Azərbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu


Aşıq şeirində etnoqrafizmlərin üslubi mövqeyi



Yüklə 2,27 Mb.
səhifə13/39
tarix26.12.2016
ölçüsü2,27 Mb.
#3518
1   ...   9   10   11   12   13   14   15   16   ...   39
Azərbaycan sözləri: aşsüzən, badya, bardaq, birqulplu, birəlli, boşqab, qablama /qazan/, qab-qacaq, qazan /mis qazan, aş qazanı, qulplu qazan/, qazança, qaltaq, qazanqapan, qaşıq, qəmə, daqqa, dol, dolça, dövrə, döyəc, duzaq, dopu, duz qabı, küp, küpə, güvəc, ləyən, nəlbəki // bölmə, nimçə. Mis, nimçə, parç, pitiqabı, saqap, saplıca //sapılca, satıl, saxsı, sac, sacyayq, sənək// səhəng, sini, süzgəc, tabaq, tava, tayqulp, tas, təknə, tiyan, fincan, xeyrə, çanaq, çəllək, çölmə, çini, çömçə, cürdək, // bardaq.

Fars mənşəli sözlər: Abgərdən, abpaş /susəpən/, aftafa// aftaba, avtafa –ləyən, qiyməkeş, ğadə, dəmkeş, dəndənə, dudkeş, kasa, kaşı kasa, mis kasa, çini kasa, kəfkir, kəşkül, kuzə, kürə, gülabdan, masqura, nəməkdan, piyalə, sərnic, sərpuş, sürmədan, çıraqdan, /dan fras mənşəli şəkilçi/, teşt, xəkəndaz, çəngəl, cam.

Ərəb mənşəli sözlər: qədəh, qənddan /ə. –f./ qəhvədan, sürahi, məcməyi, şamdan.

Rus, fransız başqa dillərə məxsus sözlər: bakal, butulka, bulud, vaza, vanna, vedrə, qrafin, krujka, podnos, stəkan, samovar, servis,çaydan, çaynik, bak, banka, ventil, lampa, sofa /əsli ərəbcədən/, divan, kreslo və s.

Gətirdiyimiz alınma sözlərin çoxusu dilimizdə ümumişlək leksik vahidlər kimi vətəndaşlıq hüququ qazanmışdır.

Azərbaycan dilçiliyində qab-qacaq adlarının etimoloji açılışına aid Ə.Dəmirçizadənin əsərləri böyük maraq kəsb edir. Xüsusən də onun «50 söz»1 adlı kitabı bu sahədə uğur­ları­mızdandır. Etimoloji araşdırmalar tədqiqatımızın məqsədinə daxil olmasa da, Ə.Z.Abdullayevin də bəzi mülahizələrinə nəzər salmaq istərdik. O yazır: «Qab adlarında «bardaq» və «cürdək» sözlərinin izahı diqqəti cəlb edir. Müəllif /burada Ə. Dəmir­çizadə nəzərdə tutulur –söhbət onun «50» söz kitabından gedir –İ.M./ «bat» və «dağ» elementlərini türk və yaxud Ural- Altay mənşəli hesab edir. Lakin «cürdək» sözündəki «cür» ismini ermənicə. –dək hissəsini isə Ural- altay mənşəli sayır ki, bu da oxucunu inandırmır. Bizə görə /Ə. Abdullayevə- İ.M./ «cürdək» sözünün birinci qismi cür səs yamsılamasıdır. Azərbaycan dilində müxtəlif səslərin yasılanmasını bildirən hissələrlə- dağ //dəq morfeminin birləşməsindən bir neçə söz düzəldilmişdir. Bunlardan batdaq, çatdaq, çırtdaq sözlərini misal gətirə bilərik ki, cürdək, bardaq sözləri də bu qəbildəndir / «Cürdək» adlanan qaba Şamaxı rayonunun Köylər kəndində qurt deyirlər. Bu da yamsılamadır».1 Biz də o fikirdəyik ki, etimoloji mülahizələr söylərkən ehtiyatlı olmaq lazımdır ki, əks təqdirdə öz milli sözlərimizi başqalarının adına çıxmaq iəhlükəsi yaranar.

Məişət əşyalarının, qab-qacaq adlarının ana dilimizin lüğət tərkibində əhəmiyyətli yer tutması bir daha maddi mədə­niyyətimizin tarixən çox zəngin olmasını, müxtəlif peşə və sənət­lərimizin rəngarəngliyini göstərir.

Azərbaycan etnoqrafiyası müxtəlif peşə və sənətləri əhatə etməsi ilə də fərqlənir. Şübhəsiz ki, bu tematik qrupa aid olan bütün sözləri vermək imkan xaricindədir. Aşağıda göstərdiyimiz bəzi etnoqrafizmləri nümunə kimi verməyi lazım bildik: arğac, arğaclıq, arşın, arşınmalçı, baltaqayıran // baltaçı, baltaçılıq, barıtqabı, basma, başmaqçı, qalayçı, qalayçılıq, qəlibbasma, dabbağ, dabbağlıq, dəmirçi, dəmirçixana, dulusçu, dulusxana, dulusçuluq, əbəçi, ələkçi, əsnaf, zərbaf, zərbaflıq, zərbxana, zərdüştlük, yuxuyozma, kankan, keçəçi, kəlladar, kilimçi, kömürçü, kümçü, mehtər, mehtərbaşı, misgər, misgərlik, palanduz, tənəkəçi, camadar, camadarlıq, cütcü, şatır, həllac və s. Bu gətirdiyimiz misallar peşə və sənət mədəniyyətimizi əks etdirən leksik vahidlərin bir qismi kimi qəbul edilməlidir.


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin