Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə30/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   26   27   28   29   30   31   32   33   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

170

 

 



 

 

4. Çelebioğlu, 1995: 12 



5. (Kaya, 1999: 340). 

6.  Doja,  Albert.  "Socializing  Enchantment:  A  Socio-Anthropological  Approach  to  Infant-

Directed  Singing,  Music  Education  and  Cultural  Socialization" International  Review  of  the 

Aesthetics and Sociology of Music, Vol. 45, No. 1 (June 2014), pp. 118–120.  

7.  Trehub,  Sandra  E.,  Trainor,  Laurel  J.  "Singing  to  infants:  lullabies  and  play 

songs"Advances in Infancy Research, (1998), pp. 43–77. 

8.  Opie  and  P.  Opie, The  Oxford  Dictionary  of  Nursery  Rhymes (Oxford  University  Press, 

1951, 2nd ed., 1997), p. 6. 

9.  Doja,  Albert.  "Socializing  Enchantment:  A  Socio-Anthropological  Approach  to  Infant-

Directed  Singing,  Music  Education  and  Cultural  Socialization" International  Review  of  the 

Aesthetics and Sociology of Music, Vol. 45, No. 1 (June 2014), p. 120. 

10.  Trainor,  Laurel  J.,  Tsang,  Christine  D.,  Cheung,  Vivian  H.W.  "Preference  For  Sensory 

Consonance in 2- and 4-month Old Infants." Musical Perception: An Interdisciplinary Journal, Vol. 

20, No. 2 (Winter 2002), pp. 187–194. 

11. Mitterschiffthaler, M. T., Fu, C. H.Y., Dalton, J. A., Andrew, C. M. and Williams, S. C.R. 

"A functional MRI study of happy and sad affective states induced by classical music"Human Brain 

Mapping, Vol. 28 No. 11 (November 2007). 

12.  O'Neill,  Colleen  T.,  Trainor,  Laurel  J.,  Trehub,  Sandra  E.  "Infants'  Responsiveness  to 

Fathers' Singing" Music Perception: An Interdisciplinary Journal, Vol. 18, No. 4 (Summer 2001), p. 

410. 


13. Perry, Nina (20 January 2013). "The universal language of lullabies". BBC News. 

14. Pouthas, V. " The development of the perception of time and temporal regulation of action 

in  infants  and  children" Musical  beginnings:  Origins  and  development  of  musical 

competence, (New York: Oxford University Press, 1996), pp. 115–141. 

15.  Ilari,  Beatriz  and  Sundara,  Megha.  "Music  Listening  Preferences  in  Early  Life:  Infants' 

Responses  to  Accompanied  versus  Unaccompanied  Singing" Journal  of  Research  in  Music 

Education, Vol. 56, No. 4 (January 2009), p. 356. 

16.  Chang,  Mei-Yueh;  Chen,  Chung-Hey;  Huang  Kuo-Feng,  "Effects  of  music  therapy  on 

psychological  health  of  women  during  pregnancy" Journal  of  Clinical  Nursing, Vol.  17,  No.  19 

(October 2008), pp. 2580–2587. 

17.  Trainor,  Laurel  J.  (January–March  1996).  "Infant  preferences  for  infant-directed  versus 

noninfant-directed playsongs and lullabies". Infant Behavior and Development 19(1). 

18.  Doja,  Albert.  "Socializing  Enchantment:  A  Socio-Anthropological  Approach  to  Infant-

Directed  Singing,  Music  Education  and  Cultural  Socialization" International  Review  of  the 

Aesthetics and Sociology of Music, Vol. 45, No. 1 (June 2014), pp. 118–122. 

19.  Clark,  Daniel;  Humphries,  Rachel  (18  June  2013). "Lullaby  Medicine  for  Premature 

Babies". ABC News. 

20.  Cassidy,  Jane  W.;  Standley,  Jayne  M.  (1995).  "The  Effect  of  Music  Listening  on 

Physiological Responses of Premature Infants in the NICU". Journal of Music Therapy 32(4). 

21. Standley, Jayne M. (June 2003). "The effect of music-reinforced non-nutritive sucking on 

feeding rate of premature infants". Journal of Pediatric Nursing 18 (3): 169–73. 

U.Murshudova 

The Typology of Cradle songs in the area of Gakh region  

Summary 


This  article  deals  with  the  folksongs-lullabies  that  the  woman-mothers  sing  it.  There  two 

types of folksongs-lullabies. Lullabies- Cradle songs and Lullabies-the mourning songs. Lullabies-

Cradle songs are sung by mother for lulling baby to sleep at home.There are five subject motifs of 

Lullabies- Cradle songs

Blessings,  being  worried  and  anxious,  loving  and  amorous,  dreaming-wishing  and 

complaining  lullabies.  Lullabies-the  mourning  songs  are  sung  weeping  by  mother  and  other 

women with sorrow for dead person in the mourning ceremony. 



 

 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

171

 

 



 

 

Sahibə Paşayeva 



AMEA Folklor İnstitutunun böyük elmi işçisi  

 

LƏZGİ VƏ AZƏRBAYCANLILARDA ORTAQ MƏRASİMLƏR 

                                                                            

Açar sözlər: Azərbaycanlılar, ləzgilər, folklor, Yaran Suvar, Novruz 

Key words:  Azerbaijanians, Lezghins, folklore, tale, legend, saying, Yaran Suvar,   Novruz 

 

Azərbaycan  və  ləzgi  xalqları  ən  qədim  zamanlardan  başlayaraq  eyni  tarixi-coğrafi  məkanı 



bölüşüblər. Hər iki xalqın mədəniyyət,  məişət,  adət-ənənə, dini görüşlərində, folklorunda oxşarlıq 

olsa da, bir sıra fərqli cəhətlər də mövcuddur.  

Əsrlər  boyu    bu  xalqlar  müxtəlif  nağıllar,  əfsanələr,  nəğmələr,  rəvayətlər,  atalar  sözləri  və 

zərbi-məsəllərdən ibarət zəngin folklor çələngi yaratmışlar. Ləzgi folklorunun ən məşhur əsəri xalq 

qəhrəmanı  Şarvili  haqqında  dastandırsa,  azərbaycanlılar  üçün  Dədə  Qorqud  əvəzsiz  müdrik    xalq 

ozanıdır.  

Ləzgi nağıllarında Azərbaycanlılarda olduğu kimi divlər, cinlər, pərilər, sehrli ilanlar, hiyləgər 

tülkülər, insan kimi danışan qurdlar əsas qəhrəmanlar kimi çıxış edir, əsərdə baş verən hadisələrin 

gedişini müəyyənləşdirirlər.   

Azərbaycan və ləzgi folklorunda təbiət və heyvan kultları öz mövqeyini qoruyub saxlayıb. Bu 

folklor nümunələrində onların mövcud inancları öz əksini tapmışdır. Azərbaycanlılarda heyvanlarla, 

totemik  görüşlərlə  bağlı,  motivlərdə  isə  əsasən,  maral,  ceyran,  qurd  və  s.  təsvir  olunur.  Yəni, 

qəhrəmanlar  müəyyən  şərait  nəticəsində  bu  heyvanlardan  birinə  çevrilirlər.  Qəhrəmanlar  hətta 

quşlara da çevrilə bilirlər. Türk, xüsusilə də, Azərbaycan inanclarında qurd əksər hallarda “bələdçi-

xilaskar” rolunda çıxış edib təzə, daha uğurlu yaşayış yerlərini nişan verirdi. 

Hər  iki  xalqın  inanclarına  görə  dünya  bir-birinə  qarşı  dayanan  ilkin  əkiz  yaranışların  əbədi 

mübarizəsi üzərində formalaşmışdır. İşıq və Qaranlıq (Gecə-Gündüz, Günəş-Ay) arasında mübarizə 

ölüm və həyat qarşıdurması olduğu üçün həmişə davam edəcəkdir. Belə mifik görüşlər Qafqazın  bu 

qədim sakinlərinin folklor materiallarında öz əksini tapmışdır. Məsələn, ləzgilərin Ay haqqında olan 

əfsanələrindən  birində  göstərilir  ki,  Ay  ilə  Günəş  bacı-qardaşdırlar.  Ay  oğlan,  Günəş  isə  qızdır. 

Bacısından inciyən Ay evdən qaçır. Günəş  sonra tutduğu işdən peşman olaraq qardaşının  dalınca 

qaçsa da, onu tapa bilmir. O vaxtdan Günəş gündüzlər, Ay isə axşamlar çıxır.  

Azərbaycan xalqının Ay və Günəş haqqında olan əfsanələrindən birində də deyilir ki, “Ay və 

Günəş bacı-qardaş imiş.  Bir gün onların anaları yuxa bişirmək üçün hazırlıq görürmüş. Anası Ayı 

çağırır ki, get oxlovu gətir. Ay oxlovu gətirmir və deyir: “Günəş gətirsin”. Günəşlə Ay bir-biri ilə 

savaşır. Ana acıqlı-acıqlı durur və Ayın üzünə bir sillə vurur. Günəş qorxusundan əsim-əsim əsir. 

Ay tutduğu işdən utanır. Hər ikisi evdən qaçır. Deyirlər, Günəşin günahı olmadığından o, gündüz, 

Ay isə utandığından gecə gəzməyə çıxır.” [ 3 s. 246] 

Ləzgilərdə  Tar ilahəsi  bolluq və  məhsul Allahı  kimi  qəbul  edilir. O, pirlərdə  ağaclara asılan 

rəngarəng  parça  hissələrində  ifadə  olunur.  Tar  adını  daşıyan  Allah  pirlər  vasitəsilə  qorunur.  Ağac 

totemi Azərbaycan və ləzgi mifoloji sistemində böyük əhəmiyyət kəsb edir. Totem kimi götürülən 

və  pirləşən,  yəni  müqəddəsləşən  söyüd,  palıd,  çinar  ağacları  bar  vermir.  “Bu,  tabu  ilə  bağlı 

seçimdən irəli gəlirdi, yəni, totem kimi elə ağac götürülürdü ki, ona qarşı olan bütün tabulara hamı 

əməl edə bilsin.” [3, s. 246] 

Ləzgi panteonunda Ay Allahı Men qədim və güclü müqəddəslərdən sayılırdı. Azərbaycan və 

Dağıstanın toponimlərində “men” köklü yer adları vardır. Məsələn, Xaçmaz rayonunda Mencer-uba 

kəndi,  Dağıstanın  Zöhrab  kəndi  yaxınlığında  Menduq  klam  adlı  əkin  yeri,  Kukvar  kəndi 

yaxınlığında Manadin yaqıvar adlı örüş yeri  və s. 

Ləzgi  xalqının  Allahlar  panteonuna  daxil  edilən  müqəddəslərdən  biri  də  Su  Allahı  idi.  Su 

Allahı Tavar adlanır və o, güllərdən toxunmuş paltar geyirdi. Gözəl mənasını verən Tavar qadın adı 

da buradan meydana gəlmişdir. Tavat adı da bu sözdən yaranmışdır. Qeyd etmək lazımdır ki, Tavat 

adına azərbaycanlılarda da rast gəlinir.  

Ləzgi xalqı təbiətdə baş  verən dəyişikliyi müxtəlif mərasimlərlə qeyd edirdilər ki, bunlardan 

biri  də  ilahə  “Yar”ı  tərənnüm  edən  “Yaran  Suvar”  bayramıdır.  O,  martın  21-dən  aprelin  4-dək 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

172

 

 



 

 

davam edir. Ləzgilərin ən yaddaqalan və gur bayramlarından sayılan Yaran Suvar (Bahar bayramı) 



qədim adətləri, xalq oyunları, folklor nümunələri, bir-birindən maraqlı şənlikləri ilə seçilir. Xalqın 

həmin  bayramla  bağlı  zəngin  folklorunun  olması  da  bununla  əlaqədardır.  Azərbaycanlıların  da 

sevərək  təntənə  ilə  qeyd  etdikləri  Novruz  bayramında  papaq  atmaq,  qulaq  falına  çıxmaq,  tonqal 

qalayaraq  üzərindən  tullanmaq,  səməni  yetişdirmək,  qonaq  getmək,  işığı  və  bolluğu  andıran 

müxtəlif  yeməklər  və  şirniyyatlar  bişirmək,    rəqs  etmək  kimi    bir  sıra  ayin  və  adətlər    həyata 

keçirilirdi.  Xüsusi  olaraq,    bayram  üçün  seçilmiş  buğdadan  qovurğa,  həlimaşı  və  səməni  halvası 

bişirirdilər. 

Hər iki xalqın Bahar bayramında od ünsürü ilə bağlı bir çox adətlər mövcuddur. Martın 21-də 

hər evin qarşısında, hər həyətdə tonqallar qalanırdı ki, hər bir ailə üzvü onun üzərindən tullanmalı 

idi. Xəstə və kiçik yaşlı uşaqların adlarına məşəllər yandırılırdı. Belə hesab olunurdu ki, od bədəni 

təmizləyir,  keçmiş  günahları    yandırır,  bədəni  möhkəmlədir,  insanı  müqəddəs  oda  yaxınlaşdırır. 

Oda çirkli su tökmək, uzun müddət baxmaq olmaz. Çünki o, vura, yandıra, kül edə bilər. 

Keçi mifinin rituallaşması hər iki xalqın düşüncə tərzində rast gəlinir.  Qışın Kosa, yazın Keçi 

obrazında  mifikləşməsi  ulu  əcdadlarımızın  əkinçilik  məşğuliyyətinə  başlamasından  qabaq 

olmuşdur. Keçi Azərbaycan mifoloji görüşlərinin ən möhtəşəm obrazı kimi rituallarda bu günədək 

yaşamaqdadır.    Novruzda  Kosa  qışın,  Keçi  isə  yazın  carçısıdır.  Kosa  uzun  səfərə  hazırlaşır. 

Mərasim  iştirakçıları  bilirlər  ki,  qış  gedir,  yaz  gəlir.  Ancaq  Kosa  öz  mövqeyini  asanlıqla  vermək 

istəmir.  Axırda  Keçi-yazı  Kosa-qışı  vurub  öldürür.  Mərasim  iştirakçıları  sevinirlər,  Keçini 

alqışlayırlar. Bu mərasimdə Kosa - qışın mifik obrazı, xalqın dünyanı dərk etməsinin əski görüşləri 

ilə  bağlıdır.  Azərbaycanlılar  hesab  edirdilər  ki,  Keçi  yaz  bayramında  aparıcıdır.  Günəşlə  bağlıdır. 

Keçi yaxşılığı təmsil etmiş, insanlara ruzi vermişdir. 

Ləzgilərdə  də  keçi  müqəddəs  heyvan  sayılır.  Ya  22  sentyabr,  ya  da  22  martda  ləzgi  ailəsi  7 

erkək keçi kəsir. Məhz bu ay və günlərin seçilməsinin özəlliyi var. 22 mart yeni ilin gəlişi, sentyabr 

isə  ilin  yarı  olması  və  məhsul  yığımının  başa  çatması  ilə  əlaqədardır.  Kəndli  bu  il  də  ailəsinin  ac 

qalmayacağına  görə  şükür  edir  və  ilin  məhsulu  olan  keçidən  7-ni  şükranlıq  rəmzi  olaraq  kəsir. 

Kəsilmiş  yeddi  keçidən  yeddi  orqan  çıxarılır  və  bir  daşın  üzərində  yandırılır.  Həmin  keçilərdən 

birinin buynuzu evin divarından asılır. Hər il yenisi kəsiləndə əvvəlki buynuz  yenisi ilə əvəzlənir. 

Ləzgi  xalqında  İslama  qədərki  qədim  adətlərin  sırasında  “Ay  günləri”nin  qeyd  olunması  da 

vardır.    “Vatsrakъar”  adlanan  bu  bayramda  yeni  Ay  doğduğu  gündə  çubuqlardan  Ayın  maketini 

hörür,  onu  güllər  və  al-əlvan  parçalarla  bəzəyər,  çəmənlikdə  qoyardılar.  Gənclər  əl-ələ  tutaraq 

səmada əsl Ay tam çıxanadək rəqs edərdilər.  

Beləliklə,  hər  iki  xalqın  poetik  yaradıcılığı  olan  folkloru  onların  həyati  təcrübəsini,  istək  və 

arzularını ortaq və fərqli şəkildə əks etdirmişdir. “Azərbaycan folklorunun özəlliklərindən biri onun 

başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olmasıdır. Bu xalqların şifahi söz sənətində 

bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəlməsini 

göstərir.”  [6]  Ləzgi  folklor  nümunələrində  də  nəinki  Dağıstanda  və  Azərbaycanda  yaşayan 

ləzgilərin,  o  cümlədən,  digər  Qafqaz  xalqlarının  təsiri  duyulmaqdadır.  “Xalqın  gözü  güzgü  olar” 

deyiblər.  Məhz  buna  görə  də  o,  yaxşı  nə  varsa  seçərək  bundan  faydalanıb.  Bu  folklor  nümunələri 

həmin xalqların tarixi ilə yaşıddır.  

 

Ədəbiyyat 



 

1. Azərbaycan folkloru antologiyası: Dərbənd folkloru. XIV kitab. Bakı: Səda, 2006, 430 s.  

2. Qafarov R. Azərbaycan Türklərinin mifologiyası (qaynaqları, təsnifatı, obrazları, genezisi, 

evolyusiyası və poetikası): fil. elm. dok. diss. avtroreferatı. Bakı, 2010, s. 26. 

3. Pirsultanlı S.P. Azərbaycan türklərinin xalq əfsanələri. Bakı: Azərnəşr, 2009, 486 s. 

4. Tuncay B. Etnoqonik miflər.  Bakı: Nurlan, 2013, 308 s.  

5. Ризванов 3., Ризванов Р. История лезгин. Махачк.: Общество книголюбов, 1990, 76 c. 

6. Folklor - Azərbaycan - www.azerbaijan.az 

7.  Əfruz  Rəhimovanın  Qusar  bölgəsindən  topladığı  folklor  örnəkləri  /Tərtib  ed.  Sahibə 

Sədnikqızı // Azərbaycan-Elmi iş.-2015, №1, 122 s. 

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

173

 

 



 

 

Xülasə 



Azərbaycan və ləzgi xalqları çox qədim tarixə malikdirlər. Onların torpağı  (Azərbaycan və 

Dağıstan) Qafqazın ən qədim sivilizasiya ocaqlarından biridir.  Bu xalqların folkloruna baxmaqla 

onların həyat və tarixinə nəzər salmaq mümkündür. Əsrlər boyu bu xalqlar özünəməxsus müxtəlif 

xarakterli folklor çələngi yaratmışlar.  

 

Sahiba Sadniqqizi 



Summary 

The  people  of  Azerbaijan  and  Lezghin  have  ancient  history.  Their  land  {Azerbaijan  and 

Dagestani}  is  considered  to  be  one  of  the  oldest  places  of  civilization  in  the  Caucasus.  Looking 

through the folklore of these people we can have a clear notion about their life and history. Through 

the centuries the inhabitants of these lands created  various kinds of folklore materials with special 

peculiarities. 

 

 

 



 

 

 



 

 

 



 

Əfsanə Həziyeva  

Azərbaycan Memarlıq və İnşaat  Universiteti, baş müəllim 

efasanaheziyeva@mail.ru 

 

MULTİKULTURALİZM CƏMİYYƏTİNDƏ KALKA ÜSULU İLƏ TƏRCÜMƏNİN 

SPESİFİK XÜSUSİYYƏTLƏRİ 

 

Açar sözlər: multikulturalizm, semantik məna, kalka üsulu, prefiks   

Key words: multiculturalism, semantic meaning, calquing, prefix  

 

Vətənimiz  Azərbaycan  hər  zaman  dünyada  sülh  ölkəsi  kimi  tanınmışdır.  Çünki  ölkəmizdə    



multikultural  dəyərlərə  xüsusi  diqqət  yetirilir,  irqindən,  dinindən,  dilindən,  milliyyətindən  sosial 

mövqeyindən  asılı  olmayaraq  bütün  xalqlar  dostluq  və  qardaşlıq  şəraitində  yaşayır.  Əlbəttə  ki, 

xalqımızın  qonaqpərvər,  humanist  olması  onlara  burda  yaşamağa,  öz  düşüncə  və  fikirlərini  rahat 

şəkildə ifadə etmələrinə imkan verir.  Bu azsaylı xalqlar Azərbaycanı öz vətəni hesab edirlər. Hətta 

qədim dövrlərə nəzər saldıqda belə, bədii ədəbiyyat nümunələrində dastanlarımızda, nağıllarımızda, 

bunun  bariz  nümunələrinə  rast  gəlmək  olar.  Bütün  bunlar  Azərbaycanda  multikultural  cəmiyyətin 

tarix boyu mövcud olmasına bir sübutdur.   

Ölkəmizdə  azsaylı  xalqların  hüquqları  qorunur.  Prezidentimiz    buna  xüsusi  diqqət  yetirir  və 

Azərbaycanın bütün vətəndaşlarına irqindən, dilindən, milliyətindən asılı olmayaraq eyni münasibət 

bəsləyir.  Bunun  bariz  nümunəsi  olaraq  Prezident  İlham  Əliyev   2016-cı  il  Azərbaycan 

Respublikasında  “Multikulturalizm  ili”  elan  etmişdir.  Bakı  Beynəlxalq  Multikulturalizm 

Mərkəzinin  yaradılması  bu  siyasətin  multikultural  prinsiplərə  yüksək  dərəcədə  hörmətin  bir 

sübutudur. 

Respublikamız  müstəqilliyini  bərpa  etdikdən  sonra  ilkin  dövrdə  Ümummilli  lider  Heydər 

Əliyevin  siyasi  iradəsi  və  uğurlu  siyasəti  nəticəsində  Azərbaycanın,  tarixi  köklərə  dayanan, 

tolerantlıq  və  multikulturalizm  ənənələrini  yenidən  bərpa  və  inkişaf  etdirilməsi  yolunda  yeni  bir 

mərhələyə  qədəm  qoydu.    Ulu  Öndər  Heydər  Əliyev  “Azərbaycan  onun  ərazisində  yaşayan  bütün 

millət  və  xalqların  ümumi  vətənidir”;  “Azərbaycanın  ən  başlıca  sərvətlərindən  biri,  bəlkə  də  ən 

başlıcası  qədimlərdən  bu  torpaqda  yaşayan,  öz  taleyini,  öz  həyatını  bu  torpağa  bağlayan  müxtəlif 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

174

 

 



 

 

dinlərə etiqad edən adamlardır” ifadələri bir daha bu siyasətin nə dərəcədə müdrik və ali olmasından 



və çoxmədəniyyətliliyə  olan qayğı  və diqqəti  təcəssüm etdirirdi.   Onun  rəhbərliyi  ilə  Azərbaycan 

xalqının  multikultural  ənənələrinin  qorunması  sahəsində  həyata  keçirilən  siyasi  istiqamət  hazırda 

Prezident  İlham  Əliyev  tərəfindən  uğurla  davam  etdirilir. Cənab  Prezident  İlham  Əliyevin 

multikulturalizm sahəsində apardığı uğurlu və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan yüksək 

mədəni  irsə  malik  olan,  multikultural  dəyərlərin  qorunduğu    tolerant  respublika  kimi  dünyada 

xüsusi hörmət qazanmışdır. Azərbaycanın müxtəlif humanitar sahələrdə silsiləli olaraq təşkil etdiyi 

beynəlxalq görüşlər, konfranslar, tədbirlər buna bariz nümunədir. Bildiyimizə görə bütün dünyada 

təxminən  5000-ə qədər xalq, millət və etnik qrup yaşayır. Və bundan belə nəticəyə gəlmək olar ki 

bu xalqların sayı qədər mədəniyyət, həyat tərzi, mövqe, dil vardır. Əlbəttə ki bu xalqların bir birini 

anlamasında müxtəlif dillərdən edilən tərcümələrin xüsusi rolu vardır. 

Xalqın  həyatının  inkişafında  baş  verən  dəyişikliklər  öz  əksini,  ilk  növbədə  dilin  lüğət 

tərkibində tapır. Ümumiyyətlə dilin lüğət tərkibinin inkişafı prosesi  bilavasitə xalqın tarixi inkişafı 

ilə  vəhdət  təşkil  edir.  Xalqın  tarixini  öyrənmədən      həmin  xalqın  lüğət  tərkibindəki  inkişaf 

meyllərini  aşkar  etmək  mümkün  deyildir.  Bu  dil  nəsildən-nəslə  keçərək  öz  daxili  inkişaf 

qanunlarına  əsasən  dəyişmiş  və  təkmilləşmişdir.  Həmçinin  dilin  inkişafında  müxtəlif  dillərdən 

edilən  tərcümələrin  də  öz  payı  vardır.  A.Lilova  qeyd  edir:  “tərcümə  bir  dildə  mövcud  olan  şifahi, 

yaxud  yazılı  mətnin  məzmun  invariantlığını  və  keyfiyyətini,  eləcə  də  müəllif  autentikliyini 

saxlamaqla başqa dildə yenidən yaradılmasına yönəldilmiş spesifik və şifahi və yazılı fəaliyyətdir” 

[2, s. 32-33] 

Sözlərin  mənasının  semantik  cəhətdən  daha  da  genişlənməsi,  söz  yaradıcılığı  imkanları, 

müxtəlif  dillərdən edilən tərcümə prosesi (kalkaetmə) və alınma sözlər  dilin lüğət tərkibinin daha 

da  zənginləşməsində xüsusi rol oynayır. Söz  yaradıcılığında başqa dillərdən kalka  yolu  ilə  edilən 

tərcümələr    mühüm  yer  tutur.  Tərcümə  zamanı    leksik  vahidlərin  meydana  gəlməsində  ən  çox 

istifadə edilən üsullardan biri də kalka yoludur.  

A.A  Reformatski  yazır:  “  Kalka  sözün  hissələr  üzrə  tərcümə  edilib,  sonra  həmin  hissələrin 

mexaniki surətdə birləşdirilməsidir” [1, s.106] 

Ümumiyyətlə, kalka üsulu ilə söz düzəltmə dedikdə, yeni meydana gələn anlayışları bildirmək 

məqsədi ilə dildə öncədən yaranmış anlayışlar arasında fərqi ortaya çıxarmaqla digər dillərin lüğət 

tərkibindən  yararlanmaq  və  həmin  dilə  məxsus  müxtəlif  elementlərdən  istifadə  olunması  nəzərdə 

tutulur. Bu kalkalar müxtəlif məqsədlə yarana bilər məsələn; bəzi kalkalar yeni yaranmış  söz, əşya, 

hadisəni ifadə etmək üçün , digər kalkalar isə hər hansı bir dildə öncədən var olan əşya və elementlə 

yeni adlarla ifadə olunması əlaqədar yaranır. 

Kalkanın  düzgünlüyü  onu  təşkil  edən  komponentlərin  doğru  şəkildə  uyğunlaşdırılmasından 

asılıdır.  Kalka  yaratma  zamanı,  ilk  növbədə,  nəzərə  alınmalı  nüanslardan  biri  kalka  edilən  sözün 

tərkibindəki  elementlərin  ifadə  etdiyi  mənalardan  asılı  olaraq  düzgün  ardıcıllıqla  və  diqqətlə 

sıralanmasıdır.  Kalkalar    dilin  daxili  imkanlarına  uyğun  olaraq  alınma  sözlərlə  bərabər  funksiya 

daşımalı və strukturuna görə də eyni olmalıdır. Lakin bəzi hallarda olur ki sözün tərkib hissələrinin 

qeyri dəqiq  ifadə  olunması,  düzgün sıralanmaması,   hər hansı  bir sözün dəqiq  olmayan kalkasının 

yaranmasına  səbəb  ola  bilir  və  bu  müəyyən  hallarda  nöqsan  kimi  qəbul  olunmur.  Çünki  bəzi 

hallarda  iki  müxtəlif  dillərin  qarşılıqlı  əlaqəsi  zamanı  onların  qrammatik  xüsusiyyətləri  uyğun 

gəlmir  və  bunun  nəticəsində  kalka  olunan  söz  ekvivalentinin  yerləşmə  qaydasına  uyğun  olmur. 

Bununla  belə  bu  hal  müxtəlif  dillərin  quruluşunda  qanunauyğun  bir  vəziyyət  kimi  qəbul  olunur. 

Demək  kalka  və  kalka  olunan  sözün  forması  müxtəlif  dillərdən  üst-üstə  düşməyə  də  bilər. 

V.V.İvanov belə kalkaları “quruluşundan sılı olmayaraq xarici terminin mənasını açan” kalka kimi 

ifadə  edir.  [5,  s.  103].  Məsələn,  ingilis  dilində  “washing  machine  ”  söz  birləşməsi,    Azərbaycan 

dilində “paltaryuyan maşın” kimi kalka edilir. Sözlərə daha yaxından diqqət yetirdikdə görünür ki,     

“washing” və “paltaryuyan” sözləri qrammatik quruluşa görə fərqlənirlər. İngilis dilində söz bir kök 

bir  şəkilçidən,  Azərbaycan  dilində  isə  iki  mürəkkəb  sözdən  ibarətdir.  Yaxud,  ingilis  dilində 

“elevator”,  rus  dilində  “грузоподьемник”,  Azərbaycan  dilində  “yükqaldıran”  ,  bundan  başqa  , 

“heating  system”,  rus  dilində  “система  отопления”  ,  Azərbaycan  dilində  “istilik  sistemi”  daha 

dəqiq kalka olunmuşdur. 


 


Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin