Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Mis – daş dövrü ( enolit )



Yüklə 227,84 Kb.
səhifə3/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   2   3   4   5   6   7   8   9   ...   66
null-23

Mis – daş dövrü ( enolit ) E.ə. Vİ minillikdən –İV minilliyin ortalarına qədər olan dövrü əhatə edir. Mis insanların tanış olduqları ilk metaldır və Azərbaycan ərazisi mis yataqları ilə zəngindir. Füzuli rayonunun Xantəpə düşərgəsində tapılan və əritmə üsulu ilə düzəldilən mis qab Cənubi Qafqazda ən qədim metal ərintisinin alınmasını əks etdirən ilk tapıntıdır.Lakin mis alətlər yumşaq olduğu üçün tez sıradan çıxırdı. Ona görə də təsərrüfatda mis alətlərlə yanaşı daş alətlərdən geniş istifadə olunurdu. Eneolit dövründə insanların ictimai həyatlarında əhəmiyyətli dəyişikliklər yaranmışdır. Belə ki,bu mərhələnin əvvəllərində və ortalarında ana xaqanlığı özünün çiçəklənmə mərhələsini yaşayırsa, sonlarında ana xaqanlığı tənəzzül mərhələsini yaşayır.Bu dövrdə kiçik tayfaların yaranması ilə qonşuluq icması meydana çıxır.Qonşuluq icmasında qəbilə quruuluşundan fərqli olaraq əkin sahələri ailələr arasında bölünür, hər ailə öz əmək alətləri ilə işləyir və yığılan məhsul həmin ailəyə çatır. Eyni zamanda qonşuluq icması daxilində tədriclə əmlak bərabərsizliyinin izləri görünməyə başlayır. Cəlilabad rayonunda Əliköməktəpə deyilən yerdə e.ə. V minilliyə aid əhliləşdirilmiş at sümüyünyn tapılması göstərir ki, Azərbaycan ərazisi atın əhliləşdirildiyi qədim diyarlardan biri olmuşdur. Gəhliləşdirilmişdi.

Tunc dövrü. Bu dövr e.ə. IV minilliyin II yarısından e.ə. II minilliyin sonlarına qədər davam etmişdir. İnsanlar misin, tərkibinə sürmə,mərgümüş, nikel,qalay qatmaqla yeni ərinti – tuncu əldə ediblər. Tunc alətlər möhkəm və iti olduğu üçün təsərrüfatda daş alətlərdən istifadəni sıradan çıxardı. Tunc dövrü öz növbəsində erkən tunc , orta tunc və son tunc mərhələlərinə bölünür

Erkən tunc.Bu mərhələ IV minilliyin II yarısından III minilliyin sonuna qədər olan dövrü əhatə edir.Elmi ədəbiyyatda Kür – Araz mədəniyyəti kimi tanınır. Erkən tunc dövrünün əsas yaşayış məskənləri əsasən çay kənarlarında , bulaq yaxınlıqlarında , müdafiə üçün əlverişli yerlərdə salınırdı.Bunların sırasına Babadərviş , Kültəpə , Göytəpə , Xantəpə və s.qədim yaşayış məskənlərini göstərmək olar.Erkən tuncda insanların həyatlarında aşağıdakı dəyişikliklər baş verdi :

  • əhali dağətəyi və dağlıq ərazilərə yayıldı

  • Sərkərtəpə( Xaçmaz r-nu),Babadərviş (Qazax r-nu), Kültəpə ( Naxçıvan ) yaşayış yerlərində mehrabı olan ibadət evləri aşkar olundu.

  • Toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olundu.

  • Maldar tayfalar əkinçi tayfalardan ayrıldı, birinci böyük ictimai əmək bölgüsü meydana çıxdı.Bu da öz növbəsində tayfalar arasında mübadilənin meydana çıxmasına səbəb oldu.

  • Sadə süni suvarma sistemi yarandı.

  • Dulusçuluq,toxuculuq,metalişləmə sənətləri daha da inkişaf etdi.

  • Əkinçilik,maldarlıq,metalişləmənin inkişafı təsərrüfatda kişi əməyinə tələbatı daha da artırdı.Nəticədə tədriclə ana xaqanlığı ata xaqanlıöı ilə əvəz olundu. Nəsil ata xətti ilə müəyyən olunmağa başlandı.

  • Kollektiv dəfn , ölüyandırma mərasimləri ,kurqanlar ( təpə qəbrlər ) meydana çıxdı


  • Yüklə 227,84 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin