Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Son tunc və Erkən dəmir dövrü



Yüklə 227,84 Kb.
səhifə5/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   2   3   4   5   6   7   8   9   ...   66
null-23

Son tunc və Erkən dəmir dövrü. Son tunc dövrü e.ə.XIV – XII əsrləri ,erkən dəmir dövrü isə XI – VIII əsrləri əhatə etmişdir Bu dövrdə əkinçilik , maldarlıq və sənətkarlığın müxtəlif sahələrində olan inkişaf məhsuldar qüvvələrin sürətlə artmasına təkan vermiş , ictimai quruluşda əsaslı dəyişikliklər meydana çıxmışdır.Azərbaycan ərazisində bu dövrə aid Xocalı – Gədəbəy mədəniyyəti, Talış – Muğan mədəniyyəti və Naxçıvan mədəniyyəti arxeoloji abidələri öyrənilmişdir.Xocalı – Gədəbəy mədəniyyəti Kiçik Qafqaz və Kür çayınin sağ sahili zonasında yaranmış və e.ə. IV minillik – e.ə..VIII əsrləri əhatə etmişdir.Bu mədəniyyət üçün müxtəlif tipli qəbrlər ,müdafiə hasarları , qalaçalar , siklop tikililəri xarakterikdir.Talış – Muğan mədəniyyəti e.ə. XIV – e.ə. VIII əsrlərdə Talış dağları , Cənubi Muğan və Lənkəran düzənliyində yayılmışdır.Bu mədəniyyət əsasən qəbir abidələrində tapılan nümunələr əsasında öyrənilmişdir. E.ə. II minillik və e.ə.İ minillin əvvəllərini əhatə edən Naxçıvan mədəniyyəti adından göründüyü kimi Muxtar Respublikanın ərazisində yayılmışdır.Bu mədəniyyətə aid ilk arxeoloji abidə 1895-ci ildə aşkar olunsada , mədəniyyətin əsaslı şəkildə tədqiqinə XX əsrin əvvəllərindən başlanılmışdır.Son tunc erkən dəmir dövrünün özünəməxsus xüsusiyyətləri var.Belə ki , bu dövrdə köçmə yaylaq maldarlığı daha da inkişaf edərək insanların iqtisadi həyatlarında daha önəmli mövqe tutmuşdur.Maldarlığın inkişafı atçılığın , dəvəçiliyin inkişafına təkan verdi. İnsanlar arasında ata sitayiş mərasimləri yarandı.Əkinçilikdə əmık alətlərinin təkmilləşdirilməsi bu sahədə məhsuldarlığın artmasına ,izafi məhsulun yaranmasına şərait yaratdı. Bu dövrdə əl dəyirmanı – kirkirə ixtira olundu. Son tunc erkən dəmir dövründə üçüncü böyük ictimai əmək bölgüsü baş verdi.Ticarət əkinçilik və maldarlıqdan ayrılaraq müstəqil müstəqil fəaliyyət sahəsinə çevrildi. Ayaqla hərəkətə gətirilən dulus çarxları icad olundu. Müdafiə xarakterli siklopik tikililər meydana çıxdı.Arxeoloji qazıntılar zamanı Azərbaycan ərazisində uzaq ölkələrdən gətirilmiş müxtəlif məmulatların tapılması bu ərazidə yaşayan insanların həmin ölkələr ilə iqtisadi əlaqələrinin olduğunun göstəricisidir.Məsələn , Xocalı kurqanından e.ə. XIV əsrdə yaşamış Assur hökmüdarı Adadnirarinin mixi yazı ilə adı yazılan muncuq tapılmışdır.Azərbaycanda istehsal olunan məmulatlara isə Avropa və Asiya ərazisində rast gəlinmişdir.

  • Beləliklə ,son tunc və erkən dəmir dövründə tayfa ağsaqqalları , nüfuzlu ailələr sıravi icma üzvülərindən fərqli olaraq böyük torpaq sahələri və sərvətlər ələ keçirərək böyük iqtisadi üstünlüyə malik oldular.Məhz bu dövrdə tayfa başçılarının , hərbi başçıların şəxsiyyətləri ilahiləşdirilməyə başlandı.Maddi sərvətlərə , geniş torpaq s

  • ahələrinə malik olan nüfuzlu tayfa üzvüləri sıravi tayfa üzvülərini özlərindən həm iqtisadi , həm də siyasi cəhıtdən asılı vəziyyətə saldılar. Tədriclə ibtidai icma quruluşunun daxilində yeni sinifli cəmiyyətin özəyi olan dövlət aparatı yaranıb formalaşmağa başlayır. Yəni ibtidai icma quruluşu öz yerini növbəti quruluşa – quldarlığa verir....

  • .. .

    ..



    .

    Azəbaycan ərazisində erkən dövlət qurumları və ən qədim dövlətlər

    Yüklə 227,84 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   66




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin