AZƏrbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/21
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13191
1   2   3   4   5   6   7   8   9   10   ...   21

4. ―ġEYX SƏNAN‖ FACĠƏSĠ 
 
―Şeyx  Sənan‖,  hər  şeydən  əvvəl,  dini  təəssübkeşliyə  qarşı 
yazılmış  qiymətli  bir  əsər  idi.  Əsərin  məhz  12-14-cü  illərdə 
qələmə  alınması  təsadüfi  deyildir.  Çünki,  yuxarıda  dediyimiz 
kimi,  millətçilik  və  dini  təəssübkeşlik  xüsusən  Zaqafqaziyada 
çox fəlakətlər törətmişdi. Bu mənfur təbliğat ―parçala və hökm 
sür!‖  siyasəti  yeridən,  Zaqafqaziya  zəhmətkeşlərini  daimi 
əsarətdə  saxlamağa  və  onların  azadlıq  uğrunda  mübarizəsini 
boğmağa çalışan çar hökumətinin və yerli istismarçıların əlində 
əlverişli bir silaha çevrilmişdi. Əsərin ortaya çıxdığı illərdə, bi- 
rinci  dünya  müharibəsinin  yenicə  alovlandığı  dövrdə  bu 
təbliğat  beynəlxalq  irtica  ilə,  imperialist  müharibəsi  ideyaları 
ilə də çox yaxından səsləşirdi. 
Zaqafqaziya  bolşevikləri  başda  olmaqla  cəmiyyətin  bütün 
mütərəqqi qüvvələri millətçilik və dini təəssübkeşlik təbliğatına 
qarşı geniş mübarizə cəbhəsi açmalı olmuşdular. 
 Zaqafqaziyanın,  o  cümlədən  Azərbaycanın  bütün  qabaqcıl 
yazıçıları  bu  mübarizlər  sırasında  idilər.  Nərimanovun  hələ 
1900-cü  ildə  nəşr  etdirdiyi  ―Bahadır  və  Sona‖,  Cəlil 

 
100 
Məmmədquluzadənin, Sabirin, Hadinin, Şaiqin, Səhhətin, Üze- 
yir  Hacıbəyovun  və  bir  çox  başqalarının  beynəlmiləlçilik 
ideyalarını təbliğ edən əsərləri həmin bu mübarizənin məhsulu 
idi. 
Məlumdur  ki,  bu  yazıçıların  hamısı  eyni  bir  ideyanın 
yolçusu  deyildir.  Həmçinin  dini  təəssübkeşlik  və  millətçilik 
təbliğatına qarşı da hərə özünə məxsus ideya cəbhəsindən çıxış 
edirdi.  Hüseyn  Cavid  də,  demək  olar  ki,  ilk  əsərlərində  öz 
sənətinə, üslubuna məxsus və öz görüşlərinə uyğun bir yol ilə 
dini  təəssübkeşliyi  pisləyirdi.  ―Şeyx  Sənan‖  faciəsi  də  bu 
əhvali-ruhiyyə ilə yaradılmışdı. 
Bu  cəhəti  H.Cavid  yaradıcılığı  ilə  ciddi  məşğul  olan  sovet 
tənqidçisi H.Zeynallı düzgün qiymətləndirib, 1926-cı ildə nəşr 
etdirdiyi  ―Şeyx  Sənan‖  haqqında  mülahizələrim‖  adlı 
məqaləsində əsərin  yazıldığı  dövrdə oxuculara təsirindən bəhs 
edərək yazırdı: ―Bütün dini, imanı təbii duyğular yolunda fəda 
edən  Sənan...  Azərbaycan  ziyalılarına  xoş  gəlməkdə  idi. 
Burada əski dindarlığa qarşı olan nifrətlər Şeyx Sənanın dili ilə
Cavid qələmi ilə vətəndaşlıq hüququ almaqda idi. Ona görə də 
cəmiyyət  tərəfindən sevilmişdi... Müəllif ruhanilik içində olan 
çürüntü və yıprıntıları tamamilə meydana atmaqla mollalığa və 
ümumiyyətlə dinə olan ikrahı bir az da qüvvətləndirilmiş və bir 
az  daha  irəli  gedərək...  dinin  kütlə  üzərində  hakimiyyətini 
itirdiyini  və  dinçilər  arasında  ―şübhə‖  və  ―vəsvəsə‖  əmələ 
gəldiyini və bütün bunların sağlam və təbii həyat qarşısında nə 
qədər sönük, nə qədər gücsüz olduğunu göstərmişdi...
1
‖.  
Beləliklə,  əsərin  əhəmiyyəti,  hər  şeydən  əvvəl,  müasir 
məfkurə  mübarizələrinin  mühüm  bir  cəhəti  ilə  məhz  dini 
təəssübkeşliyə  qarşı  mübarizə  ideyaları  ilə  səsləşməsində  idi. 
Birinci  imperialist  müharibəsi  ərəfəsində  və  müharibə 
dövründə  bütün  əksinqilabçı  burjua  nəzəriyyəçilərinin 
―islamlaşmaq‖  şüarını  ortalığa  atıb,  inadla  bu  çürük  fikri 
müdafiə  etdikləri  bir  şəraitdə  Cavidin  ―Şeyx  Sənan‖  kimi  bir 
                                                 
1
 ―Maarif və mədəniyyət‖ məcmuəsi, Bakı, 1926, № 12. 

 
101 
əsəri qələmə alması onun yaradıcılığında müsbət bir hadisə idi. 
―Şeyx Sənan‖, eyni zamanda, çox incə tellərlə ümumiyyətlə 
Şərq,  xüsusən  Azərbaycan  ictimai  fikrində  və  klassik 
ədəbiyyatında  dini  təəssübkeşliyə  qarşı  çevrilmiş  tarixi 
mübarizə  ənənələri  ilə  də  sıx  bağlı  olan  bir  əsər  idi.  Əsərdəki 
ideyanın, müasirliyini, eləcə də onun milli ədəbi və fəlsəfi irsin 
mütərəqqi  cəhətləri  ilə  məzmunca  əlaqədar  olduğunu 
aydınlaşdırmaq  üçün  Şeyx  Sənan  surətini  ətraflı  öyrənmək 
kifayət edər. 
 Faciənin  ilk  səhnələrində  şair  öz  tiplərini,  onların 
səciyyəsini  də  dünyagörüşünün  iki  cəbhədə  qruplaşdırmağa 
çalışır: 
Birinci  cəbhədə  ―fəzilət  və  ürfanı‖  ilə  ağsaqqal  bir  mürşüd 
sayılan,  yarısufi,  yarıpanteist  Şeyx  Kəbir,  onun  tələbəsi,  hələ 
gənc yaşlarında ―kəsbi-ictihad‖ edən, yəni özünün yeni, xüsusi 
görüşləri  olan  Şeyx  Sənan  və  bu  müəllim-tələbəyə  rəğbət 
bəsləyən Şeyx Hadi, Şeyx Sədra və Əbülüla durur. 
İkinci  cəbhədə  isə  sadəcə  dindar  fanatiklərdən  ibarət  olan 
Şeyx  Mərvan,  Şeyx  Nəim,  Şeyx  Əbülləhyə,  Şeyx  Cəfər  və 
başqa  şeyxlər,  müridlər  durur  ki,  birincilərin  əksinə  olaraq, 
bunlar avam, zahid-məslək adamlardır. 
Şeyx  Kəbir  islam  dininin  bir  çox  ehkamlarına  və  Quranın 
bəzi  hökmlərinə,  rəvayətlərinə  şübhə  ilə  yanaşan,  allahı 
təbiətdən  kənarda,  göylərdə  deyil,  təbiətin  özündə  axtaran 
panteist  bir  mürşüddür.  O,  tələbəsi  Şeyx  Sənanı  da  bu  ruhda 
tərbiyə etmişdir. Sənan dini şübhəçilikdə öz mürşüdündən daha 
irəli  getmişdir.  Onun  xüsusi  qənaətləri,  kor-koranə  etiqaddan 
uzaq  olması,  hər  işdə  ağlın  dəlillərinə  istinad  etməyə  can 
atması  müəllimini  heç  də  təəccübləndirmir,  əksinə, 
fərəhləndirir. Şeyx Sənan fanatik şeyxlər arasında yeni fikirlər 
təbliğ  edir,  Quran  və  şəriətin  bəzi  hökmlərinin  ağıldan, 
idrakdan  uzaq  və  həqiqətə  uyğun  olmadığını  söyləyir,  merac 
məsələsinə,  yəni  peyğəmbərin  guya  göylərə  çıxması 
haqqındakı  rəvayətə  istehza  edir.  Belə  mənasız  rəvayətlərə 

 
102 
asanlıqla inanan fanatik şeyxlərdən Şeyx Mərvan Sənanı dinsiz 
adlandırıb,  az  qala  ona  ölüm  fitvası  tələb  edərək  Şeyx  Kəbirə 
deyir: 
 
Möhtərəm şeyx! Altı gün əvvəl  
Vardı Sənanla bir mübahisəmiz, 
Bağırıb söyləyirdi pərvasız: 
―Olsa merac, olur da ruhani.  
Həp yalandır əruci-cismani 
1
. 
Bir bəşərdir, — deyirdi — peyğəmbər.  
Heç görülmüşmü çıxsın ərşə bəşər?
 2
 
 
Sənanın  bu  fikrinə  və  şübhələrinə  haqq  qazandıran  Şeyx 
Kəbir,  eyni  zamanda,  özünün  də  belə  boş  rəvayətlərə 
inanmadığını söyləyir; allah təbiətin özündə olduğu halda onu 
görmək  üçün  göyə  çıxmağın  nə  mənası  varmış  —  deyə  o  da 
fanatiklərə istehza edir: 
 
Şübhədir hər həqiqətin anası, 
Şübhədir əhli-hikmətin babası. 
Şübhə etməkdə haqlıdır insan, 
Çünki hər kəscə bəllidir: yaradan —  
Hər zaman, hər tərəfdə nurəfşan, 
Fərqsiz onca həp zamanü məkan... 
Ona məxsus yoxsa bir məva, 
Ərşə çıxmaqda varmı bir məna?
3
 
 
Yenə  bir  başqa  fanatik  —  Şeyx  Nəim  Sənanın  tövhid 
məsələsinə,  yəni  allahın  birliyinə,  varlığına  da  şübhə  etdiyini 
Şeyx Kəbirə danışır: 
 
                                                 
1
 Əruci-cismani – insanın cismən göylərə, allahın yanına uçması. 
2
 H.Cavid. Seçilmiş əsərləri, səh. 161. 
3
 H.Cavid. Seçilmiş əsərləri, səh. 161. 

 
103 
Sadə meracı etmiyor inkar,  
Hələ tövhid için də şübhəsi var. 
Söyliyor: ―Görməyincə xaliqi mən  
İctinab eylərim pərəstişdən‖.
 1
 
 
Şeyx  Kəbir  tələbəsinin  bu  şübhəsinə  də  haqq  qazandırır. 
Yenə  eyni  fikrini  başqa  şəkildə  təkrar  edib  deyir  ki,  allahı 
təbiətdən  kənarda  axtarmaq  nahaq  işdir;  allahı  tanımaq  üçün, 
görmək  üçün  təmiz  ürəyə,  yüksək  əxlaqa  sahib  olmaq 
kifayətdir: 
 
Şübhə artarsa, həm yəqin artar, 
Mərifət nuri şübhədən parlar. 
Zənn edərsəm yanılmıyor Sənan; 
Çünki xəllaq üçün şərəfli məkan  
Eyi, parlaq könüllər olsa gərək
2
. 
 
Məlumdur  ki,  Şeyx  Kəbirin  bu  panteizmi  ―Şeyx  Sənan‖ 
müəllifi  tərəfindən  uydurulmamışdır.  Həm  də  bu  təkcə  Şeyx 
Kəbirlə  Sənana  istinad  edilən  bir  görüş  olmayıb,  çox  qədim 
tarixi  kökləri  olan  Şərq,  eləcə  də  Azərbaycan  fəlsəfi  fikrindən 
gəlir.  Bu haman panteizmdir ki, Azərbaycanın Nəsimi, Füzuli, 
Şeyx  Mahmud  Şəbüstəri  kimi  bir  çox  böyük  mütəfəkkir  və 
şairlərinin  dünyagörüşündə  xüsusi  yer  tutmuşdur.  Bu  fikri 
əyaniləşdirmək  üçün  təkcə  Nəsiminin  bir  neçə  şeirini 
xatırlamaq  kifayətdir.  Məşhur  ―Bahar  oldu‖  şeirinin  bir 
beytində Nəsimi belə bir fikir irəli sürür ki, canlı təbiətin bütün 
hadisələrində,  hər  bir  sünbüldə,  hər  bir  çiçəkdə  belə  allahı 
görmək  mümkündür.  Lakin  bu  sirri,  bu  mənanı  dördayaqlılar 
nə  başa  düşür?  Əgər  sən  dünyanın  əmələ  gəlməsi  sirrini 
anlamaq istəyirsənsə,  təkcə  bir  reyhanın  ətrini  iyləmək kifayət 
edər: 
                                                 
1
 
Yenə orada, səh. 162
 
2
 Yenə orada. 

 
104 
 
Əgər ki sünbülü nərgiz bəyani-kənti kənz eylər, 
Qaçan bülhəm əzəl bilsin işaratın bu əsrarın? 
Bu gün kor aləmi-qeybin vücudun görmək istərsən  
Riyahın uş, bəyan eylər zühurun çərxi-səyyarın.
1
 
 
Yaxud aşağıdakı parçaya diqqət edək: 
 
Hər nəyə baxdınsa, onda sən allahı gör, 
Qancaru kim, əzm qılsan, səmmü vəchullahı gör. 
Zatinin eynidir allahın süfatı, ey bəşər! 
Lakin ol bildi bu rəmzi kim, irişdi zatinə. 
Yaxud: 
Adəmdə təcəlli qıldı allah, 
Qıl adəmə səcdə, olma gümrah.
 2
 
 
Cavidin  yaratdığı  Şeyx  Kəbir  surətinin  görüşlərindəki 
panteizm də bu mənbə ilə bağlıdır, onun davamıdır. 
 
Kim ki allahı istəyir görmək  
Arasın qəlbi-tabnakində,
3
 
Arasın kəndi ruhi-pakində. 
 
Şübhəsiz ki, nə Nəsiminin, nə də Cavidin Şeyx Kəbirinin bu 
fikirləri, yəni onların panteizmi materialist və ateist mahiyyətdə 
deyildir;  bu,  tam  etiqadsızlıq  da  deyildir;  lakin  hər  halda 
müəyyən dini ehkama, fanatizmə qarşı çevrilmiş bir fəlsəfi gö- 
rüşdür.  ―Şeyx  Sənan‖dakı  dini  təəssübkeşliyə  qarşı  qoyulan 
panteist ideyalar, eyni zamanda, Azərbaycanın fəlsəfi və ədəbi 
irsi ilə əlaqədardır dedikdə — biz bu həqiqəti nəzərdə tuturuq. 
Cavidin  əsərində  bu  ənənəvi  ideyalara  daha  çox  bağlı  olan 
                                                 
1
 S ə l m a n M ü m t a z. ―İmadəddin Nəsimi‖, Bakı, Azərnəşr, səh. 46. 
2
 
Yenə orada.
 
3
 Qəlbi-tabnak— parlaq, təmiz qəlb. 
 

 
105 
surət  Şeyx  Sənandır.  Ondakı  dini  şübhəçilik  də  bu  ideyalara 
əsaslanır. Sənan Turanda anadan olmuş bir türk, ―kimsəsiz bir 
zavallıdır‖.  O,  aşağı  təbəqədən  çıxmışdır.  ―Elm-ürfan‖  kəsb 
etmək məqsədi  ilə bir müddət  İranda olmuş, sonra Ərəbistana 
getmiş,  ruhani  təhsil  görmüş,  dini-sxolastik  elmləri  öyrənmiş, 
lakin  çox  çəkmədən  islam  ehkamı,  şəriət  onda  dərin  şübhələr 
doğurmuşdur.  Sənan  dindarlıqdan  bir  çox  cəhətdən  kəskin 
surətdə fərqlənən ―filosofanə bir ruha‖ malik olmuşdur və otuz 
yaşında  ikən  ―kəsbi-ictihad‖  etmiş,  yəni  islam  dini  və  şəriət 
hökmləri  haqqında,  eləcə  də  fəlsəfi  idrak  məsələlərində 
müstəqil fikirləri və mühakimələri ilə tanınmışdır. Sənan həm 
gözəl  bir  insan,  həm  də  elm-kamal  sahibidir.  İndi  o,  şəqqül-
qəmər  (ayın  parçalanması)  hekayəsinə  istehza  edir,  meraca 
inanmır, allahı görməyincə tanımaq və sitayiş etmək istəmir və 
sairə... Cavid Sənanı, faciənin qəhrəmanını belə göstərir. 
Bu xüsusi fikirləri, görüşləri ilə Sənan onu əhatə edən şeyx 
mərvanlar  mühitinə  sığmır,  mümkün  qədər  onlardan  uzaq 
olmağa,  tək-tənha  yaşamağa  çalışır,  cəmiyyətdən  qaçır, 
günlərini  səhralarda  keçirir.  Şeyx  Əbuzər  Sənanın  bu 
mərdümgirizliyi haqqında Zəhraya deyir: 
 
Qonşular söyliyor ki, həp gecələr  
Uyumaq bilmiyor sabaha qədər. 
Qoşuyor hər səhər biyabanə,  
Həm də əsla qarışmaz insanə.  
Halı pəjmürdə, sanki bir məcnun, 
Anlaşılmaz nədir məramı onun?!
1
 
 
Əgər  Şeyx  Sənanın  bu  etiqad  süstlüyü,  islam  ehkamına  və 
şəriətə  şübhə  ilə  yanaşması  bizə  bir  sıra  klassik  şair  və 
mütəfəkkirlərimizin  panteist  ideyalarını  xatırladırsa,  onun 
fanatiklər  mühitindən  qaçması,  tənhalığı  sevməsi,  biyabanlara 
üz  tutması  da  bizə  ədəbiyyatımızın  məşhur  aşiq  surətlərini, 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh. 154. 

 
106 
Fərhad və məcnunlarını xatırladır. 
Beləliklə,  Sənan  surəti  həm  fikirləri,  həm  də  qəlbi,  eşqi, 
zövqü  etibarı  ilə  möhkəm  surətdə  ənənəyə  bağlıdır.  Ənənəvi 
aşiqlər  kimi,  Sənan  da  məhəbbəti  ideallaşdırır.  Altı  il  eşqi  ilə 
yaşadığı və özünə əsir etdiyi Şeyx Kəbirin gözəl qızı Zəhradan 
qaçır,  Zəhranın  həyat,  səadət  eşqi  ilə  çırpınan  qəlbi,  coşqun, 
odlu məhəbbəti artıq onu cəlb etmir, xəyali bir əfsanəyə uyub, 
―eşqi-ruhani  ilə‖  yaşamaq  istəyir,  yuxuda  gördüyü  və  ―ideal 
ilahi  gözəlliyin‖,  ―mütləq  əbədi  gözəlliyin‖  timsalı,  təzahürü 
hesab etdiyi ―altun qanadlı mələklər‖ əhatəsində olan Xumarın 
sorağına düşür. 
Cavid Sənanın yuxusunu göstərirkən də yenə ədəbi ənənəyə 
əsaslanır. Sənanın yuxusu
 
və bu yuxu ilə əlaqədar olan arzuları 
bir  çox  Azərbaycan  nağıl  və  dastanlarında  sevgilisini  əvvəlcə 
yuxuda  görüb,  sonra  onun  sorağına  düşən  aşiqlərin  yuxusuna 
bənzəyir. Lakin dastanlardakı aşiqlərdən fərqli olaraq, Sənanın 
Xumara  meyli  canlı,  real  gözəlliyə  meyldən  daha  çox,  mistik, 
ideal, ruhani gözəlliyə olan bir meyldir. 
Yuxuda  Sənan  nağıl  və  dastanlarda  olan  aşiqlər  kimi  real 
həyat  səhnələrini  və  canlı  insanları,  gözəlləri  deyil,  behişti  və 
məlakələri  görür:  ―Olduqca  şairanə,  cazibədar,  behişti  bir 
mənzərə...  Altun  qanadlı  mələklər  əl-ələ,  qol-qola  olaraq  incə 
qəhqəhələrlə  gülüşüb  gəzirlər.  Mələk  qiyafəsində  olan  Xumar 
da  onların  içərisindədir‖.  Xumar  Sənanı  başqa  bir  mühitə, 
fövqəltəbii, ideyalar aləminə çağırır: 
 
Şeyx, gəl, gəl! Sevimli Sənan, gəl! 
Sənə layiq deyil o yer, yüksəl! 
...Oxunur gözlərində nuri-düha, 
Yüksəl, ey şeyx, gəl, düşünmə daha!
1
 
 
Sənanı  daha  çox  cəzb  edən,  onu  yerindən  oynadan  da,  hər 
şeydən əvvəl, bu ―sənə layiq deyil o yer, yüksəl‖ sözləri olur. 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh. 157. 

 
107 
Əslində  bu  yuxu  həm  Şeyx  Kəbirin,  həm  də  onun 
tələbəsinin gözündə mənasız bir şeydir. Odur ki, Şeyx Kəbir bu 
yuxunu  sadəcə  əfsanə  adlandırır  və  tələbəsinə  təsəlli  verərək, 
―bir həqiqət deyil bu, röyadır‖ — deyir. 
Şeyx  Sənan  da  yuxunun  həqiqət  olmadığını  bilir,  lakin 
yuxudan  ona  görə  sarsılır  ki,  bütün  bunlar  hamısı  onun  şəxsi 
fikirlərinin, xəyallarının və arzularının nəqşidir. Bu xəyalların, 
nəqşlərin arxasında isə, fanatiklər mühitindən xilas olmaq, əsil 
həqiqət  aləmini  dərk  etmək  arzusu  durur.  Sənan  bu  xəyali 
nəqşlərdə çoxdan bəri axtardığı əsil həqiqətin, dumanlı şəkildə 
olsa  da,  nə  isə  bir  izini  görür.  Dramaturq  ənənəvi  üsuldan 
istifadə  etsə  də,  bu  yuxu  səhnəsi  ilə  gənc  ruhani  Sənanın 
xəyallarının romantik mənzərəsini vermək istəmişdir. 
Şeyx Kəbirin ölümündən sonra Sənan on il onu əvəz edir. O, 
qırx  yaşında  ikən  uzun  bir  səfərə  çıxır.  Bu  səfərdə  biz  yenə 
Sənanı  özünün  əvvəlki  fikirlərini  təbliğ  edən  görürük.  Sənanı 
əhatə edən fanatik şeyxlər yenə ondan narazıdırlar. Onların fik- 
rincə  əsil  müsəlmançılıq  dünyadan  əl  çəkmək,  bütün  ömrü 
allaha  ibadətdə  keçirməkdir.  Sənan  isə  uzun  səfərləri  ilə  buna 
mane olur, əsil dindarları ―doğru yoldan‖ ayırır: 
 
Ş e y x  M ə r v a n  
Nə səfərdir, bu, anlamam ki?!. 
Ş e y x  N ə i m 
Əvət, heç də mənası yox bunun, əlbət. 
Ş e y x  Ə b ü l l ə h y ə 
Nə çıxar boylə boş siyahətdən? 
Xalqı məhrum edər ibadətdən. 
Ş e y x  C ə f ə r 
Məncə heç şübhə yox ki, ins ilə cin  
Yaradılmış fəqət ibadət için
1
. 
 
Şeyx  Sənan  isə  onları  əhli-ibadət  yox,  hər  şeydən  əvvəl 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh. 176. 

 
108 
―əhli-mərifət‖ olmağa çağırır. 
S ə n a n 
Quru, boş səcdənin yox aqibəti, 
Haq sevər yalnız əhli-mərifəti
 1
 
 
Sənana səmimi rəğbət bəsləyən Şeyx Hadi də ancaq ibadət 
üçün  yarandıqlarını  güman  edən  avam  şeyxlərə  istehza  edib, 
mürşidinin fikirlərini təsdiq edir: 
 
Əyilib qalxacaq, yeyib içəcək, 
Sonra qıl körpüdən qolay keçəcək.
 2
 
 
Oxucu  yaxşı  bilir  ki,  bu  fikir  Xəyyamdan,  Xaqanidən, 
Nizamidən  başlamış  Füzuli  və  Sədiyə  qədər  fanatizmə, 
mövhumata,  dünyadan  mümkün  qədər tez  köçmək  fəlsəfəsinə, 
zahidliyə  əsaslanan  hər  cür  mövhumata  qarşı  Şərqin  bütün 
böyük  mütəfəkkirlərinin  söylədikləri  ən  kəskin  fikirlərdir  ki, 
biz  onu  burada,  ―Şeyx  Sənan‖  faciəsində  Sənanın  və  Şeyx 
Hadinin dilindən eşidirik. 
Burada  heç  olmazsa  Xaqaninin  aşağıdakı  misralarını 
xatırlatmaq olar: 
 
Zahidliyə, riyayə bir misqal ehtiyac yox, 
Dinin aparmayacaq çünki səni cənnətə. 
 
Və ya Nəsiminin aşağıdakı misralarını xatırlamaq olar: 
 
Xəlvəti-ərbəin ilə kimsə irişmədi həqə, 
Zöhdü səlatə meyl edən fikri-məhalə düşməsin! 
 
Korlarla  olan  söhbətində  biz  yenə  Sənanın  dini  ehkama  və 
rəvayətlərə,  xüsusən  islamda  əsas  məsələlərdən  biri  olan 
                                                 
1
 
H.Cavid. Seçilmiş əsərləri, səh. 180.
 
2
 
Yenə orada.
 

 
109 
imamət  məsələsinə,  imamların  və  islam  ruhanilərinin  guya 
fövqəlbəşər  insanlar  olması  məsələsinə  nifrətlə  yanaşdığını, 
onu yalan, iftira deyə damğaladığını görürük: 
 
B i r i n c i  k o r 
   
Bizə imdad edib şəfa veriniz! 
Görmiyor kainatı gözlərimiz. 
 
S ə n a n 
 
Boylə ecazkar bir insan
Xayır, əsla yaratmamış yaradan 
Bir qulum mən də pək fəqir, aciz 
Bu yalan iftirayə uymayınız
1

 
Bu  səhnədə  Şeyx  Sənanın  ümumiyyətlə  içərisində  yaşadığı 
cəmiyyətdən,  dolaşdığı  mühitdən,  insanların  yer  üzündəki 
əmrlərindən  də  narazı  olduğu  aydın  görünür.  Onun  korlara 
dediyi sözlər bu fikri təsdiq edir: 
 
Nəyi görmək dilərsiniz, bilməm? 
Yanıyor zülm içində həp aləm! 
Görməməkçin bu çirkin işləri siz 
Yalvarıb haqqa, həmdü şükr ediniz
2

 
Get-gedə  Sənan  fanatiklərindən  nəinki  sadəcə  qaçır, 
uzaqlaşır,  bəlkə  onların  simasında  özünün,  öz  görüşlərinin  ən 
qəddar  əleyhdarlarını  görür.  Onun  şeyxlərə,  papasa  etdiyi 
hücumları bunu aydın təsdiq edir. O, papasa deyir: 
 
Arif ol, arif... Atma vicdanı, 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh. 180. 
2
 Yenə orada, səh. 182. 

 
110 
Ara qəlbində dini, imanı. 
...Zahirin pək gözəl, fəqət nə çıxar? 
Oynayır batinində şeytanlar
1

 
Eyni ruhda Sənan fanatik şeyxlərə nifrət edir: 
 
Gediniz, gərçi hiylə ya təzvir 
Sizcə xoş, məncə eşq yüksəkdir
2

 
Başqa bir yerdə Sənan otardığı donuzlarla dindar fanatiklər 
arasında  heç  bir  fərq  görmədiyini  söylədiyi  zaman  fanatizmə 
qarşı nifrəti artıq son həddə çatmış olur: 
 
O donuzlar ki, otladır Sənan 
Şübhəsiz fərqi yoxdur onlardan
3

 
Hələ  çox  uzaqlara  getməsək,  XIX  əsrin  Azərbaycan  şairi 
Nəbatinin  aşağıdakı  misraları  Sənanın  dindar  şeyxlərə, 
zahidlərə  qarşı  mütəfəkkir  aşiq  adından  etdiyi  bu  hücumları 
bizə xatırlatmırmı? 
 
Zahid az danış, get gözümdən, it, 
Eşqdən məni çox da danlama. 
Məndən əl götür, ey uzunqulaq! 
Vəz satma çox, hey himari-məst! 
 
Beləliklə,  yenə  də  ənənəyə  bağlılıq  faciənin  bu  səhnəsində 
də özünü aydın göstərməkdədir. 
İkinci  pərdədə,  Dərvişlə  görüş  səhnəsində  Sənandakı  dini 
şübhəçilik daha da qüvvətlənir. Hərçənd o, sonralar Dərvişdən, 
onun  qəribə  fəlsəfəsindən  ayrılıb,  Dərvişin  fikirlərini 
                                                 
1
 Yenə orada, səh. 244. 
2
 Yenə orada, səh. 210. 
3
 Yenə orada, səh. 142. 

 
111 
mövhumat adlandırır, lakin Sənan eyni zamanda, öz şübhələri, 
fikirləri  ilə  Dərvişin  görüşləri  arasında  çox  yaxın  bir 
münasibət, bənzəyiş görür. 
Dərviş  simasında  Cavid  bütün  dini  ehkama  şübhə  ilə 
yanaşan,  səhranişin,  təriqətçi  mütəfəkkir  surətini  yaratmışdır. 
Bu  nöqteyi-nəzərdən  Dərviş  də  görüşləri  etibarı  ilə  həm  Şeyx 
Kəbirə,  həm  də  Şeyx  Sənana  yaxındır;  lakin  onlardan  fərqli 
olaraq,  Dərviş  dinə  qarşı  fikirlərində  daha  ciddi,  daha 
kəskindir. 
Şeyx  Sənan  Dərvişin  nə  kimi  dünyagörüşünə  sahib 
olduğunu duyur. O, Dərvişi danışdırandan sonra başa düşür ki, 
sadə adamların dəli Dərviş, avam şeyxlərin isə sehrkar, dinsiz 
adlandırdıqları bu şəxs bütün mənasızlığını dərk etmiş və varlıq 
haqqında  özünə  məxsus  mülahizələri  olan  ―ənəlhəqq‖,  yəni 
―mənəm allah‖ deyib çırpınan təriqətçi bir səyyahdır. 
Dərvişin  yaşadığı  məsləkin  yalnız  bir  nəfərə  aid  olmayıb, 
Şərqdə  çox  geniş  yayıldığını,  digər  tərəfdən  ―ənəlhəqq‖ 
dediyinə görə dara çəkilən Mənsurun adı ilə bağlı olduğunu da 
Şeyx Sənan başa düşür: 
 
Ş e y x  M ə r v a n 
— Dəlidir, şeyx, o həm də bir dinsiz. 
 
Ş e y x  S ə n a n 
— Dinsiz olmaq da bir təriqətdir. 
...O deyil gərçi zahirən Mənsur, 
Həp ənəlhəqq deyib də çırpınıyor.
 1
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin