AZƏrbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


 XIII-XVIII əsrlər Azərbaycan poeziyası



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix06.03.2017
ölçüsü2,87 Kb.
#10327
1   2   3   4   5   6   7   8

 
2.3. XIII-XVIII əsrlər Azərbaycan poeziyası 
 
Azərbaycan  xalqının  ictimai  və  iqtisadi  həyatında  olduğu 
kimi,  mədəni  həyatında  da  ayrıca  bir  dövr  təĢkil  edən  XIII-XIV 
əsrlərin ədəbi inkiĢafı bir neçə mərhələdən keçmiĢdir. Bu dövrün 
ilk  mərhələsində  Zülfüqar  ġirvani,  Hümam  Təbrizi,  Səfiəddin 
Urməvi,  Fəxrəddin  HinduĢah  Naxçıvani,  Fəzlullah  RəĢidəddin, 
Zəkəriyyə  Qəzvini  kimi  elmin  müxtəlif  sahələrində  çalıĢan 
görkəmli  alimlər  yetiĢmiĢlər.  Ədəbiyyat  sahəsində  inkiĢaf  özünü 
daha  aydın  büruzə  verirdi.  Mahmud  ġəbüstəri,  Əvhədi,  Əssar, 
Arif  Ərdəbili  bu  dövrün  yaradıcılıq  keyfiyyətlərinə  malik 
sənətkarlardır. Daha çox panteist filosof olan ġəbüstəri «GülĢəni-
raz» (Sirlər  gülüstanı) və  baĢqa əsərləri ilə “humanist” ideyalarla 
çıxıĢ edir, Allahla təbiəti eyniləĢdirir, dini ayrıseçkiliyə qarĢı çıxır, 
insanın  böyük,  uca,  qadir  olduğunu  söyləyirdi.  Onun  «GülĢəni  -
raz»  əsəri  insana  və  kainata  yeni  əsr  ziyalısının  baxıĢlarını  əks 
etdirir. Əvhədi isə elmi dillə ifadə edilmiĢ fikirlərini daha canlı və 
poetik  dilə  çevirir,  Nizamidən  sonra  humanist  fikirləri  rəngarəng 
boyalarla əks etdirməklə özünəməxsus yeni üsullar tapırdı. 
XIV əsr Azərbaycan ədəbiyyatında Nizami ənənələrini özü-
nəməxsus Ģəkildə davam etdirən Arif Ərdəbili və Əssar Təbrizi isə 
baĢqa yolla intibah ideyalarını əks etdirirdilər. Nizami ənənələrinə 
sadiq  qalaraq  mənzum  roman  adlana  biləcək  poema  janrının 
parlaq  nümunələrini  yaradırdılar.  Arif  Ərdəbili  «Fərhadnamə»də 

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
85 
bu qədim əfsanəyə  yeni baxıĢlarla  yanaĢmıĢdır. Daha çox çağdaĢ 
mövqelərdə  duraraq  qəhrəmanlarını  gördüyü,  tanıdığı  adamlara 
məxsus  real,  həyati  cizgilərlə  təsvir  edirdi.  Gözəl  astronom, 
panteist  filosof,  Ģeir  nəzəriyyəçisi  və  xüsusən  Ģair  olan  Əssar  isə 
lirik  Ģeirlərində  və  «Mehr  və  MüĢtəri»  poemasında  Nizaminin 
daha çox romantik meyl edən ənənələrinə sadiq qalmıĢdır. 
XIII əsrin axırı,  XIV əsrin birinci yarısında Azərbaycan in-
tibahı  yeni  mühüm  bir  keyfiyyət  qazanır  -  ilk  dəfə  Azərbaycan 
türkcəsində  poetik  əsərlər  yaranır.  Ġzəddin  Həsənoğlu,  Nəsir  Ba-
kuvi  və  Qazi  Bürhanəddin  yaradıcılığı  buna  ən  yaxĢı  misaldır. 
XIV əsrin axırı və XV əsrin əvvəlləri, daha dəqiq desək, Nəsimi-
nin ölümünə qədərki dövr Azərbaycan intibahının inkiĢafında ay-
rıca  bir  mərhələ  təĢkil  edir.  Bu  dövrdə  humanist  ideallar  hürufi 
Ģüarlarla irəli sürülür. Hürufilik humanizmin, intibah ruhunun əsas 
boyasına, təzahür formasına çevrilir [5].             
«DaniĢməndani-Azərbaycan»  təzkirəsində  XIII-XIV  əsrlər 
ədəbiyyatının öyrənilmə dərəcəsi müasiri olan elmi-ədəbi əsərlər-
dən nisbətən yüksək olsa da, qənaətbəxĢ hesab etmək olmaz. Çün-
ki  bu  dövrün  əsas  əlaməti  olan  Azərbaycan  türkcəsində  poetik 
əsərlərin yaranması prosesi təzkirədə öyrənilməmiĢdir. M.Tərbiyət 
də müasirləri kimi Ġzəddin Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi 
kimi  Ģairlərin  adının  üzərindən  sükutla  keçmiĢdir.  Halbuki  hələ 
XV əsr təzkirəçisi DövlətĢah Səmərqəndi Həsənoğlunun farsca və 
türkcə Ģeirlər yazdığını, əsərlərinin Azərbaycan və Rumda məĢhur 
olduğunu  qeyd  etmiĢdir.  M.Tərbiyət  DövlətĢah  Səmərqəndinin 
«Təzkireyi-Ģüəra»sından  faydalansa  da,  əsərindəki  bir  sıra  digər 
qeydlərindən  də  hiss  olunur  ki,  bu  mənbəni  gərəyincə  öyrənmə-
miĢdir. Ola bilsin ki, elə buna görə də mənbələrin haqqında xəsis-
liklə  danıĢdığı  Həsənoğlunu  nəzərdən  qaçırmıĢdır.  Qazi  Bürha-
nəddinin əsərlərinin tədqiqi və nəĢr tarixi çox da qədim deyildir. 
Azərbaycan və Ġran təzkirələrində onun adına təsadüf olunmadığı 
üçün  «DaniĢməndani-Azərbaycan»dan  da  bu  haqda  məlumat  ala 
bilmirik. 
Nəsimiyə  gəlincə  isə,  onun  haqqında  daha  çox  Anadolu 

Könül  Nəhmətova   
 
 
86 
təzkirələrindən  bilgilər  alırıq.  Ġsmayıl  Hikmətin  Nəsimi  ilə  bağlı 
araĢdırmasını  nəzərdən  keçirdikdə  Ģair  haqqında  məlumat  verən 
bir  sıra  təzkirəçiləri  də  xatırlamaq  olar:  Lətifi,  Kınalızadə  Həsən 
Çələbi, Bəyani, Faiq RəĢad bəy, Məhəmməd Tahir bəy, Müəllim 
Naci, Rzaquluxan Hidayət [52. 172-173]. 
«DaniĢməndani-Azərbaycan» əsərində bu müəlliflərdən yal-
nız Rzaquluxan Hidayətin «Riyazül-aĢiqin» təzkirəsinin adını gö-
rürük. Belə nəticəyə gəlmək olar ki, M.Tərbiyət Nəsimini bir Ģair 
kimi  tanımamıĢdır,  çünki  təzkirəsinin  «Nəimi  ġah  Fəzlullah  ibn 
Əbu Məhəmməd Təbrizi»  məqaləsində Seyid  Ġmadəddin Nəsimi 
adını bir cümlədə çəkərək üstündən keçmiĢ, təriqətlər haqqında isə 
yazmıĢdır:  «ġah  Fəzlullahın  ölümündən  sonra  onun  fikirləri  və 
təriqəti  bütün  islam  aləminə  yayılmıĢdır.  Əl-Əliyül-Əla,  Seyid 
Ġmadəddin Nəsimi və baĢqaları kimi onun caniĢinləri və naibləri 
Anadoluya  qaçmıĢ,  bəktaĢilərin  təkyələrinə  və  xanəgahlarına  yol 
tapıb,  bəktaĢi  təriqətinin  əvəzinə  hürufi  təriqətini  təbliğ  etməyə 
baĢlamıĢlar.  BəktaĢilər sadəlövh, dərin bilik sahibi olmadıqlarına 
görə hürufilərin fikirlərini qəbul etmiĢlər. Bu yolda bir çox qanlar 
tökülmüĢ və faciəli hadisələr baĢ vermiĢdir. Onları burada izah et-
məyə imkan yoxdur» [88. 247]. 
Firidun  bəy  Köçərli  də  Nəsimi  haqqında  məlumat  toplaya 
bilməmiĢ, onu yanlıĢ olaraq XIX əsr ġirvan Ģairləri sırasında ver-
miĢdir. ġairi «Nəsimi ġirvani» deyərək təqdim etmiĢ və özü dedi-
yi  kimi,  «kəlamlarından  yalnız  bir  qəzəlin  yazılmasına  ehtiva  et-
miĢdir» [50. 519]. 
Yeri  gəlmiĢkən qeyd  edək  ki,  daha  bir  sıra  XV-XVI  əsrlər 
Ģairlərinin  adını  «DaniĢməndani-Azərbaycan»  təzkirəsində 
görmürük.  Məsələn,  Xəlifə  Təbrizi,  ġahi,  Bəsiri,  Hidayət,  Xəlili 
və baĢqaları. Nə üçün M.Tərbiyət bu adlar üzərindən sükutla keç-
miĢdir? - sualı üzərində düĢünərkən qarĢıya daha bir mühüm sual 
çıxır: Bu Ģairləri Azərbaycan ədəbiyyatından ayıran bir ortaq cəhət 
varmı? 
Əlbəttə  ki,  bu  Ģairlərin  türk  dilində  yazıb-yaratmaları 
M.Tərbiyətin  onlar  haqqında  danıĢmasına  əngəl  ola  bilməzdi. 

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
87 
Çünki  təzkirə  fars  dilində  yazılmıĢ,  əsərə  daxil  olan  Ģeir  nümu-
nələri farsca qəzəl və qəsidələrdən seçilmiĢdirsə də, müəllif XIX 
əsrin yalnız türk dilində yazmıĢ olan bir sıra Ģairləri haqqında qısa 
da olsa, məlumat vermiĢ, əsərinə türkcə yazılmıĢ qəzəllərdən bir-
iki  nümunə  də  daxil  etmiĢdir.  Yuxarıda  adları  çəkilən  Ģairlərin 
tərcümeyi-halına  nəzər  saldıqda  isə  məlum  olur  ki,  onlar 
həyatlarının  mühüm  hissəsini  Türkiyədə  keçirmiĢlər.  Müəllif  bu 
Ģairlər  haqqında  məlumatı  Anadolu  təzkirələrindən  almalı  idi. 
«DaniĢməndani-Azərbaycan»  təzkirəsinin  yazılmasında  isə 
onlardan  istifadə  olunmamıĢdır.  Həmçinin,  Xəlifə  haqqında  ilk 
məlumatı  müasiri  olan  Bağdadlı  Əhdi  1563-cü  ildə  bitirdiyi 
«GülĢənüĢ-Ģüəra» təzkirəsində vermiĢdir [7.487]. «DaniĢməndani-
Azərbaycan»  təzkirəsində  istifadə  olunan  ədəbiyyatlar  içərisində 
adı  çəkilən  əsəri  görmürük.  Ona  görə  də  həmin  Ģairlər  müəllifin 
diqqətindən kənarda qalmıĢdır. 
Təzkirədə  XIII-XIV  əsrlər Azərbaycan  ədəbiyyatının digər 
bir mərhələsi isə geniĢ və ətraflı öyrənilmiĢdir. Əvhədi Marağalı, 
Arif  Ərdəbili,  Əssar  Təbrizi,  ġah  Qasım  Ənvar  haqqında 
təzkirələrin  verdikləri  bilgilərin  məcmusu  «DaniĢməndani-
Azərbaycan»da  toplanaraq  oxucularının  mütaliəsinə  verilmiĢdir. 
Tərbiyət  Əvhədinin  adının  Rüknəddin  olduğunu  qeyd  edir  və 
məxəz  göstərmir.  Təzkirəyə  görə,  o,  təsəvvüf  təriqəti 
baĢçılarından  olmuĢ və əsli Azərbaycanın Marağa Ģəhərindəndir. 
Ömrünün  çox  hissəsini  Ġsfahanda  keçirdiyi  üçün  onu  isfahanlı 
bilmiĢlər  [88.  119].  Tərbiyət  «Sühufi-Ġbrahim»  təzkirəsinə 
əsaslanaraq Əvhədinin təxəllüsünün əvvəllər Safi olduğunu, ġeyx 
Əbu Hamid Əvhədəddin Kirmani ilə (vəfatı h.q. 634/1236) yaxın 
olduqdan  sonra  isə  Əvhədi  təxəllüsünü  götürdüyünü  yazır. 
Tərbiyət Əvhədinin «Dəhnamə» poemasının h.q. 706 (1306) - cı 
ildə Xacə Nəsirəddin Tusinin adına, «Cami-cəm» məsnəvisini isə 
h.q. 733 (1332)  - cü  ildə  Sultan Əbu  Səid  üçün nəzmə çəkdiyini 
söyləyir. Təzkirədə Əvhədinin 15 min beyt qəsidə, qəzəl, qitə və 
tərcibəndlərindən ibarət divanı olduğu da bildirilir [88. 119.120]. 
«Azərbaycan  ədəbiyyatı  tarixi»ndə  Tərbiyətin  Əvhədi 

Könül  Nəhmətova   
 
 
88 
haqqında verdiyi məlumatlar «müfəssəl, dürüst və qiymətli» hesab 
olunur  və  qeyd  olunur  ki,  «onun  verdiyi  məlumatlardan  anlaĢılır 
ki, o, Ģairin ədəbi irsi ilə mükəmməl tanıĢ olmuĢdur» [5. 233]. 
Görkəmli ədəbiyyatĢünas Qulamhüseyn Beqdeli Tərbiyətin 
verdiyi  bilgilərə  münasibət  bildirərək  yazırdı:  «Tərbiyət  qısa  da 
olsa,  Ģairin  haralı  olması,  həyat  və  yaradıcılığı  haqqında  düzgün 
məlumat  vermiĢ,  əvvəllər  «Safi»  təxəllüsü  ilə  yazıb-yaratmasını 
da qeyd etmiĢdir. Lakin o da keçmiĢ təzkirəçilər və tarixçilər kimi 
Ģairin  Kirmana  gedib  ġeyx  Əbuhamid  Əvhədəddin  Kirmani  ilə 
görüĢüb ona iradət yetirməsindən və elə bu münasibətə görə özünə 
Əvhədi təxəllüsünü seçməsindən danıĢır. Halbu ki, Ģair əsərlərinin 
heç  birində  bu  haqda  bir  kəlmə  də  olsun  qeyd  etməmiĢdir» 
[16.25].  
Təzkirəçilərin  və  ədəbiyyatĢünasların  bir  çoxu  Ģairin  adını 
Əvhədəddin qeyd etmiĢlər. Lakin heç bir məxəzə istinad etmədən 
M.Tərbiyət,  eləcə  də  «Ġslam  ensiklopediyası»,  «Ġran  yazıçısı 
Hüseyn  Peyman  Ģairin  adının  Rüknəddin  olduğunu  göstərirlər. 
Q.Beqdeliyə  görə,  Ģairin  adının  Rüknəddin  yaxud  da  Əbu  Turab 
Miniməddin  qeyd  olunması  səhvdir;  əslində  isə  Ģairin  adı 
Əvhədəddin  olmuĢdur.  Çünki  bir  çox  qədim  mənbə  və 
təzkirələrdə  müəlliflər  onun  adını  Əvhədəddin  yazıblar.  Digər 
mühüm  və  rəddedilməz  sənəd  Ģairin  hazırda  mövcud  olub  tarixi 
bir abidə kimi saxlanılan qəbir daĢıdır[16.35]. 
Tərbiyət Arif Ərdəbili haqqında qısa məlumat verərək onun 
Sultan  Üveysin
*
  müasiri  olduğunu,  ġirvanĢah  Keykavusun
**
 
dəvətilə ġirvana gəldiyini, orada Ģahın oğlunun tədris və təlimi ilə 
məĢğul olduğunu göstərir. Daha sonra isə əsərin giriĢ hissəsindən 
Fərhad  və  onun  oğlanları  tərəfindən  yaradılmıĢ  gözəl  memarlıq 
əsərlərini təsvir edən parça misal gətirilir [88. 26-27]. 
                                                           
*
 Təbrizdə hakim olan Cəlayiri hökmdarı Üveys Bahadır xan (1356-1374) 
nəzərdə tutulur. 
**
 Kavus Keyqubad 1346-1372-ci illər arasında ġirvanda hakimiyət baĢında 
olmuĢdur. 
 

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
89 
NüĢabə  Araslıya  görə,  burada  poemanın  birinci  hissəsinin 
bitmə  tarixini  bildirən  aĢağıdakı  sətirlər  bütün  əsərin  qurtarma 
tarixi  kimi  göstərilir:  «Hicrətdən  eyn,  əlif  və  dal  keçmiĢ  seĢənbə 
günü yayın axırı və ilin əvvəli idi». NüĢabə Araslı belə bir ehtimal 
irəli  sürür  ki,  ola  bilsin,  Tərbiyət  əsərin  yalnız  birinci  hissəsi  ilə 
tanıĢ  olmuĢdur.  Təzkirədə  «Fərhadnamə»  haqqında  yuxarıda 
göstərilənlərdən  əlavə  heç  bir  qeyd  olmadığından  müəllifin  əsər 
ilə nə dərəcədə tanıĢ olmasından qəti danıĢmağı çətinləĢdirir. 
NüĢabə  Araslı  «Fərhadnamə»  poemasının  ġirvanĢah 
Kavusa  ithaf  olunması  haqqında  Tərbiyətin  fikrini  təkzib  edərək 
yazır  ki,  əslində  poema  Təbriz  hökmdarı  Sultan  Üveysə  ithaf 
olunmuĢdur.  Görkəmli  tədqiqatçı  alim  NüĢabə  Araslı  Tərbiyətin 
bu  yanlıĢlıqlarına  baxmayaraq  təzkirədə  verilən  bilgilərin  Azər-
baycan ədəbiyyatında Arif Ərdəbili və onun poeması haqqında ilk 
məlumat  verən  etibarlı  mənbə  kimi  qiymətləndirərək  yazır  ki, 
poemadan  nümunə  gətirilən  həmin  parça  uzun  müddət  əldə 
olmayan  «Fərhadnamə»  əsəri  haqqında  təsəvvür  yaradan  yeganə 
nümunə kimi ədəbiyyat və həmçinin tarix üzrə tədqiqat iĢlərində 
istifadə  edilmiĢdir».  Arif  Ərdəbili  haqqında  «Müxtəsər 
Azərbaycan  ədəbiyyatı  tarixi»  kitabındakı  məlumatların  əsasını 
M.Tərbiyətin əsərində yazılanlar təĢkil edir [34. 116-119]. 
M.Tərbiyətin  verdiyi  qiymətli  məlumatlardan  biri  də 
«Fərhadnamə»  əsərinin  yeganə  nüsxəsinin  Ayasofiya  muzeyi 
kitabxanasında  3335  Ģifrə  altında  saxlanmasıdır.  Müəllif  özü  bu 
nüsxəni görmüĢ və Ģeir parçasını oradan götürmüĢdür. 
M.Tərbiyət Əssar Təbrizi və ġah Qasim Ənvarın  Ģəxsiyyəti 
və  yaradıcılığı  haqqında  da  sələflərindən  daha  artıq  dərəcədə 
təsəvvür yarada bilmiĢdir. 
Təzkirədə XIII-XIV əsrlərin görkəmli Ģairləri ilə yanaĢı bir 
sıra  məĢhur  alimlərin,  ariflərin  və  digər  sənət  adamlarının  da 
ədəbi-bədii  yaradıcılığı  iĢıqlandırılmıĢdır.  Məsələn,  Bədi, 
Qiyasəddin  Röcəc,  Qütbəddin  Ətiqi,  Əbdülqadir  Maraği, 
Əbdülqahir  Hərrani  DiməĢqi,  Əli  Badamyarlı  Tufarqanlı,  Ətiqi 
Təbrizi, Nəimi Təbrizi, HinduĢah Naxçıvani, Mahmud ġəbüstəri, 

Könül  Nəhmətova   
 
 
90 
ġəms  Təbrizi,  ġərəfəddin  Rami  və  baĢqaları.  Göründüyü  kimi, 
təzkirə  XIII-XIV  əsrlər  Azərbaycan  ədəbi-bədii,  ictimai-siyasi 
fikrinin  bir  sıra  görkəmli  nümayəndələri,  onların  əsərləri  və  eyni 
zamanda  onlar  haqqında  bilgilər  verən  qiymətli  məxəzləri  əhatə 
etdiyindən bioqrafik-biblioqrafik lüğət kimi də qiymətlidir. 
XV  əsr  Azərbaycan  ədəbiyyatında  Bədr  ġirvani,  Katibi, 
Həqiqi, KiĢvəri, Həbibi, Qasim Ənvar, Hamidi, Marağalı ƏĢrəf və 
baĢqaları səmərəli fəaliyyət göstərmiĢlər. Bu dövrdən Azərbaycan 
ədəbiyyatı,  əsasən,  milli  dildə  inkiĢaf  etməyə  baĢlayır.  Güney 
Azərbaycanda  Ağqoyunlu və Səfəvilər dövlətlərinin Azərbaycan 
türkcəsinə  xüsüsi  əhəmiyyət  vermələri,  Səfəvilər  dövlətinin  bu 
dildən  dövlət  dili  kimi  istifadə  etməsi  Azərbaycan  dilinin  ədəbi-
bədii dil olaraq sürətlə inkiĢaf etməsinə imkan yaradır. XV əsrdə, 
əsasən  ,ġirvanĢahlar  və  Təbriz  saraylarında  mərkəzləĢən  Ģeir  isə 
yenə  də  fars  dilində  yaranırdı.  ġirvan  saraylarında  yaĢayan  Bədr 
ġirvani və Katibi ġirvanĢah hökmdarlarının mədhinə həsr edilmiĢ 
qəsidələr  yazırdılar.  ġahcahan  (1436-1468)  özü  də  fars  dilində 
Həqiqi  təxəllüsü  ilə  Ģeirlər  yazır,  əsərlərini  farsca  yaradan 
sənətkarlara sarayında hörmət göstərirdi. 
XV-XVI  əsrlərdə  bir  çox  Azərbaycan  Ģair,  rəssam  və 
alimlərinin Türkiyəyə köçdüyünü görürük. Bunların bir hissəsi öz 
ölkəsində vaĢ verən siyasi hadisələrlə razılaĢa bilmədiklərindən öz 
vətənlərini tərk edir, bir hissəsi isə Türkiyə dövləti Azərbaycanın 
mühüm mədəni mərkəzlərini müvəqqəti iĢğal etdiyi zaman zorla 
köçməyə  məcbur edilirdi. XV  əsrdə Hamidi,  HaĢimi, XVI  əsrdə 
Süruri, ġahi, Bidari, Səhabi, Pənahi, Hafiz, Xəlifə, Xəzani (Əsiri), 
Həsiri,  Mir  Qədri  kimi  Ģairlərin  Türkiyəyə  köçüb,  yaradıcılıqla-
rının müəyyən hissəsini orada davam etdirdiklərini görürük. 
Hələ XV əsrdə özbək Ģairi ƏliĢir Nəvainin (1441-1503) baĢ-
çılıq  etdiyi  ədəbi  məktəbin  Ģöhrəti  Yaxın  ġərqdə  yayıldığı  bir 
zamanda  Azərbaycan  Ģairlərinin  müəyyən  hissəsi  Herat  Ģəhərinə 
köçmüĢdü. Lakin XVI əsrdə Səfəvilər dövlətinin təĢəkkülü ilə əla-
qədar  olaraq  Azərbaycan  mədəniyyətinin  Təbriz  ətrafında  mər-
kəzləĢməsi nəticəsində Herat Ģəhərində  yaĢayan, öz istedadlarına 

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
91 
görə Hüseyn Bayqara və ƏliĢir Nəvai məclislərində təqdir olunan 
bir  çox  Ģairlər  vətənlərinə  dönür,  Təbrizdə  və  baĢqa  Ģəhərlərdə 
yaĢayıb  yaradırlar.  Bu  Ģairlərin  Nəvai  irsindən,  özbək 
mədəniyyətinin  müvəffəqiyyətlərindən  istifadə  etmələri  türk 
dilindən  cığatay  Ģivəsinin  Azərbaycan  ədəbiyyatında  geniĢ 
yayılmasına  səbəb  olmuĢdu.  Əsrin  birinci  yarısında  Azərbaycan 
türkcəsində yaranan poeziya Füzuli ilə ġərq və dünya Ģeirinin ən 
yüksək poetik əsərləri səviyyəsinə çatdırılır [5. 293-300]. 
XV-XVI  əsrlər  ədəbi-estetik  fikrin  inkiĢaf  tarixini  izləmək 
üçün  də  məxəzlərlə  zəngindir.  ƏliĢir  Nəvainin  «Məcalisün-
nəfais»,  Sami  Sam  Mirzənin  «Töhfeyi-Sami»,  Sadiqi  Kitabdarın 
«Məcməül-xəvas»,  Əhdi  Bağdadinin  «GülĢənüĢ-Ģüəra»,  Tağı 
KaĢaninin  «Xülasətül-əĢar»,  Əmin  Əhməd  Razinin  «Həft  iqlim» 
və  s.  təzkirələr  XV-XVI  əsrlər  Azərbaycan  ədəbiyyatı  tarixinin 
öyrənilməsində ən çox istinad olunan mənbələrdir. Bu təzkirələrin 
«DaniĢməndani-Azərbaycan»  əsərinin  yazılmasında  da  əhəmiy-
yətli rol oynadığını görürük. 
Təzkirənin əhatə etdiyi XV-XVI əsrlər Ģairləri aĢağıdakılar-
dır: ġah Ġsmayıl Xətai, Məhəmməd Füzuli, Həbibi, Həqiqi, Həqiri, 
Bədr ġirvani, Katibi, Rəhməti Təbrizi, Əhdi Bakuvi, Abdulla Qazi 
Xoylu, Abdulla ġeyx ġəbüstərizadə, Bəzmi Ərdəbili, Vaqif Molla 
Nəsrulla  Xalxali,  Vəhidi  Təbrizi,  DərviĢ  ƏĢrəf,  Əhdi  ġirvani, 
Əbülqasım  Üskülü,  Ziyai  GülĢəni,  Məsud  Kəmaləddin  ġirvani, 
Sadiq  Ordubadi,  Sadiqi  ƏfĢar,  Sami  Sam  Mirzə,  Səfai  Təbrizi, 
Səhvi,  Fəzli,  Fəzli  ġəbüstəri,  Xari  və  b.  Təzkirədə  ġah  Ġsmayıl 
Xətainin  qısa  tərcümeyi-halı  və  yaradıcılığı  verilmiĢdir.  Müəllif 
Ģairin  əsərlərinin  adını  çəkməklə  «X  (XVI)  əsrin  söz 
ustalarındandır. Ġsmayıl təxəllüsü ilə fars və türk dillərində Ģeir de-
yərdi. Onun divanı və «Dəhnamə», «Behcətül-əhrar», «Nəsihətna-
mə», «Mənaqibül-Əhrar» adlı əsərləri vardır» [88. 366] kimi mə-
lumatlarla  kifayətlənmiĢdir.  Təzkirədə  Ģairin  farsca  Ģeirindən  bir 
parça  nümunə  də  verilmiĢdir.  Odur  ki,  görkəmli  ədəbiyyatĢünas 
Salman Mümtaz da bütövlükdə o dövr təzkirəçilərinin ġah Ġsmayıl 
Xətai yaradıcılığına belə münasibətini ürək yanğısı ilə qarĢılayırdı: 

Könül  Nəhmətova   
 
 
92 
Bizim  ġah  Xətaini  bir  anadək  yad  və  biganə  zənn  etməmiz  tə-
biidir.  Çünki  Xətai  haqqında  məlumatı  bu  çağa  kimi  biganə 
mənbələrdən  və  yabançı  məxəzlərdən  alırıq.  «Özgələrdən  nə 
umalım,  ġah  Xətainin  öz  oğlu  olan  Sam  MĠrzə  «Töhfeyi-Sami» 
adlı  yazdığı  təzkirəsində  öz  atası  ġah  Xətainin  tərcümeyi-halını, 
yəni  bir  türk  hökmdarının,  bir  türk  Ģairinin  tərcümeyi-halını  və 
Ģeirlərini yazarkən ən mütəəssib bir fars kimi düĢünmüĢ və ya da 
bir əcnəbi mühərrir kimi də qələm yürütmüĢdür» [67. 301]. 
Salman Mümtaz daha sonra yazırdı: «XII əsr hicrinin əvvəl-
lərində yaĢamıĢ Lütfəli bəy Azərdən də zikr etmədən keçməyəcə-
yəm. Bu türk oğlu türk olan Azər kəndi «AtəĢkədə»sinə nümunə 
üçün də olsa, bir türk Ģeiri yazmadığı kimi ġah Xətaini də bir fars 
Ģairi simasında meydana  çıxartmııĢdır» [67. 302].  M.Tərbiyət də 
təzkirələrin bu laqeydliyini təkrarlayaraq Xətainin yaradıcılığının 
türkdilli  ədəbiyyat  tarixindəki  yerini  və  əhəmiyyətini  qiymətlən-
dirməmiĢdir. ġah Ġsmayıl Xətai yaradıcılığını tədqiq edən Əzizağa 
Məmmədov Tərbiyətin Ģair haqqında bütün keçmiĢ təzkirəçilərin 
söylədiklərini yalnız cəmləĢdirə bildiyini deyir [56. 53]. 
Təzkirədə anadilli poeziyanın inkiĢafında mühüm rol oyna-
mıĢ, Həbibi və Xətai kimi sənətkarlarla yanaĢı böyük Füzulinin ən 
ləyaqətli  sələflərindən  olmuĢ  KiĢvəri  haqqında  yalnız  bu  cümlə 
qeyd olunmuĢdur: «KiĢvəri Nemətulla Dilqami - fars və türk dillə-
rində Ģeirlərdən ibarət divanı vardır» [88. 184]. 
Həbibi  haqqındakı  məlumatlar  isə  olduğu  kimi  «Töhfəyi-
Sami» təzkirəsindən götürülmüĢdür. Məlumatlar isə ondan ibarət-
dir  ki,  «Həbibi  Azərbaycanın  Göyçay  mahalında  olan  BərgüĢad 
qəsəbəsindəndir. O, əvvəllər Sultan Yaqubun, sonra isə ġah Ġsma-
yılın  yanında  xidmət  etmiĢdir.  ġah  Ġsmayıl  ona  «MəliküĢ-Ģüəra» 
adını vermiĢ və zarafatla onu «Gürzəddin» adı ilə çağırırdı». Bu-
nun  ardınca  isə  Həbibi  haqqında  məĢhur  rəvayət  əlavə  olunur. 
Bəhsin  sonunda  Həbibinin  bir  bənd  türkcə  aĢağıdakı  Ģeiri  veril-
miĢdir: 
 

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
93 
Səndən özgə yarım olsa ey pərivəĢ simtən, 
Görüm olsun o qəba əynimdə pirahən kəfən. 
Çıxmaya sevdayi-zülfün baĢdan, ey məh, yüz il, 
Üstüxani-kəlləm içrə tuta əqrəblər vətən [88. 381]. 
 
Azərbaycan  ədəbiyyatının  ən  görkəmli  ədəbi  simalarından 
olan Məhəmməd Füzuli təzkirədə layiqincə qiymətləndirilməmiĢ, 
Ģairin dəyərli əsərlərindən bəhs olunmamıĢ, yalnız Molla Hüseyn 
KaĢifinin  «RövzətüĢ-Ģühəda»  (ġəhidlər  bağı)  əsərini  türk  dilinə 
çevirərək  ona  «Hədiqətüs-süəda»  (XoĢbəxtlər  bağı)  adı  verdiyi 
qeyd  olunmuĢdur  [88.  354].  Doğrudur,  Firidun  bəy  Köçərlidən 
fərqli  olaraq
*
  M.Tərbiyət  Füzulinin  milli  mənsubiyyətini  düzgün 
müəyyənləĢdirsə  də,  onun  dahi  Ģairə  münasibətində  M.F.Axun-
dovun  fikirlərinin  təsiri  duyulur.  M.Tərbiyətin  Ģairin  əsərləri 
haqqında  danıĢmadan  «Füzuli  Məhəmməd  ibn  Süleyman» 
bəhsinə əlavə etdikləri də fikrimizi təsdiq edə bilər: «Qeyd etmək 
lazımdır ki, bu kitab (Hədiqətüs-süəda» - K.N.) yazıldıqdan sonra 
minbərlərdə  növhə  oxuyanlar  bu  kitabda  olan  Ģeirlərdən 
oxuyurdular.  Buna  görə  də  növhə  oxuyanlara  rövzəxan  adı 
verilmiĢdir.  Bir  müddətdən  sonra  bu  kitabdan  Ģeir  oxumaq 
tərgidilmiĢ,  lakin  rövzəxan  adı  qalmıĢdır.  Ġbn  Kəsir  ġamlı  hicri 
qəməri  352  (963)  -cü  il  hadisələrini  nağıl  edərkən  Zəhəbinin 
dilindən qeyd edir ki, məhərrəm ayının ilk on günündə SeyidüĢ-
Ģühədaya  matəm  saxlamaq,  qara  geymək,  küçə-bazarda  qara 
parçalar çəkmək, dükanları bağlamaq, aĢura günü xörək biĢirməyi 
qadağan  etmək  mərasimi  ilk  dəfə  Bağdadda  Müizzüdövlə 
                                                           

  F.Köçərli  Füzulini  haq  Ģairi  hesab  etmiĢ,  sadəcə  türk  Ģairlərinin  ustadı 
olduğu  üçün  ona  öz  əsərində  yer  ayırmıĢ  və  bu  barədə  yazmıĢdır:  Molla 
Məhəmməd  Bağdadi  türk  Ģairlərinin  babası  hesab  olunur.  Ona  binaən, 
Azərbaycan  Ģüəra  və  üdəbasından  bəhs  edib  də,  onların  sərvəti  və  piĢrəvi 
məqamında  olan  Füzulinin  ismi  Ģəriflərini  zikr  etməmək  bir  növ  haqqa  və 
əməyi itirmək kimidir. (Azərbaycan ədəbiyyatı. I cild. 1978, səh.84). 
 
 

Könül  Nəhmətova   
 
 
94 
Deyləmi tərəfindən icra edilmiĢdir. Bu mərasim Toğrul Səlcuqinin 
Bağdadda taxta oturmasına və Deyləmilər dövlətinin süqutunadək 
bütün müsəlman ölkələrində keçirilirdi. Kərbəla çölünün Ģəbihini 
göstərmək mərasimi də I ġah Təhmasib dövründən, hicri qəməri 
960  (1552)  -  ci  ildən  baĢlanmıĢdır»  [88.  354-355].  Əlbəttə  ki, 
M.Tərbiyət  ən  azı  Sadiqi  ƏfĢarın  «Məcməül-xəvas»  təzkirəsi  ilə 
tanıĢ idisə, Füzuli haqqında bu qədər məlumatsız ola bilməzdi. Bu 
dəlil isə bizi sövq edir ki, «DaniĢməndani-Azərbaycan» əsərindəki 
Füzuli  bəhsini  müəllifinin  məlumat  azlığının  deyil,  Ģairə  yanlıĢ 
münasibətinin  nəticəsi  kimi  qəbul  edək.  Nazif  Qəhrəmanlı  da 
Tərbiyətin  Füzuliyə  laqeyd  münasibətinin  təəccüb  doğurduğunu 
qeyd edir [37. 57]. 
Təzkirədə  XV-XVI  əsr  Ģairlərinə  həsr  olunmuĢ  məqalələri 
nəzərdən keçirdikcə belə nəticəyə gəlirik ki, Tərbiyət bu dövrlərin 
ədəbi  mənzərəsini  qismən  yaratmağa  nail  olmuĢdursa  da,  ədəbi 
prosesin  Azərbaycan  bədii-estetik  fikir  tarixindəki  əhəmiyyətini 
müəyyənləĢdirə bilməmiĢdir. 
Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin