Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


M ö v z u 14.   Cəmiyyətin sosial və siyasi həyatı



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə15/26
tarix31.12.2021
ölçüsü443,72 Kb.
#49706
1   ...   11   12   13   14   15   16   17   18   ...   26
FELSEFE - QIPS

 

M ö v z u 14.   Cəmiyyətin sosial və siyasi həyatı 

 

Cəmiyyətin  sosial  strukturu.  Sinif,  sosial  qrup  və  sosial  təbəqə  anlayışları. 

Siniflərin yaranması haqqında müxtəlif baxışlar.  Müasir dövrdə sosial struktda olan 

dəyişikliklər:  sosial  təbəqələşmənin  dərinləşməsi,  fermerlər,  kooperatorlar, 

biznesmenlər,  sahibkarlar  və  başqa  qrupların  yaranması.  Ziyalılar  və  qulluqçuların 

sosial  həyatında  yeniliklər.  Sosial  strukturda  sosial-ərazi  birliklərinin  rolu.  Müasir 

urbanizasiya prosesləri, cəmiyyətin sosial-ərazi strukturunda dəyişikliklər.  

Cəmiyyətin  sosial  strukturunda  ailənin  yeri.  Ailə  cəmiyyətin  və  sosial 

strukturun  təkrar  istehsalının  mənbəyidir.  Ailənin  tarixi  inkişafı.  Müasir  cəmiyyətdə  

ailənin funksiyaları. Ailə, nigah və sevgi münasibətləri. 

Müasir  cəmiyyətin  siyasi  strukturu.  Cəmiyyətin  siyasi  təşkili.  Fəlsəfə  siyasi 

həyatın  dərk  olunması  metodologiyasıdır.  Siyasi  sistemdə  dövlətin  yeri  və  rolu. 

Dövlətin mənşəyi haqqında müxtəlif nəzəriyyələr. Dövlətin tarixi tipləri, əlamətləri, 

funksiyaları və idarəetmə formaları.  

Siyasi rejim anlayışı. Totalitar, avtoritar, liberal və demokraptik siyasi rejimlər. 

Demokratik  cəmiyyətin  siyasi  quruluşu.  Müasir  Azərbaycan  cəmiyyətində 

demokratikləşmənin inkişafı.  

Hüquq  anlayışı.  Hüquq  və  sosial  ədalət  prinsipi.  Vətəndaşların  hüquqları, 

vəzifələri və məsuliyyəti.  Hüquqi dövlət, demokratizm, qanunun aliliyi və şəxsiyyət 

azadlığı dövlətin əsasıdır. Müasir Azərbaycan və hüquqi dövlət quruculuğu.  

Siyasi hakimiyyət anlayışı. Hakimiyyətin bölünməsi ideyası. Qanunverici, icra 

və  məhkəmə  hakimiyyəti,  partiyalar,  ictimai-siyasi  hərəkatlar  və  təşkilatlar,  onların 

demokratikləşmə  prosesində  iştirakı.  Siyasi  aksiologiya.  Siyasi  fəaliyyətdə  mənəvi 



 

 

əxlaqi  və  ümumbəşəri  normalara  riayət  etməyin  zəruriliyi.    Müasir  Azərbaycan 



cəmiyyətində siyasi sistemin təkmilləşməsinin əsas istiqamətləri. 

İctimai-iqtisadi  formasiya  anlayışı.  İctimai-iqtisadi  formasiyalar  haqqında 

müxtəlif  baxışlar.  İctimai-iqtisadi  formasiyayanın  strukturu.  İctimai-iqtisadi 

formasiyaların tipləri: ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm və kommunizm 

ictimai-iqtisadi formasiyaları. 

İctimai  tərəqqi  anlayışı  cəmiyyətin  inkişaf  istiqamətlərinin  fəlsəfi  fikirdə 

müxtəlif izahı.  İctimai tərəqqinin obyektiv meyarı və tipləri. Bəşər tarixinin mənası 

və  istiqamətinə  dair  müasir  konsepsiyalar:  kulturoloji  yanaşma,  ekzistensial  baxış, 

antitarixilik. 

Sosial  həyatın  ayrı-ayrı  tərəflərində  inkişafın  qeyri-bərabərliyi  və  tərəqqinin 

ümumi  meyarını  müəyyənləşdirməyin  çətinliyi.  Azadlıq  ictimai  tərəqqinin  ümumi 

meyarı  və  məhsuludur.  Dünya  tarixi  prosesinin  vəhdəti  və  rəngarəngliyi.  Müasir 

dövrdə  ictimai  tərəqqidə  ümumbəşəri  inteqrativ  keyfiyyətlərin  artması  meyli.  Elmi-

texniki, ictimai və mənəvi tərəqqi arasında qarşılıqlı əlaqə.  

 

 


Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin