AZƏrbaycan mġLLĠ elmlər akademġyasi məRKƏZĠ NƏbatat bağI



Yüklə 5,39 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix28.01.2017
ölçüsü5,39 Mb.
#6554
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

ƏDƏBĠYYAT 
 
1.
 
Azərbaycan  SSR-nin  «Qırmızı  Kitabı»,  Bakı, 
1989, s.255-543. 
2.
 
Ağamirov  Ü.M.,  İbadov  O.V.  Azərbaycanda 
bitən  yabanı  dağlaləsi  növləri  Abşeron  şəraitində. 
Azərb.SSR E.A.Xəbərləri, biol.elm.seriyası, 1972, № 
12, s.21-25. 
3.
 
Dadaşova  L.K.,  İbadlı  O.V.  Azərbaycanın  nadir 
dağlaləsi  və  süsən  növlərinin  təbii  fitosenozlarda 
öyrənilməsi  və  qorunmasının  perspektivliyi  (MNB 
əsərləri), V cild, Bakı, 2005, s.113-121. 
4.
 
İbadlı O.V. Qafqazın geofitləri. Bakı, 2002, s.85-
93. 
5.
 
Təhməzov  B.H.,  Yusifov  E.F.,  Əsədov  R.S. 
Azərbaycanın  bioloji  təbiət  abidələri,  Bakı,  2004, 
5683. 

 
153 
6.
 
Бочанцева З.П. Тюльпаны. Ташкент, 1962, с.407. 
7.
 
Сердюков Б.В. Декоративные травянистые расте-
ния дикорастущей флоры Кавказа, Тбилиси, 1972. 
8.
 
Капинос  Г.Е.  Биологические  закономерности 
развития  луковичных  и  клубне  луковичных 
растений  на  Апшероне.  Из-во  АН.Азерб.ССР, 
Баку, 1965, стр.166-180. 
9.
 
Флора Азербайджана. т. ЫЫ, АН Аз.ССР, Баку, 
1952, с.166-171, 214-236. 
10.
 
Шпак  Р.Л.  Годовой  цикл  развития  некоторых 
тюльпанов Киргизии. Фрунзе, 1963, с.9-65. 
 
 
Дадашева Л.К. 
 
Интродукция некоторых видов ириса и тюльпана в 
Шемахинском, Гусарском и Абшеронском районах. 
 
В  результате  исследований  была  создана  коллекция  из  7-и 
редких и исчезающих видов ириса и тюльпана в 3-х районах 
Азербайджана. 
Были 
изучены 
биоморфологические, 
экологические  особенности  данных  растений  в  культуре, 
перспективы  реинтродукции  в  природные  экосистемы  и 
использование их в озеленении. 
 
 
 
 
 

 
154 
 
UDK 581.52 
 
ġ.Q.HÜSEYNOV, Ə.ġ.HÜSEYNOV
*
 
 
AZƏRBAYCANDA  EROZĠYAYA QARġI  
TERRASLAġDIRMA  VƏ  ONUN  TARĠXĠNƏ  DAĠR 
 
Azərbaycanın  dağ  və  dağ-ətəyi  zonalarında  torpaqların 
əksər  hissəsinin  dağılmasına  sel  və    eroziya    prosesləri  böyük  
təsir edir. Bu prosseslərin qarşısını almaq, torpaqlardan səmərəli 
istifadə etmək və nəticədə kənd təsərrüfatı bitkilərindən yüksək 
məhsul almaq qarşıda duran ən aktual məsələlərdən biridir. 
Çox meyilli yamaclarda eroziya və digər amillərin qarşısını 
almaq üçün terrasların əhəmiyyəti böyükdür 
Terras  fransız  sözü  olub,  yerdə  (yəni  torpağın  üst 
hissəsində)  müxtəlif xarakterli  düzən  formaların  əmələ  gəlməsi 
kimi  işlədilir.  Terraslar  təbiətdə  iki  yolla  -  təbii  və  süni  yolla 
əmələ gəlir. Süni yolla əmələ gələn terraslar insanlar tərəfindən 
meyilli  yamaclarda  düzəldilir.  Yamacların  formasından,  orada 
əkiləcək    ağac  və  digər  kənd  təsərrüfatı  bitkilərinin 
xarakterindən asılı olaraq terras yatağının eni müxtəlif ola bilər. 
Terraslar  yamacın  relyefini  tamamilə  dəyişir,  onda  pilləkənvari 
düzənlik əmələ gətirir. Yamac boyu axan sular orada toplanır və  
bitkilər üçün rütubət mənbəyi  yaradır. Elə bunun nəticəsidir ki, 
ilin  quraq  keçən  ayları  (iyul-avqust)  bitkilər  özlərini  bu 
                                           
*
 
АМЕА Мяркязи Нябатат Баьынын Шамахы Дайаг Мянтягяси
 
 

 
155 
terraslarda  yaxşı  hiss  edirlər.  Adi  sahəyə  nisbətən  terras 
yatağında rütubətlik 4-5 dəfə artıq olur (şək.1). 
Dağ  yamaclarınn  terraslaşdırılıb  orada  mədəni  bitkilərin 
əkilməsi çox qədim bir tarixə malikdir. Hələ antik dövrdə Asiya 
və Afrika xalqları çox meyilli yamaclardan istifadə etmək üçün 
terraslar  çəkmiş  və  orada  müxtəlif  kənd  təsərrüfatı  bitkiləri 
əkmişlər  (1).  Qədim  terrasların  izlərinə  dünyanın  bir  çox 
ölkələrində  rast  gəlinir.  Lakin  bu  terrasların  əksəriyyəti  əl  ilə 
primitiv üsulla düzəldildiyindən uçulub dağılmışdır. 
Qafqazda  ən  qədim  terraslara  Gürcüstanda,  Dağıstanda  və 
digər  yerlərdə  rast  gəlinir.  Bu  terraslar  təqribən  XII    əsrdə 
yaradılmış və bu günə qədər öz formasını saxlamışlar. 
Azərbaycanda  XIX  əsrin  axırlarında  dağ  yamaclarında 
meşə  zolaqları  salmaq  üçün  əl  ilə  terraslar  salınmasına 
başlanılmışdır.  Azərbaycanın  Laçın,  Kəlbəcər,  Gədəbəy, 
Daşkəsən, Tovuz, Dəvəçi rayonunda (Leyti və Qələgəh kəndləri 
ərazisində) qədim terraslara rast gəlinir. Bu terrasların bir qismi 
dağılmış və yalnız izləri qalmış, digərlərindən hazırda da istifadə 
edilir.  Dəvəçi    rayonunun  Leyti  və  Qələgəh  kəndləri  ərazisində 
belə  terraslar əsasən meyilliyi 20-25
o
 olan yamaclardadır. Leyti 
kəndinin  qocaman  sakinlərinin  dediyinə  görə  buradakı 
terraslarda ağac və üzüm tənəkləri var imiş. Sonralar onlar məhv 
edilmişdir.  Ərazidəki  bu  terraslarda  ot    örtüyü  çox  yaxşı  bərpa 
edilmiş,  meyilliyin  çox  olmasına  baxmayaraq  torpaqlar  eroziya 
prosesinə məruz qalmamışdır (2). 
1865-1808-ci  illərdə  Gədəbəy  rayonunun  Qalakəndi  yaxın-
lığında  «Kovdu»,  «Göy dəyə»  və  «Ləklər»  adlı  ərazilərdə  
 

 
156 
 
Şəkil 1. Terrasen ******* görünüşü  
 
Şəkil 2. Terrasda əkilmiş badam bitkisi 

 
157 
əllə terraslar düzəltməklə fıstıq,  palıd və Eldar şamından ibarət 
meşə - bağlar salınmışdır (3). 
1936-1939-cu  illərdə  Astara  rayonunda  subtropik  bitkilər 
altında  istifadə  etmək  üçün  terraslar  düzəldilmişdir.  Terraslar 
düzəldilməmişdən  əvvəl  Nivelirləmə  işləri  aparılmadığından, 
onlar düzgün çəkilməmiş, nəticədə isə uçulub dağılmışlar. 
1955-1956-cı  illərdə  Qusar  rayonunda  Elmi-Tədqiqat 
Eroziya  bölməsi  işçiləri  tərəfindən  terraslar  çəkilmiş  və  bu 
terraslarda  alma  bağı  salınmışdır.  Bu  terraslar  çəkilən  yamacın 
meyilliyi  20-25
o
  olmuşdur.  Burada  da  yamacın  meyilliyi  və 
terras  yatağının  eni  nəzərə  alınmadığından  və  terras  çəkmə 
texnologiyasına  güzgün  əməl  edilmədiyindən  leysan  yağışları 
nəticəsində sular terrasları kəsmiş, nəticədə  yamacda iri həcmli 
yarğanlar əmələ gəldiyindən terraslar tamamilə məhv olmuşdur. 
Azərbaycanda ilk dəfə mexanikləşdirilmiş üsulla terrasların 
çəkilməsi  S.Q.Rəhimov  tərəfindən  1961-ci  ildə  Şamaxı 
rayonunun  üzümçülük  sovxozunda  aparılmışdır.  Yamacın 
meyilliyindən,  baxarlığınından  asılı  olaraq  bu  terraslar  təkrar 
şumlanma və qazıb-tökmə üsulu ilə düzəldilmişdir (4).  
Terrasların  mühüm  əhəmiyyətə  malik  olduğunu  nəzərə 
alaraq  sonralar   Azərbaycanda  onun  sahəsi  getdikcə artırılmağa 
başlandı. Respublikada Azərbaycan Dövlət Yer quruluşu lahiyə  
institutu  tərəfindən  rayonlarda  tədqiqat  aparılaraq  terraslar 
çəkmək üçün lahiyələr hazırlanmış və bu lahiyələr əsasında çox 
dəyərli  və  faydalı  terraslar  çəkilmişdir.  Lakin  bu  terraslarda 
əkilən ağac  cinsləri yerli şəraitə uyğun olmadığına görə tez bir 
zamanda 
quraqlıq  nəticəsində  məhv  olmuş,  terraslar 
baxımsızlıqdan  dağılmış  və  mal-qara  yatağına  çevrilmişdir. 
Hazırda respublikamızda belə terrasların sahəsi 6-7 min hektara 

 
158 
qədərdir  və  onlara  Ağsu,  Zəngilan,  İsmayıllı,  Ağdam,  Füzuli, 
Cəbrayıl,  Qubadlı,  Laçın,  Qəbələ,  Yardımlı  və  s.    rayonlarda 
təsadüf  edilir.  Tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki, 
belə terraslarda quraqlığadavamlı və yerli şəraitə uyğun  ağac və 
kol bitkilərin əkilməsi daha məqsədəuyğundur. 
Belə  ki,    1974-cü  ildə  Zəngilan  rayonunda  çəkilmiş  72 
hektar  terras  sahəsində  alma  ağacı  əkilmiş,  sonralar  həmin 
ağaclar quraqlıqdan məhv olmuş, yalnız mikro yamacların şimal 
hissəsindəki  ağaclar  qalmışdır.  Bu  həmin  hissədə  rütubətin 
olması ilə əlaqədardır. 1976-cı ildə bu terraslar bərpa edilmiş və 
həmin  sahəyə  12  sortdan  ibarət  (Nonnerel,  Krım,daş  badam, 
Nikita-62,  Nikita  gec  gül  açan,  sovetski,  priənıy,  desert,  dreyk, 
Yalta,  Nikita-2240,  Nikita  1710  və  s.)  badam  toxumu 
səpilmişdir.  Toxumlar  dekabr  ayında  səpildiyi  üçün 
stratifikasiya  edilməmişdir.  Terraslarda  badam  ağacından  başqa 
Eldar şamı, alça, sumaq, göyəm, zırınc, nar və s. ağac və kollar 
əkilmişdir.  Şamlar  həmişəyaşıl  olduğu  üçün  sahəyə  qışda 
yaraşıq  verməklə  ağacları  zərərli  güləklərdən  və  soyuqdan 
mühafizə edirlər. 
1968-ci ildən başlayaraq respublikanın müxtəlif zonalarında 
qazıb-tökmə  üsülu  ilə  eroziyaya  uğramış  və  kənd  təsərrüfatı 
əkinlərinə  yaramayan  meyilli  yamaclarda,  terraslar  çəkərək, 
həmin terraslarda qozmeyvəli bitkilər əkilmişdir (şək.2). 
İlk  dəfə  olaraq  qazıb-tökmə  üsulu  ilə  Böyük  Qafqazın 
şimal-şərq hissəsində  yerləşən Dəvəçi rayonunda, meyilliyi 10-
30
o
  olan  yamaclarda qazıb-tökmə  üsulu ilə  terraslar çəkildi.  Bu 
terraslarda badam və püstə toxumu səpildi. Qeyd etmək lazımdır 
ki, 
püstənin  toxumu  professor  İ.S.Səfərov  tərəfindən 
Özbəkistandan gətirildi. 

 
159 
Təcrübələr  çox  yaxşı  nəticəli  olduğundan  sonralar  1976-cı 
ildən Şamaxı, Zəngilan, Cəbrayıl, Şəki, Naxçıvan MR-da davam 
etdirildi.  Hazırda    respublikanın  müxtəlif  zonalarında  terraslar 
üsulu ilə 2007 hektar qozmeyvəli bitkilərdən  püstə, badam, qoz  
əkilmişdir. Eyni zamanda terrasların arasında sumaq,  perekanta, 
eldar şamı, tuya kimi ağac kol bitkiləri də əkilmişdir (5,6). 
 
Ə D Ə B Ġ Y Y AT 
 
1.
 
Гуссак В.В.  Опытное  террасирование в совхозе 
Мухастат  и  борьба  с  эрозией  почв  в  СССР.  Изд. 
АН СССР, 1938 
2.
 
Hüseynov  Ş.Q.    Böyük  Qafqazın  Şimal  şərq  yama-
cında  terraslarda  qozmeyvəlilərin  yetişdirilmə 
təcrübəsi.  Azərbaycan  Elmi  Tədqiqat  Meşə  təsər-
rüfatı  və  Aqromeşəmeliorasiya  institutunun  əsərləri, 
XI cild, Bərdə 1973 
3.
 
Əsədov  K.S.    Dağ  yamaclarından  istifadə  edilmə 
təcrübəsi.  Kənd  təsərrüfatı  elmi  xəbərləri,    2.  Bakı 
1968 
4.
 
Рагимов  К.С.  Сравнительная  оценка  различных 
видов  обработки  на  эродированных    почвах  в 
Шемахинском районе. Тр. сек. «эрозии», т.1, 1961 
5.
 
Гусейнов  Ш.Г.  Орехоплодные  и  расширение 
площадей  на  горных  склонах.  Тезис  докл.  XЫX 
сессии вот.сад. закав. По вопросу интрод. растен. 
и зелен. стр-ва. Изд-во Элм. Баку, 1983. 
6.
 
Гусейнов  Ш.Г.,  Сафарова  Э.П.,  Исламова  З.Б. 
Внедрение  и  освоение  эродированных  горных 

 
160 
склонов  под  орехоплодные  растения.  Биткилярин 
интрадуксийасы вя иэлимляшдирилмяси. Мяркязи Няба-
тат баьынын ясярляри.   V ъилд. Бакы, «Турал» , 2005 
 
                                                                
 
 Ш.Г.Гусейнов, А.Ш.Гусейнов 
 
 
К ИСТОРИИ ПРОТИВОЭРОЗИОННОГО  
ТЕРРАСИРОВАНИЯ  В АЗЕРБАЙДЖАНЕ. 
 
 
  
 Террасирование  играет  большую  роль  как  в 
развитии  растений,  так  и  их  урожайности.  Естественное 
террасирование известно еще  с  XЫЫ  века.  В  Азербайджане 
механическое  террасирование  впервые  было    проведено  в 
1961  году.  Только,  начиная  с  1968  года,  на  проводимых 
здесь террасах были  выращены орехоплодные. 
 
 
 
 
 
 
 
 
 
 

 
161 
UOT 582. 7722    
E.Y.ƏLĠYEV 
 
AZƏRBAYCAN FLORASINDAN OLAN AĞCAQAYIN  
NÖVLƏRĠNĠN (ACER L.) ABġERON ġƏRAĠTĠNDƏ 
 KÖK SĠSTEMĠNĠN ÖYRƏNĠLMƏSĠ 
 
Bitkilərin  kök  sistemi  onları  torpağa  bərkitməklə,  bərabər 
su  və  mineral  maddələri  yerüstü  hissəyə  ötürmək  kimi  mühüm 
vəzifələr  yerinə  yetirir.  Kök  sisteminin  öyrənilməsi  bütövlükdə 
bitkinin  həyatında  baş  verən  bütün  fizioloji  prseslərin,  eyni 
zamanda 
fotosintez 
prosesində,  qidalanmasında  mühüm 
əhəmiyyət  kəsb  edir.  Tədqiqatlar  Mərkəzi  Nəbatat  Bağında 
ağcaqayın  növlərinin  bir-iki-üçillik  köklərinin  tam  çıxarılması 
üsulu  ilə  morfologiyası,  dərinlikdə  yerləşməsi,  yan  köklərinin 
miqdarı  və    xüsusiyyətləri  tədqiq  olunmuşdur  (2,4).  Abşeron 
şəraitində ağcaqayın bitkisinin köklərinin inkişafı yazda aprelin 
əvvəlindən  (bəzən  isə  martda)  iyunun  2-ci    ongünlüyünədək 
davam  edir.  Öyrənilən  bu  növlərin  kök  sisteminin  quruluşu, 
morfologiyası, hansı dərinlikdə yerləşməsi, yan köklərin miqdarı 
1 saylı cədvəldə göstərimişdir (1).  
  Acer campestre L.   –    Çöl  ağcaqayını birillik  tinglərinin 
hündürlüyü 13 sm, onların mil kökü 0,3 sm diametrə və 22 sm 
uzunluğa  malik  olur.  Yan  köklər  6  ədəd,  4-15  sm  uzunluqda 
olaraq,  2-10  sm  dərinlikdə  çoxlu  əmici  tellərə  malik,  sıx  tor 
əmələ  gətirir.  Kök  sisteminin  əsas  kütləsi  2-10  sm  dərinlikdə 
yerləşir. İkiillik tinglərinin hündürlüyü 54 sm, mil kökü 1,0 sm 
diametrə və 40 sm uzunluğa malik olur.  
 

 
162 
Cədvəl 1 
 
Ağcaqayın növlərinin 1-2-3- illik kök sisteminin inkiĢafı
 
 
 
Növlərin adı 
B
itk
ilər
in
 h
ün
-

rlü


sm
-lə
 


bo
ğaz
ın
ın
 
d
iam
etr
i, 
sm
-lə
 
Mil
 kökün
 
d
iam
etr
i, 
 
sm
-lə
 
Mil
 kökün
 
uzu
nlu
ğu

  
 s
m
-
əl
 
Yan
 k
ök
lər
in
 
m
iq
dar
ı, 
 
əd
əd

 
Yan
 k
ök
lər
in
 
uzu
nlu
ğu

 
sm
-lə
 
Yan
 k
ök
lər
in
 
yer
ləşmə
 
dər
in
liy
i, 
 
sm
-lə
 



tləs
in
in
 
əsas
 y
er
ləşmə
 
dər
in
liy
i, 
sm
-lə
 



ən
 ço

to
rp


keç
m
ə 
dər
in
liy
i, 
sm
-lə
 
Çöl ağcaqayını 
13 
0,3 
0,3 
22 

4-15 
2-10 
2-10 
22 
Hirkan ağcaqayını 
20 
0,3 
0,4 
28 

4-20 
2-10 
2-28 
30 
Gözəl ağcaqayın 
10 
0,1 
0,2 
20 

3-7 
2-10 
2-14 
30 
Sivriyarpaq 
ağcaqayın 
95 
0,1 
0,8 
27 

3-25 
2-12 
2-17 
35 
Nəhəng ağcaqayın 
14 
0,3 
6,4 
21 

4-14 
2-13 
2-15 
22 
 

 
163 
Yan  köklər  8  ədəd  olub  10-20  sm  uzunluğa  malik  olmaqla 
əsasən 2-25 sm dərinlikdə yayılırlar.  
  Çöl  ağcaqayınının  üçillik  tinglərinin  kök  boğazının 
diametri  1,8  sm,  hündürlüyü  isə  90  sm  olarkən,  onun  mil  kökü 
1,9  sm  diametrə  və  70  sm  uzunluğa  malik  olur.  Yan  köklər  10 
ədəd olub, 15-30 sm dərinlikdə yerləşirlər. Köklərin əsas kütləsi 
10-30 sm dərinlikdə yerləşir.  
  Hirkan  ağcaqayınının  birillik  bitkilərinin  hündürlüyü  20 
sm, kök boğazının diametri 0,4 sm olarkən, onların mil kökü 28 
sm  uzunluqda  olur.    Yan  köklərin  miqdarı  8  ədəd  və  4-20  sm 
uzunluqda  olaraq,  əsasən  2-10  sm  dərinlikdə,  onların  əsas 
kütləsi  isə  2-18  sm  dərinlikdə  yerləşir.  İkiillik  hirkan 
ağcaqayının  hündürlüyü  60  sm  olarkən  onun  mil  kökü  50  sm 
uzunluqda  və  kök  boğazının  diametri  1,0  sm  olur.  Mil  kökdən 
ayrılan  12  ədədyan  köklər  12-35  sm  uzunluqda  olmaqla,  kök 
kütləsi  torpağın  38  sm  dərinliyinə  çatmış  olur.  Üçillik  hirkan 
ağcaqayınının hündürlüyü 95 sm, kök böğazının diametri 1,7 sm 
olarkən,  mil  kökün  uzunluğu  80  sm,  yan  köklərin  miqdarı  15 
ədəd, uzunluğu 15-40 sm, köklərin əsas kütləsi torpağın 45 sm 
dərinliyində yerləşir.  
  Gözəl  ağcaqayın  tinglərindən  kök  sisteminin  tədqiqi 
göstərdi  ki,  birinci  ili  vegetasiya  dövrünün  axırında  bitkinin 
hündürlüyü  10  sm,  kök  boğazının  diametri  0,1  sm,  mil  kökün 
uzunluğu  20  sm,  yan  köklərin  sayı  6  ədəd,  uzunluğu  3-7  sm, 
köklərin əsas kütləsinin yerləşmə dərinliyi 30 sm-ə çatmış olur. 
İkiillik  gözəl  ağcaqayın  bitkisinin  hündürlüyü  30  sm,  kök 
boğazının  diametri  0,3  sm,  mil  kökün  uzunluğu  25  sm,  yan 
köklərin  sayı  10  ədəd  olaraq,  uzunluğu  13-31  sm-dir,  köklərin 
əsas kütləsinin yerləşmə dərinliyi 35 sm-ə çatır. Üçillik tinglərin 

 
164 
hündürlüyü  60  sm,  kök  boğazının  diametri  1,0  sm,  mil  kökün 
uzunluğu 40 sm, yan köklərin sayı 10 ədəd, uzunluğu 10-25 sm, 
köklərin əsas kütləsi 43 sm dərinlikdə yerləşmişdir. Kök sistemi 
formalaşdıqdan sonra bitkilərin yerüstü hissəsinin fəal böyüməsi 
başlayır. 
  Sivriyarpaq  ağcaqayının  birillik  tinglərinin  hündürlüyü 
25 sm, kök boğazının diametri 0,1 sm, mil kökünün uzunluğu 27 
sm,  yan  köklərin  sayı  7  ədəd,  uzunluğu  3-25  sm,  köklərin  əsas 
kütləsinin  torpaqda  yerləşmə  dərinliyi  35  sm-dir.  İkiillik 
sivriyarpaq ağcaqayının kök sisteminin öyrənilməsi göstəridi ki, 
bitkinin  hündürlüyü 40  sm,  kök  boğazının diametri 0,8  sm, mil 
kökün uzunluğu 30 sm, yan köklərin sayı 11 ədəd, uzunluğu 20-
40  sm,  köklərin  əsas  kütləsinin  torpaqda  yerləşmə  dərinliyi  50 
sm-dir.  Üçillik  tinglərinin  hündürlüyü  80  sm,  kök  boğazının 
diametri 1,0 sm, yan köklərin sayı 13 ədəd, uzunluğu 30-55 sm, 
köklərin əsas kütləsinin yerləşmə dərinliyi 70 sm-ə  çatır (3,4).  
Nəhəng  ağcaqayının  kök  sistemini  öyrənərkən,  məlum 
olmuşdur  ki,  birillik  tinglərin  hündürlüyü  14  sm,  kök  boğazının 
diametri  0,3  sm,  mil  kökün  uzunluğu  21  sm,  yan  köklərin  sayı  5 
ədəd, uzunluğu  4-14 sm, əsas kütləsinin  yerləşmə dərinliyi 22 sm-
dir.  İkiillik  tinglərinin  hündürlüyü  38  sm,yan  köklərin  sayı  9  ədəd, 
uzunluğu  25-40  sm,  köklərin  əsas  kütləsinin  torpaqda  yerləşmə 
dərinliyi  45  sm-dir.  Üçillik  tinglərin  kök  sisteminin  öyrənilməsi 
göstərdi ki, bitkinin hündürlüyü 71 sm, kök boğazının diametri 1,3 
sm, mil kökün uzunluğu 44 sm, yan köklərin sayı 8 ədəd, uzunluğu 
25-40 sm, əsas kök kütləsinin torpaqda yerləşmə dərinliyi 48 sm-dir.  
Beləliklə,  Abşeron  şəraitində  ağcaqayın  növlərinin  kök 
sisteminin  öyrənilməsi  göstərmişdir  ki,  bir  və  ikiillik  bitkilərdə 
əsasən yaxşı inkişaf etmiş şauquli kök sisteminə malik olan 4-6 

 
165 
ədəd  yan  köklər  və  onlardan  inkişaf  etmiş  III-IV  dərəcəli 
köklərə  malikdirlər.  Bu  köklərin  əsas  kütləsi  torpağın  2-25  sm 
dərinliyində  yerləşir.  Üçillik  bitkilərdə  yan  köklərin  inkişafı 
daha da sürətlənir. Belə ki, əsas kökdən 2-10 sm dərinliyində 8-
10  ədəd  yaxşı  inkişaf  etmiş  yan  köklər  ayrılır  ki,  bunlar  da  öz 
inkişafına  görə  əsas  kökdən  geri  qalırlar.  Köklərin  əsas  kütləsi 
torpağın  2-35  sm  dərinliyində  yerləşir.  Bu  isə  ağcaqayın 
növlərinin bioloji xüsusiyyətləri və Abşeron şəraitində torpağın 
alt  qatında  rütubətin  olmaması  ilə  izah  olunur.  Ona  görə  də 
suvarma  şəraitində  becərilən  ağcaqayın  növlərində  torpağın  üst 
qatında  köklər  daha  yaxşı  inkişaf  etmiş  olur.  Buna  görə  də  
ağcaqayın  növlərinin  Abşeronda  normal  inkişaf  etməsi  üçün 
onların yaz, yay mövsümündə suvarılması məsləhətdir.  
 
ƏDƏBIYYAT  
 
1.
 
Костелова Г.С. Некоторые данные о росте 
кленов  в    ювенильном  возрасте.  Доклады  АН 
Узб.ССР, Изд. АН Узб. ССР, Ташкент, 1986 
2.
 
Колесников  В.А.  Корневая  система 
плодовых и ягодных растений. М., «Колос», 1974 
3.
 
Кохно  Н.А.  Редкие  и  исчезающие  виды 
деревьев  и  кустарников  в  ботанических  садах  и 
дендрологических  парков  Украины.  Интродук-
ция и акклиматизация растений, Киев, 1991  
4.
 
Колесников  В.А.  Методы  изучения 
корневой  системы  древесных  растений.  М., 
«Лесная промышленность», 1971       
 

 
166 
 
Э.Я. Алиев 
 
ИЗУЧЕНИЕ КОРНЕВОЙ СИСТЕМЫ ВИДОВ  
КЛЕНА (ACER L.) ИЗ ФЛОРЫ АЗЕРБАЙДЖАНА  
В УСЛОВИЯХ АБШЕРОНА 
 
 
При  изучении  корневой  системы  видов  клена  было 
выявлено,  что  у  одно-,    двух-    и    трехлетних  растениях 
наблюдалось  хорошее  развитие  главного  корня  с  4-6-тью 
боковыми корнями ЫЫЫ-ЫВ порядка.       
 
 

 
167 
UOT: 632  
S.Q. Qarayev 
 
ABġERON ġƏRAITINDƏ INTRODUKSIYA EDILMIġ 
PALID NÖVLƏRĠNĠN XƏSTƏLĠKLƏRĠ VƏ 
ZƏRƏRVERĠCĠLƏRĠ 
 
Bitkilərin  introduksiya  olunmasında  aparılacaq  tədqiqat 
işlərinin  əsas  istiqamətlərindən  biri  də  onların  yeni  şəraitdə 
xəstəlik  və  zərərvericilərinin  öyrənilməsidir.  Buna  görə  də 
Abşeronda  introduksiya  edilmiş,  yaşıllaşdırmada,  meşəsalmada 
bir çox keyfiyyətlərinə (uzun ömürlü, güclü kök sistemi, hündür, 
çətiri  böyük,  dekorativ  görnüşlü,  torpağın  humusuna  və 
quraqlığa  az  tələbkar  olması)  görə  əvəzsiz  ağac  cinslərindən 
olan  palıdın  12  növünün  xəstəlik  və  zərərvericilərinə  qarşı 
mübarizə  üsullarının  öyrənilməsi  bu  baxımdan  məqsədə-
uyğundur.  
A.P.  Bandin  [2]  Azərbaycan  meşələrində  palıdların 
zərərvericilərindən  taykeş  torsarıyan  adlanan  palıd  kəpənəyinin 
(Portheria  dispar  L.),  məryəmqurdu  (Nygmia  phaeorihoca  L.
və  yaşıl  yarpaq  kəpənəyin  (Tortrix  viridana  L.)  daha  çox 
yayıldığını, ayrı-ayrı meşə massivlərində (Quba, Laçın, Yalama, 
Naxçıvan  və  s.),  xüsusən  -  Quba-Xaçmaz  zonasında  palıdların 
yarpaqlarına  daha  çox  ziyan  vurduğunu  qeyd  etmişdir.  Eyni 
zamanda,  mazı  böcəyi  (Cynips  caticis,  C.  incana),  külləmənin 
(Micrisphaera  alphitoides  Griss.  et.  M.)  də  palıdların,  xüsusən 
də uzunsaplaq və gürcü palıdının yarpaqlarını yeyib korladığını, 
palıd  qozasının  zərərvericilərindən  isə  xortumlu  qoza  böcəyi 

 
168 
(Balaninus  nucum,  B.  glandium)  və  palıd  qozası  qurdunun 
(Carpocapsa splendana) daha çox yayıldığını göstərmişdir.  
V.M. Kərimov [1] Yalama meşə massivində uzunsaplaq və 
gürcü palıdının konsortlarının tərkibində 7 növ Polyporaceae, 
Ganodermataceae,  2  növ  Hymenochaetaceae  və  1  növ 
Schizophyllaceae  fəsiləsinə  aid  göbələklərin  olduğunu  və 
ağacların oduncağını zədələdiyini qeyd etmişdir.  
E.S.  Hüseynov  [4]  qeyd  edir  ki,  Azərbaycan  meşələrinin 
əsasını  təşkil  edən  palıd,  vələs,  fıstıq  ağac  cinslərində  375  növ 
göbələk  aşkar  edilmiş,  onların  65  növü    patogen  olmaqla, 
bitkilərdə  müxtəlif  xəstəliklər  törədir.  Palıd  növlərində 
Sphaerioidaceae  fəsiləsinin  31  cinsinə  daxil  olan  80  növ  aşkar 
edilmişdir.  Bu  növlərdən  Phylosticta  quercus  Sacc.  et.  Speg. 
gürcü p., uzunsaplaq p., Ph. tumoricula Peck. şərq p., Ph. iticira 
Sacc.  -  uzunsaplaq  palıdda  əsasən  yarpaqlarda  xəstəlik  törədir. 
Cytospora 
teucosperma  Fr. 

və  uzunsaplaq  palıdın 
budaqlarında,  Cytospora  rubescena  Fr.  -  şabalıdyarpaq  p. 
budaqlarında,  Phoma  quercus  Sacc.  -  şabalıdyarpaq  palıdın 
qozalarında,  Phoma  glandicola  tev.  -  uzunsaplaq  palıdın 
qozalarında xəstəlik törədir.  
Q.S.Qruzdev  və  başqaları  [3]  yaşıl  palıd  yarpaqbükəninin 
(Tortix  viridana  L.)  yumurtalarının  palıdın  budaqlarında, 
tumurcuqlarında  qışladığını,  yazda  isə  əmələ  gələn  tırtılın 
yarpağa keçdiyini və yarpaqları zədələdiyini qeyd etmişlər.  
Biz də Abşeron şəraitində palıd növlərinin zərərvericilərini 
AMEA  Mərkəzi  Nəbatat  Bağında  olan  palıd    kolleksiyaları 
üzərində  1998-2004-ci  illərdə  öyrənmişik.  Mübarizə  tədbirləri 
Q.S.Qruzdev  və  başqalarının  [3]  təklif  etdiyi  metodlara  əsasən 
işlənmişdir.  

 
169 
Yaşıl  palıd  yarpaqbükəni  (Tortix  viridana  L.).  Uzunsaplaq 
p.,  şabalıdyarpaq  p.,  mişardişli  p.  və  saplaqlı  p.  müşahidə 
olunur.  Yumurtaları  budaqlarda,  cavan  zoğlarda,  əsasən  yarpaq 
qoltuqlarıda  qışlayır  və  inkişaf  edir.  Mart,  aprelin  I 
ongünlüyündə  tumurcuqlarla  qidalanır.  Tumurcuqlar  açılıb 
yarpaqlar  əmələ  gəldikdə  kəpənəyin  tırtılı  yarpaqlara  keçir  və 
yarpaqlarla  qidalanır.  Bu  əsasən  mayın  II  və  III  ongünlünə 
təsadüf  edir.  Tırtılın  inkişafı  20-30  gün  davam  edir.  Bu 
müddətdə yarpaqlar üzəri şirə çəkilmiş kimi görünür, yarpaqlar 
bükülür.  İyunun  axırlarında  yetkin  fərdlər  görünür  və  qışlamaq 
üçün yumurta qoyulur.  
 Mübarizə  tədbiri:  -  qışda  yumurtalarını  məhv  etmək  üçün 
DNOK,  nitrafen,  trixloralem-5-lə,  tumurcuqlar  açılmağa 
başlayanda sürfəni məhv etmək üçün isə fozalon, xlorofosla təsir 
etmək məsləhətdir. Bu məhlulların üzərində optimal təsir etmək 
üçün  faizləri  və  hazırlanma  qaydaları  verildiyi  üçün  biz  ayrı-
ayrılıqda  məhlulların  faizlərini  göstərmirik.  Lakin  qeyd  etmək 
lazımdır  ki,  Abşeron  şəraitində  adı  çəkilən  məhlullar  20-25% 
qatılığında olduqda daha yaxşı təsir edirlər.     
Qoza  meyvəyeyəni  (Carpocapsa  splendana  Hb.)  - 
Həşəratın  sürfələri  xüsusi  tüklü  kisəciklərdə  qışlayır.  İyunun 
axırları  və  iyulun  əvvəllərində  tırtıllardan  inkişaf  etmiş 
kəpənəklər  qozaların  üzərinə  qonur  və  yumurta  qoyurlar. 
Yumurtadan  əmələ  gələn  sürfələr  qozaları  deşərək,  daxilinə 
keçir.  Sürfə  bir  inkişaf  dövründə  4-5  qozanı  zədələyə  bilir. 
Sentyabrın  axırları,  oktyabrın  əvvəllərində  sürfələr  qozaların 
qabığından  çıxaraq  qışlayacağı  yerə  gedir.  Şabalıdyarpaq, 
uzunsaplaq  və  daş  palıdların  qozalarında  müşahidə  olunur.  Ən 
çox uzunsaplaq palıdın qozalarına ziyan vurur.  

 
170 
Mübarizə  tədbiri:  Çiçəkləmədən  sonra  fozalon,  etafos, 
xlorofos insektisidləri ilə təsir etmək məsləhətdir.  
Meyvə  örtük  güvəsi  (Coleophora  hemerobiella  Scop.). 
Ağacın  qabığında  və  tumurcuqlarında  sürfə  mərhələsində 
qışlayır.  Yazda  aprelin  axırı,  mayın  əvvəllərində  yarpaqların 
üzərinə  keçir  və  yarpaqlarla  qidalanaraq,  yarpaqda  tala-tala  ağ 
sahələr  (mina  düşmüş  kimi)  əmələ  gətirir.  İyunun  axırından 
iyulun ortalarına qədər sürfələr budaqlara qayıdıb tumurcuqlarda 
və qabığın altında yaza qədər qışlayır. Sürfələr 3 yaşında iyunun 
ortalarında  pup  halına  keçir.    İyulun  II  və  III  ongünlüyündə 
yetkin  fərdlər  görünməyə  başlayır.  Meyvə  örtük  güvəsi  öz 
yumurtalarını  yarpağa qoyur və 9-12  gündən sonra əmələ gələn 
sürfələr dərhal yarpaqla qidalanaraq onda zədələr əmələ gətirir.  
Bu zərərverici ağ p., qırmızı p., monqol p., şabalıdyarpaq p. 
və  saplaqlı  p.t  növlərində  rast  gəlinir.  Ən  çox  isə  ağ  palıd  və 
şabalıdyarpaq palıdda müşahidə olunur.  
Mübarizə  tədbiri:  Çiçəkləmə  dövründən  sonra  antio, 
fosfamidom,  DDVF  kimi  insektisidlərdən  istifadə  edilməsi 
məsləhətdir.  
Tək ipəksarıyan (Ocneria dispar L.) - Yumurtaları qabığın 
altında yerləşir və erkən yazda - mart ayının ortalarında sürfələr 
əmələ gəlir. Sürfələr tumurcuqlara, çiçəklərə və yarpağa keçərək 
onlarla  qidalanmaqla  zərər  vururlar.  Yetkin  kəpənəklər  payızda 
görünür  və  oktyabrın  əvvəllərindən  başlayaraq  yumurta 
qoyurlar.  Əsasən  uzunsaplaq  p.,  tüklü  p.,  gürcü  p.  və  saplaqlı 
palıd  növlərində  yayılmışdır.  Ən  çox  isə  uzunsaplaq  palıd  rast 
gəlinir.  
Mübarizə  tədbiri:  Yumurtaqoyma  mərhələsində  oktyabrın 
əvvəllərindən  başlayaraq,  gövdələrə  ağ  neft  və  ya  mazut 

 
171 
sütrmək,  sürfələri  məhv  etmək  üçün  isə  xlorofos,  fozalon, 
metafos, və dentrobasillinomdan istiyadə etmək məsləhətdəir.  
Minalayıcı  qabar  böcəyi  (Liriomyza  congesta  Beck.).  - 
yumurtalarını  yarpaqlara  qoyur.  Sürfələri  mayın  axırı,  iyunun 
əvvəllərində  əmələ  gəlir  və  yarpaqların  parenximi  ilə  qidalanır 
və yarpaqda işıqlı sahələr (xlorofilsiz) əmələ gəlir.  
Əsasən  şabalıdyarpaq  p.,  ağ  p.,  qırmızı  p.  və  uzunsaplaq 
palıd növlərində yayılmışdır.  
Mübarizə  tədbiri:  Ağacın  ətrafını  20  sm  dərinlikdə 
belləmək  və  yumurtaların  inkişaf  dövründə  (mayda) 
insektisidlərdən;  aktellikom,  antio,  xlorofasom  və  s.  istifadə 
etmək məsləhətdir.  
Vahiməli yastıca (Diaspiiotus ostreaeformis Curr.) sürfələri 
2  yaşa  qədər  ağacın  gövdəsində  və  budaqlarında  keçirir.  Mayın 
axırlarından  başlayaraq  gövdənin  üzərinə  çıxır.  Gövdənin 
oduncağını və qabığını yeməklə zərər vurur. İyun-iyul aylarında 
qabığın altına yumurta qoyur. Daş p., mantar p. və şabalıdyarpaq 
palıd  növlərində  müşahidə  olunur.  Erkən  yazda  nitrofen, 
DNOK,  trixloral-5,  qışda  isə  dəmir  kuporosu,  bor  məhlulu  ilə 
təsir etmək məsləhətdir.  
Mazı  böcəyi  (Cynips  caticis,  C.  incana)  -  yumurta 
mərhələsini ağacın qabığında keçirər. Mayın ortalarından əmələ 
gələn  sürfələr  yarpaqlarla  qidalanmaqla  zərər  vurur. 
Şabalıdyarpaq  p.,  tüklü  p.,  dəyişkənyarpaq  p.  və  gürcü 
palıdlarında rast gəlinir. Ən çox uzunsaplaq p. və gürcü palıdına 
zərər verir.  
Mübarizə  tədbirləri:  Qışda  xlorofos,  metafos,  DDVF-dan 
istifadəsi məsləhətdir.  
Xortumlu  qoza  böcəyi  (Balaninus  nucum,  B.  glandium)  - 

 
172 
yumurtalarını  sentyabrın  əvvəllərində  qozalarda  yerləşdirir. 
Sentyabrın axırı və oktyabrın əvvəllərində  əmələ gələn sürfələr 
qoza  və  çanaqla  qidalanaraq  onu  zədələyir.  Belə  qozalar 
vaxtından əvvəl tökülməyə başlayır.  
Mübarizə  tədbirləri:  Çiçəkləmədən  sonra  niatrofen, 
trixloralem-5, DDVF-dən istifadəsi məsləhətdir.  
Abşeron  şəraitində  öyrənilən  palıd  növlərində  bir  sıra 
xəstəlik törədən göbələklər də aşkar edilib öyrənilmişdir.  
Palıd unlu şeh göbələyi (Microsphaera alphitoides Grif.) ən 
çox  rast  gəlinir,  yarpağın  hər  iki  tərəfində  və  cavan  zoğlarda 
olmaqla, bitkinin böyüməsinə və fotosintez prosesinə mənfi təsir 
göstərir.  Göbələyin  konidiləri  yetişdikdən  sonra  əmələ  gələn 
sporlar  ikinci  dəfə  yarpaq  və  zoğlara  sirayət  edir.  Avqustun 
axırlarında göbələk qara rəngə çevrilərək qışlayır.  
Demək  olar  ki,  bütün  palıd  növlərində,  xüsusən  də  cavan 
tinglərdə müşahidə edilir.  
Mubarizə  tədbiri:  Göbələklə  sirayətlənmiş  yarpaqları 
kənarlaşdırmaq,  xəstəliyin  ilkin  əlamətləri  müşahidə  ediləndə 
ağaclara  bayleton,  topsin  N,  karatan  BMK,  kimrod  funqsidləri 
və kükürd preparatı ilə təsir etmək məsləhətdir.  
Phyllosticta cinsinin növlərindən Phylosticta quercus Sacc. 
et Speg. gürcü palıdının, uzunsaplaq p., tüklü p., saplaqlı p., Ph/ 
virentis  Ell.  et  Langl.  gürcü  p.,  saplaqlı  p.,  şabalıdyarpaq  palıd 
növlərinin  yarpaqlarında,  Cytospora  -  cinsinin  növlərindən 
Cytospora  teucosperma  Fr.  uzunsaplaq  p.,  şabalıdyarpaq  p., 
saplaqlı  p.  və  monqol  palıd  növlərinin  budaqlarında,  Phoma 
cinsinin növlərindən Phoma quercus Sacc. şabalıdyarpaq p., daş 
p.  və  uzunsaplaq  palıd  növlərinin  qozalarında,  Phoma 
glandicola  Lev.  uzunsaplaq  palıdın  qozalarında,  Phomopsis 

 
173 
cinsinin  növlərindən  Ph.  gurcicola  Mocsz,  Ph.  castanea 
Woronich  şabalıdyarpaq  palıdın  və  uzunsaplaq  palıdın 
cücərtilərində  və  cavan  tinglərində,  Ph/  gercella  olied 
uzunsaplaq 
palıdın 
qozalarında, 
Sphaeropsis 
cinsinin 
növlərindən  Sphaeropsis  guercina  Ckeel.  Harkn  şabalıdyarpaq 
p.,  uzunsaplaq  p.  və  daş  palıd  növlərinin  qozalarında, 
Actinopelte  cinsinin  növlərindən  Actinopelta  dryina  uzunsaplaq 
p.,  mişardişli  p.,  gürcü  p.,  ağ  p.  və  qırmızı  palıd  növlərinin 
yarpaqlarında xəstəlik törədirlər.  
Bu  göbələklərə  qarşı  mübarizə  tədbirləri  kimi  bitkinin 
qalıqlarını yığmaq, torpağı dərindən belləmək, qozalara TMTD, 
fentiuramom,  yarpaqlara  benlatom,  uzqenom,  bordo  məhlulu, 
kaptanom və başqa maddələrlə təsir edilməsi məsləhətdir.  
Beləliklə, Abşeron şəraitində öyrənilən palıd növlərinə bir sıra 
xəstəliktörədən  göbələklər  və  zərərvericilər,  bitkinin  müxtəlif 
orqanlarına  və  meyvələrinə  ziyan  vururular  ki,  bu  da  böyümə  və 
inkişafa  mənfi  təsir  göstərir,  meyvələrin  sağlamlıq  dərəcəsini 
azaldır.  Buna  görə  də  ağacların  dibi  hər  il  yazda  və  payızda 
dərindən  bellənməli,  bitki  qalıqlarından  təmizlənməli,  müvafiq 
kimyəvi preparatlarla dərmanlanmalıdır.  
 
Yüklə 5,39 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin