Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli


MÜALİCƏ  Qeyri-dərmanla müalicə



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix07.01.2017
ölçüsü2,24 Mb.
#5010
1   2   3   4

MÜALİCƏ 

Qeyri-dərmanla müalicə 

Özünəqulluq 

Özünəqulluq aşağıdakı tədbirləri əhatə edir: 

 

fiziki aktivliyin sabit saxlanılması  



 

xəstənin vəziyyətini ağırlaşdıra biləcək davranışlardan çəkinmə 



 

xəstəliyin gedişinin ağırlaşmasının erkən  əlamətlərinin aşkar 



olunması 

Xəstələrin maarifləndirilməsi üçün əsas mövzular və özünəqulluq 

tədbirləri cədvəl 10-da göstərilir. 

Cədvəl 10. Xəstələrin maarifləndirilməsi üçün əsas mövzular və 

özünəqulluq tədbirləri 

Maarifləndirmə 

mövzuları 

Özünəqulluq üçün əldə olunacaq bilik və 

bacarıqlar 

Ürək çatışmazlığının 

tərifi və etiologiyası 

Ürək çatışmazlığı və onun əlamətlərinin yaranma 

səbəblərini anlamaq 

Ürək çatışmazlığı ilə 

bağlı şikayətlər və 

əlamətlər 

Şikayət və əlamətləri bilmək və onlara nəzarət etmək 

Çəkini gündəlik yoxlamaq və sürətli çəki artımını 

aşkar etmək 

Tibb işçisini necə və nə vaxt məlumatlandırmağı 

bilmək 

Göstəriş olduqda sidikqovucu vasitələrdən istifadə 



etmək 

Dərman müalicəsi  

Dərmanlara göstərişləri,onların dozalarını və 

təsirlərini bilmək 

Təyin olunmuş dərmanların çox rast gəlinən yanaşı 

təsirlərini bilmək 

Risk amillərinin 

dəyişdirilməsi 

Tütünçəkmənin dayandırılmasının vacibliyini başa 

düşmək 


AH zamanı qan təzyiqini nəzarətdə saxlamaq 

ŞD zamanı qlükoza səviyyəsini tam nəzarətdə 

saxlamaq 

Piylənmənin qarşısını almaq 

Pəhrizə dair tövsiyələr Göstəriş varsa, natrium qəbulunu məhdudlaşdırmaq. 

Maye qəbulunu azaltmaq 

Alkoqol qəbulunu məhdudlaşdırmaq 

Rasional qidalanma qaydalarını bilmək və onlara 

riayət etmək 


 

28

Fiziki aktivliyə dair 



tövsiyələr 

Fiziki aktivliyin faydasını başa düşmək 

Müntəzəm olaraq fiziki məşğələləri yerinə yetirmək   

Cinsi aktivlik 

Cinsi problemləri və onların aradan qaldırılması 

yollarını mütəxəssislə müzakirə etmək 

İmmunlaşdırma Qrip 

və pnevmokokk kimi infeksiyalara qarşı 

peyvənd almaq 

Yuxu və tənəffüs 

pozulmaları 

Piylənmə varsa, çəkinin azaldılması, tütünçəkmənin 

dayandırılması və alkoqoldan çəkinmə  

Müalicəyə əməl etmə Müalicə tövsiyələrinə əməl edilməsinin vacibliyini 

anlamaq 

Psixososial aspektlər ÜÇ 

xəstələrində depressiya və koqnitiv disfunksiya 

(qavrama qabiliyyətinin azalması) əlamətlərini 

bilmək və ehtiyac olduqda mütəxəssisə müraciət 

etmək 


Proqnoz 

Əhəmiyyət kəsb edən proqnostik amilləri bilmək və 

reallığa uyğun qərarlar vermək 

Ehtiyac olduqda psixoloji yardım üçün müraciət 

etmək 

Dərmanla müalicə 

ÜÇ müalicəsinin məqsədləri cədvəl 11-də ümumiləşdirilmişdir. 



Cədvəl 11. Ürək çatışmazlığında müalicənin məqsədləri 

Proqnoz 

Ölüm faizinin azaldılması 



Xəstəliyin kliniki 

gedişi 

Şikayətləri və əlamətləri yüngülləşdirmək 

Həyat keyfiyyətini yaxşılaşdırmaq 

Ödemləri və maye yığılmasını aradan qaldırmaq 

Fiziki iş qabiliyyəti imkanlarını artırmaq 

Təngnəfəslik və yorğunluğu azaltmaq 

Hospitalizasiyaya ehtiyacı azaltmaq 

Həyatın sonunda qulluğu təmin etmək 



Profilaktika 

Miokard zədələnməsinin və onun 

proqressivləşməsinin, remodelləşməsinin, 

şikayətlərin və ödemlərin yenidən meydana 

çıxmasının qarşısının alınması 

Simptomlu ÜÇ və sistolik disfunksiyası olan xəstələrdə müalicə 

strategiyası şəkil 2-də göstərilir. 


Şəkil 2. Simptomlu ÜÇ və sistolik disfunksiyası olan xəstələrdə 

dərman və tibbi avadanlıqdan istifadə strategiyası 

 

29



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

HƏ 

YOX


Əlavə 

müalicəyə 

göstəriş yoxdur

Simptomlu Ürək Çatışmazlığı + Azalmış Atma fraksiyası

Diuretik + AÇFİ (və ya ARB) 

klinik sabitlik alınana qədər titrlə 

Beta-blokator

Əlamətlər və şikayətlər 

davam edir? 

Aldosteron antaqonisti və ya 

ARB əlavə etməli 

Klinik sabitliyə uyğun titrlə 

Əlamətlər davam 

edir? 

SMAF < 35%? 



QRS > 120msan? 

İKD-ni 


nəzərdən 

keçir 


Nəzərdən keçir: diqoksin, 

hidralazin/nitratlar, 

SMKC, transplantasiya 

Nəzərdən keçir:

ÜRT-P və ya 

ÜRT-D 


Yanaşı xəstəliklər və 

ağırlaşdırıcı amilləri

 aşkar etməli 

Qeyri-ürək-damar 

mənşəli 

Anemiya 


Ağ ciyər xəstəliyi 

Böyrək disfunksiyası

Qalxanabənzər vəzin 

disfunksiyası 

ŞD  

Ürək-damar mənşəli 

İşemiya/ÜİX 

AH 

Qapaqların 



disfunksiyası 

Diastolik disfunksiya

Qulaqcıq 

disfunksiyası 

Mədəcik Aritmiyaları 

Bradikardiya 

YOX

HƏ 


YOX

HƏ 


YOX

HƏ 


 

30

ÜÇ-də istifadə olunan əsas dərmanların dozaları  cədvəl 12-də 



göstərilir. 

Cədvəl 12. ÜÇ-də istifadə olunan əsas dərmanların dozaları 

 Başlanğıc doza (mq) 

Hədəf doza (mq) 

AÇFİ 

Kaptopril 

Enalapril  

Lizinopril 

Ramipril  

Trandolapril

 

Perindopril  



6.25 

2.5 


2.5-5.0 

2.5 


0.5 

1.25 


Gündə 3 dəfə 

Gündə 2 dəfə 

Gündə 1 dəfə 

Gündə 1 dəfə 

Gündə 1 dəfə 

Gündə 1 dəfə 

50-100 

10-20 


20-35 



10 

Gündə 3 dəfə 

Gündə 2 dəfə 

Gündə 1 dəfə 

Gündə 2 dəfə 

Gündə 1 dəfə 

Gündə 1 dəfə 

ARB 

Kandesartan 

Valsartan   

4 və ya 8 

40 

Gündə 1 dəfə 



Gündə 2 dəfə 

32 


160 

Gündə 1 dəfə 

Gündə 2 dəfə 

Aldosteron antoqonistləri 

Eplerenon

*

 

Spironolakton  



25 

25 


Gündə 1 dəfə 

Gündə 1 dəfə 

50 

25-50 


Gündə 1 dəfə 

Gündə 1 dəfə 



Beta-blokatorlar 

Bisoprolol  

Karvedilol 

Metoprolol suksinat  

Nebivolol  

1.25 


3.125 

12.5/25 


1.25 

Gündə 1 dəfə 

Gündə 2 dəfə 

Gündə 1 dəfə 

Gündə 1 dəfə 

10 


25-50 

200 


10 

Gündə 1 dəfə 

Gündə 2 dəfə 

Gündə 1 dəfə 

Gündə 1 dəfə 

H-İSDN 

H/İSDN 37.5/20 

Gündə 3 dəfə 75/40  Gündə 3 dəfə 

                                                            

 Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitələri 



 

31

Angiotenzini çevirən fermentin inhibitorları (AÇFİ) 

AÇFİ ilə müalicə  mədəcik funksiyasını, xəstənin vəziyyətini 

yaxşılaşdırır, ÜÇ-ün ağırlaşması ilə bağlı hospitalizasiya hallarını 

azaldır və sağqalma göstəricisini artırır. AÇFİ ÜÇ  simptomlarından 

asılı olmayaraq, SMAF < 40% olan xəstələrə  təyin olunur. 

Hospitalizasiya olunmuş xəstələrdə AÇFİ ilə müalicə evə yazılmadan 

əvvəl başlanılmalıdır (A).  



Müalicəyə başlayarkən: 

 



Böyrək funksiyası və plazma elektrolitləri yoxlanılır 

 



2-4 həftədən sonra dozanın tədricən artırılması nəzərdən keçirilir 

 



Böyrək funksiyasının pisləşməsi və ya hiperkaliemiya zamanı doza 

artırılmır 

 

Adətən, doza titrlənərək tədricən artırılır, lakin ciddi nəzarət altında 



olan xəstələrdə titrləmənin daha sürətlə aparılması mümkündür 

Angiotenzin reseptorlarının blokatorları (ARB) 

ARB əks-göstərişləri və tolerantlığı olmayan, SMAF < 40% olan 

xəstələrə aşağıdakı hallarda təyin oluna bilər: 

 



ÜÇ  əlamətləri (NYHA II-IV FS) və AÇFİ-yə dözümsüzlük 

olduqda, alternativ müalicə kimi (A) 

 

AÇFİ  və beta-blokatorlarla müalicəyə baxmayaraq, ÜÇ 



əlamətlərinın (NYHA II-IV FS) saxlanılması (A) 

ARB ilə müalicə ürək-damar mənşəli səbəblərdən ölüm riskini 

azaldır (B)

ARB AÇFİ-yə qarşı davamlığı olmayan xəstələrdə alternativ 

müalicə kimi tövsiyə olunur. ARB ilə müalicə mədəcik funksiyasını, 

xəstənin vəziyyətini yaxşılaşdırır və ÜÇ-ün ağırlaşması ilə bağlı 

hospitalizasiya hallarını azaldır (B)

ARB ilə müalicəyə başlayarkən: 

 



Böyrək funksiyası və plazma elektrolitləri yoxlanılır 

 



2-4 həftədən sonra dozanın tədricən artırılması nəzərdən keçirilir 

 



Böyrək funksiyasının zəifləməsi və ya hiperkaliemiya zamanı 

doza artırılmır 

 

Adətən, doza titrlənərək tədricən artırılır, lakin ciddi nəzarət altında 



olan xəstələrdə titrləmənin daha sürətlə aparılması mümkündür. 

 

32

Beta-blokatorlar 

Beta-blokatorlar ilə müalicə  mədəcik funksiyasını  və  xəstənin 

vəziyyətini yaxşılaşdırır, ÜÇ-ün ağırlaşmaları 

səbəbindən, 

hospitalizasiya hallarını azaldır və sağqalma göstəricisini artırır. 

Beta-blokatorlar aşağıdakı hallarda təyin oluna bilər: 

 



SMAF < 40% 

 



ÜÇ əlamətləri (NYHA FS II-IV) 

 



AÇFİ və/və ya ARB-nin optimal dozada qəbulu 

 



Xəstələrin vəziyyəti kliniki cəhətdən sabit olmalıdır (məs.: 

sidikqovucunun dozasının yaxın zamanlarda dəyişdirilməsinə 

ehtiyac olmayıb) 

Beta-blokatorlar ilə müalicənin xüsusiyyətləri: 

 

Beta-blokatorlar yaxın keçmişdə dekompensasiya ilə hospitalizasiya 



olunmuş xəstələrə evə yazılmadan əvvəl ehtiyatla təyin oluna bilər 

 



Dozanın titrlənməsi üçün xəstələr 2-4 həftədə bir dəfə  həkimin 

qəbulunda olmalıdırlar (bəzi hallarda dozanın daha yavaş 

artırılmasına zərurət yarana bilər). ÜÇ-ün ağırlaşması əlamətləri, 

simptomlu hipotenziya (məs.: baş gicəllənmə) və ya kəskin 

bradikardiya (nəbz <50/dəq) meydana çıxarsa, hər müraciətdə 

doza artırılmır (A) 



Diuretiklər 

Diuretiklərin təyini ÜÇ və durğunluğun kliniki əlamətləri olan 

xəstələrə tövsiyə olunur (B). ÜÇ-ün müalicəsində daha çox istifadə 

olunan diuretiklərin dozaları cədvəl 13–də göstərilmişdir. 



 

33

Cədvəl 13. Diuretiklərin dozaları 



Diuretiklər Başlanğıc doza (mq) 

Gündəlik doza (mq) 

İlgək diuretikləri

1

 

Furosemid 

Bumetanid

2

 



Torasemid  

20-40 


0.5-1.0 

5-10 


40-240 

1-5 


10-20 

Tiazidlər

3

 

Bendroflumetiazid

2

 

Hidroxlortiazid 



Metolazon

2

 



İndapamid 

2.5 


25 

2.5 


2.5 

2.5-10 


12.5-100 

2.5-10 


2.5-5 

Kaliumqoruyucu diuretiklər

4

 

 

Hiperkaliemiyanın 

qarşısını almaq üçün 

Hiperaldesteronizm 

olduğu halda 

 



AÇFİ/ARB

AÇFİ/ARB 



AÇFİ/ARB 

AÇFİ/ARB 



Spironolakton və 

ya eplerenon

2

 

Amilorid 



Triamteren 

 

12.5-25 



2.5 

25 


 

50 


50 


 

50 


20 

100 


 

100-200 


40 

200 


Diurezin hədsiz artması  nəticəsində maye həcminin azalması  və 

hiponatriemiya fonunda AÇFİ/ARB dərman vasitələri ilə aparılan 

müalicə, hipotenziya və böyrək disfunksiyası riskini artıra bilər 

(cədvəl 14). 

                                                            

1

   Dozanın maye həcminin vəziyyəti/çəki göstəricisinə müvafiq uyğunlaşdırılmasına ehtiyac ola bilər



yüksək dozalar böyrək funksiyasının pozulmasına və ototoksik təsirə səbəb ola bilər. 

2

   Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitələri 



3

   YFS  (yumaqcıq filtrasiyası sürəti) < 30 ml/dəq olduqda, tiazidlərdən istifadə olunmur (ilgək 

diuretikləri ilə eyni zamanda təyin oluna bilərlər). 

4

   Aldosteron antaqonistlərinə digər kaliumqoruyucu diuretiklərə nisbətən üstünlük verilməlidir. 



 

34

Cədvəl 14. İlgək diuretiklərlə müalicə zamanı praktik tövsiyələr 



Problemlər Təklif olunan tədbirlər 

Hipokaliemiya/ 

Hipomaqnezie-

miya 


AÇFİ/ARB-nin dozasını artırmalı 

Aldosteron antoqonistini əlavə etməli 

Kalium əlavələri  

Maqnezium əlavələri təyin edilməli 

Hiponatriemiya   Maye qəbulu məhdudlaşdırılmalı 

Tiazid diuretiklərinin qəbulu dayandırılmalı və ya mümkün 

olduqda, ilgək diuretiklərinin qəbuluna başlamalı 

Mümkün olarsa, ilgək diuretiklərinin dozası azaldılmalı/ onların 

qəbulu dayandırılmalıdır 

AVP (arginin-vazopressin) antoqonistinin (məs.: tolvaptan) 

təyini nəzərdən keçirilməlidir (əldə etmək mümkündürsə)  

İnotrop dəstək (venadaxili) 

Ultrafiltrasiya nəzərdən keçirilməlidir 

Hiperurike-

miya/podaqra 

Allopurinol ilə müalicə nəzərdən keçirilməlidir 

Podaqra zamanı ağrı meydana çıxmışsa, kolxisindən istifadə 

etməli 


QSİƏP-in istifadəsindən çəkinməli 

Hipovolemiya/ 

dehidratasiya 

Maye həcminin vəziyyətini qiymətləndirməli  

Diuretik dozanın azaldılmasını nəzərdən keçirməli 

Qeyri-kafi 

nəticə və ya 

diuretiklərə 

qarşı rezistentlik 

Müalicəyə əməl olunmasına və maye qəbuluna nəzarət 

Diuretiklərin dozasını artırmalı 

Furosemidin bumetanid

 və ya torasemidlə əvəz olunması 



nəzərdən keçirilməli 

Aldosteron antoqonisti əlavə olunmalı 

İlgək və tiazid diuretiklərininin kombinasiyası 

İlgək diuretiklərini gündə 2 dəfə ac qarına təyin etməli 

İlgək diuretikinin qısa müddətli venadaxili yeridilməsini 

nəzərdən keçirməli 

Böyrək 

çatışmazlığı 



(qanda sidik 

cövhərinin və/və 

ya kreatininin 

səviyyəsinin 

hədsiz artması) 

Hipovolemiya/dehidratasiyanı yoxlamalı 

Digər nefrotoksik dərman vasitələrinin istifadəsini istisna 

etməli (məs.: QSİƏP, trimetoprim) 

Aldosteron antoqonistinin qəbulunu dayandırmalı 

İlgək və tiazid diuretiklərinin kombinasiyasından istifadə 

olunursa, tiazid diuretikinin qəbulunu dayandırmalı 

AÇFİ/ARB dozalarının azaldılmasını nəzərdən keçirməli 

Ultrafiltrasiyanı nəzərdən keçirməli 

                                                            

 

Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi



 

 

35

 Diuretiklərlə müalicənin xüsusiyyətləri:  

 

Böyrək funksiyası və plazma elektrolitlərini nəzarətdə saxlamalı 



 

Diurez və natriurezə münasibətdə daha effektli olmalarını nəzərə 



alaraq, əksər xəstələrə tiazidlər deyil, ilgək diuretikləri təyin edilir. 

 



ÜÇ olan ambulator xəstələrdə  çəkinin gündəlik ölçülməsi və 

maye durğunluğunun digər klinik əlamətlərinə əsasən, diuretikin 

dozasının xəstə tərəfindən korreksiya olunması dəstəklənməlidir. 

Bunun üçün xəstənin maarifləndirilməsi tələb olunur. 



Aldosteron antoqonistləri 

 



Aldosteron antoqonistləri mövcud müalicəyə (AÇFİ daxil 

olmaqla)  əlavə edildikdə ÜÇ-nin ağırlaşmasına görə 

hospitalizasiya hallarını azaldır və sağqalma göstəricisini artırır (B).  

 



Aldosteron antaqonistləri xəstələrə aşağıdakı hallarda təyin oluna 

bilər: 


 

SMAF < 35% (B); 



 

ÜÇ-nin NYHA III-IV FS-nə uyğun əlamətlərin olması (B); 



 

Beta-blokatorun və AÇFİ və ya ARB-nin (AÇFİ və ARB-nin 



təyini eyni vaxtda olmamaqla) optimal dozalarının qəbulu (B)

 



Spironolaktonla müalicənin xüsusiyyətləri: 

 



Böyrək funksiyasını və plazma elektrolitlərini yoxlamalı. 

 



4-8 həftədən sonra dozanın tədricən artırılmasını  nəzərdən 

keçirməli. Böyrək funksiyasının zəifləməsi və ya 

hiperkaliemiya zamanı dozanı artırmamalı. 

Hidralazin və izosorbid dinitrat (H-İSDN) 

 



H-İSDN ilə müalicə, ölüm riskinin və ÜÇ ağırlaşması ilə 

əlaqədar hospitalizasiya hallarının azaldılması üçün nəzərdən 

keçirilə bilər (B)

 



H-İSDN aşağıdakı hallarda təyin oluna bilər: 

 



AÇFİ/ARB-yə qarşı davamlılıq yoxdursa, alternativ müalicə 

kimi; 


 

ARB və ya aldosteron antaqonistinə qarşı davamlılıq 



olmadıqda və ya AÇFİ, ARB, beta-blokatorlar və aldosteron 

antaqonisti ilə müalicəyə baxmayaraq, ÜÇ əlamətləri təzahür 

edirsə, AÇFİ-yə əlavə müalicə kimi (B)


 

36



 

Mədəcik funksiyasını  və fiziki gərginliyi keçirmə qabiliyyətini 

yaxşılaşdırır (A)

 



H-İSDN ilə müalicənin xüsusiyyətləri: 

 



2-4 həftədən sonra dozanın tədricən artırılmasını  nəzərdən 

keçirməli. Simptomlu hipotenziya olarsa dozanı artırmamalı. 



Diqoksin 

 



Simptomlu ÜÇ və SMAF < 40% ilə sinus ritmi olan xəstələrdə 

diqoksinlə müalicə  xəstənin vəziyyətini yaxşılaşdırır və ÜÇ-nin 

ağırlaşması ilə  əlaqədar hospitalizasiya hallarını azaldır, lakin 

sağqalma göstəricisinə təsir etmir (B).

 

 



 

Qulaqcıq səyriməsi zamanı  mədəcik yığılmalarının sayı sakitlik 

halında dəqiqədə 80-dən və fiziki gərginlik zamanı 110-120-dən 

artıq olarsa, diqoksin təyin olunmalıdır (D)

 

Sinus ritmi, sol mədəciyin sistolik disfunksiyası (SMAF < 40%) 



olan xəstələrdə diuretik, AÇFİ  və/və ya ARB, beta-blokator və 

göstəriş olduqda aldosteron antaqonistinin optimal dozaları ilə 

müalicəyə baxmayaraq, ÜÇ əlamətləri təzahür etməkdə davam 

edirsə, diqoksinlə müalicə nəzərdən keçirilə bilər (D). 



Antikoaqulyantlar (K vitamini antaqonistləri) 

 



Varfarin (və ya alternativ oral antikoaqulyant) əks-göstərişlər 

olmadıqda, daimi, davamlı və ya paroksizmal qulaqcıq səyriməsi 

olan xəstələrə təyin olunur (A). 

ÜÇ və ÜİX OLAN XƏSTƏLƏRİN DƏRMAN MÜALİCƏSİ 

AÇFİ 

 



Arteriyaların aterosklerotik zədələnməsi, SMAF-ın azalması (< 40%) 

və ÜÇ simptomları olan xəstələrə tövsiyə olunur. Həmçinin ÜİX və 

SMAF saxlanılmış ÜÇ olan xəstələrdə istifadə oluna bilər 

ARB 

 



Keçirilmiş miokard infarktından (Mİ) sonra ÜÇ əlamətləri və ya 

SMAF azalması olan xəstələrdə AÇFİ-yə davamsızlıq zamanı 

təyin olunur 

Beta-blokatorlar 

 



ÜÇ  əlamətləri və ya SMAF azalması (< 40%) və  ÜİX olan 

xəstələrə tövsiyə olunur 



 

37



 

Mİ keçirmiş və SMAF saxlanılmış xəstələrə tövsiyə olunur 



Aldosteron antaqonistləri 

 



Mİ keçirmiş SMAF-ın azalması  və/və ya ÜÇ simptom və 

əlamətləri olan xəstələrə tövsiyə olunur 



Nitratlar 

 



Stenokardiya simptomları təzahür etdikdə istifadə oluna bilər. 

Kalsium kanallarının blokatorları 

 



Stenokardiya simptomları  təzahür etdikdə istifadə oluna bilər. 

SMAF azalmış  xəstələrdə amlodipinə  və ya felodipinə üstünlük 

verilir 

Statinlər 

 



ÜÇ və  ÜİX olan bütün xəstələrə  təyin oluna bilər. Statinlərin 

həmin xəstələrdə sağqalma göstəricisini artırmasına dair sübutlar 

olmasa da, onlar hospitalizasiya riskini azalda bilər 

Omeqa-3 doymamış yağ turşuları  

 



Gün ərzində 800-1000 mq, maksimal gündəlik doza 4 q-a qədər 

artırıla bilər (C) 



Sol mədəciyin atım fraksiyası saxlanılmış ÜÇ (SAFÜÇ) olan 

xəstələrin müalicəsi 

Hər hansı bir müalicənin SAFÜÇ olan xəstələrdə xəstələnmə və 

ölüm göstəricilərini azaltması haqda əsaslı  dəlillər yoxdur. Natrium 

və maye durğunluğuna nəzarət etmək, təngnəfəslik və ödemi 

azaltmaq üçün diuretiklərdən istifadə olunur. Hipertoniya və miokard 

işemiyasının adekvat müalicəsi, həmçinin mədəcik ritminin 

nəzarətdə saxlanılması da vacibdir. 


Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin