AZƏrbaycan rəHBƏRLİYİNDƏ İXTİlaflar və daxiLİ Sİyasi ÇƏKİŞMƏLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix03.02.2017
ölçüsü0,74 Mb.
#7318
1   2   3   4   5   6   7   8

 
 
 
 
 
 
 
 

II FƏSİL. MİLLİ SİYASƏT ƏTRAFINDA RƏHBƏR DAİRƏLƏRDƏ 
İXTİLAFLAR VƏ SİYASİ ÇƏKİŞMƏLƏR 
 
2.1. Partiya rəhbərliyində ixtilafların parçalanmaya 
səbəb olması 
 
Sovet  hakimiyyəti  qurulduqdan  az  sonra  Azərbaycanın  partiya 
təşkilatlarında  milli  siyasətin  məzmunu  və  həyata  keçirilməsi  ilə  bağlı  ciddi 
ixtilaflar  meydana  gəldi.  Respublikada  hakim  Mərkəzin  siyasətini  yeritmək 
prinsiplərinə  münasibətdə  məsul  vəzifəli  işçilər  arasında  bir-birini  izləmək,  təqib 
etmək və intriqa sistemi yaranır, bu da açıq və kəskin çəkişmələrə gətirib çıxarırdı. 
Çevrilişin  ilk  günlərindən  Bakıda  idarəçilik  əsasən  Bakı  partiya  təşkilatlarının  və 
Bakı  Soveti  İcraiyyə  Komitəsinin  erməni-bolşevik  rəhbərlərinin  əlinə  keçmişdi. 
Onlar  AK(b)P  Mərkəzi  Komitəsini,  Azərbaycan  SSR  Xalq  Komissarları  Sovetini 
əslində saymırdılar. 
Bakı  partiya  təşkilatının  rəhbər  işçilərinin  bir  qrupu  -  Ruhulla  Axundov, 
Sarkis  Danielyan,  Anastas  Mikoyan,  Mirzə  Davud  Hüseynov,  Levon  Mirzoyan, 
Həbib Cəbiyev, Semyon Qutin, Mixail Kaxiani, Vasili Yeqorov, Rəhim Hüseynov, 
Mustafa  Quliyev  və  başqaları  mövcud  qərarlara  əsaslanaraq,  Azərbaycanda  milli 
siyasətin  həyata  keçirilməsi  uğrunda  ardıcıl  mübarizə  aparan  N.  Nərimanovun 
əleyhinə  çıxdılar.  Onlar  Nərimanovu  müdafiə  edən  Azərbaycan  KP  MK  katibi   
Qriqori  Naumoviç  Kaminskiyə,  Azərbaycan  partiya  təşkilatının  görkəmli 
xadimlərindən  Sultan  Məcid  Əfəndiyevə,  Muxtar  Hacıyevə,  Mirbəşir  Qasımova, 
Həmid  Sultanova,  Dadaş  Bünyadzadəyə,  Möhsün  İsrafilbəyova  (Qədirliyə), 
Teymur Əliyevə və başqalarına da hücumlar etməyə başladılar (13, f.268, s.26, iş 
32,  s.107).  İxtilaflar  sovet  partiya  quruculuğu,  mədəniyyət,  təsərrüfat  siyasəti 
məsələlərinin geniş bir dairəsini əhatə edirdi. 
Aparılmış  tədqiqatlar  sübut  edir  ki,  aprel  çevrilişindən  sonra 
Azərbaycanda  hakimiyyətə  gəlmiş  siyasi  qüvvələri  aşağıdakı  şəkildə 
qruplaşdırmaq olar: 
1.
 
Azərbaycanda  sosializm  ideyalarını  həyata  keçirən  və  Moskvanın 
mənafeyini müdafiə edən qüvvələr. Bura müxtəlif millətlərdən olan kommunistlər 
daxil idi. 
2.
 
Siyasi  çevrilişdən  istifadə  edib  respublikada  hakimiyyətə  gəlmiş  və 
milli  intiqam  hissi  ilə  fəaliyyət  göstərən  erməni  kommunistlərindən  ibarət 
qüvvələr. 
3.
 
«Beynəlmiləlçi» azərbaycanlı bolşeviklərdən ibarət qüvvələr. 
4.
 
Xalqın  azadlıq  yolunu  sosializmdə  görən  milli  hisli,  milli  baxışlı 
kommunistlərdən olan qüvvələr (49, s.83). 
Belə  ki,  sovetləşmənin  əvvəllərində  Azərbaycanda  olan  mürəkkəb  siyasi 
şəraitdə hakimiyyətə gəlmiş siyasi qüvvələrin və rəhbərlikdə məsul vəzifələr tutan 

şəxslərin milli tərkibi müxtəlif idi. Onlar nəinki milli tərkibə görə, eləcə də siyasi 
məqsədlərinə  və  manevrlərinə,  ölkədə  aparılan  siyasətdə  «sərt»  və  yumşaq» 
mövqelərinə görə bir-birlərindən fərqlənirdilər.  Rəhbərlikdə yüksək vəzifələr tutan 
birinci  qrup  -  Mərkəzin  mənafeyini  müdafiə  edərək,  Moskvanın  partiya  xəttini 
«beynəlmiləlçilik  prinsiplərindən»  istifadə  etməklə  Azərbaycanda  tətbiq  etməyə 
çalışırdılar.  Hələ  çevrilişin  ilk  günlərindən  Moskvadan  Bakıya  «partiya  xəttini» 
yeritmək üçün yüksək vəzifələrə «təcrübəli bolşeviklər» göndərilməsi azərbaycanlı 
kommunistlərə  inamsızlıq  və  etimadsızlıqdan  irəli  gəlirdi.  Q.  K.  Orconikidze,  S. 
M.  Kirov,  N.  N.  Kolesnikov,  İ.  M.  Qubkin,  A.  P.  Serebrovski,  Lominadze  və 
başqaları  Azərbaycanda  partiya  xəttini  respublikanın  milli  mənafeyi  baxımından 
deyil, Mərkəzin mənafeyi baxımından həyata keçirirdilər. 
Düzdür,  onların  içərisində  Mərkəzi  Komitə  katibi  Q.  K.  Kaminski, 
Azərbaycan SSR Xalq Təsərrüfat Şurasının sədri N. İ. Solovyov kimi öz vəzifəsini 
vicdanla  yerinə  yetirən  bolşeviklər  də  var  idi  ki,  Azərbaycanın  milli  mənafeyinə, 
yerli xüsüsiyyətlərinə hörmətlə yanaşırdılar. 
Aprel  çevrilişindən  istifadə  edərək  hakimiyyətə  gələn  zahirən  bolşevik, 
daxilən  isə  ürəklərində  daşnak  qisası  gəzdirən,  milli  intiqam  hissi  ilə  yaşayan 
erməni bolşeviklərindən ibarət qüvvələr idi ki, tez bir zamanda Bakı Komitəsini öz 
əllərinə  alaraq,  Azərbaycanın  müstəqilliyi  və  inkişafına,  milli  mənafeyinə  xidmət 
edən  rəhbərlərə,  xüsusən  Nərimanov  və  onun  tərəfdarlarına  qarşı  müxalifətdə 
duraraq,  hər  vəchlə  xalqın  və  respublikanın  xeyrinə  olan  qərarlara  mane  olmağa 
çalışırdılar.  Mirzoyan,  Mikoyan,  Sarkis  və  başqa  erməni  kommunistlərinin 
hiyləgər,  planlı  siyasəti  nəticəsində  rəhbərləri,  o  cümlədən  istər  rus,  istərsə  də 
«beynəlmiləlçi» azərbaycanlı  rəhbərləri tərəflərinə çəkərək, öz niyyətlərini həyata 
keçirirdilər. Erməni kommunistlərinin  bu cür siyasəti və niyyəti təsadüfi deyildir. 
Onların  bir  çoxları  əvvəlcə  «Daşnaksütun»  partiyasının  üzvü  olmuş,  sonra  bu 
partiyadan çıxıb bolşeviklər partiyasına gəlmiş və təbiidir ki, öz millətçi baxışlarını 
da gətirmişdilər. 
Qeyd  etdiyimiz  birinci  və  ikinci  qruplaşmaların  strateji  və  taktiki 
məqsədləri  eyni  olduğundan  müəyyən  mənada  hər  hansı  bir  məsələnin  həllində 
razılığa  gəlinə  bilirdi.  Bu  qrupların  hər  ikisi  üçün  yeganə  məqsəd  Azərbaycanın 
sərvətlərini talamaq, müstəqilliyinə son qoymaq idi. 
Üçüncü  qrup  -  «beynəlmiləlçi»  azərbaycanlı  bolşeviklərdən  ibarət 
qüvvələr - R. Axundov, Ə. H. Qarayev, M. D. Hüseynov, H. Cəbiyev və başqaları 
idi ki, onlar da müəyyən səbəblərdən, xüsusən də gənc və təcrübəsiz olduqlarından, 
siyasi 
yetkinliyin 
olmamasından, 
sosializm 
quruculuğunun 
mürəkkəb 
məsələlərindən  baş  aça  bilmədiklərindən,  respublikada  yüksək  partiya  və  dövlət 
vəzifələrində  naşı  olduqlarından  mürəkkəb  hadisələrin  axarını  düzgün 
qiymətləndirə  bilmirdilər.  Onlar  özləri  də  hiss  etmədən  mirzoyanların, 
orconikidzelərin təsiri altına düşür, Azərbaycanın müstəqilliyi, yerli spesifik şəraiti 
ilə  əlaqədar  məsələlərə  lazımi  əhəmiyyət  verməyərək,  yanlış  mövqeləri  ilə 

Zaqafqaziya  və  eləcə  də  Azərbaycanda  milli  təmayülün  olması  barədə  fikir 
yaradaraq,  N.  Nərimanova  və  onun  tərəfdarlarına  qarşı  əks  mövqedən  çıxış 
edirdilər. 
Dördüncü  qrup  -  xalqın  müstəqilliyini  düşünən,  milli  hisli,  vətənpərvər 
azərbaycanlı qüvvələr var idi ki, nicat yolunu yaranmış quruluşda görür, sosializm 
ideyalarına həddindən artıq inanırdılar. Onlar sonradan  yanıldıqlarını başa düşsələr 
də, artıq gec idi. 
Son  dərəcə  çətin  şəraitin  olmasına  və  rəhbərlikdə  azlıq  təşkil  etməsinə 
baxmayaraq,  bu  qüvvələr  Azərbaycanın  mənafeyinə  uyğun  olmayan,  anti-
azərbaycan siyasət yeridən rəhbərlərə qarşı ciddi mübarizə aparırdılar. 
Aprel çevrilişindən sonra hakimiyyətə gəlmiş qüvvələr arasında ixtilaf və 
fikir  ayrılıqlarını  doğuran  səbəblər  aşağıdakılar  idi:  Azərbaycan  dilinə,  dinə, 
respublikanın  ərazi  bütövlüyünə,  kəndlilərə  və  ziyalılara,  iqtisadiyyatla  bağlı 
məsələlərə  münasibətdə,  yanaşmada  laqeydlik  və  hörmətsizlik.  Belə  ki, 
Azərbaycanın başlıca olaraq qeyri millətlərdən ibarət olan rəhbərləri respublikanın 
özünəməxsus  spesifik  yerli  şəraitini,  milli  xüsusiyyətlərini  və  milli  mənafelərini 
nəzərə  almır,  almaq  da  istəmir,  xalqın  adət-ənənələrinə  biganəlik  göstərirdilər. 
Kommunistlər arasında ixtilaflar özünü plenum, konfrans, qurultaylarda daha aydın 
göstərirdi. 
O,  zaman  milli  məsələlərdəki  dolaşıqlıqların  başlıca  təqsirkarı,  türkdilli 
xalqlara, o cümlədən Azərbaycan xalqına qarşı kin və ədavət bəsləyən İ. Stalin idi. 
O,  Azərbaycanda  partiya  təşkilatlarında  işləyən  ermənilərdən  ibarət  bəzi  rəhbər 
işçilər ilə əlaqəyə girərək öz məkrli siyasətini həyata keçirirdi. Milli münasibətlərin 
kəskinləşməsində  mürəkkəb  siyasi  vəziyyətin,  dedi-qodu  və  təqib  şəraitinin 
yaranmasında  Stalin  başlıca  rol  oynayırdı.  Ən  başlıcası  isə  istər  ərazi  bütövlüyü, 
istərsə də müstəqillik məsələlərində onun antiazərbaycan mövqe tutması danılmaz 
idi. Əzəli torpaqlarımız olan «Zəngəzur və Naxçıvan Ermənistanda sovet hökuməti 
qurularsa  vermək  olar»,  eləcə  də  «Mən  Azərbaycanın  müstəqilliyinə  tərəfdar 
deyiləm,  kommunistlərin  biri  digərindən  müstəqil  ola  bilməz»  fikirləri  artıq  öz 
yerini  tapmışdı.  Rəhbərlikdə  olan  ixtilaflara  gəldikdə  isə  o,  demək  olar  ki,  bu 
məsələnin  dərinliyinə  varmayaraq,  ancaq  solların  mövqeyindən  çıxış  edərək  N. 
Nərimanovu təqsirli bilir, onu heç bir əsası olmadan, burjuaziyanın mülkiyyətdən 
məhrum  edilməsi  məsələlərini  həll  etməkdən  boyun  qaçırmaqda  günahlandıraraq 
deyirdi:  «qocanı  (N.  Nərimanovu  nəzərdə  tuturdu)  danlamaq  lazımdır.  O  bu 
qərarların yerinə yetirilməsini istəmir, buna görə də kömək etmir». Əslində bütün 
bunlar Nərimanovun rolunun hər vəcdlə kiçildilməsi demək idi. İ. V. Stalin 1920-ci 
il noyabrın əvvəllərində Bakıya gəldi. Onun iştirakı ilə noyabrın 8-də RK(b)P MK 
Qafqaz  bürosu  və  AK(b)P  Bakı  komitəsi  ilə  birlikdə  AK(b)P  MK  plenumu 
Azərbaycan  partiya  təşkilatında  ixtilaflar  məsələsini  müzakirə  etdi  (13,  f.l,  s.l,  iş 
14,  s.9).  Plenumun  işində  İ.  Stalin,  Orconikidze,  Y.  Stasova,  N.  Nərimanov,  Q. 
Kaminski,  H.  Sultanov,  Ə.  H.  Qarayev,  Sarkis,  M.  B.  Qasımov,  R.  Axundov,  D. 

Bünyadzadə,  B.  Mdivani,  O.  Şatunovskaya,  V.  Yeqorov,  S.  Qutin  və  b.  iştirak 
edirdilər.  Müzakirələr  zamanı  yol  verilən  nöqsanların  təqsirini  bütünlüklə 
Azərbaycan  İnqilab  Komitəsinin  və  onun  sədri  N.  Nərimanovun  boynuna  atmaq 
meyli  qatmaqarışıq,  qeyri  mütəşəkkil  keçən  iclasda  lap  əvvəldən  özünü  büruzə 
verdi.  Eyni  zamanda  əsas  məsələlərin  müzakirəsi  zamanı  Azərbaycan  İnqilab 
Komitəsinin  öz  daxilində,  Ə.  H.  Qarayev  və  M.  D.  Hüseynov  ilə  N.  Nərimanov 
arasında ciddi ixtilaflar olduğu da aşkara çıxdı. 
Ə.  Qarayev  öz  çıxışında  bildirirdi  ki,  müsəlman  kommunistləri  arasında 
iki  qrup  yaranıb,  onlardan  biri  Nərimanov  qrupu,  digəri  isə  Qarayev-Hüseynov 
qrupudur.  Birinci  qrup  Azərbaycanın  müstəqilliyinin  tərəfində  durur,  bizi-ikinci 
qrupu isə ittiham edirlər ki, Azərbaycanı Rusiyaya satmısınız (13, f.l, s.l, iş 14,8.9). 
Rusiyaya  «satıldıqlarını»  təkzib  edənlər  həddən  artıq  «beynəlmiləlçiliyə» 
qapılıb,  hər  hansı  bir  məsələdə  Nərimanov  və  onun  tərəfdarlarına  qarşı  mübarizə 
apararaq,  qeyri-azərbaycanlılardan  olan  şovinist  ruhlu  rəhbərlərin  demək  olar  ki, 
əlaltısına çevrilmiş olurdular. 
İxtilafları törədən səbəblərdən biri də əmlakın müsadirəsi və burjuaziyanın 
mülkiyyətdən  məhrum  edilməsi  ilə  bağlı  idi.  Müzakirələrin  gedişində  V. 
Yeqorovun  çıxışında  bu  səbəb  bir  az  da  açıqlandı:  «Bizim  ixtilaflarımızın 
mahiyyəti ondan ibarətdir ki, sol qrup deyilən qrup iri burjuaziyanı mülkiyyətdən 
məhrum  etməyə  tərəfdar  çıxır,  sağ  qrup  isə  milli  şüarlar  altında  burjuaziyanı 
müdafiə edir və ona himayədarlıq göstərir» (13, f.l, s.l, iş 14, s.10). 
Azərbaycanda  sovet  hakimiyyətinin  ilk  aylarında  əmlak  müsadirəsində 
ciddi  nöqsanlara  yol  verilmişdi.  O  vaxtlar  Stasova  öz  xatirələrində  yazırdı:... 
Moskvada  və  Petroqradda  heç  vaxt  hər  hansı  bir  tacirin  və  ya  burjuanın  evində 
axtarışı  necə  aparmaq  məsələsi  ortaya  çıxmırdı,  Bakıda  isə  bu  və  ya  başqa  evdə 
axtarışı necə aparmaq məsələsi nəinki şəhər partiya komitəsində, hətta Azərbaycan 
KP  MK-də  tez-tez  müzakirəyə  qoyulurdu.  Çünki  yerli  müsəlman  türklər  tez-tez 
Azərbaycan  Xalq  Komissarları  sovetinin  sədri  Nərimanov  yoldaşın  yanına  gəlib 
şikayətlənirlər  ki, çekistlər evin qadınlara məxsus hissəsində axtarış aparmışlar, bu 
isə  şəriətin  bütün  qanunlarına  ziddir.  Bu  münasibətlə  Azərbaycan  KP  MK-nın 
iclasında  A.  Mikoyan,  Sarkis,  V.  Lominadze  və  Nərimanov  arasında  qızğın, 
prinsipial mübahisələr olurdu (13, f.268, s.26, iş32, s.179). 
İxtilaflar Azərbaycan K(b)P-nin II qurultayında (1920-ci il 16-23 oktyabr) 
müxtəlif  məsələlərdə  özünü  daha  kəskin  göstərdi.  Azərbaycan  rəhbərliyində 
parçalanma haqqında danışan N. Nərimanov çıxışında deyirdi: ... Belə güman edilir 
ki, sağ və sol tərəflər var. Əgər istəyirsiniz sağ tərəf adlandırasınız, adlandırın. Sağ 
tərəf  deyir  ehtiyatla  müsadirə  etmək  lazımdır,  sol  tərəf  deyir  belə  lazım  deyil, 
ehtiyatla, ya ehtiyatsız, ümumiyyətlə, talan etmək lazımdır (13, f.l, s.l, iş. 8, s.201). 
Hakim  partiya  olan  Kommunist  Partiyasının  tərkibinin  qeyri  qənaətbəxş 
olması AK(b)P-nin II qurultayında açıq etiraf edilir, belə bir fikir də səslənirdi ki, 
sağ  və  sol  tərəflər  Rusiyada  da  mövcuddur.  Lenin  sağ,  Trotski  isə  sol  tərəfdir. 

Azərbaycanda  isə  Nərimanov və  onun əleyhdarları  arasında  olan ixtilaflar. Bu da 
özünəməxsus  səbəblərlə  bağlı  idi.  Rusiyada  həmkarlar  ittifaqına  münasibət 
məsələsi,  kəndə  münasibət,  yeni  iqtisadi  siyasət,  milli  məsələ,  xüsusən 
Zaqfederasiya,  SSRİ-nin  təşkili,  sosializm  konsepsiyasına  münasibət  və  s. 
məsələlərdə  fikir  ayrılığı  yaranmışdı  ki,  bu  da  özünü  Trotski-Lenin  və  onun 
tərəfdarları  olan  Radek,  Ryazanov  və  b.,  Zinovyev-Kamenev,  Buxarin,  Stalin  və 
digərlərinin arasında mövcud idi. Leninin vəfatından sonra bu ixtilaflar Trotski və 
Stalin arasında daha da dərinləşdi. Trotskiçilər siyasi  səhnədən uzaqlaşdırıldıqdan 
sonra «Yeni Müxalifət», vaxtilə trotskizmə qarşı fəal mübarizə aparan Zinovyev və 
Kamenev əsas mübarizə hədəfi oldu. 
Rusiyada  ilk  əvvəllər  yeni  hökumətin  siyasəti  ilə  razılaşmayan 
kommunistlərlə  Lenin  və  əleyhdarları  -  trotskiçilər,  «fəhlə  müxalifəti»,  «sol 
kommunistlər»,  «demokratik  mərkəziyyət»  və  başqaları  arasında  olan  fikir 
ayrılıqları mövcud idi. Mübahisələr həmkarlar ittifaqlarından başlandı və dərhal da 
kənara çıxdı. Trotski Mərkəzi Komitənin xətti ilə razı olmadığını bildirərək, həmin 
ixtilafları ictimaiyyət arasında yaydı. 
Trotski  həmkarlar  ittifaqlarında  fəhlə  demokratiyasının  əleyhinə  çıxır  və 
həmkarlar ittifaqlarında komandanlıq və inzibatçılıq metodlarının tətbiq edilməsini 
irəli  sürürdü.  Trotskiçilər  həmkarlar  ittifaqlarını  dövlətləşdirməyə  çalışır  və 
istehsalı idarə etmək vəzifələrini həmkarlar ittifaqlarına tapşırmağı tələb edirdilər. 
«Fəhlə  müxalifəti»  isə  həmkarlar  ittifaqlarını  sovet  dövlətinə  və  partiyaya  qarşı 
qoyur və trotskiçilərin əksinə olaraq dövləti həmkarlar ittifaqlarına tabe etməyi irəli 
sürürdülər. 
«Demokratik  mərkəziyyətçilər»  qrupu  isə  partiyada  fraksiya  və  qruplara 
azadlıq verilməsini tələb edir, idarələrdə təkbaşçılıq və möhkəm intizam əleyhinə 
çıxırdılar (67, s.29). 
Buxarinçilər  mübahisələrdə  əvvəllər  barışdırıcı  mövqe  tutsalar  da, 
sonralar trotskiçilərin tərəfinə keçdilər. 
Əslində  trotskizm  və  yeni  müxalifətin  ideyalarında  bir  həqiqət  var  idi. 
Onlar  qeyd  edirdilər  ki,  iqtisadi  və  texniki  cəhətdən  geri  qalan  Rusiyada 
sosializmin qələbəsi mümkün deyil, sonradan tarixi təcrübə də bunu sübut etdi. 
Partiyanın daxilində olan fikir ayrılıqları ölkənin Mərkəzində olduğu kimi
müxtəlif ssenarilər əsasında milli ucqarlara da sirayət edirdi. 
Aparılmış  tədqiqatlar  sübut  edir  ki,  bu  ixtilaflar  Azərbaycanda 
özünəməxsus xüsusiyyətləri ilə fərqlənirdi. Rusiyadan fərqli olaraq, Azərbaycanda 
fikir  müxtəlifliyi  şəxsi  intriqalara  çevrilərək,  ümumi  işin  xeyrinə  deyil,  şəxsi 
mənafeni  üstün  tutmaqla  dərinləşirdi;  partiyanın  və  rəhbərliyin  Mərkəzdən  fərqli 
olaraq  ifrat  dərəcədə  qeyri-yerli  millətlərin  nümayəndələri  ilə  doldurulması  idi. 
Yerli xalqın nə dilini, nə də tarixini bilməyənlər, adət-ənənəsinə biganə qalanlar ilə 
yerli vətənpərvər rəhbərlər arasında olan narazılıq və s. 

Sovetləşmənin başlanğıcında hakimiyyətə gəlmiş siyasi qüvvələr arasında 
yumşaq  xətt  tərəfdarları  –  Nərimanov  və  onu  müdafiə  edənlər  aparılan  siyasətdə 
milli  xüsusiyyətləri,  yerli  şəraiti  nəzərə  almağı  irəli  sürürdülər.  Onların  fikrincə, 
milliləşdirmə  ilk  vaxtlar  ancaq  iri  və  orta  müəssisələr  və  ticarət  sahəsinin  bir 
qismini  əhatə  etməlidir.  Şəxsi  əmlak  və  əşyaların  müsadirəsi  zamanı  insan 
ləyaqətinə, milli heysiyyətinə toxunulmasının əleyhinə çıxırdılar. 
Respublika  rəhbərliyində  mübahisələrə  səbəb  olan  məsələlərdən  biri  də 
kəndə  münasibət,  fəhlələrlə  kəndlilərin  yaxınlaşması  məsələsi  idi  ki,  ətrafında 
kəskin fikir ayrılığı vardı. Başlıca olaraq torpaq haqqında verilmiş dekretin yerinə 
yetirilməsi  ətrafında  mübahisə  gedirdi.  Bu  məsələdə  əsasən  Nərimanovu  nəzərdə 
tutan  Lominadze  göstərirdi  ki:  «Müsəlman  ziyalıları  bizə  qarşı  dinlə,  fanatizmlə, 
eləcə də şovinizmlə zəhərlənib (13, f. 1, s.l, iş 8, s. 82). 
Lominadze  və  onun  kimi  dardüşüncəli  kommunistlər  vaxtilə  Müsavat 
Partiyasının  üzvü  olmuş,  indi  isə  kommunist  partiyasına  gələn  müsəlman 
kəndlilərinə, həmçinin tacirlərə ögey münasibət bəsləyirdilər, hətta bu cür insanları 
«barışmaz düşmən»  adlandırırdılar. Belə  münasibətlə  müsəlman kəndli və  fəhləsi 
partiyada  öz  yerini  tapa  bilməyərək,  Şura  hökumətindən  əksər  halda  narazı 
qalırdılar. 
Aqrar  məsələ  və  kəndə  münasibət  son  dərəcə  aktual  olduğundan, 
rəhbərlikdəki  ciddi  fikir  ayrılığı  daha  da  dərinləşirdi.  Azərbaycanın  milli 
mənafeyinə  xor  baxan  Lominadze,  Sarkis  və  onun  kimi  qeyri  azərbaycanlı 
kommunistlər  yerli  şəraiti  nəzərə  almır,  kəndlə  şəhərə  münasibətdə  vahid  siyasət 
yeritməyi  müdafiə  edirdilər.  Lominadze  deyirdi:  Azərbaycanda  bir  siyasət 
olmalıdır, biz iki siyasət apara bilmərik, şəhər üçün ayrı, kənd üçün ayrı (13, f.l, s.l, 
iş.8, s. 88). 
Halbuki,  bu  məsələyə  çox  incəliklə  yanaşmaq  lazım  idi,  çünki  kəndlinin 
öz  psixologiyası  var  idi.  Yanlış  atılmış  addım,  düzgün  olmayan  siyasət  vəziyyəti 
daha da ağırlaşdırırdı. 
Sol  fraksiyanın  nümayəndələri,  o  cümlədən  Lominadze  kəndə 
münasibətdə çox kəskin mövqe tutaraq partiyanın 2-ci qurultayında qeyd edirdi ki, 
«biz  əsl  inqilaba,  feodalizmin  məhvinə  o  vaxt  nail  ola  bilərik  ki,  bəylərin 
malikanələrini  yandıraq,  kəndli  oradan  çıxan  alovun  içərisində  inqilabın  işığını 
görəcəkdir» (13, f.l, s.l, iş 8, s. 107). 
Sol  qrupun  fikrincə,  Azərbaycanda  bu  siyasətin  həyata  keçirilməsi 
Rusiyadakından  20  dəfə  artıq  sərt  formada  aparılmalıydı.  Lominadze  və 
Zemlyanskinin fikirləri sağ təmayülçüləri razı sala bilmirdi, hətta qurultayda belə 
fikir səslənirdi ki, «Lominadze ilə Nərimanovun çıxışlarına qulaq asanda elə bil ki, 
iki müxtəlif siniflərin nümayəndələri danışırlar» (13, f.l, s.l, iş8, s.107). 
Yerli  şərait,  adət-ənənədən,  psixologiyadan  çox-çox  uzaq  olan 
kommunistlər  kənddə  aparılan  siyasəti  Sovet  Rusiyasında  olduğu  kimi  davam 
etdirmək  istəyirdilər.  Belələri  nəinki  varlıları,  bütün  kənd  əhalisini  əksinqilabçı 

adlandırır və göstərirdilər ki, əgər hərbi hissələr olmasa, sovet hakimiyyətinə qarşı 
yerlərdə üsyanlar baş verə bilər. 
Belə  mülahizələri  əsas  tutanlar  kənddə  öz  zəhmətilə  yaxşı  yaşayan 
çoxsaylı ailələri qolçomaq adlandırır, onlara qarşı zor işlədilir, mallarını əllərindən 
alırdılar. Bu üzdəniraq «beynəlmiləlçilər» kənddə öz əsas vəzifələrini az-çox varlı 
adamları talan etməkdə, rüsvay edib qovmaqda görürdülər. 
N.  Nərimanov  və  onun  tərəfdarları  belələrinə  və  onların  yeritdikləri 
siyasətə  qarşı  mübarizə  aparırdılar.  N.  Nərimanov  dəfələrlə  Moskvaya,  Leninə 
yazdığı  məktublarında,  məruzə  və  çıxışlarında  belə  siyasətin  yanlış  və  zərərli 
olduğunu  əsaslandırır,  Azərbaycanda  yerli  şəraiti  və  milli  xüsusiyyətləri  nəzərə 
almağı  tövsiyə  və  tələb  edirdi.  Moskva  rəhbərliyi  kənddə  yaranmış  acınacaqlı 
vəziyyətdən  çıxmaq  üçün  kəndlərdə  inqilab  komitələrindən  yoxsul  komitələrə 
keçməyi və Azərbaycanda partiya rəhbərliyinə yeni adamın göndərilməsini qərara 
aldı. 
1920-ci ilin avqustunda Q. N. Kaminski Azərbaycana rəhbər partiya işinə 
göndərildi.  Kaminski  MK  katibi  kimi  məsələyə  obyektiv  yanaşır,  Nərimanovun 
apardığı  siyasətin,  mübarizənin  düzgün  olduğunu  başa  düşür,  qəlbən  ona  hörmət 
edir və onu müdafiə edirdi. Odur ki, o, Azərbaycanda işə başlayan gündən Sarkis, 
R.  Axundov,  L.  Mirzoyan,  S.  Qutin,  V.  Yeqorov,  H.  Cəbiyev,  M.  Kaxiani,  M. 
Quliyev və Bakı Komitəsinin digər üzvləri onun əleyhinə çıxdılar. 
Kaminski  Nərimanovun  apardığı  siyasətin  hakim  partiyanın  tutduğu 
mövqe  ilə  uyğun  gəldiyini,  şərq  siyasətində  onun  mövqeyini  dəstəklədiyini 
bildirirdi.  Kaminski  qeyd  edirdi  ki,  «milli  və  dini  məsələ  ilə  bir  qədər  ehtiyatlı 
olmaq  lazımdır.  Biz  Rusiyada  bu  işə  çox  ehtiyatla  yanaşırıqsa,  burada 
Azərbaycanda, haradakı kəndli daha dindardır, orada dini məsələyə daha ehtiyatla 
yanaşmaq lazımdır» (13, f.1, s.l, iş 4, s.4). 
Kəndliyə  qarşı  belə  münasibətə  görə,  müsəlman  əhali  hakim  partiya 
sıralarını tərk edir, yeniləri isə daxil olmaqda tərəddüd edirdilər. Məhz bu səbəbdən 
idi  ki,  Ümumbakı  partiya  konfransı  və  Kaminski  müsəlmanlarla  işin  gedişindən 
razı  qalmadığını  bildirir,  partiya  işinin  müsəlmanlar  arasında  gücləndirilməsini 
lazım bilirdilər. 
Azərbaycan rəhbərliyində  ixtilaflar 1921-ci  il  fevralın 11-18-də  keçirilən 
AK(b)P-nin III qurultayında özünü bir çox məsələlərdə daha qabarıq büruzə verdi. 
Qurultayda yoxlama komissiyalarının işi ilə əlaqədar çıxış edənlərin bir çoxu qeyd 
edirdilər  ki,  «Partiyada  xəstəlik  var,  intriqaçılıq,  şöhrətpərəstlik,  siyasətbazlıq... 
Çox  hərcmərclik  yaranıb.  Yoxlayıcı  komissiya  qərara  alıb  ki,  xüsusi  komissiya 
yaratsın  və  qəzalara  getsin,  öyrənsin,  vəziyyətlə  tanış  olsun»  (13,  f.1,  s.2,  iş  1, 
s.112-115). 
Partiyanın  daxilində  gedən  intriqalarla,  çəkişmələrlə  əlaqədar  qəzalardan 
çoxlu  şikayətlər  gəlir  və  bunun  da  əsasında  yerlərdə  bir  çox  hallarda  günahsız 
adamları incidirdilər (13, f.l, s.2, iş 2, s.97). 

Kənddəki  qarmaqarışıqlığın  bir  səbəbi  də  çoxlu  səlahiyyətli  qurumların 
məsələlərə müdaxilə etməsi ilə bağlı idi. Məsələn,  «Siyasi büro, Partiya komitəsi, 
Xüsusi  şöbə,  Ərzaq  komissarlığı  və  s.  Bu  da  ayrı-ayrı  orqanların  işini  qarışdırır, 
onların arasında narazılıq yaradırdı. Xüsusi şöbələr hər işə, həm vətəndaşların, həm 
də  hərbi  idarələrin  işlərinə  qarışırdı.  Onlar  özlərinə  aid  olmayan  işləri  görür  və 
nəticədə  də  işdə  ciddi  dolaşıqlıq  yaranırdı»  (13,  f.l,  s.l,  iş  2,  s.112-113).  M.  D. 
Hüseynov Daxili işlər komissarlığını tənqid edərək «onu ölü orqan adlandırır, bir-
birləri  ilə  yola  getməyən  müxtəlif  orqanların  rəhbərləri  o  biri  orqanı,  o  biri  də 
digərini ləğv etməyi tələb edirdi.» (13, f.1, s.2, iş 2, s.117). 
Xalq Daxili İşlər komissarı H. Sultanov isə Siyasi büronu yerlərdə sovet 
aparatını  dağıdan  1  nömrəli  orqan  hesab  edir,  günahsız  adamların  həbs 
olunmalarına yol verildiyini deyirdi (13, f.1, s.2, iş 2, s.132). 
20-ci  illərdə  milli  məsələ  ətrafında  həmişə  qızğın  mübahisələr,  ixtilaflar 
olmuşdur.  Sovetləşmədən  sonra  bu  məsələ  rəhbər  dairələrdə  heç  də  birmənalı 
qarşılanmamış, daim ixtilaflara gətirib çıxarmışdır. Təsadüfi deyildir ki, bu məsələ 
tez-tez  yüksək  dairələrdə  müzakirə  olunurdu,  müzakirələrdə  başlıca  olaraq  dil, 
ordu  quruculuğu,  həmçinin  şərq  məsələsi  əsas  yer  tuturdu.  Məsələn,  Azərbaycan 
dilinin sıxışdırılmasına  qarşı  çıxan Böyükağa  Talıblının  milli  ruhda  olan çıxışları 
diqqəti daha çox cəlb edir. O, bu məsələdən bəhs edərək bildirirdi ki: «...əgər desək 
ki,  Azərbaycanda  rus  imperializmi  yoxdur,  onda  deyirlər  ki,  yox.  Gəlin  gedək 
yoxsul  komitələrinə,  inqilab  komitəsinə,  hamısında  yazılar  rus  dilində  gedir. 
Ərizələr rus dilində, məhkəmə rus dilində, poçta rus dilində. Əgər hər addımda biz 
rus  dili  ilə  rastlaşırıqsa,  rus  imperializmini  inkar  etmək  olmur.  Bax  elə,  biz,  bu 
kinayəni  kənar  etməliyik  və  təklif  edirəm  ki,  dövlət  dili  həmin  dövlətin,  həmin 
xalqın dili elan edilsin» (13, f.l, s.2, iş 2, s.275-276). 
N.  Nərimanov  türk  dilinin  dövlət  dili  səviyyəsində  inkişafına  xüsusi 
əhəmiyyət  verirdi.  Onun  bu  barədə  Cümhuriyyət  hökumətinə  iradı  yanlışlıqdan 
irəli gəlirdi. O, sovet idarələrində idarəetmə  işinin rus dili ilə yanaşı,  türk dilində 
aparılması  haqqında  əmr  vermişdi.  Nərimanov  üçün  milli  dilin  cəmiyyətdə  rolu 
mühüm amil idi:  «öz dilini lazımi səviyyədə bilməyən ziyalı  millətinin həyatında 
gərəksiz  bir  heçə  çevrilir».  Ana  dili  məsələsini,  Nərimanov,  milli  məsələnin  bir 
hissəsi kimi həll etməyə, siyasi əhəmiyyəti baxımından da səy göstərirdi (33, 157). 
B.  Talıblı  ordu  məsələsini  ikinci  xəstəlik  adlandırır  və  qeyd  edirdi: 
«Müstəqillik,  muxtariyyət  yaranan  yerlərdə  rus  ordusu  durur.  Biz  rus  ordusunu 
yerli xalqın ordusu ilə əvəz etməliyik, hər bir müstəqil respublikada yerli ordunun 
yaradılması lazımdır» (13,
 
f.l, s.2, iş.2, s.276). 
Ordu  quruculuğu  çox  aktual  problem  olduğundan  bu  məsələ  ətrafındakı 
fikir  ayrılıqları  xüsusi  yer  tuturdu.  Azərbaycan  Xalq  Cümhuriyyəti  vaxtında 
yaradılmış  ordunun  tərkibində  yüksək  rütbəli,  təcrübəli  zabitlər,  hərbçilər  olduğu 
halda, onlardan yeni sovet  hökumətinin ordusunun tərkibində istifadə edilməməsi, 

onlara qarşı ədalətsiz mövqe tutulması, etimadsızlıq xalqda da narahatlıq yaradırdı 
(13, f.1, s.2, iş 2, s.276). 
Xalq  Cümhuriyyəti  illərində  çətinliklə  də  olsa  formalaşan  Azərbaycan  
ordusu  milli  mahiyyət  səbəbindən  yeni  sovet  hakimiyyətinin  mübarizə  hədəfinə 
çevrildi.  266  hərbçi,  o  cümlədən  12  general,  27  polkovnik,  6  podpolkovnik,  48   
kapitan  güllələndi  (98,  s.17).  Üstəlik  Azərbaycan  hərbi  hissələrini  Cənubi  
Azərbaycan  ərazisində  süni  siyasi  aksiyalara  sövq  edirdilər.  Bu  aksiyaya 
münasibətini  M.  Ə.  Rəsulzadə,  belə  ifadə  etmişdir:  «Az-çox  bağlı  qalan 
Azərbaycan  əsgəri  dəxi  dağıdılıyordu.  Bir  qisim  qitəati  müqabil  inqilabçı  deyə 
dağıtmış,  geridə  qalan  mövcudiyyəni  də  Azərbaycan  ixtilalının  mütəaqib 
bolşeviklər  tərəfindən  İran  üzərinə  yapılan  təcavüz  səfərinə  göndərmişlərdi.  Bu 
surətlə  bolşeviklər  həm  Azərbaycan  ordusunun  itlaf  ediyor,  həm  də  Rəşt  ilə 
Ənzəlidən yapdıqları vəqayei Azərbaycanlı əliylə icra etmək surətilə bu iki dindaş 
millət arasında əbədi bir nifaq və uçurum açmaq istiyorlardı.» (98, s.74). 
Sovetləşmənin ilk vaxtlarından Azərbaycana nəzərdə tutulduğundan xeyli 
artıq  hərbi  hissələrin  gətirilməsi  və  ordunun  ərzağa,  geyimə,  ayaqqabıya  olan 
ehtiyacını  ödəmək  üçün  kəndlərdə  ərzaq  tədarükünün  keçirilməsi,  «XI  Ordunun 
ayaqqabı sarıdan təhlükəli vəziyyəti və təcili qaydada burjuaziyaya məcburi vergi 
qoyulması» və s. respublikada narazılığa gətirib çıxarırdı. İş o yerə gəlib çatmışdı 
ki, artıq rəhbər qeyri azərbaycanlı kommunistlər də bunu etiraf etməli olmuşdular. 
Kaminski  etiraf  edirdi  ki,  «İndi  biz  kasıbları  tamamilə  soyuruq,  ümumi  siyasi 
vəziyyət  bizi  kəndlərdə  həyəcan doğuran tədarüklərdən  əl  çəkməyə  məcbur edir» 
(94, s.16). 
Azərbaycanda hərbi hissələrin toplanması istər kənd təsərrüfatına, istərsə 
də iqtisadiyyata böyük ziyan vurur, kəndli təsərrüfatını tamamilə dağıdırdı. 1921-ci 
ildə  XI  Ordunun  hissələri  Azərbaycandan  Gürcüstana  göndərildi.  Lakin  qısa 
müddətdən sonra ordunu yenidən respublikamıza qaytarmaq planlaşdırıldı. Bundan 
xəbər tutan N. Nərimanov, D. Bünyadzadə və A. Serebrovski V. İ. Leninin adına 
təcili  teleqram  göndərdilər:  «Azərbaycan  kəndli  və  fəhlələri  on  ay  ərzində  XI 
Ordunun  yerləşdirilməsinin  bütün  ağırlığını  çəkmişlər.  Kəndli  və  fəhlələr  pis 
qidalanır, pis geyinir və ümidsiz vəziyyətdədirlər, çünki ərzaq və geyimi biz balaca 
Azərbaycan  üçün  çox  böyük  olan  XI  Orduya  verirdik...  Teleqramda  daha  sonra 
göstərilirdi  ki,  fəhlələrin  təminatının  pisləşməsi  ilə  əlaqədar  neft  sənayesində 
vəziyyət  daha  da  ağırlaşır,  bu  da  öz  növbəsində  neft  istehsalına  və  onun 
Azərbaycandan ixrac olunmasına təsir edir...» (94, s.20). Bu cür teleqramdan sonra 
mərkəz Azərbaycana ordu yeritməyi dayandırdı. Ancaq respublikaya vurulan ziyan 
artıq əhalini həm maddi, həm də mənəvi cəhətdən sarsıtmışdı. Təbii ki, xalqın səbr 
kasasının dolmasına, daha təhlükəli vəziyyətə - üsyanlara gətirib çıxartmışdı. 
Aprel  çevrilişindən  sonra  məlum  oldu  ki,  respublikada  milli  siyasətin 
həyata  keçirilməsi  əsla  rəvan  getmirdi.  Bu  siyasətin  həyata  keçirilməsinə 
yönəldilmiş tədbirlərin zəruriliyi ümumən başa düşülsə də, Bakı partiya təşkilatının 

başlıca olaraq qeyri millətlərdən olan rəhbərləri bu işin mahiyyətini lazımınca başa 
düşmür  və  onun  düzgün  həyata  keçirilməsinə  mane  olur,  ciddi  müqavimət 
göstərirdilər. 
Bakı partiya komitəsinin, Bakı Soveti İcraiyyə Komitəsinin, rayon partiya 
komitələrinin və rayon icraiyyə komitələrinin, AHİŞ-in, mədən fəhlələri ittifaqının 
və  digər  həmkarlar  ittifaqı  orqanlarının,  komsomol  orqanlarının,  təsərrüfat  və 
kooperativ  təşkilatlarının  rəhbərləri  arasında  və  aparatlarında  yerli  əhalinin 
nümayəndələri son dərəcə az idi. Azərbaycanlı partiya və sovet kadrlarının, ali və 
orta ixtisaslı mütəxəssislərin hazırlanması, onların məsul vəzifələrə irəli çəkilməsi 
yarıtmaz təşkil edilmişdi. Planlı, məqsədyönlü təşkilatçılıq işi, siyasi iş və mədəni 
tərbiyə işi sistemi yox idi. 
Baxmayaraq  ki,  Bakı  Komitəsi  və  Bakı  Sovetinin  İcraiyyə  Komitəsi 
müsəlmanlar  arasında  iş  aparmaq  məsələləri  barəsində  bir  çox  qərarlar  qəbul 
etmişdilər,  lakin  bu  qərarlar  yayğın,  dayaz  və  gurultulu  xarakter  daşıyır, 
başdansovdu hazırlanır, dərin problemlərə toxunmurdu. Bu isə milli baxışlı, xalqını 
həmişə xoşbəxt görmək istəyən kommunistlərlə qeyri millətlərdən olan, yerli şərait 
və  milli  xüsusiyyətləri  nəzərə  almayan,  öz  vəzifələrindən  sui-istifadə  edən 
kommunist rəhbərlər arasında ciddi narazılıqlar yaradırdı. 
Təsadüfi deyildir ki, V Ümumbakı Partiya Konfransındakı (1921-ci il 25-
27 yanvar) çıxışında H. Cəbiyev Bakı Komitəsini müsəlmanlara qarşı laqeydlikdə 
günahlandıraraq  deyirdi:  «Bakı  Komitəsində  yararsız  ünsürlər  əyləşib,  BK 
Rusiyada olan şablonla gedir. Şərqin, Azərbaycanın şəraitini nəzərə almır» (13, f.l, 
s.l, iş 5, s.127-128).  
1921-ci il aprelin 8-də keçirilən VI Ümumbakı Partiya Konfransında milli 
məsələyə  aid  çıxışlarda  ixtilaflar  özünü  daha  açıq  göstərdi.  Konfransda  Talıblı 
müstəmləkə,  ruslaşdırma  siyasətinə,  dil,  ordu  quruculuğu,  nomenklatura  və  s. 
məsələlərə  dair  öz  təkliflərini  irəli  sürdükdə  bu,  heç  də  birtərəfli  qarşılanmadı. 
Talıblı öz çıxışında göstərdi: «Azərbaycan və digər respublikalar əslində nə vaxtsa 
çirkin  Rusiya  müstəmləkəsi  olub.  Müstəmləkə  çevrilişdən  əvvəl  də  olub,  indi  də 
var...  Əgər  lazım  gələrsə  mən  sizə  sübut  edərəm  ki,  bu  köhnə  ruslaşdırma 
siyasətinin qalıqları hələ də var. Ancaq hamısı gizli formada köhnə məmurların əli 
ilə gedir. Biz ruslaşdırma siyasətini o vaxt aradan qaldırarıq ki, birinci növbədə öz 
ana  dilimizi  dövlət  dili  hesab  edək.  Misal  üçün  bir  yerdə  5%  rus  əhalisi  yaşayır, 
qalanı yerli əhalidir. Orada rus dili dövlət dili kimi qəbul oluna bilməz. Dövlət dili 
yalnız ana dili olmalıdır. Bu heç də şovinizm deyil» (13, f.l, s.l, iş 6, s.22-23). 
III  qurultayda  olduğu  kimi  6-cı  Ümumbakı  Konfransında  da  heç  nədən 
çəkinməyən  Talıblı  ordu  quruculuğuna  xüsusi  əhəmiyyət  verərək,  qeyd  edirdi  ki, 
mütləq milli ordumuz olmalıdır. O, nomenklatura  məsələsində də öz mövqeyində 
dururdu.  Dağıstan  məsələsini  misal  gətirərək  göstərirdi  ki,  əgər  respublikanın 
adında RSFSR sözləri ifadə olunacaqsa, onda bu avtonomiya yalnız formal şəkildə 
veriləcək. Başqa söhbət ola bilməz (13, f.2, s.226, iş 6, s.24). 

Azərbaycanda  Kommunist  partiyasının  qeyri  sağlamlığı,  onun  daxilində 
birlik  və  mütəşəkkilliyin  olmaması  vəziyyəti  daha  da  pisləşdirdi.  Partiyanın 
daxilində,  məsul  sovet  işçiləri  içərisində  ayrı-ayrı  qruplaşmaların  ixtilafları  ifrat 
dərəcəyə  çatmışdı.  Burada  Bakı  Partiya  Komitəsi  başlıca  rol  oynayırdı.  BK 
Mərkəzi Komitənin işinin gedişinə güclü təsir  göstərirdi, məsələlər BK üzvlərinin 
təsiri altında keçirilirdi. Bakı Komitəsində həmişə qeyri azərbaycanlılardan olanlar 
çoxluq  təşkil  edirdilər.  BK-nın  ilk  katibi  Mikoyan,  sonra  Sarkis,  sonra  isə 
Mirzoyan olmuşdur. 
N.  Nərimanov  «Ucqarlarda  inqilabımızın  tarixinə  dair»  məktubunda 
göstərirdi: «Mən bildirirəm ki, bu, ağıllı düşünülmüş və düzgün hesablanmış bütöv 
bir plandır. Hələlik bunu mötərizədə saxlayıram, çünki əminəm ki, bu mötərizələr 
nəticədə özləri açılacaqlar. Lakin işimin elə ilk günlərindən mən açıq deyirəm: bir 
çox mülahizələrə görə hələlik erməni yoldaşların görkəmli, məsul vəzifələrə təyin 
edilməsini dayandırmaq vacibdir» (90, s.31). 
Kommunist partiyasında parçalanma 1921-ci ildə kəskin həddə çatdı. «Bu 
parçalanmanı Sarkis başlamış, Mirzoyan isə davam etdirməkdə idi...» 
1921-ci  ilin  martında  Mərkəzin  RK(b)P  Təşkilat  Bürosunun  qərarı  ilə 
Sarkis  Petroqrad  Təşkilatının  sərəncamına  göndərilmək  üçün  Bakıdan  geri 
çağırıldı. MK qarşısında bu məsələni N. Nərimanov və Q. Kaminski qoymuşdular. 
N.  Nərimanov  RK(b)P  MK  katibi  N.  N.  Krestinskiyə  məktubunda  yazmışdı: 
«Kaminski  yoldaş  qurultaya  gedir  (partiyanın  X  qurultayı  nəzərdə  tutulur)  və 
Azərbaycanda  partiya  işinin  gedişi  haqqında  ətraflı  məlumat  verəcəkdir.  Bu 
müddət  ərzində  Kaminski  yoldaş  çox  iş  görmüşdü,  lakin  təəssüf  ki,  Mikoyanın 
«varisləri»  yenə  mane  olurlar.  Suyu  bulandıran  Sarkisi  ...buradan  götürmək 
lazımdır.  Xahiş  edirəm  Kaminski  yoldaşın  ərizəsinə  ciddi  fikir  verəsiniz. 
Kommunist salamı ilə N. Nərimanov» (13, f.268, s.26, iş.32, s.126-127). 
MK-nın Qafqaz Bürosu da Sarkis barəsində müvafiq qərar qəbul etdi. 
Sarkisin  geri  çağırılması  solların  çıxışı  üçün  yeni  bəhanə  oldu.  BK-nın 
iclasında  1921-ci  il  martın  30-da  S.  Qutin  RK(b)P  MK  təşkilat  bürosunun  qərarı 
haqqında məlumat verərək belə bir təklif irəli sürdü:  «Sarkis yoldaş Bakı təşkilatı 
üçün  lazımlı  və  əvəzsiz  işçi  olduğuna  görə  BK  Sarkis  yoldaşın  Bakı  təşkilatının 
sərəncamında  saxlanılması  haqqında  RK(b)P  MK  qarşısında  vəsadət  qaldırsın. 
Həmin  qərar  Bakı  Partiya  Konfransından,  habelə  MK  plenumundan  keçirilsin, 
birbaşa rabitə xətti vasitəsilə bu məsələ barəsində Mərkəzlə danışılsın» (13, f.268, 
s.26, iş32, s.127). 
Plenum  S.  Qutinin  təkliflərini  yekdilliklə  qəbul  etdi,  onları  həyata 
keçirməyi  BK-nın  rəyasət  heyətinə  tapşırdı.  1921-ci  il  iyunun  14-də  Ümumbakı 
Partiya  Konfransı  Moskvaya  MK  katibi  V.  M.  Molotovun  adına  teleqram  (surəti 
Leninə  ünvanlanmış)  göndərdi.  «Sarkis  yoldaşın  Bakıda  saxlanılması  haqqında 
Stalin yoldaşın 22 aprel tarixli teleqraf məlumatından sonra Qafqaz bürosunun onu 
geri çağırmağı qərara aldığını» bildirdi və Sarkis yoldaşın Bakı Komitəsinin katibi 

vəzifəsində  saxlanılmasını  xahiş  etdi.  Teleqramda  gostərilirdi  ki,  konfransın 
qərarına  MK  üzvləri  R.  Axundov,  M.  D.  Hüseynov,  R.  Hüseynov,  L.  Mirzoyan,  
M. Quliyev, V. Paruşin,  Ə.  Xanbudaqov, H.  Cəbiyev və  b. tərəfdardılar (13, f.2, 
s.22, iş 17, s.265). 
Stalinin  havadarlığı  sayəsində  Sarkis  1921-ci  il  iyunun  ortalarınadək  BK 
katibi vəzifəsində qaldı. AzK(b)P Ümumbakı VII Konfransında (1921-ci il 14-18 
iyul) Orconikidze son dərəcə riyakarlıqla bildirirdi: «Mən demişəm və deyəcəyəm 
də Sarkisi Nərimanov ilə vuruşdurursunuz. Kəndlilər bunu başqa cür başa düşür ki, 
ermənilərlə  müsəlman  kəndliləri  arasında  dava-dalaş  gedir.  Belə  qalmaqalı 
xəbərdarlıq etmək lazımdır.» (13, f.2, s.22, iş 17, s.260). N. Nərimanov ilə erməni 
kommunistləri  arasında  gedən  fikir  ayrılıqları,  ixtilafları  yerlərdə  azərbaycanlılar 
arasında birmənalı qarşılanmırdı. Erməni düşmənçiliyinin yaxın tarixi yaddaşlarda 
qalmaqda  idi.  Yüksək  vəzifələr  tutmuş,  üzdə  bolşevik,  daxilən  isə  daşnak  olan 
kommunistlər yeritdikləri siyasətdə pərdələnsələr də, xislətlərini büruzə verirdilər. 
Bu  zaman  hakim  partiya  daxilində  nəinki  rəhbər  dairələrdə  mübarizə, 
dedi-qodu  baş  alıb  gedirdi,  sənədlərin  araşdırılması  göstərir  və  təsdiq  edir  ki,  bu 
yerli  aşağı  təşkilatlara,  özəklərə  də  sirayət  etmiş  və  geniş  yayılmışdı.  Təsadüfi 
deyildir  ki,  VII  Ümumbakı  Konfransında  həmçinin  partiyada  olan  bürokratizm, 
demaqogiya ətrafında geniş fikir mübadiləsi olmuş və yerlərdə narazılıqlar olduğu 
bildirilmişdi. Çıxış edənlər bildirirdilər ki,  «bəzi özəklərdə demaqogiya, eserçilik, 
menşevizmçilik  baş  alıb  gedir.  Bəzi  özək  üzvləri  təkliflər  irəli  sürür,  bunun  da 
nəticəsi  dava-dalaşla  sona  yetirdi:  «Bəzi  yoldaşlar  bizim  partiya  sıralarından, 
partiya  idarələrindən  çıxıb  gedir.  Bu  idarələrdə  bürokratizm  özünə  dərin  yuva 
salıbdır.  BK  və  MK  bu  bürokratizmi  aradan  qaldırmaq  üçün  ciddi  ölçülər 
götürməlidir».  O,  qeyd  etdi  ki:  «Axundovun  qəbuluna  düşmək  üçün  2-3  saat 
gözləməli  olursan  ki,  o  səni  qəbul  etsin.  Bunu  ona  görə  demək  istəyirəm  ki,  bu 
xəstəlik  bizdə  güclü  hiss  olunur.  Fəhlələr  bu  xəstəlikdən  şikayətlənirlər»  (13,  f.2 
s.22, iş 17, s.61). 
Bütün  bunlar  göstərirdi  ki,  qəzalarda  tam  pərakəndəlik  və  özbaşınalıq 
hökm sürürdü. 
AK(b)P  MK-nin  1921-ci  il  avqustun  19-23-də  keçirilən  V  plenumu 
partiyadaxili ixtilafların zirvəsi oldu. 
Bu ərəfədə RK(b)P MK Qafqaz Bürosu Azərbaycan partiya təşkilatındakı 
vəziyyətlə  bağlı  məsələyə  baxmış  və  qeyd  etmişdir  ki,  Azərbaycan  partiya 
təşkilatında  bir-biri  ilə  mübarizə  aparan  iki  fraksiya  mövcuddur  ki,  bu  da  rəhbər 
dairələr çərçivəsini aşaraq kütləvi təşkilatlara da keçmiş, bütün işi iflic etmiş, Bakı 
və bütün Azərbaycan partiya təşkilatına pozğunluq salmışdır. 
Qafqaz Bürosu fraksiyaları buraxmağı, Semyon Qutini, Suren Ağamirovu 
və  Olqa  Şatunovskayanı  (sol  fraksiyanın  nümayəndələrini)  və  Həmid  Sultanovu 
(sağ  fraksiyanın  nümayəndəsini)  fəal  fraksiyaçılar  kimi  Azərbaycanda  işdən 
götürüb  RK(b)P  MK-nın  sərəncamına  göndərməyi  qərara  aldı.  Fraksiya 

çəkişmələri  nəticəsində  Q.  Kaminskinin  sıxışdırılması  ilə  əlaqədar  olaraq  Qafqaz 
Bürosu  onun  Azərbaycanda  işləməsini  mümkün  hesab  etməyib  öz  sərəncamına 
çağırdı (13, f.268, s.26, iş32, s.129). 
Plenumda  R.  Axundov,  V.  Yeqorov,  S.  Qutin,  M.  Quliyev,  H.  Cəbiyev, 
Mirzoyan,  M.  D.  Hüseynov  Qafqaz  bürosunun  qərarının  əleyhinə  çıxdılar, 
yuxarıda adları çəkilənlərin fraksiyada iştirak etmədiklərini, buna  görə də Qafqaz 
bürosunun qərarının düzgün olmadığını sübut etməyə çalışdılar. 
Qafqaz  Bürosu  AK(b)P  MK  plenumunun  qərarı  ilə  razılaşmayıb  S. 
Qutinə, O. Şatunovskayaya və S. Ağamirova göstəriş verdi ki, dərhal RK(b)P MK-
nın sərəncamı ilə yola düşsünlər. 
Lakin həmişə olduğu kimi partiya intizamından bəhs edən BK rəhbərliyi 
Qafqaz  Bürosunun  qərarını  yerinə  yetirmədi  və  rayon  partiya  komitələri 
katiblərinin  komsomol  və  mətbuat  nümayəndələrinin  iştirakı  ilə  avqustun  22-də 
şəhər partiya komitəsinin geniş plenumunu çağırdı. S. M. Kirov da plenumda idi. 
Plenum  aydın  göstərdi  ki,  BK-nın  rəhbərliyi  prinsipsiz  fraksiya  mübarizəsinin 
dərin  bataqlığına  yuvarlanmışdır.  Çıxış  edən  kommunistlər  MK-nın  Qafqaz 
Bürosunu tənqid atəşinə tutdular, öz qərarını dəyişdirməyi tələb etdilər. 
Əsassız  tənqidin  digər  hədəfi  isə  AK(b)P  MK-nın  keçmiş  birinci  katibi, 
Bakı  Soveti  İcraiyyə  Komitəsinin  sədri  Q.  N.  Kaminski  oldu  (13,  f.268,  s.26,  iş 
132,  s.131).  Kaminski  məsələlərə  obyektiv  yanaşır,  Nərimanovu  düzgün  başa 
düşür və qiymətləndirirdi. Təbii ki, bu, Mirzoyan, Sarkis kimi öz vəzifəsindən sui 
istifadə  edib,  partiyaya  zidd  olan,  əqidəsiz  düşmənçilik  ruhunda  tərbiyələnmiş 
adamların ürəyincə deyildi, onlar necə olursa-olsun, Kaminskinin vəzifədən, hətta 
Bakıdan uzaqlaşdırılmasına hər vəcdlə çalışırdılar və buna nail oldular. 
S.  M.  Kirov  Kaminskinin  əleyhinə  çıxış  etdi.  Kirovun  və  Mirzoyanın  öz 
çıxışlarında  hansı  məqsədi  güddükləri  aydın  idi.  Kirovun  Azərbaycanda  işə 
başlamasından heç bir ay keçməmişdi. Təəcüblüdür bir ay ərzində o vəziyyəti necə 
tələsik  və  düzgün  qiymətləndirə  bilərdi?  Belə  qısa  müddətdə  partiya  təşkilatında 
işlərin  vəziyyətini,  partiyadaxili  mübarizənin  keşməkeşliyini  hərtərəfli  obyektiv 
aydınlaşdırmaq,  kadrları  öyrənmək  mümkün  deyildi.  MK-nın  yeni  katibinin 
müəyyən məsələlərdə qətiyyətsizlik göstərməsi, ardıcıl mövqe tutmaması bununla 
izah  edilirdi.  Belə  ki,  AK(b)P  MK  plenumunun  gedişində  və  yekunlarında  da  bu 
cəhət özünü müəyyən dərəcədə göstərdi. 
S. M. Kirov qeyd etdi ki, Qafqaz Bürosu indi başqa çıxış yolu görmür, heç 
bir  cərəyanı  ləğv  edə  bilməz  və  geri  çağırmaq  kimi  müvəqqəti  tədbirlərə  əl 
atmalıdır.  Qafqaz  Bürosunun  qərarları  qüvvədə  qalır  və  həyata  keçirilməlidir.    
MK-nın  22  avqust  tarixli  plenumunda  «sollar»  Mir  Bəşir  Qasımovun  MK  siyasi  
Bürosunun tərkibindən çıxarılmasına və  onun yerinə V. Q. Yeqorovun seçilməsinə 
nail  oldular  (13,  f.268,  s.26,  iş.32,  s.132). Bu  da  Nərimanovun  tərəfdarları  S.  M. 
Əfəndiyev, D. Bünyadzadə  və b. ilə M. D. Hüseynov, R. Axundov və b. arasında 
ciddi toqquşmaya səbəb oldu. Nərimanov öz çıxışında qeyd edir: «Siyasi bürodan 

Qasımovun  çıxarılması  məni  bir  qədər  təəccübləndirdi,  MK-da  mən  onu  ən 
səliqəli,  işgüzar  adam  hesab  edirdim.  Həmişə  siyasi  büroda  işləyib.  Bir  dəfə  də 
olsun  yığıncaqları  tərk  etməyib.  Protokolla  bunu  siz  özünüz  də  aydınlaşdıra 
bilərsiniz.  Ağıllı,  dərrakəli,  özünü  işdə  çox  intizamlı  göstərib.  Necə  ola  bilər    ki, 
Qasımovu  fəhlələrin  MK-dakı  nümayəndəsini,  srağa  gün  heç  bir  səbəb  olmadan 
işdən  çıxardırlar.  Yeqorov,  M.D.Hüseynov  mənim  əleyhimədir.  Belə  olduqda 
Siyasi Büroda məni dəstəkləyən olmayacaq (13, f. 609, s. l, iş. 85, s. 4). 
N. Nərimanov Siyasi Büronun bu tərkibdə onun  üçün qəbulolunmazlığını 
qeyd  edir,  ərizə  ilə  müraciət  və  xahiş  edirdi  ki,  onu  tutduğu  vəzifədən  azad 
eləsinlər. 
1921-ci il avqustun 22-də Nərimanov MK-nın katibi Kirovun adına ərizə 
yazıb  plenumun  iclasında  oxunmasını  xahiş  etdi.  Ərizənin  surəti  MK-nın  Qafqaz 
Bürosuna  ünvanlanmışdı.  N.  Nərimanov  yazırdı:  «Siyasi  Büroya  dünənki 
seçkilərdə  MK-nın  üzvləri  R.  Axundovun  və  H.  Cəbiyevin  çıxışları  və  seçkilərin 
nəticələri  məni  bir  daha  inandırdı  ki,  Qafqaz  Bürosunun  qəti  xəbərdarlığına 
baxmayaraq,  partiyamızda  fraksiyaçılıq  davam  edir.  Məlum  qrup  müəyyən 
vaxtadək  hər  yerdə  fəhlə  sinfinin  nümayəndəsi  kimi  Qasımov  yoldaşın  
namizədliyini  irəli  sürdü...  Dünən  isə  bu  qrup  keçmiş  siyasi  büronun  ən  fəal 
intizamlı  üzvünün  seçilməsinə  maneəçilik  törətdi,  heç  bir  səbəb  olmadan  onu 
seçilməyə qoymadı. 
Seçkilər  nəticəsində  məlum  qrupun  3  üzvü  Siyasi  büroya  daxil  oldu  və 
çoxluq təşkil etdi. Xalq Komissarları sovetinin başçısı kimi indidən deyə bilərəm 
ki,  Siyasi  büroda  belə  bir  çoxluq  şəraitində  mən  ali  partiya  orqanlarından  kömək 
görməyəcəm,  buna  görə  də  Xalq  Komissarlar  Sovetinin  sədri  vəzifəsindən  azad 
olunmağımı  plenumdan  xahiş  edirəm.  Bu  mənim  qəti  qərarımdır.  Xalq 
Komissarları Sovetinin sədri N. Nərimanov» (13, f.609, s.l, iş 71, s.76) 
Həmin  gün  Mərkəzi  Komitə  N.  Nərimanovun  ərizəsinə  baxdı  və  ərizəni 
geri  götürüb,  ondan  respublika  Xalq  Komissarları  Sovetinin  sədri  vəzifəsində 
qalmasını  xahiş  etdi.  Lakin  N.  Nərimanov  qəti  etirazını  bildirdi.  Avqustun  23-də 
plenumda Nərimanov AK(b)P MK-ya ərizə ilə müraciət etməsinin səbəblərini daha 
ətraflı  şərh  edərək  dedi:  «Mərkəzdəki  bəzi  məruzələrimdən  sonra  mən  buraya 
müəyyən  tapşırıqlarla  göndərilmişdim».  Məruzələrdə  yeni  sovet  Azərbaycanında 
necə siyasət yeritmək haqqında onun baxışları şərh olunmuş, Bakı Kommunasının 
ibrət  dərsləri  nəzərə  alınaraq  belə  bir  fikir  söylənmişdir  ki,  əgər  biz  istəyiriksə, 
Bakını  əlimizdə  saxlayaq  və  sovet  Rusiyası  azad  yaşayıb  neftdən  və  neft 
məhsullarından  faydalansın,  onda  Azərbaycanla  Bakını  vəhdət  halında 
birləşdirməliyik.  «Mən  yola  düşməzdən  əvvəl  düz  bir  saat  Lenin  yoldaşla 
danışdım.  O  mənə  dedi:  necə  lazım  bilirsinizsə,  necə  istəyirsinizsə,  eləcə  edin». 
Nərimanov  dedi:  «Gərgin  zəhmət  nəticəsində  biz  Azərbaycanın  vəhdət  təşkil 
etməsinə,  fəhlələr  və  kəndlilər arasında  sıx əlaqə  yaranmasına  nail olmuşuq. İndi 
başlıca  vəzifə  bu  vəziyyəti  qoruyub  saxlamaq  və  dərinləşdirməkdir.  Lakin  bizim 

MK  üzvləri  arasında  bu  vəzifəni  yerinə  yetirməyə  imkan  verən  qarşılıqlı 
münasibətlər yaranmamışdı» (13, f.609, s.l, iş 85, s. 1). 
S.  M.  Əfəndiyev,  N.  Nərimanov  və  H.  Sultanov  öz  çıxışlarında  Siyasi 
Büronun  tərkibində  fəhlələrin  çox  az  olduğunu,  M.  B.  Qasımovun  büro 
üzvlüyündən  qərəzliliklə  çıxarılmasını  və  onun  büroda  saxlanılmasının  vacib 
olduğunu bildirdilər (13, f.609, s.l, iş 85, s.8) 
Plenumda  R.  Axundov  belə  bir  təklif  irəli  sürdü  ki,  Siyasi  Büro  köhnə 
tərkibdə saxlanılsın, lakin əlavə olaraq onun tərkibinə V. Yeqorov da daxil edilsin. 
Çıxış  edənlərin  bir  çoxları  Nərimanovu  müdafiə  edərək  qeyd  etdilər  ki,  onun 
yeritdiyi siyasət düzgün siyasətdir, onun istiqaməti fəhlələrlə kəndlilərin mənafeyi 
arasında  ahəngdarlıq  yaratmaqdır.  Nərimanovun  gətirdiyi  dəlillər  tutarlı  dəlillər 
hesab  edildi.  O,  Siyasi  Büronu  əvvəlki  tərkibdə  saxlamaq  təklifini  irəli  sürdü. 
Plenumda 2 təklif: Siyasi Büronun əvvəlki tərkibdə saxlanması və bir nəfərin əlavə 
olunması  qərara  alındı.  Plenumda  S.  M.  Kirov  AK(b)P  MK-nın  birinci  katibi 
vəzifəsinə seçildi. 
AK(b)P MK plenumunun iclasında Q. Kaminski çıxış edərək Mirzoyanın, 
S. Qutinin, R.  Axundovun, H. Cəbiyevin  və b. böhtanlarını qətiyyətlə təkzib etdi: 
onların  hücumlarını  dedi-qodu  və  intriqa  adlandırdı,  bıı  hücumların  yolverilməz, 
kobud  üslubunu  «küçə  savaşı»  kimi  qiymətləndirdi.  Bakı  partiya  təşkilatı 
tərəfindən aparılan intriqa kompaniyasının Bakıda və respublikada partiya və sovet 
işini ləngitdiyini, prinsipsiz dəstəbazlıq üçün şərait yaratdığını bildirdi. O, bir daha 
qeyd etdi ki, Bakı Komitəsinin möhkəm siyasi mövqeyi yoxdur və olmamışdır. BK 
tərəfindən yeridilən və  öz ifadəsini dedi-qoduda tapan  «xəttin» davam etdirilməsi 
bizdə  bütün  partiya,  sovet  və  həmkarlar  işini  pozmuşdur»  (13,  f.268,  s.26,  iş.32, 
s.133-134). 
MK  plenumu  qurtardıqdan  sonra  (23  avqust  1921-ci  il)  Nərimanov 
Orconikidzeyə  həyəcanlı  bir  məktub  göndərdi.  O  yazırdı:  «...Mən  cəsarətlə  deyə 
bilərəm  ki,  mən  sovet  Rusiyasının,  partiyamızın  bütün  tapşırıqlarını  yerinə 
yetirmişəm! 
Həmişə  dediyim  kimi  indi  də  deyirəm:  Biz  Azərbaycanı  bütünlüklə 
əlimizdə saxlamasaq, Bakını əlimizdə saxlaya bilmərik, buna görə də bizə vəhdət 
lazımdır.  Böyük  zəhmət  bahasına  vəhdət  yaradılmışdı...  Bu  isə  Sovet  Rusiyasına 
imkan  verir  ki,  heç  olmasa  Azərbaycandan  xətircəm  olsun.  İndi  ancaq  vəziyyəti 
qoruyub saxlamaq və dərinləşdirmək gərəkdir. 
Çox  təəssüf  ki,  bunların  hamısını  nə  sən  nəzərə  alırsan,  nə  də  ümumən 
Qafqaz bürosu. Tərəflərin birində və ya digərində işçiləri işdən götürmək, yəqin ki, 
fayda  verməz.  Partiya  təşkilatı  parçalanır,  buna  görə  də  sovet  işi  də  parçalanıb 
pozulur. Qafqaz bürosunun işçiləri geri çağırmaq qərarına və plenumda siyasi büro 
üzvləri  seçilməsinə  dair  tanıdığın  qrupun  çox  çıxışları  barədə  Kaminski  yoldaş 
sənə danışacaqdır. 

Belə  xəbərdarlıqan  sonra  sən  Bakı  Komitəsini  sağlamlaşdırmaq  üçün 
tədbir  görməsən,  hər  cür  məsuliyyəti  üzərimdən  atacağam,  çünki  bütün  qeyri-
normallıqlar haqqında mərkəzə xəbərdarlıq etmişəm» (13, f.268, s.26, iş 32, s.134). 
Plenumun  ertəsi  günü,  1921-ci  il  avqustun  24-də  Q.  Kmainski  Bakıdan 
yola düşdü. O, getməzdən əvvəl AK(b)P Nəzarət Komissiyasına ərizə ilə müraciət 
etdi:  «Mən  dinmir,  dözürdüm.  İndi  görürəm  ki,  Mirzoyan  yoldaş  küçə  söyüşləri 
sistemini partiya məsələlərinin həllində tamamilə münasib və vacib bir üsul sayır.... 
AK(b)P  MK  Siyasi  Bürosunun  02.08.1921-ci  il  tarixli  iclasında  AHİŞ  Rəyasət 
heyətinin  tərkibi  haqqında  Mirzoyan  yoldaşın  təklifi  keçmədikdə  o,  yerindən 
sıçrayıb:  «Kaminski  kimi  iyrənc  tiplə»  bizimki  tutmaz...  –  deyə  bağırdı.  Bunun 
ardınca  mənim  ünvanıma  başqa  söyüşlər  də  yağdırıldı.  Azərbaycan  həmkarlar 
ittifaqlarının  II  qurultayı  fraksiyanın  iclasında  Mirzoyan  yoldaş  (rəsmi  iclasda) 
məni  yaramaz,  alçaq,  namərd,  əclaf...  adlandırdı  və  b.  təhqiramiz  ifadələr  işlətdi. 
Mənə bu cür müraciət fasiləsiz olaraq iyirmi-otuz dəqiqə çəkdi və mən fraksiyanın 
özünə  bəyanat  verənədək  arası  kəsilmədi  (13,  f.268,  s.26,  iş  32,  s.134-135)  Q. 
Kaminski,  L.  Mirzoyan  və  Qutini  AK(b)P  Nəzarət  Komissiyasının  şərəf 
məhkəməsi qarşısında partiya məsuliyyətinə cəlb etdi. 
Kaminskiyə qarşı belə münasibət təsadüfi deyildi, həm də o, işə başladığı 
lap  ilk  günlərdən  belə  idi.  Çünki  o,  yerli  şəraiti  –  respublikanın  milli 
xüsusiyyətlərini  nəzərə  almağı  lazım  bilir  və  bu  işdə  Mirzoyan  və  onun  ətrafının 
yanlış mövqeyini tənqid edir, N. Nərimanovun mövqeyini, onun siyasətini düzgün 
hesab edir və müdafiə edirdi. 
Azərbaycan Kommunist bolşeviklər Partiyası təşkilatlarında yaranmış ağır 
vəziyyət  davam  edirdi,  hətta  1921-ci  ilin  payızına  yaxın  daha  da  kəskinləşmişdi. 
Bu isə vəzifə borcuna vicdanla yanaşan bir çoxlarını narahat edirdi. Odur ki, bütün 
bu  müzakirələrdən  sonra  rəhbər  sovet  işçilərinin  bir  qrupu  –  T.  Əliyev,  D. 
Bünyadzadə,  M.  İsrafilbəyov  (Qədirli),  M.  B.  Qasımov,  Q.  Musabəyov  və  b. 
AK(b)P 
MK-ya 
ərizə 
ilə 
müraciət 
edərək 
partiya 
rəhbərliyinin 
möhkəmləndirilməsi,  Mirzoyan  və  ətrafındakılardan  bəzilərinin  həmkarlar  ittifaqı 
orqanlarına və digər sahələrdə işə keçirilməsi təklifini irəli sürdülər. 
Lakin  AK(b)P  MK  Siyasi  Bürosu  vəziyyətin  dəyişilməsi  üçün  lazımi 
tədbirlər  görmədi,  sadəcə  olaraq  sovet  işçilərinə  asudə  vaxtlarında  təcrübə 
toplamaq  üçün  partiya  işi  ilə  də  məşğul  olmağı  bir  vəzifə  olaraq  tapşırmaqla 
kifayətləndi. 
N.  Nərimanov  ilə  onun  əleyhdarları  arasında  «mübarizə»  qızışaraq  elə 
kəskin şəkil aldı ki, V. İ. Lenin münaqişəni aradan qaldırmaq üçün işə qarışmağa 
məcbur  oldu.  N.  Nərimanovun  RK(b)P  Siyasi  Bürosunda  məruzəsindən  sonra 
AK(b)P-nin xüsusi direktivləri tərtib olundu. Nərimanov «Ucqarlarda inqilabımızın 
tarixinə dair» məktubunda yazırdı: «Yeri gəlmişkən deməliyəm ki, Siyasi Büronun 
iclasında yoldaş Lenin mənim fikrimi soruşduqda mən dedim: «Ya mənə bu qrupla 
açıq döyüşə  girməyə icazə  verin, onda  mən onu tez  məhv edərəm, ya da  RK(b)P 

MK onlara solluq oyunu oynamağı qadağan etsin». Birincini o qəti rədd etdi, ikinci 
təklif  üzərində  məsələni  məhşur  direktivlərin  tərtib  edildiyi  komissiyaya  verməyi 
təklif etdi (90, s.23). 
Nərimanov  yazırdı:  «Məni  zəif  fəaliyyət  göstərməkdə  ittiham  etmək 
düzgün  deyil.  Bəzi  gənc  yoldaşların  fitnəkarlıqlarına  uymamaq  üçün  mən  öz 
vəzifəmi  çox  yaxşı  başa  düşürdüm,  sonralar  bu  yoldaşlar  vəzifələrini  itirmək 
qorxusu  üzündən,  məndən  uzaqlaşmışdılar,  mən  onları  alverçi  kommunistlər 
adlandırırdım... 
Lakin  «sol»  qrupa  haqq  qazandırmaq  lazımdır,  bu  qrup  gözdən  pərdə 
asmaq  üçün  həmişə  deyirdi:  «Bizim  yoldaş  Nərimanova  qarşı  heç  bir  pis 
niyyətimiz yoxdu, lakin onun ətrafındakılar dözülməzdilər». 
Qəribə  burasıdır  ki,  bu  bəzi  «ətrafdakılar»  gedəndən  sonra  onlar  birbaşa 
sol qrupun qolları arasına düşdülər» (90, s.24). 
1921-ci  il  oktyabrın  15-də  RK(b)P  MK  Siyasi  bürosu  V.  İ.  Leninin 
yazdığı  layihə  əsasında  «Bakı  məsələləri»  adlı  qərar  qəbul  etdi.  Qərarda  nəzərdə 
tutulurdu: 
a)
 
Təşkilat  bürosuna  tapşırılsın  ki,  Azərbaycanda  düzgün  kommunist 
siyasətini  Hüseynov  və  Axundov  yoldaşlara  izah  etmək  üçün  onları  dərhal 
teleqrafla  Moskvaya  çağırsın.  (O  zaman  M.  D.  Hüseynov  Azərbaycan  SSR  xalq 
xarici işlər komissarı, R. Ə. Axundov AK(b)P Bakı Komitəsinin katibi idi). 
b)
 
Bakıda  və  Azərbaycanda  hər  cür  fraksiya  mübarizəsini  tamamilə 
dayandırmaq yerli kommunistlərdən ən ciddi şəkildə tələb edilsin. 
v)  Fraksiya  mübarizəsinə  yenidən  başlamaq  cəhdlərinə  görə  MK-nın 
onları hökmən partiyadan xaric edəcəkləri təsdiq olunsun. 
q) RSFSR-dən Azərbaycana və Bakıya partiya işinə göndərilən yoldaşlara 
bir  vəzifə  olaraq  tapşırılsın  ki,  fraksiya  mübarizəsinin  dayandırılmasına  və  milli 
məsələdə MK siyasətinin düzgün yeridilməsinə hər vasitə ilə kömək etsinlər. 
d) Stalin yoldaşa tapşırılsın ki, yuxarıda adı çəkilən qərarı redaktə etsin və 
Azərbaycanda milli siyasətin həyata keçirilməsi haqqında ətraflı direktiv layihəsini 
bazar ertəsinədək siyasi büroya təqdim etsin...» (13, f.268, s.26, iş 32, s. 140-141) 
Layihənin  ilkin  müzakirəsi  İ.  Stalin,  Q.  Orconikidze,  P.  Mdivani,  N. 
Nərimanov,  M.  Hacıyev  (Azərbaycan  MİK  sədri)  və  M.  B.  Qasımovdan 
(Azərbaycan  MİK  sədrinin  müavini)  ibarət  komissiyaya  tapşırılmışdı.  Bundan 
başqa Çiçerinə tapşırılırdı ki, elə həmin gecə Hüseynova teleqram vuraraq ən ciddi 
şəkildə  təsdiq  etsin  ki,  bakılı  yoldaşların  İranda  siyasətin  pozulmasına  yol 
verməməsi haqqında  Siyasi Büronun bu il 3 oktyabr tarixli qərarı (protokol  №64 
bənd  6)  tamamilə  qüvvədə  qalır.  Teleqramın  surəti  Azərbaycan  MK-ya 
göndərilmişdi. 
Direktivdə  Azərbaycanın  daxili-siyasi  vəziyyəti  səciyyələndirilərək 
göstərilirdi  ki,  Bakı  proletariatının  milli  tərkibinin  rəngarəngliyi  Azərbaycanda 
fəhlə  sinfinin  birliyinin  zəifləməsi  təhlükəsini  yaradır:  Bakı  fəhlə  sinfinin 

əksəriyyəti  ilə  Azərbaycanın  mövhumat  və  cəhalət  qalıqlarından  xilas  olmamış 
kəndliləri  arasında  əlaqənin  kifayət  qədər  olmaması  isə  Azərbaycanda  Sovet 
hakimiyyətinin dayağı olan fəhlə-kəndli ittifaqının möhkəmlənməsini çətinləşdirir. 
Bu cəhət partiya təşkilatlarında öz sıralarını sıx birləşdirməyi, zəhmətkeş kütlələrin 
məişət və  mədəniyyət xüsusiyyətlərini,  milli tərkibini ciddi surətdə nəzərə almağı 
əməkçi  kəndlilərin  mənafeyinə,  onların  milli  və  dini  ənənələrinə  xüsusi  diqqət 
yetirməyi  tələb  edirdi...  həmçinin  direktivdə  göstərilirdi:  Partiya  təşkilatındakı 
ədavətin  fəhlə  sinfi  içərisində  ədavətə  gətirib  çıxara  biləcəyini  və  bunun 
çoxmillətli,  xüsusilə  təhlükəli  olan  milli  mübarizəyə  çevrilə  biləcəyini  nəzərə 
alaraq, Azərbaycan partiya təşkilatlarının qeyd-şərtsiz birliyini təmin etsinlər. MK 
fraksiyalar  yaradılmasını  və  fraksiya  mübarizəsini  qadağan  etdi.  Direktivin  dəqiq 
icrasına  nəzarət  RK(b)P  MK  Qafqaz  Bürosuna  həvalə  edildi.  Onu  Azərbaycanın 
bütün partiya özəklərində oxuyub izah etmək təklif olundu (13, f.268, s.26, iş 32, 
s.105-106). 
Lakin,  bunlar  təkcə  Şərq  xalqları  üçün  yox,  eyni  zamanda  Azərbaycan 
xalqı,  onun  milli  ruhlu  rəhbər  işçilərinə  psixoloji  təsir  üçün  nəzərdə  tutulmuşdu. 
Bu,  ancaq  sözdə  idi,  işdə  isə  heç  nə  dəyişmirdi.  Təsadüfi  deyildir  ki,  Bakı 
komitəsinin dedi-qodu ilə məşğul olan şovinist rəhbərliyinin də siyasəti dəyişmədi. 
Bakı  Komitəsinin  rəhbərliyi  MK-nın  göstərişlərinə  məhəl  qoymayaraq 
pozuculuq fəaliyyətini davam etdirir, direktivin həyata keçirilməsi haqqında nəinki 
düşünmür, buna hətta ciddi müqavimət göstərirdi. 
N.  Nərimanovun  mövqeyinə  V.  İ.  Leninin,  RK(b)P  MK-nın  tərəfdar 
olması  direktivlərdə,  MK  Siyasi  bürosunun  1921-ci  il  15  və  17  oktyabr  tarixli 
qərarında açıq ifadə olunmuşdu. 
1921-ci  il  noyabrın  əvvəllərində  RK(b)P  MK-nın  Azərbaycana  dair 
qərarlarını  izah  etmək  üçün  MK-nın  katibi  V.  M.  Molotov  Bakıya  gəldi.  O, 
respublikanın  məsul  işçilərinin  yığıncağında  nitq  söylədi,  noyabrın  5-də  AK(b)P 
BK Rəyasət Heyətinin iclasında iştirak etdi. 
RK(b)P  MK  «Bakı  məsələlərinin»  müzakirəsinə  yenidən  qayıtmalı  oldu. 
1921-ci  il  noyabrın  8-də  Siyasi  Büro  Stalinə  tapşırdı  ki,  daha  ətraflı  məlumat 
toplasın,  Hüseynova  və  Axundova  Xalq  Milli  İşlər  Komissarlığında  iş  versin.  
1921-ci ilin  noyabrın 18-də  MK Siyasi Bürosu  «Hüseynov  və  Axundov  yoldaşlar 
haqqında» qərar qəbul etdi. Qərarda deyilirdi: 
a)
 
məsələ  növbəti  cümə  axşamı  günü  Siyasi  Büroda  müzakirəyə 
qoyulsun, Zinovyev yoldaşın hökmən gəlməsi şərtilə. 
b)
 
Hüseynov və Axundov yoldaşlara 2 gün vaxt verilsin ki, yazılı şəkildə: 
1.  öz  fikirlərini  şərh  etsinlər,  2.  millətçilik  təmayülünü  nədə  gördüklərini 
dəqiq  əsaslandırsınlar  və  3.  Ümumiyyətlə,  Qafqaz  Bürosunun  siyasətini,  xüsusilə 
onun  Zaqafqaziya  Respublikaları  Federasiyası  barəsində  siyasətini  nə  üçün 
saymadıqlarını izah etsinlər (13, f.268, s.26, iş 32, s.145-146). 

M. D. Hüseynov və R.Axundov tərəfindən 1921-ci il noyabrın 22-də MK-
nın Siyasi Bürosuna təqdim olunmuş yazılı məruzə əslində BK rəhbərliyinin rəyini 
əks  etdirirdi,  dolaşıq  müddəalarla  dolu  idi,  müəlliflərin  siyasi  naşılığına,  onların 
nəzəri  bilik  səviyyəsinin  aşağı  olduğuna  dəlalət  edirdi.  Nərimanov  əsassız  olaraq 
millətçilik  təmayülündə  təqsirləndirilir,  iddia  edilirdi  ki,  guya  Nərimanov  və 
«fraksiyası»  Qafqazda  yeganə  nümunəvi  olan  Bakı  təşkilatını  darmadağın  etmək 
məqsədində  olmuşlar  və  bunun  üçün  RK(b)P  MK  Qafqaz  Bürosunun  əlilə  Bakı 
təşkilatının ən fəal işçilərinin hamısını sıradan çıxarmağa çalışırlar. Azərbaycanda 
milli  siyasətin  həyata  keçirilməsində,  müsadirələr  aparılmasında,  partiyanın 
təmizlənməsində  və  i.  a.  yol  verilən  əyintilərə  haqq  qazandırılırdı.  Deyilirdi  ki, 
Qafqazın,  o  cümlədən  Azərbaycanın  partiya  təşkilatlarında  millətçilik  təmayülü 
vardı  və  ona  qarşı  amansız  mübarizə  aparılmalıdır.  Diyarın  partiya  təşkilatlarına 
Qafqaz Bürosunun siyasi və təşkilati rəhbərliyinin düzgünlüyü, Qafqaz Bürosunun 
aşağı təşkilatlar barəsində kadr siyasəti yeritmək hüququ şübhə altına alınırdı. 
M.  D.  Hüseynov  və  R.  Axundovun  məktubu  tanışlıq  üçün  MK  Siyasi 
Bürosunun üzvlərinə göndərildi (13, f.268, s.26, iş 32, s.146). 
1921-ci  il  dekabrın  1-də  RK(b)P  MK  Siyasi  Bürosu  «Azərbaycanda 
kommunistlər arasında ixtilaflar haqqında» məsələni müzakirə edərək qərara aldı: 
a)
 
MK-nın 1921-ci il 15 və 17 oktyabr tarixli qərarı təsdiq olunsun. 
b)
 
Belə  hesab  edilsin  ki,  RK(b)P  MK-nın  xüsusi  icazəsi  olmadan 
Azərbaycan  MK-nın  və  hökumətinin  tərkibində  heç  bir  dəyişikliyə  yol  verilə 
bilməz. 
v)  Stalin  yoldaşa  tapşırılsın:  Moskvada  Xalq  Milli  İşlər  Komissarlığında 
Axundov və Hüseynov yoldaşlara elə bir iş versin ki, bu iş onları müxtəlif millətlər 
barəsində  RSFSR-in  ümumi  siyasəti  ilə  ən  yaxından  və  tam  həcmdə  tanış  etsin» 
(13, f.268, s.26, iş 32, s.147). 
RK(b)P 
MK-nın 
fraksiyaçılığı  qətiyyətlə  pisləyib,  Azərbaycan 
kommunistlərinin  fəaliyyət  proqramını  müəyyənləşdirən  qərarların  ziddinə  olaraq 
sol qrup pozuculuq işini davam etdirirdi. 
1921-ci  il  dekabrın  əvvəllərində  Bakı  Komitəsinin  Rəyasət  Heyəti  R. 
Axundovun məruzəsini dinləmək üçün Bakı Partiya Konfransı çağırmaq haqqında 
qərar qəbul etdi (59, 8.04.1990). 
Vəziyyətin  daha  da  kəskinləşməsinə  yol  verməmək    məqsədilə    MK-nın   
Qafqaz  Bürosu  konfransı təxirə salmağı, dedi-qodu və intriqa şəraiti yaranmasına 
bais olan Bakı Komitəsi təşkilat şöbəsinin müdiri Kraykovu geri çağırmağı qərara 
aldı. 
Bu,  solların  demaqoqcasına  çıxışlarının  yeni  kükrəyişinə  səbəb  oldu. 
Dekabrın  12-də  onlar  şəhər  partiya  komitəsinin  plenumunu  çağırdılar.  Plenum 
Qafqaz Bürosunun qərarı ilə razılaşmadı, onu «heç bir səbəb olmadan qəbul edilən, 
Bakı  təşkilatının  işini  ləngidən  yanlış  və  lüzumsuz  qərar»  hesab  etdi,  konfransın 
çağırılması  məsələsini  AK(b)P  MK  Siyasi  Bürosunda  müzakirəyə  qoymaq  və 

Qafqaz  Bürosunun  qərarının  ləğv  edilməsini  partiyanın  MK-dan  xahiş  etmək 
təklifini irəli sürdü (13, f.l, s.2, iş 18, s.159). 
RK(b) P MK-nın Təşkilat Bürosu bu məsələyə baxaraq, konfransın təxirə 
salınması  haqqında  Qafqaz  Bürosunun  qərarını  təsdiq  etdi.  Plenum  Moskvaya 
səfəri  və  MK  Siyasi  Bürosunun  iclaslarında  iştirakı  haqqında  R.  Axundovun 
məlumatını  dinlədi.  Məlumat  birtərəfli  idi,  MK-nın  Siyasi  Bürosunun  rəyini  əks 
etdirmirdi.  Axundov  dedi  ki,  M.  D.  Hüseynov  və  o,  Azərbaycanın  gerçəkliyinin, 
xüsusən Bakı gerçəkliyinin bütün vacib məsələlərini  işıqlandırmağa ümumən nail 
olmuşlar.  Onun  qeyd  etdiyinə  görə,  RK(b)P  MK-da  o  qədər  də  düzgün 
işıqlandırılmayan məsələlərə görə - müsəlmanlar arasında iş, partiyada təmizlənmə, 
Zaqafqaziya  respublikalarının  Federasiyası,  Azərbaycanda  və  Zaqafqaziyada 
millətçilik  təmayülü  məsələlərinə  toxunulmuşdur.  Lakin  Axundov  «solların» 
fraksiyaçılıq fəaliyyətini MK Siyasi Bürosunun pislədiyindən, partiyanın Mərkəzi 
Komitəsi  tərəfindən  Azərbaycan  partiya  təşkilatının  qarşısında  qoyulan  
vəzifələrdən bir kəlmə  də  danışmadı. R. Axundov 1921-ci ilin iyununda AK(b)P 
BK  katibi  seçilməsinə  baxmayaraq,  partiyadaxili  mübarizəyə  başı  qarışdığına, 
Moskva  və  Tiflisə  səfər  etdiyinə,  məzuniyyətdə  olduğuna  görə,  o  əslində  şəhər 
partiya komitəsinin katibi vəzifəsində işləməmişdir. Katibin vəzifəsini S. Qutin, M. 
Kaxiani  və  M.  Pleşakov  müvəqqəti  yerinə  yetirmişdilər  (13,  f.268,  s.26,  iş  32, 
s.148). 
R.  Axundov  Moskvaya  geri  çağırıldığı  üçün  Bakı  Komitəsi  katibi 
məsələsi  ortaya  çıxdı.  Partiya  təşkilatında  qeyri  sağlam  mənəvi-siyasi  iqlim 
yaranması  ilə  əlaqədar  olaraq  bu  məsul  vəzifəyə  elə  təcrübəli  siyasi  xadim  irəli 
çəkilməliydi  ki,  Moskvada  hazırlanmış  siyasi  xəttin  düzgün  yeridilməsini  təmin 
etməyə qadir olsun. 
Məntiqə  görə,  ən  yaxşı  namizəd  xeyli  təcrübəli,  o  zaman  nəzəriyyəçi  və 
publisist  kimi  tanınan  Sultan  Məcid  Əfəndiyev  idi.  Partiya  dairələrində  və  fəhlə 
mühitində  S.  M.  Əfəndiyevin  namizədliyi  irəli  sürülürdü.  Başqa  namizədlər  də 
vardı. 
Lakin yenə də «solların» mənsəbpərəstlik iddiaları üstün gəldi. 1921-ci il 
oktyabrın  24-də  Bakı  Komitəsinin  Rəyasət  Heyəti  «Bakı  Komitəsinin  katibi 
haqqında» məsələyə baxaraq qərara aldı: R. Axundov Moskvaya getdiyinə görə M. 
Kaxiani Bakı Komitəsinin katibi təyin olunsun, onu Bakıya ezam etmək haqqında 
Qafqaz Bürosunun qarşısında məsələ qoyulsun. Kaxiani gələnədək katib vəzifəsinə 
müvəqqəti  olaraq  Pleşakov  təsdiq  edildi.  AHİŞ  sədri  vəzifəsində  işləyən  L.  İ. 
Mirzoyanı  Bakı  Komitəsinin  katibi  vəzifəsinə  irəli  çəkməyə  geniş  hazırlıq 
başlandı.  1921-ci  il  dekabrın  27  də  keçirilən  şəhər  partiya  plenumu  qərara  aldı: 
«Mirzoyan yoldaş Bakı Komitəsinin daimi katibi təsdiq edilsin» (13, f.268, 
 
s.26, iş 
32,  s.  150-151).  Daimi  katib  ifadəsinin  özü  R.  Axundovun  şəhər  partiya 
komitəsinin  katibi  vəzifəsindən  açıq  aşkar  azad  edilməsi  demək  idi.  Yaranmış 
mürəkkəb  şəraitdə,  RK(b)P  MK  Siyasi  Bürosunun  Bakı  və  bütün  Azərbaycan 

partiya  təşkilatında işlərin  vəziyyətinə verdiyi siyasi qiymətdən, bütün bu biabırçı 
vəziyyətdən,  qarışıqlıqdan  sonra  L.  Mirzoyanı  Bakı  Komitəsinin  katibi  təsdiq 
etmək nəinki düzgün və  məqsədəuyğun deyildi,  həm də  son dərəcə  təəccüblü bir 
addım  idi.  Mirzoyan  Bakı  partiya  təşkilatında  yaranmış  vəziyyətin 
səbəbkarlarından  biri  idi.  Lakin  paytaxt  şəhər  partiya  komitəsinə  katib  tövsiyə 
etmək  məsələsi  kimi  olduqca  mühüm  bir  məsələnin  həllində  AK(b)P  MK  və 
Qafqaz Bürosu lazımi prinsipiallıq göstərmədilər. 
1922-ci ilin aprelində R. Axundov Bakıya qayıtdı. Moskvada qısa müddət 
qalsa  da,  az  təcrübə  qazanmamışdı.  R.  Axundov  X  Ümumbakı  partiya 
konfransında  (aprel  1922-ci  il)  dedi  ki,  Moskvada  milli  siyasət  məsələlərini 
öyrənməyə  çalışmışdır:...  «türk  mətbuatı  ilə,  ümumən  müsəlmanlar  arasında  işlə 
bağlı məsələlərdə çox vərdiş qazanmağa müvəffəq oldum» (13, f.268, s.26, iş 32, 
s.151). 
Belə  qənaətə  gəlmək  olar  ki,  Azərbaycanın  bolşevik  rəhbərliyində  baş 
verən  ixtilaflar  və  daxili-siyasi  çəkişmələr  yeni  yaranmış  dövləti  möhkəmlətmək, 
yeni  iqtisadi  siyasətin  vəzifələrini  həyata  keçirmək  əvəzinə  cılız  siyasətbazlıqla, 
demaqogiya  ilə  partiya  və  dövlət  orqanları  arasında  münasibətlərin  pisləşməsinə, 
partiyanın nüfuzunu və rəhbər rolunu zəiflətməsinə gətirib çıxardı. 
Respublika  rəhbərliyində  ixtilaflar  dövlət  idarəçiliyinin  bütün  sahələrinə 
təsir  etdiyindən  Azərbaycan  SSR-nin  iqtisadi-siyasi  vəziyyəti  ilə  yanaşı, 
cəmiyyətin mənəvi durumu da potensial inkişaf səviyyəsindən geri qalırdı. 
Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin