AZƏrbaycan öLKƏ ÜZRƏ gender qiYMƏTLƏNDİRİLMƏSİ Asiya İnkişaf Bankı


Çərçivə 1. Qadın biznes şəbəkələrinin əhəmiyyəti



Yüklə 89,48 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix22.04.2017
ölçüsü89,48 Kb.
#15612
1   2   3   4   5   6   7   8   9   10   ...   17

Çərçivə 1. Qadın biznes şəbəkələrinin əhəmiyyəti
Qadın biznes şəbəkələrinin yaradılması Azərbaycanda xüsusilə əhəmiyyətlidir, çünki burada 
qadınların  cəmiyyətdə  rolu  ilə  əlaqədar  ənənəvi  fikirlər,  rəftar  və  münasibətlər  ölkənin 
mədəniyyəti və tarixində dərin köklər buraxmışdır. Əlverişsiz sosial mühit kişilərin üstünlük 
təşkil etdikləri sektorda, məsələn manufaktura sektoru və ya əsas istehlak bazarında fəaliyyət 
göstərməyə çalışan qadınlara xüsusilə çox təsir edir.
- Sayalı Səfərova, Prezident, “Memar SS”, Azərbaycan 
Mənbə: BMTAİK 2002: 95


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
Azərbaycanda qadın sahibkarlığı və KOM üçün şəraitin yaradılması gender xarakterli 
maneələrin aradan qaldırılmasını və məqsədyönlü müdafiənin təmin olunmasını tələb edəcək. 
Qadınlara şəbəkələrə (ticarət və biznes assosiasiyaları) qoşula bilmək, informasiya və təlimat 
almaq, eləcə də öz bizneslərinin maliyyələşdirilməsinə yardım, o cümlədən, məsləhətlər və 
vəkil  xidmətərindən  istifadə  etmək,  kredit  ala  bilmək  şərtlərini  yaxşılaşdırmaq,  biznesdə 
partnyor tapa bilmək, və bazara yol tapmaq lazımdır. Lakin qadın sahibkarlığı üçün müvafiq 
iqlimin  yaxşılaşdırılması  diqqəti  bank  və  kiçik  biznes  sektorunun  özünə  və  qadınların 
fəaliyyətini stimullaşdıran və dəstəkləyən əlverişli mühit yaradılmasına yönəltməlidir.
D. 
Kənd iqtisadiyyatının gender ölçüləri
Kənd təsərrüfatı Azərbaycanın iqtisadiyyatında mərkəzi rol oynayır. 2003-cü ildə
 
bu 
sektor ölkənin ümumi istehsalının 14%-ni (ümumi ixracatın 6,5%-ni) və işçi qüvvəsinin 41%-
ni təşkil edirdi; lakin zəhmət haqqı orta aylıq nominal əmək haqqının yalnız 27%-i qədər idi.
8
 
Kənd yerlərində əhalinin 90%-dən çoxunun torpağı var və onlar kəndli təsərrüfatçılığı ilə 
məşğul olurlar. Sovet İttifaqı dağıldıqdan sonra kənd təsərrüfatında istehsal sürətlə azaldı və 
1991-1995 -ci illər ərzində 50%-ə endi və yalnız 1997-ci ildə torpaqların özəlləşdirilməsi və 
bazaryönlü istehsalın artırılmasına dair islahatların qəbul edilməsi, sərbəst bazar qiymətləri 
və  kredit  verilməsi  və  ticarət  siyasətlərinin  liberallaşdırılmasından  sonra  yenidən  inkişaf 
etməyə başladı. Hazırda kənd təsərrüfatı, neftdən sonra, ölkənin ən böyük iqtisadi sektorudur 
(Dünya Bankı, 2004a: 2).
Hazırki YAİİDP qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verir, xüsusilə də 
kənd yerlərində; bu, yoxsulluğun azaldılması və Bakı ilə digər bölgələrin həyat standartları 
arasındakı  fərqin  aradan  götürulməsi  strategiyasıdır.Kəndlərin  İnkişafı  Strategiyasının 
hazırlanması  kontekstində  Hökumət  diqqəti  geniş  miqyasda  ilkin  islahatlara  yönəldib: 
bunlar  torpaq  islahatları,  o  cümlədən,  təsərrüfatçıların  əmlakdan  istifadə  edə  bilmə 
imkanlarının  yaxşılaşdırılması  (ev  heyvanları,  avadanlıq),  keyfiyyətli  toxumlar  və  gübrə 
ilə təchiz edilmələri, müqavilələrin uzadılması, təlimat və kredit şərtləridir. YAİİDP kənd 
infrastrukturundan  yararlanmaq  və  onun  keyfiyyətini  yaxşılaşdırmaq  təşəbbüslərini  də 
dəstəkləyir, çünki bu, kənd əhalisinin yaşayış standartlarını yaxşılaşdırmağa və inkişaf edən 
özəl sektorun fəaliyyətinin təməlini qoymağa imkan verən mühüm vasitədir. Sosal-iqtisadi 
inkişafın artırılması sahəsində tədbirlərə dair Prezident Fərmanı və Regionların Sosial-iqtisadi 
İnkişafına dair Dövlət Proqramı (2004-2008-ci illər) kənd yerlərində və kiçik rayonlarda 
regional inkişafa dair çox əhatəli tədbirlər hazırlanmasını tələb edir; buraya infrastrukturun 
yaxşılaşdırılması və məişət xidmətlərinin təmin edilməsi də daxildir. 
İslahatlar  prosesinin  bir  çox  sahələrində  əsaslı  irəliləyişlər  qeydə  alınsa  da, 
Azərbaycanın kənd yerlərində yoxsulluq problemi hələ də çox kəskin olaraq qalır. YAİİDP-
nın 2003/2004-cü illərdə İcra Hesabatında deyilir ki, 2003-cü ildə şəhərlərdə yoxsulluğın 
həddi kənd yerlərinə nisbətən aşağı olub (şəhərdə 44,1%, kəndlərdə 45,3%) (Azərbaycan 
Respublikası,  2005a:  27).  Bu  keçid  narahatlıq  doğurur  və  onun  səbəbləri  diqqətlə 

Məsələn, 2003-cü ilin dekabrında orta aylıq maaş olan 415 836 AZM-la müqayisədə kənd təsərrüfatı 
sektorunda     2003-cü ildə orta nominal aylıq maaş 115 691 AZM idi. DSK 2005.


İqtisadi inkişaf və artımın gender ölçüləri
öyrənilməlidir. Yuxarıda qeyd edildiyi kimi, kənd yerlərində yoxsulluğun həddi regionlar 
üzrə xeyli fərqlidir, məsələn, Naxçıvan və Şirvan bölgələrində yoxsulluq çox yüksək, Şəki-
Zaqatala və Lənkəranda isə xeyli aşağıdır. Hazırda kəndlərdə ailə başçiları kişi və ya qadın 
olan ailələr üzrə yoxsulluq həddinə dair hər hansı bir məlumat yoxdur; bu sahədə hələ də 
araşdırılmağa və təhlil edilməyə ehtiyac duyulur.
Şəhərlərdə olduğu kimi, kənd yerlərində də qadınlar islahatların ən pis təsirini öz 
üzərlərində hiss ediblər. Məsələn, daha çox qadınların işlədiyi keçmiş dövlət təsərrüfatları 
və kolxozlar qadınlar, uşaqlar və yaşlılar üçün böyük əhəmiyyət daşıyan yardım xidmətlərini 
əhatə  edən  tam  bir  infrastruktura  malik  idi.  Bunlar  başlıca  olaraq  qadınların  idarə  etdiyi 
uşaq  bağçaları,  məktəblər,  xəstəxanalar,  kitabxanalar  və  digər  xidmət  sahələri  idi.  Keçid 
və islahatlar nəticəsində bu sosial infrastruktur və onun təmin etdiyi müdafiə xidmətləri, o 
cümlədən uşaqlara dövlət qayğısı, dağıldı. Nəticədə xeyli qadın iş yerlərini itirdi. Formal 
sektorda  işlərinin  itirilməsi  və  sosial  xidmətlərdən  (məsələn,  uşağa  qayğı  xidmətlərinin 
olmaması  ilə  onlar  formal  sektorda  işləmək  imkanlarını  da  itirirdilər)  məhrum  olmaqla 
üzləşən qadınlar evlərinə qayıtmalı oldular, burada isə onların ənənəvi qayğıya qalmaq və 
evə baxmaq rollarını önə çəkən ənənəvi dəyərlər və münasibətlər yenidən baş qaldırdı.
Bu meyllərin çoxu indi də davam edir. Hazırda kənd təsərrüfatı ilə məşğul olan 41% 
iqtisadı cəhətdən fəal əhalinin 20%-nin qadın olmasına baxmayaraq, son on ildə bu sektorda 
işləyən  qadınların  sayı  azalıb.  DSK-nin  verdiyi  məlumatlara  əsasən,  1990-cı  ildə  kənd 
təsərrüfatında çalışanların 48,6%-i qadın idi isə, 1998-ci ildə bu rəqəm 30,6%-ə düşmüşdü 
(Diaqram 2). 2004-cü ilə qədər kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında çalışanların 
ümumi sayının yalnız 22,3%-i qadın idi, və bu da 1999-cu ildəki 27%-dən aşağı düşmüşdü (o 
vaxtdan DSK bu üç sektordan alınan məlumatları birləşdirməyə başlamışdı). Bu o deməkdir 
ki, söhbət yalnız son on ildə formal kənd təsərrüfatı sektorunda çalışan qadınların sayının 
kəskin surətdə azalmasından getmir, həm də bu azalma davam edir. Kənd təsərrüfatında kişi 
və qadınların əmək haqqları barədə məlumat almaq mümkün deyil; bu məlumat çatışmazlığı 
çox mühüm faktdır və bu məsələyə baxılmalıdır.
Diaqram 2: Kənd təsərrüfatı sektorunda qadın işçilər, 1990—2003 (%-lə)
Mənbə: DSK 2005.

0
 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
1990-cı ilin əvvəllərində Azərbaycan kəndlərinin infrastrukturdan yararlana bilmək 
imkanı nisbətən yüksək həddə idi. Lakin bir vaxtlar kənd təsərrüfatında təchizat məsələləri 
üçün və kənd yerlərində infrastrukturun saxlanması üçün məsuliyyət daşıyan sovxozların 
və kolxozların dağılması və bu təsərrüfatların qeyri-bərabər paylanması kənddə xidmətlər 
və infrastruktur sahəsində sürətli tənəzzülə gətirib çıxartdı. Bu da kənd yerlərində yaşayan 
4  milyon  insanın  (əhalinin  50%-i)  həyat  standartlarının  aşağı  düşməsi  ilə  nəticələndi. 
Dünya Bankının Kəndə Sərmayə qoyulması Layihəsinin (2004-cü il) bu yaxında keçirdiyi 
Sosial  Qiymətləndirməsi  aşkara  çıxartdı  ki,  kəndlərdə  yoxsulluq  çox  geniş  yayılsa  da, 
əhalinin  nisbətən  yaxşı  dolandığı  ərazilərdə  infrastruktur  şərait  və  sosial  xidmətlər  daha 
yaxşı  vəziyyətdədir.  Belə  vəziyyət  əsas  infrastrukturlarda,  məsələn,  yollar,  enerji  və  su 
təchizatında,  eləcə  də  sosial  infrastrukturlarda,  yəni  məktəblərdə  və  səhiyyə  xidməti 
sahələrində mövcuddur.
Beləliklə, daha yoxsul icmalar bazara çıxmaqda əlavə maneələrlə üzləşirlər, çünki 
yoxsul infrastruktur şəraiti üzündən, varlı təsərrüfatlara nisbətən, onların istehsal xərcləri 
daha yüksəkdir (Dünya Bankı 2004a: 66). Lazımi sanitariya şəraitinin olmaması, təhlükəsiz 
içməli su çatışmazlığı, bazar mərkəzləri, səhiyyə xidmətləri kimi dövlət müəssisələrinin azlığı 
yoxsul kəndli qadınlara qeyri-proporsional surətdə təsir edir və onların ailənin ehtiyaclarını 
ödəmək üçün sərf etməli olduqları iş yüklərini çoxaltmaqla vaxtlarını əlindən alır; nəticədə 
onların digər əlverişli işlərlə məşğul olmaq imkanları da azalır. Dövlətin uşaqlara və yaşlılara 
qayğı göstərməli olan təsisatlarının itirilməsi üzündən, qeyri-formal sektorda pul qazanmaqla 
məşğul olan qadınların üzərinə uşaqlara və yaşlılara baxmaq məsuliyyəti də əlavə olunub. 
Üstəlik də, ailə başçısı olan qadınlar kişilərə nisbətən daha az hallarda torpaq sahibi 
olurlar və onlar daha kiçik ölçülü sahələr əldə etməyə meyl edirlər. Özlərinin torpaq sahibi 
olduqlarını elan edən kişi ailə başçılarının 66,4%-i üçün torpağın ölçüsü orta hesabla 70,3 
sot (100m² və ya 0,01 hektar [ha]) idi; müqayisə üçün: 55,7% qadın ailə başçıları üçün bu 
rəqəm 46,6 sot idi. Həm qadınlar, həm də kişilər üçün əsas torpaq növü həyətyanı sahədən 
ibarət olurdu və əvvəllər onlar bu torpaqdan tarazlaşdırılmış şəkildə şəxsi istehlak məqsədilə 
(qadınlar 41,1%, kişilər üçün 41,6%), istehlak və bazar məqsədilə (qadınlar 47,3%, kişilər 
50,6%) istifadə edirdilər. Yalnız 1,5% qadın və 1,9% kişi torpaqdan sırf bazar məqsədləri üçün 
istifadə edirdilər və bununla da yardımçı təsərrüfatın kənddə orta təsərrüfatçının gündəlik 
yaşayışını təmin etməkdə çox mühüm rol oynadığı vurğulanırdı (DSK 2004b: 189).
Bu neqativ təsirlərin qeyd edilməsi kənd təsərrüfatı siyasətində və proqramlarında 
sistematik gender təhlilinin aparılmamasını göstərir. 2002-2015-ci illərdə bu sektorun əsas 
problemlərini, eləcə də Hökumətin siyasət və strategiyalarını nəzərdə tutan Kənd təsərrüfatı 
sektoru və onun əsas inkişaf yolları adlı siyasi sənədində gender problemlərinə müraciət 
edilmir,  baxmayaraq  ki,  hökumətin  siyasətində  təsvir  edilən  bir  çox  sektorlar,  məsələn, 
təsərrüfatçılığın inkişafı, dənli bitkilər istehsalı, heyvandarlıq, və ərzaq hazırlığı sahələrində 
əsasən çox sayda qadın işləyir. Bu siyasətdə qadının ailəni ərzaqla təmin etməkdə başlıca 
rol oynaması da qeyd edilməyib. Bir sözlə, siyasətçilərin çoxu kənd təsərrüfatı ilə məşğul 
olanların  çoxunun  qadın  olmasını  bilsələr  də,  siyasət  səviyyəsində  gender  məsələlərinə 
diqqət  yetirilməyib,  və  nəticədə  qadınların  kənd  təsərrüfatçılığında  əməyi  düzgün 


İqtisadi inkişaf və artımın gender ölçüləri
qiymətləndirilməyib və inkişafın planlaşdırılması və həyata keçirilməsi proseslərində onların 
spesifik ehtiyacları qətiyyən nəzərə alınmayıb.
Hazırda  Kəndlərdə  Qadınlar  üçün  Maldarlığın  İnkişaf  Layihəsini  həyata  keçirən 
Dağ  və  Dağlıq  ərazilərdə  Kəndlərin  İnkişaf  Proqramı  çərçivəsində  gender  məsələlərinə 
toxunan bəzi pozitiv addımlar atılır. Layihə dağlıq ərazilərdə qadınlara kömək məqsədilə 3 
il müddətinə daxili kredit (yəni kəndli təsərrüfatlarına boğaz malqara verməklə) verilməsi 
yollarını  axtarır.  İlkin  olaraq,  layihənin  nəticələri  ümidvericidir  və  bu  nəticələr  hədəf 
qrupunda gəlirlərin artmasını göstərir. Bu gün bu, Azərbaycanda kənddə qadın fermerlərin 
problemlərinə yönəlmiş əsas layihədir. 
E. 
Sosial müdafiə proqramları
Sovet İttifaqının sona yetməsi dövlət tərəfindən təmin edilən bir sıra sosial müdafiə 
xidmətlərinin  də  -  məsələn,  tibbi  yardım,  uşaqların  doğulması  ilə  əlaqədar  təminatlı 
məzuniyyət, uşağa qayğı mərkəzləri və çox böyük təqaüd sistemi - azaldı. Bir çox qadın 
üçün bu yardım sisteminin dağılması yalnız onların real gəlirlərinə əlavə olunan çox böyük 
sosial müdafiə köçürülmələrinin itirilməsi demək deyil; bu, həm də keçmiş dövlətin bir çox 
məsuliyyətinin ailənin üzərinə düşməsidir ki, burada da işin coxu qadınların öhdəsindədir. 
Azərbaycanda hazırda sosial müdafiə sistemi iki əsas komponent üzərində qurulur: 
qocalıq, xəstəlik, əlillik və işsizliklə əlaqədar məcburi sığortanı təmin edən sosial sığorta 
sistemi;  və  sosial  müdafiəsi  olmayanlara  və  yoxsullara  ünvanlanmış  vergi  ödəyiciləri 
hesabından  maliyyələşdirilən  nəğd  pul  yardımları.  Prinsipcə,  birinci  komponent  sosial 
təhlükələri azaltmağa kömək edir, ikincisi isə yoxsulların və sosial müdafiəsi olmayanların 
çətinliklərin  öhdəsindən  gələ  bilmək  imkanlarını  artırır.  Sosial  müdafiə  proqramlarına 
büdcədən ayrılan vəsaitin hazırki həddi 1995-ci ildən bəri 5% və 6% olub (Dünya Bankı 
2003: 107).
Bu  proqramlar  müəyyən  qruplar  arasında  yoxsulluğun  səviyyəsinin  artmasının 
qarşısını  almağa  kömək  edə  bilərdi,  lakin  onların  məhdud  ölçüləri  və  miqyası,  eləcə  də 
maliyyə  yardımı  üçün  çox  az  pul  ayrılması  son  dərəcə  yoxsul  olanların  ehtiyaclarını 
ödəmək üçün kifayət etmir. Məsələn, 2003-cü ildə orta nominal təqaüdün miqdarı yoxsulluq 
həddinin 67% olduğunu nümayiş etdirirdi, qocalığa, əlilliyə və ailə başçısının itirilməsinə 
görə təqaüdlər üçün yoxsulluq həddi, müvafiq olaraq, 69%, 74%, və 52% idi. Bundan əlavə, 
əlilliyə  görə  təqaüddən  başqa,  bütün  qalan  təqaüdlərin  həcmi  (ayda  124,137 AZM)  ifrat 
yoxsulluq həddindən də aşağı idi (Azərbaycan Respublikası 2005a: 33-34). 
Dünya Bankının son qiymətləndirməsində (2003) belə bir nəticə əldə edilmişdi ki, 
dəqiq bir poqramın olmamasına görə ümumi sosial müdafiə xərcləri yoxsulluğun azaldılması 
işinə əsaslı surətdə təsir edə bilmirdi (Azərbaycan Respublikası 2004a: 108). Bundan əlavə, 
qiymətləndirmə aşkara çıxarmışdı ki, sosial müdafiə müavinətləri (məsələn, uşaq pulu) çox 
azdır və yoxsulların istehlak xərclərindəki çatışmazlığı azalda bilmir və bütün sosial müdafiə 
müavinətləri verildikdən sonra da yoxsullar 2001-ci ildə əhalinin 49,6%-ni təşkil edirdilər. 


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
Bununla belə, təqaüdlər əhalinin beşdə birindən çox hissəsi üçün, o cümlədən, qadınlar 
üçün əsas gəlir mənbəyidir və olacaq. 2003-cü ilin ETBM-ə əsasən, bu müavinətlər tələbə 
təqaüdləri və sosial ödəmələrlə bir yerdə əhalinin 19,5%-i üçün əsas gəlir mənbəyini təşkil 
edir. Əhəmiyyətlidir ki, şəhər əhalisi üçün təqaüdlər dövlət sektorunda maaşlı işdən sonra 
(22%), gəlir mənbəyi baxımından ikinci yerdə durur (16,2%), eləcə də kənd əhalisi üçün 
hər hansı bir fərdi yardımçı işdən sonra (33,7%) təqaüdlər ikinci gəlir mənbəyidir (19,3%).

 
Gender göstəricilərinə görə isə sorğuda iştirak edən qadınların 9,5%-i, kişilərin isə 5,5%-i 
üçün təqaüdlər əsas gəlir mənbəyidir. 
Təqaüdlər tarixən qadınlar arasında yoxsulluğun qarşısının alınması işində çox böyük 
əhəmiyyətə malik olub, və keçmiş Sovet İttifaqı da bu işdə istisna deyildi. Sovet təqaüd 
sisteminə əsasən qadınlara əmək fəaliyyətindən əlavə, uşaqları olmasına görə də üstünlük 
verilirdi, 20 il iş staji olan qadınlar 55 yaşında (kişilər üçün təqaüdə çıxmaq yaşından 5 il 
əvvəl) təqaüdə çıxa bilərdilər; və hansı yaşda təqaüdə çıxmasından asılı olaraq, maaşların 55-
85%-i ödənilirdi. Qadınlar daha çox yaşamağa meylli olduqlarından və rəsmən çox da böyük 
əmlaka sahib olmadıqları üçün təqaüdlər çoxları üçün ömürlərinin son 15 ilində başlıca gəlir 
mənbəyi olurdu (Castel and Fox n.d.: 1). Bundan əlavə, qadın və kişilərin müxtəlif əmək 
tarixləri və qadınların daha az qazanan olması ehtimalı və daha qısa və arası kəsilən əmək 
karyerası (məsələn, hamiləliklə, uşaq böyütməklə əlaqədar) belə düşünməyə əsas verir ki, 
təqaüd hüquqlarını müavinətlərlə bağlayan islahatlar qadınlara qarşılıqlı surətdə təsir edə 
bilərdi.
F. 
Tövsiyələr
Aşağıda formal və qeyri-formal əmək bazarına, sahibkarlıq və kredit məsələlərinə, 
kənd iqtisadiyyatına və sosial müdafiəyə dair bəzi tövsiyələr verilir:
a.   
Əmək bazarı və qeyri-formal sektor

Bərabər  iş  imkanları,  cins  zəminində  xoşagəlməz  hallar,  işə  düzələrkən  ayrı-
seçkiliyə  yol  verilməsi  hallarına  dair  qanunvericilik  yaradılmalı,  və  bərabər 
imkanlar  yaradılması  və  gücləndirilməsi  işini  həyata  keçirmək  üçün  effektiv 
komitələr və institutlar təşkil edilməlidir.

Qadınların mülki xidmətlərdə sürətlə irəli çəkilmələrinə imkan yaradan siyasi 
öhdəliklər götürülməli və onların həm mərkəzi idarələrdə həm də bələdiyyələrdə 
orta/yüksək vəzifələrə təyin edilmələri qarşıya məqsəd kimi qoyulmalıdır.

Struktur və hüquq maneələrini, o cümlədən işdə gender bərabərliyinə stereotip 
münasibətləri aradan qaldırmaq üçün tədbirlər görülməli, işə götürərkən genderə 

Burada “öhdəsində olan” anlayışı istisna edilir; bu anlayışla bütün şəhər əhalisinin 29%-i üçün 
gəlir mənbəyi təmin olunur. Maraqlıdır ki, kənd əhalisi arasında özlərini “öhdəsində olan” hesab edənlərin 
sayı bundan iki dəfə azdır (15,6%). Belə hal kənd qadınlarının şəhərdəkilərə nisbətən rəsmi məşğulluq 
səviyyəsinin daha yüksək olması (41,1%-ə nisbətən 45%) və eləcə də, kənd qadınları arasında qeyri-formal 
iqtisadi fəallığın daha çox olması ilə əlaqədar ola bilərdi.


İqtisadi inkişaf və artımın gender ölçüləri
qərəzli yanaşma hallarına, iş şəraitinə, vəzifədə fərqləndirilməyə, sosial müdafiə 
müavinətləri məsələsində ayrı-seçkiliyə, qadınların peşə ilə əlaqədar sağlamlığı 
və  təhlükəsizliyi  məsələlərinə  və  qeyri-bərabər  karyera  imkanlarına  müraciət 
edilməlidir. 

İşsiz qadınları nəzərdə tutan peşə hazırlığı (təkmilləşdirmə) proqramları həyata 
keçirilməlidir. 

Qadınların  uşağa  qayğı  məsuliyyətləri  tanınmalı  və  buna  cavab  olaraq  qadın 
işçilərə uşaq saxlamaq xərclərinin öhdəsindən gəlməkdə kömək edilməlidir. 

Qadın  işçilərin  mərkəzi/  bələdiyyə  hökumət  strukturlarında  peşə/idarəetmə 
bacarıqlarını inkişaf etdirməyə yönəlmiş proqramlar hazırlanmalıdır. 

Gender zəminində baş verən əyintiləri, o cümlədən qadınların/kişilərin qeyri-
fəallıq səviyyəsini və müasir qeyri-leqal əmək mühacirliyinin miqyasını və bu 
mühacirliyin zaman/gəlir və digər baxımdan təsirini daha yaxşı başa düşmək üçün 
(formal və qeyri-formal) bazar sahəsində araşdırmalar davam etdirilməlidir.

Əmək bazarındakı tələbatı müəyyən etmək üçün iş sahibləri arasında ətraflı sorğu 
aparılmalı və qadın və kişilər üçün müvafiq peşə hazırlığı və digər proqramlar 
hazırlanmalıdır.
b.   
Sahibkarlıq və kredit

Diqqəti  maneələrin  müəyyən  edilməsinə  və  onların  öhdəsindən  gəlmək 
strategiyalarına yönəltməklə qadınların KOM-da az iştirak etmələrinin səbəbləri 
araşdırılmalıdır.

Qadınlar üçün biznes hazırlığı proqramları və müdafiə xidmətləri təşkil etməklə 
onların  KOM-da  iştirak  etmələri  dəstəklənməli,  bank  xidmətləri  vasitəsilə  və 
ya başqa bir yolla, xüsusi maliyyə məsləhət xidmətlərinin və kredit şəraitinin 
yaradılması  yolu  ilə  qadınların  maliyyə  imkanları  yaxşılaşdırılmalı,  kənd 
qadınlarının kredit xidmətlərindən effektiv surətdə istifadə edə bilmələri üçün 
kredit prosesləri sadələşdirilməli, qadınlar üçün yeni əlverişli fəaliyyət sahələrinə, 
yəni kənd təsərrüfatı məhsullarının emal edilməsi və bazara çıxarılmasına yol 
açan kənd təsərrüfatı kredit proqramları hazırlanmalıdır. 

Qadınların torpaq, ev heyvanları və təsərrüfat avadanlığı kimi əmlak, toxum və 
gübrələr,  əməyi  yüngülləşdirən  texnologiya,  nəqliyyat  və  müxtəlif  xidmətlər, 
kənd təsərrüfatında təbliğat xidməti və təlim kurslarından istifadə edə bilmək 
imkanlarını  artırmaqla  onların  kənd  sektorunda  rəsmi  rolu  gücləndirilməlidir. 
Buraya aqrobiznes sahibkarlığında qadınların bacarıqlarının inkişaf etdirilməsinə 
yönəlmiş təlimlər, təbliğatın və satış bazarının dəstəklənməsi də daxildir.
c.   
Kənd iqtisadiyyatı

Kənd  təsərrüfatı  siyasətinə  dair  bəyanatlarda  qadınların  fəaliyyətləri; 
məhsuldarlıqları;  resurslardan,  vəsaitlərdən,  müdafiə  xidmətlərindən  və  satış 
bazarından istifadə etmək imkanlarına dair strategiyalar aydın şəkildə müəyyən 
edilməlidir. 


Torpaq  islahatı  prosesinin  gender  məsələlərinə  təsiri,  o  cümlədən,  qadınların 
torpağa  nəzarətinə  dair  qanunla  təsdiq  edilmiş  hüququn  əsl  vəziyyətinin 
qiymətləndirilməsinin ciddi monitorinqi keçirilməlidir. 

Kənd  Təsərrüfatı  Nazirliyinin  və  digər  əlaqədar  Nazirliklərin  bütün  proqram 
və  layihələrinin  planlaşdırılması,  tətbiq  edilməsi  və  qiymətləndirilməsi 
mərhələlərində qadınların iştirak etmələri bir hədəf kimi qarşıya qoyulmalıdır.

Torpaqla əlaqədar bütün məlumat bazalarının cins baxımından ayrı-ayrı olmasına, 
qadınların  torpaq  hüquqlarının  həm  qadınlar,  həm  də  kişilər  tərəfindən  aydın 
şəkildə tanınmasına və başa düşülməsinə (məsələn, informasiya və şüurluluğun 
artırılması strategiyaları vasitəsilə), torpaq qeydiyyatı prosedurlarının asan və 
qadınların  tələblərinə  cavab  verən  olmasına  və  qadınların  torpaq  problemləri 
ilə  əlaqədar  sənədləri  almalarına  və  onları  başa  düşmələrinə  təminat 
yaradılmalıdır. 

Mövcud makro- və mikro-kənd təsərrüfatı siyasətlərinin (o cümlədən, struktur 
tənzimləmə siyasətinin) başlıca olaraq torpaqsız, ucqar, kiçik və ailə başçıları 
qadın olan ev təsərrüfatlarından çıxmış qadın-fermerlərə təsirinə dair araşdırmalar 
aparılmalı  və  bunların  qadınlara  pis  təsir  etməsi  müəyyən  edildiyi  hallarda 
siyasətlərə yenidən baxılmalıdır. 
d.   
Sosial müdafiə proqramları

Qəbul edilməlidir ki, sosial müdafiə proqramları gender neytral deyil və gəlirlə 
əlaqədar şoklar kişilərə və qadınlara fərqli şəkildə təsir edəcək.

Sosial müdafiə proqramlarında bütün islahatlar və edilən təkliflər ciddi gender 
təhlilinə əsaslanmalı və kişilərin və qadınların fərqli ehtiyacları nəzərə alınmalıdır; 
bu təkliflərin qadınlara münasibətdə ayrı-seçkiliyə yol verilməməsi və qadınlara 
zərər vurmayacağı təmin edilməlidir. 

Həm  sosial  müdafiə  siyasəti,  həm  də  inkişaf  proqramı  kontekstində  ən  zəif 
qruplar (ailə başçısı olan yoxsul qadınlar, tək valideynlər) müəyyən edilməli və 
bu  qrupları  müdafiə  etmək  üçün  müvafiq  təhlükəsizlik  şəbəkələrinin  mövcud 
olması təmin edilməldir.

 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan

5-ci fəsil 
 
Yüklə 89,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin