Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


M ö v z u    11.   D i a l e k t i k a



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə12/26
tarix31.12.2021
ölçüsü443,72 Kb.
#49706
1   ...   8   9   10   11   12   13   14   15   ...   26
FELSEFE - QIPS

M ö v z u    11.   D i a l e k t i k a 

 

Dialektika  anlayışı.  Fəlsəfə  kursunda  dialektikanın  yeri  və  əhəmiyyəti. 

Dialektikanın komponentləri – nəzəri prinsiplər, kateqoriyalar, qanunlar.  

Dialektikanın  tarixi  tipləri:  qədim  filosofların  dialektikası,  klassik  alman 

filosoflarının  idealist  dialektikası,  materialist  dialektika,  qeyri-klassik  elmlərin 

nailiyyətlərinə  əsaslanan  qeyri-klassik  dialektika.  Dialektika  varlığın  universal 

əlaqələri  və  inkişafı  haqqında  təlimdir.  Ümumi  əlaqə  və  qarşılıqlı  təsir  anlayışları. 

Qarşılıqlı  əlaqələrin  növləri.  İnformasiya  əlaqələrinin  özünəməxsusluğu. 

Dialektikanın  sistemi,  onun  əsas  struktur  əlamətləri.  Dialektikanın  prinsipləri.  

Obyektiv və subyektiv dialektika. Dialektika və metafizik təfəkkür metodları.  

İnkişaf  anlayışı. İnkişafın müxtəlif modelləri. Cansız təbiətdə, canlı təbiətdə və 

cəmiyyətdə  inkişaf.  İnkişafın  əsas  xüsusiyyətləri:  obyektivlik,  ən  ümumilik, 

dönməzlik, ziddiyyətlilik. 

Kateqoriya    anlayışı.  Dialektikanın  kateqoriyalarının qnoseoloji  və  metodoloji 

funksiyaları.  Dialektikanın  kateqoriyalarının  mahiyyəti,  əhəmiyyəti  və  funksiyaları. 

Kateqoriyaların  növləri:  ən  ümumi  əlaqələri  ifadə  edən  kateqoriyalar,  struktur 

əlaqələri ifadə edən kateqoriyalar, determinant əlaqələri ifadə edən kateqoriyalar.  

Təkcə, xüsusi və ümumi kateqoriyaları. Təkcə idrakın çıxış nöqtəsi, ümumi ilə 

fərdinin  vəhdətidir.  Xüsusi  kateqoriyası,  ümumi  ilə  təkcənin  əlaqəsində  onun  rolu. 

Təkcə və ümuminin dialektikası. 

Mahiyyət  və  hadisə  kateqoriyaları.  Hadisə  mahiyyətin  ifadəsidir.  Zahirilik 

(görünüş) anlayışı, mahiyyəti aydınlaşdırma gerçəkliyi dərk etməyin əsas məqsədidir. 

Mahiyyət  və  hadisənin  münasibətindəki  ziddiyyətlilik.  Bu  kateqoriyaların  idrak 

prosesində rolu.  

Məzmun  və  forma  kateqoriyaları,  onların  dialektik  vəhdəti.  Formanın  nisbi 

müstəqilliyi və məzmuna təsiri. Forma və məzmun arasında ziddiyyət. 

Tam  və  hissə  kateqoriyaları.  Onların  arasındakı  dialektik  əlaqə.  Bütövlük 

prinsipi, onun əsas tipləri. Sistem və struktur, element anlayışları və onların qarşılıqlı 

əlaqəsi.  

Səbəb  və  nəticə  kateqoriyaları.  Onların  arasında  dialektik  vəhdət.  Səbəb-

nəticənin  ümumi  xarakteri.  Səbəbiyyət  əlaqəsi  və  funksional  əlaqə.  Birmənalı  və 

ehtimali səbəb-nəticə əlaqələri. Səbəb və vəsilə (bəhanə). 

Determinizm prinsipi, onun tarixi formaları. Səbəbiyyət və məqsədəuyğunluq. 

Səbəiyyət əlaqəsinin əlamətləri. Səbəiyyət ələqələrinin formaları. 

Zərurət  və  təsadüf  kateqoriyaları.  Təsadüf    zərurətin  ifadə  forması  və 

tamamlanmasıdır.  Təsadüf  və  zərurətin  münasibətlərinin  birtərəfli  izahının 

əsassızlığı.  Fatalizm  və  taleyə  inam  (alın  yazısı).  Zərurət  və  təsadüfün    praktiki 

fəaliyyətdə rolu. Azadlıq və məsuliyyət. 

İmkan  və  gerçəklik  kateqoriyaları.  Real  və  formal  imkan.  Konkret,  abstrakt 

imkanlar  və  imkansızlıq.  İmkanın  gerçəkliyə  çevrilməsində  obyektiv  şəraitin  və 

subyektiv amilin  rolu. 



 

 

Qanun  anlayışı.  Qanun  və  qanunauyğunluq.  Gerçəklik  hadisələrinin  



qanunauyğun  əlaqələri.  Qanunların  obyektivliyi.  Volyuntarizm  və  fetişizm. 

Qanunların  təsnifatı:  xüsusi,  ümumi  və  ən  ümumi  qanunlar.  Dinamik  və  statistik 

qanunlar. 

Sinergetika  və qanunauyğunluq. 

İnkişaf  ideyası.  İnkar  inkişafın  qanunauyğun  anıdır.  İnkar  kateqoriyası,  onun 

dialiektik və  metafizik  anlamı.  Dialektik  inkar  inkişafın  zəruri şərti,  yeni keyfiyyətə 

keçiddə  köhnə  ilə  əlaqə  anı  və  varisliyin  ifadəsidir.  İnkarı  inkar  qanunu  (dialektik 

sintez  qanunu).  İnkişafın  formaları.  Kəmiyyət,  keyfiyyət,  xassə  və  ölçü 

kateqoriyaları.  İnkişafda  təkamül  və  sıçrayış,  onların  qarşılıqlı  əlaqəsi.  Sıçrayışın 

növləri. Kəmiyyət və keyfiyyət dəyişikliklərinin qarşılıqlı surətdə bir-birinə keçməsi 

qanunu    (Kəmiyyətin      keyfiyyətə  keçməsi  qanunu).  İnkişafın  mənbələri.  Eyniyyət, 

fərq, əkslik və ziddiyyət kateqoriyaları. Ziddiyyətlərin növləri və tipləri. Əksliklərin 

vəhdəti  və  mübarizəsi  –  inkişafın  mənbəyini  ifadə  edir,  onların  qarşılıqlı  nisbəti. 

Əksliklərin vəhdəti və mübarizəsi qanunu (Dialektik ziddiyyətlər qanunu). 

İnkişaf  və  tərəqqi.  Tərəqqi.  Tərəqqi  və  onun  meyarları:  sistem-struktur, 

funksional və humanitar. Tərəqqinin tipləri. Tərəqqi və tənəzzül. 

 


Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin