Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan



Yüklə 227,84 Kb.
səhifə8/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   4   5   6   7   8   9   10   11   ...   66
null-23

2.Manna dövləti.E.ə.IX əsrin II yarısında Cənubi Azərbaycanda ,Urmiya gölü ətrafında Manna dövləti yaranmışdır. .Mannanın adı ilk dəfə Assur hökmüdarı III Salmanasarın mixi kitabəsində çəkilir.Dövlətin ilk hökmüdarının adının Udaki olduğu güman edilir.Manna dövləti əvvəllər Zamua vilayətinin ərazisində yaranmışdır.Sonralar ətraf vilayətlər: Zikirtu , Uişdiş , Andia , Gilzan , Gizilbunda , Surikaş və. s. Manna hökmüdarınin siyasi hakimiyyətini qəbul etmişdir. Assur və Urartu təhlükəsi ,onlara qarşı birgə mübarizə zərurəti Manna tayfalarının birləşmələrini sürətləndirdi.Urartu və Assur dövlətləri arasında Manna torpaqlarını ələ keçirmək uğrunda mübarizə gedirdi.Manna hökmüdarı İranzu ( e.ə. 740 -719 ) yaranmış vəziyyətdən məharətlə istifadə edərək Assur dövləti ilə ittifaqa girərək Urartu tərəfindən işğal olunmuş Manna torpaqlarını geri qaytardı. O, mərkəzləşdirilmiş dövlət yaratdı və ölkənin ərazisi hökmüdara tabe olan canişinlər tərəfindən idarə olunurdu.Dövlətin paytaxtı İzurtu şəhəri oldu.Hökmüdarın yanında ağsaqqallardan ibarət şura fəaliyyət göstərirdi.Şura məşvərətçi səsə malik idi , bütün qərarlar mütləq şəkildə hökmüdar tərəfindən qəbul edilirdi.VIII əsrin 40 – 20 ci illərində Manna siyasi və iqtisadi cəhətdən qüvvətləndi.Onun sərhədləri şimalda Araz çayına , şərqdə Xəzər dənizinə , cənubda Diyal və Zab çaylarının yuxarı axınına , Urmiya gölünün qərb sahillərinə çatırdı.

Manna dövlətinin xarici siyasətində iki meyl mövcud idi; I meylə aid olan canişinlər Assur dövlətinə arxalanmaqla dövlətin mərkəzləşdirilməsinə çalışırdılar ,II meylə aid olan canişinlər isə Urartu dövlətinə arxalanmaqla Manna torpaqlarını parçalamaq və mərkəzi hakimiyyətə tabe olmamağa çalışırdılar. Məhz bu qüvvələrin fəaliyyətləri nəticəsində e. ə. 719 –cu ildə Mannanın Şuandahul və Durdukka vilayətlərində mərkəzi hakimiyyətə qarşı üsyan baş verdi Üsyan Assur hökmüdarı II Sarqon tərəfindən yatırıldı. Həmin ildə İranzu vəfat etdi.Hakimiyyətə oğlu Aza ( 718 – 716 ) gəldi. Lakin urartupərəst əyanların səyləri nəticəsində e.ə. 716-cı ildə o, öldürüldü. Qardaşı Ulussunu Assur əsarətindən xilas olmaq üçün Urartu ilə ittifaqa girərək hakimiyyətə gəldi.Ulussununun ( 716 – 680 ) Urartu ilə bağladığı ittifaq II Sarqonun qəzəbinə səbəb oldu. O , e.ə. 716 – cı ildə Mannaya hücum edərək İzurtu şəhərini tutdu.Ulussunu bir müddət dağlarda gizlənsədə II Sarqonun yanına gəlib mərhəmət diləməyə məcbur oldu.Assur mənbələrində bu barədə yazılır: “ Mən onun saysız – hesabsız günahlarını bağışladım , ona mərhəmət göstərdim və onu hökmüdar taxtına oturtdum.”Hakimiyyətinin sonrakı illərində Ulussunu II Sarqona sədaqətli qaldı.

E.ə. 714 – cü ildə II Sarqonun Manna və Midiya ərazilərinə böyük yürüşü başlandı. Həmin yürüşdə II Sarqonun qarşısında aşağıdakı məqsədlər dururdu .1.Urartunun Mannaya olan təcavüzünə birdəfəlik son qoymaq .

2.Assuriyanın siyasi mövqeyini Mannada möhkəmləndirmək

3. Mannadan alınan xəracın Assur xəzinəsinə ödənilməsini təmin etmək.

Ulussunu II Sarqonu Sirdakka qalasında qarşıladı və burada onun şərəfinə yazılı daş abidə ucaldıldı. Bundan sonra onlar birlikdə Gizilbunda vilayətinə getdilər.Burada onları Madinin və Parsın hakimləri hədiyyələrlə qarşıladılar.

Hökmüdar Ahşerinin ( e.ə. 675 – 650 ) dövründə Manna ilə Assuriya arasında münasibətlər soyuqlaşır. Ahşeri e.ə. 674 – cü ildə Assuriyaya qarşı Kimmer – İskit – Sak çarlığı və Midiya ilə ittifaqa girir.Manna üzərində siyasi nüfuunu itirmək istəməyən Assur hökmüdarı Aşşurbanipal e.ə. 650 – ci ildə Manna ordusunu məğlub edərək İzurtunu və digər şəhərləri tutur.Məğlubiyyətdə Ahşerini günahlandıran Manna əhalisi üsyan qaldıraraq Ahşerini öldürürlər.Hakimiyyətə onun oğlu Ualli ( e.ə. 650 – 630 ) gəlir və o, Assur ilə olan ittifaqı yenidən bərpa edir.Hətta Yeni Babil və Midiya dövlətləri Assuriyaya qarşı müharibə aparanda Manna dövləti Assuriyanın tərəfində vuruşub.Mannanın adı sonuncu dəfə e.ə. 593- cü ildə çəkilir.Bu zaman Manna daxili özünüidarə hüququna malik idi.E.ə. 590 – ildə güclü Midiya dövləti Mannanı dövlət kimi tarix səhnəsundən çıxarır.

Manna iqtisadi cəhətdən inkişaf etmiş ölkə idi. Burada əkinçilik , maldarlıq ,bağçılıq ,bostançılıq , sənətkarlıq çox inkişaf etmişdi.Həsənlidə aparılan arxeoloji qazıntılar zamanı tapılan dəmir oraq , toxa , daşlaşmış dənli bitkilərin qalıqları , taxıl saxlamaq üçün anbarların qaliqları burada təsərrüfatın inkişafından xəbər verir.Həsənlidə ,Ziviyədə ,Marlikdə tapılan məmulatlar sənətkarlığın inkişafını göstərir.Həsənlidə tapılan qızıl cam , Ziviyədə aşkar olunan 341 ədəd zərgərlik məmulatları Mannada zərgərlik sənətinin yüksək səviyyədə olduğunu göstərir.

Mannada çoxallahlılıq mövcud idi.Manna şəhərlərində allahların şərəfinə məbədlər tikilir , burada onlara bütlər qoyulurdu.Ehtimal olunur ki , mannalılar dölətlər arası əlaqələrdə mixi yazıdan , ölkə daxilində isə heroqlif yazıdan istifadə ediblər.


Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin