Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix07.01.2017
ölçüsü2,24 Mb.
#5010
1   2   3   4

DİAQNOSTİKA 

Ürək çatışmazlığı diaqnostikasının alqoritmi 

Şəkil 1-də ÜÇ və ya sol mədəcik disfunksiyasının diaqnostikası 

üçün alqoritm təqdim olunmuşdur. Yalnız ÜÇ diaqnozunu 

müəyyənləşdirməklə kifayətlənmək olmaz. ÜÇ-ün ümumi 

müalicəsinin  əksər xəstələr üçün eyni olmasına baxmayaraq, bəzi 

səbəblər xüsusi müalicə tələb edir və korreksiya edilə bilər. 



Şəkil 1. ÜÇ əlamətləri olan və natriumuretik peptidlərlə müalicə 

almamış xəstələrdə ÜÇ-ün diaqnostika alqoritmi 

 

Ürək çatışmazlığı zamanı diaqnostik sınaqlar 

Diaqnostik sınaqlar, adətən, ÜÇ və AF azalmış  xəstələrin aşkar 

olunmasında daha həssasdır. SAFÜÇ olan xəstələrdə isə diaqnostik 

sınaqların nəticələri  əksər hallarda daha az informasiya verir. 

Exokardioqrafiyanın aparılması sistolik və diastolik disfunksiyaların 

qiymətləndirilməsində ən məqsədəuyğun üsuldur. 

Elektrokardioqrafiya 

ÜÇ-ə şübhə olduqda, hər xəstəyə elektrokardioqrafik müayinənin 

aparılması tövsiyə olunur (cədvəl 4).  

 

Cədvəl 4. ÜÇ-də daha çox rast gəlinən EKQ dəyişiklikləri 

Dəyişikliklər Səbəblər Klinik 

tədbirlər 

Sinus 


taxikardiyası 

Dekompensasiya 

olunmuş ÜÇ, anemiya, 

qızdırma, 

hipertireoidizm 

Klinik qiymətləndirmə 

Laborator müayinə  

 

 



14

 

15

Sinus 



bradikardiyası 

Beta-blokatorlar və 

digər aritmiya əleyhinə 

dərmanlar, 

hipotireoidizm, sinus 

düyününün zəifləmə 

sindromu 

Dərman müalicəsini 

qiymətləndirmək 

Laborator müayinə 

Qulaqcıq 

taxikardiyası/ 

titrəməsi/ 

səyriməsi 

Hipertireoidizm, 

infeksiya, 

dekompensasiya 

olunmuş ÜÇ, miokard 

infarktı 

AV keçiriciliyinin 

ləngiməsi  

Dərmanlarla konversiya və 

ya elektroversiya 

Kateter ablasiyası 

Antikoaqulyasiya 

Mədəcik 


aritmiyaları 

İşemiya, infarkt, 

kardiomiopatiya, 

miokardit, 

hipokaliemiya, 

hipomaqneziemiya, 

qlükozid 

intoksikasiyası  

Laborator müayinə, fiziki 

yükləmə sınağı, 

perfuziyanın yoxlanılması, 

koronar angioqrafiya, 

elektrofizioloji sınaqlar, 

İKD (implantasiya olunan 

kardioverter-defibrillyator) 

İşemiya/İnfarkt Koronar 

arteriyaların 

xəstəliyi 

ExoKQ, troponinlərin 

təyini, koronar 

angioqrafiya, 

revaskulyarizasiya 

EKQ-də           

yeni Q dişlərinin 

yaranması və ya 

dərinləşməsi 

İnfarkt, hipertrofik 

kardiomiopatiya, Hiss 

dəstəsinin sol 

ayaqcığının blokadası 

(HDSAB), 

mədəciklərin vaxtından 

əvvəl oyanması 

ExoKQ, koronar 

angioqrafiya 

SM hipertrofiyası Hipertenziya, 

aortal 

qapaq xəstəliyi



hipertrofik 

kardiomiopatiya 

ExoKQ/Doppler 


 

16

AV blokada 



İnfarkt, dərmanlarla 

zəhərlənmə, miokardit, 

sarkoidoz, Laym 

xəstəliyi

  

Dərman müalicəsini,  



peysmeykerlərin 

istifadəsini, sistem 

xəstəliyinin olub-

olmamasını 

qiymətləndirməli 

Aşağı voltaj 

Piylənmə, emfizema, 

perikardial maye, 

amiloidoz 

ExoKQ, döş qəfəsinin RtM 

QRS 

kompleksinin 



HDSAB şəklində 

uzanması  

(> 120 msan) 

Elektrik dissinxroniya 

ExoKQ, ÜRT-P, ÜRT-D 

(Ürəyin resinxronizasiya 

terapiyası) 

Döş qəfəsinin rentgenoloji müayinəsi 

Döş  qəfəsinin RtM-si ÜÇ-ün diaqnostikasında mühüm rol 

oynayır. Bu müayinə üsulu ağ ciyərdə durğunluğun olub-olmamasını 

qiymətləndirməklə bərabər, təngnəfəsliyin ağ ciyər və ya döş qəfəsi 

xəstəlikləri səbəbindən əmələ gəlməsini də aydınlaşdıra bilər (cədvəl 5). 

                                                            

 infeksion transmissiv xəstəlik (gənə borelliozu) 



 

17

Cədvəl 5. ÜÇ zamanı səciyyəvi rentgenoloji dəyişikliklər 



Dəyişikliklər Səbəblər Klinik 

tədbirlər 

Kardiomeqaliya Sol 

mədəciyin, sağ 

mədəciyin və ya ürək 

qulaqcıqlarının 

genişlənməsi 

Perikardial boşluqda 

maye 


ExoKQ/Doppler 

Mədəcik 


hipertrofiyası 

Hipertoniya, aortanın 

stenozu, hipertrofik 

kardiomiopatiya 

ExoKQ/Doppler 

Normal ağ ciyər 

göstəriciləri 

Ağ ciyərdə durğunluq 

ehtimalı azdır 

Diaqnozun yenidən 

nəzərdən keçirilməsi 

(müalicə almayıbsa) 

Ciddi ağ ciyər xəstəliyi 

ehtimalı azdır 

Ağ ciyər 

venalarında 

durğunluq 

Sol mədəciyin dolma 

təzyiqi yüksəlmişdir 

Sol mədəcik çatışmazlığı 

təsdiqlənir 

İnterstisial ödem 

Sol mədəciyin dolma 

təzyiqi yüksəlmişdir 

Sol mədəcik çatışmazlığı 

təsdiqlənir 

Plevral 

boşluqlarda maye 

İkitərəflidirsə, ÜÇ 

ehtimal olunur 

Ağ ciyər infeksiyası, 

cərrahiyyəsi və ya bəd 

xassəli şiş 

Mayenin miqdarı 

çoxdursa, qeyri-ürək 

mənşəli olmasını 

nəzərdən keçirməli 

Diaqnostik və ya 

terapevtik torakosentezi 

nəzərdən keçirməli 

Kerley B xətləri Limfatik 

təzyiqin 

yüksəlməsi 

Mitral stenoz və ya 

xronik ÜÇ 

Ağ ciyərlərin  

şəffaflığının 

artması 


Emfizema və ya ağ ciyər 

emboliyası 

Spiral KT, spirometriya, 

ExoKQ 


Pnevmoniya (ağ ciyər 

durğunluğu səbəbindən 

ola bilər) 

Həm infeksiyanı, həm də 

ÜÇ-ü müalicə etməli 

Ağ ciyər 

infiltrasiyası 

Sistem xəstəliyi 

Ətraflı diaqnostik 

müayinə 


 

18

Laborator müayinələr 

Müalicə olunmayan yüngül və orta ağırlıqlı ÜÇ zamanı 

əhəmiyyətli hematoloji və elektrolit dəyişikliklərə az rast gəlinir.  

Buna baxmayaraq, diuretik DV və/və ya AÇFİ, ARB və ya 

aldosteronun antaqonistləri ilə müalicə olunan xəstələrdə yüngül 

anemiya, hiponatriemiya, hiperkaliemiya və böyrək funksiyasının 

azalması müşahidə edilir (cədvəl 6).  



Cədvəl 6. Ürək çatışmazlığı zamanı daha çox rast gəlinən 

laborator dəyişikliklər 

Dəyişiklik Səbəblər Klinik 

tədbirlər 

Zərdab kreatininin 

artması  

(>150 µmol/l) 

Böyrək xəstəliyi, 

AÇFİ/ARB, 

aldosteron 

blokatorları 

YFS-ni hesablamalı 

AÇFİ/ARB və ya aldosteron 

blokatorlarının dozalarının 

azaldılmasını nəzərdən 

keçirməli  

Kalium və qanda sidik 

cövhəri yoxlanılmalıdır 

Anemiya (Hb 

kişilərdə <13 q/dl, 

qadınlarda        



<12 g/dl) 

Xronik ÜÇ, 

hemodilyusiya, dəmir 

itkisi və ya onun zəif 

mənimsənilməsi, 

böyrək çatışmazlığı, 

xronikixəstəliklər 

Ətraflı müayinə, müalicəni 

nəzərdən keçirməli 

Hiponatriemiya  

(<130 mmol/l) 

Xronik ÜÇ, 

hemodilyusiya, ADH 

ifrazı, diuretiklər 

Maye qəbulunun 

məhdudlaşdırılması, 

diuretiklərin dozalarının 

azaldılması, ultrafiltrasiya, 

vazopressin antaqonistlərinin 

qəbulu nəzərdən keçirilməli 

Hipernatriemiya  

(>150 mmol/l) 

Hiperqlikemiya, 

dehidratasiya 

Maye qəbulu 

qiymətləndirilməli, ətraflı 

müayinə aparılmalı 

Hipokaliemiya  

(<3.5 mmol/l) 

Diuretiklər, ikincili 

hiperaldosteronizm 

Aritmiya riski 

Kalium preparatlarını, 

AÇFİ/ARB, aldosteron 

blokatorlarını nəzərdən 

keçirməli  

 


 

19

Hiperkaliemiya 



(>5.5 mmol/l) 

Böyrək çatışmazlığı, 

kalium DV, RAAS 

blokatorları 

Kaliumsaxlayıcı mülicəni 

(AÇFİ/ARB, aldosteron 

blokatorları) dayandırmalı 

Böyrək funksiyasını və pH-ı 

qiymətləndirməli 

Bradikardiya riski 

Hiperqlikemiya 

(>6.5 mmol/l) 

Şəkərli diabet, 

insulinə qarşı 

rezistentlik 

Hidtratasiyanı 

qiymətləndirməli 

Qlükozaya qarşı tolerantlığın 

pozulmasının müalicəsi 

Hiperurikemiya 

(Sidik turşusu 

>500 µmol/l) 

Diuretiklərlə müalicə, 

podaqra, bəd xassəli 

şiş 

Allopurinolun təyini, 



diuretiklərin dozasının 

azaldılması 

BNP >400 pq/ml, 

NT-proBNP 

>2000 pq/ml 

Mədəcik divarı stressi 

yüksəlmişdir 

ÜÇ ehtimal olunur, ExoKQ 

üçün göstərişdir 

Müalicəni nəzərdən 

keçirməli 

BNP <100 pq/ml, 

NT-proBNP    

<400 pq/ml 

Normal divar stressi 

Diaqnoz yenidən 

qiymətləndirilməlidir 

Müalicə almırsa, ÜÇ 

ehtimalı yoxdur 

Yüksək albumin 

səviyyəsi (>45 q/l) 

Dehidratasiya, 

mieloma 


Rehidratasiya aparılmalı 

Aşağı albumin 

səviyyəsi (<30 q/l) 

Keyfiyyətsiz 

qidalanma, albuminin 

böyrək vasitəsilə itkisi 

Ətraflı müayinə 

Transaminazanın 

artması 

Qara ciyər 

disfunksiyası, sağ ÜÇ, 

dərmanla zəhərlənmə 

Ətraflı müayinə 

Qara ciyərdə durğunluq 

Müalicəni yenidən nəzərdən 

keçirməli 

Troponinlərin 

artması 


Miositlərin nekrozu, 

uzunmüddətli 

işemiya, ağır ÜÇ, 

miokardit, sepsis, 

böyrək çatışmazlığı, 

ağ ciyər arteriyasının 

emboliyası 

Ağır ÜÇ zamanı mülayim 

artım müşahidə edilir 

Koronar angioqrafiya 

Revaskulyarizasiyanı 

nəzərdən keçirməli  

Qeyri-normal 

tireoid testləri 

Hiper/hipotireoidizm, 

amiodaron qəbulu 

Qalxanabənzər vəzi 

tərəfindən olan dəyişiklikləri 

müalicə etməli 


 

20

Sidiyin analizi 



Proteinuriya, 

qlükozuriya, 

bakteriuriya 

Ətraflı müayinə 

İnfeksiyanı istisna etməli 

BNN >2.5  

Antikoaqulyantların  

doza həddini aşması, 

qara ciyərdə 

durğunluq  

Antikoaqulyantların dozasını 

qiymətləndirməli 

Qara ciyər funksiyasını 

qiymətləndirməli 

CRZ >10 mq/l 

Neytrofil 

leykositoz 

İnfeksiya, iltihab 

prosesi  

Ətraflı müayinə 



Natriumuretik peptidlər 

Natriumuretik peptidlərin qan plazmasındakı konsentrasiyasının 

təyini xəstəliyin diaqnostikası  mərhələsinin müəyyənləşdirilməsi, 

hospitalizasiya/evə yazılması haqqında qərarların verilməsi və 

proqnozun təyini üçün məqsədəuyğundur (bu müayinə Azərbaycan 

Respublikasında bəzi/məhdud sayda klinikalarda aparılır). Müalicə 

almamış  xəstələrdə normal qatılıq yüksək mənfi proqnostik dəyərə 

malikdir və ÜÇ-ün əlamətlərinə səbəb olma ehtimalını azaldır (şəkil 1). 



Troponin I və ya T: 

ÜÇ-ə  şübhə olan xəstələrdə  kəskin koronar sindroma şübhə 

varsa, Troponin I və ya T səviyyəsi təyin olunur. 

Ağır ÜÇ və ya ÜÇ-ün dekompensasiyası hallarında, miokardın 

işemiyasına sübut olmadıqda belə,  əksər vaxtlarda mülayim artım 

müşahidə olunur. 



Exokardioqrafiya



 



ÜÇ-ün diaqnozunun müəyyənləşdirilməsi üçün exokardio-

qrafik müayinə mütləq tez bir zamanda aparılmalıdır. 

ÜÇ-də  ən çox rast gəlinən exokardioqrafik və Doppler 

exokardioqrafik dəyişikliklər cədvəl 7 və 8-də təqdim edilir. 

                                                            

 Exokardioqrafiya termini fasiləli (PW) və fasiləsiz (CW) dalğalı Doppler, rəngli Doppler 



və Toxuma Doppleri (Tissue Doppler Imaging) daxil olmaqla, bütün kardioloji ultrasəs 

texnikalarına aiddir.  



 

21

Cədvəl 7. Ürək çatışmazlığında ən çox rast gəlinən 



exokardioqrafik dəyişikliklər 

Göstəricilər Dəyişiklik Səbəblər və kliniki tədbirlər 

Sol mədəciyin 

atım fraksiyası 

(SMAF) 


Azalma (<45-50%) 

Sistolik disfunksiya 

Sol mədəciyin 

funksiyası, qlobal 

və lokal 

Akineziya, 

hipokineziya, 

diskineziya 

Miokard infarktı/işemiya 

Kardiomiopatiya, miokardit 

Son diastolik ölçü  Artma (>55-60 mm) 

Həcmlə yüklənmə – ÜÇ 

ehtimalı 

Son sistolik ölçü 

Artma (>45 mm) 

Həcmlə yüklənmə – sistolik 

disfunksiya ehtimalı 

Qısalma dərəcəsi 

(FS%) 

Azalma (<25%) 



Sistolik disfunksiya 

Sol qulaqcığın 

ölçüsü 

Artma (>40 mm) 



Dolma təzyiqlərinin artması 

Mitral qapağın disfunksiyası, 

qulaqcıqların səyriməsi 

Sol mədəciyin 

qalınlığı 

Hipertrofiya (>11-12 

mm) 

Hipertoniya, aortanın stenozu, 



hipertrofik kardiomiopatiya 

Qapaqların 

strukturu və 

funksiyası 

Qapaq stenozu və ya 

requrgitasiya 

(xüsusən aortal 

stenoz və mitral 

çatışmazlıq) 

ÜÇ-ün birincili səbəbi və ya 

ağırlaşdırıcı amil ola bilər. 

Qradientlər və requrgitasiya 

dərəcəsi qiymətləndirilməli, 

hemodinamik nəticələr 

qiymətləndirilməli, cərrahi 

əməliyyat nəzərdən 

keçirilməlidir. 

Transmitral 

diastolik axının 

xüsusiyyətləri 

Erkən və gec 

diastolik dolmada 

dəyişikliklər 

Diastolik disfunksiyanı 

qiymətləndirir və onun 

mexanizmini aşkar etməyə 

imkan verir 

Trikuspidal 

requrgitasiyanın 

zirvə sürəti 

Artma (>3 m/s) 

Sağ mədəcikdə sistolik 

təzyiqin artması – ağ ciyər 

hipertenziyasından 

şübhələnməli 

 


 

22

Perikard Maye, 



qan, 

qalınlaşma 

Tamponadanı, uremiyanı, 

bədxassəli şişi, sistem 

xəstəliyini, kəskin və ya 

xronik perikarditi, konstriktiv 

perikarditi nəzərdən keçirməli 

Aortal axın 

sürətinin vaxt 

inteqralı (VTİ) 

Azalma (<15 sm) 

Vurğu həcminin azalması 

Aşağı boş vena 

(VCİ) 


Genişlənmişdir, 

retroqrad axın təyin 

olunur 

Sağ qulaqcıqda təzyiqin 



artması 

Sağ mədəcik disfunksiyası  

Qara ciyərdə durğunluq 

Cədvəl 8. Doppler-exokardioqrafik göstəricilər 

Göstəricilər Xüsusiyyətləri Səbəbləri 

Restriktiv (>2, ləngimə 

vaxtının qısalması 

<115-150 msan) 

Yüksək dolma təzyiqləri  

Həcmlə yüklənmə 

Relaksativ (<1) 

(ləngimiş relaksasiya) 

Normal dolma təzyiqləri  

Miokardın elastikliyinin 

azalması 

E/A dalğalarının 

nisbəti 


Normal (>1) 

Son qərar vermək mümkün 

deyil, çünki yalançı normal 

(psevdonormal) ola bilər 

Artma (>15) 

Yüksək dolma təzyiqləri 

Azalma (<8) 

Aşağı dolma təzyiqləri 

E/Ea 

Orta (8-15) 



Son qərar vermək mümkün deyil 

>30 msan 

Normal dolma təzyiqləri 

(A mitral – A ağ 

ciyər) müddət 

<30 msan 

Yüksək dolma təzyiqləri 

S ağ ciyər dalğası >D 

dalğa Aşağı dolma təzyiqləri 

Vp <45 

sm/san 


Ləngimiş relaksasiya 

>2.5 Yüksək dolma təzyiqləri 

E/Vp 

<2 Aşağı dolma təzyiqləri 

Valsalva sınağı Dolmanın yalançı 

normaldan qeyri-

normala dəyişməsi 

Sistolik və diastolik 

disfunksiya şəraitində yüksək 

dolma təzyiqlərini aşkarlayır 


 

23

SAFÜÇ diaqnozunu müəyyənləşdirərkən, 3 şərtə  əməl 



edilməlidir: 

1.

 



Xronik ÜÇ-ə aid şikayət və ya əlamətlərin olması 

2.

 



Sol mədəciyin sistolik funksiyasının normal olması/mülayim 

pozulması (SMAF > 45-50%) 

3.

 

Diastolik disfunksiya əlamətləri (sol mədəciyin relaksasiyasının 



pozulması və ya diastolik rigidlik) 

Vp- NormadaVp>45sm/san.  

E/Vp-dopplerexokardioqrafik göstərici (N=2-2,5) 

Stress exokardioqrafiya 

Stress exokardioqrafiya (dobutamin

  və ya fiziki yükləmə ilə) 



işemiya nəticəsində meydana çıxan mədəcik disfunksiyasının aşkar 

edilməsi və  əhəmiyyətli dərəcədə hipokineziya, yaxud akineziya 

olduqda, yaşamağa qadir miokardın qiymətləndirilməsi məqsədilə 

tətbiq olunur. 

Digər qeyri-invaziv müayinələrdən ürəyin maqnit rezonans 

tomoqrafiyasını (ÜMRT) və radionuklid müayinələri göstərmək olar.  



Ürəyin maqnit rezonans tomoqrafiyası (ÜMRT) 

ÜMRT geniş imkanlı, çox dəqiq, təkrar aparıla bilən qeyri-

invaziv müayinə üsuludur. Sol və sağ mədəciklərin həcminin, qlobal 

funksiyasının, regional divar hərəkətliliyinin, yaşamağa qadir 

miokardın, miokard kütləsinin və qalınlığının,  şişlərin, ürək 

qapaqlarının, anadangəlmə ürək qüsurlarının və perikardın 

xəstəliklərinin qiymətləndirilməsində tətbiq edilir. 

Kompüter tomoqrafiyası (KT) 

Sınaqdan əvvəl və təsvirli stress sınaqlarının nəticələrinə əsasən, 

aşagı  və orta dərəcəli koronar arteriya xəstəliyi ehtimalı varsa, KT 

angioqrafiyasının aparılması nəzərdən keçirilə bilər. 



Radioizotop müayinə üsulları 

Radionuklid ventrikuloqrafiya SMAF-ın təyin edilməsində 

nisbətən dəqiq üsul olub, xüsusən miokardın yaşama qabiliyyətinin 

                                                            

 

Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi



 

 

24

və  işemiyasının aşkar olunması  məqsədilə onun perfuziyasının 



yoxlanılması kontekstində aparılır.  

Ağ ciyərlərin funksional sınaqları 

Bu sınaqlar təngnəfəsliyin tənəffüs sistemi ilə bağlı olub-

olmamasını təsdiqləmək məqsədilə, və onun meydana çıxmasında ağ 

ciyər xəstəliklərinin potensial rolunun qiymətləndirilməsi üçün 

istifadə olunur. Xronik ÜÇ zamanı hava axınının zirvə  həcm sürəti 

(ZHS) və gücləndirilmiş  nəfəsvermənin həcmi (GNH1) azala bilər, 

lakin bu, ağ ciyərlərin obstruktiv xəstəliklərindəki kimi əhəmiyyətli 

dərəcədə nəzərə çarpmır.  



Fiziki yükləmə sınaqları 

Fiziki yükləmə  sınaqları fiziki yükə dözümlülüyün, təngnəfəslik 

və yorulma kimi fiziki gərginlik zamanı meydana çıxan əlamətlərin 

obyektiv qiymətləndirilməsi üçün aparılır. 6 dəqiqəlik gəzinti testi 

submaksimal funksional imkanların və intervension müalicənin 

qiymətləndirliməsində daha çox istifadə olunan sadə, təkrar aparıla 

bilən sınaqdır.  

İnvaziv müayinə üsulları 

Ümumiyyətlə, invaziv müayinə üsullarının aparılması ÜÇ-ün 

planlı diaqnostikası  və müalicəsi üçün tələb olunmur, lakin 

etiologiyanın müəyyən edilməsi, proqnozun qiymətləndirilməsi və 

revaskulyarizasiya nəzərdən keçirildikdə buna ehtiyac ola bilər. 

İnvaziv müayinə üsullarından əsasən koronar angioqrafiya (KAQ) və 

ventrikuloqrafiya (VQ), hemodinamikanın monitorinqi (Svan-Qans 

kateterinin köməyi ilə) və endomiokardial biopsiyadan istifadə 

olunur. 

KAQ və VQ anamnezində  gərginlik stenokardiyası  və ya sol 

mədəciyin disfunksiyasına  şübhə olan ÜÇ xəstələrində  nəzərdən 

keçirilməlidir. Bunlar həmçinin naməlum etiologiyalı refrakter ÜÇ 

xəstələrində potensial olaraq cərrahi korreksiya edilə bilən ağır mitral 

requrgitasiya və ya aortal qapağın xəstəliyi zamanı göstərişdir. 

Sağ ürəyin kateterizasiyası dolma təzyiqləri, damar rezistentliyi 

və ürəyin çıxış fəaliyyəti haqqında dəyərli hemodinamik məlumatlar 



 

25

verir. Hemodinamik göstəricilərin monitorinqi (Svan-Qans 



kateterinin köməyi ilə) müvafiq müalicəyə cavab verməyən ağır ÜÇ 

xəstələrində müalicə nəticələrinin izlənilməsi üçün nəzərdən keçirilə 

bilər. 

Endomiokardial biopsiyanın aparılması ÜÇ-ün etiologiyasının 



müəyyənləşdirilməsi, miokardın iltihabı, infiltrativ və toksik 

zədələnməsinin inkar edilməsi üçün göstərişdir. 



EKQ-nin ambulator (Holter) monitorlanması 

Qulaqcıq səyriməsi olan xəstələrdə ürək vurğuları sayının 

nəzarətdə saxlanılması üçün və aritmiyaya şübhə doğuran əlamətlər 

(məs.: ürəkdöyünmə  və bayılmalar) olduqda, EKQ-nin ambulator 

monitorlanması aparılır. 

Proqnoz 

ÜÇ zamanı proqnozun qiymətləndirilməsi mürrəkkəbdir. Cədvəl 

9-da proqnozu müstəqil müəyyən edən bir sıra prediktorlar təqdim 

olunur.  



 

26

Cədvəl 9. ÜÇ zamanı proqnozu ağırlaşdıran amillər 



Demoqrafik 

Klinik 

Elektro-

fizioloji 

Funksional və ya 

gərginliklə bağlı 

Laborator 

Təsvir üsulları ilə aşkar 

olunmuş 

Ahıl yaş* 

İşemik 

etiologiya* 



Qəflət 

ölümdən 


reanimasiya 

olunma* 


Hipotenziya* 

NYHA 


Funksional sinif 

III-IV* 


Yaxın keçmişdə 

ÜÇ diaqnozu ilə 

hospitalizasiya* 

Taxikardiya 

Q dişcikləri 

Genişlənmiş 

QRS* 

SM 


hipertrofiyası 

Mürəkkəb 

mədəcik 

aritmiyaları* 

İş qabiliyyətinin 

azalması 

Aşağı zirvə VO

2



 

BNP/NT pro-BNP-nin 

əhəmiyyətli dərəcədə 

yüksəlməsi* 

Hiponatriemiya* 

Yüksəlmiş troponin* 

Yüksəlmiş 

biomarkerlər, 

neyrohumoral 

fəallaşma* 

Aşağı SMAF* 

Müalicəyə 

əməl 

etməmək 


Böyrək 

disfunksiyası 

ŞD 

Anemiya 


ACXOX 

Depressiya 

Taxikardiya 

Ağ ciyərdə 

xırıltılar 

Aortanın stenozu 

Aşağı BÇİ 

Yuxu ilə bağlı 

tənəffüs 

pozulmaları 

Ürək ritminin 

dəyişkənliyinin 

azalması 

T-dişinin 

alternasiyası  

Qulaqcıq 

səyriməsi 

“6-dəqiqəlik 

gəzinti” sınağı 

zamanı aşağı 

nəticələr 

VE/VCO


2



-nin 



kəskin azalması 

Periodik tənəffüs 

Kreatinin, sidik 

cövhərinin, 

bilirubinin, sidik 

turşusunun qanda 

artması 

Anemiya 


Sol mədəcik həcmlərinin 

artması 


Aşağı ürək indeksləri 

Sol mədəciyin yüksək 

dolma təzyiqi 

Mitral dolmanın 

məhdudlaşması 

Ağ ciyər hipertoniyası 

Sağ mədəcik 

funksiyasının pozulması 

                                                            

 güclü prediktorlar 





 dəqiqəlik tənəffüs həcminin xaric olunan karbon qazının həcminə nisbəti

 


 

27


Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin