AZƏrbaycan öLKƏ ÜZRƏ gender qiYMƏTLƏNDİRİLMƏSİ Asiya İnkişaf Bankı


İnsan inkişafının gender ölçüləri



Yüklə 89,48 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix22.04.2017
ölçüsü89,48 Kb.
#15612
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

İnsan inkişafının gender ölçüləri 
A. 
Təhsildə gender problemləri
Müstəqillik  dövründə  Azərbaycana  bütün  səviyyələrdə  yüksək  ixtisaslı  böyük 
müəllim heyətinə malik təhsil müəssisələri şəbəkəsindən ibarət kifayət qədər inkişaf etmiş 
təhsil sistemi miras qalıb. 1989-cu ildə keçirilən siyahıyaalma göstərdi ki, əhalinin ümumi 
savadlılıq  səviyyəsi  99,6%-dir;  bu  dövrün  statistikası  müsbət  tərəfə  artırılmağa  meyilli 
olsa da, hamı razılaşırdı ki, təhsil universal təhsilə çox yaxındır. 15 yaşına çatmış uşaqların 
təxminən hamısı cinsindən, yerləşdiyi ərazidən və ya gəlir səviyyəsindən asılı olmayaraq, 
təhsil müəssisələrinə cəlb edilmişdi. 
1990-cı  illərin  əvvəllərindən  bəri  nailiyyətlərin  səviyyəsinin  aşağı  düşməsi, 
məktəbə cəlb olunan uşaqların rəsmi sayı ilə məktəblərə gələnlərin sayı arasındakı böyük 
fərqlər,  müəllimlərin  çox  aşağı  maaşları  və  yüksək  dərəcədə  müəllim  axını  və,  nəhayət, 
məktəb  infrastrukturunun  dağılması  faktlarına  baxmayaraq,  Azəbaycan  özünün  əvvəlki 
təhsil göstəricilərini saxlamağa çalışır. Bundan əlavə, bir çox valideyn qeyri-rəsmi təhsil 
xərclərinin artmasını təsdiq edirlər; bunlar, adətən, həm dərs materialının əsaslı öyrənilməsi 
və dərsdən əlavə məşğələlər, məktəb gəzintiləri və bəzi hallarda, uşaqlarına daha çox diqqət 
yetirilməsi üçün müəllimlərə və məktəblərə verilən əlavə ödəmələr şəklində həyata keçirilir. 
Belə  qiymətlər  varlılardan  fərqli  olaraq,  yoxsulların  üzərinə  ağır  yük  qoyur.  Son  on  ildə 
hökumətin  təhsil  sektoruna  ayrılan  xərcləri  əhəmiyyətli  dərəcədə  azaltması  (1990-cı  ildə 
ümumi illik istehsalın 7,7%-dən 2004-cü ildə 3,5%-ə qədər) məktəb sisteminə çox pis təsir 
edib və mövcud çətinliklərin yaranması üçün əsas faktor olub (Diaqram 3). 
Diaqram 3. Dövlətin təhsil sektoruna ayırdığı xərclər, ÜDM-ə nisbətdə %-lə, 1990-2004
Mənbə: DSK: rəqəmlər sorğuya əsasən təqdim edilib. 
Azərbaycanda təhsil sektorunda bu və ya digər xüsusiyyətlərin qiymətləndirilməsində 
əsas problem ümumiyyətlə etibarlı statistikanın və xüsusilə də cinslər üzrə ayrıca məlumatın 


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
və göstəricilərin məhdud olmasıdır. Bundan əlavə, Azərbaycan Hökumətinin – UNICEF-in 
Baş Əməliyyat Planında göstərildiyi kimi (2000-2004-cü illər), həm davamiyyətlə büdcə 
ayırmaları arasında əlaqənin olması, həm də valideynlərin uşaqlarının məktəbə getməmələri 
və məktəbi atmaları barədə xəbər vermək istəməmələri üzündən əldə edilən məlumatların 
özlərində təhriflərə yol verilə bilər (UNICEF 2002: 8). Təhsil sistemi üzrə gender statistikasının 
toplanması və istifadə edilməsi işinin genişləndirilməsi sahəsində böyük səylər göstərilsə də, 
effektiv siyasət və proqramların hazırlanması və tətbiq edilməsi üçün yeni səylər (o cümlədən 
nailiyyətlərin səviyyəsində gender qiymətləndirilməsinə yönələn səylər) tələb olunur. 
Hazırda Azərbaycanda mövcud olan təhsil sistemi üç məktəb mərhələsini nəzərdə 
tutan 11 ildən ibarətdir: ibtidai təhsil (1-4-cü siniflər, 6-9 yaş), əsas təhsil (5-9-cu siniflər, 10-
14 yaş), və ümumi orta təhsil (10-11-ci siniflər, 15-16 yaş). Texniki orta təhsil və Peşə təhsili 
15-17 yaşlı gənc yeniyetmələri əhatə edir.
1. 
Erkən uşaqlıq dövrü təhsili 
Erkən uşaqlıq dövrü təhsili məsələsi Sovet dövründən sonra xeyli pisləşib və hazırda 
arzuedilən  səviyyədən  çox  aşağıdır.  Bir  neçə  özəl  uşaq  bağçası  istisna  olmaqla,  mövcud 
məktəbəqədər  müəssisələrin  hamısı  Hökumət  tərəfindən  maliyyələşir  və  məktəbəqədər 
təhsil məcburi deyil. Azyaşlı uşaqlara qayğı və təhsil müəssisələri bir neçə tipdir: körpələr 
evi, bağça-körpələr evi, bağçalar və bağça-ibtidai məktəb (ibtidai məktəbin nəzdində uşaq 
bağçası). Körpələr evi əsasən 1-3 yaşlı uşaqlar üçündür. 
1990-2003-cü  illər  arasında  məktəbəqədər  müəssisələrin  sayı  2  185-dən  1  777-ə 
qədər azaldı (bunların 37-si gündüz işləyən körpələr evi, 1 900-ü bağça-körpələr evi, 546-sı 
bağçalar və 4-ü bağça-ibtidai məktəb idi) (DSK 2003); əvvəllər məktəbəqədər müəssisələrin 
çoxu kənd yerlərində idi, lakin köhnə sistemin dağılması nəticəsində indi bu müəssisələr 
daha çox şəhərlərdə yerləşir (1 777-dən 1 107-si, yəni 57%-i).
Qiymətlər də əksər ailələrin imkanı xaricindədir: dövlət bağçaları ayda 10-20 dollar 
alır (rəsmi olaraq bu qiymət cəmi 0,20 dollardır), özəl bağçalarda isə aylıq haqq 50-350 
dollara  çatır.
0
 
Bu  qiymətlər  ailələrin  çoxunun  imkanı  xaricindədir;  odur  ki,  bəziləri  öz 
pullarını toplayır və/və ya kömək üçün yaşlı valideynlərinə müraciət edirlər, lakin bu yaşda 
uşaqları  olan  bir  çox  qadın  formal  iş  sektorunda  öz  fəaliyyətlərini  azaltmaqla,  ödənişsiz 
olaraq uşaqlarına özləri baxırlar.
Rəsmi məlumatlara əsasən 2003-cü ildə məktəbəqədər müəssisələrdə uşaqların sayı 
(bu yaş qrupuna daxil olan uşaqların sayına nisbətdə %-lə) yalnız 20 % təşkil edir (DSK 
2003).  UNICEF-in  2000-ci  il  ÇGKS-ya  (Çoxgöstəricili  Klaster  Sorğusu)  görə  3-5  yaşlı 
uşaqların yalnız 11%-i azyaşlı uşaqlar üçün təşkil edilmiş tədris müəssisələrinə gedirdi; həm 
də oğlanların sayı (12,2%) qızlardan (10,5%) çox idi. ÇGKS göstərdi ki, uşaqların məktəbə 
getmələri ilə yoxsulluq həddi arasında bir bağlılıq var: varlı ailələrdən 21,2%, orta səviyyəli 
ailələrdən 12% və yoxsul ailələrdən yalnız 5% uşaq bu təhsil proqramına cəlb edilmişdi. 
0
Qiymətlər haqqında məlumat ÖGQ-nin 2005-ci ilin oktyabrında yerlərdə apardığı iş zamanı 
valideynlərlə müsahibələrdən götürülüb.


İnsan inkişafının gender ölçüləri
Bakı ərazisində bu rəqəm 20,2%, Naxçıvanda 2,7%, Cənub bölgələrində isə yalnız 0,9% idi. 
Bundan əlavə, uşaqların bu proqrama qoşulmaları ilə anaların savadlılıq səviyyəsi arasında 
əlaqə də çox müsbət idi: univesitet təhsili almış anaların 28%-i uşaqlarını bu müəssisələrə 
göndərirdilər, lakin orta savadlı və ya ondan da aşağı savadı olan analar üçün bu rəqəm 
yalnız 7,4% idi. Maraqlıdır ki, sorğunun nəticələrinə görə məcburi köçkün/qaçqın ailələrinin 
uşaqlarının bu proqramda iştirakı (15,3%) yerli sakinlərə nisbətən daha yüksək idi (11%), bu 
da Hökumətin və QHT-lərin məcburi köçkün və qaçqın ailələrinin uşaqları üçün erkən uşaqlıq 
dövrünün  təhsil  proqramında  daha  çox  yer  ayrılmasına  göstərdikləri  səylərin  nəticəsində 
mümkün olmuşdu (UNICEF/DSK 2000: 16-17). 
Məktəbəqədər  müəssisələrin  verdiyi 
imkanlardan  istifadə  edə  bilmək  şanslarının 
azalmasının  əmələ  gələn  boşluğu  doldurmaq  və 
ödənişsiz uşaq saxlamaq işini boynuna götürməklə 
formal  əmək  sektorunda  işləmək  imkanlarını  da 
azaltmağa məcbur edilmiş qadınlara gender təsiri 
çox böyük olmuşdur. Azyaşlı uşaqlara qayğının və 
məktəbəqədər  müəssisələrin  olmaması  uşaqlara 
və tədris sisteminə də zərbədir. Heç bir hazırlığı 
olmayan  uşaqlar  ibtidai  təhsilə  başlayarkən 
sosial  və  akademik  maneələrə  rast  gəlirlər  və 
ibtidai  siniflərdə  təhsildə  uğur  qazanmağa  az 
hazır  olurlar  və  bu  da  onlara  yuxarı  siniflərdə 
biliklərini  artırmağa  mane  olur.  İbtidai  məktəb 
müəllimlərinin  də  işi  çətinləşib;  məktəbəqədər 
müəssisələrin olmaması çox vaxt uşaqların bilik 
və  bacarıqlarının  aşağı  səviyyədə  olacağından 
xəbər verir və bu hal dəyişən tələbə kütləsi üçün 
proqramlarda  və  pedaqoji  fəaliyyətdə  düzəlişlər 
olunmasını tələb edir.
2. 
Əsas və orta təhsil
Rəsmi məlumatlarda məcburi təhsil dövründə (1-11-ci siniflər) məktəbdən yayınma 
hallarının səviyyəsi çox aşağıdır – təxminən 1-2% (Dünya Bankı 2003: 85), lakin sorğunun 
nəticələri  göstərir  ki,  məktəbə  davamiyyətin  əsil  səviyyəsi  rəsmi  qeydiyyatda  olandan 
aşağıdır.  UNICEF  ÇGKS-dən  göründüyü  kimi,  ibtidai  sinif  uşaqlarının  davamiyyətinin 
səviyyəsi 88,4%-dir; burada qızlar və oğlanlar arasında nə rayonlar, nə kənddə ya şəhərdə 
yaşayanlar, nə də ailənin maddi vəziyyəti ilə əlaqədar əsaslı bir fərqlənmə qeydə alınmayıb. 
Lakin  ümumi  davamiyyət  sahəsində  müxtəlif  regionlar  arasında  fərqlər  aşkara  çıxarılıb. 
Qərbdə və Cənub-qərbdə məktəbə gedən qızların və oğlanların sayı (85%) Bakıya nisbətən 
(91%)
 6% azdır (UNICEF/DSK 2000: 17).
Görünür  ki,  məktəbə  getməyənlərin  əksəriyyəti  də  olmasa,  çoxu  –  yoxsul  şəhər 
Diaqram 4: Erkən uşaqlıq dövrünün 
təhsil proqramlarında 
3-5 yaşlı uşaqların məktəbə 
davamiyyəti
Mənbə: UNICEF/DSK, 2000: 17


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
uşaqları, kəndli və təcrid edilmiş uşaqlar, məcburi köçkün/qaçqın uşaqları və küçə uşaqları/
işləyən uşaqlar – təhsil haqqının maliyyə çətinlikləri/imkanları üzündən məktəbdən kənarda 
qalıblar. Təəssüf ki, məktəbdənkənar uşaqların cins baxımından sayı haqqında məlumat əldə 
etmək mümkün deyil, lakin xəbər verildiyi kimi, kənddə orta məktəb səviyyəsində qızlar 
hər hansı bir ödənişli və ya ödənişsiz işlə məşğul olmaları, onların “əxlaqının” qorunması, 
və /və ya erkən ərə getməyə hazırlaşmaları ilə əlaqədar ailələrinin təzyiqi altında təhsildən 
uzaqlaşdırılmağa  daha  çox  məruz  qalırlar  (UNICEF/DSK  2000:  11-7).  Son  bir  neçə  il 
ərzində  təhsil  sahəsində  gender  bərabərsizliyinin  meydana  çıxıb-çıxmamasını
  müəyyən 
etmək  üçün  müntəzəm  olaraq  gəlir  qrupları,  ərazi  (kənd/şəhər/rayon),  tədrisin  müxtəlif 
səviyyələri üzrə oğlanların və qızların davamiyyəti/iştirakı və nailiyyətlərinin səviyyəsinin 
ətraflı qiymətləndirilməsini aparmaq lazımdır.
Çox sayda uşağın məktəbdən kənar “işlə” məşğul olmaları da təhsilin nəticəsinə təsir 
göstərə bilər, lakin əldə edilən sübutlar bu uşaqlarla əlaqədar gender fərqliliyindən danışmağa 
imkan vermir. UNICEF-in 2000-ci il ÇGKS aşkara çıxarmışdı ki, sorğuda iştirak edən 5--14 
yaşlı uşaqların 13%-i “hazırda işləyir”, yəni onlar öz ailə üzvü olmayan digər bir adam üçün 
ödənişli və ya ödənişsiz iş görür və ya gündə 4 saatdan artıq ev işi görməklə məşğuldur. 
Sorğu bölgələr üzrə fərqli hallar olduğunu göstərdi. Naxçıvanda hər beş uşaqdan biri işlədiyi 
halda, Bakıda 25 uşaqdan biri işləyirdi. Yoxsul olmayan ailələrin uşaqlarının yalnız 5%-nin, 
yoxsul ailələrdə isə 22%-nin işlədiyi müəyyən edilmişdi.
3. 
Keyfiyyətlə bağlı problemlər
Azərbaycanda  ibtidai  və  orta  məktəb  səviyyələrində  siyahıya  alınmanın  nəticələri 
nisbətən yüksək olaraq qalır, lakin keçid dövrü ərzində təhsilin nəticələrinin keyfiyyətinin 
pisləşməsi narahatlıq doğurur (Dünya Bankı 2003: 81; UNICEF  2002). Dünya Bankının 
apardığı araşdırmalarda təhsilin nəticələrinin keyfiyyətinin aşağı düşdüyü qeyd edilir və bu 
onunla izah edilir ki, siniflərdə baza materialının və təchizatın çatışmazlığına əlavə olaraq, 
çox  aşağı  maaşlar  və  məktəblərdəki  mühitin  pisləşməsi  müəllimləri  təhsil  sistemini  tərk 
etməyə məcbur edib və mövcud müəllim heyətinin də mənəvi cəhətdən pozulmasına səbəb 
olub (Dünya Bankı 2003: 89, UNICEF 2002: 15-16).
DSK-nın  2002-ci  ildə  keçirdiyi  sorğu  həm  valideynlərin,  həm  də  müəllimlərin 
təhsilin nəticələrindən narazı olduqlarını aşkara çıxartdı. Sorğuda iştirak edən müəllimlərin 
yarısından çoxu (55%) bildirib ki, tədris materiallarının yararsız olması onlara öz müəllimlik 
vəzifələrini effektiv surətdə həyata keçirmələrinə mane olur, 35,2% müəllim isə qeyd edib 
ki, yeni dərsliklərin olmaması tədris işində ən böyük maneədir. Eyni vaxtda, 50,4% valideyn 
və 46,3% tələbə tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına ehtiyac olduğunu bildiriblər (DSK 
2002). 
Son illər müxtəlif müşahidəçilər, o cümlədən UNICEF və Dünya Bankı Azərbaycanda 
dərsliklərin  keyfiyyətindən  narazı  olduqlarını  bildiriblər.  Müasir  pedaqoji  yanaşmanı  əks 
etdirən  və Azərbaycan  mədəniyyətinə  daha  çox  uyğun  olan  dərsliklər  hazırlanması  üçün 
bir sıra səylər göstərilib və bu səylər az-cox dərəcədə uğurlu olub. Nəticədə bir silsilə yeni 


İnsan inkişafının gender ölçüləri
tərtibatlı dərsliklər hazırlanıb. Lakin qızların daha aşağı nailiyyətləri ilə onların universitet 
təhsili  və  peşələrə  yiyələnmək  arzularının  həyata  keçməsi  imkanlarını  məhdudlaşdıran 
pis keyfiyyətli dərslıklər arasında aydın bağlılıq olduğunu və bu dərsliklərin onların həyat 
təsəvvürlərinə  uyğun  gəlmədiyini  göstərən  əsaslı  beynəlxalq  araşdırmalara  baxmayaraq, 
mətnlərdə gender baxımından qərəzli münasibət məsələsinə az diqqət yetirilib. 2-ci sinfin 
oxu kitabını qiymətləndirən UNICEF qeyd edir ki, kitabda kişilər və oğlanlar qızlardan üç 
dəfə çox təsvir olunublar və habelə, kişilər üçün çox sayda peşə və işlərdən danışılsa da, 
qadın peşələri haqqında çox az məlumat verilib (UNICEF 2002: 15-16). 
4. 
Peşə təhsili və ali təhsil
Peşə təhsili və ali təhsil keçid dövründə böyük əhəmiyyət kəsb edib. Keçmiş Sovet 
İttifaqında  işləmiş  adamların  çoxu  öz  bacarıq  və  qabiliyyətlərinin  inkişaf  etməkdə  olan 
və xarici dil və kompüter sahəsində yeni biliklər tələb edən bazar iqtisadiyyatına müvafiq 
olmadığını  başa  düşürdülər.  Lakin,  təəssüflə  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  iş 
sahibləri arasında onların ehtiyac və istəkləri barədə daha ətraflı məlumat verə biləcək sorğu 
keçirilməyib, halbuki, bu sorğunun nəticələri əsasında yeni peşə təhsili proqramları tərtib 
etmək  mümkün  olardı.  Belə  sorğular  qadınlar  və  kişilər  üçün  peşə  təhsili  proqramlarını 
məşğulluq  sahəsində  mövcud  olan  tələbata  uyğunlaşdırmağa  imkan  verə  bilərdi.  Bu 
sorğular, həmçinin, təqdim edilən kursların məzmunu, işə götürülmə sahəsində tələb edilən 
qabiliyyətlər və işə götürülmə imkanları arasında daha çox uyğunluq yaratmaqla ali təhsil 
sektorunda müvafiq kursların inkişaf etdirilməsi haqqında daha çox məlumat əldə edilməsinə 
də yardım edərdi.
Azərbaycanda peşə təhsili və ali təhsil sektorunda əvvəllər mövcud olan icbari təhsillə 
müqayisədə  xeyli  geriləmə  nəzərə  çarpır;  təhsilə  cəlb  edilənlər  arasında  gəlir  qruplarına 
mənsub olmaları baxımından əhəmiyyətli dərəcədə fərq var. 16 yaşdan yuxarı təhsilə cəlb 
olunanların sayı kəskin surətdə azalır: 17-24 yaşlıların yalnız 13 %-i orta məktəbi bitirəndən 
sonra  təhsilini  davam  etdirir. Yoxsul  ailələrdən  olan  uşaqların  (17-24  yaşlı)  yalnız  9%-i 
ali təhsil müəssisələrinə daxil olurlar, yoxsul olmayan ailələrdə isə bu, 15% təşkil edir, və 
yoxsullar universitetlərə deyil, daha çox peşə təhsili və texniki institutlara üstünlük verirlər 
(Dünya  Bankı  2003:  86).  Bu  o  deməkdir  ki,  yoxsulluğun  azaldılması  strategiyaları  peşə 
sektorunda təhsilin keyfiyyətini yaxşılaşdırmaq və peşə seçimi ilə işə götürülmə imkanları 
arasında uyğunluq yaratmaqla diqqəti yoxsul uşaqlara yönəldər, və eyni zamanda, qadınların 
da iştirakını artırmaq yollarını axtara bilərlər.
Ali təhsil və peşə təhsili sektorlarında çox ciddi gender bərabərsizliyi məsələsi də 
ortaya çıxır. Qadınlarla müqayisədə çox sayda kişi ali məktəblərdə ali təhsil almaq qərarına 
gəlirlər:  buraya  cəlb  olunanların  57%-i  kişilər,  43%-i  isə  qadınlardır  (DSK  2005:  61), 
baxmayaraq ki, ibtidai ali təhsil yaş qrupunda kişi və qadınlar arasında nisbət fərqləri o qədər 
də əhəmiyyətli deyil (20-24 yaşlılar arasında 49,3% qadın və 50,7% kişi) (DSK 2005: 14). 
Peşə təhsili institutlarında kişilərin sayı (69,6%) qadınlara nisbətən (30,4%) iki dəfədən də 
artıqdır (DSK 2005: 54). Kişilərin qeyri-hökumət ali təhsil məktəblərində iştirakı da (56,6%) 
qadınlardan  (43,4%)  əhəmiyyətli  dərəcədə  yüksəkdir,  bu  da  o  deməkdir  ki,  kişilərin  bu 

0
 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
məktəblərə daxil ola bilmək imkanları daha çoxdur. Bunun səbəbləri, o cümlədən qadınların 
formal iş sektorunda iş tapa bilmək imkanlarının az olması üzündən ailələrin öz məhdud 
maliyyə vəsaitlərini qızlardan çox, oğullarının təhsilinə sərf etməyə üstünlük vermələri, hələ 
də tədqiq edilməlidir. 
Ali təhsil müəssisələrində seçim məsələsində də gender baxımından problemlər var. 
Qadınlar təhsil, səhiyyə və sosial elmlər sahələrinə meyl etdikləri halda, kişilər daha çox 
geologiya, tikinti, iqtisadiyyat və idarəçiliyə üstünlük verirlər (Diaqram 5).
Aydın deyil ki, qadınların ixtisas seçiminə əmək bazarında ayrı-seçkiliyin artması, 
“münasib” qadın peşələrinə münasibətin dəyişməsi və ya bu iki faktorun hər ikisi təsir edib. 
Bu məsələ gələcək təhlillər və tədqiqatlar nəticəsində aydınlaşacaq. Aydın olan odur ki, bir 
çox qadın əmək haqqı çox aşağı olan, və saylarının çox olmasına baxmayaraq, rəhbərlik/
administrativ  səviyyədə  pis  təmsil  olunduqları  sahələri,  məsələn,  təhsil  sahəsini  (yəni 
müəllimliyi) seçirlər. 
Diaqram 5. Ali məktəblərdə tələbələrin elm sahələrinə görə bölüşdürülməsi (%-lə)
Mənbə: DSK 2005: 58-59.
5. 
Gender və savadlılıq
Gələcək  tədqiqatlara  ehtiyac  olsa  da,  UNICEF  ÇGKS  15  yaşlı  və  ondan  yuxarı 
yaşda  olan  gənclərin  savadlılıq  səviyyəsində  həm  gəlir  qrupları,  həm  də  yaşadıqları 
əraziyə görə bir sıra gender fərqlənməsi aşkara çıxarmışdır. Xüsusilə də, yoxsul kişilərin 
95%-i  “savadlı”  olduğu  halda,  yoxsul  qadınların  yalnız  86,9%-ni  belə  adlandırmaq  olar; 
kənd qadınlarının yalnız 88,6%-i savadlı hesab edilirsə, kənd kişiləri arasında bu göstərici 
96,4%-dir. Fərqlənmə halları əsasən Bakıdan kənar ərazilərdə qeydə alınıb, halbuki Bakının 
özündə qadınlar və kişilərin savadlılıq səviyyəsi təxminən bərabərdir. Məsələn, Naxçıvanda 
qadınlarla müqayisədə (86,8%) kişilərin 94,6%-i savadlıdır. Cənubda bu səviyyə daha da 
aşağıdır:  qadınlar  arasında  savadlılıq  85,1%,  kişilərdə  isə  96,5%-dir.  Bu  o  deməkdir  ki, 


İnsan inkişafının gender ölçüləri
keçmiş Sovet İttifaqında savadlılığın səviyyəsi heç də adətən iddia edildiyi kimi çox yüksək 
olmayıb, və, düzünü desək, bu, təhsil proqramlarının bölgələrdə, həm də yoxsul təbəqələrə 
tətbiq edilməsində böyük çətinliklər yaradır (UNICEF/DSK 2000: 19). Qeyd edilməlidir ki, 
1999-cu ilin siyahıya alınması zamanı müvafiq yaş qruplarına dair rəsmi məlumatlarla ÇGKS 
məlumatları arasında əhəmiyyətli dərəcədə fərq var; ÇGKS-a əsasən qadınların savadlılıq 
səviyyəsi 98,2%, kişilərinki isə 99,5%-dir (DSK 2005a: 51). 
B. 
Səhiyyədə gender məsələləri
Azərbaycanda səhiyyə xidmətləri sahəsində gender məsələlərinin qiymətləndirilməsi 
işində  ortaya  çıxan  əsas  çətinlik  DSK-nın  verdiyi  rəsmi  məlumatlarla  digər  məlumatlar 
arasında (məsələn, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi/BMT 2001 
RSM) çox böyük uyğunsuzluqların olmasıdır. Bundan əlavə, bəzi əsas səhiyyə göstəriciləri, 
məsələn, yod çatışmazlığı ilə əlaqədar pozuntulara dair (YÇP) məlumatlar ya heç məlum 
deyil, ya da yalnız qadınlara məlumdur (məs., anemiya). Anemiya ilə əlaqədar 2005-ci ilin 
DSK-nın məlumatları bütün əhaliyə, o cümlədən, uşaqlara deyil, yalnız hamilə qadınlara 
aiddir. Cinslər üzrə ayrı-ayrı regional məlumatları da əldə etmək mümkün deyil, və bu da 
daha  geniş  tədqiqatlar  aparılmasının  coğrafiyasını  və  müdaxilə  dairəsini  məhdudlaşdırır. 
Odur ki, effektiv siyasət qurmaq və effektli proqramları həyata keçirmək üçün həm kişilər, 
həm də qadınlar haqqında dəqiq, geniş məlumat ala bilmək işini yaxşılaşdırmağın çox böyük 
əhəmiyyəti var.
Bununla belə, həm Dövlət, həm də digər mənbələrdən alınan məlumatlar narahatlıq 
doğuran bir sıra məsələlərdə (məsələn, qadınlar və uşaqlar arasında anemiya hallarının yüksək 
səviyyəsi, contraseptiv vasitə kimi abortdan çox geniş surətdə istifadə edilməsi, anaların aşağı 
sağlamlıq göstəriciləri, uşaqlar arasında pis qidalanmanın həyəcan doğuran yüksək səviyyəsi, 
və yeniyetmələr və 5 yaşdan aşağı uşaqlar arasında ölüm hallarının yüksək həddə olması) 
üst-üstə  düşür.  Azərbaycanda  kişilərin  sağlamlığı  ilə  əlaqədar  məlumatlar  ümumiyyətlə 
çox  azdır,  lakin  əldə  edilən  məlumatlar  göstərir  ki,  alkoqol  və  narkotik  maddələrə  aludə 
olanların və vərəmə yoluxanların sayı artıb. İİV/QİÇS hallarının artması və qadınlara qarşı 
zorakılığın yüksək səviyyədə olması aşağıda ayrıca yarımfəsillərdə müzakirə ediləcək. Son 
on ildə dövlətin səhiyyəyə ayırdığı xərclərin xeyli dərəcədə azalması həm tibbi yardımın 
əldə edilməsi imkanlarının, həm də bu xidmətlərin keyfiyyətinin aşağı düşməsinə, eləcə də 
xəstələrin müvafiq tibb xidmətlərindən yararlana bilmələrinin müqabilində öz ciblərindən 
böyük miqdar pul xərcləməyə məcbur olmalarına gətirib çıxarıb (Diaqram 6).


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
Diaqram 6. Hökumətin səhiyyəyə ayırdığı xərclər, Ümumi daxili məhsula görə %-lə, 
1990-2004
Mənbə: DSK: Sorğuya əsasən təqdim edilib.
1. 
Ana ölümü əmsalı (AÖƏ)
Rəsmi Dövlət statistikası AÖƏ-nın 1990-cı illərin əvvəlindən (1992-ci ildə hər 100 
000 doğuşa 17,6) 1994-cü ildə ən yüksək həddə (43,8) çatmasını və 2003-cü ildə yenidən bu 
həddin aşağı enməsini (18,5) göstərir. Lakin narahatlıq doğuran odur ki, nə ölüm həddinin 
ölçüləri, nə də son məlumatlar hər hansı bir siyasət və proqram hazırlanması üçün kifayət 
qədər dəqiq deyil, xüsusilə də rəsmi statistika ilə sorğunun nəticələri arasındakı açıq fərqlər 
nəzərə  alınarsa  (UNICEF/DSK  2000:  45,  DSK  2004:  142).  Məsələn,  1988/89-cu  illərin 
rəsmi statistikası AÖƏ-nın hər 100 000 doğuş üçün 28,6 olduğunu göstərir, lakin həmin 
dövrün məlumatlarını təftiş edən UNICEF ÇGKS bu rəqəmin 79 olduğunu aşkara çıxarıb, 
və bu da rəsmi rəqəmlərdən 3 dəfə çoxdur. Dövlət informasiya sistemində hadisələrə düzgün 
qiymət verilməməsini göstərmək məqsədilə UNICEF, BMT-nin Əhali Fondu və Ümumdünya 
Səhiyyə Təşkilatı  (ÜST)  ana  ölümü  əmsalının  37,6  (DSK  2005a:  22)  olduğunu  göstərən 
rəsmi məlumata tam zidd olaraq hər 100 000 doğuşda ana ölümünün 94 nəfər (AİB 2005b) 
təşkil etdiyini müəyyənləşdirmişdir.
Belə  uyğunsuzluqlar  dövlət  səhiyyə  sistemində  hesablama  sisteminin  zəifliyini 
( məsələn, ölüm hallarının hesaba alınmasında səhvlərə yol verilməsi) və bəlkə də rəsmi 
statistikanı tərtib edən dövlət vasitələrindən istifadə edilməsində baş verən geriləməni göstərir. 
Anaların səhiyyə xidmətlərindən istifadə etmək imkanlarının və bu xidmətlərin keyfiyyətinin 
aşağı düşməsi və eyni zamanda qeyri-rəsmi “qiymətlərin” artması evdə doğanların sayının 
artmasına və xüsusilə də kənd yerlərində, ənənəvi doğuş xidmətlərindən istifadə edilməsinə 
yol açıb. Evdə doğuş zamanı baş verən ölüm hadisələri haqqında, görünür, çox vaxt hər 
hansı  bir  məlumat  verilmir  (Dünya  Bankı  2003:  18).  Məsələn,  2000-ci  ildə  UNICEF 
ÇGKS aşkara çıxarmışdı ki, doğuş hallarının 87,5%-də ixtisaslı yardım göstərilsə də, varlı 
və yoxsullara, yerli əhali və məcburi köçkünlər/qaçqınlara, şəhər və kənd qadınlarına bu 
yardımın  göstərilməsində  əhəmiyyətli  dərəcədə  uyğunsuzluq  müşahidə  olunub  (Diaqram 
7). 2001-ci ildə Reproduktiv Sağlamlığın Müayinəsinin nəticələrinə görə kənd qadınlarının 
demək olar ki, 36%-i evdə doğub, bu da şəhər qadınlarından iki dəfə çoxdur. Evdə doğuş 
halları az təhsilli və ya aşağı sosial-ekonomik statusa malik olan qadınlar (müvafiq olaraq 


İnsan inkişafının gender ölçüləri
39% və 36%), köçkünlər/qaçqınlar və köçkün/qaçqın olmayan, lakin münaqişə zonalarında 
yaşayan (41% və 35%) və hamiləlik dövründə həkim qayğısından məhrum olan qadınlar 
(48%) arasında nisbətən yüksək səviyyədədir (ABŞBİA/XNM/UNFPA və b. 2003: 79-80).
Erkən 
hamiləlik, 
yəni  yaşı  20-dən  az  olan 
qadınların  hamiləliyi,  hələ 
yetkinləşməmiş 
gənclərin 
fizioloji və fiziki sağlamlıqları 
üçün  təhlükə  yaradır,  həm 
ananın,  həm  də  dölün 
qidalanmasına  təsir  göstərir, 
çünki  onların  hər  ikisi 
böyümək  üçün  mübarizə 
aparmalı olur. Erkən hamiləlik 
təhlükəsi  azçəkili  uşaqların 
doğulması, 
vaxtından 
əvvəl  doğuş,  ölü  uşaqların 
doğulması,  doğuş  travmaları 
(beyin-çanaq  zədələnməsi), 
beyinə  qan  sızması,  anemiya 
və ölümə səbəb ola bilir (AİB 
2005b:  5).  Erkən  hamiləlik 
gənc qızların təhsil almalarına 
da pis təsir göstərir və onların 
iş  seçmək  və  pul  qazanmaq 
imkanlarını məhdudlaşdırır. 
Reproduktiv sağlamlığın müayinəsi (2001) hazırda 40-44 yaşı olan qadınlar arasında 
20 yaşa çatmamış hamiləlik keçirənlərin 12%-dən 20-24 yaşlılarda 22%-ə qədər artmasını 
göstərir (ABŞBİA/XNM/BMTƏF və b. 2003: 32). Nəzərə alsaq ki, ilk hamiləliklərin 86%-
i məcburi abort yolu ilə kəsilir, onda gənclərin dörddə birinin 20 yaşdan əvvəl hamiləlik 
keçirdiyini güman etmək olar (AİB 2005b: 5).
Aydın bir nəticəyə gəlmək üçün həm AÖ halları, həm də qadınların doğuşdan əvvəl 
və sonra keçdiyi həkim nəzarəti (o cümlədən mamaça) daha yaxından və müntəzəm olaraq 
araşdırılmalıdır. Belə araşdırmaların aparılıması gələcək YASS üçün effektiv və məqsədyönlü 
siyasət  və  proqramların  hazırlanması  işində  cox  böyük  əhəmiyyətə  malikdir.  Aydındır 
ki, məlumatların toplanması və təhlili sahəsində həm dövlət, həm də yerli hakimiyyətlər 
səviyyəsində  imkanların  yaradılması  tələb  olunur  və  bu  iş  müsbət  nəticələrin  (mümkün 
qədər dəqiq) təqdim olunmasına yönəlməlidir.
Yüklə 89,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin