Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 03 fevral 2014-cü il tarixli



Yüklə 439,24 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix13.04.2017
ölçüsü439,24 Kb.
#13883
1   2   3   4   5

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Cədvəl 2. Fiziki aktivliyin dərəcələri



Dərəcə Aktivlik 



dərəcəsi 

Aktivliyin təsviri Sağlamlığa faydalı təsir 

Qeyri-



aktiv 

İşə daim maşınla və ya ictimai nəqliyyatla getmək. Daha çox 

oturaq iş. Minimal ev işi və bağ işləri. 

Aktiv istirahət yoxdur. 

Yoxdur 



Yüngül 



aktivlik 

Aşağıdakılardan birini və ya bir neçəsini yerinə yetirmək: 

 

Piyada gəzinti və ya velosiped sürmək   



 

İşin bir müəyyən hissəsi kimi müəyyən gəzinti, qaldırma 



və daşıma hərəkətləri 

 



Müəyyən sadə ev və ya bağ işləri 

 



Yüngül intensivlikli müəyyən aktiv istirahət  

Xronik xəstəliklərə qarşı 

müəyyən müdafiə. 

Tövsiyə olunan orta 

aktivlik dərəcəsinə keçid 

3.Tövsiyə 



olunan 

dərəcə 

Orta 


aktivlik 

Aşağıdakılardan birini və ya bir neçəsini yerinə yetirmək: 

 

Piyada gəzinti və ya velosiped sürmək  



 

İşlə əlaqədar müntəzəm fiziki aktivlik 



 

Evdə və bağda işlə əlaqəli müntəzəm aktivlik 



 

Müntəzəm aktiv istirahət və orta intensivlikli kütləvi 



bədən tərbiyəsi  

Xronik xəstəliklərə qarşı 

yüksək müdafiə. 

Zədələnmə və sağlamlığa 

mənfi təsir riski 

minimaldır 

Yüksək 


aktivlik 

Bir çoxunu yerinə yetirmək: 

 

Piyada gəzinti və ya velosiped sürmək  



 

Yüksək aktivlikli iş  



 

Müntəzəm ev və bağ işləri 



 

Müntəzəm aktiv istirahət və ya yüksək intensivlikli idman 



Xronik xəstəliklərə qarşı 

maksimal müdafiə. 

Zədələnmə və sağlamlığa 

bəzi mənfi təsir riski bir 

qədər artır 

Maksimal 



aktivlik 

Gərgin və ya çox gərgin fitness məşqləri, yüksək intensivlikli 

idman oyunları ilə məşğul olmaq 

 

Xronik xəstəliklərə qarşı 

maksimal müdafiə. 

Zədələnmə və sağlamlığa 

mənfi təsir riski artır. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Onkoloji xəstələr həm  şiş prosesinin inkişafı, həm də spesifik 

müalicə  nəticəsində qeyri-qənaətbəxş  vəziyyətlərdə olurlar.

 

Mütəxəssisin nəzarəti altında yerinə yetirilən fiziki aktivlik bir qrup 



onkoloji xəstələrin səhhətini yaxşılaşdırır.  

Müxtəlif müşahidələrdə  aşkar olunmuşdur ki, aerob və anaerob 

məşğələlərin növbələşdirilməsi ürək-damar sisteminin, skelet 

əzələlərinin, bədəndə  əzələ-piy nisbətinin müsbət dəyişikliklərinə 

gətirib çıxarır

25

. Tədqiqatlar göstərmişdir ki, fiziki məşğələlər ümumi 



zəifliyi, psixososial distressi, depressiyanı azaldmaqla həyat 

keyfiyyətini və  əhval-ruhiyyəni yaxşılaşdırır

4

. Məsələn, aerob və 



qeyri-aerob tapşırıqları yerinə yetirən prostat vəzi xərçəngi olan 

xəstələrdə  bədən çəkisi və piyada gəzinti müddəti artmışdır  (B)

23



orta aktivlik qrupunda olan süd vəzi xərçəngli xəstələrdə sümük və 



əzələ kütləsinin artması müşahidə edilmişdir (B)

23



Fiziki aktivliyin əhəmiyyətini müəyyənləşdirən tədqiqat 

göstərmişdir ki, onkoloji xəstəliklə  əlaqədar yorğunluq dərəcəsinin 

azalması və fiziki aktivliyin artması arasında xətti asılılıq mövcuddur 

(B)

23

. Fiziki aktivlik həmçinin həyat keyfiyyətinin klinik əhəmiyyətli 



yaxşılaşmasına gətirib çıxarmışdır və bu vəziyyət məşğələlər 

bitdikdən sonra da saxlanılmışdır (B)

23



Hal-hazırda yuxarı  ətraflarda limfatik ödem olan onkoloji 



xəstələrdə  əllər üçün intensiv aerob məşğələlərin

 

effektivliyini və 



limfatik ödemin dərəcəsinin azaltmasını sübut edən çoxlu sayda 

tədqiqatlar mövcuddur

23



Fiziki aktivliyin artırılması ilə, həmçinin bir çox onkoloji 



xəstələrdə artmış yanaşı  xəstəliklərin (şəkərli diabet, ürək-damar 

xəstəlikləri) meydana çıxma riskini azaltmaq mümkündür (Cədvəl 3). 



 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



14

 

Cədvəl 3. Müxtəlif onkoloji nozologiyalarda tövsiyə olunan fiziki 



aktivlik dərəcələri 

Onkoloji 

nozologiya 

Fiziki aktivlik 

dərəcələri 

Sağlamlıqla bağlı gözlənilən 

nəticə 

Süd vəzi xərçəngi 

Orta dərəcəli fiziki 

aktivlik 

Yanaşı xronik xəstəliklərdən 

maksimum müdafiə 

Kolorektal xərçəng 

Orta dərəcəli fiziki 

aktivlik 

Yanaşı xronik xəstəliklərdən 

maksimum müdafiə 

Prostat xərçəngi 

Orta dərəcəli fiziki 

aktivlik 

Yanaşı xronik xəstəliklərdən 

maksimum müdafiə 

Yumurtalıq 

xərçəngi 

Orta dərəcəli fiziki 

aktivlik 

Yanaşı xronik xəstəliklərdən 

maksimum müdafiə 

Baş və boyun 

xərçəngi 

Yüngül fiziki 

aktivlik 

Yanaşı xronik xəstəliklərdən 

müdafiə və daha yüksək 

dərəcəli fiziki aktivliyə hazırlıq 

Endometrianın 

xərçəngi 

Yüngül fiziki 

aktivlik 

Yanaşı xronik xəstəliklərdən 

müdafiə və daha yüksək 

dərəcəli fiziki aktivliyə hazırlıq 

Ağciyər xərçəngi 

Yüngül fiziki 

aktivlik 

Yanaşı xronik xəstəliklərdən 

müdafiə və daha yüksək 

dərəcəli fiziki aktivliyə hazırlıq 

Fiziki məşğələlərin onkoloji xəstələrə bir sıra müsbət təsirlərinin 

olması ilə yanaşı, bəzi hallar belə  xəstələrin fiziki aktivlik 

qabiliyyətinə  təsir edə bilər. Bəzən isə, aparılan müalicənin təsiri 

nəticəsində fiziki məşğələlərlə bağlı zədələnmə riski və yan təsirləri 

arta bilər. Buna görə  aşağıdakı  ehtiyat tədbirlərini qeyd etmək 

lazımdır: 

 

Ağır anemiyası olan onkoloji xəstələr qırmızı qan göstəriciləri 



normallaşanadək, gündəlik məişət aktivliyi istisna olmaqla, fiziki 

məşğələləri təxirə salmalıdırlar 

 

İmmun sistemi funksiyası  zəifləmiş onkoloji xəstələr ağ qan 



göstəriciləri normallaşanadək ümumi gimnastika zalları  və su 

idmanı hovuzlarından istifadəni dayandırmalıdırlar. Həmçinin 

sümük iliyi transplantasiyası olunmuş 

xəstələrə 

də 

transplantasiyadan sonrakı bir il ərzində bu cür fiziki aktivliyin 



təxirə salınması məsləhət görülür 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



15

 



 

Olduqca zəifləmiş onkoloji xəstələr adi fiziki aktivlik proqramları 

yerinə yetirə bilməzlərsə, onlara gündə 10 dəqiqəlik yüngül fiziki 

aktivlik tövsiyə olunur 

 

Şüa müalicəsi qəbul edən onkoloji xəstələr dərinin qıcıqlanması 



səbəbindən xlorla hər hansı kontaktdan qorunmalıdırlar (məsələn, 

üzgüçülük hovuzunda) 

 

Kateteri və ya qidalanma zondları olan xəstələr hovuz, göl, dəniz 



suyu və ya başqa növ vasitəsilə mikroorqanizmlərlə 

kontaktlardan qorunmalı və ya bunlardan imtina etməlidirlər, belə 

ki, bu cür kontakt infeksiyanın inkişafı  və  həmçinin kateterin 

yerdəyişməsi ilə nəticələnə bilər 

 

Çoxsaylı  və ya nəzarət altında saxlanılması mümkün olmayan 



yanaşı  xəstəlikləri olan xəstələr fiziki aktivlik proqramının 

dəyişdirilməsi üçün müalicə  həkiminin  əlavə konsultasiyasını 

almalıdırlar 

 



Ağır periferik neyropatiyası  və ya ataksiyası olan xəstələrdə 

zədələnmiş  ətraflarda hərəkət məhdudluğu və tarazlığın 

saxlanmasının pozulması ola bilər. Belə hallarda, məsələn, qaçış 

hərəkətləri yerinə velotrenajor daha pozitiv effekt verə bilər 

Yuxarıda göstərilənləri nəzərə alaraq tövsiyə olunur ki,

 

xəstə 



diaqnoz qoyulduqdan və ya müalicə bitdikdən sonra mümkün qədər 

tez hipokineziyadan imtina etsin və normal fiziki aktivliyə qayıtmağa 

çalışsın.  

 

18-64 yaşlararası xəstələrə həftədə orta intensivlikli minimum    

150 dəqiqəlik aerob fiziki aktivlik və ya 75 dəqiqəlik intensiv fiziki 

aktivlik, yaxud orta və intensiv fiziki aktivliyin ekvivalent 

kombinasiyası tövsiyə olunur. 

Yüngül dərəcəli fiziki aktivlik ümumiyyətlə fiziki aktivliyin 

olmamasından daha yaxşıdır; verilən tapşırıqların artıqlaması ilə 

yerinə yetirilməsi zamanı sağlamlığa  əlavə pozitiv effektin əldə 

olunacağı ehtimal olunur. Bir məşqin minimal davametmə 

müddəti 10 dəqiqə olmalıdır. Fiziki məşğələlərin ümumi yükü 

bütün həftə boyunca paylanmalıdır. Bundan əlavə, yetkin yaşında 

olan  şəxslər müqavimətlə yerinə yetirilən hərəkətləri həftədə  ən azı  

2 dəfə bütün əzələ qruplarının iştirakı ilə yerinə yetirməlidirlər.        

65 yaşdan yuxarı  şəxslərin də imkan daxilində bu tövsiyələrə  əməl 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



16

 

etmələri məsləhətdir. Amma bu yaşda olan xəstələrdə yanaşı 



xəstəliklər səbəbindən aktivlik imkanları  məhdudlaşarsa, onlar öz 

imkanları yol verdiyi həcmdə fiziki aktivliyi yerinə yetirməlidirlər.  



Dəyişilmiş stereotipli həyat tərzi 

Mövcud olan məlumatlar  əsasında onkoloqlar pasiyentlərinin 

10%-dən azının ilkin müalicə zamanı  və yalnız 20-30%-nin 

müalicədən sonrakı reabilitasiya müddətində aktiv olacağını gözləyə 

bilərlər

23

. Beləliklə, davranış stereotipin dəyişdirilməsinə yardım 



edilməsə, onkoloji xəstələrin  əksəriyyəti fiziki aktivlikdən tam 

bəhrələnə bilməyəcəklər. Onkoloji xəstələrin həyat tərzində müəyyən 

dəyişikliklərin edilməsi məqsədəuyğundur. Bəzi uğurlu tədqiqatlara 

əsaslanaraq təlimatçının rəhbərliyi altında qısamüddətli məşğələləri

telefonla məsləhətləri, istək və arzuları düzgün istiqamətləndirməyi, 

çap materiallarının istifadəsini tövsiyə etmək

 

olar.  Cədvəl 4-də orta 



və intensiv fiziki aktivlik dərəcələri üçün nümunələr verilmişdir 

Cədvəl 4. Orta və intensiv dərəcəli fiziki

 

aktivliklərin 

nümunələri

19

 



Orta dərəcəli aktivlik 

(bu zaman sadəcə söhbət etmək 

mümkündür, lakin zümzümə etmək

 

mümkün olmur)  



İntensiv dərəcəli aktivlik 

(fasiləsiz olaraq cəmi bir neçə söz 



demək mümkündür

 



Velosipedlə üfüqi istiqamətdə  

16 km/saat sürətlə hərəkət  

 

Bağçada yüngül iş 



 

Topla idman oyunları 



(beysbol, voleybol) 

 



Stolüstü tennis (iki nəfərlik) 

 



Əlil arabasından istifadə  

 



Erqometrlərdən istifadə  

 



Sürətli yeriş  

 



Su aerobikası  

 



Velosipedlə yoxuş 

istiqamətində 16 km/saat və 

ya daha artıq sürətlə hərəkət  

 



Bağçada ağır iş (qazma, 

doldurma) 

 

Dağ turizmi  



 

İpatdı hərəkətləri  



 

Döyüş növləri (məsələn 



karate) 

 



Qaçış 

 



Əksərən qaçış tələb edən 

idman növləri (basketbol, 

xokkey, futbol) 

 



Sürətli üzmə 

 



Tennis (bir nəfərlik) 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



17

 

III. Müxtəlif lokalizasiyalı xərçəng xəstəliyi zamanı fiziki  



aktivlik xüsusiyyətləri 

Yoğun bağırsaq xərçəngi 

Epidemioloji, klinik və laborator məlumatlar göstərir ki, fiziki 

aktivlik, qidalanma və piylənmə yoğun bağırsaq xərçənginin

 

əmələ 



gəlməsi riskinə  əhəmiyyətli təsir göstərən faktorlardır

24

. Son 



onilliklər  ərzində getdikcə artan sayda tədqiqatlar nəticəsində bu 

faktorların fiziki fəallığa, həyatın keyfiyyətinə və yorğunluq hissinin 

azalmasına müsbət təsiri göstərilmişdir

30



Bir sıra tədqiqatlarda göstərilmişdir ki, gimnastik məşğələlər

 

və 



ya oyunlarla fiziki aktivliyin artması  həyat keyfiyyətinin, fiziki 

statusun yaxşılaşması  və yorğunluğun azalması ilə müşayiət 

olunur

3,11


. Aerob fiziki məşğələləri daha aktiv yerinə yetirən

 

şəxslərdə  həyat keyfiyyəti, fiziki status və psixoloji distress 



göstəriciləri başqalarına nisbətən daha çox yaxşılaşmışdır. 

Yoğun bağırsaq xərçəngi olan onkoloji xəstələrdə fiziki aktivlik 

xərçəngin residiv riskini azaldaraq xərçənglə bağlı ölüm və ümumi 

ölüm göstəricilərinin də azalmasına səbəb olmuşdur. Bu xəstələrə 

ürək-damar və  xərçəng xəstəliklərinin profilaktikası  məqsədi ilə 

sağlam bədən çəkisini qorumaq, müntəzəm olaraq fiziki aktivliklə 

məşğul olmaq, düzgün balanslaşdırılmış qida qəbulu tövsiyə edilir. 

Yoğun bağırsaq xərçəngi olmuş  və müalicə olunaraq sağalmış 

onkoloji xəstələrdə fiziki aktivliklə residivlərin baş verməsi, 

xərçəngdən ölüm və ümumi ölüm göstəriciləri arasında  əks 

korrelyasiya müəyyən edilmiş  və bu yuxarıda göstərilmiş

 

göstəricilərin hər birinin təqribən 50% yaxşılaşması ilə müşayiət 



olunmuşdur (B)

23



İki tədqiqatın nəticələrinə görə həftədə 6 saatlıq orta intensivlikli 

fiziki aktivlik xəstəliyin residiv riskinin və  xəstəlikdən ölüm 

göstəricisinin təqribən 50% azalmasına səbəb olmuşdur (A)

23



Süd vəzi xərçəngi 

Süd vəzi xərçəngi olan xəstələrdə fiziki aktivliyin təsiri ilə 

əlaqədar çoxlu tədqiqatlar və sistematik şərhlər vardır

4,17,18


. Bir sıra 

randomizə olunmuş tədqiqatlarda fiziki aktivlik belə xəstələrin həyat 

keyfiyyəti, fiziki statusu, oksigenin maksimum mənimsənilməsi 

göstəricilərinin statistik əhəmiyyətli yaxşılaşmasına və  həmçinin 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



18

 

yorğunluq dərəcəsinin azalmasına səbəb olmuşdur  (A)



23

. Həmin 


xəstələrin daxil olduğu digər tədqiqatların nəticələrinə görə diaqnoz 

qoyulduqdan sonra fiziki aktivlik xəstəliyin residiv riski və 

xəstəlikdən ölüm göstəricilərini müvafiq olaraq 24% və 34%, ümumi 

ölüm göstəricisini isə 41% azaltmışdır (B)

23



Hal-hazırda limfa düyünlərinə edilən cərrahi müdaxilənin ən son 



təkmilləşməsindən sonra belə süd vəzi xərçəngi olan onkoloji 

xəstələrdə limfatik ödem problem olaraq qalmaqdadır. Hesab olunur 

ki, limfatik ödemi olan və limfatik ödem riski yüksək olan xəstələrdə 

aerob fiziki aktivlik təhlükəsizdir və limfatik ödemin tezliyinin 

azalması üçün effektivdir. Xəstələrə müvafiq sıxıcı geyim 

elementləri və xüsusi hazırlıqlı MBT mütəxəssisinin nəzarəti altında 

intensivliyi tədricən artan məşğələlər tövsiyə olunur. Bundan başqa, 

piyləmənin limfatik ödemin əsas risk faktoru olduğunu nəzərə alaraq 

izafi kütləli xəstələrə arıqlama məsləhət görülür. 

Yadda saxlamaq lazımdır ki, qidalanmanın və fiziki aktivliyin 

optimallaşdırılması süd vəzinin birincili xərçənginin təkrar (digər süd 

vəzisində)  əmələgəlmə riskini və süd vəzi xərçəngi olan xəstələrdə 

xüsusilə  əhəmiyyətli olan ürək-damar xəstəliklərinin  əmələgəlmə 

riskini azaldır. Daha vacib, əhəmiyyətli və diqqətəlayiq odur ki, süd 

vəzi xərçəngi olan xəstələrin sağlam bədən çəkisinə nail olması  və 

onun saxlanılması yaxşı balanslaşdırılmış qidalanma və müntəzəm 

fiziki məşğələlər hesabına olmalıdır.  

Süd vəzi xərçəngi olan xəstələrdə diaqnoz qoyulduqdan sonra 

fiziki aktivlik süd vəzi xərçənginin residiv riskini və  məhz bu 

xəstəliklə bağlı ölüm göstəricisini azaldır (A)

23



Uşaqlıq xərçəngi 



Tədqiqatlar göstərmişdir ki, bədən kütləsi indeksinin (BKİ) 

artması  və hipokineziya uşaqlıq xərçəngi olan xəstələrin həyat 

keyfiyyətinin pisləşməsi ilə müşayiət olunur

2,5,15


.  

Yumurtalıqların xərçəngi 

Müasir məlumatlar bədən kütləsi, qidalanma və fiziki aktivliyin 

yumurtalıqların xərçəngində yaşama göstəricisinə 

təsirinin 

mümkünlüyünü

 

qeyd edirlər; fiziki aktivlik isə eyni zamanda bu



 

xəstələrdə həyat keyfiyyətini də yaxşılaşdırır

16



 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



19

 

Onkohematologiya 

Yetkin  şəxslərdə sistematik şərhlərin məlumatlarına görə fiziki 

aktivlik bədəndə  əzələ-piy nisbətini, kardiorespirator

 

sistemin 



funksional vəziyyətini,  əzələ gücünü, fiziki statusu, həyat 

keyfiyyətini yaxşılaşdıra və yorğunluğu azalda bilər

6,31



Ağciyər xərçəngi 



Bir sıra klinik tədqiqatlarda ağciyər xərçəngi olan müəyyən 

xəstələrdə fiziki aktivliyin mümkünlüyü göstərilmişdir

9

. Belə xəstələr 



arasında  əməliyyata qədər fiziki aktivliklə  məşğul olanlarda fiziki 

yükləməyə dözümlülük artmışdır, lakin bu bilavasitə həyat keyfiyyəti 

göstəricilərinə  təsir etməmişdir. Ağciyər xərçəngi olan xəstələrdə 

fiziki aktivliyə aid tövsiyələri  fərdi yanaşma  əsasında 

formalaşdırmaq məsləhət görülür. Bu zaman əsas məqsəd normal 

bədən kütləsinin qidalanma və fiziki aktivliklə korreksiyasıdır. 



Prostat vəzi xərçəngi 

Tədqiqatlarda prostat vəzi xərçəngi olan kişilərdə  müalicənin 

müxtəlif mərhələlərində fiziki aktivliyin, xüsusilə müqavimətlə 

yerinə yetirilən

 

məşğələlərin təsiri



 

araşdırılmış  və

 

onların skelet 



əzələlərinə, funksional vəziyyətə, dözümlülüyə və həyat keyfiyyətinə 

müsbət təsiri müəyyən edilmişdir

12,26,28

Androgenlərin deprivasiyasına yönəlmiş müalicə  və ya 



farmakoterapiyasız şüa müalicəsinə başlanan xəstələrdə müqavimətlə 

yerinə yetirilən məşğələlər qısa və uzunmüddətli dözümlülük, həyat 

keyfiyyəti, aerob yükləmə potensialı, aşağı  və yuxarı  ətrafların 

dinamometriya göstəricilərini yaxşılaşdırmış  və  bədəndə piylərin 

artmasının qarşısını almışdır. Aerob fiziki aktivlik funksional 

vəziyyəti

 

və 


qısa müddətli dözümlülük göstəricilərini 

yaxşılaşdırmışdır. 

Prostat vəzi xərçəngi olanlarda

 

müəyyən edilmişdir ki, fiziki 



aktivlik bu xəstəliklə

 

bağlı ölüm göstəricisi 60%, ümumi ölüm 



göstəricisi isə

 

50% azalmışdır (B)



23

.  


Prostat vəzi xərçəngi

 

diaqnozu qoyulmuş kişilər xüsusilə adı 



çəkilən xəstəlikdə ölümün əsas səbəbi olan ürək-damar xəstəlikləri 

riskinin azaldılması üçün sağlam bədən çəkisinin əldə olunmasına və 

qorunmasına çalışmalı, fiziki aktiv həyat tərzi keçirməlidirlər. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



20

 

İki tədqiqatın nəticələri göstərmişdir ki, həftədə 3 saatlıq orta 



intensivlikli fiziki aktivlik (məsələn, sürətli yeriş, yavaş tempdə 

qaçış) prostat vəzi xərçəngindən ölüm göstəricisini 30%, xəstəliyin 

inkişafı sürətini isə 57% azaltmışdır (A)

23



Yüklə 439,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin