Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


M ö v z u 7.     Orta əsrlər Azərbaycan fəlsəfəsi



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə8/26
tarix31.12.2021
ölçüsü443,72 Kb.
#49706
1   ...   4   5   6   7   8   9   10   11   ...   26
FELSEFE - QIPS

M ö v z u 7.     Orta əsrlər Azərbaycan fəlsəfəsi 

 

Azərbaycanda  islam    dinin  yayılması  mühüm  tarixi hadisədir.  «Quran»  islam 

dinin müqəddəs kitabı, orta əsrlərin ən böyük mədəniyyət abidəsidir. «Kitabi – Dədə 

Qorqud» Azərbaycanın qəhrəmanlıq epopeyasıdır.  

«Saflıq  qardaşları»  nın  fəlsəfəsi.  Onların  varlıq  təlimi,  idrak  nəzəriyyəsi  və 

sosial baxışları.  

Ə.Bəhmənyarın  fəlsəfəyə,  məntiqə,  metafizikaya  və  təbiətşünaslığa  dair 

traktatları  və bu traktatlardan  fəlsəfənin nəzəri məsələlərinin tədqiqi. Bəhmənyarın 

varlıq  təlimi.  Onun  kosmologiyası.  Bəhmənyarın  idrak  nəzəriyyəsi.  Bəhmənyarın 

məntiqi və etik baxışları.  

 

Eynəlquzat  Miyanəçi  dövrünün  panteist  filosofudur.    Onun  varlıq  haqqında 



təlimi  və  bu  təlimin  idrak  nəzəriyyəsi  ilə  bağlılığı.  Filosofun  fəlsəfəsində 

dialektikanın rüşeymləri. 

 

Şihabəddin  Sührəvərdi  işraqilik  fəlsəfəsinin  banisidir.  Varlıq  təlimi. 



Sührəvərdinin  fəlsəfəsində  emansipasiya  nəzəriyyəsi.  Psixika  məsələləri  və  idrak 

nəzəriyyəsi. Sührəvərdinin  ictimai-siyasi baxışları. 

Siracəddin Urməvinin varlıq təlimi. Onun fəlsəfəsində materiya, forma cisim, 

məkan,  zaman,  kəmiyyət  və  keyfiyyət  kateqoriyalarının  izahı.  Məntiq  təlimi. 

Urməvinin ictimai-siyasi baxışları. 

N.Tusi  –  böyük  ensiklopedik  alim,  görkəmli  filosofdur.  Tusinin  ədəbiyyat, 

onun  predmeti  və  cəmiyyətdə  yeri  haqqında  baxışları.  Tusinin  fəlsəfi  sistemində 

varlıq təlimi. Təbiətşünaslıq məsələləri. Tusinin fəlsəfəsində şüur problemi. Tusinin 

məntiqi.  «Əxlaqi-Nasiri»  əsərində  etik-əxlaqi  məsələlərin  tədqiqi.    Tusinin  ictimai-

siyasi baxışları. 




 

 

Mahmud  Şəbüstərinin  panteizmi.  Onun  varlıq  təlimi.  Şəbüstərinin  idrak 



nəzəriyyəsi. «Gülşən-e-raz» əsərində təfəkkürə dair fikirləri. Şəbüstərinin etikası.  

Azərbaycanın  orta  əsrlər  poetik  fəlsəfəsi.  Xaqaninin  dünyagörüşünün  idealist 

xarakteri.  Bəşər  mədəniyyəti  xəzinəsinə  parlaq  töhfələr  bəxş  etmiş  N.Gəncəvinin 

«Xəmsə»  sində  fəlsəfi  fikirlər.  Onun  Allah,  mövcudat,    insan  və  cəmiyyət,  elm  və 

idrak həqqında fəlsəfi baxışları. 

Hürufilik fəlsəfəsinin ideoloqu olan Nəsiminin panteist fəlsəfəsi.  Onun fəlsəfi 

təlimində insan anlayışının şərhi və humanist, etik-əxlaqi baxışları. 

Görkəmli  filosof  –  mütəfəkkir  Füzulinin  «Mətlə  əl  -  etiqad»  əsərində  fəlsəfi 

məsələlərin şərhi. Onun varlığa və idraka dair baxışları, etik-əxlaqi fikirləri. 

Azərbaycan  maarifçilərinin  fəlsəfəsi.  Maarifçi  ədəbi-tənqidi  və  ictimai-tarixi 

idrakın  meydana  gəlməsi.  Azərbaycan  maarifçilərinin  materializmi  və  ateizmi. 

Onların  etik  və  estetik  fikirləri.  A.Bakıxanov  fəlsəfə  və  onun  vəzifələri  haqqında. 

Onun  dünyagörüşündə  insan  problemi.  Bakıxanov  varlıq  və  idrak  haqqında.  Onun 

kosmoqonik  təlimi.  Azərbaycanda  klassik  maarifçilik.    M.F.Axundov  materialist 

filosofdur. Axundov mübariz ateistdir. Axundovun dünyanın maddi vəhdəti haqqında 

təlimi  və  onun  idrak  nəzəriyyəsi.  XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində 

Azərbaycanda  maarifçi  və  inqilabi  demokratik  fikrin  inkişafı  Azərbaycanın  ictimai 

fikrində və mədəniyyətində milli istiqlal ideyaları. 

 


Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin