Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 03 fevral 2014-cü il tarixli


Baş-boyun və mədə-bağırsaq traktının yuxarı hissəsinin



Yüklə 439,24 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix13.04.2017
ölçüsü439,24 Kb.
#13883
1   2   3   4   5

Baş-boyun və mədə-bağırsaq traktının yuxarı hissəsinin            

onkoloji xəstəlikləri 

Bəzi tədqiqatlarda göstərilmişdir ki,

 

baş-boyun  şişi olan 



xəstələrdə fiziki aktivlik gündəlik

 

fəaliyyəti, həyat keyfiyyətini 



yaxşılaşdıra, ağrı  və yorğunluğu azalda bilər

22

. Baş-boyun  şişi olan 



onkoloji xəstələrin tədqiqi zamanı müqavimətlə yerinə yetirilən

 

fiziki 



məşğələlərin tətbiqinin

 

ənənəvi MBT ilə müqayisədə bazu 



oynağındakı  ağrıların, yorğunluğun daha

 

əhəmiyyətli dərəcədə 



azalması  və yuxarı  ətrafların gücünün və fiziki dözümlülüyün daha 

çox artması müəyyən edilmişdir. Həmçinin müqavimətlə yerinə 

yetirilən

 

fiziki məşğələlər nəticəsində boyun disseksiyasını keçirən 



xəstələrdə müəyyən dərəcədə yorğunluq azalmış və həyat keyfiyyəti 

yaxşılaşmışdır. 

Əks-göstərişlər olmadıqda xəstələr xərçəngin profilaktikası üçün 

qidalanma və fiziki aktivliklə bağlı ümumi qəbul edilmiş tövsiyələrə 

riayət etməlidirlər

.

 



IV. Оnkoloji xəstələrin fiziki aktivliklə bağlı

 

tez-tez verdiyi 

sualların cavabları

23

 



Xərçəngin müalicəsi və müalicədən sonrakı  bərpaolma 

müddətində fiziki aktivliklə məşğul olmaq lazımdırmı? 

Elmi mənbələrdə birmənalı  şəkildə göstərilir ki, fiziki aktivlik 

xərçəngin müalicəsi zamanı  nəinki təhlükəsizdir, həmçinin xəstənin 

funksional vəziyyəti

 

və  həyat keyfiyyətinin digər aspektlərini 



yaxşılaşdıra bilər. Orta intensivlikli fiziki aktivlik yorğunluq və 

həyəcan hisslərini azaltmaqla özünü yaxşı hiss etmə duyğusunu, 

ürək-damar sisteminin funksional

 

vəziyyətini, əzələ gücünü və əzələ-



piy nisbətini yaxşılaşdırır. Kimyəvi dərman və ya şüa müalicəsi alan 

xəstələrdə fiziki aktivliyin mümkün qədər saxlanılması üçün minimal 

intensivlikli və

 

az müddətli fiziki aktivlik tövsiyə olunmalıdır.  



Kimyəvi dərman və ya şüa müalicəsini alan və artıq fiziki 

aktivliklə  məşğul olan xəstələr belə müalicə almayan xəstələrə 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



21

 

nisbətən müvəqqəti olaraq bu fiziki məşğələləri



 

daha az intensivliklə 

 

az müddətdə yerinə yetirməlidirlər.  Əsas məqsəd fiziki aktivliyi 



mümkün olduğu qədər maksimal qorumaq və müalicə bitdikdən 

sonra artırmaqdır.  



Onkoloji xəstələr xüsusi ehtiyat tədbirləri görməlidirlərmi və

 

arzuolunmaz təsirlərdən necə qorunmalıdırlar?

 

Xəstələr, onların ailə üzvləri və dostları, adətən, fiziki 

hərəkətlərin ziyan verə biləcəyi barədə narahatçılıq keçirirlər. Bəzi 

xəstələr üçün arzuolunmaz effektlərin meydana çıxması mümkün 

olsa da, əksər hallarda onlar müvafiq ehtiyat tədbirləri görməklə bu 

yan effektlərdən qoruna bilərlər. 

Müalicənin bəzi fəsadları travma riskini və fiziki aktivliyin yan 

effektlərini artıra bilər. Məsələn, ağır anemiyası olan xəstələr qırmızı 

qan göstəriciləri yaxşılaşanadək fiziki aktivliyi

 

təxirə salmalıdırlar; 



immun sisteminin vəziyyəti pisləşmiş  xəstələr ümumi gimnastika 

zalları  və digər ictimai yerlərə getməməlidirlər, həmçinin yüksək 

intensivlikli və böyük həcmli aktivlikdən imtina etməlidirlər.  Şüa 

müalicəsi alan xəstələr ağ qan göstəriciləri təhlükəsiz səviyyəyədək 

bərpa olana qədər üzgüçülük hovuzuna getməməlidirlər,

 

çünki suda



 

olan


 

xlor şüalanma yerində dərini qıcıqlandıra bilər. 

Diaqnoz qoyulana qədər hipokineziyaya uğramış

 

xəstələr fiziki 



aktivliyə daha aşağı intensivlik

 

dərəcəsi ilə başlamalı və onu tədricən 



artırmalıdırlar. 

Yaşlı şəxslər, həmçinin sümük

 

zədələnməsi (sümük metastazları 



və ya ağır osteoporoz), artritlər və periferik neyropatiyaları olan 

xəstələr travma və yıxılma riskinin qarşısının alınması üçün xüsusilə 

ehtiyatlı olmalıdırlar. 

Bəzi simptomların (məsələn, ağrı, yorğunluq, ürəkbulanma, 

təngnəfəslik) kəskinləşməsi zamanı intensiv hərəkətlərdən imtina 

edilməlidir

,

 simptomların dinamikası izlənilməlidir, xəstəliyin



 

lokalizasiyasından asılı olaraq fiziki

 

məşğələlərin növləri 



dəyişdirilməlidir (məsələn, prostat vəzi, yaxud

 

düz bağırsaq 



əməliyyatlarından sonra velotrenajorda məşqlərdən

 

imtina 



edilməlidir). 

Limfatik ödemin qarşısını almaq üçün xəstələr kiçik həcmli 

müqavimətlə  hərəkətlərdən başlayaraq tədricən bu tip hərəkətlərin 

həcmini artırmalıdırlar. Limfatik ödemin kəskinləşməməsi məqsədilə 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



22

 

sıxıcı alt paltarı geyinməli və zədələnmiş ətrafda təkrarlanan gərgin 



hərəkətlərdən imtina edilməlidir. 

Müntəzəm fiziki məşğələlər xərçəngin residiv riskini azalda 

bilərmi? 

20-dən artıq tədqiqatda fiziki aktivliyin xərçəngin residiv vermə 

riskinə, xərçənglə bağlı ölüm və ümumi ölüm göstəricisinə  təsiri 

öyrənilmişdir. Bu günə qədər belə tədqiqatlar yalnız süd vəzi, yoğun 

bağırsaq, prostat vəzi və yumurtalıq xərçəngi xəstəlikləri ilə əlaqədar 

aparılmışdır. Göstərilmişdir ki, diaqnoz qoyulduqdan sonrakı dövrdə

 

daha yüksək fiziki aktivlik xəstəliyin residiv riskini azaltmaqla 



yaşama göstəricilərini yaxşılaşdırır və

 

bu istiqamətdə  tədqiqatların 



davam etdirilməsi vacibdir. Bununla bərabər fiziki aktivlik ümumi 

populyasiyada, o cümlədən onkoloji xəstələrdə ürək-damar 

xəstəliklərinin,  şəkərli diabetin, osteoporozun profilaktikasında 

effektiv pozitiv təsirə malikdir. Beləliklə, onkoloji xəstələrə fiziki 

aktiv həyat tərzi tövsiyə olunmalıdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Əlavə

 

Bəzi onkoloji xəstələrin stasionar müalicəsinin müxtəlif 



dövrlərində tətbiq olunan nümunəvi müalicə gimnastikası 

kompleksləri

32

: 



1.

 

Mədə xərçənginə görə radikal cərrahi əməliyyat olunmuş xəstələr 



üçün tətbiq olunan nümunəvi müalicə gimnastikası kompleksi 

2.

 



Ağciyər xərçəngi ilə  xəstələrin stasionar müalicəsinin müxtəlif 

dövrlərində  tətbiq olunan nümunəvi müalicə gimnastikası 

kompleksləri: 

a)

 



Əməliyyat qabağı dövrdə nümunəvi müalicə gimnastikası 

kompleksi 

b)

 

Əməliyyatdan sonrakı dövrdə nümunəvi müalicə gimnastikası 



kompleksi 

3. Süd vəzi xərçəngi ilə  xəstələrin stasionar müalicəsinin müxtəlif 

dövrlərində  tətbiq olunan nümunəvi müalicə gimnastikası 

kompleksləri: 

a)

 

Əməliyyat qabağı  və  əməliyyatdan sonrakı erkən dövrdə 



nümunəvi müalicə gimnastikası kompleksi 

b)

 



Əməliyyatdan sonrakı dövrdə nümunəvi müalicə gimnastikası 

kompleksi 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



1. Mədə xərçənginə görə radikal cərrahi əməliyyat olunmuş xəstələr üçün tətbiq olunan              

nümunəvi müalicə gimnastikası kompleksi 

(«Медицинская реабилитация» под редакцией проф. В.М.Боголюбова, М., 2010, Т.II. таблица 37) 

№ 

Çıxış vəziyyəti Hərəkətlərin təsviri 

Təkrarlamaların

sayı 

Metodik göstərişlər 

Giriş hissə 

1. 

Stulda oturmuş, 

əllər yanda 

Nəfəs alaraq çiyinləri yuxarı 

qaldırmaq, nəfəs verərək, 

çiyinləri aşağı salmaq 

3-6 Yataq 

rejimində bu hərəkəti 

uzanmış vəziyyətdə yerinə 

yetirmək olar 



2. 

Stula söykənib 

oturmuş, əllər diz 

üstə, ayaqlar 

irəliyə doğru 

uzadılmış 

Bilək və baldır-daban oynağında 

fırlatma hərəkətləri etmək 

10-12 Orta 

tempdə, iradi tənəffüs 



3. 

Eyni Qarın divarını qaldıraraq (qarnı 

irəliyə çəkmək) nəfəs almaq, 

qarnı içəri çəkərək nəfəs vermək 

3-4 Yavaş tempdə 

Əsas hissə 

4. 

Stulda oturmuş, 

kürək düz, əllər 

yanda 


Gövdəni yana çevirib, eyni 

zamanda həmin tərəfə qolu 

uzaqlaşdıraraq nəfəs almaq, 

çıxış vəziyyətinə qayıdaraq 

nəfəs vermək 

4-6 Orta 

tempdə növbə ilə hər iki 

tərəfə yerinə yetirmək  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



25

 

5. 

Eyni 1-2 

saylarında uzadılmış 

ayaqları uzaqlaşdırmaq və çıxış 

vəziyyətinə qayıtmaq 

4-6 

İradi tənəffüs, zəifləmiş xəstələr 



çıxış vəziyyətində stula arxalana 

bilərlər  



6. 

Stulda oturmuş, 

sağ əl yuxarı 

qaldırılıb, sol əl 

yanda 

Qolları bükmədən əlləri növbə 



ilə dəyişərək sürətlə arxaya 

doğru hərəkət etmək  

6-8 Orta 

tempdə, iradi tənəffüs 



7. 

Stulda oturmuş, 

kürək düz, əllərlə 

stulun oturaca-

ğından tutulmuş 

Növbə ilə ayaqları bükmədən 

yuxarı qaldırıb nəfəs almaq, 

yavaş-yavaş aşağı salaraq nəfəs 

vermək 

4-6 Yavaş tempdə ayaqları 



növbələşdirmək  

8. 

Stulda oturmuş, 

kürək düz, əllər 

yana, əl pəncələri 

yuxarıya doğru 

Əllərlə çiyinlərə toxunub, çıxış 

vəziyyətinə qayıtmaq 

8-12 


İradi tənəffüs, tapşırıq əzələ 

gərginliyi ilə yerinə yetirilir. 

Xəstənin vəziyyəti yaxşı 

olduqda hərəkət hantellərlə 

yerinə yetirilməlidir 

9. 

Stula arxalanıb 

oturmuş, ayaqlar 

uzadılıb, bir əl 

sinədə, o birisi isə 

qarın üzərinə 

qoyulmuş 

Diafraqma tənəffüsü: qarnı 

mümkün qədər irəliyə çəkərək 

nəfəs almaq, qarnı mümkün 

qədər içəri çəkərək nəfəs vermək

3-4 Yavaş tempdə 



10.  Stulda oturmuş, 

kürək düz, əllər 

beldə, ayaqlar 

irəliyə doğru 

uzadılmış 

Əli bükmədən yana çəkərək 

nəfəs almaq, əks tərəfin ayaq 

ucuna toxunaraq nəfəs vermək 

4-6 Yavaş tempdə 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



26

 

11.  Stulda oturmuş, 

kürək düz, əllər 

beldə 


Yerində addımlamaq 30-40 

saniyə 


İradi tənəffüs 

12.  Əllərlə stulun 

oturacağından 

tutub oturmuş 

Velosiped sürməyin imitasiyası  

4-8 

İradi tənəffüs, yalnız xəstənin 



vəziyyəti yaxşı olduqda yerinə 

yetirilə bilər. 



13.  Ayaq üstə, bir əl 

beldə, o birisi 

stulun dirəyində  

Sallağı vəziyyətdə oturub nəfəs 

vermək, ayağa qalxıb nəfəs 

almaq  


3-6 Yavaş tempdə 

Son hissə 

14.  Stulda oturmuş, 

kürək düz, əllər 

beldə 

1-8 saylarda başın yanlara, irəli, 



geriyə hərəkətləri 

4-8 


İradi tənəffüs 

15.  Stulda oturmuş, 

kürək düz, əllər 

beldə 

Əllər yuxarı, dartınaraq, nəfəs 



almaq, çıxış vəziyyətinə 

qayıdaraq nəfəs vermək 

 Yavaş tempdə 

16.  Eyni 

İrəliyə uzadılmış ayaqların 

çarpazlaşdırılması 

3-6 


İradi tənəffüs, yavaş tempdə, 

zəifləmiş xəstələr stulun 

arxasına söykənməlidirlər 

17.  Eyni Diafraqma 

tənəffüsü 3-4 

 

18.  Stula söykənib 

oturmuş, ayaqlar 

uzadılmış, əllər 

diz üstə 

İstirahət, aktiv boşalma 1-2 

dəqiqə MBT 

təlimatçısı əzələlərin 

boşalmasını yoxlayır 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



2. Ağciyər xərçəngi ilə xəstələrin stasionar müalicəsinin müxtəlif 

dövrlərində tətbiq olunan nümunəvi müalicə gimnastikası 

kompleksləri 

(«Медицинская реабилитация» под редакцией проф. В.М.Боголюбова, 

М., 2010, Т.II, таблица 35) 

№  Çıxış vəziyyəti 

Hərəkətlərin 

təsviri 

Təkrarlama- 

ların sayı 

Metodik 

göstərişlər 

a) Əməliyyat qabağı dövrdə nümunəvi müalicə gimnastikası kompleksi 

1. 

Arxası üstə 

uzanmış, bir əl 

sinədə, o birisi 

qarın üzərinə 

qoyulmuş 

Burunla nəfəs alıb, 

bir qədər qapanmış 

dodaqlardan yavaş-

yavaş rəvan nəfəs 

vermək 

4-6 Nəfəs aldıqda, 



qarın divarını 

mümkün qədər 

qaldırıb (qarnı 

qabartmaq) , 

nəfəs verdikdə 

isə mümkün 

qədər içəri 

çəkmək 


2. 

Arxası üstə 

uzanmış, əllər 

yanda, dizlər 

bükülmüş 

Kürək və pəncələrə 

istinad edərək 

çanağı qaldırmaq 

3-4 Yavaş tempdə. 

İradi tənəffüs 

 

3. 

Böyrü üstə 

uzanmış 

1-ci hərəkəti 

təkrarlamaq 

4-6 Nəfəs verdikdə 

öskürmək 

4. 

Arxası üstə 

uzanmış, əllər 

yanda 


Dizdə bükülmüş 

qıçları sağlam 

tərəfə yönəldib, 

həmin tərəfə çanağı 

döndərmək, sağlam 

əllə döşəyə 

dirsəklənmək , 

ayaqları sallayıb 

oturmaq 

4-6 Yavaş tempdə, 

hərəkətlər 

arasında 20-30 

saniyəlik 

fasilələr, iradi 

tənəffüs 

 

5



1

.  Sağlam böyür 

üstə uzanmış 

Xəstə tərəfdə əli 

yuxarı qaldırıb 

nəfəs almaq, nəfəs 

verdikdə qarnı üstə 

çevrilib qolları 

yataqdan sallatmaq 

4-6 Nəfəs verdikdə 

öskürmək 

 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



28

 

6



2

.  Yataqda 

oturub, əllərlə 

çarpayının 

mümkün qədər 

qaldırılmış baş 

tərəfindən 

tutmuş 

Qolları yuxarı 



qaldırıb nəfəs 

almaq, nəfəs 

verdikdə irəliyə 

doğru əyilmək, 

əllərlə pəncələrə 

toxunmağa cəhd 

etmək və öskürmək 

4-6 Xəstə nəfəs 

verdikdə 

təlimatçı onun 

kürəyini 

bəlğəmin xaric 

olunması üçün 

döyəcləyir 



7

3

.  Ayaq üstə Qolları yuxarı 

qaldırıb nəfəs 

almaq, irəliyə 

doğru əyilərək 

qolları aşağı salıb 

nəfəs vermək 

4-6 Təlimatçı 

xəstənin 

kürəyinin aşağı 

hissəsini 

döyəcləyir. 

Nəfəs verdikdə 

öskürmək 

8. 

Uzanmış, əllər 

yanda 

Əzələlər üçün 



boşaldıcı hərəkətlər 

etmək 


1-2 dəqiqə 

Əzələlərin 

boşalmasına 

nəzarət etmək 



1

 Ağciyərin yuxarı payının drenajı üçün tövsiyə olunur. 

2

 Ağciyərin orta payının drenajı üçün tövsiyə olunur.

 

3

 Ağciyərin aşağı payının drenajı üçün tövsiyə olunur. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



29

 

b) Əməliyyatdan sonrakı dövrdə nümunəvi müalicə 



gimnastikası kompleksi 

1. Əməliyyatdan sonrakı erkən dövr (əməliyyat anından 1-3-cü günlər) 

1. 

Arxası üstə 

uzanmış, əllər 

və ayaqlar 

düzlənmiş 

Burunla dərin nəfəs 

alıb “ş” “j” “z” 

samitlərini tələffüz 

edərək rəvan yavaş 

nəfəs vermək 

3-6 5-10 

saniyə 


fasilələrlə 

2. 

Eyni 


Əlləri biləkdə və 

ayaqları baldır-

daban oynağında 

sinxron qaydada 

büküb-açmaq 

3-6 


İradi tənəffüs 

3. 

Eyni 3 


sayında başın 

dairəvi hərəkətləri 

3-6 Yavaş tempdə  

4. 

Yumşaq 


mütəkkə 

üzərində böyür 

üstə uzanıb 

altdakı əl 

yanda, üstdəki 

əl isə epiqastral 

nahiyədə 

Qarın divarını 

mümkün qədər irəli 

çəkib dərin nəfəs 

almaq, qarnı içəri 

çəkərək 


öskürməklə nəfəs 

vermək (lobek-

tomiyanı keçirmiş – 

sağlam böyür üstə, 

pnevmonek-

tomiyanı isə 

keçirmiş – xəstə 

böyrü üstə 

uzanmalıdır) 

3-6 


İlk saatlarda 

xəstənin böyür 

üstə çevrilməsi 

passiv, sonra 

isə aktiv 

qaydada yerinə 

yetirilir 

5. 

Arxası üstə 

uzanmış, əllər 

yanda 


Qolları dirsəklərdə 

büküb, barmaqları 

yumruqlamaq, 

barmaqları açıb, 

çıxış vəziyyətinə 

qayıtmaq  

3-6 Yavaş tempdə. 

İradi tənəffüs 



6. 

Eyni 


 

Əzələlərin aktiv 

qaydada 

boşaldılması 

 

1-2 Təlimatçı 



əzələlərin 

boşaldılmasına 

nəzarət edir 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



30

 

7. 

Eyni 

Əlləri yuxarı 



qaldıraraq, nəfəs 

almaq, çıxış 

vəziyyətinə 

qayıdaraq nəfəs 

vermək 

3-4 


İradi tənəffüs. 

1-2-ci günlərdə 

təlimatçı xəstə 

əlin çəkisini 

azaltmağa 

kömək edir 



8. 

Arxası üstə 

uzanmış, əllər 

yanda 


Bazu oynaqların-da 

pronasiya, 

supinasiya 

6-10 


İradi tənəffüs, 

yavaş tempdə 



Yüklə 439,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin