Azərbaycan məktəbi



Yüklə 80,57 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix14.12.2023
ölçüsü80,57 Kb.
#177690
1   2   3   4   5   6   7
Stressin Tlim Prosesin Tsirlri v On

STRESS VƏ BAş AğRILARI
Baş ağrıları gündəlik həyatda ən geniş yayılmış
sağlamlıq problemlərindən biridir. Baş ağrılarının
səbəbləri müxtəlif olsa da, bunlar arasında ən
çox rast gəlinəni stress nəticəsində gərginlikdən
yaranan başağrısı və miqrendir. Gərginliklə bağlı
baş ağrısında ağrı bəzi insanlarda ənsədən,
bəzilərində isə alından və gözlərin üstündən
başlayaraq, başın hər iki tərəfinə yayılır, davamlı
Aysun Süleymanova
126
Azərbaycan məktəbi. 2021. №1


olur, bəzən şiddətlənərək insanların işgörmə
qabiliyyətinə maneə törədir. Bəs gərginlik niyə
ağrıya səbəb olur? Gərginlik ilə ağrı arasındakı
əlaqəni müəyyən etmək üçün tibbi biliklərə nəzər
salmaq lazımdır. Stress və onun səbəb olduğu
gərginlik ilə ağrı arasında vacib bir əlaqə var.
Stressin səbəb olduğu gərginlik damarların
daralmasına, başın müəyyən nahiyələrinə gedən
qan axınının pozulmasına və zəifləməsinə səbəb
olur. Hər hansı bir toxumanın qansız qalması isə
ağrı ilə nəticələnir. 
STRESS VƏ xƏRçƏNG xƏSTƏLİYİ
Alimlər belə düşünür ki, xərçəng insan bədə-
nində olan hüceyrələrin idarəolunmaz vəziyyətlə
əlaqədar özbaşına çoxalmasıdır. Xərçəng xəstəliyi
zamanı şiş bədənin bir çox yerində – beyin, qan,
limfa vəziləri, əzələ, sümük və s. yarana bilir.
Xərçəng xəstəliyinin yaranmasının ən böyük
amillərindən biri də stressdir, çünki bu vəziyyətdə
insanda qan təzyiqi qalxır, şəkərin miqdarı artır
və orqanizmin fəaliyyəti pozulur. Bu vəziyyət
uzun müddət davam etdikdə stress xronikiləşir.
Nəzərə almaq lazımdır ki, stresslə bağlı olan
zərərli vərdişlər, siqaret çəkmək, spirtli içki qəbul
etmək və s. kimi davranışlar və ya depressiyaya
bağlı aktiv olmayan həyat tərzi də xərçəng xəstəliyi
riskini artıra bilər. Sağlam bədən sağlam ruh və
yaxşı sosial həyat mənasına gəlir. İnsan sağlamlığı
üzərində 60% həyat tərzinin, 7% iqlim şəraitinin,
10% sosial mühitin, 15% genetik faktorların, 8%
isə tibbi vəziyyətin təsiri vardır (Selye, 1955).

Yüklə 80,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin