar tərəfindən törədilən pnevmoniya 

J15.5  


Escherichia coli tərəfindən törədilən pnevmoniya 

J15.6  


Digər aerob, qram-mənfi bakteriyalar tərəfindən törədilən 

pnevmoniya 

J15.7  

Mycoplasma pneumoniae tərəfindən törədilən pnevmoniya 

J15.8  


Digər bakterial pnevmoniyalar 

J15.9  


Dəqiqləşdirilməmiş bakterial pnevmoniya 

J16  

Başqa rubrikalarda təsnif edilməyən, digər infeksion 

amillər tərəfindən törədilən pnevmoniya 

J16.0  


Xlamidiyalar tərəfindən törədilən pnevmoniya 

J16.8  


Digər dəqiqləşdirilməmiş infeksion amillər tərəfindən 

törədilən pnevmoniya 



J17  

Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı 

rast gəlinən pnevmoniyalar 

J17.0  


Başqa rubrikalarda təsnif edilən bakterial xəstəliklər 

zamanı rast gəlinən pnevmoniya 

J17.1  

Başqa rubrikalarda təsnif edilən virus xəstəlikləri zamanı 



rast gəlinən pnevmoniya 

J17.2  


Mikozlar zamanı pnevmoniya 

J17.3  


Parazitar xəstəliklər zamanı pnevmoniya 

J17.8  


Başqa rubrikalarda təsnif edilən digər xəstəliklər zamanı 

rast gəlinən pnevmoniya 



J18  

Pnevmoniya, törədici dəqiqləşdirilmədən 

J18.0  


Dəqiqləşdirilməmiş bronxopnevmoniya 

J18.1  


Dəqiqləşdirilməmiş paylı (lobulyar) pnevmoniya 

J18.2  


Dəqiqləşdirilməmiş hipostatik pnevmoniya 

J18.8  


Törədicisi müəyyən olunmamış digər pnevmoniya 

J18.9  


Dəqiqləşdirilməmiş pnevmoniya 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

10

PNEVMONİYALARIN TƏSNİFATI 



İnfeksiyalaşma şəraitinə görə: 

 



Xəstəxanadankənar pnevmoniyalar  

 



Xəstəxanadaxili pnevmoniyalar (hospital, nozokomial) 

Klinik-rentgenoloji əlamətlərə görə:  

 



Ocaqlı pnevmoniya (iltihabi proses bir alveolanı və ya bir alveola 

qrupunu zədələyir, o cümlədən bronxların  ətrafında yerləşən 

alveolaların zədələnməsi (bronxopnevmoniya) nəzərdə tutulur)  

 



Seqmentar və ya poliseqmentar pnevmoniya (iltihabi proses bir 

və ya bir neçə seqmentdə gedir)  

 

Krupoz pnevmoniya (iltihabi proses ağciyərin bir və ya bir neçə 



payında gedir)  

 



İnterstisial pnevmoniya (iltihabi proses ağciyərin birləşdirici ara 

toxumasında gedir)  



Ağırlıq dərəcəsinə, ağciyərlərin zədələnməsinin dərəcəsinə, 

toksikozun və fəsadların təzahürünə görə ayırd edilir: 

 



Yüngül və  ağır (ağciyər-ürək çatışmazlığı, toksikozun və 

fəsadların mövcudluğuna görə) gedişli pnevmoniyalar  

 

Fəsadlaşmış və fəsadlaşmamış pnevmoniyalar 



Prosesin gedişinə görə:  

 



Kəskin pnevmoniya (müvafiq müalicə aparıldıqda fəsadlaşmamış 

pnevmoniyalı  xəstələr 2-4 həftəyə, fəsadlaşmış pnevmoniyalı 

xəstələr 4-8 həftəyə sağalır)  

 



Uzunsürən pnevmoniya (3 ay müddətində müsbət dinamika 

olmadıqda, adətən seqmantar proses zamanı)  



Həmçinin ayırırlar:  

 



İmmunodefisitli şəxslərdə inkişaf etmiş pnevmoniyalar  

 



Yenidoğulmuşların pnevmoniyaları. Onlar öz növbəsində ayrılır:  

 



bətndaxili (anadangəlmə – həyatının ilk 72 saatında inkişaf 

etmiş pnevmoniya)  

 

qazanılmış (xəstəxanadaxili və xəstəxanadankənar ola bilər).  



 

Ağciyərlərin süni ventilyasiyasına ehtiyacı olan pasiyentlərdə 



inkişaf etmiş pnevmoniyalar 

 



erkən (süni tənəffüsə başlandıqdan sonra ilk 72 saat ərzində)  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

11



 

gecikmiş (4 gün və daha çox süni tənəffüs aparıldıqdan sonra) 



Praktiki cəhətdən belə ayırd edilmə də əhəmiyyətlidir:  

 



koklar və ya digər bakterial flora ilə törədilmiş tipik 

pnevmoniyalar – rentgenoqramda ağciyər ocaqları  və ya hamar 

kənarlı olan homogen infiltratlar kimi görünür  

 



mikoplazma, xlamidiya və nadir hallarda pnevmosistlərlə 

törədilmiş atipik pnevmoniyalar – rentgenoqramda qeyri-hamar 

kənarlı, qeyri-homogen infiltratlar və ya dağılmış ocaqlar kimi 

görünür 


Etiologiya 

Ambulator  şəraitdə pnevmoniyaların törədicisi ehtimal edilir. 

Virus infeksiyaları bakterial pnevmoniyaların təqribən 50% hallarda 

sələfi olur və körpə nə qədər kiçik olarsa, bu hal bir o qədər tez-tez 

yer alır. Yalnız virus mənşəli kiçik ölçülü infiltratlı pnevmoniyalara 

8-20% hallarda rast gəlinsə  də, belə  xəstələrin  əksəriyyətində 

bakterial superinfeksiya müşahidə olunur. Törədici 40-60% hallarda 

identifikasiya olunmur.  

7 yaşdan böyük uşaqlarda pnevmoniyaların etiologiyası böyük 

yaşlı insanlarda olduğu kimidir.  



Cədvəl 1. Yaş qrupları üzrə pnevmoniyaların etiologiyası  

Yaş  

Tez-tez rast gəlinən 

törədicilər 

Az hallarda rast gəlinən 

törədicilər  

Yenidoğulmuşlar   Вətndaxili: 

В qrup streptokok 

Аntenatal 

infeksiyalaşma zamanı: 

D və G qrup streptokok 

Listeria monocytogenes 

Treponema pallidum 

 



E.Coli 

 



Klebsiella pneumoniae 

 



Staphylococcus aureus 

 



Staphylococcus 

epidermidis 

 

1

 – 

6 ay 

Тipik pnevmoniyalar 



E.Coli və başqa qram-

mənfi bağırsaq florası,  

stafilokoklar  

Аtipik pnevmoniyalar  

 

Moraxella catarrhalis 



və s. (pnevmokoklar,   

H. infuenzae ) 

Аtipik pnevmoniyalar  

 

Pneumocystis carinii 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

12

Chlamydia trachomatis 

 

(əsasən yarımçıq 



dogulmuşlarda) 

Ola bilər: 

 

М. hominis 



 

U. urealytiсum 



Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin