Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəfa iSGƏNDƏrova


Atalar sözləri və deyimlərdən ibarət sonluq formulları



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə74/78
tarix28.12.2021
ölçüsü5,53 Mb.
#17126
1   ...   70   71   72   73   74   75   76   77   78
Atalar sözləri və deyimlərdən ibarət sonluq formulları
3.28.  Mən  onda  qəsdən  elədim  ki,  siz  çıxıb,  gedib  özünüzə 
çörək  axtarasınız.  Çünki  öz  əli  ilə  qazanmayıb  ata  malına  göz 
dikənlər axırda bədbəxt olarlar (36,  274).
3.29.  Qardaşlar  gördülər  ki,  doğrudan  da  güc  birlikdədir” 
(4, 466).
3.30.  Bunun  mənası  budu  ki,  göydən  bəla  enəndə  adamın 
heyvanına-zadına  enir.  O,  qadam  sovuşdurmaqdan  ötəridi.  Bu, 
qadanı  qoymadı heyvanla sovuşdura,  canını  qurban verdi.  Bu da 
bunnan getdi  (74, 242).
3.31.  Görürsən ki,  ölüyə də yaxşılıq eyləyəndə, yerdə qalmır 
(36, 288).
3.32.  Dünyada  bilik,  bir  də  iradə  hər  şeyə  üstün  gəlir  (39, 
255).
3.33.  Əsgərin  də  bəxti  belə  gətirdi.  Allah həmişə,  hər yerdə 
yaxşıların Allahıdı.  Nağılımız da burda bitdi  (11,  185).
3.34.  Atalar  deyib  ki,  üç  yüz  il  yox,  min  ildən  də  sonra  su 
gələn arxdan bir də gələr (74, 229).
3.35.  Dünyada bilik, bir də iradə hər şeydən üstün gələr (40, 
15).
3.36.  Əsil  qazanc  zəhmət,  bacarıq,  ağıl  nəticəsində  əldə 
edilir” (34,  321).
3.37.  Almanı götürür, silib deyir:
-  İndi  mən  bunu  yiyim, gör qismətimdi, ya yox?
Deyir:
-  Oğul, ye,  yesən qismətindi, yeməsən yox.
Yəni  Allah  verməsə,  bəndə  versə  də  onun  mənası  yoxdur 
(21,245).
3.38.  Əziz  dinləyicim,  sizin  də  axırınız  Məhəmməd  və  Sə­
nubər kimi  xoşbəxt olsun, amma siz yalan danışmayın (55,  43).
3.39.  Dedi  ki,  doğurdan da dünya belə  getməz,  indi  qardaş, 
dünya belə getməz (74,  240).
195


3.40.  Atalar  yaxşı  deyib:  “Artıq  tamah  daş  yarar,  daş  qayı- 
.  dar, baş yarar” (1,  133)
3.41,  Ona  görə  də  atalar  yaxşı  deyib:  “Sən  saydığını  say, 
gör fələk nə sayır” (1,209).

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin