Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə26/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   22   23   24   25   26   27   28   29   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

148

 

 



 

 

məxsusluğu  da  əsas  rol  oyanır.  Yəni  Gülüstani-İrəm  təkcə  təbiəti  ilə  deyil,  burada  bitən  qeyri-adi 



meyvələri, gülləri ilə də məşhurdur və bunlar insan üçün şəfa mənbəyidir.  

Beləliklə,  xəyalla  gerçəkliyin  vəhdəti  olan  Gülüstani-İrəm  Azərbaycan  folklorunda  ülviliyin 

mücəssəməsi  kimi  meydana  gəlir.  Lakin,  folklorda  Gülüstani-İrəm  Azərbaycan  folklorunda  yalnız 

ülviliyin  mücəssəməsi  kimi  deyil,  həm  də  burada  estetik  ideal  da  bariz  şəkildə  ifadə  olunmuşdur. 

Başqa sözlə desək, Gülüstani-İrəm obrazında ülviliklə estetik ideal vəhdət təşkil edir. Burada ülvilik 

idealı  və  əksinə  ideal  ülviliyi  tamamlayan  bir  prosesdir.  Lakin  bu  vəhdətdə  estetik  ideal  ülvilik 

vasitəsilə  istifadə  olunur.  Odur  ki,  folklorda  Gülüstani-İrəm  ülvilik  vasitəsilə  həyatda  tam  təzahür 

olunmamış  arzuların  ifadəsi  kimi  meydana  gəlir.  Beləliklə,  fəlsəfi-estetik  mənada  Gülüstani-İrəm 

ülviliyin və estetik idealın folklordakı ifadəsidir. 

“Gülüstani-İrəm”  yalnız  Azərbaycanda  deyil,  ümumiyyətlə  Şərq  xalqlarının  folklorunda  da 

çox  geniş  yer  tutur.  Odur  ki,  Gülüstani-İrəm  haqqında  Şərq  folklorşünasları  da  bir  çox  maraqlı 

fikirlər  söyləmişlər.  Belə  fikir  müəlliflərindən  bəziləri  Gülüstani-İrəmin  real  bir  məkan  olduğunu 

təsdiq etməyə çalışırlar. 

Folklorşünas  M.H.Təhmasib  bu  barədə  “Azərbaycan  nağılların”  kitabında  şərhlərdə  həmin 

müəlliflərlə  razılaşaraq  yazır:  “Belə  bir  yerin  doğrudan  da  olub-olmadığı,  yaxud  harada  olduğu 

barədə  çox  fikirlər  söylənmişdir.  Xüsusilə  ərəb  mənbələrində  bu  barədə  hədsiz-hesabsız  rəylər, 

ehtimallar  vardır.  Bu  mənbələrin  əksəriyyətinə  görə  İrəm  öz  gözəlliyi  ilə  dünyada  yeganə  olan 

qədim  bir  şəhər  imiş  və  vaxtı  ilə  Yəməndə  yaşayan  Ad  qabiləsinin  mərkəzi  olduğuna  görə  İrəmi-

Ad,  hədsiz-hesabsız  sükünlara  malik  olduğuna  görə  isə  İrəmi-Zatül-imad  adlanırmış.  Mənbələrdə 

bu şəhərin bağları, bağçaları haqqında həddindən artıq şişirdilmiş mübaliğəli təsvirlər vardır Verilən 

məlumatlara görə bu şəhərin xarabaları indi də qalmaqdadır. Hətta XVIII əsrdə Abdulla İbn-Qülabə 

adlı  bir  nəfərin  bu  xərabələrdə  külli  miqdarda  nadir,  qiymətli  şeylər  tapmış  olduğu  da  rəvayət 

olunmaqdadır” (4, s.320). 

A.A.Bakıxanov  “Gülüstani-İrəm”  adlı  məşhur  əsərinin  müqəddimə  hissəsində  belə  bir 

məkanın  Azərbaycan  ərazisində  olduğunu  qeyd  edir.  Müəllif  yazır:  “Gülüstani-İrəmi,  Qaf  dağının 

yaxınlığında, son dərəcə təravətli və axar-baxarlı, gözəl çeşməli və meyvəli ağacları olan yer kimi 

təsvir etmişlər. Ehtimal ki, bu da Şirvanın Şabran adlı oazisindən ibarətdir: bu söz xalq arasında da 

çox  məşhurdur.  Bəziləri  deyirlər,  Gülüstani-İrəm  Qarabağdakı  Gülüstan  adlı  yerdir.  Bunun 

yuxarısında,  dağlı  bir  yerdə,  indi  də,  Gülüstani-İrəm  adlı  bir  yaylaq  vardır”  (1,  s.19).  Göründüyü 

kimi Gülüstani-İrəm adlı yerin mövcud olması (müxtəlif yerlərə aid edilsə də) təsdiq olunur. Lakin 

nağıllarda  təsvir  olunan  Gülüstani-İrəmin  məhz  həmin  yerlərin  təsvirindən  ibarət  olması  fikrini 

söyləyən müəlliflərlə razılaşa bilmərik. Belə ki, bu müəlliflər folklordakı “Gülüstani-İrəm”i tədqiq 

edərkən  məsələyə  yalnız  etnoloji  cəhətdən  yanaşırlar.  Doğrudur  ki,  məsələnin  həllində 

etnologiyanın da bir qədər, hətta az da olsa rolu vardır. Lakin burada fəlsəfi-estetik məzmun daha 

çox  nəzərə  çarpır.  Nağıllarda  təsvir  olunan  “Gülüstani-İrəm”in  tədqiqi  zamanı  onun  fəlsəfi-estetik 

mahiyyətini açmaq isə başlıca vəzifə olmalıdır.  

Folklorda ülviliyin təcəssümü obyektiv 

zərurətin  estetik  ideal  həlli  əsasında  spesifik 

yolla  dərk  olunmasıdır.  Belə  ki,  folklor  şüurunda  obyektiv  zərurət  fəlsəfi  və  bədii  təfəkkür 

əməliyyatlarının  qarşılıqlı  fəaliyyətləri  nəticəsində  estetik  dərk  etmənin  ifadə  vasitələrini  ortaya 

çıxarır.  Çünki,  «dərk  etmə  forma  və  mahiyyət  baxımından  bu  fəaliyyət  və  ya  prosesin  ayrılmaz 

tərkib hissəsidir» (5, s.57).   

Estetik  şüurda  ülvilik  müəyyən  mənada  gerçəkliyə  qarşı  duran,  ondan  seçilən,  fərqlənən  və 

eybəcər gerçəkliyi inkar edən bir qüvvə kimi meydana gəlir. Ülviliyin gerçəklikdən fərqlənməsi və 

xüsusilə  eybəcər  gerçəkliyi  inkar  etməsi  məsələsi  folklorda  özünü  daha  aydın  şəkildə  ifadə  edə 

bilmişdir. 

Beləliklə,  folklorda  ülviliyin  təcəssümü  –  obyektiv  zərurətin  estetik  ideal  həlli  əsasında 

spesifik  yolla dərk olunması kimi  meydana gəlir. Ülvilik  vasitəsilə dərk  olunmuş zərurətin estetik 

həlli xüsusilə nağıllarda aşkar formalarda əks olunur. Folklorda bu formalar çox və müxtəlif olsalar 

da bunları aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür: 

a) qəhrəmanların pis mühitə düşməsi; 

b) sirlərin açılması; 

v) tilsimlərin dağılması; 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

149

 

 



 

 

d) daşların adamlara çevrilməsi. 



Nağıllarda  ülviliyin  təcəssümü  ilə  bağlı  olan  bu  kimi  məsələlər  geniş  yer  tutur.  Nağıllarda 

bütün  bu  qruplar  bir-birilə  bağlı  məsələlər  olduğundan  əksər  hallarda  qarşılıqlı  şəkildə  təsvir 

olunurlar.  Yəni  “tilsimlərin  dağılması”  səhnəsi  “sirlərin  açılması”  ilə  bağlı  olduğu  kimi,  “sirlərin 

açılması” da “daşların adamlara çevrilməsi” prosesi ilə bağlı və ya əlaqədar məsələdir. Bu proseslər 

biri  digərini  doğuran  səbəb  əlaqəsi  olduğu  kimi,  ziddiyyətlərin  həlli  məsələsində  də  dialektik  bir 

vəhdət  yaradır.  Folklorda  zərurətin  spesifik  yolla  dərk  olunmasında  belə  bir    dialektik  vəhdətin 

ifadəsi məhz bu qruplar vasitəsilə özünü göstərir. Lakin məsələnin açıq şərhi üçün biz bu qrupların 

hər birini ayrılıqda nəzərdən keçirməyi üstün tuturuq. 

Nağıllarda qəhrəman pis mühitə düşməsi hallarına tez-tez rast gəlirik. 

Hər şeydən əvvəl onu göstərək ki, bu məsələ bir növ azadlıq və zərurət probleminin folklorda 

bədii həlli kimi meydana gəlir. Qəhrəmanın pis, müdhiş mühitə düşməsi zərurətin insanın istək və 

arzularından asılı olmaması hallarını göstərə bilən təsvirdir. Başqa sözlə nağıllarda təsvir olunan bu 

“pis  mühit”  həyat  ziddiyyətlərinin  fantastik  şəkildə  təcəssümü  kimi  meydana  gəlir.  Nağıllarda  bu 

cür pis mühit “quyu”, “əjdahanın qarnı”, “tilsimli vilayətlər”, “divlər ölkəsi”, “ilanlar yurdu” və s. 

kimi  əks  olunur.  Folklorda  qəhrəmanların  pis  mühitdəki  fəaliyyəti  estetik  idealla  bağlı  olan 

problemdir.  Belə  ki,  pis  mühiti  düşən  qəhrəman  dəhşətli  eybəcərliklərlə,  güclü  şərlə,  qorxulu 

düşmənlərlə rastlaşır və vuruşurlar. Nəhayət qəhrəman öz qüdrəti ilə hər şeyə qalib gəlir, bir sözlə 

bütün  ziddiyyətlər ideal  bir şəkildə  həll edilir.  Məsələn, “Tapdıq”  – nağılında (7, s.50) pis  mühitə 

(əjdahanın  qarnına)  düşən  qəhrəmanın  qeyri-adi  fəaliyyətini  göstərən  bu  təsvir  zərurətin  ideal 

həllinin  folklora  məxsus  ifadəsidir.  Lakin  burada  ülvilik  də  əsas  və  başlıca  rol  oynayan  bir  amil 

kimi özünü təsdiq edir.      

Beləliklə, Azərbaycan  folklorunda estetik ideal ülvilik vasitəsilə geniş şəkildə təzahür edir. 

 

Ədəbiyyat 



 

1. A.Bakıxanov. Gülüstani İrəm. Bakı, 1951. 

2. O. Əfəndiyev. Folklorda estetik idealın təcəssümü. Bakı, 1974. 

3. Osman Əfəndi. Estetik idrak və onun folklorda təcəssümü. Bakı, 2002. 

4.  M.Təhmasib.  Şirvan  və  Dağıstan  vilayətlərinin  hüdud  və  ərazisi  adlandırmanın  səbəbi, 

əhalinin mənşəyi, dinləri və dinləri haqqında. Azərbaycan nağılları. I c., Bakı, 1960. 

5. Mayıl B. Əsgərov. Linqvo-psixoloji vəhdət nəzəriyyəsi. Bakı, 1915. 

6. Azərbaycan nağılları. I c., Bakı, 1960. 

7. Azərbaycan nağılları. III c., Bakı, 1961. 

 

O.Efendi 



 

The reflection of sincerity conception as a art-estetic in folklore 

 

SUMMARY 


 

The researcher dedicated to the investigation analysis of reflusion problem of esthetic ideal by 

sincerity  in  folklore.  Moreover,  connection  between  of  conctption  “sincerity”  and  “estetic  ideal” 

and their reflection form in folklore thought investigated. 

 

 

 

 

 

 

 

 

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

150

 

 



 

 

Nərgiz Məlik qızı Quliyeva, tarix üzrə elmlər doktoru, professor 



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Bakı, Azərbaycan 

 

Elnur Lətif oğlu Həsənov, antropologiya üzrə fəlsəfə doktoru, Elm üzrə Prezident mükafatçısı 

AMEA Gəncə Bölməsinin baş mütəxəssisi, Gəncə, Azərbaycan 

e-mail.: l-hasan@hotmail.com 

 

MULTİKULTURALİZM ƏNƏNƏLƏRİNİN TƏDQİQİNDƏ GƏNCƏ İMAMZADƏ 

ABİDƏSİNİN MƏNBƏŞÜNASLIQ ƏHƏMİYYƏTİ 

 

Açar sözlər: Gəncə, ənənəvi sənətkarlıq, multikulturalizm, memarlıq, İmamzadə türbəsi.  

Key words: Ganja, traditional trade, multiculturalism, architecture, Imamzade tomb.  

 

Gəncənin  əsas  simvollarından  hesab  edilən  İmamzadə  kompleksi  orta  əsr  Azərbaycan 



memarlığının  dəyərli  nümunələrindəndir.  Məlum  olduğu  kimi,  ölkəmizdə  milli-mənəvi  irsin 

qorunaraq  yaşadılması,  maddi  mədəniyyət  abidələrinin  bərpa  edilməsi,  dini-əxlaqi  dəyərlərimizin 

mühafizə  olunması  tədbirlərinin  dövlət  siyasəti  səviyyəsinə  yüksəldilməsinin  təməli  məhz  Ulu 

Öndər  Heydər  Əliyev  tərəfindən  qoyulmuşdur.  Ulu  Öndərin  müdrik  siyasəti  sayəsində  müstəqil 

dövlətimizin  şərəfli  tarixi  keçmişinin  yaşadıcısı  olan  abidələrin,  o  cümlədən  dini  ziyarətgahların 

bərpa etdirilməsi, yenidən qurulması həyata keçirilmişdir. Bibiheybət  məscid-kompleksi, Əliayağı 

piri,  Təzəpir  məscidi  kimi  çoxlu  sayda  ziyarətgahların  abadlaşdırılması  məhz  Heydər  Əliyevin 

diqqət və qayğısı nəticəsində mümkün olmuşdur.  

Qədim  Gəncədə  isə  hələ  ötən  əsrin  70-80-ci  illərindən  etibarən  məhz  Ulu  Öndərimizin 

uzaqgörənliyi sayəsində 17-dən artıq məscid, ibadətgah mədəniyyət ocağı kimi mühafizə edilmişdir. 

Dahi  Öndərimizin  siyasi  irsinin  layiqli  davamçısı,  Azərbaycan  Respublikasının  Prezidenti  cənab 

İlham Əliyevin Abşeron, Sumqayıt, Şamaxı və digər bölgələrimizdə olan qədim məscidlərin, tarixi-

memarlıq  abidələrinin  bərpası  və  yenidən  qurulması  ilə  bağlı  imzaladığı  çoxsaylı  fərman  və 

sərəncamlar milli-mədəni irsimizə qayğının əvəzsiz nümunəsi kimi dəyərləndirilir [3, 11].  

Ölkə Prezidentinin qədim elm və  mədəniyyət mərkəzi olan Gəncə şəhərinin ən dəyərli maddi 

mədəniyyət  nümunələrindən  biri  hesab  edilən  “İmamzadə”  kompleksinin  təmiri,  bərpası  və 

ətrafında abadlaşdırma işlərinin icra edilməsini nəzərdə tutan 1 Mart 2010-cu il, 30 Dekabr 2011-ci 

il,  5  İyun  2013-cü  il,  16  May  2014-cü  il,  5  Noyabr  2014-cü  il  və  9  Aprel  2015-ci  il  tarixli 

sərəncamları şübhəsiz ki, mahiyyəti etibarilə milli-mənəvi dəyərlərimizə, tarixi və mədəni irsimizə 

verilən ən yüksək qiymətdir. Bu mühüm tarixi əhəmiyyətə malik sərəncamlara uyğun olaraq Gəncə 

İmamzadəsi  milli  memarlıq  ənənələrimizə  müvafiq  şəkildə  yenidən  qurulur,  daha  möhtəşəm 

görkəmə sahib olur. 

İmamzadə kompleksi kimi digər çoxsaylı abidələrin, maddi mədəniyyət nümunələrinin təmiri 

və bərpası, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin təbliğ edilməsi ilə bağlı Heydər Əliyev 

Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, 

millət  vəkili  Mehriban  xanım  Əliyevanın  təşəbbüsü  ilə  həyata  keçirilmiş  mühüm  tədbirlər  xüsusi 

qeyd olunmalıdır. Təsadüfi deyildir ki, Gəncə şəhərində məhz Heydər Əliyev Fondunun təşəbbüsü 

ilə  VII  əsr  abidəsi  olan  Comərd  Qəssab  türbəsi,  eyni  zamanda  qədim  Gəncə  qapıları,  Cavad  xan 

türbəsi, Fatimeyi-Zəhra məscidi kimi dəyərli abidələr bərpa edilmiş, yenidən qurulmuşdur [6, 68]. 

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən İmamzadə abidəsi beşinci imam 

Məhəmməd Bağırın  (Baqirin) oğlu mövlana  İbrahimin məzarı üzərində 739-cu ildə  ucaldılmış və 

tədricən  Gəncədə,  həmçinin  ətraf  ərazilərdə  yaşayan  insanların  inam-inanc  mənziləsi  olmaqla 

yanaşı,  milli-mənəvi  dəyərlərin  mühafizə  edildiyi  ocağa  çevrilmişdir.  Əsas  tikililərinin  XIV-XV 

əsrlərdə  inşa  edildiyi,  ətrafındakı  tikililərin  isə,  əsasən  XVII-XVIII  əsrlərdə  ucaldıldığı  Gəncə 

İmamzadə kompleksi həm də ehtiyacı olan insanlara təmənnasız xeyriyyəçiliyin əzəli ünvanı kimi 

tanınmışdır. Orta əsrlər  dövründən etibarən vəqf mülkiyyət  növü kimi  fəaliyyət  göstərmiş  bu pak 

məkanda  toplanan  maddi  vəsait  tamamilə  əvəzsiz  olaraq  xalqın  ehtiyaclarının  ödənilməsinə,  eyni 

zamanda abidənin bərpa və yenidən qurulmasına sərf olunmuşdur [10; 11].  



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

151

 

 



 

 

Mühüm tarixi abidə olan Gəncə  İmamzadəsi özünün bir çox səciyyəvi, unikal xüsusiyyətləri 



ilə seçilir. Tarix boyu müqəddəs ziyarətgah kimi müsəlman dünyasında əhəmiyyətli mövqeyə malik 

olmuş  İmamzadə  türbəsi  həm  də  Gəncədə  yüksək  şəhər  mədəniyyəti  ünsürlərinin  göstəricisi 

olmuşdur.  

Gəncə  şəhərinin  təqribən  yeddi  kilometrliyində  yerləşən  bu  müqəddəs  kompleks  qədim 

(yaxud  köhnə)  Gəncənin  xarabalıqları  yaxınlığındadır.  Kərpicdən  inşa  olunmuş  imam  türbəsinin 

ətrafında  tədricən  tikilmiş  məscid,  sərdabə,  həmçinin  digər  türbələr,  karvansara  tikililəri  (yaxud 

karvansaraya  bənzəyən  evlər),  yardımçı  bina  tikililərindən  ibarət  bu  möhtəşəm  dini  kompleksin 

ətrafına  daş  və  kərpicdən    hasar  çəkilmişdir.  Bundan  əlavə,  İmamzadə  kompleksinin  daxilində 

əsasən  XVIII-XIX  əsrlər  bədii  daşyonma  sənəti  ustaları  olan  xəttat-həkkakların,  eyni  zamanda 

nəqqaşların  mühüm  sənətkarlıq  əsərlərini,  epitafiya  nümunələrini,  həmçinin  insanların  dini 

dünyagörüşlərini, təsəvvürlərini əks etdirən məzarüstü abidələri özündə qoruyub saxlamış geniş bir 

ərazini  əhatə  edən  qəbiristanlıq  mövcuddur.  Kompleksin  ən  qiymətli  abidəsi,  heç  şübhəsiz 

düzbucaqlı plana malik  olan İmamzadə türbəsidir. Türbənin üzəri rəngarəng kaşılı, kərpic örtüklü 

günbəzlə tamamlanır [8, 17-20].  

Bir  məqamı  qeyd  etmək  lazımdır  ki,  Gəncədə  olan  İmamzadə  abidəsi  məhz  tarixi,  ənənəvi 

multikulturalizm abidəsi kimi bir sıra xüsusiyyətləri baxımından diqqəti cəlb edir: 

Gəncə İmamzadə türbəsi mühüm ziyarətgahdır. Buranı hər il minlərlə insan ziyarət edir. Qeyd 

olunmalıdır ki, ziyarətçilər arasında həm də xarici dövlətlərin vətəndaşlarının sayı ilbəil artır. Maraq 

doğuran fakt bundan ibarətdir ki, abidəyə gələnlər arasında qeyri-müsəlmanlar da olur. 

1.  Tariximizin  çoxəsrlik  yadigarı  olan  Gəncə  İmamzadəsi  həm  də  inşasında  ənənəvi  Gəncə 

memarlığına  xas  olan  qırmızı  bişmiş  kərpic  tikilişində  “Qızıl  kəsişmə”    üslubunun  tətbiq  edildiyi 

abidə kimi əhəmiyyətlidir.  

2.  Gəncə  İmamzadəsi  çox  dəyərli,  qədim  tarixi-epiqrafik  abidədir.  Bu  abidənin  böyük 

əhəmiyyətə  malik  kitabə  və  yazıları  mövcuddur.  Burada  abidənin  inşa  etdirilməsi  tarixi,  eyni 

zamanda  Gəncə  İmamzadəsinin  müxtəlif  dövrlərdə  abadlaşdırılması,  yenidən  qurulması  ilə  bağlı 

məlumatlar öz əksini tapmışdır.  

3.  Bu  dəyərli  tarixi  abidə  Azərbaycan  xalqının  ənənəvi  etnoqrafik  baxış,  milli-mənəvi 

dəyərlərinin mühüm mənbəyi və eyni zamanda, bir növ etibarlı qoruyucusudur. 

4. Gəncə İmamzadəsi çox nəfis, keyfiyyətli sənətkarlıq və memarlıq xüsusiyyətlərini özündə 

cəmləşdirən  bir  kompleksdir.  Burada  bir  çox  sənətkarlıq  sahələrinin  zəngin,  qədim  tarixə  malik 

ənənələri vəhdət təşkil edir. 

5.  Gəncə  İmamzadəsi  xalqımızın  genealoji  tarixi  keçmişinin  tədqiqində  mühüm 

mənbəşünaslıq  dəyərinə  malik  abidə  kimi  də  diqqəti  cəlb  edir.  Belə  ki,  qədim  əlyazma  və  tarixi 

sənədlərin  təhlili  nəticəsində  müəyyən  edilmişdir  ki,  görkəmli  mütəfəkkir,  şair  6.  Nizami 

Gəncəvinin  (1141-1209)  şəcərəsinin  nümayəndələri  uzun  müddət  ərzində  abidənin  yerləşdiyi 

ərazinin vəqf mülkiyyətçiləri kimi sahibi olmuşlar və İmamzadə abidəsi ətrafındakı qəbiristanlıqda 

onların məzarları günümüzədək qorunub saxlanılmışdır.  

7.  Bu  dəyərli  tarixi-memarlıq  nümunəsi  ölkəmizin  Qərb  bölgəsində  dini  turizmin  inkişaf 

etdirilməsi  baxımından  xüsusi  əhəmiyyəti  ilə  seçilən  abidələrdəndir.  Burada  hal-hazırda  həyata 

keçirilən  əsaslı  yenidənqurma  və  abadlıq  işləri  gələcəkdə  bu  mühüm  sahənin  inkişafında  abidənin 

dəyərini daha da artırmış olacaqdır.  

Ədəbiyyat 

1. Azərbaycan etnoqrafiyası. (2007). I cild. Bakı: Şərq-Qərb. 544 s. 

2. Burton-Brown T. (1951). Excavations in Azerbaijan, 1948. London, 1951. 340 p. 

3. Əhmədov F.M. (2007). Gəncənin tarix yaddaşı. Gəncə: Elm. 237 s. 

4.  Fətullayev-Fiqarov  Ş.  (2003).  Azərbaycanın  qədim  məscidləri.  «Azərbaycan-İrs»  jurnalı, 

№14-15 

5. Guliyeva N.M, Häsänov E.L. (2014). Die traditionelle Gändschänischen Teppiche von 



6.  Zeitraum  der  Aserbaidschanischen  Gelehrten  und  Dichter  M.S.Waseh  als  ethno-

anthropologische quelle. Europäische Fachhochschule, №2, pp. 3-5 

7. Hasanov E.L. (2015). Le Mausolee Imamzade de Gandja comme une source historique et 

culturelle. Proceedings of ISPC Technological advances. Lancaster (USA), pp. 67-69 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

152

 

 



 

 

8. Həsənov E.L. (2010). Gəncə  İmamzadə  türbəsində  dulusçuluq  elementləri. AMEA Gəncə 



Regional Elmi Mərkəzin Xəbərlər məcmuəsi, №42, s. 120-122 

9.  Həsənov  E.L.  (2012).  Gəncə  İmamzadə  türbəsi  (tarixi-etnoqrafik  tədqiqat).  Bakı:  Elm  və 

təhsil, 268 s.  

10.  Кулиева  Н.М.,  Гасанов  Э.Л.    (2011).  О  развитии  художественной  керамики  в 

древней  Гяндже.  Вопросы  общественных  наук:  социология,  политология,  философия, 

история.  Материалы  международной  заочной  научно-практической  конференции. 

Новосибирск: Априори, стр. 133-135 

11. Nemət M. (1992). Azərbaycanda pirlər. Bakı, 1992 

12. Nemətova M. (1987). Əsrlərin daş yaddaşı. Bakı, 1987 

13.  Quasebarth  J.W.,  Hasanov  E.L.  (2014).  Typical  ornamental  characteristics  of  ceramic 

wares  of  Ganja  for  the  ancient  period.  Economy,  technology,  education  and  prospects  for  2014, 

№1(9), pp. 53-55 

14.  Rzayev  N.  (1957).  Köhnə  Gəncədə  “İmamzadə  türbəsi”.  Azərbaycan  Tarixi  Muzeyinin 

əsərləri, II cild. Bakı, 1957 

15. The dawn of Art. (1974). Leningrad: Aurora Art Publishers. 196 p. 

Xülasə 


Elmi  əsərdə  ilk  dəfə  olaraq  qədim  tarixi-memarlıq  abidəsi  olan  Gəncə  İmamzadə  türbə-

kompleksinin  Azərbaycanda  multikulturalizm  ənənələrinin  tədqiqində  mənbə  kimi  əhəmiyyəti 

müxtəlif tarixi mənbə və materiallar vasitəsilə tədqiq edilmişdir.  

Prof. Gulieva Nargiz Malik,  

PhD. Hasanov Elnur Latif 

IMPORTANCE OF IMAMZADE SANCTUARY OF GANJA AS THE SOURCE  

IN RESEARCH OF MULTICULTURALISM TRADITIONS  

Summary 


Elmi  əsərdə  ilk  dəfə  olaraq  qədim  tarixi-memarlıq  abidəsi  olan  Gəncə  İmamzadə  türbə-

kompleksinin  Azərbaycanda  multikulturalizm  ənənələrinin  tədqiqində  mənbə  kimi  əhəmiyyəti 

müxtəlif tarixi mənbə və materiallar vasitəsilə tədqiq edilmişdir.  

 

 

 

 

 

 

 

 

 

Адалят Абдиева, доктор философии по философии,  

Доц. кафедры Социальных наук АУЯ 

adelya_abdiyeva@mail.ru  



                                              

ИСТОРИЧЕСКИЕ ПРЕДПОСЫЛКИ МУЛЬТИКУЛЬТУРАЛИЗМА В 

АЗЕРБАЙДЖАНЕ 

 

Ключевые  слова:  мультикультурализм,  народ,  толерантность,  духовные  ценности, 

традиции, взаимопонимание 

Key words: multiculturalism, nation, tolerance, spiritual values, traditions and understanding 

 

Национальное  развитие  любого  полиэтнического  государства  сопровождается 



возникновением  и  необходимостью  разрешения  ряда    очень,  и  порой  запутанных  проблем. 

Причиной тому то, что людям различных в этническом, расовом, религиозном и культурном 

плане приходится уживаться в  рамках общей территории. 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

153

 

 



 

 

Сегодня в мире происходят глобальные изменения, которые затрагивают практические 



все  сферы  общественной  жизни  –  экономическую,  политическую,  социально-культурную, 

этнонациональную,  демографическую  и  т.д.  Это  в  свою  очередь,  приводит    к  двум 

противоположным  процессам:  с  одной  стороны,  происходит  размывание  национально-

государственных  границ  и  ускоренное  продвижение  наций  в  мировое  культурное 

пространство,  с  другой,  наблюдается  резкое  обострение  этнической  разобщенности  и 

всплеск  национального  самосознания,  иногда  рост  нетерпимости,  религиозной  вражды  и 

даже сепаратизма.  

Подобная  тенденция  двунаправленности  проявляется  в  изменениях    мировой 

политической  карты  тоже.  За  последние  десятилетия  мир  пережил  распад  таких  

многонациональных  государств  как  СССР,  Югославия,  Чехословакия.  С  другой  стороны,  

некоторые  европейские  страны,  исторически,  более  «единообразные»  по  составу  нации, 

стремятся  образовать  единое  политическое  пространство.  Примером  может  послужить 

Евросоюз.  Сегодня  это  понятие  давно  не  ограничивается  только  лишь  объединением  в 

области  экономических  интересов,  как  предполагалось  в  самом  начале.  Изменилась 

«политика  открытой  терпимости»  в  Великобритании,  которая  за  последние  годы  приняла 

законы,  ограничивающие  толерантность  в  стране,  вопрос  о  предельно  допустимой  норме 

толерантности  встал  во  Франции  и  Германии.  С  одной  стороны,  демократическая  основа 

развития  общества  диктует  необходимость  межконфессиональной  толерантности,  с  другой 

стороны,  современное  общество  пришло  к  порогу  социальной  нетерпимости.  Общество, 

порой,  стоит  перед  дилеммой  -  обеспечить  свободу  совести  каждому  гражданину  или 

ограничить  уровень  терпимости.  Поиск  оптимальной  меры  согласия  и  диапазона 

толерантности становится одной из ключевых задач общества и государства. Толерантность 

и веротерпимость не может передаваться по наследству, от поколения к поколению, это не 

врожденное  чувство  той  или  иной  нации.  Толерантность  это  работа,  которая  должна  быть 

приоритетной для государства и общества. Просто необходимо законодательно  определить 

границы  религиозной  толерантности,  порог  терпимости  с  учетом  сохранности  интересов 

государства,  общества,  личности  и  обязать  религиозные  организации  обеспечивать 

религиозную  безопасность.  Необходимо  распространять  принципы  толерантности  и 

заложить  их  в  поведение  всего  общества  и  отдельной  личности.  Толерантность  должна 

пониматься  как  способность  человека,  общества  уважать  мнение  другого,  отличного  от 

своего.  Это  требует  определенных  усилий  от  людей,  занимающих  соответствующие 

должности  в  управленческой  сфере,  активности  интеллигенции,  готовой  преодолевать 

различные трудности и препятствия на своем пути.  Толерантность необходимо воспитывать. 

В  создавшейся  ситуации  весьма  актуальным  является  налаживание  диалога  между 

культурами  и  религиями  в  целях  сохранения  культурного  разнообразия  человеческой 

цивилизации.  Показательным  может  быть  опыт  тех  стран  и  регионов,  в  которых  сильны 

традиции  толерантности  и  веротерпимости.  Азербайджан  в  этом  отношении  представляет 

собой  уникальный  пример  сосуществования  и  сотрудничества  многих  народов  и 

религиозных конфессий. 

Мультикультурные общества существовали на протяжении всей человеческой истории. 

Мультикультурными  были    древний  Рим  и  мусульманско-православный  Константинополь, 

Российская империя и т.д. 

«Азербайджан  веками  являлся  толерантной  страной. Сегодня  в  Азербайджане 

охраняются  памятники,  относящиеся  ко  всем  религиям  и  нациям,  их  восстановление  и 

реконструкция находятся в центре внимания государства».  Это в  своем выступлении на  III 

Бакинском  международном  гуманитарном  форуме  в  октябре  2013  года  сказал  Президент 

Азербайджанской  Республики  Ильхам  Алиев  [2].  Мультикультурность  в  Азербайджане 

имеет очень крепкие устои, богатые традиции, глубокую историю и духовные основы. Корни 

этой традиции уходят глубоко в историю, ведь на азербайджанской земле нашли пристанище 

еврейские  переселенцы,  бежавшие  из  разграбленного  Иудейского  царства  еще  586  году  до 

н.э.    В  середине  первого  столетия  нашей  эры  в  Азербайджане  поселились  первые 

последователи  христианства,  которые  в  последующем  стали  основателями    Албанской 



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin