Azərbaycan məktəbi


LEARNING PROcESS AND METHODS OF



Yüklə 80,57 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix14.12.2023
ölçüsü80,57 Kb.
#177690
1   2   3   4   5   6   7
Stressin Tlim Prosesin Tsirlri v On

LEARNING PROcESS AND METHODS OF
FIGHT AGAINST IT
AYSUN SULEYMANOVA
Nakhchivan State University, Master in Human and Animal Physiology.
E-mail: aysunsuleymanova50@gmail.com
https://orcid.org/0000-0002-9836-3808
This study discusses stress in all areas, including training, its types,
effects on human health, diseases, and methods of dealing with them.
It is noted that the school not only stimulates the overall development
process but sometimes becomes a source of growing tensions. Stress
hormones increase in the body under constant stress, and as a result,
the ability to learn, logically and creative thinking decreases. Fear of
receiving a low mark, falling behind classmates, and being held ac-
countable in front of parents because of poor or no learning outcomes
can lead to stress. Therefore, it is necessary to be careful in situations
that may create tension and to know that creating stress is as dan-
gerous as living it.
Keywords: 
Stress, illness, organism, migraine.
To cite this article: 
Suleymanova A. (2021). The effects
of stress on the learning process
and methods of fight against it.
Azerbaijan Journal of Educational
Studies.
Vol. 694, Issue I, 
pp. 124–130
Article history 
Received: 10.04.2021 
Accepted: 22.04.2021
ABSTRAcT


GİRİş
Stress insanların gündəlik həyatında rast
gəlinən fiziki və ya emosional gərginlik vəziyyətidir.
İnsan hansı sahədə fəaliyyət göstərməsindən asılı
olmayaraq, gündəlik həyatında stresslə qarşı-
qarşıyadır. Həyatda həm mənfi, həm də müsbət
stressə rast gəlinir. Stressin heç yaşanmaması in-
sanlarda motivasiya və həyəcanı azalda bilər. Orta
dərəcədə yaşanan stress insanın həyat enerjisinin
və motivasiyasının artmasına səbəb olur. Onun
həddən artıq olması isə depressiya, yuxusuzluq
və yorğunluqla nəticələnir. Bəzi xəstəliklərin əsas
mənbəyi, bəzilərinin isə sürətlənməsində rol oy-
nayan stress 2 cür olur:
1. Fizioloji stress (buna bioloji stress də deyirlər) 
2. Psixoloji stress 
İnsan orqanizmində fizioloji stressi törədən
faktorlara tənəffüsün çətinləşməsi, yüksək və
aşağı temperatur, fiziki gərginlik və s. kimi sağlıq
problemləri aid edilir. Psixoloji stress isə iki cür
olur: a) İnformasion stress – informasiya çoxluğu,
qısa vaxt və yüksək məsuliyyət vəziyyətində,
problemin həll olunması çətinləşən zaman baş
verir; b) Emosional stress – təhlükə, lağ, kinayə,
təhqir kimi hallar zamanı yaranır (Şamilov, 2007).
Kanadalı fizioloq Hans Selye stressi belə
qiymətləndirirdi: “Stress bütün qeyri-spesifik
dəyişikliklərin məcmusudur. O, xaricdən hər hansı
tələbatın orqanizmə qeyri-spesifik reaksiyasıdır”
(Yusifov, 2014). Stress yaşamayan insan yoxdur
və bunun qarşısını almaq qeyri-mümkündür.
Əlbəttə, yaşanılan stress bəzən zərərli olmaya
bilər. Hətta az miqdarda stress insanları hərəkətə
gətirib onlarda enerji artımına və özünüinkişafa
səbəb ola bilər. Yüksək stress isə insanların iş
qabiliyyətinin azalması, həyatdan zövq ala
bilməməsi, fərdi və ya kollektiv münasibətlərdə
problemlərin yaranması ilə nəticələnə bilər. Stress
yaradan hər hansı bir vəziyyətlə qarşılaşdıqda
ürək döyüntüsü, qan təzyiqi və enerji istehsalı
artır, orqanizmdə yaranan problemə uyğun hormon
hazırlanır. Yəni, əslində insan bədəni stress
vəziyyətinə qarşı hər zaman hazırlıqlıdır, bununla
belə, stress davamlı yaşanarsa, sağlamlığa ciddi
ziyan vura bilər.
Stress vəziyyətində olan şəxs 3 fərqli reak-
siyadan birini göstərir: 1) Mövcud vəziyyətlə
mübarizə edəcək gücünün olduğuna inanırsa
savaşmaq; 2) Öhdəsindən gələ bilməyəcəyinə
inanırsa geri çəkilmək; 3) Geri çəkiləcək gücünün
olmadığına inanırsa donub qalmaq (Freyd, 1994).
Bu reaksiyalar, əsasən, insanın özünə olan ina-
mından qaynaqlanır. Çünki insanların gücünün
çata bilmədiyi hər şey stress mənbəyidir. Məlum-
dur ki, uzun müddət stressə məruz qalmaq ciddi
sağlamlıq problemlərinə səbəb olur. Ürək-damar
xəstəlikləri, müxtəlif dəri xəstəlikləri, bəzi revma-
tizm xəstəlikləri, infeksiyalar və daha bir çox
xəstəliyin davametmə müddətində yaşanan stress
xəstəliyin gedişinə ciddi təsir göstərir. Stress
vəziyyətində bədən üzvlərində aşağıdakı dəyişik-
liklər baş verir:
• 
Beyində hafizə və düşünmə qabiliyyəti
güclənir;
• 
Daha yaxşı görmək üçün göz bəbəkləri kiçilir;
• 
Ağciyərlərdə oksigenin istifadəsi artır;
• 
Qaraciyərdə ehtiyat halında toplanan qlikogen
qlükozaya çevrilir;
• 
Ürəkdə qan təzyiqi artır, ürəyin ritmi sürət-
lənir (Məmmədov, Təqdisi, İslamzadə, 1989).
Stressli mühit davam etdikdə, ikinci mərhələ
başlayır. Bu mərhələdə orqanizm stressli mühitə
uyğunlaşır və qandakı biokimyəvi maddələr azalır.
Orqanizm özünü sanki normal vəziyyətdə
işləyirmiş kimi göstərir, əslində isə yorulur və
getdikcə müqavimətini itirir. Üçüncü mərhələdə
isə orqanizm stressə tab gətirə bilmir,
müqavimətini itirir və müxtəlif xəstəliklər
yaranmağa başlayır. Bu xəstəliklərin bəziləri
xroniki hal alır, hətta ölümə səbəb ola bilir. 

Yüklə 80,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin