Azərbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu



Yüklə 2,27 Mb.
səhifə16/39
tarix26.12.2016
ölçüsü2,27 Mb.
#3518
1   ...   12   13   14   15   16   17   18   19   ...   39
Əsl Azərbaycan sözlərindən ibarət olan oyun adları:

Üçdaş, dörddaş, beşdaş, kosa-kosa, lal-dinməz, qaçaq-qaçaq, qozatdı, eşşəkbeli /ənzəli/, topaldıqaç, gizlənpaç, itqusdu, əlüstə kiminəli və s. Bu siyahını artıra da bilərik.

Biz Azərbaycan sözlərindən ibarət oyun adlarını ona görə göstəririk ki, məişətimizdə tərkibində ərəb və fars sözləri olan oyun adları da var. Dəsmal aldıqaç/dəstmal/, qaladan-qaoaya, vəfati-Səkinə, vicah, bəzirgah oyunu /»bazərgan» -tacir sözün­dəndir/ və s.

Əlbəttə, dilimizin lüğət tərkibində qədim layı təşkil edən sözlər müasir dilimizdə maraqlı faktlar kimi görünür.

Məsələn, Altunqabaq /orta əsrlərdə Azərbaycanda kütləvi şənliklər zamanı icra olunan atüstü meydan oyunu/.

Babayoğurt /yoğurt sözü, dialektlərdə qalır/.

Qam, qamxatun, Qam- teonimdir.

Xatun sözü də qədim formadır –Şaman oyununda ifaçı kişilərlə birlikdə çıxış edən qadın şamana xalq içində verilən addır.

Qalxanqılınc /oyun növüdür/ qəşatma –Əlbəttə tədqiqatlar davam edir, faktlar çox da gətirmək olar.

Oyun adlarının tədqiqindəki müşahidələrə əsaslanıb qədim analitiklikdən də danışmaq olar: baca-baca, qaçaq-qaçaq, qodu-qodu /godu-godu, güdü-güdü də deyilən yerlər var/, qolçaq-qolçaq, quza-quza, qundaq-qundaq, kosa-kosa, ənzəli-ənzəli, üzük-üzük, gəlin-gəlin, mətə-mətə, qoz-qoz, dardar, bıçaq-bıçaq, qınaq-qınaq, mırt-mırt /güldün-danışdın/, haftaxana-haftaxana, evcik-evcik, qala-qala, maça-maça və s.

Nəhayət, tarixi-etnoqrafik anlayışlarla bağlı /burada söhbət oyunlardan gedir/ predikativ xarakterli bir çox söz birləş­mə­lərinin mənaca dəyişməsi /asemantikləşmə/ semantik cəhətdən sadələşməsi /desemantizasiya/ nəticəsində frazeolojiləşmə hadi­səsi də müasir dilimizə, dövrümüzə gəlib çatan oyun adlarından görünür.

Xangəldi, dabanbasdı /Hacıgəldi, dabanbasdı/, qurşaqtutdu, toqqadöydü, qozatdı, qalaqurdu, topaldıqaç, aldı-qaçdı /belə də deyirlər alıbaldatma/, aldım basdı, kərələdim kəsdim, ayaqçaldı, belikiməverdin, qapıpusdu, qaraqodu /qara-yer, əkilməmiş yerə də deyirlər/, qaçdıtutdu //qaçtutdum/ gəldim qaç- Naxçıvan/- təmə-təmə /Gəncə/.

Çilləkəsdi, qıçımsındı, qurşaqatdı, donuzdöydü, qulunc­sın­dırlı, dağ dibində boz qurd var, darısəpdi, vurçatlasın /çal oynasın// döysındır, vurmabizən də adlandırırlar/.Oyun adlarından hətta cümlələr kimi deyilib-işlənənləri də var ki, bunlar artıq daşlaşmışlar.

Şahdan gəlmiş nökərəm

Dinmə dişlərin tökərəm,

Alma-armud, qırçı Keçəl Mahmud.

Babam mənə kor deyib /dedi/,gəlib-gedəni vur

deyib /dedi/

Beli kimə verdin. Var anam, gəl anam. Ana məni qurda vermə.

/Naxçıvan- mən çobanam, vermərəm/, Əlağa erkəy istəyir,

Ay lalə bəndin oldum, albunu, Ay qaraquşum /Salma yerə…/ Belə sözlü-nəğməli müraciət xarakterli cümlələr vahid leksik birləşmə kimi qavranılır, götürülür.

Azərbaycan dilinin lüğət tərkibində bu gün vurçatlasın, dəbbeyk, ləbbeykdöyən, ləbbeykçi, lopuq, lopuğlopuğ, mırt, mırt vurmaq, mırt-mırt, mütrüb və b. sözlər işlənir ki, bunların bir qismi tarixən məişətimizdə oynanılmış, bu gün üçün isə unudulmuş, müasirlərimiz üçün məlum olmayan oyunların adlarını, bir qismi isə elə həmin oyunlarla bağlı sözləri ifadə edir. İndi bunlardan bəzilərini nəzərdən keçirək. Bir cəhəti də göstərək ki, Azərbaycan dilinin izahlı lüğətin funksiyasına aid etmək də doğru olmazdı/.

Vurçatlasın, is/dan/. Qarmaqarışıqlıq, ara qızışma, mərəkə, səs-küy, dava-vuruşma /adətən bir işin, hadisənin qızışdığını, ən qızğın çağını bildirir/. Bəli, vurçatlasın, çal oynasın, yeddi gün, yeddi gecə toy eləyib, axırıncı gün İbrahimi gətirib, çatdılar qızın otağına /nağıl/. Vurçatlasının şirin yerində kəndin ağsaq­qall­larından biri ortaya çıxıb sağ əlini yuxarı qaldırdı. «Kirpi» /ADİL, Ic., s.379/.

E.Aslanovun «El-oba oyunu, xalq tamaşası» adlı kitabında isə «vurçatlasın» sözü uşaq oyunu kimi təqdim olunur: «Vurçatlasın –uşaq oyunu/ əksər uşaq oyunlarının sonunda icra olunan bir mərasim. Başçının- «vurçatlasın, çal oynasın» əmrinə müvafiq, qalib gəlmiş dəstə və ya iştirakçı məğlubları qovub izləyir, yaxud qızğın şəkildə çalıb oynayır, çəkişir, dartışaraq, səs-küylə «qələbə»ni qeyd edirdi. Oyunun bu hissəsini bəzən, «döysındır» və «vurmabizçnə» də adlandırırlar».1



Ləbbeyk, Ləbbeykdeyən.

Ləbbeyk /ər/. Əslində «nə əmriniz var?», «əmrinizə müntəzirəm» «buyurun» demək olub, «demək» feli ilə işlənir. İndi mək tək yeddi yaşında müsəlman uşaqları gərək səhərdən axşama tək ləbbeyk deyib susuzluqdan od tutub yana. C.Məmmədquluzadə /Qürbət xala/. Necə haradan, səhərdən axşamacan burda ləbbeyk deyirəm, necə ola ki, bilməyim. Mir Cəlal /Zeynal və Veysin/ dostluqları, təbiətlərinin uyğun olması, sadəcə bir-birinə ləbbeyk demələrindən ibarət deyildi. Ə.Əbylhəsən.


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin