Azərbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu



Yüklə 2,27 Mb.
səhifə11/39
tarix26.12.2016
ölçüsü2,27 Mb.
#3518
1   ...   7   8   9   10   11   12   13   14   ...   39
V.V.Radlovun lüğətində mindər /osm., qaz/ miçkə /qaz./ mık. Makat /osm., yastıq/, makat örtüsü/ yastıq üzü/, makas /osm.-qayçı/, makış /şor./, biçak, bidrə /vedrə/, bistər /qaz./, buxçə/ - mişar/, burama /qırğ. Vint/, bürçük/ /osm. Vint/, fincan, fitə, badyan, bastun /yastıq/, boyunluq, badkan /qaşıq/, boşkap /boşqab/, bakraç /balaca qazan/, bak /kəndir, şnur// // paq, palta// paltu// balta, balka / çəkic/, mürmədan, süpürgə, şam, səpət, kuskuş /güzgü/, kandel/ çil- çıraq/, kakpak /qapaq/,, kerki, kalı /xalı/, kalin /kəvə/, qadaq, kaşık // koşuk, kaptı /qayçı/, kursa /kürsü/, çuval, çuvaldız, tuime /düymə// tüqme, dolap, dəsti, dayirman, tüşək //düşek, dastuxan // dəstərxan, çemçe və s./ V.V.Radlov, I ,II , III , IV cildlər/ türk dilləri üçün ümumi olan, habelə bir çoxu Azərbaycan türklərinin dilində bu gün də işlənən məişət əşyalarının adlarına rast gəlirik.1

Türk mənşəli bir çox rus soyadlarının yaranmasında məişət əşyaları adları da iştirak etmişdir: Ar bauş, Arkannikov, Arsenyev, Tufyak, Tüfyakin, Kazanrviç, Klıçbay, Tokmak, Tokmakov 2 və s.

Qoyunçuluqla bağlı gön, dəri qablar –dağarcıq, sələ, qarın motal, tuluq – yüngül və davamlılığına görə köçəri maldar tayfalarının istifadə etmələri üçün ən əlverişli məişət əşyaları idi.3

Ümumiyyətlə, Azərbaycan türklərinin məişətində hörmə və toxunma qablar /səbət, çuval, xurcun, heybə, «Dərmə» çuvallar, «qıyıq» məfrəşlər/, dəri qablar /motal, eymə, tuluq/, ağac qablar /tabaq, ağac teşt/, saxsı qablar /bardaq, bərni, bəsdi, qalqa, dopu, küp, gil küpələr, koduş, nehrə, xeyrə vəs./, su qabları /misdən/: dolça, parç / tayqulp, birəlli/, abgərdən , aftafa, lüləyin, obriq, ləyən, satıl, güyüm, səhəng, piyalə, cam və s. əhəmiyyətli yer tutmuşdur. Azərbaycanın zəngin maddi mədə­niyyəti ilə seçilən Şirvan mahalında /xüsusən Lahıc usta­larının hazırladıqları məişət əşyaları səciyyəvidir – İ.M./ Şərbətqabı, rütül qabı, çiriş qabı, ədviyyə qabı, gülabdan, qənddan, çıraq, lampa, manqal, xəkəndaz, maşa və b. ev məişəti əşyaları dövrünə görə məşhur olmuşdur /söhbət XIX əsrin ortaları və XX yüzilin birinci qərinəsindən gedir/.4

M.Ə.Zeynalov Naxçıvan MR- nın ərazisindəki dialekt və şivələrdə dağar /dçri qab/, pusus /saxsı şam/, təparan /gil qab/, bərni /çox da böyük ollmayan saxsı qab/, moskur, təlis /taxıl üçün qab/, sələ /dəridən ağızlıq/, çölmək / xörək bişirmək üçün gil qab/, zir, badya /mis qab/, çalxar /gil küpə, səyən// seyin, xum, xumça, heybə, çanax çin və ayaq kimi məişət əşyalarının adlarını çəkir, işlənmə mənzərəsini, yayılma arealını göstərir. Daha sonra müəllif qavara // qəvərə, bıqçı, sesə /kiçik mişar/, xırxır/ bıçqı/, çaqqı // çuqqu, kəsəx, çığ, qaşov, dəqinə /kiçik xəncər/, sicim, tutqal, ufak, ağuruəs, kilid, şirəki /nazik yun yorğan/, milax, qıloy, hol, saqqa, məfrəş /yorğan – döşək, xalça –palaz və s. şeyləri qablamaq üçün palaz kimi toxunmuş dördkünc çuval. Kisə/ kimi ev əşyalarının adlarını da qeyd edir.

Rzainin araşdırması alınma məişət sözlərinə həsr edilmişdir. O, ərəb dilindən alınan məişət leksikasının bölgülərə ayırarkən I/ ev əşyalarının adlarına – dəftər, qələm, zərf, kitab, saat, xəritə, sandıq, məütəkkə, təsbeh, 2/ mətbəx əşyalarının adlarını: - zəfəran /?/, məcməyi, qədəh, müşəmbə, fars mənşəli alınmalar əsasında bölgü verərkən ev əşyalarını bildirən sözlərə zər. Mücrü, səbət, ayna, həsir, çarpayı, ləyən; mətbəx əşyaları bildirən sözlərə: kuzə, abgərdən, nəlbəki, fincan, piyalə, kəfgir, kasa, çəngəl, darçın, həvəngdəstə və s., rus dilindən alınan ev əşyalarını bildirən sözlərə: adyal, vedrə, çamadan, pero, kravat, çötkə və s. Mətbəx əşyalarını bildirən sözlərə: butulka, podnos, sətəkan, spiçka, samovar, peç və s. Avropa mənşəli məişət alınmalarına isə –fənər /əsli yunanca/ qlobks, akvarium /latın mənşəli/, tranzistor, seyf /ingilis/ və s. sözləri aid etmişdir.1

Müxtəlif dillər arasında leksik baxımdan aparılan müqa­yisələr də bir çox leksik paralelləri aşkar edə bilir. Bu mənada monqol- Azərbaycan paralelləri diqqəti çəkir. Ə.Z.Abdullayevin tədqiqatları bəzi məişət sözlərindəki paralelliyi jöstərmək cəhətdən qiymətlidir. Müəllifin leksik-qrammatik kateqoriyalara aid sözləri əhatə edən lüğətində məişətə aid əşyaların da adlarına rast gəlmək olar. əbunlardan bəzilərini diqqətinizə çatdırırıq:

qayçı –xaiç

qapaq – xavxaq

dəmir kürək, bel – tömör xürz

tabaq, nisçə /tava sözü də bu sözlərlə əlaqədar olmalıdır – açqlama Ə.Abdullayevindir/ - tavaq

ayaq /qədəh/ -ayaaqa

sicim – sijim /yundan, qıldan toxunan uzun ip/ - Şijim

ələk – əlxəq

körük – xööroq

ərkən - arqamj

boxço – boqso

çömçə – üom

buruntaq – buruntaq

burğu - burğı1



Ev avadanlıqlarının /əşyalarının/ adları

I/ Ev məişətinə aid şeylərin, alətlərin adları.




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin