AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə23/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   19   20   21   22   23   24   25   26   ...   96

[Maddeyi-] tarix 

 

Din ölkəsinin şahı Təhmasib şahi-adil  

Din ləşkərinə tövbə etdirdi pis xisləti.  

O tövbənin tarixi "tövbət nəsuhən " oldu, 

Allahın sirridir bu, əl çəkmə bundan qəti

174


 

 

Ümumiyyətlə,  o  həzrətin  humayun  hakimiyyəti  zamanı 



xalqlar təqvanı  və pis əməllərdən çəkinməyi özlərinin şüarı etdilər, 

taat və ibadətlə məşğul oldular. Yaxşı işlərin qəbulu və pis əməllərin 

qadağan olunmasında elə çalışdılar ki, qissəxanlar (nağıl danışanlar 

- Ş.F.) və mərəkəgir (oyunbaz, dərviş - Ş.F.) adamların yüngül həzz 

doğuran  çıxışları  qadağan  edildi.  Sərkare-xasseye-şərifədə* 

saxlanılan  beş  yüz  tümənlik  saf  tiryəki  haram  kimi  axar  suya 

tökdülər.  Həzrət  on  dörd  məsumun  hər  birinin  mövludu 

münasibətiylə  müəyyən  məbləğdə  nəzir  müəyyənləşdirmişdi  ki,  o 

nəzir  hər  il  mövludda  şiəliyə  tam  sədaqətli  olan  əzəmətli  seyidlər 

arasında  bölünürdü.  Əksər  ölkələrdə  və  mötəbər  şəhərlərdə  sədəqə 

(təsəddoq) çörəyi  müəyyən etmişdi ki, həmin çörəyi o  yerlərin hər 

iki  cinsdən  olan  kasıb  adamlarına  verirdilər.  Şiə  ölkələrində, 

xüsusilə  müqəddəs  Məşhəddə,  Səbzvarda,  Astrabadda,  Qumda, 

                                                           

174

 Beytin farcası: 



Soltane-keşvəre-din Təhmasb şahe-adel  

Sovgənd dad-o tovbe xeyle-sepahe din-ra.  

Tarixe-tovbe dadən şod "tovbət nəsuhən",  

Serre-İlahist in monker məbaş in-ra. 



243 

 

Kaşanda, Yəzddə, Təbrizdə və Ərdəbildə şah qırx nəfər yetim oğlan 



və  qıza  libas  verir,  ehtiyaclarını  təmin  edirdi.  Onlara  şiəməzhəb 

müəllimlər,  müəllimlər  və  əməlisaleh  xidmətçilər  vasitəsiylə 

tərbiyələndirir  və  həddi-büluğ  yaşına  çatanları  biri-digəri  ilə 

evləndirirdi.  Ölkə  rəiyyətinin  və  yollardan  istifadə  edənlərin 

verdikləri  vergilərin  ləğvində  atılan  ən  düzgün  yol  "yollar  vergisi" 

oldu.  Təmğa  vergisi**,  deyilənə  görə,  qədim  sultanların  dövründə 

yayılaraq  tacirlərdən  və  varlı  adamlardan  yığılırdı.  Onun  məbləği 

hər il min "şahiye-İraqi" tüməni miqdarında idi. Şah yuxuda həzrət 

sahibəzzamanı - ona Allahın salamı olsun -görmüş və ona təmğanın 

ləğvi  xüsusunda  tapşırıq  verilmişdi.  Doqquz  yüz  yetmiş  ikinci  ildə 

(miladi  1564)  həmin  vergi  tacirlərə  bağışlandı,  təmğaçılar  ölkədən 

kənar edildilər və bu vergidən əsər-əlamət qalmadı. 



 

Beyt 

 

Əsər qalmadı təmğadan təkcə dağdan savayı- 

Təmğaçının ürəyində qalan dağdı həmin dağ.

175


 

 

Şah məmləkətlərin əksəriyyətində, xüsusən şiə[lər] yaşayan 



yerlərdə  "male-möhtərefe",***  "məvaşi"****  və  "mərai"***** 

vergilərinin  miqdarını  azaltdı  və  bunlardan  gələn  gəliri  ixrac 

dəftərindən çıxardı.  Gözəl əməlləri sayəsində  hakimiyyəti əlli dörd 

il  çəkdi  və  bu  vaxtı  qələbə  və  iqballa  keçirdi.  İslamın  hakimiyyəti 

müddətində  ələvi  Müstənsirbillahdan*  başqa  heç  kim  əlli  dörd  il 

səltənət sürməmişdir. [Şah  Təhmasibin] humayun şahlığı dövründə 

döyüşçülər  və  rəiyyət  asudə  və  rahat  idilər.  O  dövlət  idarəsinin 

(karxane)  bütün  işlərini  nizama  salmışdır  ki,  indiyə  kimi  bütün 

İranda  onun  qərarlarına  əməl  olunur.  O,  altmış  dörd  il  bir  ay  və 

iyirmi  beş  gün  ömür  sürmüşdü.  Süleyman  şanlı  xaqanın  dövründə 

səkkiz  il  Xorasanda  səltənət  sürdü,  əlli  üç  il,  altı  ay  və  iyirmi  allı 

gün İran məmləkətinin başında durdu. 

Bu  qəmli  hadisə  baş  verən  gün  seyidlər,  üləmalar  və 

əyanların əksəriyyəti bütün camaatla birgə öz həyatlarından narahat 

                                                           

175


 Beytin farscası: 

Əsər nəmand ze təmğa beğeyr əz an daği  

Ke dər dəruneye-təmğaçi əz ğəme-təmğast. 

 


244 

 

və  bu  müsibətdən  elə  həsrətli  və  pərişan  idilər  ki,  sanki  dünyanın 



çarxı  dönmüş,  qiyamət  gününün  əlamətləri  zahir  olmuşdu.  O 

həzrətin hakimiyyəti dövründə əcəm məmləkətində onun kimi şahlıq 

fitrəti olan başqa bir padşah olmamışdı. Dünya sultanlarının adlarını 

eşidənlər ona bənzər padşah görməmişdilər. Bu böyük hadisə bütün 

xalqlara olduqca ağır gəldi, hörmətli üləma və fəqihlər, xüsusilə Mir 

Seyid Həsən Müctəhid Cəbəlameli  əmirlərin  məsləhəti ilə mübarək 

dövlətxanaya gələrək, şahın pak bədənini şəriət üzrə qüsl etdi. Şahı 

hərəmxana bağçası və divanxana arasındakı Şirvani adlı bir yurdda 

əmanət  təriqi  ilə  dəfn  etdilər.  Gələcəkdə  barəsində  yazacağımız 

İsmayıl  Mirzənin  hakimiyyəti  vaxtı  [onun  cəsədini]  müqəddəs 

Məşhədə  apararaq  behiştə  bənzər  "Rezəviyyə"  rövzəsində  dəfn 

etdilər.  Ondan  yadigar  qalan  abidələr:  Tehranın  divarı,  müqəddəs 

Məşhədin  divarı,  həzrət  imam-əl  cinn  və-l-ons  [imam  Rza] 

məscidinin  mübarək  günbəzinin  qızıllanması,  mübarək  dövlətxana 

tikililərinin  və  Qəzvin  darüssəltənəsinin  günbəzinin  qızıllanması, 

"Çahar  bazar"  və  "Baği-irəm"in  çoxlu  hamamlarının  inşası, 

gözəllikdə  cahanın    şöhrəti  və  cənnət  bağından    nümunə  olan 

"Səadətabad"ın işlərinin tamamlanması, Təbriz darüs-səltənəsindəki 

"Sahibabad"  məscidi.  Allah  ona  rəhmət  eləsin!  Ümidvarıq  ki,  öz 

etiqadının  nəticəsi  kimi  pak  əlhi-beyt  həzrətlərinə  qarşı  etiqadının 

nəticəsi kimi [Şah Təhmasib] hesabat günündə (məşhər günü - Ş.F.) 

risalət  və  vəlayət  xanədanının  məsumları  ilə  birlikdə  olacaq  və  o 

seçilmiş  şəxslərlə  bərabər  Allahın  dərgahında,  cənnət  bağlarında 

yaşayıb cilvələnəcəkdir. 

İndi  isə,  bu  tarixçi  (vaqiənevis)  gərək  hadisələr  və 

xəbərlərdən agah olmaq istəyənlər üçün o həzrətin adlı-sanlı övladı, 

Heydərnejadlı  başqa  şahzadələr,  əzəmətli  əmirlər,  dövlət  başçıları, 

şah  vəfat  edən  zaman  İran  məmləkətləri  ilə  məşğul  olan  hər  tayfa 

başçıları  haqqında  yazmalıdır  ki,  onların  hər  biri  barədə  aşağıda 

ayrı-ayrılıqda danışılacaqdır ki, oxucuların məlumatı olsun. 



 

CƏNNƏTMƏKAN ŞAHIN ADLARI YÜKSƏK 

ŞAHZADƏLƏRİNİN, ÖVLADLARININ, ONDAN 

SONRAKIADLI-SANLI NƏSLİNİN (ƏQAB) VƏ ALİ 

RÜTBƏLİ QARDAŞI OĞLANLARININ ZİKRİ 

 

O  kamyab  həzrət  dünyadan  köçərkən  onun  sağ  olan 



möhtərəm səfəvinejad şahzadələri, doğma fərzəndləri, fərzəndlərinin 

245 

 

uşaqları  və  qardaşı  oğlanlarının  sayı  otuz  beş  nəfər  idi  ki,  aşağıda 



göstərəcəyimiz kimi, onların iyirmi üçü oğlan və on ikisi qız idi. O 

cümlədən, onun sağlığında ölüm libası geyərək əbədiyyat mənzilinə 

gedən  və  dünyanı  tərk  edən  iyirmi  iki  doğma  övladı,  nəvələri 

haqqında bəhs açmağın heç bir faydası yoxdur. Şahın doğma (solbi) 

övladları doqquz nəfərdir: 

Birinci [övladı] İsgəndərşan nəvvab Sultan Məhəmməddir. 

Hökmranlıq  mərtəbəsinə  yüksələn  üç  adlı-sanlı  şahzadədən  başqa 

qeyri  şahzadələrin  təvəllüd  tarixləri  bu  müəllifə  məlum  olmadığı 

üçün  o  barədə  sizə  məlumat  verə  bilmədi,  amma  onların  adları  və 

başlarına gələn əhvalatlar [tərəfimizdən] qələmə alınacaqdır. 

O həzrət (yəni Sultan Məhəmməd  - Ş.F.) doqquz yüz otuz 

səkkizinci  ildə  (miladi  1531/32),  yəni  cənnətməkan  şahın  (Şah 

Təhmasibin  -  Ş.F.)  hümayun  cülusundan  səkkiz  il  sonra  böyük 

bayanduriyyə  əmirlərindən  olan  Musa  Sultan  Mosullunun  qızı 

Sultanımdan  doğulmuşdur.  "Fərzənde  -  Şah  Təhmasb  əvvəl 

Məhəmməd  aməd"

176

  bu  möhtərəm  mövlüd  gününün  maddeyi-



tarixidir  ki,  bu  uca  ad  onun  adı,  "Xudabəndə"  isə  ləqəbidir.  Atası 

vəfat edərkən onun qırx altı yaşı vardı. Doqquz yüz qırx üçüncü ildə 

(miladi  1536/37),  o  həzrətin  altı  yaşı  olarkən  Xorasan  diyarının 

hakimliyinə  layiq  görüldü  və  Məhəmməd  xan  Şərəfəddinoğlu  ona 

lələ  və  əmirülüməra  təyin  edildi.  O  həzrət  [beləliklə]  Herat 

darüssəltənəsində  hökmranlıq  taxtına  əyləşdi.  Məhəmməd  xan 

həmin  dövlət  bağının  olduqca  gənc  sahibi  idi.  O  bir  neçə  il  bu 

darüssəltənədə  afiyət,  kamranlıq,  dövrün  nəfsani  fəzilət  və  kamal 

elmlərini  öyrənməklə  vaxt  keçirdi.  [Məhəmməd  Xudabəndə]  baş 

verməkdə olan bütün işlərdən xəbərdar və agah idi. Fəhmli, fərasətli 

və səxavətli idi. Qəlbigeniş adamdı. Onun gözündə dünyanın bütün 

nemətləri  ilə  yol  torpağının  fərqi  yoxdu.  Hərbənbir  "Fəhmi" 

təxəllüsü ilə şe'r s.125 yazardı. Şivə və rəftanna görə zarafatcıl adam 

idi,  həyatda  dərd-qəmə  çox  az  dalardı.  Bir  qədər  vaxt  ötdükdən 

sonra,  cənnətməkan  həzrət  şah  o  xilafət,  şəhriyarlıq  və  bəxtiyarlıq 

sədəfini  saraya  çağırdı,  onun  əyan  qardaşı  İsmayıl  Mirzəni  isə 

Herata  göndərdi.  Az  sonra  bu  şahzadənin  mülki  işləri  və  başqa 

namülayim hərəkətləri şahın  məzacına  müvafiq olmadığı üçün onu 

                                                           

176


 Maddeyi-tarixin farscası: 

Fərzəndi Təhmasibin əvvəl Məhəmməd oldu. 

 


246 

 

geri  çağırıb  Qəhqəhə  qalasına  yolladı.  O  yüksək  vəzifəyə  isə 



yenidən nəvvab şahzadə (yəni Məhəmməd Mirzə - Ş.F.) təyin edildi. 

Barəsində  yuxarıda  məlumat  verdiyimiz  Məsum  bəy 

Səfəvinin  bir  dəstə  əmir  və  əsgərlə  dəfninə  yollandığı  Qazaq 

Təkəlinin  hadisəsindən  sonra  nəvvab  şahzadə  tapşırığa  əsasən 

özünün  əziz  fərzəndi  Sultan  Hüseyn  Mirzə  ilə  saraya  gəldi,  görüş 

bitdikdən sonra  geri  qayıtdı.  Şahqulu Sultan  Yegan  Ustaclı  [onun] 

lələsi və əmirülümərası oldu. O vaxtlarda Heratda o həzrətin gözləri 

zəifləməyə başladı. Müalicəni çox yubatdılar. Təcrübəli cərrahlar və 

göz həkimləri onu  müalicə etmək istəyirdilərsə də, o həzrət bu işə 

çox  az  diqqət  verdi.  Get-gedə  gözlərinin  zəifliyi  gücləndi,  gözləri 

tamamilə işıqdan düşdü. Müxtəlif məsələlərə görə o həzrətlə lələsi 

Şahqulu Sultan  arasında kin-küdurət başlandı. Onlar bir-birinin pis 

rəftarı  barədə  şikayətə  başladılar.  Cənnətməkan  şah  əziz  oğlunun 

şərafətli  xatirini  çox  istədiyindən  onu  Şiraz  darülmülkünə  yolladı. 

Şahzadənin  qiymətli  fərzəndlərindən  olan  Sultan  Həsən  Mirzəni 

orduya gətirdilər və səltənət və iqbal dudmanının göz nuru olan uca 

şahzadə  əlahəzrət  zilləllah  şahı  isə  (Abbas  Mirzəni  -  Ş.F.)  öz 

möhtərəm  atasının  yerinə  "Xorasanın  padşahı"  adlandırdılar.  O 

həzrət (Məhəmməd Mirzə - Ş.F.) hümayun fərmanına görə, səltənət 

bağının  həmin  gənc  ağacını  (yəni  Abbas  Mirzəni  -  Ş.F.)  Heratda 

qoyub,  özü  başqa  kamkar  fərzəndləri  ilə  birgə  Şiraza  yollandı  və 

"Müzəffəri"  darülmülkündə  sərvərlik  büsatına  qədəm  basdı  (yəni 

hakimiyyətə başladı - Ş.F), Vəli Sultan Qalxançıoğlu Zülqədər onun 

lələsi  və idari işlərinin icraçısı oldu. O həzrət bir neçə  vaxt həmin 

fərəhbəxş  yerdə  yaşayaraq  günlərini  sakit  tərzdə  keçirməkdə  idi. 

Yeri cənnətlik olan həzrət şahın vəfatı və İsmayıl Mirzənin səltənəti 

vaxtı onun şərafətli əhvalına nigarançılıq yol tapdı. [Tezliklə] elə bir 

hadisə - qəvavü-qədərin qərarı ilə İsmayıl Mirzənin hadisəsi (ölümü 

-  Ş.F)  baş  verdi  və  o  həzrət  öz  bəxtinin  köməyi  ilə  yüksək 

hökmdarlıq  mərtəbəsinə  yüksəldi  ki,  bu  haqda  aşağıda  məlumat 

veriləcəkdir. 

O həzrətin (Məhəmməd Xudabəndə  - Ş.F) birinci fərzəndi 

Gilanın  mötəbər  əmiri  və  Qazi  Cahanın  damadı  Mir  Əbdüləzim 

Seydi  Hüseyninin  qızından  doğulan  Sultan  Həsən  Mirzədir.  Onun 

doğum  tarixi  nəzərimizə  dəymədi,  amma  böyük  babası  vəfat  edən 

vaxt on səkkiz yaşı vardı, buna görə də təxmin etmək olar ki, [Sultan 

Həsən  Mirzə]  doqquz  yüz  altmış  altıncı  ildə  (miladi  1558/59) 

doğulmuşdur.  Cənnətməkan  şah  o  cavan  və  xoşbəxt  şahzadəni  ali 



247 

 

saraya gətirdi və o, bir neçə müddət şahın təlim-tərbiyəsi altında gün 



keçirdi, Mazandaran vilayətinin yarısı ona verildi. Yeri cənnət olan 

şahın vəfatı zamanı o, Mazandaranda idi. Fəhmli, fərasətli adam idi, 

təbi də vardı, bu rübai onun dilindən çıxmışdır: 

 

Hüsnündə sənin ki, lalə baş qaldıracaq,  



Eşqinlə şərabi-jalə bas qaldıracaq.  

Hər kim ki, ələ piyalə alsa səndən,  

Qəbrindən onun piyalə baş qaldıracaq.

177 


 

Əmisi  İsmayıl  Mirzənin  səltənəti  zamanı  şəhid  olmuşdur 

ki,  bu  barədə  İsmayıl  Mirzə  hakimiyyəti  zamanında  baş  verən 

hadisələrin şərhində məlumat veriləcəkdir. 

İkinci  fərzəndi  qədr-qiymətli  şahzadə  Sultan  Həmzə 

Mirzədir  ki,  Mazandaran  valisi  Mir  Abdulla  xanın  müqəddəs  qızı 

məhdülya  Xeyrənnisa  bəyimdən  doğulmuşdur.  Həmin  vaxtlarda 

onun  on  yaşı  vardı  və  öz  alişan  atası  ilə  Şiraz  darül-mülkündə 

yaşayırdı.  Nəvvab  İsgəndərşanının  (Məhəmməd  Xudabəndənin  - 

Ş.F)  səltənəti  vaxtı  vəkalət  vəzifəsində  idi  və  vəliəhd  rütbəsinə 

çatmışdı. Alişan atasının on ilə yaxın olan hakimiyyəti zamanı o, öz 

əziz  atasının  xidmətində  duraraq  dövlət  işləri  ilə  məşğul  olmaqda 

idi. Kəcrəftar fələyin əyri gedən işləri nəticəsində napak bir adamın 

dəllək  oğlu  tərəfindən  öldürüldü  ki,  böyük  atasının  hakimiyyəti 

vaxtı baş verən hadisələrin şərhində bu barədə məlumat veriləcəkdir. 

Üçüncüsü  şah,  aləm  və  aləm  əhlinin  şahzadəsi  olan 

əlahəzrət  Şah  Abbas  bahadur  xandır  ki,  Məryəm  şanlı  nəvvab 

məhdülyadan (Xeyrənnisadan - Ş.F) doğulmuşdur. O səadət və iqbal 

gülşəninin pöhrəsi və Allahın seçilmiş adamı bəzilərinin doqquz yüz 

yetmiş  səkkiz  (miladi  1570/71),  bəzilərinin  isə  doqquz  yüz  yetmiş 

doqquzuncu  (miladi  1571/72)  il  kimi  yazdıqları  ilin  mübarək 

ramazan  ayının  sonlarında  düşənbə  gecəsi,  türklərin  "yunt  il"  ("at 

ili" - Ş.F) adlandırdıqları ildə Herat darülsəltənəsində doğulmuşdur. 

O  doğulan  vaxt  sanki  cah-cəlal  üfüqündən  aləmi 

işıqlandıran  elə  bir  günəş  parladı  ki,  zülmət  dünyanı  öz  hümayun 

                                                           

177

 Rübainin farscası: 



Ruyət ke ziyade lale miruyəd əz-u,  

Əz tabe-şərab jale miruyəd əz-u,  

Dəsti ke piyaleyi ze dəste-to gereft  

Gər xak şəvəd piyale miruyəd əz-u. 



248 

 

çöhrəsi  (tələt)  ilə  işıqlandırdı,  iqbal  başlanğıcından  (mətlə)  elə 



xoşbəxt bir ulduz doğuldu ki, insanlar üzərinə mehribanlıq (rəfət) və 

xeyrxahlıq (emtenan) işığı saldı. 

Asiman  carçıları  (monhiyan)  həmin  xoşbəxt  mövlud 

münasibətilə insanlarına əmin-amanlıq müjdəsi verdilər, qəza-qədər 

fərmanlarını  yerə  çatdıranlar  isə  toz-torpağlı  (ğəbra)  yer  üzünün 

sakinlərinin üzünə şadimanlıq qapıları açdılar. 

 

Beyt[lər] 

 

O, kərəm bürcündən doğulduğu dəm,  

Gəldi bir günəş ki, nurlandı aləm.  

Allahın lütfüylə doğulan gündə,  

Bir ulduz parladı şahlıq bürcündə.  

Elə qərq etdi ki, nur hər yanı,  

Onun parlaqlığı tutdu cahanı.

178


 

 

O  xoşbəxt  doğuşun  taleyi  ilə  insanların  ümid  tarlası  - 



ulduzlar üzümü (xuşeyi-pərvin) barlı-baharlı oldu. Onun iqbal sahibi 

Ütarüd*  səyyarəsidir  ki,  buna  görə  də  insanların  əməl  səhifələri 

ədalət və ehsanın zərrin hərfləri ilə bəzədilib yazılmışdır. O həzrətlə 

bağlı nadir və qəribə hadisələrdən biri də budur: Təvəllüd vaxtından 

başlayaraq səltənət və hökmdarlıq taxtına yüksələn vaxta qədər tale 

o həzrətin vəziyyət və əhvalına münasib olmuşdur. 



 

Birinci Şah Abbasın doğulmasının fərmanı: 

     


 

İqbal  və  başıucalığın  o  göz  bəbəyinə  (Abbas  Mirzəyə  - 

Ş.F.) süd vermək (reza) və xidmət etməkdən ötrü gətirilən mamaça 

qadın  o  vaxtlarda  dünyaya  övlad  gətirməmişdi  və  döşlərində  süd 

yox  idi.  Buna  baxmayaraq  o  döşünü  o  həzrətin  mübarək  ağzına 

                                                           

178

 Beytlərin farcası: 



Ze borce-mokremət əz bəxte-firuz  

Bəraməd aftabi-aləməfruz.  

Foruğan gəşte əz lotfe-elahi  

Homayun əxtəri əz borce-şahi.  

K-əz ənvarəş zəmane rovşəni yaft,  

Foruğəş bər cəbine-aləmi taft. 

 


249 

 

verdi.  Süd  əmmə  vaxtı  ilahinin  fərmanı  və  bitib  tükənməz  kamil 



qüvvənin hikməti ilə o möhtərəm mamaçanın döşlərinə o qədər süd 

gəldi  ki,  kamkarlıq  bəhrinin  göhvəri  olan  həmin  şahzadə  süddən 

doyunca içdi. Nadir adətlərdən (hallardan – Ş. F.) biri olan bu qəribə 

iş baş verdikdən sonra həmin iffətli qadın o əziz körpəni onun süd 

qardaşı ilə birlikdə əmizdirməyə başladı. Bu hadisə qəribə hallardan 

biri olduğu üçün qələm bunun təsvirini yazası oldu.  

Vaxtın  qədrini  bilən  ağıllı  adam  bilir  ki,  dünyəvi  və  dini 

işlərdə  neçə-neçə  təəccüblü  əməlləri  olmuş  yüksək  (səfvət)  nejadı 

içərisində Allahın qüdrəti məhz onun hümayun və müqəddəs zatına 

gözəl  xüsusiyyətlər  əmanət  (vədiə)  qoymuşdur.  Onun  əməlləri 

çiçəkləndi. Bütün məşhur şahzadələr zümrəsi içərisində o, xilafət və 

kamkarlıq dəryasının gövhəridir. Qiymətli atası və xoş əxlaqlı anası 

tərəfdən  o,  səltənət  və  xilafət  bağının  səmərəsi  kimi  yaranmışdır. 

Onun ata və ana babaları əxlaqlı və Allah adamları olduqlarına görə 

bu  dərgahın  seçilmişlərindən  olmuşdular.  O  səfəvi  nəslindən  olan 

başqa  şahzadə  və  hökmdarlardan  da  bu  cəhəti  ilə  üstün  olmuşdur. 

Həmin  qiymətli  səltənət  və  bəxtiyarlıq  gövhərinin  atası  İsgəndər 

şanlı  nəvvab  Əbülqalib  (qələbə  atası,  cəng  atası  -  Ş.F.)  Sultan 

Məhəmməd  padşah,  böyük  atası  isə  (yəni  babası  -  Ş.F.)  Cəm 

məqamlı  cənnətməkan  şahdır  ki,  öz  şan-şöhrətinin  əzəməti, 

məkanının böyüklüyü, nəsəbinin aliliyinə görə cahan vəssafları (vəsf 

edənlər - Ş.F.)  və bəlağət sahibləri tərəfindən təriflilərin ən təriflisi 

kimi qiymətləndirilmişdir. O Yaqubnişan xaqanın müqayisəsi yalnız 

övliyalar  sultanı  olan  səfiəl-həqq  və-l-həqiqət  və-d-din  (Şeyx  

Səfiəddin - Ş.F.) ilə oluna bilər, ali məqamı isə hesaba sığmazdır. O 

ilahi  əsrarın  arifi  risalət  və  imamət  dudmanında  elə  bir  şəxsdir  ki, 

onun barəsində bu şərafətli kitabın əvvəlində yazılmışdır. 

[Şah  Abbasın]  anası  isə  əzəmətli  qadınların  ən  əzəmətlisi 

və  böyük  banu  (banuye-kobra)  olan  məhdülya  Xeyrənnisa  bəyim-

səyadət  və  səltənətpənah  Mazandaran  valisi   Mir Abdulla xanın 

möhtərəm qızıdır. 

 

Şah Abbasın ana tərəfindən əsl-nəsəbinin bəyanı: 

 

Mir Abdulla "Mir Bozorq" adı ilə Şah Abbasın məşhur olan 



mərhum  Seyid  Qəvaməddinin  nəslindəndir.  Belə  ki,  Mir  Abdulla 

xan [şəcərə üzrə] ibn Sultan Mahmud xan ibn Mir Əbdülkərim ibn 

Seyid  Məhəmməd  ibn  Seyid  Mürtəza  ibn  Seyid  Əli  ibn  Seyid 


250 

 

Kəmaləddin  ibn  Əmir  Teymur  Gürəkanın  müasiri  olan  bir  nəslə 



gedib  çıxır.  O,  tarix  kitablarında  yazıldığı  kimi  Mahanə  qalasında 

mühasirəyə  düşdü  və  döyüşə  başladı.  O,  cənab  Mir  Bozorqun, 

böyük oğludur və onun şərafətli nəsəbi Seyid Əli əl-Mərəşiyə çatır. 

Elə  buna  görə,  də  bu  sülalə  seyidlərini  "Mərəşi  seyidləri" 

adlandırırlar.  "Tarixe-cəhanara"da  yazılmışdır  ki,  o  cənab,  səcdə 

edənlərin  imamı  və  ariflərin  qibləsi  (İmaməs-sacedin  və  qiblətün-

arifin) həzrət imam Zeynalabdın əleyhüssəlamın - ona Allahın salam 

olsun  -  nəslindəndir.  Xülasə,  o  mərhum  cənab  qədir-qiyməlli 

Hüseyni  seyidlərindəndir.  İmam  Zeynalabdın  maddi  və  mənəvi 

səltənət  sahibi,  ülvi  məqamlara  çatan  bir  şəxs  kimi  yer  və  göy 

sirlərini  açmağı  bacarmışdır.  Cavanlığının  ilk  çağlarından  ilahinin 

köməyi  ilə  iştah  artıran  şeylərdən  (möştəhiyyat)  nəfsini  çəkmiş, 

qədəmini  cahad  (mocahede)  və  riyazət*  vadisinə  doğru 

yönəltmişdir.  Ali      məqam      dərəcələrinə      yüksəlişdən      sonra   

Təbəristan  məmləkətləri  və  onların  təbəələri  o  rəbbani  arifin 

vəlayətinə (idarəçiliyinə  - Ş.F.) həvalə olundu.  İmam Zeynalabdin 

təqdirə boyun əyib Mazandarana getdi və hamin diyarda qaldı. Onun 

oradakı  xanəgahı  o  mülk  əhalisinin  ziyarət  yeridir.  Mazandaran 

vilayətinin valisi Çəlavilər sülaləsindən olan Əfrasiyab idi. İradət** 

əhlinin  həmin  həzrətin  ardınca  getməsindən  və  onun  mürid  və 

tərəfdarlarının  çoxluğundan  Əfrasiyabın  o  cənabla  münasibətləri 

kəskinləşdi, onu dəf etmək qərarına gəldi, ətrafındakı rəzil dəstəsiylə 

birlikdə  seyidin  xanəgahına  gəldi,  şəriətə  əsaslanan  o  cənab 

Əfrasiyabı  şərən  dəf  etmək  istədi,  müdafiə  olunmağa  başladı. 

Allahın  təqdiri  ilə qəza  oxundan  çıxan  bir  ox  Əfrasiyaba  dəydi  və 

onu qətlə yetirdi, o cənabsa qələbə çaldı, o mülkdə qılıncı ilə xüruc 

etdi, dünyəvi səltənəti  mənəvi səltənətlə birləşdirdi. O  gözəl sifətli 

həzrətin  əhfalatının  təfsilatı  belədir.  Bu  haqda  "Tarixe-Təbəristan" 

kitabının  müəllifi  Seyid  Zəhirəddin***  yazmışdır  və  yığcam 

məlumat  "Həbibüs-siyər"də  də  vardır.  Onların  yazdıqlarına 

inandığımız  üçün  biz  bu  haqda  yazmadıq,  həzrət  zilləllah  şahın 

şəadətli  təvəllüdünü  əks  etdirməyə  başladıq.  Xülasə,  səfvətli  (ən 

yaxşı,  ən  yüksək  -  Ş.F.)  və  iffətli  məhdülyanın  ata-babaları 

nəsillikcə (pedər be pedər) Təbəristan diyarında vali və fərmanfərma 

olmuşlar.  O  ilahi  nurunun  səadətli  vəladəti  (doğuşu  -  Ş.F.)  Herat 

darüssəltənəsində  olduğundan  (Şah  Abbasın  təvəllüdündən  söhbət 

gedir  -  Ş.F.),  onun  hümayun  alnında  səltənət  və  kamkarlıq  nurları 

zahir  olmaqda,  bəxtəvər  çöhrəsində  xilafət  və  cahanbanlıq  şüaları   



251 

 

parlamaqdaydı.  O  zaman  Herat  darüssəltənəsində  olan  bilikli 



münəccimlər  və  fəzilətli  ulduzşünaslar,  xüsusən  Mövlana 

Əbdülsəməd  Herəvi  o  iqbal  bürcünün  tale  zicindən  öyrənib  xəbər 

verdi ki, o həzrət tezliklə hökmranlıq rütbəsinə çatacaq, onun dövlət 

günəşi  səadət  üfüqünün  dairəsində  görünəcək,  ədalət  şüaları 

insanlara ziya bəxş edəcək, əhali onun mehribanlıq və minnətdarlıq 

kölgəsi altında asudə olacaqdır. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin