Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


XVIII əsrin 30-40-cı illərində xalq üsyanları



Yüklə 227,84 Kb.
səhifə66/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   58   59   60   61   62   63   64   65   66
null-23

XVIII əsrin 30-40-cı illərində xalq üsyanları.

Səfəvi və Osmanlı dövlətləri arasında olan müharibələr əsasən Azərbaycan torpaqlarında gedirdi. Bu müharibələrdən ən çox xalq əziyyət çəkirdi. Tez-tez aclıq baş verir, xəstəliklər yayılırdı. Nadir xəzinənin gəlirini artırmaq üçün bir sıra tədbirlər gördü; ticarətə diqqət yetirdi, işğal olunan ölkələr qarət və talan olundu, əhalinin üzərinə çoxlu vergilər qoyuldu. Xorasanda ticarəti inkişaf etdirmək üçün İrəvan, Tiflis, Naxçıvan və Qarabağdan buraya çoxlu əhali köçürüldü. Aparılan müharibələrin xərcləri xalqın üzərinə düşürdü. Bütün bunlar xalqın vəziyyətini ağırlaşdırırdı.

1734-cü ildə Astarada kəndlilərin dövlətin qoyduğu ağır vergilərə qarşı üsyanı baş verdi. İ.Lerx Astarada xalqın vəziyyəti ilə bağlı yazmışdı: “Burada yaşayanların çoxu yoxsullar idi, görünüşlərindən aclıq keçirdiyi məlum olur, bizdən çörək dilənirdilər. Onların nə düyüsü, nə başqa ərzaqları, nə də pulları var idi. Hamısını şah çəkib aparmışdı. Onlar uşaqları ucuz qiymətə satırdılar. Bütün bunlar pul toplamaq üzündən baş vermişdir ki, bunun nəticəsində kəndlilər meşə və və dağlara qaçır və heç kəs torpaqlarını rahat becərmirdi”. Astara üsyanı silah gücünə yatırıldı.

Şəkinin Biləcik kəndinin sakinləri üsyan edib, Cənik və Tala kəndlərinin sakinlərini köməyə çağırdılar. Lakin Nadir şahın cəza dəstələri üsyanı yatırdı. Nadir şah digər vilayətlərdə də üsyanları yatırtmaq üçün cəza dəstələri göndərdi. Məsələ, 1737-ci ildə Car vilayətində baş verən üsyanı yatırmaq üçün İbrahim xanın başçılığı altında Cara cəza dəstələri göndərildi. Carlılar Dağıstandan kömək aldılar və İbrahim xanı məğlub etdilər. Üsyana Divanə İbrahim və Xəlil başçılıq edirdi. İbrahim xan üsyançıların qüvvəsini düzgün qiymətləndirə bilmədi, onları bir zərbə ilə məhv etmək istədi. İbrahim xan yerli feodalların dəstəsini önə buraxdı, özü isə Xorasan döyüşçüləri ilə arxada getdi. Ordu dar dağ cığırı ilə gedirdi. Carlılar ordunun ön kissəsini buraxıb, qəflətən İbrahim xanın başçılıq etdiyi dəstənin üzərinə hücum etdilər. İran əsgərləri qəfil hücumdan özlərini itirdilər. İlk yaralananlardan biri İbrahim xan oldu. İbrahim xan və Gəncə bəylərbəyi Uğurlu xan aldıqları yaradan öldülər. Bu ölüm xəbəri onların əsgərlərinin qaçmasına səbəb oldu. Şah qoşunlarını təqib edən üsyançılar Şirvanda bütün karvan yollarını tutdular. Nadir şahın oğlu və sərdar Əmiraslan xanın başbılığı ilə Cara qoşun göndərildi. Lakin bu qpşun üsyançılar tərəfindən dağıdıldı. Yalnız 1739-cu ildə Mirzə Səfi xanın qoşunu üsyanı çətinliklə yatıra bildi. Car camaatının apardığı mübarizə “ XVIII əsr Car müharibələri səlnaməsi”ndə öz əksini tapmışdır.

Nadir şah 1741-ci ilin baharında Mərkəzi Asiyada hərbi yürüşünü başa çatdırandan sonra yüz minlik ordu ilə Car vilayətinə və Cənubi Dağıstana gəldi. Bu ordunun xərci yerli əhalinin üzərinə düşürdü. Nadir şah Şamaxıya gəldi, oradan, 35 min əsgərlə Bərdə, Qəbələ. Şahdağ vasitəsi ilə Qazıqumuxa doğru irəlilədi. Nadir şah üsyançıların mövqelərinə yaxınlaşanda üsyan rəhbərləri arasında birlik olmadığından dağlara çəkilmişdilər. Ona görə də Nadir üsyançıların düşərgələrinə qədər gələ bilmişdi. Lakin Nadirin ordusu böyük itkisi verdi və Dağıstanın Çox kəndindən o tərəfə gedə bilmədi və burada üsyançılarla döyüşdə məğlub olub geri çəkilməli oldu. Nadir ordunu Şirvana yönəltməli oldu. O, Şirvan və Dərbənddə vəzifəyə öz adamlarını gətirdi. Bununla O,özünə etibarlı dayaq yaratmaq və vergiləri vaxtlı-vaxtında yığılmasına ümüd edirdi.

Əfşarlar dövlətinə qarşı olan üsyanlardan biri 1743-cü ildə Şirvanda baş vermişdi.Üsyançılar özünü Səfəvi şahzadəsi adlandıran şəxsi müdafiə edirdilər. Nəticədə I, II, III Sam Mirzələr meydana çıxdı.

I Sam Mirzə əvvəlcə Avarda peyda oldu. Onu buraya Osmanlı dövləti göndərmişdi. O, buradan Şirvana hərəkət edib İran hakimiyyətini ləğv etməli idi. Nadir şah oğlu Nəsrulla Mirzəni böyük ordu ilə Şamaxıya göndərdi. Bu zaman Qazıqumuxlu Surxay xan I Sam Mirzəyə qoşuldu. I Sam Mirzə 50 minlik ordu ilə Şamaxını ələ keçirdi. 1743-cü ilin əvvəlində Nəsrulla Mirzənin ordusu Yeni Şamaxıya yaxınlaşdı. I Sam Mirzə qaçarkan yaxalandı və edam edildi, Surxay xan Dağıstana qaçdı.

I Sam Mirzənin məğlub olması Əfşarlar dövlətinə qarşı üsyanların qabağını ala bilmədi. 1743- cü ilin son rübündə əzadlıq hərəkatına adlı-sanl ailədən olmayan, özünü Səfəvi şahzadəsi elan edən şəxs başçılıq edirdi. O, əvvəl Təbrizdə üsyana başlamaöa cəhd etmiş, lakin hakimiyyət orqanları onu təhlükəli hesab etməyərək azaadlığa buraxmışdı. II Sam Mirzə Dağıstanda özünə sığınacaq tapmış və üsyana başçılıq edərək Dərbəndə yola düşmüşdü. Üsyançılar Dərbənd ilə Şabran arasında Nadirin qoşunlarını məğlub etdilər. Bundan sonra II Sam Mirzə Ağsu şəhərini tutdu. O, ağır vergi sistemini ləğv etdi, bu da əhalidə ona qarşı hüsn-rəğbəti artırdı. Üsyanın əhatə dairəsi Ağsudan Gəncəyə qədər olan əraziləri əhatə edurdi. Nəsrulla Mirzənin rəhbərliyi altında olan hökumət qoşunları üsyançı qoşunlarla döyüşə girdi. Döyüş hökumət qoşunlarının qələbəsi ilə başa çatdı. II Sam Mirzə Ağsu qalasına çəkildi, sonra isə gürcü üsyançılarına qoşuldu. Gürcü üsyançıları Kaxet çarı Teymuraz tərəfindən məğlub edildi və Sam Mirzə əsir düşdü. O, Nəsrulla xanın düşərgəsinə gətirildi və edam edildi.

II Sam Mirzənin edamı üsyan dalğasını heç də zəiflətmədi, əksinə daha da qüvvətləndirdi. Bu dəfə Şirvan üsyançıları Osmanlı dövlətinin əlaltısı olan Səfi Mirzənin (III Sam Mirzə) ətrafında birləşməyə çalışdılar. Nadir şah osmanlıların Cənubi Qafqaza daxil olmasının qarşısını almaq məqsədi ilə 1744-cü il dekabrın 31-də Naxçıvanda Qarsa doğru hərəkət etdi və Qars qalası mühasirəyə alındı. Bu dövrdə osmanlıda feodal quruplaşmalar arasında mübarizə getdiyinə görə mühasirədə olanlara kömək gəlmədi. Mühasirədə olan Əhməd paşa Nadir şaha bildirdi ki, Osmanlı sarayı sülh bağlamaq niyyətindədir. Nadir şah bu cavabı sevinclə qarşıladı. Osmanlı gələcəkdə Əfşarlara qarşı mübarizədə istifadə etmək üçün Səfi Mirzənin həyatını qoruyub saxladı. Nadir şah osmanlı ilə sülh bağlayandan sonra ordusunu yenidən Azərbaycana göndərdi.

1743-1744-cü illərdə Şirvan, Şəki, Təbriz, Xoy və Salmasda yeni üsyanlar baş verdi. Şəki hakimi Məlik Nəcəfin özbaşınalığı, qəddarlığı, vergiləri üç qat artırması hələ 1741-ci ildə şəkililərin Məlik Nəcəfdən şaha şikayət etmələrinə səbəb olmuşdu. Nadir şah yeni silahlı üsyandan ehtiyat edərək Şəki əyanlarına Məlik Nəcəfin işlərinə nəzarət etmələri üçün vəkil seçmələrini tapşırdı. Şəkidə xüsusi hörmətə malik olan Hacı Çələbi Qurban oğlu vəkil seçildi. Hacı Çələbi Məlik Nəcəfin işlərinə qarışır və ona qarşı çıxırdı. Məlik Nəcəf Hacı Çələbidən şaha şikayət etdi. O, şaha bildirdi ki, güya Hacı Çələbi “ Şahın tapşırıqlarının yerinə yetirilməsinə mane olur, özü şahın əmrinə tabe olmur, xalqı da onları icra etməyə qoymur.”

Hadir şah onların hər ikisini Dərbənd yaxınlığındakı düşərgəsinə çağırdı və Hacı Çələbinin edam olunması barədə hökm verdi. Hacı çələbi kəndir boğazında Məlik Nəcəfin vergiləri qanunsuz artırdığını və digər əməllərini şaha dedi. Nadir ona inandı və azad etdi, hətta onun səlahiyyətlərini artırdı. Nadir şah əmirlərinə demişdi: “Mənim hüzurumda heç kəs danəşmağa cürət etmədiyi halda, bu Şəkili Çələbi kəndir boğazında özünü itirmədən fikrini mənə söyləməyə cürət etdi. Görərsiniz, O, bir xəta edəcəkdir, mən öz zənnimdə heç vaxt yanılmıram.”

Hacı Çələbi Şəkiyə qayıdandan sonra Məlik Nəcəf üzərində nəzarəti gücləndirdi. Məlik Nəcəf ondan şaha yenidən şikayıt etdi. Şah Hacı Çələbini yüz tümən cərimə etdi. Hacı Çələbi pulu verməkdən imtina edəndə Nadir onu yenidən yanına çağırdı. Hacı Çələbi şahın onu öldürəcəyini başa düşdüyündən çağırışa getmədi. Hacı Çələbi Məlik Nəcəfi öldürdü, özünü də xan elan etdi. Beləliklə, 1743-cü ildə Şəki müstəqil xanlıq elan olundu.

Azərbaycanda azadlıq hərəkatının genişlənməsi, osmanlı ilə münasibətlərin kəskinləşməsi Nadir şaha Şəkiyə hücum etməyə imkan vermirdi. Hacı Çələbi şahın tezliklə Şəkiyə hücum edəcəyini bilirdi. Buna görə də Şəkidən 8 km aralı “Gələrsən görərsən” qalasına ərzaq və sursat topladı, admları ilə qalaya çəkilib müdafiə olunmağa başladı.

Nadir şah 1744-cü ilin payızında Şəkiyə gələ bildi. Qızğın döyüş baş verdi. Carlılar, dağıstanlılar, balakənlilər köməyə gəldilər. Çətin dağ keçidlərindən, meşə örtüyündən istifadə edən üsyançılar Nadirin ordusuna ciddi tələfat verdilər. Şah Bərdəyə çəkilməyə məcbur oldu. Burada istirahət etdikdən sonra Dərbəndə doğru irəlilədi.

1745-ci il fevralın 13-də Nadirin qoşunları yenidən Şəkiyə hücum etdi. Nadir şah üsyançıları sarsıtmaq üçün meyvə bağlarını, əkin sahələrini məhv etdi. Şəki çəhərini yandırdı. Lakin bunların heç biri üsyançıları sarsıtmadı. İki ildən sonra, yəni 1746-cı ilin martında ərzaq və sursat qurtardı. Xalqı aclıqla gələn ölümdən qurtarmaq üçün Hacı Çələbi müqaviməti dayandırmaq qərarına gəldi. Nadir şahın hakimiyyətini tanıdı. Nadir şah onun nüfuzundan Şəki və Dağıstanda istifadə etmək üçün Şəkiyə vəkil təyin etdi.

Nadir şahın vergiləri artırması, dövlət məmurlarının özbaşınalığı üsyanların daha da genişlənməsinə səbəb oldu. 40-cı illərin sonunda Azərbaycanın cənubunda yeni üsyanlar baş verdi. 1747-ci ildə Ərdəbildə və Təbrizdə üsyan başlandı. Üsyanın başında yalançı şahzadə III Sam Mirzə dururdu. O, novruz bayramının birinci günü, martın 21-də üsyana başlamağı qərara aldı. III Sam Mirzə şəhər əhalisinin böyük bir hissəsini öz tərəfinə çəkib silahlandırdı. O, dövlət məmurlarını qırıb özünü şah elan etdi.

Əzilən xalqın mübarizəsi, aramsız müharibələr, iqtisadi vəziyyətin pisləşməsi, iri feodal qurupları arasında mübarizə Nadir şahın dövlətini süquta yetirdi 1747-ci il iyunun 19-da Nadir şah sui-qəsd nəticəsində öldürüldü. İranda hakimiyyət uğrunda qanlı müharibələr başlandı. Silah gücünə birləşdirilmiş ölkələr müstəqil oldulr. Azərbaycan ərazisində müstəqil feodal dövlətlər – xanlıqlar yarandı. Yalançı III Sam Mirzə hakimiyyət uğrunda mübarizə aparan quruplardan birinə başçılıq edirdi. O, Bakı və Lənkəran xanlarını öz tərəfinə çəkdi. Rəşt şəhərini tutub talan etdi. Nadir şahın da qohumlarının çoxu hakimiyyət uğrunda mübarizə aparırdı. Belələrindən biri Nadirin qardaşı oğlu Əliqulu Mirzə (Adil şah) idi.Adil şah ordusunu Rəştdə olan III Sam Mirzəyə qarşı yeritdi. III Sam Mirzə Təbrizə gəldi və hakimiyyəti ələ keçirdi. Nadir şah dövründə yaranmış idarəçilik sistemini ləğv etdi.

III Sam Mirzə Təbrizdə pul zərb etdirməyə başladı. Azərbaycan xanlarına onun hakimiyyətini tanımaq haqqında fərman göndərdi. Xanlar bu fərmanı tanımadılar. III Sam Mirzə İrəvan qalasına hücum etdi. Nadirin əmisi oğlu Əmiraslan xan üsyanı yatırdı və III sam Mirzənin qoşununa qalib gəldi. III Sam Mirzə Azərbaycan xanları ilə ittifaqa girmək istəyirdi. Azərbaycan xanları başa düşürdülər ki, O, Səfəvi dövlətini bərpa etmək istəyir və xanlıqların müstəqilliyini istəmir.Azərbaycan xanları birləşib onu məğlub etdilər və Arazın o tayına qovdular. III Sam Mirzə Təbrizə qayıtdıqdan sonra Əmiraslan xan tərəfindən məğlubiyyətə uğradıldı, tutulub edam olundu. Əmiraslan xan özünü İranın hakimi elan etdi. Adil xan Əmiraslan xanla ittifaqa girmək istədi, lakin Əmiraslan xan bu təklifi qəbul etmədi. Rəşti ələ keçirməyə çalışdı. Əmiraslan xan Azərbaycana hücum etdi. Lakin xanlar ona Kürü keçməyə imkan vermədilər.Azərbaycan xanları Adil şahın yanına elçi göndərib, müstəqilliklərinin tanınmasını tələb etdilər. Adil şah onların şərtini qəbul etdi. Adil şah xanları öz tərəfinə çəkmək üçün onlara hədiyyələr göndərdi. Lakin Azərbaycan xanları bu hədiyyələri qəbul etmədilər.

Adil şah 1748-ci ilin sonunda özünü İranda şah elan edən qardaşı İbrahim Mirzə tərəfindən hakimiyyətdən salındı. O, Əmiraslan xanı xəyanət yolu ilə ələ keçirdi. İbrahim şah da Azərbaycan xanlarının köməyinə ehtiyac duyurdu. O, Azərbaycan xanlarına hədiyyələr göndərib, hərbi yardım istədi. Şamaxı xanından başqa heç bir xan hədiyyələri qəbul etmədi və hakimiyyətini tanımadı. Şəki, Quba,Bakı, Salyan xanları İbrahim xana qulluq göstərmək istəyən Şamaxı xanını cəzalandırmaq qərarına gəldilər. Onlar Yeni Şamaxını mühasirəyə aldılar. İbrahim şah cənubdan, Dərbənd xanı şimaldan Şamaxı xanının köməyinə gəldilər. Lakin Azərbaycan xanları ittifaqlarını möhkəmləndirib, 8 günlük mühasirədən sonra Şamaxı xanını təslim etdilər. Azərbaycan dövlətçiliyi xanlıqlar formasında mövcudluğunu davam etdirdi.

.

.



...... ..

.


. .. .... . ... .

,
Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin