Azərbaycan məktəbi



Yüklə 80,57 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix14.12.2023
ölçüsü80,57 Kb.
#177690
1   2   3   4   5   6   7
Stressin Tlim Prosesin Tsirlri v On

STRESS VƏ İMMUN SİSTEMİ
Stress zamanı böyrəküstü vəz iki hormon ifraz
edir: kortizol və adrenalin. Bu hormonların hər
biri insan bədəninə müxtəlif cür təsir edir. Kortizol
hormonunun çoxluğu depressiyaya səbəb olur.
Çünki onun bədəndə istehsal olunması zövq
hormonları adlandırılan dopanin və serotoninin
təsirlərini azaldır. Artıq miqdarda kortizol istehsalı
hipoqlikemiya, yüksək təzyiq, orqanizmin həs-
saslığının artması və əzələ toxumasının azalması
ilə nəticələnir. Bu da diabetə, ürəyin işemik
xəstəliyinə, xolesterola səbəb olur. Orqanizmin
stresslə mübarizə edə bilməsi üçün hər iki hormona
ehtiyac duyulur. Ancaq həddən artıq hormon ifrazı
və insanın uzun müddətli stressdə olması ciddi
sağlamlıq problemlərinə gətirib çıxarır. Davamlı
olaraq adrenalin təsirinə məruz qaldıqda maddələr
mübadiləsi artır. Adrenalin sərbəst buraxıldıqda
qan təzyiqi yüksəlir, ürək döyüntüləri artır. Bəzi
insanlar adrenalini artırmaq üçün ekstremal id-
manlarla məşğul olurlar. Nəzərə almaq lazımdır
ki, orqanizmdə adrenalinin çoxalması hipertoniya
və qan-damar sistemi ilə bağlı digər problemlərə
gətirib çıxara bilər. Bədəndə adrenalin çatışmadıqda
isə depressiya halları müşahidə olunur. 
STRESS VƏ şƏKƏR xƏSTƏLİYİ
Amerikanın Duke Universitetində aparılan bir
araşdırmada stressli və kök insanlarda şəkər
xəstəliyinin (diabet) daha tez və asanlıqla yarandığı
müəyyən edilmişdir. Stressli insanların qanında
artan epinefrin (adrenalin) hormonu qanda şəkərin
sürətlə artımına və şəkər xəstəliyinin yaranmasına
səbəb olur. Əgər şəkər xəstəliyi riski varsa,
xəstəlikdən qorunmaq üçün stressdən uzaq dur-
maq və yuxu rejiminə diqqət yetirmək lazımdır.
Gün ərzində 6 saatdan az yatan şəxslərdə, gündə
6-8 saat yatan şəxslərə nisbətən bu xəstəliyin
yaranma ehtimalının 5 dəfə çox olduğu müəyyən
edilmişdir. 
Stress insanların fiziki və psixi sağlamlığına
mənfi təsir göstərir. Ağır stressi olan insanlarda
şəkərin miqdarı çoxaldıqca gərginlik daha da
artır. Buna görə də, pis düşüncələrdən uzaq olmaq
və müsbət işlər barədə düşünmək lazımdır.

Yüklə 80,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin