AZƏrbaycan öLKƏ ÜZRƏ gender qiYMƏTLƏNDİRİLMƏSİ Asiya İnkişaf Bankı



Yüklə 89,48 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix22.04.2017
ölçüsü89,48 Kb.
#15612
1   2   3   4   5   6   7   8   9   ...   17

 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
sistemlərinin verdiyi maddi yardımın növünün və miqdarının azalması ilə bərabər, təhsil və 
tibbi xidmət üçün tələb olunan əhəmiyyətli dərəcədə yüksək “qeyri-rəsmi” ödəmələr sistemi 
bir çox ailənin iqtisadi cəhətdən təhlükəlilik həddinin daha da artmasına səbəb olur. Qadın 
və qızların alveri hallarının artması gəlir təhlükəsinin başqa bir cəhətidir (BMqT 2002: 36), 
üstəlik, alver qurbanı olmuş qadınlar və qızlar fiziki təhlükəyə, fiziki və mənəvi zorakılığa 
və zorlanmaya da məruz qalırlar. Məişət zorakılığının çox geniş yayıldığı məlumdur, lakin 
Azərbaycanda bu barədə çox məlumat verilmir, çünki bu hələ də “şəxsi iş” hesab edilir və 
çox vaxt gizlədilir. 
 
Qadınların  iş  tapa  bilmək  imkanlarını  çoxaltmaq  və  qadın  sahibkarlığını  lazımi 
dəstəklə təmin etməkdən əlavə, qadınların iqtisadi cəhətdən təhlükəsizliyinin artırılması tələb 
edir ki, sosial müdafiə sistemi qadınları və onların ailələrini gözlənilməz iqtisadi şoklardan 
qorumağa adekvat müdafiə tədbirləri təqdim edə bilsin. Bundan başqa, sistemin təklif etdiyi 
islahatlara,  xüsusilə  də  təqaüd  məsələləri  kimi  əsas  sahələrdə,  mütəxəssislər  tərəfindən 
yenidən baxılmalıdır ki, burada qadınlara qarşı ayrı-seçkiliyə yol verilməsin, onlara zərər 
vurulmasın, və islahatlarda qadınların iqtisadi təhlükəsizliyinə mənfi təsir göstərə biləcək 
gender əyintiləri olmasın. Eyni zamanda, qadınların əmlakdan bərabər surətdə yararlanmaq 
hüququ  da  təsdiqlənməlidir,  özü  də  təkcə  bu  bərabərliyi  təmin  edən  qanunvericiliyin 
həyata keçirilməsi ilə yox, həm də dövlət sektorunda və şəxsi sektorda, eləcə də vətəndaş 
cəmiyyətində bu hüquqlar barədə məlumatlandırma işi aparmaq yolu ilə. Effektiv hüquqi 
strukturların öz yerində olmasının və bu strukturların qadınlara qarşı zorakılığa və qadın 
alverinə  qarşı  mübarizəyə  yönəldilməsinin  təmin  edilməsi  qadınların  üzləşdiyi  fiziki 
təhlükələrin səviyyəsinin aşağı endirilməsi üçün əsas şərtdir. Bütün bunlar insan alveri və 
zorakılıq problemləri ilə məşğul olan məhkəmə və hüquq orqanları, tibb işçiləri, polis və 
mühacirət xidmətləri, müntəzəm dövlət informasiya kampaniyaları (o cümlədən, məktəblər 
və universitetlər) tərəfindən aparılan təlimlər, eləcə də təhlükəsiz evlərin, psixoloji yardımın 
təşkili və hüquqi məsləhətlərin verilməsi yolu ilə həyata keçirilə bilər. 
Qadınlar ictimaiyyət arasında inamsızlıqla da rastlaşıblar. Onların siyasi strukturlarda 
və administrativ qərarqəbuletmə orqanlarında təmsil olunmaları xeyli dərəcədə azalıb, və bu 
da keçmiş Sovet İttifaqındakı 33%-lik kvota sisteminin ləğv edilməsinin nəticəsidir. 1989 və 
2005-ci illər arasında qadınların Parlamentdə iştirak etmələri 40%-dən 6%-ə düşdü (və ya 
hazırkı Milli Məclisin 125 üzvündən 14-ü). Qadınların yerli səviyyədə də təmsil olunmaları 
çox aşağıdır; 2004-cü ilin Bələdiyyə seçkilərində seçilmiş üzvlərin yalnız 4%-i qadınlar idi 
(QPDK 2005; məlumat sorğu ilə əldə edilib). Qadınlar yüksək dövlət vəzifələrində də çox 
az təmsil olunurlar, bütün nazirliklərin qərarqəbuletmə səviyyələrində gender bərabərsizliyi 
nəzərə çarpır. 2005-ci ilin göstəricilərinə əsasən, mülki xidmətlərdə yüksək vəzifə tutanların 
hər on nəfərindən doqquzu kişi olub və 29 Nazir/Komitə başçısının yalnız biri qadın olub, o 
da Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri. 
Qadınların  siyasətlə  məşğul  olma  faizinin  artırılması  qarşıya  müəyyən  məqsədlər 
qoymaqla mümkündür, lakin bu iş dövlət səviyyəsində, regional və kəndlər səviyyəsində 
idarəetmə strukturlarının bütün qatlarında qadınların iştirakını həvəsləndirməyə və artırmağa 
yönəlmiş müəyyən siyasətin həyata keçirilməsi yolu ilə möhkəmlənməlidir; bundan əlavə, 

xv
Xülasə
həmin strukturların bütün qatlarında çalışanlar üçün gender sahəsində təlimat aparılmalıdır. 
İşə düzəlmə sahəsində bərabər imkanlar verən, daim təzələnən və effektli məcburi xarakterə 
malik qanunvericiliyin təsdiq edilməsi qadınlar üçün iş yerlərində bərabər hüquqlar təmin 
edən sanballı bir hüquqi strukturun qarantiyası ola bilərdi. Ərə gedəndən və uşaq doğandan 
sonra  qadınların  iş  tapmaqlarını  və  işdə  irəli  çəkilmə  perspektivlərini  məhdudlaşdıran 
ənənəvi  münasibət  və  inancların  dəyişilməsi  iş  yerləində  şüurluluğun  artırılması  və  həm 
dövlət sektorundə, həm də özəl sektorda təlimat aparılmasını nəzərdə tutan uzunmüddətli 
strategiyanın həyata keçirilməsini tələb edəcək. 
Hökumətin straregiyaları
Hökumətin bəzi siyasi xətləri və proqramları müəyyən dərəcədə gender məsələlərinə 
toxunsa da (məsələn, təhsil və səhiyyədə), hal-hazırda strateji siyasətin müəyyənləşdirilməsi 
və inkişafı səviyyəsində gender yanaşması gündəlik işdə tətbiq edilmir. Hökumətin gender və 
yoxsulluq problemlərinin bəzi detallarını nəzərdə tutan üç siyasi sənəd bunlardır: Azərbaycan 
Respublikasının  yoxsulluğun  azaldılmasına  yanaşmasını  müəyyənləşdirən  əsas  siyasi 
sənəd olan Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf
 
Dövlət Proqramı (YAİİDP); Qadın 
Poblemləri üzrə Milli Fəaliyyət Planı, 2000-2005 (MFP); Minnilliyin İnkişaf Məqsədləri 
(MİM) - hədəflər və öhdəliklər.
Doğrudur,  2003-2005-ci  illəri  əhatə  edən  ilk  YAİİDP-da  bu  qiymətləndirmənin 
gender məsələləri üzrə müəyyənləşmiş ayrıca fəslində və təhsil və səhiyyə kimi bəzi sektor 
proqramları  çərçivəsində  bir  sıra  gender  problemlərinə  baxılır,  lakin  qeyd  edilməlidir  ki, 
sənədin təhlili boyu və yoxsulluğun ölçülərini müəyyən edərkən, və ya siyasətin formasında 
və  büdcədə  davamlı  olaraq  gender  yanaşması  tətbiq  olunmur.  Respublikanın  gender 
siyasətini  müəyyənləşdirən  Milli  Fəaliyyət  Planı  (MFP)  Azərbaycanda  təxirəsalınmaz 
gender problemlərini və onların həll edilməsi yollarını göstərir (baxmayaraq ki, çoxunun 
bunları tətbiq etmək üçün xüsusi vaxt çərçivəsi yoxdur), ya da ki, göstəriciləri və nəticələri 
müəyyənləşdirir ki, bunların da gedişi üzrə monitorinq aparmaq mümkündür. Hökumətin 
2000-ci  ildə  Minilliyin  Bəyannaməsində  nəzərdə  tutulan  səkkiz  məqsədinə  çatmağa  dair 
götürdüyü  öhdəliklər  və  yanaşma  müvafiq  milli  hədəflər  və  göstəricilər  əlavə  etməklə 
dəyişdirilərək  tamamlanır  (bax  Cədvəl  №2).  Qəbul  edilib  ki,  bu  hədəflər  və  göstəricilər 
2006-2015-ci  illər  üçün  YADİDP-dakılarla  vəhdət  təşkil  etməli  və  tam  halında  həyata 
keçirilməlidir.
Bu  qiymətləndirilmə  yoxsulluğun  azaldılmasına  yönəlmiş  hökumət  strategiyası 
çərçivəsində gender yanaşmasının yaxşılaşdırmağı nəzərdə tutan bir sıra tövsiyələr təklif 
edir ki, bunlar da müxtəlif sektorlarda verilən tövsiyələrlə birlikdə götürülərsə, qadınların 
imkanlarını yaxşılaşdırar, onların qabiliyyətlərini möhkəmləndirər, onlara qərarqəbuletmə 
institutlarında daha effektiv iştirak etmək və qərarqəbuletməyə təsir göstərə bilmək hüququ 
verər  və  öz  fiziki  və  iqtisadi  təhlükəsizliklərini artırmaq  imkanı  yaradardı.  Bu  tövsiyələr 
aşağıdakılardır:

YADİDP-də
 
tətbiq edilməli olan gender yanaşması mexanizmini və fəaliyyətini 

xvi
 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
müəyyənləşdirmək və inkişaf etdirməzdən əvvəl 2003-2005-ci illərin YAİİDP-

 
genderə dair təşəbbüslərin tətbiq edilməsinin gedişi və bu proqramın gender 
məsələlərinə təsiri qiymətləndirilməlidir.

YADİDP-da  gender  elə  yer  almalıdır  ki,  qiymətləndirmənin  hər  sektorunda, 
eləcə də makro səviyyədə gender məsələlərinə müraciət edilsin və onlar nəzərə 
alınsın. 2006-2015-ci illəri əhatə edən və doqquz sektor üzrə işçi qrup (SİQ) 
, eləcə də gender üzrə xüsusi qrupun köməyi ilə tərtib edilən YADİDP bütün 
sektorlarda  gender  məsələlərinin  əhatə  edilməsinə  geniş  imkanlar  yaradır  və 
həyata  keçirilməli  olan  siyasət  və  tədbirlər  proqramı  üçün  lazımi  resursların 
olmasına təminat verir.

Gender bərabərliyinin məqsədləri və dövlətin başlıca siyasi sənədlərinin vəzifələri 
elə  müəyyənləşdirilməlidir  ki,  bu  məqsəd  və  vəzifələrin  üst-üstə  düşdüyü  və 
onların  müvafiq,  ölçüyə  gələ  bilən  tətbiq  edilmə  göstəriciləri  olduğu  aydın 
görünsün; əldə ediləcək nəticələr müəyyən edilməli və bütün bunların həyata 
keçirilməsi  üçün  məsul  olan  şəxslər  və  vaxt  çərçivəsi  dəqiq  göstərilməlidir. 
YADİDP-nin gedişi ona daxil olunan hər bir bəndin bu müxtəlif siyasi sənədlər 
arasında vəhdət yaratmasını təmin edir.

Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə Gender məsələləri üzrə məsul işçilər 
Şəbəkəsinin səlahiyyətləri müəyyən edilməli, və onlar öz mandatları çərçivəsində 
effektiv surətdə fəaliyyət göstərə bilmələri üçün kifayət edəcək vəsaitlə təmin 
edilməlidirlər. 

Hər bir hədəf çərçivəsində əsas gender məsələlərini müəyyən etməklə Minnilliyin 
İnkişaf Məqsədləri toplanmalı, monitorinq keçirmək üçün siyasət və proqram 
səviyyəsində daxil olan bəndlər və ölçülə bilən göstəricilər ayrılmalıdır.

Əlaqələndirmə Şurası gücləndirilməlidir ki, o da yeni Milli İnkişaf Planında (MİP), 
YADİDP prosesində və Minilliyin İnkişaf Məqsədlərinin müəyyənləşdirilməsində 
iştirak edə bilsin. Çalışmaq lazımdır ki, Şuraya Hökumətin tərkibində müəyyən 
səlahiyyəti olan, qərarların qəbul edilməsinə təsir göstərə bilən yüksək rütbəli 
bir şəxs sədrlik etsin.

Ara-bir genderə dair lazımi məlumatların təhlili aparılmalı, bütün sektorlarda 
cins  zəminində  ayrı-seçkiliyə  dair  statistik  məlumatların  və  göstəricilərin 
toplanmasının keyfiyyəti və həcmi yaxşılaşdırılmalıdır.
Asiya İnkişaf Bankının (AİB) gender strategiyası
AİB-nın Azərbaycanda borc əməliyyatlarının ilk mərhələsi ölkə proqramlarının həm 
strateji, həm də operativ sahəsində effektiv surətdə gender yanaşmasını
 
həyata keçirmək üçün 
xeyli imkanlar yaratdı. Bu gün Yeniləşdirilmiş Ölkə Strategiyasını və Proqramları (YÖSP 
2005-2006)) dörd strateji focus sahəsini əhatə edir: (i) MK-lara yardım, (ii) kənd təsərrüfatı və 
kəndlərin inkişafı (daşqınların qarşısının alınması, kənddə inkişafa mikro-maliyyə yardımı), 
(iii)  sosial  infrastruktur  (su  təchizatı  və  sanitariya  şəraitinin  yaxşılaşdırılması),  və  (iv) 
nəqliyyat. Bundan əlavə, Asiya İnkişaf Bankı (AİB) diqqəti texniki yardımı təmin etməklə 
YADİDP-nın hazırlanması və həyata keçirilməsinə kömək etməyə yönəldib. Texniki Yardım 

xvii
Xülasə
Hökumətə  Minnilliyin  İnkişaf  Məqsədlərinin  (MİM)  nailiyyətlərini  öz  inkişaf  planlarına 
və  bu  planları  tətbiq  etmə  prosesinə  daxil  etməyə  kömək  göstərəcək.  Texniki  Yardımın 
nəticələrindən biri işçi qrupa YADİDP üçün gender fəaliyyət planı hazırlamağa və gender 
göstəricilərini MİM-nin monitorinq sisteminə daxil etməyə kömək etməsidir . 
Bu qiymətləndirilmədə yer alan gender problemləri və gender baxımından narahatlıq 
doğuran  digər  məsələlər  birbaşa AİB-nın  2006-2010-cu  illər  üçün  (AİB  2004a)  Ölkənin 
Strateji Proqramı (ÖSP) çərçivəsində strateji diqqət sahəsində sektor işi ilə əlaqədardırlar; 
bu hər imkan şəraitində operativ planlaşdırılmada nəzərə alınmalıdır.
Ölkədə  ən  yoxsul  və  ən  əlverişsiz  qrup  hesab  edilən  MK-lara  yardım  edilməsi 
Ölkənin Yeniləşdirilmiş Strateji Proqramında (2005-2006) başlıca strateji diqqət sahəsi kimi 
müəyyənləşdirilib. Ölkə üzrə Gender Qiymətləndirilməsində (ÖGQ) qeyd edildiyi kimi, MK/
qaçqın əhali arasında çox mühüm gender problemləri mövcuddur: bunlar işsizliyin yüksək 
həddə çatması, qaçqın qadınların və uşaqların səhhətinin pis olması, əlverişsiz məktəb şəraiti 
üzündən və ya işləmək və ya ərə getmək məcburiyyətindən məktəbi atan qızların sayının 
artmasıdır. 
AİB-nın kənd təsərrüfatının və kəndlərin inkişafı sektorunda diqqət mərkəzində duran 
əsas sahələri daşqınların vurduğu ziyanın azaldılması və mikro- maliyyə və kəndlərə maliyyə 
yardımının inkişafıdır. Daşqınların vurduğu ziyanın azaldılması və reabilitasiya layihələrində 
effektiv  gender  yanaşmasının  həyata  keçirilməsi  qadınların  kənd  təsərrüfatı  sektorunda 
çoxşaxəli rolunun və məsuliyyətlərinin tanınmasını və buna müvafiq iş görülməsini tələb 
edir.
Xeyli sayda qadın formal sektorda müvəffəqiyyətlə mikro-kredit almağa nail olsa 
da,  kənd  ərazilərində  də  qadınlar  üçün  belə  bir  imkan  yaratmaq  və  onlara  kiçik  və  orta 
sahibkarlıqla məşğul olmağa kömək etmək imkanlarını artırmaq üçün əhəmiyyətli dərəcədə 
əlverişli şərait var. Kənddə inkişafa mane olan az inkişaf etmiş maliyyə xidmətləri probleminə 
müraciət edən AİB kənd yerlərində və Bakının ətraf icmalarında bank və mikro-maliyyə 
fəaliyyətlərinin  artırılmasına  yardım  edir.  Bu  yardım  rayonlarının  inkişaf  etdirilməsinə 
dair son Fərmanla əlaqədardır; o, yoxsulluğun azaldılmasına yönəlmiş xüsusi bir ölçü kimi 
YAİİDP-ə daxil edilib və Hökumətin xüsusi prioritet təşkil edən bir məsələsi kimi qəbul 
edilib. 
Su çatışmazlığı və müvafiq sanitariya şəraitinin olmaması yoxsullara, xüsusilə də 
qadınlara daha çox təsir edir. Su əldə etmək, onu yığıb saxlamaq, daşımaq, anti-gigienik 
su  və  sanitariya  şəraiti  üzündən  xəstələnən  ailə  üzvlərinin  qayğısına  qalmaq  qadınların 
öhdəsinə  düşür.  Həm  suyun  sahibi,  həm  də  istehlakçısı  olan  qadınlar  adətən  su  ilə  bağlı 
problemləri yaxşı bilirlər və onların bu problemlərin yaxşılaşdırılması üçün konkret təklifləri 
var. AİB-nın su təchizatı və sanitariya xidməti sahəsində fəaliyyət göstərməsinin məqsədi 
infrastrukturu  genişləndirmək  və  təkmilləşdirmək,  mərkəzləşdirilmiş  təchizat  xidməti 
sahəsində nəzərdə tutulan islahatları dəstəkləmək və müvafiq iş və idarətmə qabiliyyətinə 
malik yeni su qurğuları yaratmaqdır.

xviii
 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
AİB-nın Erkən Uşaqlığın İnkişafı (EUİ) yarımsektoru ilə məşğul olması YAİİDP-
də uşaqların sağlamlığı və təhsili ilə bağlı narahatlıq doğuran məsələlərə müraciət etməyin 
prioritet təşkil etməsindən irəli gəlir və bu, EUİ-də pis qidalanma, xəstəliklərə qarşı həssaslıq 
və ölüm hallarının sayı kimi problemlərə dair MİM-nin sağlamlıqla bağlı əsas məqsədlərinə 
doğru inkişaf prosesinə kömək edəcək. 

1-ci fəsil  
Azərbaycanda gender və yoxsulluq
A. 
Azərbaycanda yoxsulluq
Azərbaycan sahəsi təqribən 86 000 kvadrat kilometr olan və Qafqaz regionunun cənub-
şərq  ərazisində  yerləşən  müstəqil  respublikadır;  o,  cənubda  İranla,  qərbdə  Ermənistanla, 
şimalda  Gürcüstan  və  Rusiya  ilə,  şərqdə  isə  Xəzər  Dənizi  ilə  həmsərhəddir.  11  inzibati 
rayondan ibarət olan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon 
və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən 
ibarət olan) bölünür. Azərbaycan 1991-ci ildə müstəqillik əldə etmişdir. Böyük neft və qaz 
ehtiyatlarına malik olan Azərbaycan təbii sərvətlərlə də zəngin olan bir dövlətdir və yaxın 
gələcəkdə həm neftin, həm də təbii qazın əsas ixrac gəlirlərinin mənbəyi olmaqda davam 
etməsi gözlənilir.
Azərbaycanın  əhalisi  8,2  milyondur.  Üstünlük  təşkil  edən  etnik  qrup  olan 
Azərbaycanlılar əhalinin ümumi sayının 89%-i qədərdir; ruslar (3%), dağıstanlılar (3%) və 
ermənilər (2%) ən böyük etnik azlıqlardır (ABŞBİA, 2005). Ölkə əhalisinin təqribən 51%-i 
şəhər ərazilərində yaşayır. Əhalinin təxminən dörddə bir hissəsi 15 yaşdan aşağı və 6%-i 65 
yaşdan böyükdür. Qadınlar əhalinin 51%-ni təşkil edirlər. Son iyirmi ildə ömrün uzunluğu 
artmışdır;  2004-cü  ildə  kənd/şəhər  əhalisi  arasında  bir  o  qədər  də  fərq  olmadan,  ömrün 
uzunluğu qadınlar üçün 75 yaş, kişilər üçün isə 70 yaş olmuşdur (DSK 2005a: 14-16). 
1991-ci  ildə  Sovet  İttifaqı  dağıldıqdan  sonra  Dağlıq  Qarabağ  ərazisi  uğrunda 
uzunmüddətli  müharibəyə  cəlb  edilən  keçmiş  Sovet  respublikaları  olan  Azərbaycan  və 
Ermənistan,  1994-cü  ildə  atəşkəs  razılaşmasına  nail  oldular.  Ermənistan  Azərbaycan 
ərazisinin  20%-ni  işğal  edib.  Müharibənin  nəticəsində  Azərbaycanda  790 000  məcburi 
köçkün və qaçqın meydana gəlib; Dağlıq Qarabağ və ətraf işğal olunmuş ərazilərdən köçmüş 
570 000 milliyyətcə azərbaycanlı və müharibə başlayanda Ermənistandan qaçmış 220 000 
azərbaycanlı Azərbaycanda məskunlaşıblar. Əhalinin təqribən 10%-ni təşkil edən məcburi 
köçkün/qaçqınlar  Qafqaz  regionunda  bir  ölkədə  cəmləşmiş  MK/qaçqınların  ən  böyük 
köçkün/qaçqın əhali kütləsidir (BMTQAK, 1999).
Neft və təbii qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, yoxsulluğun azaldılması 
Azərbaycan  üçün  əsas  problemdir.  2003-cü  ildə  keçirilmiş  Ev  Təsərrüfatlarının  Büdcə 
Müayinəsinə (ETBM) əsasən, 3,7 milyon insan və ya təqribən ümumi əhalinin 44,7%-i 2003-
cü ildə yoxsulluq içində yaşayırdı, ayda adam başına 178 850 AZM ($36,50) xərclənirdi. 
Onların 800 000 nəfəri və ya ümumi əhalinin 9,6%-i ifrat dərəcə yoxsul idi, aylıq xərcləri isə 
124 137 AZM-dan ($25,50) da aşağı idi (Azərbaycan Respublikası, 2003). Mütləq
 
yoxsulluq 
içində yaşayan əhalinin nisbəti 2002-ci ildəki 46,7%-dən 44,7%-ə düşsə də, nisbi yoxsulluq

  
 

“Nisbi yoxsulluq həddi” 2003-cü ilin ETBM-ə görə 129 684 AZM müəyyən edilmişdir və bu da orta 
istehlak xərclərinini 70%-ni təşkil edir.


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
2002-2003 illər ərzində 8,8%-dən 12%-ə qalxıb (Red. qeydi: 2005-ci ildə keçirilmiş ETBM-
ə  əsasən  mütləq  yoxsulluq  29,3%,  nisbi  yoxsulluq  6,1%,  ifrat  yoxsulluq  isə  2,2%  təşkil 
edirdi).
Yoxsulluq dərəcələri 2001-ci ildən kənd/şəhər əraziləri arasında dəyişilib. 2001-ci ildə 
keçirilən ETBM şəhər ev təsərrüfatları arasında gəlir yoxsulluğunun daha yüksək olduğunu 
qeyd  etdi,  bu  tendensiya  2002-ci  ildə  də  davam  etdi  (şəhərdə  47,8%  və  kənd  yerlərində 
45,4%).
 
Lakin 2003-cü ildə ETBM şəhərlər (44,1%) və əhalinin əsas hissəsinin yerləşdiyi 
paytaxt  Bakı  (35,4%)  ilə  müqayisədə  kənd  yoxsulluğunun  bir  qədər  yüksək  olduğunu 
(45,3%) müəyyən edib. Bu rəqəmlərə əsasən belə nəticəyə gəlmək olar ki, son 2 il ərzində 
şəhərdə yoxsulluq dərəcəsi azalıb, kənd yerlərində isə yoxsulluğun vəziyyəti dəyişilməyib.
Azərbaycanda  yoxsulluğun  möhkəm  regional  ölçüsü  var.  Naxçıvan  (59,2%)  və 
Muğan-Salyan (52,9%) kimi regionlarda mütləq yoxsulluq dərəcəsi Şəki-Zaqatala (40,3%) 
kimi şimal və ya Lənkəran-Astara (42,3%) kimi cənub regionlarına nisbətən əhəmiyyətli 
dərəcədə yüksəkdir (Cədvəl 1). 2003-cü ildə Naxçıvanda təqribən beş nəfərdən biri ifrat 
dərəcə yoxsulluq içində yaşayırdı və həmin müddətdə ifrat dərəcə yoxsulluq həddi Abşeron-
Quba,  Şirvan  və  Gəncə-Qazax  regionlarında  10%-dən  yuxarı,  Bakıda  isə  xeyli  aşağı  idi 
(6,8%) (Azərbaycan Respublikası, 2005a: 27). 
Cədvəl 1. Əhalinin (fərdlərin) kateqoriyaları üzrə yoxsulluğun yayılma göstəriciləri
Əhalinin kateqoriyaları 
Yoxsulluğun səviyyələri (%-lə)
Mütləq yoxsulluq 
həddi
 (178,850 AZM)
Nisbi yoxsulluq 
həddi
 (129,684 AZM) 
İfrat yoxsulluq 
həddi
 (124,137 AZM)
Ümumi əhali 
44.7
12.0
9.6
Şəhər
44.1
13.5
11.2
Kənd 
45.3
10.3
7.9
Naxçıvan MR 
59.2
21.2
16.9
Abşeron-Quba 
45.7
15.2
13.9
Muğan-Salyan 
52.9
10.7
8.2
Gəncə-Qazax 
49.1
13.9
10.8
Şəki-Zaqatala 
40.3
11.5
7.8
Lənkəran-Astara 
42.3
7.4
5.4
Şirvan
51.6
14.6
12.9
Qarabağ-Mil 
44.2
11.3
9.1
Bakı 
35.4
9.0
6.8
AZM = Azərbaycan Manatı
Mənbə: Azərbaycan Respublikası, 2005a: 27.
Həm  mütləq,  həm  də  ifrat  yoxsulluq  təhlükəsi  ailələrin  ölçüsünə  müvafiq  olaraq 
artır. Ən aşağı yoxsulluq dərəcəsi bir nəfərdən ibarət olan ailələr (5,4%) arasındadır və ailə 
üzvlərinin sayının artması ilə bu təhlükə də əhəmiyyətli dərəcədə artır, beş üzvdən ibarət 
ailələr üçün 45,8%, altı və ya daha çox üzvdən ibarət ailələr üçün 57%-dir. Uşaqsız ailələrdə 
uşaqlı ailələrlə müqayisədə yoxsulluq həddi daha aşağıdır. 3 uşaqlı ailə üçün bu rəqəm 55,4% 


Azərbaycanda gender və yoxsulluq
və 4 və ya daha çox uşaqlı ailələr üçün 62,7% təşkil edir. ETBM həmçinin aşkar etdi ki, 
uşaqsız ailələrdəki 23,2% ilə müqayisədə 47,4% uşaqlı ailələr mütləq yoxsulluq həddindən 
aşağıda yaşayırlar (Azərbaycan Respublikası, 2005a: 28).
Yoxsulluq və ailə başçısının aldığı təhsil arasında bağlılıq var. Orta təhsildən aşağı 
təhsil alanlar arasında mütləq yoxsulluq içində yaşayanların sayı daha çoxdur (28,6% ali 
təhsili olanlarla müqayisədə 45%), və onların son dərəcə yoxsulluq içində yaşamaq ehtimalı 
iki dəfə artıqdır (müvafiq olaraq 10% və 4,4%). Bu rəqəmlər 2001 və 2002 ETBM-də
 
yer 
alıb. 
YAİİDP-nin
 
İcra  Hesabatı  başçısı  kişi  və  qadın  olan  ev  təsərrüfatları  arasında 
əhəmiyyətli fərqlər qeyd edir. Ailə başçısı kişilər olan ev təsərrüfatlarının BQET (28,5%) ilə 
müqayisədə mütləq yoxsulluqda (40,3%) yaşama ehtimalı daha böyükdür. İstifadə olunmuş 
məlumatın tədqiq edilməsi nəticələrin əsas səbəblərindən bəzilərini müəyyən etdi. Birincisi, 
BQET-lərin yalnız az bir hissəsi (19,4%) ETBM-də nümunə kimi istifadə olunub. İkincisi, 
BQET-lərin  ölçüsü  ETBM  nümunələrində  nisbətən  kiçikdir  (BQET-lərin  70%-də  ailə 
üzvlərinin sayi üç nəfərdən çox deyil və ümumi yoxsulluğun səviyyəsi də üç nəfərdən ibarət 
ailələr  üçün  müvafiq  olaraq  aşağıdır--  21,4%)  (Azərbaycan  Respublikası,  2005a:  28-29). 
Bu nəticə bir daha sübut edir ki, yoxsulluq təhlükəsini daha çox artıran amil ev təsərrüfatı 
başçısının cinsi deyil, ailə üzvlərinin sayıdır.
Azərbaycanda  gəlir  yoxsulluğunun  yüksək  səviyyəsinə  əlavə  olaraq,  keyfiyyətli 
xidmətləri əldə edə bilməyin çox vaxt mümkün olmaması nəticəsində meydana çıxan gəlirsiz 
yoxsulluq get-gedə daha çox narahatlıq doğurur. Azərbaycanda ibtidai təhsil səviyyəsində 
uşaqların  100%  məktəbə  cəlb  olunmaları  yolu  ilə  təhsil  sahəsində  nailiyyətlərin  yüksək 
səviyyəsi  saxlansa  da,  hökumətin  bu  sahəyə  ayırdığı  xərclər  çox  aşağıdır  və  vaxtaşırı 
tələb olunan xərclər, kitabxana kitabları və digər tədris materialları üçün maliyyə dəstəyi 
valideynlər tərəfindən təmin edilir. Bu təhsilin “qeyri-rəsmi” xərcləri ailələrin, xüsusilə də 
yoxsul ailələrin çiyninə ağır yük qoyur. Sağlamlıq sektorunun icmalı göstərir ki, bir çoxları 
üçün maddi imkanları daxilində keyfiyyətli xidmətlərdən istifadə edə bilmək mümkün olmur 
və  sistem  ciddi  təzyiqlərə  məruz  qalır.  Səhiyyə  sahəsində  qeyri-rəsmi  xərclərin  artması 
1995-ci ildən bəri hökumətin bu sahəyə ayırdığı xərclərin durmadan azalması üzündən çətin 
vəziyyətə  düşən  sistemin  xüsusiyyətidir.  Belə  vəziyyət  istehlakçılar  üçün  böyük  maliyyə 
çətinlikləri yaradır, bu əlavə xərcləri ödəmək yoxsullar üçün xüsusilə ağır olur.
MK/qaçqınlar həm gəlirli, həm də gəlirsiz yoxsulluğun yaratdığı bir sıra çətinliklərlə 
daha çox üzləşməli olurlar. Bu yaxınlarda Dünya Bankı/BMT-nin İnkişaf Proqramı (BMTİP) 
tərəfindən keçirilən Sorğuya əsasən, MK/qaçqınların təqribən hər iki nəfərindən biri işsizdir; 
işsizlik səviyyəsi Bakıdan kənarda daha yüksəkdir (Dünya Bankı 2003-ə istinadən). Bir çoxları 
qeyri-rəsmi sektorda işləyirlər, burada onlar istismara və çox vaxt pis şəraitdə uzun saatlarla 
işləməyə məcbur olurlar. MK/qaçqınlar əhalinin çox az mülkiyyətə malik bir qrupudur; onların 
kənd təsərrüfatı torpaqlarına sahib olmaq imkanları çox məhduddur; bu adamlar hökumətin 
ödəmələri və güzəştlərindən yüksək dərəcədə asılıdırlar; mənzil şəraitləri standartlardan çox 
aşağıdır; sanitariya və birbaşa su təchizatından istifadə edə bilmək imkanları məhduddur; 


Yüklə 89,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin