AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə30/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   26   27   28   29   30   31   32   33   ...   96

Beyt 

 

Cahanın şahları hərçənd məni çox istərlər,  

İsfahan içrə kasıblıqdan acam mən amma.

232


 

 

Mövlana  Həsən  Bağdadi  -  Təzhib  (qızıl  işləmə  sənəti  - 

Ş.F)  sənətində  əsrin  yeganəsi  və  dünyanın  vahid  adamı  idi. 

Həqiqətən də, təzhib sənətini ecaz sərhəddinədək gətirib çıxarmışdı. 

Bütün  ustadlar  onun  bu  sənətdə  üstünlüyünü  təsdiq  etmişlər.  Bü 

sənəti  uca  zirvəyə  qaldırmış  müzəhhib  (qızılla  işləyən  sənətkar  - 

Ş.F.)  Mövlana  Yarinin  işləri  onun  incə  və  dəqiq  işləmələri 

qarşısında aşağı səviyyəlidir. Ömrünün sonlarında cənnətməkan şah 

onu  ələ  keçirib  əlini  kəsməklə  təhdid  edirdi.  Amma,  o,  mübarək 

həzrət  Əbu  Abdullah  əl-Hüseyn  günbəzindəki  işinə  və  həmin 

müqəddəs rövzəyə bəzək verdiyinə görə onun cəzasından sərf-nəzər 

etdi  və ona tövbə  etdirdi ki, bir daha belə bir iş görməsin.  İsmayıl 

Mirzənin  hökmranlığı  vaxtı  kilabxana  işçiləri  sırasına  daxil  edildi. 

Oğlu  da  atasının  bacarığından  bəhrələndi,  təsviri  və  təzhibi  biri-

birinə birləşdirdi. 

Mövlana Abdullah Şirazi - O da yaxşı müzəhhib idi, amma 

Mövlana  Həsənin  məharəti  onda  yoxdu.  Xoşsöhbət,  zarafatcıl, 

şirindil  bir  adam  idi.  Sultan  İbrahim  Mirzənin  xidmətindəydi. 

Başqalarının  yanında  yeri  və  məqamı  ucaydı.  İbrahim  Mirzənin 

başına  gələn  hadisədən  sonra  bütün  kitabxana  işçiləri  İsmayıl 

Mirzənin xidmətinə keçirildi. 

O  dövrdə  başqa  nəqqaşlar  və  rəssamlar  da  olmuşdur. 

Məsələn,  Məhəmməd  Herəvi,  Qəsri  bəy  Kusə  (Kosa  -  Ş.F.)  və 

başqaları.  Amma,  biz  yığcam  şəkildə  bu  zümrədən  olan  bir  neçə 

məşhur  və  yaraqıcı  (bəhrəmənd)  sənətkar  barədə  yazmaqla 

kifayətləndik. 

 

                                                           

232

 Beytin farscası belədir: 



Talebe-mən həme şahane-cəhanənd-o məra  

Dər Sefahan cegər əz bəhre-məişət xun şod. 



321 

 

CƏNNƏTMƏKAN ŞAHIN VƏFATI ƏRƏFƏSİNDƏ SÖZ 



YAZMAQLA (SOXƏNPƏRDAZİ) MƏŞĞUL OLAN ŞAİRLƏR 

VƏ NƏZM SAHİBLƏRİNİN ZİKRİ 

 

Yaradan elə səfdüzəltdi, həmən  



Şairlər sonradır peyğəmbərlərdən.

233


 

 

Söz  bəzəyən  ali  dərəcəli  nazimlər  və  məna  silsiləsinin 



bəzəkləri  olan  ali  şairlər  [haqda  sözə  başlayırıq].  O  vaxtlarda  ali 

ordu və  məhrusə  məmləkətlərdə söz sahibi olan şairlər və bəlağətli 

sözlülər  olduqca  çox  idi.  Həzrət  cənnətməkan  xaqan  öz 

hakimiyyətinin əvvəllərində bu təbəqədən olan adamların hamısına 

böyük  diqqət  yetirirdi.  Mirzə  Şərəf  Cahan  və  Mövlana  Heyrəti  bir 

neçə  müddət  şahın  və  müqəddəs  məclis  üzvlərinin  həmsöhbətləri 

idilər.  Ömrünün  sonunda  isə  [şah]  əmre-məruf  və  nəhye-münkərə 

bərk  meyl  etdiyi  üçün  və  bu  təbəqədən  olan  adamları  şərab  əhli 

sanıb, onları dindarlar zümrəsindən hesab etmədiyindən onlara bir o 

qədər  də  hörmət  etmir,  qitə  və  qəsidə  yazmalarına  yol  vermirdi. 

Mövlana  Möhtəşəm  Kaşi"  o  həzrətin  mədhində  güclü  bir  qəsidə, 

şahzadə  Pərixan  xanımının  vəsfində  başqa  bir  qəsidə  nəzm  edərək 

onları  Kaşandan  göndərmişdi.  Həmin  qəsidələr  şahzadə  [Pərixan 

xanım] vasitəsiylə şaha ərz edildi. Cənnətməkan şah buyurdu: "Mən 

razı deyiləm ki, şairlər məni məhd etsinlər. Onlar qoy öz qəsidələrini 

şahi-vilayətipənah

234 

və  məsum  imamlar  barəsində  -  onlara  salam 



olsun  -  yazsınlar.  Onlar  qoy  öz  mükafatlarını  əvvəlcə  o  həzrətlərin 

müqəddəs  ruhlarından  alsınlar,  sonra  məndən.  Çünki  onlar  dəqiq 

fikirlər, yüksək mənalar və həqiqətdən uzaq istiarələri bəlağət ipinə 

düzməklə bunları şahlara (moluk) aid edirlər ki, onların əksər hissəsi 

"Onun gözəlliyi yalanındadır" misrasında olduğu kimi yerli-yerində 

işlədilmir. Əgər şairlər öz şerlərini müqəddəs həzrətlərə ithaf etsələr, 

onların şənləri yüksək olar". 

Xülasə, mövlana o şərafətli şahdan mükafat ala bilmədi. Bu 

xəbər  mövlanaya  yetişdikdə,  o,  həzrət  şahi-vilayətin  və  hidayət 

taxtının sultanının mədhində mərhum Mövlana Həsən Kaşinin nəzm 

                                                           

233  Beytin farscası: 

Piş-o pəsi bəst səfe-kebriya,  

Pəs şoəra aməd-o piş ənbiya. 

234 İmam Əli (ə). 


322 

 

ipinə düzdüyü həftbənd* şerini ilahi ilhamla deyərək şaha göndərdi, 



layiqli  mükafat  aldı.  Hümayun  paytaxt  şairləri  də  yeddi  bənd  şer 

yazmağa başladılar, tezliklə əlli-altmış belə şer şaha təqdim edildi və 

onların hamısı mükafatlandırıldı. Xülasə, bəziləri ali orduda, bəziləri 

isə  məmləkətlərdə  başqalarından  üstün  olan  şairlərdən  birincisi 

Mövlana  Zəmiri  İsfahanidir**.  Zaman  süxənvərlərinin  qaymağı  və 

dövranın  yeganəsi  idi.  Rəml  elmini  yaxşı  bilirdi,  elə  buna  görə 

özünə "Zəmiri" təxəllüsünü götürmüşdü. Onun zəmiri (daxili aləmi - 

Ş.F.) məna  mənbəi,  fikrinin bəzəyi ilahi (sübhani) fəsahət idi. Ona 

yaxın-uzaq  adamlar  onu  süxənvərlərin  rəhbəri  sayırdılar.  Çoxlu 

şerləri vardır. Fikri olduqca iti idi. İlhamının başlandığı vaxtdan bəri 

hər gün azı ən qəzəl yazırdı. 

Keçmiş  şairlərin  əksəriyyətinə  cavab  şerləri  yazmışdır. 

Onun  yazdığı  məşhur  (yekə)  beytlər  ilhamın  dalğalanan  bəhrindən 

[çıxaraq]  zühuz  sahillərinə  gəlib  çatmışdır,  o  cümlədən  [şair] 

Samirinin sehri ilə bir divana bərabər olan bu beyti Baba Fəğani*** 

"Divan"ının birinci qəzəlinə cavabdır: 

 

Beyt: 

 

Etdiyi vədi Allahın yalan deyil cəza günü,  

Demişdi ki, gedən canı qaytaracaqdır bədənə.

235


 

 

Bu beyti də ali məddahlıq kimi söylənmişdir: 



 

Beyt: 

 

O gün ki, qalxacaq göyə imarəti, deyərlər ki,  

Torpaq olub bir dəstə gül düşmüş əlindən bənnanın.

236


 

 

Onun  aşiqanə  beytlərinin  bir  neçə  misrasını  verməklə 



kifayətləndik: 

 

                                                           



235 Beytin farscası: 

Gər nə fəribe-vədeye-ruze-cəza bovəd ze to  

Suye-bədən ke avərəd cane-gorizpay-ra. 

236 Beytin farscası: 

Ruzi ke şod əfraxte eyvane-qəsre-rəfətəş  

Bude zəmin moşt goli k-əz dəste-bənna rixte. 



323 

 

Beyt: 



 

Sən ki, sordun ləbimi, öylə özümdən getdim,  

Bilmədim təsirini etdi nə cür badə sənə.

237 


 

Mövlananın  bu  beyti  də  çox  məşhurdur  və  olduqca  ali 

yazılmışdır.  Bəzi  adamların  sözünə  görə  həmin  beyt  onun  oğlu 

Mövlana Dainindir: 

 

Beyt 

 

Hüsnünü nəqqaş çəkəndə öylə işlətmiş qələm,  



Bundan artıq yerləşə bilməz hüsn boşqabına.

238


 

 

Uca  məkanlı  Kərbəlaya    gedərkən o  cənabın ayağını don 



(sərma)  vurmuşdu.  Bu  münasibətlə  bir  qitə  yazdı  ki,  bu  beyt[lər] 

ondandır: 

 

Beyt[lər] 

 

Ayaq ilə deyil başla rəvan ol Kərbəla səmtə,  

Taparsan ol zaman izzət təvafın dini dünyanın. 

 

Ayaq ilə gedib etdim qələt, dondum ayağımdan,  



Hava heç vaxt günah etməz, günahı var bu insanın. 

 

Təmənnayə yetişməkçün fərəhdən öylə məst oldum,  



Ayaq ilə başın fərqi nədirsə bilmədim anın.

239


 

                                                           

237

 Beytin farscası: 



Ləb məkidi-yo mən əz zovq fetadəm bixod,  

Ba to keyfiyyəte-an bade nədanəm ke çe kərd. 

238 

 Beytin farscası: 



Həqşbənde-surətət z-an san ke bayest afərid,  

Biş əz in xubi bezərfe-hosn gonçayeş nədaşt. 

239 

Beytlərin farscası: 



Besər bayest rəftən dər təriqe-Kərbəla, ey del,  

Ke, ta yabi təvafe-padşahe-din-o donya-ra  

Ğələt kərdəm bepa rəftəm, əz an sərma robud əz mən 

Gonah əz canebe-mən bud, cormi nist sərma-ra  

Vəli məzur midarəm ke-dər rahe-təmənnayət  


324 

 

 



Onun  yüksək  deyilmiş  beytləri  və  ürəkaçan  mənalı 

kəlamları çoxdur ki, nazimlər arasında məşhurdur və bir neçəsi Mir 

Təqi Kaşinin "Təzkirə"sində verilmişdir. 

Mövlana  Möhtəşəm:  Kaşandandır.  Şairlikdə  olduqca 

məşhur  idi.  Şerləri  təmtəraqlıdır.  Bu  mövlananın  şerlərində  olan 

sənaye  və  bədayeni*  deməyə  başqa  nəzm  sahiblərinin  qüdrəti 

çatmaz. 


Misal  olaraq,  o,  İsmayıl  Mirzənin  mədhində  bir  qəsidə 

yazmışdır ki, oradakı bir misrada İsmayıl Mirzənin taxta cülus tarixi 

verilmişdir. Onun xeyli qəsidəsi, qəzəli, tərkib və tərciləri** vardır. 

Amma, onun beşinci imam  (xamesi-ali-əba) olan seyyidüş şübhəda 

(şəhidlər seyidi) barəsində yazdığı mərsiyədə olduqca gözəl beytlər 

və dəqiq ifadələr  vardır ki, onlar dövrün söz qulağının sırğasıdırlar 

və  bu  günədək  ondan  yadigar  qalmaqdadır.  Onun  Şeyx  Azəri 

əleyhirrəhməyə həsr etdiyi mərsiyəsinə bənzər şeri indiyədək heç bir 

şair yaza bilməmişdir ki, bu iki beyt ondandır: 

 

Beyt[lər] 



 

Keçdi başı o gün ki, o zatın o nizəyə,  

Gün həm baş üstə gəldi səmadən enib yerə. 

 

Qorxum bu: Ola öylə hökm qatil haqdə  



Rəhmət sözü deyilməyə bir də dodaqdə.

240


 

 

Yuxarıda  işarə  olunduğu  kimi,  cənab  Mövlana  Möhtəşəm 



iffətli şahzadə Pərixan xanımın mədhində də bir qəsidə demişdir ki, 

bu iki-üç beyt həmin qəsidədəndir: 

 

Beyt[lər] 

 

Röyadə də gələrsə əgər mərhəm olmayan,  

                                                                                                               

Çenan budəm ke əz məsti ze-sər nəşnaxtəm pa-ra. 

240

 Beytlərin farcası: 



Ruzi ke şod benize səre-an bozorgvar,  

Xorşid sər borəhne bər aməd ze-kuhsar.  

Tərsəm cəzaye-qatele-y çon rəqəm zənənd,  

Yekbare bər cərideye-rəhmət qələm zənənd. 



325 

 

Ay çöhrənə, xurşid üzünə eyləməz nəzər. 



 

Hiss memarı çünki bunu gördükdə, həmin dəm  

Röyanı gözündən onun, əlbət kənar edər. 

 

Baxsa özü-öz surətinə gərçi güzgüdə  



Qorxum bu ki, ismət də bunun əksinə gedər. 

 

Əksi görünməsin deyə yan eylə əksini 



Həm güzgüdən, həmi də sudan, ey qəza-qədər.

241


 

 

Mövləvinin  dilindən  xüsusi  şəkildə  çıxan  rəngin  aşiqanə 



qəzəlləri  də  çoxdur  və  [bir]  qəzəlinin  mətləsi  (birinci  beyti  -Ş.F.) 

olduqca gözəldir: 

 

Beyt 

 

Hər sərvqədi tutmağa Tanrı kəmənd verib,  

Əlbət, gözəlliyi sənə qəddi-bülənd verib.

242


 

 

Bu  müxtəsər  yazının  həcmi  imkan  vermir  ki,  bəlağətli 



şairlərin  şerləri  haqqında  çox  danışaq.  Buna  görə  də  müxtəsər  söz 

dedik. 


Əmləhüş-şüəra (şairlərin ən duzlusu - Ş.F.)  

Mövlana Vəli: Cənab Mövləvi Xorasanın Qayin vilayətinin 

Dəşti-Bəyaz  əyanlarındandır.  Şirindil,  xoş  söhbət,  natiq  adam  idi. 

Onun  qəzəllərinin  hər  beyti  təmizlikdə,  ifadəli  və  aydın  (ğorra) 

qəsidələri  isə  böyük  fəsahət  və  bəlağətdə  bir  dürdanədir. 

                                                           

241 


Beytlərin farcası: 

Dər xab niz na nətəvanənd nəzər fekənd 

Naməhrəmi bər an məh-o xorşid ehtecab. 

Nəbud əcəb əgər konəd əz dideye-zokur  

Memare-karxaneye-ehsas məne-xab. 

Xod həm be əkse-surəte-xod gər nəzər konəd,  

Tərsəm ke, esmətəş konəd eraz əz etab. 

Fərman dəhəd ki, əkspəziri bu əhde-u  

Birun bərəd qəza həm əz ayinə, həm ze ab.  

242 


Beytin farcası: 

Ey gərdəne-boləndqədan dər kəmənde-to,  

Rənayi afərideye-qədde-bolənde-to 


326 

 

Cənnətməkan  şahın  zamanında,  həmin  vilayətin  izzətli  seyidlərdən 



Xocazadənin yoldaşlığı və öz istəyinə görə ali orduya gəlib bir neçə 

müddət Qəzvin darussəltənəsində yaşamışdır. O, Mövlana Zəmiri və 

humayun paytaxtın şairləri ilə dostluq edir və onlarla həmsöhbət idi. 

İsgəndər şanlı nəvvabın dövründə Xorasana getdi. Xorasanda Yetim 

Sultan Özbəkin durğun hakimiyyəti zamanı muğam ifaçılığı üstündə 

onun  töhmətinə  gəlir,  nəticədə  qətl  edilir.  Yetim  Sultan  Özbək  bu 

hərəkətini  təmizə  çıxartmaq  məqsədi  ilə  deyirdi  ki,  şairlərin  dilləri 

acıdır,  mövlana  məndən  incidiyi  üçün  düşündüm  ki,  Allah 

eləməmiş,  o,  birdən  məni  həcv  edər  və  həmin  həcv  həyatın 

səhifəsində qalıb gələcək nəsillərə çatar. Xorasan əhli olan bir şəxs 

ona cavab  verib dedi: "Hansı həcv bundan daha pis ola bilər? Axı, 

cənab  sultan  zəmanənin  yeganəsi  olan  belə  bir  şəxsi  öldürüb,  belə 

pis əməl həyata keçirmiş  və öz həyat səhifəsində bədnamlıq yazısı 

yazmışdır". Yetim Sultan onun, bu sözləri ilə razılaşmışdı. Amma, 

nəticədə  həmin  sözlərin  müəllifi  belə  bu  sözlərin  cəzasına  yetişib 

qətl  edildi.  Elə  bu  məqamda,  onun  həzrət  İmam  Əli  ibn  Əbitaleb 

əleyhüssəlamın  -  salam  olsun  ona  –  mədhi  xüsusunda  nəzm  etdiyi 

qəsidəsindən bir neçə beyt gətirmək lazım gəldi.

243

 

Mövlananın növbənöv qəzəlləri və aşiqanə tərzdə yazılmış 



beytləri  vardır.  Amma  bu səhifədə onun bir neçə beytini  verməklə 

kifayətləndik: 

 

Beyt[lər] 

 

Məni sanki o görmür, amma var öylə baxış məndə, 



Bəla vermiş kəsi addım izindən də görən şəxsəm.

244


 

* * * 


Səndən ötrü ürək eşqində yanan olsun qoy,  

Şövqümün gözləri daim nigəran olsun qoy...

245

 

 



                                                           

243


  Misraların  vəzni  ənənəvi  əruzun  müəyyən  bəhrindən  xaric  olduğundan 

tərəfimizdən tərcümə olunmadı. - Ş.F. 

244 

Beytlərin farcası: 



Mə-ra nadide əngarəd, əmma bineşi darəd  

Ke nəqşe-paye-möhnətdide əz asude beşnasəd. 

245 

Del be rahe-tələbət gərm ənan mibayest,  



Dideye-şovqəm əz in beh negəran mibayest.  

 


327 

 

Mövlana  Vəhşi  Yəzdi:  O,  ustad  şairlərdən  və  fəzilətli 

ustadlardan  idi  və  həmişə  Yəzd  darülibadında  yaşayırdı.  Qəzəl  və 

məsnəvi  yazmaqda  dünyanın  yeganəsidir.  Təbinin  nəticəsi  kimi 

nəzm  etdiyi  "Fərhad  və  Şirin"  kitabı  xalq  arasında  məşhurdur  və 

orada  yüksək  keyfiyyətli,  şirin,  mənaca  rəngin  və  bəhağətli  beytlər 

vardır.  Həmin  kitabın  şairanə  tərzdə  yazılmış  beytləri  olduqca 

çoxdur... 

O  [kitabdan] bu qitəni verməklə kifayətləndik: 

 

Qitə 



 

Casuslar güdərdi elə Pərvizi,

246  

Bilsinlər haraya gedir Şəbdizi.



247  

Dəysəydi atının nalı bir daşa,  

Qığılcım qopsaydı ondan birbaşa,  

Hələ o qığılcım sönməzdən əvvəl  

Şirinin məclisi tutardı xəbər

248


 

 

Onun qəzəllər divanında da aşinanın və biganənin dilindən 



aşiqanə beytlər deyilmişdir. 

Xacə Hüseyn Sənayi Xorasani: Müqəddəs Məşəhəddəndir. 

O,  vaxtı  ilə  Sultan  İbrahim  Mirzənin  xidmətində  işləyirdi  və  o 

cənabdan  çoxlu  hörmət  görürdü.  Qəsidə  yazan  şairdir  şerlərinin 

yüksək mənaları vardır. Amma bəzi qəsidələrində elə mənalı fikirlər 

mövcuddur  ki,  dövrün  əksər  səxənvərləri  onların  mənasını  dərk 

etməkdə acizdirlər... 



Mir Heydər: Hüseyni Təbatəbai seyidlərindəndir və oranın 

soyurqal  sahiblərindəndir.  O,  müəmma*  yazmaqda  misilsiz  və 

tarixguyidə** (maddeyi-tarix - Ş.F) tayı-bərabəri olmayan adam idi. 

Yaşı doxsanı keçmişdi, amma, aşiqlikdən əl çəkmirdi. Cənnətməkan 

                                                           

246


 Sasani hökmdarı Xosrov Pərviz. 

247


 Pərvizin atının adı. 

248


 Qitənin farcası 

Be casusan seporde rahe-Pərviz  

Xəbərdar əz şomare-game-Şəbdiz  

Əgər bər səng xordi nəle-şəbrəng  

Və-z an xordən şərari cəsti əz səng.  

Hənuz asare-gərmi ba şərər bud 

Ke-z an dər məclese - Şirin xəbər bud. 


328 

 

şahın  zamanında  Kaşanda,  oranın  vəziri,  mənəvi  əxlaq  və  zahiri 



camal  sahibi  Mirzə  Cəfərin  -  Mirzə  Bədiüz  -  Zamanın  oğlunun 

yanında  yaşayır  və  onunla  həmsöhbət  olurdu.  Mirzə  Cəfər 

Hindistana  gedərək,  yüksək  Asəf  (vəzir  -  Ş.F.)  rütbəsinə  yetişdi. 

Cənab  mirzə  də  (yəni  Mir  Heydər  -  Ş.F.)  əlahəzrət  züləllah  şahın 

hümayun  cülusu  zamanı  Mirzə  Cəfərlə  görüş  şövqünə  düşərək 

Hindistana  getdi,  onun  vasitəsiylə  Cəlaləddin  Məhəmməd  Əkbər 

padşahın  xidmətinə  girib,  onun  məclis  üzvlərindən  biri  oldu.  Asəf 

xanın  (yəni  Mirzə  Cəfərin  -  Ş.F)  təbiətində  xəsislik  olmasına 

baxmayaraq minlərlə tüməne-şahiye-İraqi məbləğində olan otuz min 

rupiyeyi-Əkbəri  pulunu  o  cənaba  (Mir  Heydərə  -  Ş.F)  verdi.  O, 

padşah  tərəfindən  də  böyük  hörmətlərə  layiq  görüldü.  Həmin 

Ölkədə yaşadıqdan bir qədər sonra həccə getmək fikrinə düşərək, bu 

səadətlə  şərəfləndi,  iki  il  Məkkeyi-müəzzimədə  qaldı.  "Hübbül-

vətoni  min  əl-imani"  kəlamına

249

  uyğun  olaraq  qayıdış  əli  onun 



yaxasından tutdu, Kaşanına gətirdi. 

Burada da o, hümayun əlahəzrətin ənamları və soyurqalları 

ilə bəhrələndi. Mirzənin şerləri qitə, qəsidə, qəzəl və saysız-hesabsız 

[maddeyi]  -  tarixdən  ibarətdir.  Bu  səhifədə  onun  minacat  (Allahın 

tərifi - Ş.F) kimi yazdığı bir rübai-sini verməklə kifayətləndik. 

"Vətən məhəbbəti imandandır" (ərəbcə) 

 

Rübai 

 

Zahid günah etmir ki, Özün qəhharsan

250

,  


Batdıq günaha bizlər isə - ğəffarsan

251


.  

"Qəhhar" dedi zahid Sənə, bizlər isə "ğəffar",  

Yarəb, de özün, hansını sən xoşlarsan?

252


 

 

Mövlana  Məlik  Teyfur  Əncidani  və  onun  qardaşı 



Mövlana  Dai:  Hər  iki  qardaş  hal  əhli,  fəzilət  və  kamal 

                                                           

249

  “Vətən məhəbbəti imandandır” (ərəbcə).  



250

 Qəhhar - "cəza verən" - Ş.F. 

251

  Ğaffar - "bağışlayan" - Ş.F. 



252

 Rübainin farscası: 

Zahed nəkonəd gonəh ke qəhhariye-yo,  

Ma ğərqe-gonahim ke ğəffariye-to.  

U qəhharət guyəd-o ma ğəffarət  

Yarəb, be kodam nam xoş dari to 



329 

 

sahibləridirlər.  Cənnətməkan  şahın  vaxtında  Məlik  Teyfur 



Qəzvininin  mədrəsə  və  minbərlərində  işləyirdi.  Avara-avara 

veyillənən,  bir  yerdə  dayanmayan  (səyyar)  və  peşəsi  aşiqlik  olan 

adam idi. Olduqca mömin olmasına baxmayaraq xoş üzlü və  gözəl 

simalı cavanları bərk xoşlardı. Vasvasılıq onun təbiətində üstünlük 

təşkil edirdi. Hümayun əlahəzrətin hakimiyyətini zamanı Qəzvindən 

Kaşana getdi. Təbiətinə xas olan gözütoxluğa görə, kasıblıq və arpa 

çörəyi  yeməklə  kifayətələnərək  özünü  tamahkar  adamlardan 

uzaqlaşdırdı.  Onun  şerləri  içərisində  olan  bu  bir  beyt  bir  divana 

bərabərdir: 

Ey Məlik, qantökən olmuş deyə zülmün bıcağı, Qorxuram 

sövq edəcəkdir məni qatil evinə.

253


 

Bu beyt də onundur: 

 

Hoqqayə bax ki, saqi mey tökdü eyni qabdan- 



Xəlqin qədəhinə mey, mənim qədəhimə qan.

254


 

 

Onun  qardaşı  Mövlana  Dai  o  vaxtlarda  hərdənbir  Kaşana 



gəlib, oranın şairləri  və əhalisi ilə söhbət edirdi. O da, nəfsitox  və 

dərvişxillət  adamdır.  Çoxlu  gözəl  şerləri,  xoşagələn  qəsidə  və 

qəzəlləri vardır. Onun bir rübaisini verməklə kifayətləndik 

 

Rübai 

 

Zülfü qara bir siyahkar vurdu məni,  



Məndən nə qalar kimsəyə?  

Mar vurdu məni Biçarə qalan bu aşiqi incitmə,  

Vurma onu sən də, ruzigar vurdu məni.

255


 

 

                                                           



253

 Beytin farscası: 

Xunçekanəst, Məlik, tiğe-setəm, mitərsəm  

Ke pey axər bedəre-xaneye-qatel berəvəd. 

254

 Beytin farscası: 



Neyrəng bin ke saqi əz yek qərabe rizad  

Xun dər piyaleye-ma, mey dər əyağe-mərdom 

255

 Beytlərin farscası: 



Ta an zolfe-siyahkarəş zədeəst,  

Manəd be kəsi deləm ke marəş zədeəst.  

Azare-dele-aşeqe-biçare çera?  

An-ra çe zəni ke ruzigarəş zədeəst. 



330 

 

Mir  Valehi  Qumi:  Mömünlər  şəhəri  olan  Qum 

seyidlərindəndir.  Şirinkəlam,  xoşsöhbət,  baməzə  və  duzlu  sözləri 

olan şairdir. Musiqi elmində mahirdir. Verdiyi vədə və etdiyi əmələ 

sadiqdir. Əsərləri gözəl nəğmələr və böyük mənalı aşiqanə şerlərdir. 

Bu məşhur beytlərini verməklə kifayətləndik: 

 

Beyt 

 

Külək ayaqladı bülbül quran yuvanı, dedi:  

Gərək əsir olanın xanəsi viran olsun...

256


 

 

Mövlana  Məlik  Qumi:  Xoş  şerləri  olan  şairdir.  Lap 

şairliyinin  başlanğıcında  da  onun  şerlərindəki  şirinlik  başqalarının 

şerlərində  yox  idi.  Cavanlığının  əvvəlində  püxtələşmişdi  və  dediyi 

sözlər  baməzə  və  yetkin  idi.  O,  İrandan  Hindistanın  Dekən 

[şəhər]inə gedib, Adilşahın xidmətində ömr sürdü. Mövlana Zühuri 

ilə birlikdə doqquz min beytdən ibarət onu "Kitabe-novrəs" ("Təzə 

kitab" adlı bir əsər yazaraq) Adilşaha ithaf etdilər ki, hər birisi dörd 

min  beş  yüz  beyt  yazmışdı.  Həmin  doqquz  min  məbləğində  olan 

pulu yarı böldülər. 

Bu bir neçə beyt şer onundur: 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin