AZƏrbaycan rəHBƏRLİYİNDƏ İXTİlaflar və daxiLİ Sİyasi ÇƏKİŞMƏLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix03.02.2017
ölçüsü0,74 Mb.
#7318
1   2   3   4   5   6   7   8

NƏTİCƏ 
 
Azərbaycan xalqının dövlətçilik tarixində mühüm mərhələ təşkil edən XX 
yüzillik ictimai-siyasi məzmunu, dövlətçilik mahiyyəti və üç fərqli respublikaların 
mövcudluğu  baxımından  da  əlamətdardır.  Monoqrafiyanın  tədqiqat  obyekti  üçün 
seçilmiş dövr birinci və ikinci Azərbaycan respublikaları (AXC və ASSR) arasında 
keçid  mərhələsini  təşkil  edir.  İkinci  və  üçüncü  respublikaların  keçid  mərhələsi, 
çağdaş  Azərbaycan  Respublikasının  beynəlxalq  aləmin  tam  hüquqlu  subyekti 
olduğu  bir  zamanda  yaşanır,  göstərilən  iki  keçid  mərhələsi  arasında  paralellər 
axtarmaq  mümkün  olduğu  qədər  də  təzadlı  xarakter  daşıyır.  Müstəqil  (de-fakto 
tanınan),  sərbəst iqtisadiyyatlı, çoxpartiyalı, parlament quruluşlu, ərazi problemli, 
xarici  təhlükə  qarşısında  qalan  yeni  yaranmış  və  müsəlman  Şərqində  ilk  dəfə 
qurulan respublikadan birpartiyalı, ictimai mülkiyyətə əsaslanan (dövlət mülkiyyəti 
aparıcı olan), bəşəriyyət tarixində analoqu olmayan, vətəndaş müharibəsi, inqilabi 
dəyişiklikləri yaşayan yeni bir dövlətə keçidin spesifik xüsusiyyətləri, demək olar 
ki, 
bu 
prosesi 
iqtisadi-siyasi 
məzmunda 
əksinə 
yaşayan 
keçidin 
özünəməxsusluğundan  olduqca  fərqlı  məna  kəsb  etsə  də,  tarixi-siyasi  təhlil  üçün 
kifayət  qədər  paralel  məqamlar  vardır.  Tədqiqatın  məqsədi  bu  paralelləri  aşkara 
çıxarmaq  deyil.  Məqsəd  birinci  keçid  dövründə  Azərbaycan  rəhbərliyindəki 
mövcud problemlərə aydınlıq gətirməklə, ikinci - bu günümüzlə gələcəyimiz üçün 
olduqca 
aktual 
səciyyə  daşıyan  keçid  mərhələsində  dövlətçiliyimizin 

möhkəmlənməsi,  dövlət  idarəçiliyi  mexanizminin  kamilləşməsi və  artıq  yaşanmış 
problemlərin  yenidən  yaranmaması  üçün  tarixi  təcrübi  istiqaməti  elmi  cəhətdən 
əsəslandırmaqdır.  Bu  baxımdan  1920-1925-ci  illərdə  Azərbaycan  rəhbərliyindəki 
ixtilaflardan,  daxili  siyasi  çəkişmələrdən  bəhs  etmək  yalnız  münaqişə  tərəflərini 
aşkara  çıxarmaq,  onların  mövqe  və  motivlərini  təhlil  edib  münasibət  bildirməklə 
bitmir. Diqqət çəkən əsas məsələ münaqişəyə, ixtilaflara səbəb olan problemlərdir. 
Belə ki, bu problemlər iqtisadi, sosial, siyasi, mənəvi və s. məzmun daşımasından 
asılı  olmayaraq,  Azərbaycan  cəmiyyətinin,  xalqının  problemləri  olmuşdur  və 
həmin məsələlər zaman etibarı ilə fərqli səciyyə daşısa da bu günümüz üçün də öz 
aktuallığını  saxlamaqdadır.  Tədqiqat  işinin  ümdə  məqsədlərindən  biri  məhz  bu 
cəhətə  istiqamətlənmək  olmuşdur.  Problemlərin  mövcudluğu,  onlar  ətrafında 
ixtilafların  yaranması  səbəbsiz  olmadığından,  ilk  növbədə  ixtilaf  və  ziddiyyətləri 
yaradan şəraitə, zəminə müraciət edilmişdir. 
1920-ci  illərin  əvvəllərində  bolşevik  üsul-idarəsinin  yaradılmasından 
sonra  milli  mənafe  və  yerli  şəraitin  nəzərə  alınmaması  ətrafında  Azərbaycanın 
bolşevik  rəhbərliyində  gedən  ixtilaf  və  daxili-siyasi  çəkişmələr  son  dərəcə 
ziddiyyətli olan dövrün ağrılı problemlərindən idi. Bu ixtilafları yaradan şərait və 
doğuran səbəblər çox ciddi, labüd və o zamankı inkişafın obyektiv nəticəsi idi. 
Bu  dövrə  aid  sənədlərin  araşdırılması,  rəhbərlikdəki  ixtilaf  və 
çəkişmələrin elmi təhlili aşağıdakı nəticələrə gəlməyə əsas verir: 
Aprel  çevrilişindən  sonra  diktaturanın  bərqərar  olması,  XI  Ordunun 
özbaşınalığı,  qarətçilik,  hərc-mərclik,  günahsız  adamların  güllələnməsi, 
ümumiyyətlə,  Azərbaycanda  yol  verilmiş  kütləvi  zorakılıqlar  və  ictimai-siyasi 
həyatın  gərginləşməsi  yeni  yaradılmış  hökumətin  iç  üzünü  tezliklə  xalqa  açıb 
göstərdi. 
Keçmiş aparat işçilərinə, həmçinin azərbaycanlı kommunistlərə birmənalı 
mənfi  münasibətin,  onlara  qarşı  etimadsızlığın  olması,  Rusiyada  və  Avropada 
təhsil  alan,  təcrübəli  işçilərin  vətəni  tərk  etməsi  və  cəzalandırılması,  bu  və  digər 
tədbirlərin  həyata  keçirilməsi  nəticəsində  köhnə  dövlət  aparatı  tamamilə 
dağıdılmışdı. 
Sovetləşmədən sonra həyata keçirilən siyasətin özbaşınalığı bolşeviklərin 
müsadirəçilik  siyasətində  və  partiyanın  təmizlənməsində  öz  əksini  tapmışdı. 
Müsadirələr zamanı milli ləyaqətin alçaldılması, təmiz, namuslu adamlara heç bir 
fərq  qoyulmadan  partiya  sıralarından  xaric  edilərək,  gözdən  salınması,  bütün  bu 
özbaşınalıqlar  xalqın  qəzəbinə  gətirib  çıxardı.  10  minlərlə  insan  tələfatı  ilə 
nəticələnən müqavimət hərəkatına səbəb oldu. Bu da yaranan dövlətin bünövrəsini 
möhkəm silkələdi. 
20-ci  illərdə  rəhbər  dairələrdə  ixtilafları  yaradan  başlıca  səbəblər  əmlak 
müsadirəsi,  kəndə  münasibət,  Azərbaycan  dilinə,  dinə,  ərazi  bütövlüyünə, 
qolçomaq  adlandırılanlara  münasibət  kimi  məsələlər  idi.  Xüsusən  milli  məsələ 
rəhbərlikdə  heç  zaman  birmənalı  qarşılanmamış,  daim  dərin  ixtilaflara  gətirib 

çıxarmışdır.  Mərkəzdən  yalnız  onun  mənafeyini  müdafiə  edən  kadrların 
respublikaya  göndərilməsi,  qeyri  millətlərin,  eləcə  də  daim  intiqam  hissi  ilə 
yaşayan  erməni  kommunistlərinin  yüksək  vəzifə  tutaraq,  Bakı  Komitəsində 
yerləşdirilməsi Mərkəzi Komitə, İnqilab Komitəsi ilə BK arasında dərin uçurumun 
yaranmasına qətirib çıxarmışdı.  Qeyri  millətlərdən olan bolşeviklərin  yerli  xalqın 
dilinə,  dininə  və  başqa  adət-ənənələrinə  qarşı  laqeydliyi,  hörmətsizliyi,  hər  şeyin 
Rusiyadakı  kimi  aparılması,  milli  mənafe  və  yerli  xüsusiyyətlərin  nəzərə 
alınmaması ilə nəticələnirdi. 
Hakim  partiya  daxilində  birlik  və  yekdilliyin  olmaması,  qeyri  sağlam 
şərait,  xüsusən  də  rəhbər  işçilər  arasında  qruplaşmalar  və  çəkişmələrin  baş  alıb 
getməsi ölkəni və əhalini çox ağır vəziyyətə salırdı. Fikir müxtəlifliyi işin xeyrinə 
deyil, daha da cılızlaşaraq şəxsi intriqalara çevrilmişdi. 
N. Nərimanov və onun əleyhdarları arasında mübarizə elə kəskin xarakter 
almışdı ki, hətta V. Lenin özü işə qarışmış, «Bakı məsələsi» adlı məlum qərar və 
direktivlər  məhz  bundan  sonra  qəbul  edilmişdi.  «Azərbaycan  kommunistləri 
arasında ixtilaflar» haqqında ayrıca məsələ müzakirə edilmişdi. 
Lakin o zaman heç kim, heç nə ilə hesablaşmayan və bilavasitə Stalin və 
Orconikidzeyə  arxalanan  Bakı  Komitəsinin  rəhbərliyi  qəbul  edilən  qərarlara  və 
direktivlərə  çox  məsuliyyətsizliklə  yanaşdı  və  məhəl  qoymadı.  Bunu  görən  bəzi 
gənc  partiya  üzvləri  tutduqları  vəzifələri  itirmək  qorxusundan  N.  Nərimanovdan 
uzaqlaşdılar. N. Nərimanov belələrini «alverçi kommunistlər» adlandırırdı. 
N.  Nərimanovun  böyük  səyi  və  təkidi  ilə  respublikanın  xeyrinə  mühüm 
qərarlar qəbul edilməsinə baxmayaraq, Mirzoyan-Kirov kompaniyası bu qərarların 
yerinə  yetirilməsinə  nəzarət  əvəzinə  maneçilik  törədirdilər.  A.  Serebrovski 
Azərbaycan  nefti  məsələsində  tam  sərbəst,  özü  istədiyi  kimi  hərəkət  edirdi. 
Çevrilişdən  sonrakı  hadisələr  aydın  göstərirdi  ki,  sovetlərin  hakimiyyəti 
möhkəmləndikcə,  bolşeviklərin  xalqlara  vəd  etdikləri  azadlıqlar  unudulur,  əsrlər 
boyu  saxlanılan  və  nəsildən-nəslə  ötürülən  milli-mənəvi  dəyərlərin  üstündən  xətt 
çəkilir, amirlik, avtoritar tədbirlər həyata keçirilirdi. Müsəlmanlığın müqəddəs ayı 
sayılan  məhərrəmliyə,  orucluğa,  qurban  və  novruz  bayramlarına,  din  xadimlərinə 
qarşı  başlanan  mübarizə  kompaniyasında  xalqın  milli  adət-ənənələri  çox  kobud 
şəkildə  pozulurdu.  Bu  o  qədər  kəskin  xarakter  almışdı  ki,  bunu  artıq  rəhbərlikdə 
oturan qeyri millətlərin nümayəndələri belə, özləri etiraf etməli olurdular. 
-  Ərazi  məsələsi  də  tədqiq  olunan  illərdə  rəhbər  dairələrdə  çox  ciddi 
mübahisələr  doğuran  problem  olmuşdur.  Mərkəz  bir  çox  hallarda  Azərbaycanın 
milli mənafeyi ilə hesablaşmırdı. Bu zəmində N. Nərimanovla G. Çiçerin, erməni 
kommunistləri  arasında  ciddi  ixtilaflar  yaranırdı.  Sovet  hökuməti  qurulduqdan 
sonra  Ermənistanın  torpaq  iddiaları,  Azərbaycanın  ərazi  bütövlüyünə  qəsd, 
Zəngəzur qəzasının böyük bir hissəsinin Ermənistana verilməsi ilə xalqımız üçün 
sonrakı  faciələrin  əsası  qoyuldu.  Beləliklə  də,  Ermənistanın  sonrakı  ərazi 
iddialarına şərait yaradıldı. 

1922-ci il  martın 12-də  ZSFSR-in  yaradılması, bununla da  Azərbaycanın 
formal  müstəqilliyinin  itirilməsi,  dekabrda  SSRİ-nin  təşkili  ilə  Azərbaycanın 
əyalətə  çevrilməsi,  1923-cü  ildə  Qarabağa  vilayət  muxtariyyətinin  verilməsi, 
Azərbaycanın  siyasi-iqtisadi  müstəqilliyinin  itirilməsi,  Azərbaycan  xalqına  qarşı 
sonrakı bədbəxtliklərin əsasının qoyulması ilə nəticələndi. 
-
 
1922-ci  ilin  martında  N.  Nərimanov  Azərbaycandan  uzaqlaşdırıldıqdan 
sonra, onun əleyhdarları tam arxayın bir şəraitdə Azərbaycana və azərbaycanlılara 
qarşı öz fəaliyyətlərini daha da genişləndirdilər. N. Nərimanov tərəfdarlarına ciddi 
divan  tutuldu.  Bəziləri  partiya  sıralarından  çıxarıldı,  digərləri  isə  öz  mövqelərini 
gizlətməyə məcbur oldular. 
-
 
Azərbaycan  rəhbərliyində  olan  ixtilaflara,  çəkişmələrə  və  mübarizə 
aparan  tərəflərə  münasibətdə  mərkəz  antiazərbaycan  mövqeyi  ilə  birtərəfli 
yanaşırdı.  N.  Nərimanov  və  başqa  milli  ruhlu  kommunistlərin  ədalətli  mübarizəsi 
partiyaya zidd, millətçilik və ziddiyyətləri törədən çəkişmə kimi qəbul edilirdi. 
-
 
Artıq  20-ci  illərin  ortalarında  milli  məsələ  ətrafında  antiazərbaycan 
qüvvələrə qarşı mübarizədə özünəməxsus milli baxışları olan Əyyub Xanbudaqov 
tək  qalmışdı.  Ə.  Xanbudaqov  əvvəllər  N.  Nərimanova  deyil,  Mırzoyana 
arxalanırdı,  çünki  milli  ruhlu  cavanları  N.  Nərimanova  qarşı  qoyurdular.  Ə. 
Xanbudaqova,  R.  Axundova  və  b.  kommunistlərə  də  bu  cür  yanaşılmış,  sonra  da 
gözdən  salınmışdılar.  Digər  tərəfdən  gənc  kommunistlər  arasında  da  ziddiyyət 
salınaraq  siyasi  səhnədən  uzaqlaşdırıldılar.  Vaxtilə  kommunizm  ideyalarına 
inanaraq, xalqın xoşbəxtliyini də görən və bu yolda vicdanla mübarizə aparanların 
taleyi son dərəcə acınacaqlı qurtardı. 
-
 
1920 - 1925-ci illərdəki sənədlərin araşdırılması, rəhbərlikdəki ixtilaf və 
çəkişmələrin  təhlili,  həm  də  belə  bir  nəticəyə  gəlməyə  əsas  verir  ki,  aprel 
çevrilişindən sonra hakimiyyətə gələn, xalqın xoşbəxtlik və azadlıqlarını sosializm 
ideyalarında  görən  milli ruhlu  kommunistlərin, eləcə də  xalqın  xeyli  hissəsi artıq 
mövcud  üsul-idarədən  çox  narazı  və  bədgüman  olmuş  və  aldadılmış  olduqlarını 
başa düşmüşdülər. 
N. Nənmanovun, M. Qədirlinin, Ə. Əhmədovun, B. Talıblının 20-ci illərin 
ortalarında siyasi baxışlarının dəyişməsi, Mərkəzin Azərbaycanda, eləcə də Şərqdə 
siyasətinin  iflasa  uğraması  və  bu  siyasətin  Azərbaycan  xalqının  mənafeyinə  zidd 
olması  artıq  şəksiz  idi.  Onlar  artıq bu  siyasət  haqqında  deyil,  bu  siyasətdən  xilas 
olmaq haqqında düşünürdülər. 
Beləliklə də, 20-ci illərdə rəhbər dairələrdə baş verən ixtilaflar və daxili-
siyasi  çəkişmələr  Azərbaycanın  siyasi  tarixində  öz  mənfı  nəticələrini  vermiş, 
inzibati-amirlik sisteminin və totalitar rejimin formalaşmasına zəmin yaratmışdı. 
 
 
 
 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
1.
 
Əliyev H. Ə. Müstəqilliyimiz əbədidir. 14 cilddə. Bakı, Azərnəşr, 1997-1998, I c. 
s.570. 
2.
 
Əliyev H. Ə. Minilliklərin qovşağında (Azərbaycan Respublikasının Prezidenti 
Heydər  Əliyevin  yeni  2001-ci  il,  yeni  əsr  və  üçüncü  minillik  münasibətilə 
Azərbaycan xalqına müraciəti). XXI Yeni Nəşrlər Evi. Bakı, 2001, s.183. 
3.
 
«Ağ ləkələr» silinir (tərtibçi - Osman Mirzəyev). Bakı, 1991, s. 67. 
4.«Azadlıq» qəz., 1991, 1992, 1998. 
5.Azərbaycan  Kommunist  Partiyasının  20-30-cu  illər  tarixinin  bəzi  məsələləri. 
Bakı, Bakı Dövlət Universiteti, 1990, s. 93. 
6.Azərbaycan  Kommunist  Partiyasının  qurultayları,  konfransları  və  MK 
plenumlarının qətnamə və qərarları, I c, Bakı, Azərnəşr,  1987, s. 712. 
7.
 
Azərbaycan  Kommunist  Partiyası  tarixinin  oçerkləri.  Bakı,  Azərnəşr  1986,  s. 
502. 
8.
 
«Azərbaycan ordusu» qəz., 19.04.1996. 
9.
 
«Azərbaycan» qəz., 1997, 1998, 2000. 
10.
 
Azərbaycan arxivi jur., № l-2, 1988. 
11.
 
Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının  Tarix  İnstitutunun  Elmi 
Arxivi. 
12.
 
Azərbaycan Respublikası Dövlət Arxivi. 
13.
 
Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi. 
14.
 
Azərbaycan  Sovet  Ensiklopediyası,  VII  c,  Bakı,  Azərb.  Sovet 
Ensiklopediyasının Baş redaksiyası, 1983, s. 624, Xc, 1987, s. 608. 
15.
 
Azərbaycan  Sovet  hakimiyyəti  uğrunda  fəal  mübarizələr  (Biblioqrafik 
oçerklər). Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1958, s. 411. 
16.
 
Azərbaycan  SSR-nin  40  illiyi.   Məqalələr  məcmuəsi.  Bakı,  Azərbaycan  SSR   
EA nəşriyyatı, 1960, s.391. 
17.
 
Azərbaycan tarixi, III c, Bakı, Elm, 1973, s. 548. 
18.
 
Azərbaycan tarixi, IV c, Bakı, 2000, s. 568. 
19.
 
Baykara H. İstiqlal mübarizəsi tariximizdən Bakı, Azərnəşr, 1992, s. 276.   
20.
 
Bakı Üniversitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası), 1995,1996. 
21.
 
Bünyadov Z. Qırmızı terror. Bakı, Azərnəşr, 1992, s.329. 
22.
 
Dirçəliş XX əsr jur., 1998, 1999 
23.
 
Elmlər Akademiyasının xəbərleri jur., 1990, №1. 
24.
 
«Elm və həyat» jur., 1991, №11-12, 1992, №4-6, 7-9, 1996, №4-6. 
25.
 
Elçin. Nəriman Nərimanov: şəxsiyyəti və fəaliyyəti. Bakı, Azərnəşr, 1997, s.28. 
26.
 
Əhmədov T. Nəriman Nərimanov. Bakı, Yazıçı, 1982, s. 299. 
27.
 
Əhmədov  X.  Azərbaycanda  sovetlərin  yaranması  və  möhkəmləndirilməsi 
(1920-1925-ci illər). Bakı, Azər.SSR EA nəşr, 1966, s. 186. 

28.
 
Əhmədova  F.  Şəxsiyyətlərarası  münasibətlər  tarixindən:  N.Nərimanov  və 
V.İ.Lenin. «Azərbaycan müəllimi» qəz., 23.01.96. 
29.
 
Əhmədova F. Onu xalqdan təcrid edirdilər... «Xalq» qəz., 13.04.97. 
30.
 
Əhmədova  F.  N.  Nərimanov  şəxsiyyəti  əsr  ayrıcında.  «Azərbaycan»  qəz., 
15.04.97. 
31.
 
Əhmədova  F.  Bolşevizmin  Şərq  siyasətində  N.  Nərimanovun  mövqeyi. 
Ekologiya, fəlsəfə, mədəniyyət. 12-ci buraxılış, Bakı, 1997. 
32.
 
Əhmədova F. Siyasi portret: Nəriman Nərimanov. Elm, 1997, №3. 
33.
 
Əhmədova F. Nəriman Nərimanov  - ideal və gerçəklik. Bakı,  «Elm və həyat» 
nəşriyyatı, 1998, s. 170. 
34.
 
Əhmədov  H.  N.  Nərimanovun  həyatı,  fəaliyyəti,  pedaqoji  fikirləri  və  tibbi 
baxışları. Bakı, 2004, s.282. 
35.
 
Əhmədova  F.  Nəriman  Nərimanov  və  müasir  ictimai  fikir.  «Elm  və  həyat», 
2000, № l-2. 
36.
 
Əhməd bəy Ağayevin N. Nərimanova məktubu. «Kommunist» qəzeti. 
37.
 
Əliheydər Qarayev. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1961, s.96. 
38.
 
Əliyev  X.  Azərbaycan  Kommunist  Partiyasının  fəhlə-kəndli  ittifaqının 
möhkəmləndirilməsi  uğrunda  mübarizə  tarixindən.  Bakı  (Azərb.  SSR  NS-nin  Ali 
və Orta İxtisas təhsili komitəsi S.M.Kirov adına ADU), 1961, s. 414. 
39.
 
Əfəndiyev S.M. Seçilmiş əsərləri, II c, Bakı, Azərnəşr, 1990, s. 397. 
40.
 
Əzizbəyova  P.  Azərbaycanda  sovet  hakimiyyətinin  qurulmasında  böyük  rus 
xalqının qardaşlıq köməyi. Bakı, Azərnəşr, 1954, s. 45. 
41.
 
Hacıyev  A.  20-ci  illərin  siyasi  tarixinin  bəzi  məsələləri.  Bakı,  Bakı 
Üniversitetinin nəşriyyatı, 1997, s.144. 
42.
 
Həsənov C. «Ağ ləkələrin qara kölgəsi». Bakı, «Gənclik», 1991, s. 200. 
43.
 
Həsənov C. Nəriman Nərimanov - milli təmayüllü kommunist. Bakı, 2004. 
44.
 
Həsənov  H.  Nəriman  Nərimanovun  milli  dövlətçilik  baxışları  və  fəaliyyəti,  
Bakı, 2005, s.347. 
45.
 
Hüseynov A.Ə. Həbib Cəbiyev (Bioqrafik oçerk). Bakı, Azərnəşr, 1975, s.72. 
46.
 
Hüseynov  A.Ə.  Əliheydər  Qarayev.  (Bioqrafik  oçerk).  Bakı,  Azərnəşr,  1961, 
s.96. 
47.
 
«Xalq qəzeti» qəz., 1997, 1998, 2000. 
48.
 
İbişov  F.  Azərbaycanda  20-ci  illərin  birinci  yarısında  kəndə  münasibətdə 
ixtilaflar. Tarix və onun problemləri, 1997, № 1, s.77-81. 
49.
 
İbişov  F.  Azərbaycan  kəndində  sosial-siyasi  proseslər  (1920-30).  Bakı, 
«Mütərcim», 1996, s.168. 
50.
 
İbrahimli X. Azərbaycan siyasi mühacirəti. Bakı, Elm, 1996, s. 308. 
51.
 
İbrahimli  F.  Aprel  işğalı:  Azərbaycanda  siyasi  və  milli  təqiblər.  Azərbaycan 
Xalq  Cümhuriyyəti  tarixinin  problemləri  (Beynəlxalq  elmi  sessiyası,  mart-may 
2003). s. 19-26. 

52.
 
İbrahimov  Z.  Sosialist  inqilabı  uğrunda  Azərbaycan  zəhmetkeşlərinin 
mübarizəsi. Bakı, Azərnəşr, 1957, s.588. 
53.
 
İsgəndərov  M.  S.  Kirov  Azərbaycanda.  Bakı,  Azərbaycan  Dövlət  nəşriyyatı, 
1965, s.239. 
54.
 
İsgəndərov M. Sovet hakimiyyətinin möhkəmləndirilməsi uğrunda Azərbaycan 
Kommunist  Partiyasının  mübarizəsi.  (1920-ci  ilin  mayı  -  1921-ci  ilin  fevralı) 
Kommunist Partiyası Azərbaycanda sovet hakimiyyətinin qələbəsinin və sosializm 
quruculuğunun təşkilatçısıdır. Bakı, Azərnəşr, 1958, s. 540. 
55.
 
İsmayılov E., Nəsənov C, Qaffarov T.L. Azərbaycan tarixi.  Bakı, 1995, s. 353. 
56.
 
İstila qurbanları. Bakı, Azərnəşr, 1993, s. 35. 
57.
 
Katibli M. Çingiz İldırım. Bakı, Azərnəşr, 1964, s. 118. 
58.
 
Katibli M. Qəzənfər Musabəyov. Bakı, Azərnəşr, 1958, s. 36. 
59.
 
«Kommunist» qəz., Bakı (Azərb. dilində), 1989, 1990. 
60.
 
Köçərli F. Nəriman Nərimanov. Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1965, s. 
340. 
61.
 
Köçərli  F.  Nəriman  Nərimanov  yeni  təfəkkür  işığında.  AEA-nın  «Xəbərləri», 
Tarix, fəlsəfə, hüqüq seriyası, Bakı, 1991. 
62.
 
Köçərli T. Qarabağ yalan və həqiqət.  «Əbilov, Zeynalov və oğulları» İTK-nın 
mətbəəsi. Bakı, 1998, s. 244. 
63.
 
Köçərli X. Azərbaycan 1920-1940-cı illərdə. Tədris vəsaiti. Bakı, 2003, s. 230. 
64.
 
Qaffarov T.V. Azərbaycan tarixi (1920-1991). Bakı, Mütərcim, 1999, s. 279. 
65.
 
Qəndilov S. Partiyanın gücü onun birliyindədir. Bakı, Azərnəşr, 1964, s. 44. 
66.
 
Qəndilov  S.  Azərbaycan  Kommunist  Partiyası  sıralarının  təmizliyi  uğrunda 
mübarizə tarixindən (ADU-nun elmi əsərləri), Bakı, 1964. № 2. 
67.
 
Qəndilov S.  Azərbaycan partiya quruculuğu məsələləri. Bakı,  Azərnəşr, 1971, 
s. 292. 
68.
 
Qəndilov  S.  20-ci  illərdə  sovet  Azərbaycanında  partiya  həyatının  bəzi 
məsələləri.  Azərbaycan  Kommunist  Partiyasının  20-30-cu  illər  tarixinin  bəzi 
məsələləri. Bakı, Bakı Dövlət Universiteti, 1990, s.3-7. 
69.
 
Qəndilov S.T., Osmanova R.M. Sovetləşmənin başlanğıcında müstəqillik, yerli 
şərait  və  milli  mənafe  məsələlərində  Azərbaycan  rəhbərliyində  ixtilaflar 
(1920-1922-ci  illər),  Bakı  Universitetinin  Xəbərləri  (sosial-siyasi  elmlər  seriyası), 
№ 1, 1995 s.115-126. 
70.
 
Qəhrəmanov B. Doktor Nərimanov. Bakı, Azərnəşr, 1990, s. 55. 
71.
 
Quliyev  M.  Azərbaycanda  dövlət  və  din  münasibətləri  (İslam  dini  timsalında 
1920-2000-ci illər). Bakı, Açıq dünya,  2002, s. 302. 
72.
 
Quliyev  C.B.  V.İ.Lenin  və  Azərbaycanda  sovet  hakimiyyətinin  qələbəsi  və 
möhkəmləndirilməsi uğrunda mübarizə. Bakı, Azərnəşr, 1957, s. 57. 
73.
 
Qurbanov  B.S.  Bakı  fəhlələrinin  Azərbaycan  kəndinə  hamilik  köməyi  (1923-
1934 illər). Bakı, (Azərb. SSR EA tarix institutu), 1960, s.176. 
74.
 
Qurbanov Ş. Nəriman Nərimanov dünyası. Bakı, Azərnəşr, 2001, 90 s. 

75.
 
Qurbanov Ş. Nəriman Nərimanov ömrünün son illəri. Bakı, Azərbaycan, 2003, 
s. 376. 
76.
 
Lenin V.İ. Əsərlərinin tam külliyatı, I-XXXXXV c, Bakı, Azərnəşr, 1973-1985. 
77.
 
Mədətov Q. Naxçıvanda sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in 
təşkili. Bakı, Azərnəşr, 1958, s.164. 
78.
 
Mədətov Q. Ruhulla Axundov. Bioqrafik oçerk. Bakı, Arəznəşr, 1983, s.59. 
79.
 
Məhərrəmov  N.  Daşnaksütyun  və  Azərbaycanın  taleyi.  Bakı,  Azərbaycan 
nəşriyyatı, 1995, s.95. 
80.
 
Məhərrəmov N. Getsin gəlməsin... Bakı, Azərnəşr, 1992, s.144. 
81.
 
Məmmədov V. Nəriman Nərimanov. Bakı, Uşaqgəncnəşr, 1957, s. 136. 
82.
 
Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı, Nicat, 1992, s. 346. 
83.
 
Məmməd Cəfər. Tarixin dərsləri. «Elm və həyat», 1991, №11-12, 1992, №1-3, 
4-6, 7-9. 
84.
 
Mirhadiyev M. Azərbaycanda Sovet hakimiyyətinin birinci illəri. «Təbliğatçı», 
Bakı, 1945, №2. 
85.
 
Mirhadiyev  M.  Kapitalizmdən  sosializmə  keçid  dövründə  Azərbaycanda 
proletariat  diktaturası  dövlətinin  təşkili  və  inkişafı  (1917-1937-ci  illər).  Dərs 
vəsaiti. Bakı, Maarif, 1973, s. 106. 
86.
 
Mirhadiyev M. Proletariat diktaturası haqqında  Lenin təliminin  Azərbaycanda 
həyata keçirilməsi. Bakı, Azərnəşr, 1963, s. 220. 
87.
 
Musayev  İ.  Azərbaycanın  Naxçıvan  və  Zəngəzur  bölgələrində  siyasi  vəziyyət 
və  xarici  dövlətlərin  siyasəti  (1917-1921-ci  illər).  Bakı,  Bakı  Universitetinin 
nəşriyyatı. 1996, s. 329. 
88.
 
Nəcəfov X.S. Ağamalı oğlunun ictimai-siyasi və ateist görüşləri. Bakı, Azərb. 
Dövlət Nəşriyyatı, 1968, s. 142. 
89.
 
Nərimanov N. Məqalələr və nitqlər. Bakı, Azərnəşr, 1971, s. 265. 
90.
 
Nərimanov  N.  «Ucqarlarda  inqilabımızın  tarixinə  dair».  (İ.V.Stalinə  məktub). 
Bakı, Azərnəşr, 1992, s. 80. 
91.
 
Nərimanov N. Seçilmiş əsərləri. Bakı, Azərbaycan Milli Ensiklopediyası, 2001, 
s. 470. 
92.
 
Nərimanov N. Məktublar və Qarabağ məsələsinə dair sənədlər. Bakı, «Nurlan», 
2002, s. 104. 
93.
 
Paşayev  A.  Azərbaycanda  sovet  totalitar  rejimi  necə  yarandı.  «Azərbaycan» 
qəz., 21-22.07. 2001. 
94.
 
Rəfiyev B. Aysberqin sualtı hissəsi. Bakı, Azərnəşr, 1995, s. 56. 
95.
 
Rəfiyev B. Gənc Azər. (İstintaq materialları üzrə). Azərnəşr, Bakı, 1991, s. 41. 
96.
 
Ordubadi M.S. Nərimançıliq. Xatirələr, «Azərbaycan» qəzeti. 
97.
 
«Respublika» qəz., 1999, 2000, 2001. 
98.
 
Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, Elm, 1990, s. 116. 
99.
 
Rəsulzadə  M.Ə.  Əsrimizin  Səyavuşu.  Çağdaş  Azərbaycan  ədəbiyyatı,  çağdaş 
Azərbaycan tarixi. Bakı, Azərnəşr, 1990. s. 111. 

100.
 
Rəsulzadə M.Ə. Stalinlə ixtilal xatirələri. Bakı, Elm, 1994. s.84 
101.
 
Səlimov  M.  Azərbaycan  Kommunist  Partiyası  yeni  iqtisadi  siyasətə  keçid 
dövründə (1920-1922-ci illər). Bakı, Azərnəşr 1959. s. 123. 
102.
 
Siyasi tarix, I c, Bakı, Şur, 1995, s.180. 
103.
 
Stelnik B.Y. Mir Bəşir Qasımov. Azərb. Dövlət nəşriyyatı, Bakı, 1960, s. 91. 
104.
 
V.İ.Lenin Azərbaycan haqqında. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1958, s. 
228. 
105.
 
Ахмедов А.Б. Национальное движение партии и общественные деятели 
Азербайджана  в  1918-1925  годах.  Глазами  очевидца.  Баку.  Нурлан,  2006.  с. 
111. 
106.
 
Агамалиева  Н.,  Худиев  Р.  Азербайджанская  Республика.  Страницы 
политической истории 1918-1920 гг. Баку, Сабах, 1994, 112 с. 
107.
 
Ахундов Р.А. Доклад по национальному вопросу на XII Общебакинской 
конфренции АКП. Стенографический отчет. Баку, 1923, 17 с. 
108.
 
Алиев  Г.А.  Личная  позиция.  Баку,  Издательство  «Азербайджан»,  1994, 
28 с. 
109.
 
Алиев Г.А. Доклад на торжественном собрании посвященном 100 летию 
со дня рождения Н.Нариманова; Речь на открытии памятника Н.Нариманову. 
В  кн.  Нариман  Нариманов  (материалы  юбилейных  торжеств,  посвященных 
100  летию  со  дня  рождения).  Баку,  1974.  Речь  на  открытии  памятника 
Н.Нариманову  в  г.  Ульяновске.  См..Памятник  Н.Нариманову  на  родине 
В.И.Ленина. Баку, 1978. 
110.
 
Асланов 
С. 
Александр 
Серебровский. 
Азербайджанское 
государственное издательство. Баку, Азернешр, 1974, 93 с. 
111.
 
Байрамов  К.М.  Н.Нариманов  и  борьба  за  советскую  власть  в 
Азербайджане. Известия АН Азерб. ССР, 1972, № 3. 
112.
 
«Бакинский рабочий» газ.,1920-1925. 
113.
 
«Бакинские известия» газ.,1923-1925. 
114.
 
Борьба  за  победу  Советской  власти  в  Азербайджане.  1918-1920  гг. 
Документы  и  материалы.  Баку,  Издательство  АН  Азербайджанской  ССР, 
1967, 569 с. 
115.
 
«Вышка» газ., 1990-1992. 
116.
 
Воспоминания  азербайджанских  коммунистов  о  В.И.Ленине.  Баку, 
Азернешр, 1958, 86 с. 
117.
 
Гаджибейли Дж. Избранное. Баку, Азернешр, 1993, 127 с. 
118.
 
Геворкова  М.П.  Государственная  деятельность  Наримана  Нариманова 
(1917-1925 гг). Автореферат дисс..., к.и.н, 1987, Баку. 
119.
 
Гулиев Дж.Б. К истории образования второй Республики Азербайджана. 
Баку, Элм, 1997, 164 с. 
120.
 
Гулиев Дж. Б. Под знаменем Ленинской национальной политики. Баку, 
Азербайджанское государственное издательство, 1972, 458 с. 

121.
 
Гусейнов  И.  А.  Историческое  значение  большевисткого  лозунга 
«Независимый Советский Азербайджан». Ученые записки АГУ, 1957, №10. 
122.
 
Декреты Азревкома. Баку, Азернешр, 1988, 520 с. 
123.
 
Зейналов  Р.Э.  Военное  строительство  в  Азербайджанской  ССР  1920-
1941. Баку, Элм, 1990, 208 с. 
124.
 
История КПСС в 6 томах, т.IV, М., Политиздат, 1970, 663 с. 
125.
 
История  национально-государственного  строительства  в  СССР  (1917-
1936 гг.). Москва, Мысль, 1972, 510 с. 
126.
 
Интернациональная  помощь  XI  армии  в  борьбе  за  победу  советской 
власти в Азербайджане. Баку, Азернешр, 1989, 195 с. 
127.
 
«Известия  временного  революционного  комитете  Азербайджанской 
Советской Республики», жур., 1920,  № 3,   1921, № 1. 
128.
 
Караев А. Из недавнего прошлого. Баку, Азернешр, 1923, 83 с. 
129.
 
Казиев М.А. Буняд Сардаров. Баку, Азернешр, 1964, 64 с. 
130.
 
Казиев М.А. Нариман Нариманов Баку, Азгосиздат, 1970, 187 с. 
131.
 
К 
истории 
образования 
Карабахской 
автономной 
области 
Азербайджанской ССР. 1918-1925. Документы и материалы. Баку, Азернешр, 
1989, 33 с. 
132.
 
«Коммунист» газ. (на русском языке), Баку, 1920-1922. 
133.
 
Конфликт в Нагорном Карабахе. Сборник статей. Баку, Азернешр, 1990. 
134.
 
Нариманов Н. Избранные произведения, т.1, Баку, Азернешр, 1988, 376 
с; т.II, Баку, Азернешр, 1989, 766 с. 
135.
 
Нариман  Нариманов.  Избранные  статьи,  речи  и  письма.  Баку,  Язычы, 
1987, 103 с. 
136.
 
Нариманов  Н.  Письма  и  некоторые  документы  по  Карабахскому 
вопросу. Баку, Нурлан, 2002, 120 с. 
137.
 
Очерки истории КП Азербайджана, т.1, Баку, Азернешр, 1985, 478 с. 
138.
 
Орджоникидзе  Г.К.  Статьи  и  речи,  т.1,  Москва,  Госполитиздат,  1956, 
516 с. 
139.
 
Первый  Всеазербайджанский  съезд  Советов  рабочих,  крестьянких, 
красноармейских  и  матросских  депутатов.  Стенографический  отчѐт,  Баку, 
Издательство Аз ЦИК, 1922, 150 с. 
140.
 
Полонский Л. Чингиз Ильдрым. Баку, 1985, 32 с. 
141.
 
«Правда» газ., Москва, 1920-1925. 
142.
 
Сталин  И.В.  Марксизм  и  нацианально-колониальний  вопрос.  Сборник 
статей и речей. Ленинград, Госполитиздат, 1939, 295 с. 
143.
 
Серебровский  А.  Руководство  В.  И.  Ленина  востановлением  нефтяной 
промышленности. Москва, Госполитиздат, 1958, 16 с. 
144.
 
Стенографический отчет IX обще бакинской  конференции  АК(б)П  (18-
21 января 1922 года). 

145.
 
Стенографический  отчет  XII  обще  бакинской  конференции  АК(б)П  (6-
12 июня 1923). 
146.
 
Стенографический отчет XIII обще бакинской конференции АК(б)П (26 
апреля - 4 мая 1924 года). 
147.
 
Токаржевский  Е.  Очерки  истории  Советского  Азербайджана  в  период 
перехода  на  мирную работу  по восстановлению  народного хозяйства (1921-
1925). Баку, издательство АН Азербайджанской ССР, 1956, 210 с. 
148.
 
Фатуллайев Э. Нариман Нариманов. Баку, Ганун, 1996, 48 с. 
149.
 
Худиев  Р.Н.  Нариман  Нариманов  и  территориальная  целостность 
Азербайджана. Возрождение: XXI век, 1999, № 15, с. 132-137. 
150.
 
Мусабеков Г. Избранные статьи и речи в двух томах, т.1, 1920-1927 гг., 
Баку, Издательство Академии Наук Азербайджанской ССР, 1960, 196 с. 
151.
 
Altstadt  А.  The  Azerbaijani  Turks.  Power  and  identity  under  Russian  Rule. 
Studies  of  nationalities.  Stanford,  California,  Hoover  institution  press  Stanford 
University, 1992, p.331. 
152.
 
Kazemzadeh  F.  The  struggle  for  Transcaucasia  (1917-1921),  New-York: 
Philosophical library, Oxford: George Ronald, USA, 1951, p.356. 
153.
 
Svietochovki  T.  Russian  Azerbaijan,  1905-1920.  Cambridge,  UK,  1985, 
p.373. 
 
İnternet materialları 
 
154.
 
Архив  ЦККП(б)  Грузии,  протокол  Пленума  ЦККП(б)  Грузии  №13,  15 
сент.  1922  г.  IV.  К  истории  борьбы  с  национал-уклонизмам  в  рядах 
коммунист, партии / большевиков Грузии (1913-1924 гг.) 
http: //kohet. narod.ru/beria 4. htm. 
155.
 
Дело Мдивани - Окуджавы (1922-1937). 
http: //www. 1917 com/Marxism/ Trotsy/ VO/VO-No-56-57. 
156.
 
Шафиев  Абдулла.  С  клеймом  мусаватист.  Мемуары  солдата 
мусаватской  армии  Абдуллы  Шафиева.  Опубликованы  в  журнале  «Наше 
время»,  №3  за  1999  г.  №1  за  2000  г.  Мемуары  перевел  и  предоставел  в 
редакцию журнала «Наше время» к.и.н. Идрис Алиев. 
http: //www. az /nashe-vremya/5/Musavat. htm. 
157.
 
Четвертое  совещание  ЦК  РКПС  ответственными  работниками 
национальных  республик  и  областей.  8-12  июня  1923  г.  Стенографический 
отчет. М. 1923. 
http: //www. Magister msk. ru//Library/stalin 5-35. htm. 
 
 
 
 

KİTABIN İÇİNDƏKİLƏR 
 
GİRİŞ 
 
I FƏSİL. AZƏRBAYCANIN BOLŞEVİK 
RƏHBƏRLİYİNDƏ İXTİLAF VƏ ZİDDİYYƏTLƏRİ 
YARADAN ŞƏRAİT VƏ SƏBƏBLƏR 
 
1.1
 
Aprel  çevrilişindən  sonra  Azərbaycanda  kütləvi  zorakılıqlar  və  ictimai-siyasi 
həyatın gərginləşməsi 
1.2
 
Milli  dövlət  mexanizminin  dağıdılması,  müstəqilliyin  və  ərazi  bütövlüyünün 
itirilməsi 
1.3
 
Dövlət idarəçiliyində yerli şəraitin və milli xüsusiyyətlərin nəzərə alınmaması  
 
II FƏSİL. MİLLİ SİYASƏT ƏTRAFINDA 
RƏHBƏR DAİRƏLƏRDƏ İXTİLAFLAR VƏ SİYASİ 
ÇƏKİŞMƏLƏR 
 
2.1
 
Partiya rəhbərliyində ixtilafların parçalanmaya səbəb olması 
2.2
 
Mübarizə 
aparan 
tərəflərə 
münasibətdə 
mərkəzin 
anti- 
azərbaycan mövqeyi, N.Nərimanovun Azərbaycandan  uzaqlaşdırılması  
2.3
 
Milli  siyasət  ətrafında  mübarizənin  kəskinləşməsi,  antiazərbaycan  qüvvələrin 
qələbəsi 
 
NƏTİCƏ 
 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 
 
 
 
 
 
 
 
 
 

 
 
 
Kitab “Zərdabi” LTD nəşriyyat-poliqrafiya müəssisəsində hazır diapozonlardan  
çap olunmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
MÜƏSSİSƏNİN DİREKTORU: ELMAN QASIMOV 
NƏŞRİYYAT REDAKTORU: M. POLADOVA 
KORREKTORLAR: MİNAYƏ, FİDAN 
BURAXILIŞA MƏSUL: Ə. MƏHƏRRƏMOV 
KOMPÜTER TƏRTİBÇİLƏRİ: ALİYƏ, KƏBİRƏ 
 
 
 
 
Yığılmağa verilmişdir: 04.04.2007 
Çapa imzalanmışdır: 26.06.2007 
Kağız formatı: 60×84 1/16 
Həcmi: 12,25 ç.v. 
Tirajı: 500 
 
 
 
 
 
 
 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin