Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 03 fevral 2014-cü il tarixli



Yüklə 439,24 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix13.04.2017
ölçüsü439,24 Kb.
#13883
  1   2   3   4   5

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 03 fevral 2014-cü il tarixli 

02 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 

 

 

 

 

 

 

 

 

 

ONKOLOJİ XƏSTƏLƏRDƏ  

FİZİKİ AKTİVLİK ÜZRƏ  

KLİNİK PROTOKOL 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2014 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



55.6  

O 42 


 

 

 



 

 

 



 

 

 



O 42  Onkoloji xəstələrdə fiziki aktivlik üzrə klinik protokol, 2014. 

– 44 səh. 

 

 

Bu klinik protokol ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyi 



tərəfindən maliyyələşdirilən “Azərbaycanda Səhiyyənin 

Gücləndirilməsi” Layihəsinin dəstəyi ilə hazırlanmışdır. 

 

 

 



 

2

 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



3

 

Redaktor: 

C.Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzinin direktoru, t.f.d. 



Tərtibçilər: 

A.Kərimli 

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin baş 

onkoloqu, Milli Onkologiya Mərkəzinin 

Abdominal onkologiya bölməsinin elmi işçisi, t.f.d.  

S.Quliyeva Azərbaycan Tibb Universitetinin Fizioterapiya və 

İdman təbabəti kafedrasının dosenti, t.f.d. 

E.Hüseynov 

Azərbaycan Tibb Universitetinin Onkologiya 

kafedrasının assistenti, t.f.d. 

Ş.İsmayılova Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzinin Tibbi keyfiyyət standartları  şöbəsinin 

müdiri 

S.Qazıyeva Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və  İslahatlar 



Mərkəzinin Tibbi keyfiyyət standartları  şöbəsinin 

həkim-metodisti 



Rəyçi:

 

N.Məmmədova  Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

Təkmilləşdirmə  İnstitutunun Fizioterapiya və tibbi 

bərpa kursunun rəhbəri, professor, t.e.d. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



4

 

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış 

tədqiqatdan 

alınmışdır 

IIb 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



5

 

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyələrin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyələrin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı  və ya nəticələri uyğun 

populyasiyaya  şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə 

bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT. 

Sübutların etibarlılıq dərəcəsi IIb. 

Klinik hallar seriyasının təsviri, yaxud 

Nəzarət edilməyən tədqiqat, yaxud 

Ekspertlərin rəyi. 

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



6

 

Protokol  həkim-onkoloqlar, müalicə  bədən tərbiyəsi (MBT) 

həkimləri, cərrahlar, mama-ginekoloqlar və terapevtlər üçün nəzərdə 

tutulub. 



Protokolun  məqsədi onkoloji xəstələrin fiziki aktivliyi üzrə 

sübutlu təbabətə əsaslanan

 

tövsiyələrin verilməsidir. 



Pasiyent qrupu – onkoloji xəstələrdir. 

ÜMUMİ MÜDDƏALAR 

Azərbaycan Respublikasında rəsmi statistikaya görə 2013-cü ildə 

qeydiyyatda olan onkoloji xəstələrin sayı 34681 nəfərə çatıb.            

2012-ci ildə bu xəstələrin sayı 31954 nəfər, 2011-ci ildə 28685 nəfər 

olub. Bu xəstələrin sayının artması ölkə əhalisinin sayının artması ilə 

izah edilir, belə ki, bir necə il əvvəl ölkə  əhalisinin sayı 7 milyon 

nəfər idisə, bu gün əhalinin sayı 9 milyon 300 mindən  çoxdur.         

2011-ci ildə qeydiyyatda olan 28685 xəstədən 5 il və daha çox 

yaşayanların sayı 11161 nəfər olub, 2012-ci ildə isə bu rəqəm         

11974 nəfərə çatıb. 

Əksər onkoloji xəstələr üçün normal bədən çəkisinin 

saxlanılması, residivlərin, eləcə  də digər onkoloji və xroniki 

xəstəliklərin meydana çıxmasının qarşısının alınması

 

ən önəmli 



məsələlərdir. Bu məqsədlə onlara fiziki aktivliyə  və sağlam 

qidalanmaya dair müvafiq tövsiyələr verilməlidir.  



Verilən tövsiyələr xərçəngin növü və qidalanma 

faktorlarından asılıdır.

 

Nəzərə alınmalıdır ki, fiziki aktivlik 

bütün onkoloji xəstələrə aid deyil, yalnız müəyyən xərçəng 

növlərində müsbət təsir göstərə bilər. 

Həkimlərin məsləhəti sağlam həyat tərzinin tətbiqi üçün çox 

əhəmiyyətlidir. Süd vəzi xərçəngi olan onkoloji xəstələrlə aparılmış 

tədqiqatlar göstərmişdir ki, fiziki hərəkətlərin vacibliyi barədə 

onkoloqun sadə tövsiyələri bu xəstələrin fiziki aktivliyinin 

əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarmışdır

23

.

 



 

Protokol 4 bölmədən ibarətdir. Birinci bölmədə – ümumiyyətlə, 

onkoloji xəstələrin fiziki aktivliyi, ikinci bölmədə – fiziki aktivlik və 

bədən çəkisi barədə tövsiyələr; üçüncü bölmədə – müxtəlif 

lokalizasiyalı onkoloji proseslərlə bağlı  məlumat verilir; dördüncü 

bölmə isə onkoloji xəstələrin

 

tez-tez verdikləri sualların 



cavablarından ibarətdir. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



7

 

I. Onkoloji xəstələrdə fiziki aktivlik 

Onkoloji prosesin gedişində üç dövr müəyyən edilir: 

1.

 



Aktiv müalicə və bərpa olma 

2.

 



Rekonvalessensiya (müalicə olunaraq sağalma və ya 

xəstəliyin gedişində ağırlaşmanın olmaması) 

3.

 

Ağırlaşma ilə gedən xərçəng  



Fiziki aktivlik onkoloji xəstələr üçün bütün dövrlərdə 

vacibdir, lakin hər bir dövrdə ona olan ehtiyac fərqlidir. 

Onkoloji xəstələrdə fiziki aktivliyin vacib olmasını təsdiqləyən 

bir çox sübutlar var: 

1.

 



Aktiv müalicə  və  bərpa olma dövründə fiziki aktivlik 

yorğunluğu artırmadan fiziki funksiyaları yaxşılaşdırır. 

2.

 

Rekonvalessensiya dövründə fiziki aktivlik fiziki 



funksiyaların bərpasına kömək edir. 

Hər iki dövrdə

 

fiziki aktivlik bəzi xərçəng növləri üçün residiv 



riskini, xərçəngdən ölüm göstəricisini və eləcə  də digər xronik 

xəstəliklərin əmələgəlmə riskini azalda bilər. 

3.

 

Ağırlaşma ilə gedən xərçəng zamanı fiziki aktivlik xəstənin 



özünüidarəetmə qabiliyyətinin və özünü yaxşı hissetmənin 

saxlanılmasına kömək edə bilər. 

 

Fiziki aktivliyə dair tövsiyələr hər bir pasiyentin fərdi 

imkanlarına uyğun olmalıdır, yalnız bu halda müsbət nəticələr 

əldə edilə bilər. 

 

1.  Aktiv müalicə və bərpa olma zamanı fiziki aktivlik 

Onkoloji xəstəliyin müalicəsi zamanı fiziki aktivlik nəinki 

təhlükəsizdir, o

 

həmçinin: 



 

Fiziki statusu yaxşılaşdırır (A)



4

 



 

Həyat keyfiyyətinin bir çox aspektlərini yaxşılaşdırır (A)

4

 



 

Yorğunluğu azaldır (A)

4

 



 

Əzələ və piy kütləsinin nisbi faizlərini müsbət istiqamətdə dəyişir (A)

4

 



 

Yuxarı ətrafların disfunksiyasını azaldır (A)

4

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



8

 

Fiziki aktivliyin nə zaman başlanması və necə həyata keçirilməsi 



barədə tövsiyələr xəstənin vəziyyəti və şəxsi seçimlərini nəzərə 

alaraq həkim tərəfindən verilməlidir! 

Fiziki aktivlik onkoloji xəstələrin müalicəsi zamanı sümüklərə, 

əzələ aparatının gücünə və digər həyat keyfiyyəti göstəricilərinə olan 

arzuolunmaz təsirlərin aradan qaldırılmasına və ya azaldılmasına 

kömək edir. Kimyəvi preparatlar və ya şüa müalicəsi alan xəstələrə 

fiziki aktivliyin mümkün qədər saxlanılması üçün minimal 

intensivlikli və qısa müddətli fiziki aktivlik tövsiyə olunmalıdır.  

Hipokineziyaya uğramış  şəxslər üçün əvvəlcə gimnastik 

hərəkətlər və dozalanmış yeriş kimi aşağı intensivlikli fiziki aktivlik 

seçilməlidir. Osteoporoz, sümük metastazları, artrit və periferik 

neyropatiyaları olan şəxslərdə travma riski minimuma endirilməlidir. 

Fiziki hərəkətlərin

 

MBT təlimatçıları yaxud müşayiət edən şəxslərin 



köməyi ilə yerinə yetirilməsi məsləhətdir . 

Xəstəyə yataq rejimi təyin olunduqda bədən çəkisinin artması, 

fiziki hazırlığın isə azalması müşahidə oluna bilər.  Bu  zaman     

MBT-nin tətbiqi zəiflik və depressiyanı azalda bilər.

 

Protokolda bəzi onkoloji xəstələrin stasionar müalicəsinin 



müxtəlif dövrlərində  tətbiq olunan nümunəvi müalicə gimnastika 

kompleksləri göstərilir (Əlavə)

32



2.  Rekonvalessensiya dövründə fiziki aktivlik 



Bu dövrdə qidalanma və fiziki vəziyyətə  təsir edən amillər və 

müalicənin yanaşı təsirləri aradan qalxır. Adətən spesifik terapiyanın 

yan effektləri müalicədən sonrakı həftələr və ya aylar ərzində aradan 

qalxır, lakin bəzi hallarda onlar daha uzun müddət davam edir. 

Bundan başqa, latent və gecikmiş yan təsirlər müalicə bitdikdən uzun 

müddət sonra meydana çıxa bilər. 

Fiziki hərəkətlərinin orqanizmin funksiyalarının bərpası (o 

cümlədən  əzələ kütləsinin artırılması  və ürək-damar sisteminin iş 

qabiliyyətinin yaxşılaşdırılması), yorğunluğun aradan qaldırılması, 

həyat keyfiyyətinin və psixi statusun yaxşılaşdırılması, həmçinin 

bədən çəkisinin korreksiyası üçün effektivliyi

 

sübuta yetirilmişdir. 



Rekonvalessensiya dövründə fiziki aktivlik nəticəsində: 

 



Fiziki forma yaxşılaşır (A)

4

 



 

Yorğunluq azalır (A)



4

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



9

 



 

Həyat keyfiyyəti artır (A)

4

 



 

Əzələ və piy kütləsinin nisbi faizləri müsbət istiqamətdə dəyişir (A)

4

 



 

Sümüklərin mineral sıxlığı qorunub saxlanılır (C)

4

 

Bu



 

nəticələr ümumi sağlamlıq, həyat keyfiyyətinin yaxşılaşdırıl-

ması və uzun ömürlülüyün təminatı üçün vacibdir. Hal-hazırda möv-

cud olan elmi faktlara əsaslanaraq 3 əsas hədəfə yönəldilən tövsiyələr 

verilir:

 

fiziki aktivlik, bədən çəkisinin optimallaşdırılması və pəhrizin 



xüsusiyyətləri

23

. Müvafiq tövsiyələr Cədvəl 1-də göstərilib. 



Xərçəng xəstələrində təkrar onkoloji xəstəliyin başvermə ehtimalı 

və digər xronik xəstəliklərin yaranmasının (məsələn, ürək-damar 

xəstəlikləri,  şəkərli diabet, osteoporoz) yüksək riski olduğuna görə 

bu tövsiyələr xüsusilə əhəmiyyətlidir. 

Onkoloji xəstənin ailə üzvləri arasında xərçəng riskinin daha 

yüksək olmasını  nəzərə alaraq onlara da bu tövsiyələrə əməl etmək 

məsləhət olunur. 

Cədvəl 1. Onkoloji xəstələr üçün fiziki aktivlik, bədən çəkisinin 

optimallaşdırılması və qidalanmaya dair tövsiyələr

23

 

Fiziki aktivliklə müntəzəm məşğul olmaq 

 



Hipokineziyadan imtina etmək və diaqnoz qoyulduqdan sonra mümkün  qədər 

tez müddətdə gündəlik normal aktivliyi bərpa etmək. (məsələn: yüngül ev işləri 

görmək, alış-veriş üçün dükana getmək, pilləkənlə qalxıb-düşmək və s.) 

 



Fiziki aktivliyin minimum hədəfi kimi həftədə  150 dəqiqəlik fiziki məşğələ 

(məsələn: Cədvəl 2) . 

 

Həftədə ən azı 2 dəfə dartıcı fiziki məşğələləri yerinə yetirmək (məsələn, yuxarı, 



aşağı ətraflar və gövdə üçün dartınma hərəkətləri, turnikdən sallanmaq və s.) . 

Optimal bədən çəkisini əldə etmək və qoruyub saxlamaq  

Artıq bədən çəkisi və ya piylənmə zamanı yüksək kalorili ərzaq və içkilərin 

istifadəsini məhdudlaşdırmaq və bədən çəkisinin azaldılması üçün fiziki aktivliyi 

artırmaq. 

Meyvə, tərəvəz və tam dənlərin məhsulları (kəpəkli buğda unu və s.) ilə zəngin 

pəhrizdən istifadə etmək. 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



10

 

Əminliklə sübut edilmişdir ki, piylənmə süd vəzi xərçənginin 



residiv riskini artırır

18,21


. Sağlam bədən çəkisinin  əldə olunması  və 

saxlanılması üçün pəhriz və fiziki aktiv həyat tərzi sağlamlığın uzaq 

perspektivdə yaxşılaşdırılması üçün vacibdir

29



Fiziki aktivliyin xərçəngin residivi və  xərçəng zamanı yaşama 

müddətinə təsirini təhlil edən tədqiqatların sayı artmaqdadır. 

Müəyyən olunmuşdur ki, fiziki aktivlik ürək-damar sistemini, 

skelet əzələlərini və əzələ-piy nisbətini yaxşılaşdırmaqla yorğunluğu, 

həyəcan hissi və depressiyanı aradan qaldırır, özünü rahat hissetmə 

və xoşbəxtlik duyğusunu formalaşdırmaqla bir sıra həyat keyfiyyəti 

komponentlərini (fiziki, funksional və emosional) formalaşdırır

25

.



 

Yuxarıda sadalanan müsbət nəticələr, həmçinin xərçəngin gedişinə

 

də təsir edir. Müəyyən edilmişdir ki, fəal həyat tərzi sürən onkoloji 



xəstələrdə (süd vəzi, yumurtalıq, yoğun bağırsaq, prostat vəzi 

xərçəngi) müvafiq passiv olan

 

xəstələrlə müqayisədə  xərçəngin 



residiv riski azalır və yaşama göstəriciləri yaxşılaşır. 

3.  Ağırlaşma ilə gedən xərçəng zamanı fiziki aktivlik 

Müəyyən lokalizasiyalı onkoloji xəstəliklərdə ağırlaşma ilə gedən 

xərçəng zamanı  xəstələrin müvafiq fiziki aktivliyinin onların fiziki 

durumu və  həyat keyfiyyətinin yaxşılaşdırılması haqda məlumatlar 

mövcuddur. Bu xəstələrə fiziki aktivlik və qidalanma tövsiyələri 

onların fiziki imkanları 

və qida tələbatına 

əsasən 


formalaşdırılmalıdır. Fiziki aktivlik və qidalanma tövsiyələrə  əməl 

edən xəstələrdə aşağıdakı nəticələr əldə edilmişdir: 

 

süd vəzi xərçənginə görə



 

kimyəvi preparatlarla müalicəni qəbul 

edən və yüngül məişət yükləmələri yerinə yetirən xəstələrdə həyat 

keyfiyyətinin pisləşməsi sürətinin və yorğunluğun azalması (B)

4

 

 



mütəxəssislərin rəhbərliyi altında altı  həftə  ərzində  məşq edən 

xəstələrin ümumi, o cümlədən funksional vəziyyətin,  əhvali-

ruhiyyənin yaxşılaşması, yorğunluğun, təngnəfəsliyin və 

anoreksiyanın azalması (B)

4

 



 

12 həftə  ərzində müqavimətlə yerinə yetirilən fiziki məşğələlər 

vasitəsi ilə prostat vəzi xərçəngi olan kişilərdə  əzələlərin 

vəziyyətinin və ümumi həyat keyfiyyətinin yaxşılaşması (A)

4

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



11

 

II. Onkoloji xəstələrin fiziki aktivliyi və bədən çəkisi barədə 



tövsiyələr 

Fiziki aktivlik fonunda aparılan xərçəngin müalicəsi bitdikdən 

sonrakı  vəziyyətin təhlil edilməsinə  həsr edilmiş çoxsaylı 

tədqiqatlarda aşağıdakı göstəricilər nəzərə alınmışdır

23

:

 



 

onkoloji xəstəliyin residivi 



 

onkoloji xəstəliklə bağlı və ümumi yaşama göstəricisi 



 

xəstəliklə bağlı ümumi sağlamlıq durumu 



 

xəstələrin özlərinin qeyd etdiyi nəticələr 



 

limfatik ödemin olması 



 

yanaşı vəziyyətlər 



Tədqiqatlar göstərmişdir ki, onkoloji diaqnoz qoyulduqdan sonra 

süd vəzi, yoğun bağırsaq, prostat vəzi və yumurtalıqların xərçəngi 

daxil olmaqla fiziki aktivliyi yerinə yetirən xəstələrdə residiv riski və 

ölüm hadisələri azalmışdır

10



Fiziki aktivliyin müəyyən edilmiş 5 dərəcəsindən (qeyri-aktiv, 



yüngül aktivlik, orta aktivlik, yüksək aktivlik və maksimal aktivlik 

dərəcəsi) yalnız yüngül və orta aktivlik dərəcələri onkoloji xəstələrə 

tövsiyə olunur (Cədvəl 2). 


Yüklə 439,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin