Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix07.01.2017
ölçüsü2,24 Mb.
#5010
  1   2   3   4

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Baký 

2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 20 dekabr 2010-cu il tarixli 

31 saylı qərarı ilə təsdiq edilmişdir

 

 



 

 

 

 

 

 

 

 

 

ÜRƏK ÇATIŞMAZLIĞININ  

DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ  

KLİNİK PROTOKOL 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Вакı – 2010 

 

54.101 

Ü 53 


 

 

 



 

 

 



 

 

 



 

 

 



Ü 53  Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik 

protokol. – B.: Meqa-Poliqraf, 2010. – 64 səh. Tiraj 5000. 

Klinik protokol ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyi 

tərəfindən maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin 

Gücləndirilməsi” (İSXG) Layihəsi çərçivəsində Abt 

Associates Inc şirkətinin dəstəyi ilə  işlənib hazırlanmış  və 

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin səhiyyə 

islahatları  çərçivəsində ictimai səhiyyə kadrlarının 

hazırlanması üzrə  Tədbirlər Proqramı  əsasında çap 

edilmişdir.  

 

2


 

3

 



Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və 

İslahatlar Mərkəzinin direktoru 

 

Klinik protokolun tərtibçilər heyəti: 

F.Quliyev – Səhiyyə Nazirliyinin baş kardioloqu, Ə.  Əliyev 

adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə 

İnstitutunun Kardiologiya kafedrasının müdiri, professor, t.e.d.  

T.Cahangirov – Səhiyyə Nazirliyinin C.Abdullayev adına 

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Ürək çatışmazlığı 

şöbəsinin böyük elmi işcisi, t.e.d.  

K.Zahidova – Ə.  Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

Təkmilləşdirmə  İnstitutunun Kardiologiya kafedrasının 

dosenti, t.e.n. 

R.Qabulova – Azərbaycan Tibb Universitetinin Daxili 

xəstəliklərin propedevtikası kafedrasının dosenti, t.e.n. 

Ş.İsmayılova –  Səhiyyə Nazirliyinin İctimai Səhiyyə  və 

İslahatlar Mərkəzi, Tibbi keyfiyyət standartları  şöbəsinin 

həkim-metodisti  



 

Rəyçi: 

A.Baxşəliyev – Səhiyyə Nazirliyinin C.Abdullayev adına 

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, 

Azərbaycan Tibb Universitetinin Klinik farmakologiya 

kafedrasının müdiri, professor, t.e.d. 

 

 


 

4

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqatdan alınmışdır 

IIb 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 

əsaslanmışdır 


 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların etibarlılıq 

dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

 



Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 



edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi IIb. 



 



Klinik hallar seriyasının təsviri, yaxud  

 



Nəzarət edilməyən tədqiqat, yaxud  

 



Ekspertlərin rəyi.  

 



Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 



 

 

6

İxtisarların siyahısı: 

 

AAK  

– ağ ciyər arteriyasının kateterizasiyası 



ACC  

– Amerika Kardiologiya Kolleci  

 

  (American College of Cardiology) 



AÇFİ  

– angiotenzini çevirən fermentin inhibitorları 



ADBK  

– aortadaxili balonlu kontrpulsasiya 



ADH  

– antidiuretik hormon 



AF  

– atım fraksiyası 



AHA  

– American Heart Association  

 

  (Amerika Ürək Assosiasiyası)  



ACXOX  

– ağ ciyərlərin xronik obstruktiv xəstəliyi  



AKŞ  

– aortokoronar şuntlama  



AQÇ  

– aortal qapaq çatışmazlığı  



ARB  

– angiotenzin reseptorlarının blokatorları 



AS  

– aortal stenoz 



AT  

– arterial təzyiq  



BÇİ  

 bədən çəkisi indeksi 



BNN  

– beynəlxalq normallaşdırılmış nisbət 



BNP  

– beyin natriumuretik peptid 



NT-proВNР  

– N-terminal beyin natriumuretik peptidin sələfi   



CRZ  

– C reaktiv zülal 



DDD  

– iki kameralı kardiostimulyasiya  



DMTT (CPAP) – 

davamlı müsbət təzyiqli tənəffüs (continuous  

 

   positive airway pressure)  



DV  

– dərman vasitəsi 



E/A  

– Doppler-exokardioqrafik göstərici (E-erkən  

 

   transmitral diastolik axın, A-gec (qulaqcıq  



 

   yığılması) transmıtral diastolik axın 



E/Ea  

– Doppler-exokardioqrafik göstərici (toxuma  

 

   doppleri (TD) zamanı diastolik disfunksiyanı  



 

   qiymətləndirən göstərici (E-erkən diastolik  

 

   transmitral axın), Ea-sol mədəciyin əsasının  



 

   erkən diastolik  qalxması) 



E/Vp  

– dopplerexokardioqrafik göstərici 



EKQ  

– elektrokardioqram 



EKS  

– elektrokardiostimulyator   



 

7

FDEİ  

– fosfodiesteraza - III inhibitorları 

FiO

2

  

– alınmış havada oksigenin fraksiyası  

 

  (fraction of inspired oxygen)   



HDSAB  

 Hiss dəstəsinin sol ayaqcığının blokadası  



H-İSDN  

 hidralazin və izosorbid dinitrat 



XÜÇ  

– xroniki ürək çatışmazlığı 



İDV  

– inotrop təsirli dərman vasitələri  



IKD (ICD)  

– implantasiya edilən kardioverter- 

 

  defibrillyator 



İSDN  

– izosorbid dinitrat 



İTŞ  

– intensiv terapiya şöbəsi 



KAQ  

– koronar angioqrafiya  



KKS 

– kəskin koronar sindrom   



KRŞ 

– kardioreanimasiya şöbəsi   



KÜÇ  

– kəskin ürək çatışmazlığı 



MA  

– mədəcik aritmiyaları   



Mİ  

– miokard infarktı 



MQÇ  

– mitral qapaq çatışmazlığı 



MS  

– mədəcik səyriməsi 



MT  

– mədəcik taxikardiyası 



MTQİV (NİPPV)   –müsbət təzyiqlə qeyri-invaziv ventilyasiya 

MVT  

– mərkəzi venoz təzyiq 



NYHA  

– New-York Heart Association 

 

  (Nyu-York Ürək Assosiasiyası) 



NVZS  

– nəfəsvermənin zirvə sürəti 



PKM  

– perkutan koronar müdaxilə 



Postload  

– son yük 



Preload  

– ön yük 



QİV  

– qeyri-invaziv ventilyasiya  



QRS  

– elektrokardioqrafik göstərici 



QS  

– qulaqcıq səyriməsi  



QSİƏP  

– qeyri-steroid iltihab əleyhinə preparatlar 



QT 

– QT intervalı (elektrokardioqrafik göstərici) 



RAAS  

– renin-angiotenzin-aldosteron sistemi 



RKT  

– randomizasiya olunmuş klinik tədqiqatlar 



RtM  

– rentgenoloji müayinə 



SAFÜÇ  

– saxlanılmış atım fraksiyalı  ürək çatışmazlığı 



 

8

SağM  

– sağ mədəcik 

SAT  

– sistolik arterial təzyiq 



SMAF  

– sol mədəciyin atım fraksiyası 



SMH  

– sol mədəciyin hipertrofiyası  



SMKC  

– sol mədəciyin köməkçi cihazları 



SNH

1

  

– sürətləndirilmiş nəfəsvermənin birinci  



 

   saniyədə həcmi  



SVO2 

– venoz qanın oksigenlə doyma dərəcəsi  



ŞD  

– şəkərli diabet   



TDH (VE)  

– tənəffüsün dəqiqəlik həcmi  



TQÇ  

– trikuspidal qapaq çatışmazlığı   



TSMT (PEEP)  

– tənəffüs-sonu müsbət təzyiq  

 

   (positive end-expiratory pressure) 



TYŞ  

– təcili yardım şöbəsi 



ÜÇ  

– ürək çatışmazlığı 



ÜMRT  

– ürəyin maqnit rezonans tomoqrafiyası  



ÜQX  

– ürəyin qapaq xəstəlikləri   



ÜRT  – 

ürəyin resinxronizasiya terapiyası 



ÜRT-D (CRT-D)   – defibrillyasiya ilə ÜRT 

ÜRT-P (CRT-P)   – peysmeyker ilə ÜRT 

VCİ  

 aşağı boş vena (vena cava inferior) 



VCO

2

  

– nəfəsvermə zamanı xaric olan karbon  



 

   qazının həcmi 



VD  

– vena daxili  



VQ  

– ventrikuloqrafiya  



VO



 

maksimum yükdə oksigenə olan tələbat  

Vp  

– rəngli dopplerexokardioqrafik göstərici  

 

   (sol mədəcikdə erkən diastolik axının  



 

   yayılma sürəti) 



VTİ  

– exokardioqrafik göstərici (qan axınının  

 

   sürət-vaxt  inteqralı) 



VVI – 

birkameralı mədəcik kardiostimulyasiyası   



YFS  

– yumaqcıq filtrasiyası sürəti 



ZHS  

– hava axınının zirvə həcm sürəti 

 


 

9

Protokol kardioloqlar, terapevtlər, intensiv terapiya şöbəsinin 



həkimləri, reanimatoloqlar, təcili tibbi yardım və ailə həkimləri üçün 

nəzərdə tutulub. 

 

Pasiyent qrupu: ÜÇ-lü böyük yaş qrupuna aid pasiyentlər 

 

Protokolun məqsədi: həkimlərin bilik və bacarıqlarını artırmaqla, 

ürək çatışmazlığının diaqnostikasını  və müalicəsini yaxşılaşdırmaq, 

bu xəstəlikdən  əziyyət çəkən insanların həyat keyfiyyətini 

yüksəltmək, ölüm və əlillik hallarını azaltmaqdan ibarətdir. 

ÜMUMİ MÜDDƏALAR 

Ürək çatışmazlığı  xəstələrdə  aşağıdakı  əlamətlərlə xarakterizə 

olunan kompleks sindromdur: 

 



Sakitlik və ya fiziki gərginlik zamanı yaranan təngnəfəslik 

və/və ya ümumi zəiflik; 

 

Ağ ciyər və ya aşağı ətraflarda durğunluq əlamətləri; 



 

Sakit vəziyyətdə ürəkdə struktur və ya funksional 



dəyişikliklərin obyektiv əlamətləri. 

EPİDEMİOLOGİYA 

ÜÇ ilə  xəstələnmə ümumi əhali arasında 2-3% təşkil edir. 

Simptomsuz mədəcik disfunksiyasının aşkarlanma halları ÜÇ-ün rast 

gəlmə tezliyinə yaxın olub, əhalinin təqribən 4%-də təsadüf olunur. 

75 yaşa yaxınlaşdıqça xəstələnmə hallarının kəskin olaraq artması 

müşahidə olunur. 70-80 yaş qrupunda bu göstərici 10-20% arasında 

tərəddüd edir. 

Ümumilikdə  xəstəliyin 4-cü ilində ölüm halları 50% təşkil edir. 

Hospitalizasiya edilən xəstələrin 40%-də bir il ərzində ölüm baş verir 

və ya onlar təkrarən stasionar müalicəyə göndərilirlər.  

ÜÇ xəstələrinin yarısında diastolik ürək çatışmazlığı olur. Son 

tədqiqatlar göstərir ki, belə  xəstələrdə proqnoz sistolik ÜÇ olan 

xəstələr ilə əsasən eynidir. 

XBT-10 ÜZRƏ TƏSNİFAT 

150  – 

Ürək çatışmazlığı 



150.0  – 

Durğunluq ürək çatışmazlığı 



150.1  

– Sol mədəcik çatışmazlığı 



150.9  – 

Dəqiqləşdirilməmiş ürək çatışmazlığı 



 

10

KLİNİKİ TƏSNİFAT 



ÜÇ-ün aşağıdakı formaları ayırd edilir: 

 



Kəskin və xroniki

 

 



 

Sol mədəcik və sağ mədəcik 

 

Sistolik və diastolik 



Kəskin və xroniki ürək çatışmazlığı 

Klinik təzahürlərin əsasında, yeni başlamış, keçici və xroniki ÜÇ-

ləri ayırd edilir. Keçici ÜÇ məhdud vaxt ərzində simptomlu ÜÇ-ə aid 

edilsə də, uzunmüddətli müalicə tələb edə bilər. 



Sol mədəcik və sağ mədəcik çatışmazlığı 

Sol mədəcik çatışmazlığı kiçik qan dövranında durğunluğa səbəb 

olaraq, ilk olaraq tez yorulma, fiziki gərginlik zamanı təngnəfəsliklə 

təzahür edir. Sağ mədəcik çatışmazlığına izolə olunmuş şəkildə nadir 

hallarda rast gəlinir. Bir qayda olaraq, sağ  mədəcik çatışmazlığı 

sonradan sol mədəcik çatışmazlığına qoşulur və onların klinik 

əlamətləri birgə müşahidə olunur (cədvəl 1).  

Sistolik və diastolik ürək çatışmazlığı 

ÜÇ olan əksər xəstələrdə sakitlik vəziyyətində və hərəkət zamanı 

həm sistolik, həm də diastolik disfunksiya əlamətləri olur. Diastolik 

ÜÇ zamanı ÜÇ-ə xas olan şikayətlər və/və ya əlamətlərlə yanaşı, sol 

mədəciyin atım fraksiyası (AF) 45-50%-dən yuxarı  səviyyədə 

saxlanılmış olur (SAFÜÇ - saxlanılmış atım fraksiyalı ürək 

çatışmazlığı).  


 

11

Cədvəl 1ÜÇ-ün struktur pozulmalarına (ACC/AHA) və ya 



funksional siniflərə (NYHA) əsasən təsnifatı 

ACC/AHA-ya görə ÜÇ-ün 

mərhələləri 

 

Ürək əzələsinin strukturuna və 

zədələnməsinə əsaslanan ürək 

çatışmazlığının mərhələləri 

NYHA-nın Funksional təsnifatı 

 

 

Şikayət və fiziki fəaliyyətə 

əsaslanan ağırlıq 

Mərhələ 

ÜÇ-ün inkişafı üçün 

yüksək risk. Funksional 

və ya struktur 

dəyişikliklər aşkar 

olunmur. Şikayət və ya 

əlamətlər yoxdur.  

Sinif  

Fiziki aktivlik 

məhdudlaşmamışdır. Adi 

fiziki aktivlik hədsiz 

yorğunluq, ürəkdöyünmə və 

ya təngnəfəslik yaratmır. 



Mərhələ 

Ürəyin struktur 

dəyişiklikləri ilə bağlı 

olan simptomsuz ÜÇ 

(ürəyin struktur 

dəyişikliyi, lakin şikayət 

və ya əlamətlər yoxdur) 

Sinif  

II 

Fiziki aktivliyin az 

məhdudlaşması. Sakitlik 

vəziyyətində əlamətlər 

olmur, lakin adi fiziki 

aktivlik yorğunluq, 

ürəkdöyünmə və ya 

təngnəfəslik ilə nəticələnir. 



Mərhələ 

Ürəyin struktur xəstəliyi 

ilə bağlı olan simptomlu 

ÜÇ 


Sinif 

III 

Fiziki aktivliyin əhəmiyyətli 

dərəcədə məhdudlaşması. 

Sakitlik vəziyyətində 

əlamətlər olmur, lakin adəti 

fiziki yüklə müqayisədə aşağı 

intensivliyə malik fiziki 

aktivlik yorğunluq, 

ürəkdöyünmə və ya 

təngnəfəslik əlamətlərilə 

müşayiət olunur.  

Mərhələ 

Kombinə olunmuş 

dərman müalicəsinə 

baxmayaraq, ürəyin 

nəzərə çarpan struktur 

dəyişikliyi və sakitlik 

vəziyyətində ÜÇ-ün 

nəzərə çarpan əlamətləri 



Sinif  

IV 

Hər hansı bir fiziki yükü 

diskomfort olmadan yerinə 

yetirə bilmir: ÜÇ əlamətləri 

sakitlik vəziyyətində olur və 

minimal fiziki aktivlik 

zamanı artır. 


 

12

Ürək çatışmazlığının ən çox rast gəlinən klinik təzahürləri cədvəl 



2-də göstərilir. 

Cədvəl 2. Ürək çatışmazlığının ən çox rast gəlinən klinik 

təzahürləri 

Aparıcı kliniki 

əlamətlər 

Şikayətlər 

Əlamətlər 

Periferik 

ödemlər/durğunluq 

Təngnəfəslik,  

tez yorulma, 

ümumi zəiflik, 

iştahasızlıq 

Periferik ödemlər, vidaci 

venalarda şişkinlik, ağ ciyər 

ödemi, hepatomeqaliya, 

assit, maye durğunluğu, 

kaxeksiya 

Ağ ciyər ödemi 

Sakit vəziyyətdə 

ağır təngnəfəslik 

Ağ ciyərlərdə krepitasiya və 

xırıltılar, plevral boşluqlarda 

mayenin yığılması, 

taxikardiya, taxipnoe 

Kardiogen şok 

(ürəyin dəqiqəlik 

həcminin azalma 

sindromu)   

Huşun pozulması, 

zəiflik, ətrafların 

soyuması 

Periferik perfuziyanın zəif-

ləməsi, sistolik AT <90 mm 

c.st, anuriya və ya oliqouriya 

Yüksək qan təzyiqi 

(hipertenziv ÜÇ) 

Təngnəfəslik  

Adətən, yüksək AT, sol 

mədəciyin hipertrofiyası 

(SMH) və atım fraksiyasının 

(AF) azalmaması 

Sağ ÜÇ 

Təngnəfəslik, 



zəiflik 

Sağ mədəcik (SağM) 

disfunksiyasının əlamətləri, 

vidaci venalarda şişkinlik, 

periferik ödemlər, 

hepatomeqaliya, qəbizlik 



Xroniki ürək çatışmazlığı 

Xroniki ürək çatışmazlığı – ürək-damar sisteminin bu və ya digər 

xəstəliyi nəticəsində ürəyin nasos funksiyasının azalması, orqanizmin 

hemodinamik tələbatı və ürəyin imkanları arasında disbalansa səbəb 

olan patofizioloji sindromdur. 

 


 

13

Xroniki ürək çatışmazlığı aşağıdakı əlamətlərlə müşayiət olunan 



klinik sindromdur (cədvəl 3). 

Cədvəl 3. XÜÇ-ün əlamətləri

 

ÜÇ-ə xas şikayətlər (sakitlik vəziyyəti və ya fiziki gərginlik zamanı 

təngnəfəslik, ümumi zəiflik, tez yorulma, aşağı ətraflarda ödem)  

və 


ÜÇ-ə xas əlamətlər (taxikardiya, taxipnoe, ağ ciyərlərdə  xırıltılar, plevral 

boşluqlarda mayenin yığılması, vidaci venalarda şişkinlik (venoz təzyiqin 

artması nəticəsində), periferik ödemlər, hepatomeqaliya) 

və 


Sakitlik vəziyyətində ürəkdə struktur və ya funksional dəyişikliklərin 

obyektiv  əlamətləri (kardiomeqaliya, auskultasiyada çapma ritmi, ürək 

küyləri, exokardioqrafik dəyişikliklər, natriumuretik peptidin səviyyəsinin 

artması) 



ETİOLOGİYA 

Ürək funksiyasının zəiflənməsinin  əsas səbəbləri kəskin və ya 

xroniki işemiya nəticəsində miokardın zədələnməsi və ya tələf 

olması, hipertoniya zamanı damar rezistentliyinin artması  və ya 

qulaqcıq səyriməsi tipli taxiaritmiyaların inkişafıdır. Ürəyin işemik 

xəstəliyi miokardın zədələnməsinin ən əsas səbəbidir və bu ÜÇ olan 

xəstələrin 70%-də başlanğıc səbəb kimi çıxış edir. Ürəyin qapaq 

xəstəlikləri və kardiomiopatiyaların hər biri isə  səbəblərin 10%-ni 

təşkil edir. 


Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin