Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


Mövzu 19. İnsanın fəlsəfəsi



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə20/26
tarix31.12.2021
ölçüsü443,72 Kb.
#49706
1   ...   16   17   18   19   20   21   22   23   ...   26
FELSEFE - QIPS

 

Mövzu 19. İnsanın fəlsəfəsi 

 

İnsan materiyanın inkişafının, Yer kürəsində canlı təkamül prosesinin ən böyük 

nəticəsidir.  İnsan  sirli  aləmdir.  İnsan  maddi-praktiki  fəaliyyətin  subyektidir.  Fəlsəfi 

fikir  tarixində  insan  problemi.          İnsan    probleminin      fəlsəfi  araşdırılmasının 

spesifikliyi  və  aktuallğı.  Fəlsəfədə    insan  konsepsiyası  insan  haqqında  elmlərin 

əsasıdır.  İnsanın  təbiəti,  mahiyyəti  və  vəzifələri.  İnsan  mahiyyətinin  çoxölçülü 

xarakteri.  İnsanın  islam  konsepsiyası.  Azərbaycan  fəlsəfi  fikir  tarixində  insan 

problemi.  

Antropososiogenez  problemi.  Əməyin  genezisi;  əmək  aləti  düzəltmək 

fəaliyyəti. Antropososiogenezin əmək izahının müsbət rolu və ziddiyyətliliyi. İnsana 

bənzər meymun ilə zəkalı insan arasında keçid tipinin yoxluğu. Dilin ictimai-yaradıcı 

funksiyası.  Ailə-nigah  münasibətlərinin  tənzimlənməsi.  Endoqamiya,  aqamiya  və 

ekzoqamiya. 

İnsanın  əcdadı  kimdir?  İnsanın  mənşəyi  haqqında  Teyyar  de  Şardenin  təlimi. 

İnsana  keçid  morfoloji  dəyişikliklər  deyil,  daxili  aləmdə  baş  verən  keçiddir. 

İnsanabənzər  mövcudatın  inkişafı  gedişində  xarici  həyat  fəaliyyətinin  daxili 

subyektiv  istiqamət  alması.  İnsanın  mənşəyinə  dair  Darvinin  təkamül  təlimi.  Əmək 



 

 

tələbatdan yaranır, əmək fəaliyyəti insanın özünün, dilin, təfəkkürün və s. inkişafıdır. 



Əmək genetik irsiyyətdən sosial varisliyə keçidi təmin edir.  Heyvan sürüsü və ibtidai 

qəbilə icması. İlk əxlaqi-ictimai qadağalar antropososiogenezin amilidir.  

İctimai  münasibətlərin  yaranması  və  onların  bioloji  münasibətlərdən  fərqi.  

İnsanın  mövcudluğu  anlayışı.  İnsan  psixososial  fenomendir.  İnsan  mövcudluğuna 

dair ekzistensialist baxış.  

İnsanda  təbii  (bioloji)  və  ictimai  (sosial)  tərəflər.  İnsanın  sırf  bioloji  və  sırf 

ictimai  izahına  münasibət.  S.Uilsonun  sosiologiya  təlimi.  İnsanın  vulqar  sosioloji 

izahının  tənqidi.  Antiutopik  baxışlar.  İnsanda  bioloji  və  sosialın  vəhdəti.    Elmi-

texniki tərəqqi dövründə insanın biologiyası. Psixioanaliz  və insan problemi.  

Antropososiologiyada  rasionalizm.  İnsanın  varlığı  və  davranışı  onun  şüurlu 

həyatının ifadəsidir.   Antropososiologiyada  şüurluluq və şüursuzluq (freydizm).  

İnsanın  mənəvi  təcrübəsində  həyat  və  ölüm  problemi.  Həyatın  mənası.  Ölüm 

və  ölməzlik.  İnsan  həyatının  qiymətləndirilməsində  pessimizm.  Həyatın  mənasının 

dini  izahı.  İnsan  necə,  nə  qədər  və  nəyin  naminə  yaşamalıdır.  İnsanın  «ölmək 

hüququ».  Ölüm  probleminə  müxtəlif  münasibətlər.  Paternalizm  və  antipaternalizm. 

Eftanaziyanın sosial-mənəvi mahiyyəti.  

Fərd,  fərdiyyət  və  şəxsiyyət  anlayışları.  Şəxsiyyətin  sosial  mahiyyəti.   

Şəxsiyyətin      tipologiyası.  Şəxsiyyət  və  onun  cəmiyyətdəki  rolu.  Tarixi  şəxsiyyətin 

əsas göstəricisi onun dövrün tələblərinə uyğun xalqı səfərbər etməsidir. Şəxsiyyətin 

hərəkət  və  fəaliyyətinin  sosial-tarixi  şərtlənməsi.  Siyasi  rəhbərin  fəaliyyətinin  əsas 

göstəriciləri.  Görkəmli  elm  və  mədəniyyət  xadimlərinin  tarixi  prosesdə  rolu. 

Xarizmatik  tarixi  şəxsiyyət  problemi.    Cəmiyyət,  şəxsiyyət  münasibətlərinin  tarixi 

formaları.  Fərd  ilə  cəmiyyətin  bir-birinə  qarşı  müstəqilliyi.  Fərd  şəxsiyyətdir, 

cəmiyyət şəxsiyyət deyil. 

İnsan  və  cəmiyyətin  qarşılıqlı  münasibətinin  tarixi  tipləri.  Şəxsi  asılılıq 

münasibətləri. Şəxsiyyətin hüquq və vəzifələri. Nəzəriyyə və reallıq. Hüquqi dövlətdə 

şəxsiyyət.  

Tarixi  zərurət  və  şəxsiyyət  azadlığı.  Şəxsiyyətin  azadlığı,  hüquq  və  vəzifələri 

ilə məsuliyyətin vəhdəti. Demokratik cəmiyyət və şəxsiyyət azadlığı. Müasir dövrdə 

şəxsiyyət azadlığı və cavabdehlik. 

Fəlsəfə, insan və bəşəriyyət. İnsan və kainat. Sosial dəyərlər, onların mahiyyəti 

və  cəmiyyətdə  rolu.  Sosial  dəyərlərin  təbiəti  haqqında  baxışlar.  Dəyərlərin  sosial 

şərtlənməsi. Sosial dəyərlərin təsnifatı: qnoseoloji, etik və estetik dəyərlər. Azadlıq və 

milli  müstəqillik  ən  ali  dəyərdir.  Aksiologiya  və  müasirlik.  Şəxsiyyətin 

sosiallaşmasında dəyərlərin rolu. Şəxsiyyətin dəyərlər oriyentasiyasına müasir dövrün 

təsiri.  Dəyərləri  qorumaq  və  inkişaf  etdirməyin  zəruriliyi.  Tarixi  keçmişə  və  mili 

ənənələrə hörmət dövrün mühüm vəzifəsidir. İslamın ümumbəşəri əxlaqi dəyərləri.  

 


Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin