Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə22/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   18   19   20   21   22   23   24   25   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

127

 

 



 

 

Qafqaz Şeyxülislamına iki  açıq  məktub  dərc edilmişdi.  İstər birinci  və  istərsə də ikinci  məktubda 



yazılır: nə üçün erməni, gürcü, rus qızları məktəblərdə başqa dərslərdən əlavə ana dilini oxuyurlar, 

amma  Azərbaycan  qızları  isə  öz  ana  dillərini  oxumurlar:  «Erməni,  rus  və  gürcü  qızlarının 

şəhadətnamələrindən belə məlum olur ki, erməni, rus və gürcü qızları özgə dərslərdən əlavə ilahi və 

ana dili oxuyublar. Amma müsəlman qızlarının şəhadətnamələrində yazılıb ki, elmi-ilahi və ana dili 

oxumayıblar. Cənab şeyx!.. Siz buyurdunuz ki,  məktəbdə hər millətin qızlarına öz dinlərindən və 

dillərindən dərs verirlər. Amma istəmirlər ki, məktəbdə ayı on beş manatlıq bir müsəlman müəllimi 

saxlasınlar ki, iyirmi yaşında müsəlman qızları dərs oxuyub qurtaranda müsəlmanca adlarını  yaza 

bilsinlər  və  müsəlmançılıqdan  heç  olmasa  bir  neçə  söz  öyrənsinlər»  [13].  «Molla  Nəsrəddin» 

jurnalının  dil  sahəsindəki  siyasəti  ardıcıl  idi.  Öz  fəaliyyətinin  25  ili  ərzində  bu  sahədə  də 

demokratik cəbhə tutmuş və nəhayət qələbə çalmışdır. 

Ədəbiyyat 

1. Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri. Bakı, 1953 

2. Köçərli F. Seçilmiş əsərləri. Bakı, Elm, 1983 

3. Məmmədquluzadə C. Əsərləri. I cild, Bakı, 1958 

4. Məmmədquluzadə C. Əsərləri. I cild, Bakı, 1951 

5. Molla Nəsrəddin» jurnalı. 1906, №1 

6. Məmmədquluzadə C. Əsərləri. III cild, Bakı, 1967 

7. Əfəndiyev R. «Təlimi-ümum» //«Təzə həyat» qəzeti, 1907, №31 

8. Əhmədov H. M. XIX əsr Azərbaycan məktəbi. Bakı: «Maarif», 2000 

9. «Molla Nəsrəddin» jurnalı. 1907, №32 

10. «Molla Nəsrəddin» jurnalı. 1906, №2 

11. «Molla Nəsrəddin» jurnalı. 1907, №8 

12. «Molla Nəsrəddin» jurnalı. 1907, №22 

L.N.Nagiyeva 

The main role of the magazine "Molla Nesreddin" for the struggle of the purest of the 

Azerbaijan language in the beginnig of the XX century 

Summary 

The  article  deals  with  the  role  of  the  magazine  "Molla  Nesreddin"  for  the  struggle  of  the 

purest  of  the  Azerbaijan  language  in  the  beginning  of  the  XX  century.  They  show  that  "Molla 

Nesreddin" plays an important role in the area of the native language. That is why most of people 

read  it  with  great  pleasure.  The  policy  of  language  of  the  magazine  was  continuous.  It  had  been 

continued this policy in democratic way for 25 year and at last overcame. 



 

 

 

 

 

 

 

 

 



 

Zülfiyyə Nasir qızı Cəlilova 

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin kiçik elmi işçisi 

E-mail: acelilov@gmail.com 



 

MULTİKULTURALİZM MÖVZUSU ÇƏRÇİVƏSİNDƏ ERMƏNİ ZİYALILARININ 

YARADICILIĞINDA AZƏRBAYCANLILARA MÜNASİBƏT (XIX-XX ƏSRİN 

ƏVVƏLLƏRİNDƏ)  

 

Açar sözlər: Azərbaycan, multikulturalizm, erməni, tolerantlıq. 

Keywords: Azerbaijan, multiculturalism, Armenians, tolerance. 

 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

128

 

 



 

 

 



Multikulturalizm  (çox mədəniyyətlilik)  –  bir çox cəmiyyətlərin xüsusiyyəti  kimi plüralizmin 

mövcudluğunun  etiraf  olunması  və  inkişafı  deməkdir.  Multikulturalizm  1960-cı  illərin  sonunda 

Kanadada  meydana  gəlmişdir.  Termin  kimi  o,  1970-ci  illərdən  elmi  ədəbiyyatda  geniş  istifadə 

olunmağa başlamışdır. 

Multikulturalizm  mədəniyyətlərin  və  sivilizasiyaların  dialoqunun  zəruri  alətidir.  Birgə 

yaşadığımız millətlərin  mədəniyyətlərinin  mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini 

dərindən  öyrənməliyik.  Çünki  bunları  bilmədən  onlara  qarşı  tolerant  münasibət,  onların 

nümayəndələrinə  hörmət  mümkün  deyil.  Həmçinin  qarşılıqlı  anlaşma,  mədəniyyətlərin  və 

sivilizasiyaların dialoqunu qurmaq mümkün deyildir. 

Multikulturalizm  cəmiyyətin  inkişafının  məhsulu,  cəmiyyətdə  bas  verən  hadisələr  tərəfindən 

meydana  gəldiyinə  görə  o,  öz  mahiyyətinə  görə  ilk  növbədə  sosial  hadisədir.  Sosial  hadisə  kimi 

formalasan  multikulturalizm  digər  sosial  hadisələr  (siyasətə,  iqtisadiyyata,  mədəniyyətə, 

mənəviyyata, ictimai şüurun müxtəlif formalarına və s.) təsir göstərir, onlarla qarşılıqlı münasibətdə 

olur. 


Multikulturalizm  bu  günün  siyasətdir.  Bir  siyasət  olan  multikulturalizm  və  tolerantlığın 

Azərbaycanda  tarixi  kökləri  vardır.  Tarixən  gəlib  çıxmış  bu  köklər  müasir  dövrdə  də  inkişaf  edir. 

Başda  prezidentimiz  olmaqla  dövlətimiz  də  multikulturalizmi  dəstəkləyir.  Ölkəmizdə  yaşayan 

müxtəlif millətlər onların mədəniyyəti və dini buna misal ola bilər. Mövcud olan məscidlər, kilsələr, 

sinaqoqlar  təmir  olunur  və  qorunub  saxlanılır.  Multikulturalizm  və  tolerantlıq  dedikdə  dostluq  və 

qonaqpərvərlik başa düşülür ki, bu da bizim  ölkəmizin həyat tərzidir. 

Ölkəmizdə  mövcud  olan  tolerantlıq  Azərbaycan  multikulturalizminin  əsas  sütunudur. 

Azərbaycanda  müxtəlif mədəniyyətlərə, dinlərə tolerant yanaşma üstünlük təşkil edir və həmçinin 

qarşılıqlı  hörmətə  böyük  önəm  verilir.  2016-cı  il  “multikulturalizm”  ili  elan  etməklə  Prezident 

İlham  Əliyev  ictimaiyyətin  qarşısında  çox  vacib  tələblər  qoydu.  Bu  tələblər    Azərbaycanda 

multikultural  dəyərlərin   daha da inkişaf etdirilməsindən, bu dəyərlərin daha dərindən öyrənilməsi 

və təbliğindən ibarətdir (1).  

Tarixə nəzər yetirsək görərik ki, Azərbaycanın Rusiya tərəfindən işğalı və Rusiyanin yeritdiyi 

köçürmə siyasəti  nəticəsində ölkəmizin etnodemoqrafik quruluşunda yeni etnik dəyişikliklər əmələ 

gəlmişdi.  XIX  əsrin  əvvəllərində  Azərbaycanın  Rusiyaya  birləşməsindən  sonra  çar  Rusiyası 

tərəfindən  ölkəmizə  müxtəlif  millətlərin  nümayəndələri  köçürülmüşdür.  Daha  sonra  XIX  əsrin  II 

yarısı – XX əsrin əvvəllərində neftin çıxarılması ilə əlaqədar Bakıya ruslar, beloruslar, Ukraynadan 

gələn  nümayəndələr  köçürülmüşdülər.  Onların  arasında  mühəndislər,  qulluqçular,  pedaqoqlar  və 

fəhlələr  də  var  idi.  Göründüyü  kimi  köçürmə  siyasəti  nəticəsində  ölkəmizə  gəlmiş  müxtəlif 

millətləri xalqımız qonaqpərvərliklə qarşılamış qardaşcasına onlara yer vermişdir. Onlarin müxtəlif 

dinə,  mədəniyyətə  mənsub  olmasına  baxmayaraq  birgə  yaşamış,  dostluq  və  qardaşlıq  əlaqələri 

yaratmışlar.  Multikultural  baxışların  dərin  köklərinin  olmasını  XIX  əsrin  sonu  XX  əsrin 

əvvəllərində  Avropa  xalqları  –  almanlar,  polyaklar,  estonlar,  litvalılar,  çexlər  və  b.  da  ölkəmizdə 

köçüb  yaşaması  bir  daha  təsdiqləyir.  Ölkəmizdə  müxtəlif  millətlərin  və  müxtəlif  məzhəblərə 

məxsus  insanların  birgə  yaşaması,  onların  mədəni  müxtəlifliklərinin  qorunması,  inkişafı  və 

inteqrasiyaya yönəldilməsi multikultural münasibətlərin bariz nümunəsidir. 

Şimali  Azərbaycan  Rusiya  tərəfindən  istila  olunduqdan  sonra,  bu  ərazilərdə  “cənnət”  və 

“vətən”  axtarmaq  arzusunda  olan  ayrı-ayrı  xristian  xalqları  sığınacaq  tapmağa  başladılar.  Bu  rus 

çarizminin  müstəmləkə  siyasətinin  nəticəsi  kimi  dəyərləndirilməlidir.  Bunların  bir  qismi  (xüsusən 

də  almanlar)  diyarın  iqtisadiyyatının  və  mədəniyyətin  inkişafına  böyük  töhfələr  verdi.  XIX  əsrin 

sonu  –  XX    əsrin  əvvəllərində  Şimali  Azərbaycanda,  xüsusilə  də  Bakıda  az  qala  dünyanın  bütün 

millətlərinin  nümayəndələrinə  rast  gəlmək  olurdu.  Bu  aborigen  yerli  azərbaycanlıların  böyük 

qonaqpərvərliliyindən irəli gəlirdi. 

Lakin  təssüfləndirici  haldır  ki,  bu  qonaqpərvərlikdən  sui-istifadə  edənlər  də  oldu.  Şimali 

Azərbaycanda özlərinə dövlət  yaratdılar. İşğal olunmuş Azərbaycan torpaqlarından ermənilərə pay 

verən Rusiya qonaği ev sahibinə düşmən etdi. Bununla da milli ədavət toxumu səpilmiş oldu. Yaralı 

yerimiz olan Qarabağ məsələsində də dövlət başçımız səbir və təmkin göstərərək bizə örnək olur. 

Düşmən  də  olsaq  onların  içində  hamının  eyni  fikirdə  olmadığını  müşahidə  edirik.  İsrafil  Abbaslı 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

129

 

 



 

 

“Azərbaycan həqiqətləri” adlı kitabında göstərir ki, həqiqətən erməni ədiblərinin içərisində həqiqəti 



etiraf etməyi bacaranlar vardır. Bu kitabda 40 a yaxın erməni ədəbi fikir nümayəndələrinin etirafları 

toplanmışdır (1, s. 4). Erməni yazıçısı Xaçatur Abovyan publisist yazılarında Azərbaycan türkcəsi, 

tarixi,  mədəniyyəti,  folkloru  haqqında  yüksək  fikirlər  söyləyir.  Aşıq  sənəti,  bayatılar  haqqında 

danışır.  1847-ci  ildə  yazdığı  “Turçanka”  novellasında  insanların  bir-birini  sevməsini  və  sevginin 

azad olduğunu göstərirdi. O həmçinin folklor və etnoqrafiyada azərbaycanlıların və kürdlərin xalq 

mahnılarını toplayırdı (3, s. 23).  

Ermənilər  Şimali  Azərbaycana  köçürüləndən  sonra  yerli  əhali  ilə  qaynayıb  qarışdı. 

Azərbaycan  adət-ənənələrini,  ədəbiyyatını,  folklorunu,  habelə  mətbəxini  öyrəndilər  və 

mənimsəməyə  başladılar.    Azərbaycan  türk  dilini  öyrəndilər.  Şimali  Azərbaycana  köçürülmüş 

ermənilər arasında böyük hörmət sahibi olan Xaçatur Abovyan bütün bunları etiraf etməli olmuşdu. 

XIX yüzilin birinci yarısında yeni realist erməni ədəbiyyatının yaradıcısı Xaçatur Abovyan publisist 

yazılarında  Azərbaycan  Türkcəsi,  tarixi,  mədəniyyəti,  folkloru  haqqında  yüksək  fikirlər  söyləyir. 

Abovyan  etiraf  eləyir  ki,  ermənilərdə  bayatı  deyilən  bir  şey  olmayıb,  biz  bayatıları  qonşularımız 

türklərdən  götürmüşük.  Abovyan  bayatının  çox  gözəl,  oynaq  janr  olduğunu,  oxuyarkən  insana 

misilsiz zövq verdiyini bildirir. Etiraf edir ki, erməni dili bayatıdan sonra çox şirinləşib. Azərbaycan 

Türkcəsi  haqqında  danışan  Abovyan  bu  dilin  hər  mənada  zənginliyini  dilə  gətirir,  deyir  ki, 

ermənilərdə  folklor  nümunələri  birbaşa  türkcə  ifadə  olunur.  Aşıq  sənəti,  onun  özünəməxsusluğu 

haqqında da danışır, deyir ki, qabaqlar ermənilərdə ermənicə dastan danışmaq, şeir demək ənənəsi 

yox  idi.  Abovyan  etiraf  edir  ki,  bunu  da  Azərbaycan  Türklərindən  götürmüşük.  Qeyd  edir  ki, 

ermənilər  uzun  dövr  ərzində  Azərbaycan  dastanlarını  elə  türk  dilindəcə  söyləyiblər,  yaddaşlarında 

yaşadıblar: “Türk dili lənətə gəlsin, ancaq bu dil Allahın xeyir-duasını alıb. Bütün şadlıqlarda və toy 

mərasimlərində biz türkcə oxuyuruq” (3, s. 34).  

XIX  yüzildə  yaşamış  digər  tanınmış  ermənilər  də  bu  mənada  ciddi  etirafda  bulunublar. 

Nalbandyanın fikrinə görə, Tarverdiyan adlı Azərbaycanın folklor materiallarını nəşr edən folklorçu 

yazır ki,  Azərbaycan Türkcəsində  yazıb-yaradan  erməni  aşıqlarının sayı  400-dən artıqdır. Bu fakt 

bir daha onu sübut eləyir ki, erməni aşıqları Azərbaycan Türkcəsində yaşayıb-yaradıblar (6, s. 20). 

Ermənilər  etiraf  eləyirlər  ki,  elə  aşıqlar  var,  ancaq  sırf  Azərbaycan  Türkcəsində  yazıblar. 

Tarverdiyan yazır, bu aşıqları ona görə erməni adlandırmaq olar ki, onlar erməni ailəsində anadan 

olublar,  amma  yaratdıqları  Azərbaycan  mədəniyyəti  xəzinəsinə  daxildir.  Ermənilərin  tanınmış 

araşdırıcıları etiraf edirlər ki, Azərbaycan Türk xalq havaları, Koroğlu havaları onların musiqisinin 

formalaşmasına  müstəsna  təsir  edib.  Tarverdiyan  daha  sonra  yazır  ki,  Avropa  klassik  musiqisi 

Qafqaz  xalqları,  o  cümlədən  ermənilər  üçün  təzədir,  amma  türk  xalq  nəğmələri  tarix  boyu 

yaşayaraq digər xalqlara, o cümlədən ermənilərin musiqi yaradıcılığına ciddi, təkanverici təsir edib. 

Tarverdiyan erməni xalqının Azərbaycan mahnılarına vurğunluğundan da yazırdı. 

XIX  əsrin  yeni  realist  erməni  ədəbiyyatının  davamçılarından  olan  Ağayanın  Azərbaycan 

ədəbiyyatı, mədəniyyətini  təqdir edən xeyli qənaətləri var. Erməni  ədəbiyyatşünaslarının etirafları  

almış  «Azərbaycan həqiqətləri» kitabının tərtibçisi İsrafil Abbaslı müxtəlif illərdə ermənicə, rusca 

çap olunmuş kitablardan topladığı sitatları  aydınlığı ilə — səhifəsinə kimi  göstərib:  «Bu etirafları 

kitabda  verilən  mənbələrə  əsasən  tapıb  tutuşdurmaq  olar.  Haxverdiyanın  1852-ci  ildə  Sayat  Nova 

haqqında  kitabı  çıxıb,  orada  bu,  Azərbaycan  aşıq  sənəti  haqqında  yüksək  fikirlər  söyləyir.  Onun 

fikrini kitabda vermişəm. 1912-ci ildə erməni aşıqları ilə bağlı İzmirdə kitab çıxıb. Kitabın tərtibçisi 

xristianşünas olub. Tərtibçi kitabda həm ermənicə, həm də tükcə yazan erməni aşıqlarının şeirlərini 

çap edib.  Araşdırmaçı  müqəddimədə aşıq  şeir şəkillərinin adlarını geninə-boluna çəkdikdən sonra 

yazır ki, bunların hamısı mənşə etibarilə türkcədir, türklərindir. 80-ə yaxın aşıq musiqisi havalarının 

tamamilə  türkcə  olduğunu  yazır,  etiraf  edir  ki,  ermənilər  bunların  adlarını  türklərdən  götürüblər, 

bizdə  bunların  adları  yoxdur.  Bir  sözlə,  ermənilərin  etirafları  bitib-tükənmir.  Emənilərin 

tanınmışları Azərbaycanın məşhur klassikləri Nizami, Nəsimi, Füzuli haqqında, habelə Azərbaycan 

bayatıları ilə bağlı etirafda bulunublar». 

Avetik  İsakyanın  Azərbaycan  bayatılarının  ermənicə  nəşrinə  yazdığı  müqəddimə  çox 

maraqlıdır:  «Bu,  ermənilərin  tanınmış  yazıçısıdır.  İsaakyan  yazır  ki,  Leninakanda  (yəni  keçmiş 

Gümrüdə)  uşaq  vaxtı  Arpaçayın  sahilində  oynayırdıq.  Yazır  ki,  o  vaxtı  sonradan  həyat  yoldaşım 

olacaq  qızı  istəyirdim.  Deyir  mən  qıza  Füzulinin  bir  qəzəlini  söylədim,  bunu  deyəndə  qızın  üzü 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

130

 

 



 

 

qızardı.  Bu,  o  deməkdir  ki,  ermənilər  həmişə  Azərbaycan  Türkcəsini  gözəl  biliblər,  hər  addımda 



Azərbaycan  mədəniyyətindən,  incəsənətindən  bəhrələniblər.  «Nizami  Gəncəvi  və  erməni 

ədəbiyyatı» mövzusunda araşdırmada ermənilərin Nizami irsindən nə dərəcədə geniş bəhrələnməsi 

ifadəsini  tapıb.  Bütün  bunlar  isə  Azərbaycan  Türk  mədəniyyəti,  ədəbiyyatı,  musiqisi,  bir  sözlə, 

özünəxməsusluğu,  bənzərsizliyi  haqqında  ermənilərin  etiraflarıdır.  Manuk  Abevyan  tanınmış 

ədəbiyyat tarixçisi olub, 6 cildlik «Erməni ədəbiyyatı tarixi»ni yazıb. Qədim dövrlə bağlı yazır ki, 

erməni dili mürəkkəb sözlər sarıdan zəifdir, kasıbdır. Erməni dilinin bir sözünün neçə məna çaları 

yoxdur,  ancaq  türk  dilində  belə  cəhətlər  çox  zəngindir.  Ona  görə  də  araşdırmaçı  erməni  qələm 

adamlarının Azərbaycan Türkcəsində yazıb-yaratmasını təbii qanunauyğunluq sayır». 

Aleksandr Minasoviç Şirvanzadə Şamaxıda doğulub. Erməni yazıçısının “Çest” 1885- ci ildə 

yazdığı roman, 1894-cü ildə yazdığı  “Zloy dux” povestində həsəd və nifrətin bir arada olduğunu 

görürük (7, s. 34). O daha sonra Qnçak partiyasının üzvü olub. Erməniləri müdafiədə çıxışlar edib. 

Daha bir erməni yazıçısının adını çəkə bilərik. Sayat Novanın yaradıcılığında sosial və sevgi 

lirikası önəmli yer tuturdu. O öz əsərlərini Azərbaycan, gürcü və erməni dilində yazmışdır. 1956- cı 

ildə  Azərbaycan  şairi  Məmməd  Rahim    “Sayat  Nova”  poemasını  yazmışdır.  O  öz  əsərində  Sayat 

Novanın həyatının son günlərini və onun faciəli ölümünü göstərmişdir. Qətiyyətlə qeyd etmək olar 

ki, Məmməd Rahimin yazdığı bu poema  da Azərbaycan xalqının siyasi simasının dostluq və barış 

zəminində əsas cizgilərdən birinə çevrilmişdir (5, s. 45). 

Azərbaycanın folklor materiallarını nəşr edən Tarverdiyan adlı folklorçu yazır ki, Azərbaycan 

türkcəsində yazıb yaradan erməni aşıqlarının sayı 400-dən artıqdır. O yazır ki, bu aşıqları ona görə 

erməni adlandırmaq olar ki, onlar erməni ailəsində anadan olublar, amma  yaratdıqları Azərbaycan 

mədəniyyəti  xəzinəsinə  daxildir.  Yusif  Vəzir  Çəmənzəminli  də  Eçmiədzində  (Üçkilsə)  olarkən, 

arxivlə tanış  olduqda görür ki,  burada Azərbaycan  klassik  ədəbiyyatı və şifahi  söz sənəti ilə  bağlı 

külli miqdarda material saxlanılır. 

İrəvanlı ziyalılardan Əkbər Yerevanlı (İrəvanlı) da bu sahədə bir sıra tədqiqatlar aparmışdır. 

Əkbər  Yunis  oğlu  Suleymanov  1921-ci  ildə  İrəvanda  doğulub.  O  filoloq  olaraq  Erməni  və 

Azərbaycan    qarşılıqlı  ədəbi  əlaqələri  sahəsində  ardıcıl  tədqiqat  aparmışdır.  Onun  erməni  dilində 

“Erməni  və  Azərbaycan  xalqlarının  dostluğunun  ədəbiyyatda  inikası”  (1955),    “Cəlil 

Məmmədquluzadə və erməni xalqı” (1966), “Nəsimi” (1973) adlı əsərləri buna sübutdur. O “Azəri 

–erməni  ədəbi  əlaqələri,  qədim  dövrdən  XVII  -əsrin  sonuna  qədər”  mövzusunda  doktorluq 

dissertasiyası yazmışdır. Adını çəkdiyimiz bu ziyalıların əsərləri, tədqiqat işləri bir daha sübut edir 

ki, Azərbaycan xalqı ta qədimdən baş verən hadisələri həqiqətin dili ilə izah etməyə çalışmışdır. 

Erməni  yazıçısı  nə  qədər  etiraf  etsə  də,  lakin  biz  onun  əsərlərini  oxuduqda    orada  

azərbaycanlılara  qarşı  nifrətin  olduğunu  aydın  şəkildə  görürük.  1858-ci  ildə  çap  olunan  “Ranı 

Armenii”  əsərində  Rusiya-İran  müharibəsi  (1826-1828)  illərində  erməni  xalqının  həyatından, 

müsəlmanlara qarşı apardığı “azadlıq mübarizəsindən” necə bəhs etdiyini görürük. 

Tarixə  nəzər  yetirsək  görərik  ki,  orta  əsrlər  Azərbaycan  poeziyası  nümayəndələrinin 

əsərlərində  ümumbəşəri  dəyərlərin  təbliği  məsələsi  başlıca  yerlərdən  birini  tutur.  Azərbaycan 

ədəbiyyatında multikultural dəyərlərin öz ifadəsini tapdığını görürük. 

Səmimi  dostluq  və  sevgi  münasibətləri  ilk  klassiklərimizin,  orta  əsr  və  intibah  dövrü 

şairlərimizin, maarifçi demokrat yazarlarımızın yaradıcılığında əsas yer tutur. Onlar öz əsərlərində 

ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara qarşı hörmət bəsləyirdilər. 

Seyid Əzim “insan olmaq bir şəxsin müsəlman olub, olmasından asılı deyil” həqiqətinə inanır, 

Abdulla Şaiq “həpimiz bir günəşiz” deyir, Məhəmməd Hadi “qardaşımız, qardaşımız ey insanlar” 

insanlığa xitab edirdi. Ədəbiyyatımızda başqa dillərə səmimi münasibət hissinin təsviri öz dövrünün  

ictimai  fikrinin  bədii  ifadəsi  olmaqla  yanaşı,  eyni  zamanda,  öz  dövrünün  ictimai  fikrini 

yönləndirmək cəhdinin təzahürüdür (2, s. 4). 

Azərbaycan  eyni  zamanda    həm  islam  əməkdaşlıq  təşkilatının,  həm  də  Avropa  şurasının 

üzvüdür. Bildiyimiz kimi Azərbaycan əhalisinin 96% ni müsəlmanlar, qalanını isə xristian, yəhudi 

və  digər  dinlərin  nümayəndələri  təşkil  edir.  Başqa  xalqın    nümayəndələrinə  və  dininə  hörmət 

yazarlarımızın əsərlərində öz əksini tapmışdır. Müasir dövrümüzlə ayaqlaşan əsərlərdə  görürük ki, 

multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Buna baxmayaraq hər 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

131

 

 



 

 

bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Azərbaycan tarix boyu həmişə bölgədə, həm də qlobal 



miqyasda baş verən hadisələrin gedişatına təsir edə bilən ölkələr sırasında olmuşdur.  

Kökləri  tarixdən  gələn  multikulturalizm  siyasətini  müasir  dövrümüzdə  Heydər  Əliyev 

fondunun  düşünülmüş  sistemli  fəaliyyətində  də  müşahidə  etmək  olur.  Bu  fəaliyyətdə 

multikulturalizmin  mühüm  aspektlərindən  biri  olan  mədəniyyətlərarası  əlaqələrin  möhkəmlənməsi 

istiqaməti xüsusi  yer tutur. Fondun prezidenti Mehriban Xanım Əliyevanın  təşəbbüsü ilə  keçirilən 

“Mədəniyyətlərarası  dialoqda  qadınların  rolunun  genişləndirilməsi”,  “Qloballaşma  şəraitində 

mədəniyyətlərin  rolu”,  “Çoxmədəniyyətli  dünyada  sülh  şəraitində  birgə  yaşama”,  “Azərbaycan 

tolerantlıq məkanı” layihələrini xüsusi qeyd etmək olar. 

Ədəbiyyat 

1.  2016-cı  ilin  Azərbaycan  Respublikasında  “Multikulturalizm  ili”  elan  edilməsi  haqqında 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı // Azərbaycan qəzeti, 12 yanvar 2016-cı il. 

2. Аббаслы И. “Азербайджанские истины в армянских источниках”, Баку, 2008, 52 s. 

3. Абовян Х.Раны Армении. Ереван, 1939, 267 c. 

4. Abovyan Xaçatur. Seçilmiş əsərləri. VIII cild. Yerevan, 1958, 287 s.  

5. Məmməd Rahim. Seçilmiş əsərləri. İki cilddə. II c, Bakı: Azərnəşr, 1957, 416 s. 

6. Налбандян М. Полное собрание сочинений, Т. 1. Москва, 1954, 242 с. 

7. Ширванзаде А. М. «Честь». М.-Л., 1927. 

8. Ширванзаде А. М. Из-за чести. Тифлис, 1903. 

Calilova Z.N. 

AN ATTITUDE TOWARDS AZERBAIJANIS IN ARMENIAN INTELLECTUAL 

CREATIVITY THROUGH THE PRISM OF MULTICULTURALISM  

(EARLY 19-20

TH

 CENTURY) 



Summary 

The  article  said  that  multiculturalism  in  Azerbaijan  has  become  one  of  the  major  side  of 

political  image  of  the  country.  Azerbaijan  historically  was  land  where  representatives  of  different 

nations and religions lived in peaceful and friendly atmosphere. Prominent Armenian historians of 

the 19

th

 century, expressed a high opinion about the Azerbaijani-Turkish language, history, culture 



and folklore. 

 

 

 

 

 

 

 

 

 



Nigar Ağayeva, müəllim, AZMİU 

Nigar.aa@mail.ru 



 

Q.Q.MARKEZİN "100 İLİN TƏNHALIĞI" ƏSƏRİNDƏ ARXETİPLƏR VƏ 

SİMVOLLAR 

 

Açar sözlər: arxetiplər, simvollar, Ağsaqqal, qonaq, Həyat ağacı 

Key words: archetypes, symbols, elder, guest, Tree of life 

 

Bir şeyi tapmaq üçün əvvəlcə axtarmaq lazımdır. Axtarış isə tapmaq istəyilə bağlı müəyyən 



ilkin biliyi nəzərdə tutur  (K.Y).  XX əsrin ən məşhur yazıçılarından olan Q.Q.Markez 6 mart 1927- 

ci ildə Kolumbiyanın Arakataka şəhərində anadan olub. Jurnalist kimi fəaliyyət göstərən yazıçı, qısa 

hekayələri,  romanları,  povestləri  ilə  dünya  şöhrəti  qazanıb.1951-ci  ildə  “Tökülmüş  yarpaqlar” 

povestində  ilk  dəfə  təsvir  etdiyi  Mokonda  şəhərciyi  ilə  birgə,  yaradıcılığına  xas  tənhalıq 

mövzusundan  da  istifadə  edir.  Magik  realizim  üslubunda  1967-ci  ildə  yazılan  “100  ilin  tənhalığı” 


 


Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin