Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


M ö v z u 12.   İctimai həyatın  təbii əsasları



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə13/26
tarix31.12.2021
ölçüsü443,72 Kb.
#49706
1   ...   9   10   11   12   13   14   15   16   ...   26
FELSEFE - QIPS

M ö v z u 12.   İctimai həyatın  təbii əsasları 

 

Təbiət anlayışı. Təbiət hadisələri və obyektləri. Təbiət və mədəniyyət. İnsan və 

təbiətin qarşılıqlı münasibəti. İnsan, insan cəmiyyəti, mədəniyyət və təbiət. İnsan və 

təbiətin vəhdəti fəlsəfi problemdir.  İnsanın təbiətə dair baxışlarının dəyişməsi. 

«Təbii mühit» anlayışı. Təbii mühit və ona daxil olan maddi sistemlər,  həyat 

vasitəsi  olan  təbii  mənbələr  və  əmək  predmeti  ola  biləcək  təbii  zənginliklər.  Süni 

mühit – «ikinci təbiət» anlayışı. 

Canlı  və  cansız  təbiət,  onların  qarşılıqlı  əlaqəsi  və  onlar  arasındakı  fərq. 

İnsanın canlıya münasibəti. Canlının dərk olunmasında biologiya və fəlsəfənin rolu. 

Canlı  haqqında  müasir  baxışlar.  Yerdə  həyatın  yaranması  –  planetimizin 

təkamülünün  qanunauyğun  nəticəsidir.  Orqanizmin  ətraf  mühitlə  qarşılıqlı  əlaqəsi. 

İnsanın meydana gəlməsi və mövcudluğunun ilkin təbii şərtləri. Yerdə həyatın sonlu 

və ya sonsuz olması haqqındakı baxışlar. 

Cəmiyyət  və  təbiətin  qarşılıqlı  münasibətinin  tarixi  xarakteri.  Təbiət 

cəmiyyətin mövcudluğu və inkişafının daimi və zəruri şərtidir. İctimai inkişafda təbii 

şəraitin  rolunun  təhrif  olunması.  Coğrafi  determinizmin  əsassızlığı.  Geopolitika 

doktrinasının  mahiyyəti.  Geopolitikanın  müasir  izahı.  Azərbaycanın  geopolitik 

mövqeyi.  Təbiət-cəmiyyət  münasibətlərinin  əsas  istiqamətləri.  Təbiət  insanın  

praktiki  fəaliyyət  meydanıdır.  İnsanla  təbiət  arasındakı  münasibət.  Təbiət  insan  və 

cəmiyyət üçün gözəllik, xeyirxahlıq mənbəyidir. Təbiətin qorunmasında  insanın və 

cəmiyyətin məsuliyyəti.  

İnsanın  fəaliyyətinin    planetar  hadisəyə  çevrilməsi  və  təbiət-cəmiyyət 

münasibətlərində  baş  verən  dəyişikliklər.  Müasir  elmi-texniki  tərəqqi  və  təbiət. 

Biosfera,  neosfera,  texnosfera,  biotexnosfera  anlayışları.    Texnosfera  və    biosfera 

arasında ziddiyyətlərin kəskinləşməsi.  



 

 

Ekoloji  problem, onun elmi, sosial-fəlsəfi və etik-humanist  aspektləri. Ekoloji  



problemlərin  mahiyyəti,  onun  kompleks  və  qlobal  xarakteri.İctimai  inkişaf,  müasir 

istehsalın  yüksəlişi,  mədəni,  elmi-texniki  tərəqqi  və  ekoloji    problem.  Ekoloji  

bilikdən  ekoloji  şüura  doğru.  İctimai  inkişafın  qlobal-ekoloji  aspektləri.  Fəlsəfə  və 

ekoloji    problemin  həlli.  Antropogen  ekoloji  təhlükənin    dərk  olunması  məsələsi. 

İnsanın  ekologiyası  və  elmi  biliklərin  sintezi.  Qlobal  ekologiya  və  mədəni  əlaqələr 

problemi.  Ekoloji  çətinliklərin  aradan  qaldırılması  yolları  haqqında  russonist  və 

neorussonist  fəlsəfi  mövqe  və  müxtəlif  konsepsiyalar.    Elmi-texniki  tərəqqi  və 

ekologiya. Ekoloji  problemin qlobal xarakteri. Ekoloji fəlakət təhlükəsi. Yer üzündə 

əməkdaşlığın inkişafı üçün beynəlxalq əməkdaşlığın obyektiv zəruriliyi.  

Müasir Azərbaycanda mövcud olan ekoloji  problemlər. 

 

 

 




Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin