AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


ƏTRAF SULTAN ELÇİLƏRİNİN MƏLƏK TƏVAFLI



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə22/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   18   19   20   21   22   23   24   25   ...   96

ƏTRAF SULTAN ELÇİLƏRİNİN MƏLƏK TƏVAFLI 

SARAYA GƏLMƏRİ BARƏDƏ SÖHBƏT 

 

Elə ki, yeri cənnət olan yüksək  məqamlı həzrət şah zəruri 



ölkə  işlərinin  nizama  düşməsindən  xatircəm  oldu,  iyirmi  il  Qəzvin 

darüssəltənəsində  iqamət  edib,  heç  yana  getmədi.  Bütün  iqamət 

müddətində  ki,  cahanbanlıq  sarayı  və  Kəyanlara  xas  müzəffər 

xosrovluq taxtı (ovrəng) şahın  vücudu ilə bəzənmişdi, onun dövlət 

bayrağı  gün-gündən  asimana  ucalır  və  iqbal  quşu  daha  yüksəklərə 

uçurdu.  Məğrur  padşahlar  sultanlara  pənah  verən  saraya  öz  dilli-

dilavər elçilərini göndərərək, töhfə  və hədiyyələr təqdim etməklə o 

həzrətlə  özlərinin  xarici  əlaqələrini  və  mənəvi  münasibətlərini 

möhkəmləndirirdilər.  Dəfələrlə  o  həzrətin  xidmətinə  öz  elçilərini 

yollayan cahan sultanlarından və fərman sahibi olan hökmranlardan 

birincisi zaman qeysərlərinin sərvəri və ale - Osmanlı padşahlarının 

ən  əzəmətlisi  olan  Rum  xandgarı  Sultan  Süleymandır.  O  iki  iqbal 

sahibi olan şəxs arasında bir neçə il baş verən müharibələrdən sonra 

vəzire-əzəm  (baş  vermiş  -  Ş.F.)  və  osmanlı  ailəsinin  etibarlı 

adamlarından  olan  Məhəmmədpaşa  sülh  barədə  qüdrətli  dövlət 

adamlarına  məktublar  yazıb  ali  saraya  elçi  də  yollamışdı.  Bu 

tərəfdən də Mir Şəms Vəlixani elçi kimi getdikdə Sultan Süleyman 

ona  demişdi  ki,  dünya  sultanları  həmişə  bizim  saraya  töhfə  və 

hədiyyə  göndərmişlərsə  də,  Osmanlı  dövləti  tərəfindən  indiyəcən 

heç  bir  sultana  elçi  və  töhfə  yollanmamışdır.  Bu  qayda  Osmanlı 

qanunlarında  yoxdur.  Vəzirlərin  [sizin  saraya]  elçi  və  məktub 

göndərmələrindən mənim xəbərim yoxdur. 

Ona  yaxın  adamlardan  olan  Sinan  bəy,  yuxarıda  yazıldığı 

kimi  Qanlıçəmənidə  tutulub  azad  edildi  və  arada  sülh  yarandı, 

Sultan  Bayazidin  [səfəvi  sarayına]  gəlməsi  məsələsi  baş  verdi. 

Sultan  Süleyman  [onda]  Sinan  bəyi  elçi  kimi  o  həzrətin  yanına 

göndərdi.  Doqquz  yüz  altmış  altıncı  ildə  (miladi  1558)  o,  Qəzvin 

darüssəltənəsində  şahla  görüş  səadətinə  nail  oldu,  məktublaşma, 

dostluq və məhəbbətdən danışdı. Cənnətməkan şah söhbət əsnasında 

söylədi:  "Bir  halda  ki,  hər  hansı  bir  yerə  elçi  yollamaq  Osmanlı 

qanununda  yoxdur,  belə  olan  halda  bu  necə  olmuşdur  ki,  qanuna 

xilaf olaraq sənin kimi ləyaqətli bir şəxsi elçi sifətilə yola salmışlar". 

Sinan bəy olduqca məqbul və səmimanə cavab verib şaha ərz etdi ki

elçinin yad yerə göndərilməsi qanuna ziddir. Bir halda ki, aramızda 

yazışma  və  dostluq  yaranmışdır,  deməli  ögeylik  birliklə  əvəz 


230 

 

olundu.  Dostların  bir-birilərinin  yanına  gediş-gəlişi,  qayda-qanuna 



müxalif deyildir. Cənnətməkan şah ona əhsən deyərək belə bir beyti 

söylədi: 

 

Başı gər elçinin səlamətdir  



Bu onun əqlinə dəlalətdir.

169


 

 

Səlim  bəyin  qayıtmasından  sonra,  Mərəş  hakimi  Əli  paşa 



və  xandgarın  çaşnigirbaşısı*  Həsən  ağa  üç  yüz  nəfərlə  öz 

mülazimləri və xidmətçiləri ilə birlikdə yeddi yüz altmış adamla elçi 

sifətinə  gəldi.  Birinci  gün  Səadətabad  bağında  şahla  görüşərək, 

xandgarın əvvəldən axıradək öz xətti ilə yazdığı dostluq məktubunu 

şaha təqdim etdi. Ertəsi gün mübarək dövlətxanada onunla [yenidən] 

görüşüb töhfə  və hədiyyə kimi silah, xəncər kəməri, qılınc kəməri, 

Avropa (firəng) və başqa ölkələrin nəfis qumaş parçalarını mübarək 

dövlətxananın  Çehelsütun  qəsrində  şahın  müqəddəs  nəzərinə 

yetirdilər.  O  həzrət  də  həmin  elçilərin  şəxsiyyətlərinə  münasib 

olaraq  onlara  bol  ənam  və  qiymətli  xələtlər  verərək  yola  saldı. 

Doqquz  yüz  altmış  doqquzuncu  ildə  (miladi  1561)  osmanlıların 

əzəmətli  şəxslərindən  və  aləmin  ağıllı  tədbirli,  ayıq-sayıq 

adamlarından  biri  olan  Xosrov  paşa,  Sultan  Bayazid  əhvalatının 

təsvirində  yazdığımız  kimi,  xandgarın  qapıçıbaşısı  Əli  ağa  ilə 

birlikdə gələrək, sədaqət üslublu, dostanə və təvazökarlıqla yazılmış 

məktub  gətirdi.  Onlardan  sonra  xandgarın  mötəbər  adamlarından 

olan İlyas bəy adlı bir elçi başı fələyə ucalan saraya gələrək Rumdan 

gətirdiyi  qeysəri  ənnəğanı  əcəm  şəhriyarı,  Cəm  və  Xosrov 

mülkünün hökmranına çatdırdı. O hədiyyələr arasında qırx baş şahi 

və  bədöv  ərəb  atı,  bəzəkli  qızıl  yəhərlər,  Rum  qızılı  sapları  ilə 

tikilmiş  çullar,  əlli  min  şahiye-İraqi  tüməni  məbləğində  olan  beş 

yüz-min  miqdarda əşrəfi  və flori (əşrəfi pul  - Ş.F.), qumaş parçalar 

və  başqa  misilsiz  cins  mallar  vardı.  Bütün  bu  hədiyyələri  hörmətli 

şahzadələrə,  saray  əmirlərinə,  qonşu  məmləkətlərin  hakimlərinə, 

qorçilərə,  aralarında  heç  bir  fərq  qoyulmadan  qızılbaş  tayfalarının 

əyanlarına,  [həmçinin]  Bəlx  hakimi  Pir  Məhəmməd  xan,  Buxara 

padşahı  Abdulla  xan,  Səmərqənd  valisi  Əbu  Sultan  Səid  xan, 

                                                           

169

 Beytin farscasıdır: 



Gor ferestade əz xerəd zindəst, 

An xerədməndiye- ferestəndəst. 



231 

 

Ürgənc  xanları  Əbülməhəmməd  xan  və  Hacəm  xan  kimi  əzəmətli 



özbək  sultanlarına  verdilər.  Sultan  Süleymanın  vəfatından  sonra 

oğlu  qeysərlik  mülkünün  maliki  və  İsgəndərlik  taxt-tacının  sahibi 

oldu.  Doqquz  yüz  yetmiş  beşinci  ildə  (miladi  1567/68) 

Məhəmmədxan  adlı  bir  elçi  böyük  şövkət  və  həşəmətlə  Qəzvin 

darüssəltənəsinə  gələrək,  ata-oğul  təvazökarlığı  və  dostanə 

məsləhətlərlə  dolu  ənbər  ətirli  bir  məktub  gətirdi.  Həmin  məktub 

ata-oğul  münasibətlərinin  möhkəmlənməsi  və  sülh  qayda-qanunun 

bərqərar olması xüsusunda sözlərlə dolu idi. 

Doqquz  yüz  yetmiş  altıncı  ildə  (miladi  1568/69)  vəkilüs-

səltənə Məsum bəy Səfəvi həccə gedərkən yolda bütün yoldaşları və 

oğlu Xanmirzə  ilə birlikdə öldürüldü və şəhadət dərəcəsinə yetişdi. 

Rumilər  bu  alçaq  hərəkətin  quldur  çöl  ərəbləri  tərəfindən  həyata 

keçirilmiş olduğunu söyləyirdilər. Sultan Səlim Əli ağa adlı mötəbər 

elçini bu hadisə münasibətilə üzrxahlıq etmək  və başsağlığı  vermək 

üçün  şahın  yanına  göndərdi.  O  həzrət  müsəlmanların  rahatlığı  və 

cahan insanlarının əmniyyəti naminə o üzrxahlığı qəbul etdi. 

Doqquz  yüz  qırx  səkkizinci  ildə  (miladi  1541/42),  özbək 

nəslindən  olan  Çingizi  padşahlarından  o  vaxtlar  Bəlx  hakimi  olan 

"Xançöhrə"  kimi  tanınan  Kəskən  Qara  Sultan  və  Buxara  padşahı 

olmuş  Übeyd  xanın  oğlu  Əbdüləziz  xan  elçi  kimi  Xudayberdi 

bahadırı  saraya  yollayıb,  sədaqətlərini  bildirdilər  və  sabiq 

düşmənçiliyin  aradan  qaldırıldığını  ərz  etdilər.  Xarəzm  və  Ürğənc 

sultanlarının elçiləri də tez-tez gəlib-gedərdilər. 

Dekənin əzəmətli sultanları, xüsusilə Petən Əhmədabadının 

valisi  Nizamşahın,  Heydəri-Kərrar  xanədanına  (İmam  Əli  -  Ş.F) 

məhəbbəti  olan  və  özlərini  pak  imamların  -  onlara  Allah-təlanın 

salamı  olsun  -  şiələri  sayan  Gülkəndə  və  Heydərabad  valisi 

Qütbşahın,  Bicapur  valisi  Əli  Adilşahın  dilli-dilavər  elçiləri 

dəfələrlə gəlib onların ölkələrində on iki imam xütbəsinin o həzrətin 

(Şah Təhmasibin - Ş.F) adına oxunduğunu bildirir, xüsusi xələtlər, o 

cümlədən  qiymətli  daş-qaşlarla  bəzənmiş  tac,  qızıl  yəhərli  atlar, 

xəncər  kəməri  və  başqa  şeylərdən  ibarət  töhfə  və  hədiyyələr 

gətirirdilər. 

Doqquz  yüz  yetmiş  birinci  ildə  (miladi  1563/64)  Bəkr  və 

Sind  valisi  Sultan  Mahmud  xan  xoş  xəbərli  Əbülməkarim  adlı  bir 

elçisini  uca  dərgaha  göndərib  şahla  həməqidə  və  qədimdən  bəri 

sadiq  olduğunu  bildirərək  sabiq  imtiyazlarını  xatırlatdı,  layiqli 

hədiyyələr yolladı. 



232 

 

Firəng  ölkəsinin  alışan  sultanlarından  Portuqaliya  padşahı 



Don Senan doqquz yüz əlli səkkizinci ildə (miladi 1551/52) töhfə və 

hədiyyələrlə işbilən bir elçi göndərib öz səmimi sədaqətini bildirdi. 

Portuqallar yad dinə qulluq etmələrinə baxmayaraq o, (Portuqaliya 

padşahı  -  Ş.F.)  şahın  görüşdüyü  başqa  sultanlar  arasında  daha 

hörmətli  idi.  İkinci  dəfə,  doqquz  yüz  səksən  ikinci  ildə  (miladi 

1574/75)  xidmətçilərindən  başqa  əlli  nəfər  mülazimi  olan  mötəbər 

bir  elçi  heyəti  şaha  sədaqət  və  etibarlarını  daha  da  dərindən  ərz 

etmək üçün səadətli dövlətə gəlib, cənab portuqal padşahı tərəfindən 

elə  töhfələr  gətirdilər  ki,  bəsirət  gözlü  adamların  nəzərincə  İslam 

diyarında  onların  tayi-bərabəri  olduqca  azdır.  Amma  həmin  elçilər 

İslam  dininə  müxalif  olan  bəzi  əməllərinə  görə  şahın  iltifatından 

kənar  oldular  və  o  həzrət  nə  qədər  ki,  sağ  idi,  onların  geri 

qayıtmalarına  icazə  verilmədi.  Yeri  cənnət  olan  İsgəndər  şanlı 

nəvvab Sultan Məhəmməd padşahın cülusu zamanı onlar mürəxxəs 

olub, öz diyarlarına qayıtdılar. 

 

DÖVLƏTE-XAQANİ DÖVRÜNDƏ (ŞAH TƏHMASİBİN 



HAKİMİYYƏTİ ZAMANI - Ş.F.) ASİMANIN ƏMRİ İLƏ 

BAŞ VERƏN NADİR VƏ QƏRİBƏ HADİSƏLƏR 

 

Cənnətməkan  şahın  dövründə  baş  vermiş  qəribə 



hadisələrdən Xorasanın Qayin adlı vilayətindəki böyük zəlzələlərdir 

ki,  doqquz  yüz  əlli  altıncı  ildə  (miladi  1549/50)  o  vilayətin  beş 

kəndində  baş  verdi.  Belə  ki,  üç  min  adam  torpaq  altında  qalaraq 

yoxluq  nihanxanasına  getdilər  (yəni  məhv  oldular  -  Ş.F).  Həmin 

vilayətin  qazisi  Mövlana  Baqi  münəccim  idi  və  həmin  beş  kəndin 

birində  yaşayırdı.  O,  kəndin  əhalisinə  əvvəlcədən  xəbər  verib 

demişdi ki, fələyin  vəziyyəti  və ulduzların təsiri ilə bu gecə böyük 

bir  zəlzələ  olacaqdır,  buna  görə  də  ehtiyat  naminə  gərək  çöldə 

dayanıb evlərdə qalmasınlar. Kəndin camatı ona qulaq asmadı, qazi 

isə  öz  adamları  ilə  evdən  çıxıb  gecə  yarısına  qədər  səhrada  qaldı. 

Soyuqa  dözə  bilməyib  övladlarının  sözünə  qulaq  asaraq  kəndə 

qayıtdı və elə o saat zəlzələ baş verdi. Qazi özünün bütün övladları 

və adamları ilə torpaq altında qaldı, həlak oldu. 

Nadir  hadisələrdən  biri  də  budur:  Doqquz  yüz  səksəninci 

ildə (miladi 1572/73) asimanın şimal qütbündə bir atəş görünmüşdü. 

Həmin  atəş  yeddi  ay  görünməkdə  davam  etdi.  Sonradan  o,  kül 

şəklinə  çevrilib  yerə  töküldü.  [Elə  o il]  Rumda  bərk  taun  xəstəliyi 


233 

 

oldu  və  bunun  səbəbinin  həmin  atəşin  əlaməti  olduğunu  güman 



edirlər ki, bu hadisə müstəsna hal (bədi) deyildir. Çünki elə  həmin 

ildə  şimal  qütbü  altında  yaşayan  insanlarda  güclü  zəiflik  (fetrət) 

göründü.  Əskəri  xan  Tatar  -  Urus  məmləkətini  tutmaq  fikrinə 

düşərək, oğlu Dövlət  Gərayla birlikdə o diyara ləşkər  çəkdi. Baleq 

xan adıyla məşhur olan urus padşahı Karol Vəmavıç (?) onun önünə 

çıxdı.  Onların  arasında  hərb  atəşi  elə  alovlandı  ki, hər  iki  tərəfdən 

bir neçə min adamın şirin canını yandırdı və onların külü fəna yelinə 

verildi.  Ruslar  (rusyan)  hücuma  keçib  tatar  padşahzadəsi  Dövlət 

Gərayı  ələ  keçirdilər.  Əskəri  xan  isə  bir  iş  görə  bilməyərək,  geri 

qayıtdı.  Bu  zəiflik  və  qan  tökülməsi  də  şimal  tərəfdə  baş  vermiş 

taunla əlaqədardır. 

Başqa  olduqca  qəribə  hadisə  budur  ki,  Xorasanın  Qayin 

vilayətində  göydən  buğda  böyüklükdə  danələr  yağdı.  Əhali  yığıb 

onlardan çörək bişirirdi. 

Şah  Təhmasibin  dövründə  baş  verən  hadisələrdən  biri  də 

budur:  Doqquz  yüz  altmış  ikinci  ildə  (miladi  1554/55)  bir  dəstə 

başsız - ayaqsız və nəşəxor qələndər lotuluq işlədərək, Sultaniyyənin 

Səvərluq  yaylağında  cənnətməkan  şahın  yanına  gəldilər  və  onlara 

xas  olan  libaslarla  əqidəsizliklərini  nümayiş  etdirdilər,  o  həzrətə 

mehdəviyyətə"  əsaslandıqlarını  sübut  etməyə  çalışdılar.  O  həzrətin 

qəti dəlillərlə həmin fitnəkar əqidədən onları əl çəkməyə çalışmasına 

baxmayaraq,  fikirlərindən  dönməyib,  əməllərində  ifrat  dərəcəyə 

vardılar.  Axırda  dindar  və  şəriətpərvər  padşah  o  etiqadsız  dəstəni 

cəzalandırmağa əl atdı. Fərraşlar onların hər birinin başını toxmaqla 

əzib,  ədəm  diyarına  yolladılar.  Bu  hadisədən  sonra  başqaları  bir 

daha  baş  qaldıraraq  öz  puç  əqidələrini  zahirə  çıxarmırdılar. 

Beləliklə, qırx nəfərədək nəşəxor qələndər cəzalandırıldı. 

Cənnətməkan  şahın  hakimiyyətinin  sonunda  baş  verən 

başqa  hadisələrdən  biri  də  Təbriz  darüssəltənəsinin  başı 

pozuqlarının  cəzalandırılmasıdır.  Bu  hadisənin  şərhi  belədir: 

Çuxursəd  hakimi  Şahqulu  Sultanın  oğlu  Allahqulu  bəy  Ustaclı 

Təbrizin daruğəsi idi. Dərb məhəlləsinin avaraları onun mülazimini 

tutub,  ona  qarşı  bərk  hörmətsizliyə  yol  verilmişdilər.  Daruğə  o 

məhəllənin azğın adamlarından birini qətl etdi. Qohum-əqrabası isə 

daruğənin  icazəsi  olmadan  onu  cəzalandırıldığı  yerdən  götürüb, 

başqa  azqınlarla  birlikdə  qəbul  edilmiş  qayda-qanun  üzrə 

məzarıstanda  dəfn  etdilər.  Daruğə  bu  məsələdən  xəbərdar  oldu,  o 

azğınları  tənbeh  etmək  məqsədi  ilə  onun  cəsədini  qəbirdən  çıxarıb 



234 

 

ibrət darından asmaq istədi. Azğınlar  mane olub, damğənin fikrinə 



qarşı çıxdılar. Daruğə isə öz fikrində israr  etməkdə idi.  Aralarında 

dava-dalaş  başladı.  Azğınların  inadkarlığı  həddini  aşdi-Allahqulu 

bəy onların silahlarının qorxusundan özünü evino çatdırıb gizləndi. 

Onun  mülazimlorindən  və  adamlarından  bəzisi  yaralandı,  bir  neçə 

nəfəri isə öldürüldü. 

Bu  qarmaqarışıqlıq  və  qovğada  cəhl  meyxanəsinin 

bədməstləri  və  cünunluq  aşubxanəsinin  (həyəcan  evi  -  Ş.F.) 

davagəzən  dəliləri  özbaşınalıq  sevdasına  düşərək  tüğyana  və  fitnə-

fəsada  başladılar.  Şəhər  adamları  arasında  mövcud  olan  iki  yerə 

parçalanma  yenidən  qızışdı,  bir-birinin  qanını  tökməyə  başladılar. 

Təbrizin qeysəriyyəsində  və dörd bazarındakı anlaşma  və  müamilə 

aradan  götürüldü.  Ev  və  dükanların  qapıları  bağlandı,  küçələrdən 

camaatın əl-ayağı kəsildi. Hörmətli adamlar, kədxudalar, kasıblar və 

dərvişlər 

əzab-əziyyətə 

düçar 


oldular, 

tüğyançıların 

ədalətsizliyindən  cana  doydular.  O  kütlə  bir  çox  qəbahətli  işlər 

gördü, məmləkət dağılmağa başladı. 

Bu  vəziyyət  şaha  məlum  olduqda  rəiyyətin  qətl  olunması 

və  cəzalandırılmasının  qarşısının  alınmasından  ötrü  Baba 

Süleymanın  ağıllı  və  işbilən  oğlu  Yusifbəy  Çavuşlunu  darüğə 

sifətilə göndərdi ki, tüğyançıları düz yola çəksin, fitnə atəşini barışıq 

suyu və tədbirlə söndürsün. 

Yusif bəy o kütlə ilə görüşdü, düşmənləri ayırd edib, onları 

hər məhəllə kətxudalarının zaminliyinə verdi. And içdilər ki, bundan 

sonra fitnə-fəsadla məşğul olmayacaqlar. Şəhərdə bir-iki ay sakillik 

yaranmışdı  ki,  Pəhlivan  Bari

170


  adlı  bir  nəfər  vəziyyəti  yenidən 

pisləşdirdi, orada çaxnaşma saldı. O, Yusif bəyin iki mülazimini qətl 

etdi  və  tüğyançılar  yenidən  fitnə-fəsada  başladılar.  Yusif  bəy  bu 

qarışıqlığı salan adamların dörd  yüz nəfərdən çox olmadığı barədə 

məlumat  verərək  bildirdi  ki,  əgər  belə  azğınların  cəzalandırılması 

ləngisə, bu iş bütün ölkədə fitnə-fəsada səbəb ola bilər. 

Buna  görə  də,  Xəlifə  Ənsarın  oğlu  Söhrab  bəy  Təbrizə 

hücum etmək və tüğyançıları cəzalandırmaq üçün göndərildi. Elə ki, 

şəhərə  çoxlu  döyüşçü  daxil  oldu,  Yusif  bəy  də  öz  adamları  ilə 

Söhrab  bəyə  qoşuldu,  üsyançıları  axtarmağa  başladılar.  Onlar 

vahiməyə düşüb gizləndilər. Zamin duran kədxudaları tutub, onlara 

tapşırılan  adamları  tələb  etdilər.  Kədxudalar  zərurət  üzündən  o 

                                                           

170


 Pəhlivan Yari olmalıdır - Ş.F. 

235 

 

adamları ələ keçirib qətl etdilər. Onlardan qırx-əlli nəfərini ibrət dar 



ağacından  asdılar.  Həmin  hadisə  zamanı  iki  yüzdən  çox  adam 

öldürüldü və o tüğyan və fitnə-fəsad yatırıldı. 

Başqa  hadisələrdən  biri  də  budur  ki,  doqquz  yüz  altmış 

beşinci ildə (miladi 1557/58) Qəzvinə böyük bir sel gəldi, iki minə 

qədər ev dağıldı, o yerin camaatına bərk ziyan dəydi. 

Başqa  bir  hadisə  [isə]  doqquz  yüz  səksən  birinci  ildə 

(miladi  1573/74)  baş  verdi.  Taun  xəstəliyi  səbəbindən  Ərdəbil 

darülirşadında otuz min nəfərədək adam tələf oldu. 

 

HƏZRƏT CƏNNƏTMƏKAN ŞAHIN VƏFATI VƏ ALLAH-

TAALANIN İRADƏSİ VƏ TƏQDİRİ İLƏ O VAXTLARDA 

BAŞ VERƏN BÖYÜK HADİSƏLƏRİN ZİKRİ 

 

Xəbərlərdən  hali  olanlara  və  sələflərin  əsərlərini  mütalifə 



edənlərə  məlum  olsun  ki,  yuxarıda  cənnətməkan  və  Cəm  rütbəli 

həzrətin (Şah Təhmasibin - Ş.F.) mübarək əhvalatı və onun səadətli 

dövründə baş  verən hadisələr bədaye qələmlə [bizim tərəfimizdən] 

yazıldı.  Amma,  indi  isə  dili  sınmış  qələm  həmin  zaman  yeganəsi 

olan şahın, özü də elə bir şahin ki, "[Qurani-Kərimin] hər şey məhv 

olandır, Onun zatından başqa"

171

  kəramətli  ayəsinə  uyğun  gələn  və 



hər  hansı  qoca  və  cavan  adam  üçün  qaçılmaz  olan  kədərli  [ölüm] 

əhvalatının şərhində göy [rəngli] bir əskiyə bükülərək, mürəkkəbdən 

də  qara  olan  qanlı  göz  yaşı  ilə  bəyan  səhifəsini  yazacaqdır. 

Əhvalatın  bəyanı  belədir:  Allah-təalanın  seçilmiş  [bəndəsi]  olan  o 

həzrətin  vəfatından  iki  il  əvvəl  onun  şərif  məcazına  xəstəlik  üz 

verdi. Xəstəliyin şiddətlənməyi iki ay çəkdi və bu müddətdə xəstəlik 

iki dəfə olduqca artdı, şahın öləcəyini güman etdilər. Amma, nəticə 

olaraq  şah  Allah  şəfaxanasının  təcili  şəfası  ilə  sağaldı.  Xəstəlik 

müddətində  əzəmətli  şahzadələr,  əmirlər  və  dövlət  başçıları  iki 

dəstəyə  bölündülər.  Hər  dəstə  səltənət  və  şahlıq  barədə  müxtəlif 

xəyala düşdü. O həzrətin böyük fərzəndi olan İsgəndər şanlı nəvvab 

(yəni Məhəmməd Xudabəndə - Ş.F.) göz xəstəliyi səbəbindən neçə 

il  idi  ki,  görməkdən  məhrum  olmuşdu  və  buna  görə  də  inadkar 

qızılbaşlar onun  vəliəhdliyini,  məmləkəti əlinə almasını  və inadkar 

qızılbaş  tayfalarını  bir  yerə  toplayacağını  münasib  bilmirdilər. 

Camaatın  əksəriyyəti,  sadə  xalq  adamları,  döyüşçülər  və  rəiyyət 

                                                           

171


 Ayənin ərəbcəsi: "Kullu şəyin halikun illa vəchəhu". 

236 

 

alişan  atasının  fərmanı  ilə  Qəhqəhə  qalasında  dustaq  olan  İsmayıl 



Mirzənin  hakimiyyətə  gəlməsini  istəyirdi.  Lakin  onlar  bunu 

bilmirdilər ki, Xaliqin qüdrəti xalqın iradəsindən yüksəkdir: 

 

[Misra] 

 

Allahın sevdiyini xar edə bilməz heç kim!

172

 

 



Və  onlar  hələ  bilmirdilər  ki,  lap  elə  bu  yaxın  vaxtlarda 

xilafət  və padşahlıq o həzrətin (İsmayıl Mirzənin  - Ş.F.)  şahlığı  və 

dudmanının davamı ilə başlayacaqdır. Xülasə, o zaman dövlətin əsas 

aparıcı  qüvvələrindən  olan  ustaclı  əmirləri  və  ali  orduda  onların 

əzəmətli  başçıları  Müntəşa  Sultanın  nəvəsi  Murad  xan  Süfrəçi, 

Həsən bəyin oğlu Hüseyn bəy Yüzbaşı, ox və kaman qorçisi Piri bəy 

Qoçulu, Əmiraxurbaşı Məhəmməd bəy Əmiraxurbaşı  və  Allahqulu 

Sultan  Eycəkoğlu  İsmayıl  Mirzədən  qorxurdular.  [Ustaclılar] 

İsmayıl  Mirzədən  sonra  başqa  şahzədələrdən  böyük  olan  və  ali 

sarayda  atası  tərəfindən  seçilən  Heydər  Mirzə  ilə  ittifaqa  girdilər. 

Vəkil  atası  Məsum  bəyin  əvəzinə  Mirzənin  lələsi  olan  Sədrəddin 

xan Səfəvi bütün şeyxavənd əyanları və mirzənin atasının qohumları 

olan  gürcülərlə  ittifaq  etdi,  bir-biriləri  ilə  əhd-peyman  bağladılar. 

Ustaclılar  arasında  böyüyüb  boya-başa  çatan,  lələsi  ustaclılardan 

olan  və  qardaşları  tərəfindən  sevilən  ali  məqamlı  şahzadə  Sultan 

Mustafa  Mirzə  səmimi-qəlbdən  Sultan  Heydər  Mirzənin 

padşahlığına razı olaraq buna çalışırdı. 

Cənnətməkan  şahın  damadı,  bu  əbədi  dövlət  məliklərinin 

əvvəlincisi və Bəhram Mirzənin oğlu olan Sultan İbrahim Mirzə öz 

vəziyyətini  nəzərə  alaraq  bu  şahzadənin  fikrinə  tərəfdarlıq  edirdi. 

Hüseynqulu  Xüləfa  Rumlu,  Əmir  Aslan  Sultan  Əfşar  və  Heydər 

Sultan Cabuq Türkman İsmayıl Mirzənin şahlığı uğrunda bir-biriləri 

ilə ittifaq ectdikləri üçün bütün əfşar, rumlu və türkman tayfaları bu 

işdə onlarla dilbir idilər. 

Adlı-sanlı  şahzadələrdən  örpəkli  Pərixan  xanım  ağıl  və 

biliyinin  çoxluğuna  görə  başqa  möhtərəm  xanımlardan  üstün  və 

atasının yanında hamıdan izzətli, hörmətli, əziz olan rəy və məşvərət 

                                                           

172

 Misranın farscası: 



"Əziz kərdeyi Həq-ra kəsi nəsazəd xar" 

 


237 

 

sahibi  idi  və  başqaları  ona  həsəd  aparırdı.  Səltənət  və  padşahlıq 



istəyən  böyük  oğul  və  vəliəohd  nəvvab  Sultan  Heydər  Mirzə 

anaların  göz  götürməzliyi  və  küdurətinə  baxmayaraq  şah  olmaq 

istəyirdi, amma vəliəhd böyük oğlu olmalıydı. 

[Belə  deyən  dəstələr  də  vardı:]  "Cənnətməkan  şahın  ən 

böyük oğlu olan İsgəndər şanlı nəvvab Məhəmməd Mirzənin gözləri 

zəifdir.  Ondan  sonra  o  həzrətin  əyan  qardaşı  olan  İsmayıl  Mirzə 

övladların  ən  böyüyüdür.  Sufigərlikdə  biz  ondan  başqasını 

tanımırıq."  Onlar  "şahsevən"  adlandırılıb,  Sultan  Heydəri 

haramnəməklikdə ittiham edirdilər. Onlara "iki birli" ad qoydular, o 

təbəqə  üzərinə  tənə  yağışı  yağdırdılar.  Bu  səs-səda  hər  iki  dəstə 

üzvləri  arasında  geniş  yayıldı.  Adlı-sanlı  əmirlər,  qızılbaş  əyanları 

və saraydakı oymaq ağsaqqallarının hamısı birinci dəstənin tərəfini 

tuturdular.  Yenidən  hümayun  dövlətxanada  hər  iki  dəstə  arasında 

qəzəbli  sözlər  deyilməyə  başlandı.  Xülasə,  mahir  həkimlərin 

müalicəsi  qəzavü-qədərin  rəyinə  müvafiq  çıxdı,  cənnətməkan 

nəvvabın  xəstəliyi  sağalmağa  başladı,  səhhəti  gündən-günə 

yaxşılaşdı. Pərixan xanım  və qardaşlarının təhriki ilə anası bu işlər 

barədə  şaha  məlumat  verib,  Sultan  Heydər  Mirzəni  öz  yaradanına 

qarşı  xain  və  qəddar  adlandırdı,  o  həzrətin  mübarək  fikrini  o 

şahzadədən uzaqdaşdırdı. [O qadın] İsmayıl Mirzənin sufi, səbatlı və 

dövlətxah  olduğunu  bildirdi.  Onların,  məhrəmanə  söhbətləri 

hərəmxanənin  pəncərəsindən  kənara  çıxdı.  Qızılbaş  əyanlarından 

söhbət  yasovulu  olan  Kor  Şahəli  Rumlu  pəncərədən  yayılan  bu 

söhbətləri  bütün  təfsilatı  ilə  xəbər  verib,  açıq-aşkar  dedi: 

"Münasibdir  ki,  bundan  sonra  şahın  bəndələri  özlərinin  şərafətli 

vücudlarını bu dəstələrin məkrindən qorusunlar". 

Həmin şahzadə və onun tərəfdarları ali ordunun töhmətinə 

məruz  qaldılar.  Amma,  cənnətməkan  şah  hər  iki  dəstənin  fəsadlı 

qərəzkarlığını  nurla  qamaşdırdı  və  şahın  alovlanmış  ali  fitrətinin 

məna  ayinəsi  o  dəstələrin  nəzərinə  yetişdi.  O  adamlar  uzaqgörən 

əqlin tələbinə uyğun olaraq bir daha bu əhvalat barədə danışmadılar. 

Şahın  belə  davranışı  o  adamları  belə  söhbətlərdən  çəkindirdi. 

Amma,  qaradağlı  tayfasının  ağsaqqalı  Fərruxzad  bəy  Eşikağası  və 

qaradağlı  oymağına  mənsub  və  Fərruxzad  bəyin  qohumu  olan 

Qəhqəhə  [qalasının]  hakimi  Xəlifə  Ənsar  Sultan  Heydərin  və 

tərəfdarlarının  tərəfində  idilər.  Şahın  birdən-birə  xatirinə  belə  bir 

fikir gəldi ki, məbadə Sultan Heydər və tərəfdarları Xəlifə Ənqsarın 

vasitəsiylə İsmayıl Mirzəyə qarşı qərəzkarlıq edələr. [Buna görə də] 



238 

 

şah  on  iki  nəfər  əfşar  qorçisini  Qəhqəhə  qalasına,  şahzədəni 



qorumaq  üçün  göndərdi.  Bu  məsələ  İsmayıl    Mirzənin    və  

tərədarlarının   möhkəmlənməsinə  səbəb oldu. Zal bəy Gürcü, şahın 

zövcələrindən olan onun bacısı və ali şahzadələrdən bir-iki nəfər də 

Sultan  Heydərin  tərəfdarlarındandı.  O  həmişə  hamam  başında 

cənnətməkan şaha xidmət etməkdə idi. Bir gün, o həzrətin hamama 

getməsi  qərara  alındıqda,  İsmayıl  Mirzənin  tərəfdarları  belə  qərara 

gəldilər:  "Bir halda ki, Zal bəy haramnəmək adamlardan biridir  və 

biz dövlətxah sufilərin ona etimad etmələrinə  və Zal bəyin şaha üz 

vermiş  olan  bu  zəiflik  müddətində  ona  xidmət  göstərməsinə  yol 

verməməliyik, çünki ondan arxayın deyilik." 

Bütün  gürcü,  şeyxavənd  və  ustaclı  tayfaları,  həmçinin 

Sultan  Heydərin  tərəfdarlarının  hamısı  bu  məsələ  xüsusunda  söz-

söhbətə başladılar. Gürcülər deyirdilər ki, bizdən nə pis iş baş verib 

ki, bizi bizə tapşırılmış xidmətdən məhrum edirlər? 

Xülasə, nəvvab həzrət cənnətməkan şahın hamama getdiyi 

gün  Hüseynqulu  Xəlifə  Rumlu,  Əmir  Aslan  Sultan  və  özlərini 

"şahsevən"  adlandıran  başqa  adamlar  sufilərdən,  rumlu  və  başqa 

tayfalardan  olan  dörd-beş  min  adamla  Zal  bəyə  mane  olmaq  üçün 

silahlanıb  mübarək  dövlətxananın  qapısına  gəldilər.  Gürcülər, 

şeyxavənd, ustaclı  və onların adamları da dörd-beş  min nəfərlə bir 

yerə  toplanıb  Zal  bəyi  himayə  etməyi  qərara  aldılar.  Onlar  da 

silahlanıb  dövlətxana  qapısına  gəlmək  istəyirdilər.  Fitnə-fəsad 

qalxması və çoxlu qan tökülməsi ehtimalı vardı. Aralarında belə bir 

əhvalatın baş verdiyi həmin gecə bu sətirlərin müəllifi, Hüseyn bəy 

Yüzbaşının məclisinin yaxınlığında idi. O, bu məsələdən çox pərişan 

idi və istəmirdi ki, arada dava-dalaş olsun. Sübhə qədər belə fikir və 

xəyallarla  bütün  gecəni  yatmadı.  Sübh  isə,  böyük  izdiham 

toplanmasına baxmayaraq, onların hamısı silahsız gəlmişdilər. Adlı-

sanlı şahzadə Sultan Mustafanın lələsi Nəzər Sultan vəfat etmişdi və 

bu  sətirlərin  müəllifi,  qərara  görə,  şahzadənin  məiyyətində  idi.  O, 

adlı-sanlı şahzadə Sultan Mustafa Mirzənin əmrinə görə, ustaclıların 

və  onun  adamlarının  arasında  idi  ki,  onlar  evin  qapısına  gəlib 

çatdılar.  Eşikdə  isə  cahil  və  fasid  adamlar  çoxlu  kinayəli  sözlər 

danışırdılar.  Onlar  döyüşçülərə  etina  etməyib  Çehelsütunun 

yaxınlığına  gəldilər  və  İsmayıl  Mirzə  tərəfdarlarının  ardınca 

çığırmağa başladılar. Hüseyn bəy Yüzbaşı Hüseynqulu Xüləfanı öz 

yanına çağırıb dedi: "Bu nə fitnə-fəsaddır ki, sən qızılbaşlar arasında 

yaratmaqdasan?  Nə  üçün  bu  camaatı  yaraqlandırıb  evin  qapısına 



239 

 

gətirmisən? Allahın həmdi sayəsində (əlhəmdülillah) padşah, mürşid 



və millətimizin başı sağ-salamatdır. Bizim nə həddimiz vardır ki, biz 

özbaşına işlər edirik?". 

Hüseyn  bəy  Yüzbaşı  onu  müfsid  və  fitnəkar  adlandırıb, 

sədaqət  və  sufigəriliyə  tərəf  qədəm  atdı.  Hüseynqulu  Xəlifə  və 

adamları  da  hirsli  və  pis  sözlər  dilə  gətirdilər.  Amma  nəvvab 

şahzadə  Sultan  Heydər  Mirzənin  orada  olmasına  görə  İsmayıl 

Mirzənin  adamları  çox  boşboğazlıq  edə  bilmədilər.  Cənnətməkan 

nəvvab bu məsələdən xəbər tutan kimi belə söhbətlərə göz yummağı 

(eğmaz) məsləhət bildi və Zal bəyi yanına çağırdı, ona, əvvəlki kimi 

yenə  də  hamama  gedib,  öz  işi  işə  məşğul  olmasını  tapşırdı.  O 

adamlar danışmağa belə  macal tapmayıb, bir qədər xəcalətli tərzdə 

dağılışdılar.  Sultan  Heydərin  tərəfdarları  sanki  tazə  həyat  tapıb 

həsədli  adamların  töhmət  və  tənələrindən  bir  qədər  azad  oldular. 

Şahın səhhəti tam sağalandan sonra daha belə işlər baş vermədi, şah 

da  belə  işlərin  nizamlanması  ilə  bir  də  məşğul  olmadı.  Amma  o, 

bəzən ustaclılardan qüdrət sahibi olan hər hansı bir əmiri  müəyyən 

xidmətlə  ordudan  uzaqlaşdırırdı:  Muradxanı  Kəcur  qalasını  fəth 

etmək  üçün  Rüstəmdara  göndərdi,  Piri  bəy  Qoçuluya  [isə]  Rey 

hökumətini verib o səmtə yolladı. 

Bu  il  Rum  padşahı  Səlim  xan  vəfat  etdiyindən  onun  oğlu 

Sultan  Murad  xan  taxta  cülus  etdi.  Cənnətməkan  nəvvab  Sultan 

Səlimdən  ötrü  təziyə  vermək,  Sultan  Muradın  culusunu  isə  təbrik 

etmək  üçün  ağıllı,  fəhmli  böyük  əmirlərdən  birini  Ruma  elçiliyə 

göndərməyi  qərara  aldı.  Məsələnin  başlanacağında  bu  xidmətə 

Hüseyn  bəy  Yüzbaşını  namizəd  etdilər,  Sultan  Heydərin  adamları 

bunu  eşidib  götür-qoy  etdilər  və  belə  düşündülər:  "Cənnətməkan 

nəvvabın  onu  göndərməkdən  məqsədi  şahzadənin  yaxın  adamları 

olan  ustaclılar  arasında  təfriqə  salmaqdır".  [Buna  görə  də]  onlar 

Hüseyn bəyi Ruma getməkdən əl çəkməyə vadar etdilər. O da həmin 

təklifdən  yaymaraq  ərz  edib  bildirdi  ki,  şahın  mübarək  səhhətinin 

sağalmasından  ötrü  nəzrim  var  idi  və  demişdim  ki,  səkkizinci 

imamın  ziyarətinə  yetmək  üçün  gərək  müqəddəs  Məşhədə  gedim. 

Ömrə  etibar  olmadığı  üçün,  ümidvaram  ki,  mənim  ziyarətə 

getməyimə icazə verilər. O, bu bəhanə ilə [Ruma] getməkdən boyun 

qaçırdı.  Nəvvab  şah  onun  üzrünü  qəbul  edib,  mötəbər  ustaclı 

əmirlərindən  olan  Çuxursəd  hakimi  Məhəmmədxan  Toxmağı  elçi 

kimi  göndərdi.  Hüseyn  bəy  də,  onun  sarayda  olmayacağı  vaxt 

gözləmədiyi  bir  hadisənin  baş  verəcəyindən  şübhələndiyi  üçün 



240 

 

Məşhədə getməkdən boyun qaçırdı. Cənnətməkan şah bunun üstünü 



örtüb bu barədə heç nə söyləmədi. 

Hüseyn  bəy  belə  məsləhətlərdə  (məsir)  düzgün  mövqe 

tuturdu.  Get-gedə  onun  izzət  və  etibarı  artırdı.  Sultan  Mustafa 

Mirzənin lələsi Nəzər Sultan Ustaclı öldüyü üçün şahzadənin lələliyi 

və atalığı, ona verilən əyalət və ülkanın idarəsi ilə birlikdə,  Hüseyn 

bəyə  verildi.  O  da  xoş  bir  saatda  mirzəni  evə  gətirib  şahanə  bir 

bayram  təşkil  etdi,  layiqli  peşkəşlər  təqdim  etdi.  Ali  əmrə  görə 

nəvvab  şahzadəni  yoluxmağa  və  Hüseyn  bəyin  lələliyini  təbrik 

etməyə  gələn  adlı-sanlı  şahzadələrin  hamısına  bir-bir  ləyaqətli 

töhfələr  təqdim  olundu.  Beləliklə,  oymaqlar  arasındakı  fitnə  və 

düşmənçilik  atəşi  söndü,  ali  dərgahda  hər  iki  dəstə  arasındakı 

danışıqlar  yatdı.  Daha  iki  il  həzrət  cənnətməkan  şah  dövlətə 

kamranlıq  və  iqbal  ilə  başçılıq  etdi.  Bu  hadisələrin  üstündən  iki  il 

keçəndən  sonra,  yəni  doqquz  yüz  səksən  dördüncü  ildə  (miladi 

1576),  siçan  ilində,  şahın  mübarək  surətinə  yenə  də  bir  qədər 

xəstəlik çökdü. Hamamda şahın bədəninin bəzi yerlərini nurə

173

  ilə 


yandırıb-yaraladı.  Yaraların  ağrısı  çoxaldı,  qızdırmaya  səbəb  oldu. 

Təcrübəli  təbiblər  müalicəyə  başladılar.  Heç  kimin  bu  xəstəliyin 

ölümə  səbəb  olacağına  gümanı  olmadığı  halda,  seşənbə  gecəsi, 

səfərin  on  dördündə  (miladi  1576,  13  may)  şahın  məzacı  pisləşdi, 

ağrı  əlamətləri  zahir  oldu,  zəiflik  üz  verdi.  Adlı-sanlı  şahzadələr 

gecə  yarısına qədər öz böyük atalarının yanında durdular,  "Heç bir 

təşviş  yerimiz  yoxdur"  deyərək  hamını  öz  evlərinə  göndərdilər. 

Orada  ləngiyən  Sultan  Heydər  Mirzədən  başqa  bütün  şahzadələr 

dağılışdı. Onun ləngiməsinin səbəbləri barədə isə deyirlər: Səbəbin 

biri  budur  ki,  həzrət  cənnətməkan  şahın  özü  oğlu  Sultan  Heydərə, 

istisna kimi, öz yanında qalmasını əmr etmişdi. Başqa bir rəvayət isə 

belədir  ki,  Sultan  Heydərin  anası  şaha  bir  şey  olacağı  təqdirdə 

məbadə  oğluna  saraydan  eşikdə  bir  xətər  toxunmasın  deyə, 

dövlətxananın  isə  əmniyyəti  mövcud  olduğu  üçün  oğluna  belə 

demişdi: "Böyük atanın vəziyyəti ağırlaşmışdır. Çox ehtimal ki, o bu 

gecə  həyatını  əcələ  tapşırsın.  Sən  ki,  atanın  canişinisən,  şahlıq 

taxtını  qoyub  haraya  gedirsən?  [Buna  görə  də]  münasibdir  ki, 

dövlətxanada  qalasan.  Elə  ki,  həmin  dəhşətli  hadisə  baş  verdi,  sən 

gərək  başına  şahlıq  tacı  qoyaraq,  mübarək  Çehelsütun  sarayında 

                                                           

173

  Nurə  -  Hamamda  tüklərin  təmizlənməsindən  ötrü  istifadə  olunan  sabun.  Nurə 



"vacibi" də adlanır (Bax: M.Moin. Göst. Lüğət, c.4, s.4847). 

241 

 

hümayun  xalça  üzərində  əyləşib  cülus  edəsən.  Xəzinələrin  və 



qurxanələrin*  açarları  əldə  olduğundan  döyüşçülərin  gözləri 

dünyəvi  var-yoxa  dikilmişdir.  Xəzinə  qapılarını  açaraq,  qoşunun 

yüz-başı,  qorçi  və  əyanlarını  öz  qiymətli  hədiyyələrinlə  sevindirə 

bilərsən. Mübarək dövlətxanaya  gələn  yüksək şəxslər isə padşahlıq 

taxtında  artıq  cülusun  baş  verdiyini  görərlər.  Hal-hazırda  əlləri 

məqsud  ətəyindən  uzaq  olan  İsmayıl  Mirzənin  tərəfdarlarının  itaət 

əlləri  məqsəd  ətəyindən  uzaq  olduğu  üçün  onların  itaət  etməkdən 

başqa  çarələri  qalmaz.  Gəlib  səni  paybus**  etməyən  hər  kəsi  öz 

layiqli cəzasına çatdırarsan". 

Anasının  fikri  şahzədənin  məzacına  uyğun  oldu,  dayanıb 

gözlədi.  Gecə  yarısı şahın hümayun  vücudunda  vəfat əlaməti zahir 

oldu,  [səfər]  ayının  on  beşində  sübh  tezdən  onun  qələbələrlə  dolu 

olan ruhu müqəddəs  məkana tərəf pərvaz etdi. Bu böyük hadisənin 

baş  verdiyi səfər ayının on beşi  maddəyi-tarix kimi qeybdən  gələn 

"Qəbri nurla dolsun!" ("Gurəş por nur") ifadəsinə uyğundur. 

Səltənət  sarayının  qadınları  canı  dağlayan  bu  müsibət 

üzündən səbr libaslarını cırıb ah-əfğan etməyə başladılar. Möhtərəm 

hərəmxana  xadimələri  əzəmətli  şahənşahın  matəmi  günlərində 

əyinlərinə  matəm libasları  geyinərək zülmət gecə kimi qaraya qərq 

oldular.  [Sanki]  aləm  dəyişmişdi.  Əhali  təşviş  (qeleq)  və  iztirab 

girdabına  (vərte)  qərq  olmuşdu.  Ürəklər  sınmış,  xatirlər  pərişan 

olmuşdu.  Necə  də  sınmasınlar  və  pərişan  olmasınlar?  Artıq  günəş 

özünün  tutulma  pərdəsi  (pərdeyi-kosuf)  arxasında  gizlənmişdi. 

Əhali  onun tərbiyə  feyzi  ilə  kamyab,  rahət  və  xoşbəxt  (afiyət)  idi. 

Ay  öz  işığını  göstərməyib  batdı  (xosuf),  çünki,  o  şahın  işıqlı 

fikrindən  cahanda  asayiş  və  aramlıq  işıqlanmaqdaydı.  O  dövran 

yeganəsinin  vəsfi  bəyana  sığmayır.  Kitabın  başlanğıcında  hərçənd 

yığcam  halda  (mücməl)  bu  haqda  yazılmışdır,  lakin  elə  indi  də  o 

müqəddəs şəxsin bəyənilən xüsusiyyətlərinin tərifi qaçılmazdır. 

Xülasə,  o  həzrət  hərçənd  ki,  müharibə  etdiyi  vaxtlarda 

mühüm səltənət və ölkə işlərindən uzaq olurdu, [amma] şərif vaxtını 

zəruri işlərin qayda-qanuna düşməsinə, ehtiyacı olanların mətləb və 

məqsədlərinin  yerinə  yetməsinə  yönəldirdi.  Yerlərdə  şəriətə  rəvac 

bəxş edir, üləmaya təzim edir, zöhd və təqva əhlinə ehtiram göstərir, 

məscid,  mədrəsə  və başqa

 

xeyirxah yerlərə rəvac  verir,  məscidlərin 



təmirinə olduqca böyük diqqət yetirirdi. Yaxşı işə cəlb etmək və pis 

işdən


 

çəkindirmək  (əmre-mərnf  və  nəhye-münkər)  kimi  xislətlərə 

həmişə  əməl  etməklə  nurlanırdı.  Uşaqlıq  dövründən  və  cavanlıq 


242 

 

vaxtından  bəri  nəfsani  ləzzətlərdən  əl  çəkib,  asimani  uğurlara 



meyllənmişdi. Doqquz yüz otuz doqquzuncu ildə (miladi 1532/33), 

hümayun culusundan doqquz il sonra, iyirmi  yaşında ikən səmimi-

qəlb  ilə  bütün  pis  əməllərdən  tövbə  etdi,  tövbəsini  heç  vaxt 

sındırmadı.  Şərabxana,  qumarxana  və  başqa  beytüllütflərdən 

(əxlaqsızlıq evlərindən  - Ş.F.)  gələn  gəliri qeydiyyat dəftərlərindən 

çıxardı.  Get-gedə  bütün  əmirlər  və  qızılbaş  tayfa  əyanları  o  həzrət 

kimi tövbəyə rəğbət etdilər. Doqquz yüz altmış üçüncü ildə (miladi 

1555/56)  əzəmətli  əmirlər  və  iqbal  astanasının  mülazimləri  pis 

əməllərini yerə qoydular, bütün məmləkətlərin camaatına qeyri şəri 

işlər qadağan olundu. Qəribə haldır ki, "tövbət nəsuhən" ("pozulmaz 

əhd") bu işin maddeyi-tarixi olmuşdur: 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin