Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Şirvanşah Məzyədilər dövləti ( 861- 1027 )



Yüklə 227,84 Kb.
səhifə16/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   12   13   14   15   16   17   18   19   ...   66
null-23

Şirvanşah Məzyədilər dövləti ( 861- 1027 ).Xilafətin dağılması prosesində Azərbaycan ərazisində yaranan ilk feodal dövlət Şirvanşahlar oldu.Məzyədilər sülaləsinin banisi Yezid ibn Məzyəd adlı ərəb mənşəli olub xəlifə Harun ər- Rəşid (786-809 ) tərəfindən Cənubi Qafqaza vali təyin edilmişdi.Mənbələrdə bu sülaləyə yezdilər və ya şeybanilər də deyirlər.Yezid ibn Məzyəd Bərdə əmirliyinin əsasını qoymuş,orada yaşamış və orada da dəfn olunmuşdur.Əsəd, Xalid və Məhəmməd adlı oğlanları atasından sonra bu ərazilərin valisi olmuşdur.859-cu ildə Məhəmməd ibn Yəzid iqamətgahı Bərdədən Gəncəyə köçürdü.Zaman keşdikcə Məzyədilər yerli əhali ilə qaynayıb qarışmış özlərinin etnik mənşələrini itirmişlər.Bərdə Sacilər tərəfindən tutulduqdan sonra Məzyədilər Şirvana köçdülər.Onun ilk paytaxtı Şamaxı ilə Dərbənd arasında olan köhnə ticarət yolunun üstündə yerləşən Şirvan şəhəri oldu.Şirvanşahlar dövləti ilk vaxtlar Azərbaycanın şimal-şərqində Dərbənd ilə Kür çayı arasındakı əraziləri əhatə edirdi.

Yezid ibn Məzyədin nəvəsi Heysəm ibn Xalid 861- ci ildə Şirvanı müstəqil elan etdi və Şirvanşahlar dövlətinin əsasinı qoydu.Şirvanşahlar dövləti Azərbaycanda mövcud olmuş ən uzun ömürlü dövlətdir.Bu dövlət 1538-ci ilə qədər mövcud olmuşdur.Bu müddət ərzində onu Məzyədilər ( 861- 1027), Kəsranilər ( 1027- 1382 ) və Dərbəndilər ( 1382-1538) sülalələri idarə etmişdir.917-ci ildə Lahicanşahlıq Şirvana birləşdirildi.918- ci ildə şirvanşah Əbu Tahir paytaxtı Şirvan şəhərindən Şamaxıya köçürdü və şəhərin adı dəyişdirilərək babalarının şərəfinə Yezdiyyə adlandırıldı.

İlk vaxtlar Şirvanşahlar dövlətinin sərhədləri şimalda Samur çayı və Dərbənd, cənubda Kür çayı, qərbdə indiki Göyçay və Şəki, şərqdə Xəzər dənizi idi.IX əsrin sonlarında Şirvanşahlar əvvəlcə Sacilərin, sonra isə Salarilərin vassalı olmuşdur.

Şirvanşahlar tədriclə ətraf əraziləri də ələ keçirirdilər.Qəbələ ( 981-982 ), Bərdə (982), Dərbənd (988), sonra Xursan və Tabarıstan birləşdirildi.Müxtəlif vaxtlarda Şəki və Sanariyyə əraziləri də Şirvanşahlardan asılı olublar.Şirvanşahın nizami qoşunu var idi və şirvanşahın adına pul kəsilirdi.Şirvanşah Məzyədilər sülaləsinin sonuncu hökmüdarı Yezid 37 il hakimiyyətdə olmuş, 1027-ci ildə vəfat etmişdi.Onun qardaşları və oğlanları arasında çəkişmələr,Dərbənd hakimləri ilə aramsız müharibələr 1027-ci ildə Məzyədilər sülaləsinin hakimiyyətinə son qoydu.




Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin