AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə33/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
1   ...   28   29   30   31   32   33   34   35   36

 
ƏDƏBĠYYAT 
 
1.
 
http://ecology.aonb.ru/Informacionnye-bazy-dannyh.html 
2.
 
http://libr.orensau.ru/ekolstranichka/bdpoekologii 
3.
 
http://ecoportal.su/wastet.php 
4.
 
http://ecology.gpntb.ru/ecologydb/ 
5.
 
http://energosoft.info/soft_ecolog.html 
6.
 
http://www.ecy.wa.gov/database.html 
7.
 
http://www.freshwaterecology.info/ 
8.
 
http://esapubs.org/archive/ecol/e090/184/ 
9.
 
http:// eco.presl ib.az/  
10.
 
Экология. Природа – Человек –2007, Изд. «Экономика», 510 
11.
 
Yusifov E.F., Təhməzov V.N. Ətraf mühit, iqtisadiyyat, həyat. Bakı, ―El-Əlincə‖, 
2004, 336 s. 
 
Ġ.Z.Aliyeva 
 
MODERN ASPECTS OF BIBLIOGRAPHIC  
RESOURCES IN AZERBAIJAN 
 
Summary 
It  was  analyzed  the  main  problems  of  organization  and  administration  of  the  biblio-
graphic database on environmental data. We studied the stages of development of the biblio-
graphic data base on ecology in Azerbaijan library. 
 
 
 
 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 274 - 
Cabbarova Aysel Ziloy qızı 
M.Fizuli adına AMEA Əlyazmalar İnstitutu,  doktorant 
 
 
AZƏRBAYCANDA BIBLĠOQRAFĠK FƏALĠYYƏTĠN  
MEYDANA GƏLMƏSĠ VƏ ĠNKĠġAFI 
 
Sənəd  və  informasiya  istifadəçiləri  («Kitab-oxucu»)  sistemində  sosial  kommunikasiya 
vasitəçilərindən biri  olan biblioqrafiya Azərbaycanda da qədim tarixə malikdir. O, çox uzun 
tarixi bir inkişaf yolu keçərək indiki müşahidə etdiyimiz səviyyəyə gəlib çatmışdır. Biblioqra-
fik  fəaliyyətin  sənəd  kommunikasiyaları  sistemindəki  vasitəçiliyinin  özünəməxsus  səciyyəvi 
xüsusiyyətlərinin  fərqli  (differensial)  şərhi  üçün  tarixi  inkişaf  ənənələrini  aydın  təsəvvür  et-
mək lazımdır. 
Biblioqrafik informasiyanın ilk rüşeymlərinə antik dövrdə belə təsadüf edilsə də bir fəa-
liyyət sahəsi kimi əsl inkişafı kitab çapının ixtirasından və  yayılmasından sonra mümkün ol-
muşdur.  M.Ə.İbrahimovun  dediyi  kimi,  «Kitab  insan  zəkasının  misilsiz  kəşfidir.  Heç  bir 
xalqın  maddi  və  mənəvi  sərvətlərinnin  tərəqqisini  kitabsız  təsəvvür  etmək  mümkün  deyil. 
Fiziki və zehni əməyin nailiyyətlərini əbədiləşdirən, yaddan çıxmağa, unudulmağa qoymayan 
kitabdır. O, bilik, təcrübə, ədəb xəzinəsidir...»  
Biblioqrafik informasiyanın tarixən ilkin formaları kitabxana kataloqlarından ibarət olsa 
da, sonralar onların əhatəlik dairəsi daha da genişlənmişdir. Məsələn, İskəndəriyyə Kitabxa-
nasının yeni  eradan əvvəl  III  əsrdə baş kitabxanaçı Kallimax tərəfindən tərtib olunmuş kata-
loqu  («Таблицы  тех,  кто  прославился  во  всех  областях  знания  (и  того,  что  они  напи-
сали») belə təxmin edilir ki, həmin kitabxananın sistemli kataloqu olmaqla yanaşı, yunan ədə-
biyyatının  məlum  olan  hissəsini  də  mühafizə  olunma  məkanından,  yerindən  asılı  olmayaraq 
əhatə edir.  
Bununla  bərabər  onu  da  qeyd  etmək  lazımdır  ki,  biblioqrafik  qaynaqların  ilkin  tarixi 
formaları yalnız kataloq lardan ibarət olmamışdır. Dünya biblioqrafiyasının tarixindən bəllidir 
ki, qədim Romada biblioqrafik əlamətlərə malik olan yeni ədəbi yazı janrı meydana gəlmişdir. 
Keçmişin tanınmış görkəmli adamlarının həyatı və yaradıcılığı haqqında qısa məlumat verən 
belə  yazılara  çox  zaman  «Məşhur  cəngavərlər  haqqında»  («О  знаменитых  мужах»)  («De 
viris illustribus») adı verilirdi. Bu cür materiallara o dövrün tarixi xronikalarında və hətta elmi 
əsərlərdə də rast gəlmək olar. 
Məşhur elm və mədəniyyət adamları haqqında məlumat verən belə yazılar Şərq ölkələ-
rində  və  Azərbaycanda  da  yayılmışdı.  Azərbaycanda  təzkirə  janrını,  müəyyən  dövrün  tarixi 
hadisələrinin təsvirini verən qaynaqları misal göstərmək olar. Qədim tariximizə həsr olunmuş 
tədqiqatlarda  onların  tez-tez  adı  çəkilir  və  biblioqrafik  mənbə  kimi  qiymətləndirilir.  Cənubi 
Azərbaycanın böyük alimlərindən olan Mirzə Məhəmmədəli Tərbiyətin (1875-1940) «Daniş–
məndani–Azərbaycan»  əsəri  (1937)  demək  olar  ki,  təzkirələr  təzkirəsi  (biblioqrafiyanın  bib-
lioqrafiyası)  rolunu  oynayır.  M.Tərbiyətin  Azərbaycan  mədəniyyətinə  göstərdiyi  xidmətlər-
dən biri F.B.Köçərlinin qarşısına çıxan əsas maneəni öz yaradıcılığı ilə aradan qaldırması və 
bununla Azərbaycan ədəbiyyatı tarixindəki bir çox boşluqları ləğv edə bilməsilə əlaqədardır. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 275 – 
 
Onun 40 illik elmi araşdırmalarının nəticəsi olan bu əsəri Azərbaycanın  şair,  yazıçı, filosof, 
təzkirəçi, ədəbiyyatşünas, rəssam, münəccim, mühəndis, memar, riyaziyyatçı, nəqqaş, xəttat, 
tarixçi,  səyyah,  jurnalist,  dilçi  və  maarifçi  alimləri  haqqında  bir  ensiklopediyadır.  Professor 
Səid  Nəfisinin  rəhbərliyi  altında  tərtib  olunan  «Şahkarhaye  nəsre–farsi»  («Fars  nəsrinin  şah 
əsəri»)  adlı kitabda M.Tərbiyətin bu  əsərindən nümunələr  gətirilir və o,  fars dilində  yazılan 
gözəl əsərlər sırasına daxil edilir.  
Azərbaycan  tarixi  üçün  maraqlı  olan,  lakin  biblioqrafik  baxımdan  lazımi  qədər 
qiymətləndirilməmiş  Şərq  qaynaqlarından  biri  ərəb  filoloqu,  coğrafiyaşünası  və  tarixçisi 
Yaqut  ibn  Abdullah  ər-Rumi  əl-Həməvinin  (1179-1229)  «Macəmül  Üdabə»  («Yazıçıların 
əlifba  üzrə  siyahısı»)  (1218)  əsəridir.  Bu  əsər  biblioqrafik  lüğətlər  janrına  aid  edilə  bilər. 
Əsərdə  1100  nəfər  elm  və  mədəniyyət  xadiminin  həyatı  və  yaradıcılığı  haqqında  məlumat 
verilir.  Onların  arasında  Məkki  ibn  Əhməd  əl-Bərdai,  Əbdül  Əziz  ibn  əl-Həsən  əl-  Bərdai, 
Səid ibn Əmiri əl-Əzdini, Yəhya ibn Səlam ibn əl-Hüseyn əl-Xətib əl-Xəskəfi, Xətib Təbrizi 
və başqaları kimi Azərbaycan elm və sənət adamlarının adı çəkilir.  
Coğrafi  yer adları  ilə əlaqədar məlumat  mənbələrindən  yenə Yaqut  Həməviyə məxsus 
olan «Mocamul əl-büldən» («Ölkələrin əlifba ilə sıralanması») (1224) adlı əsəridir. Bu tarixi 
mənbədə 16 min toponim, o cümlədən Azərbaycanın 90 yaşayış məntəqəsinin adı çəkilir.  
Məşhur  elm  və  sənət  adamlarının  həyatı  və  yaradıcılığı  ilə  əlaqədar  ilkin  biblioqrafik 
mənbələrdən  təzkirələri  xüsusilə  qeyd  etmək  lazımdır.  Təzkirələr  Azərbaycan  ədəbiyyatı 
tarixinin tədqiqində əhəmiyyətli qaynaq kimi diqqətəlayqdirlər. Azərbaycan təzkirəçilərindən 
Sam  Mirzəni  (XVI  əsr),  İbrahim  Mirzəni  (XVI  əsr),  Əhdi  Bağdadini  (XVI  əsr),  Sadiq  bəy 
Sadiqini  (XVI  əsr),  Seyid  Əzim  Şirvanini  (1835-1890),  Mirmöhsün  Nəvvabı  (XIX-XX 
əsrlər), Müctəhidza- dəni, Məhəmmədəli Tərbiyəti və başqalarını göstərmək olar. 
Söz  ustası  və  ədəbiyyatşünas  alim  kimi  tanınmış  Sam  Mirzə  (1517-1567)  «Töhfeyi-
Sami»  adlı  məşhur  təzkirəsində  (1550)  664  şairin  tərcümeyi-halını  əxz  etdirmişdir.  Qeyd 
etmək  lazımdır  ki,  Sam  Mirzənin  bu  təzkirəsi  biblioqrafik  i  formasiya  baxımından  çox  əhə-
miyyətlidir.  «Danişməndani-Azərbaycan»  əsərində  M.Tərbiyətin  «Töhfeyi-Sami» təzkirəsinə 
tez-tez müraciət etməsi bu fikri təsdiq edir. 
İbrahim Mirzə də Səfəvilər sülaləsindəndir. Onun «Fərhəngi-İbrahimi» adlı əsaslı təzki-
rəsi görkəmli söz ustalarının tərcümeyi-halı və yaradıcılığı haqqında məlumat verir. 
XVI əsr təzkirəçilərindən biri də Sadiq bəy Sadiqidir. O, 1533-cü ildə Təbriz şəhərinin 
Vərçi məhəlləsində anadan olmuşdur. II Şah İsmayıl zamanında dövlət kitabxanasında işləmiş 
və  Şah  Abbas  tərəfindən  dövlət  kitabdarlığı  vəzifəsinə  çatdırılmışdır.  Sadiq  bəy  Sadiqi 
«Məcməül-Xəvvas» adlı (türk dilində) təzkirə yazmış və burada Şah İsmayıl Səfəvi dövrün-
dən  Şah  Abbas  dövrünədək  yaşayıb-yaratmış  480  nəfər  söz  ustasının  tərcümeyi-halı  veril-
mişdir.  Biblioqrafik  baxımdan  maraqlı  olan  faktorlardan  biri  də  odur  ki,  Sadiq  bəy  Sadiqi 
1601-ci ildə İsfahanda öz əsərlərinin siyahısını da tərtib etmiş və onun müqəddiməsində qısa 
tərcümeyi-halını vermişdir. Siyahıda on adda əsəri qeyd olunur və onların qısa səciyyəsi veri-
lir.  Belə  siyahılar  biblioqrafiya  tarixində  biblioqrafik  təbliğin  ilk  rüşeymlərindən  hesab 
olunur. 
Təzkirəçilik  XIX  əsrdə  də  davam  etdirilmişdir  və  Azərbaycanın  görkəmli  şairi  Seyid 
Əzim  Şirvaninin  yaradıcılığında  da  buna  təsadüf  edilir.  O,  1880-ci  illərdə  bir  təzkirə  tərtib 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 276 - 
edir  və  orada  ilk  dəfə  olaraq  Şamaxı  şairlərindən  Füruği,  Məxmur,  Qənnadi,  Qəmi,  Rüsva, 
Ərdəbil şairlərindən Müxsusi-Gənci, Qaib, Molla Məhəmməd Şəfi, Məhəmmədhəsən Qumru 
və başqaları haqqında məlumat verir. 
XIX əsrin axırlarında yaranan ən mühüm təzkirə Mirmöhsün Nəvvab Qarabağiyə məx-
susdur. «Təzkirəyi-Nəvvab» adlanan bu təzkirədə Qarabağın 90 şairi haqqında bioqrafik mə-
lumat verilir. Qeyd etmək lazımdır ki, Mirzə Məhəmməd Müctəhidzadə də 1907-ci ildə Qara-
bağ  şairlərinin  tərcümeyi-halı,  türk  və  fars  dillərində  olan  nəşrləri  haqqında  məlumat  verən 
«Riyazül-aşiqin» adlı bir kitab tərtib etmişdir və o, 1910-cu ildə İstanbulda çap olunmuşdur. 
M.Tərbiyət  «Danişməndani-Azərbaycan»  əsərində  həmin  əsəri  «Təzkireyi-Nəvvab»  əsərinin 
türk dilinə tərcüməsi hesab edir.  
Qədim tarixi hadisələr haqqında ilkin məlumat üçün əhəmiyyətli olan mənbələrə aid çox 
misallar göstərmək olar. Məsələn, akademik Ziya Bünyadov Atabəylər dövrünün tarixşünaslı-
ğında maraqlı olan əsərlərdən İbn əl-Cövzünün nəvəsi, Sabit ibn əl-Cövzi adı ilə daha çox ta-
nınmış Şəmsəddin Əbül Müzəffər Yusif ibn Qız oğlunun (1185–1256) öz babasının əsərinin 
nümunəsində tərtib etdiyi məşhur «Mirat əz-zaman fi tarix əl-əyan» («Görkəmli adamların ta-
rixinə  aid  zamanın  güzgüsü»)  əsərini  «dünyanın  yaranmasından»  1256-cı  ilə  qədər  mühüm 
hadisələri nəzərə alan hərtərəfli salnamə hesab edir. Əsərdə 1256-cı ildə vəfat edən tanınmış 
adamların əlifba sırası ilə hər biri haqqında biobiblioqrafik məlumat verilir. 
XIII–XIV  əsr  alimlərindən  olan  Xətib  Öməri  Şeyx  Vəliyəddin  Əbu  Abdulla  Təbrizi 
«Kitabul-ikmal  fi  Əsmair-Rical»  («Böyük  şəxsiyyətlərin  adları  haqqında  kamil  kitab») 
əsərinin  müəllifidir.  Biobiblioqrafik  baxımdan  diqqəti  çəkən  bu  əsər  «Mişkətül-Məsabih» 
(«Çıraqların  çıraqları»)  əsəri  ilə  birlikdə  Kəlküttədə  (1843),  Peterburqda  (1898),  Qazanda 
(1906) çap olunub. 
Coğrafiyaşünas alim Zeynalabdin Şirvani (1780-1837) İran, Türkiyə və Hindistan səya-
hətindən sonra «Bostanüs-siyahə» («Siyahətlərin gülşəni»), «Riyazüs-siyahə» («Səyahət bağ-
ları») əsərlərini yazmışdır. M.Tərbiyət onun «Riyazüs-siyahə» (1821) əsərini faydalı məlumat 
xəzinəsi kimi qiymətləndirir. 
Tarixçi alimlərdən Əbdürrəzaq bəy Məftunun (Dünbülü) (1762-1827) də adını çəkmək 
lazımdır. O, ərəb və fars dillərində nəzm və nəsr əsərləri yazmış, ərəb şairlərinin və rəvayətçi-
lərinin  yaradıcılıq  incəliklərini  öyrənmişdir.  Onun  tarixi  əsərlərindən  «Məasiri-Sultaniyyə» 
(«Şahın böyük işləri») və «Camei-Xaqani» adlı əsərlərini qeyd etməkolar. Bu əsərlərdə Fətə-
lişah taxta çıxandan 1825-ci ilədək baş vermiş tarixi hadisələrdən danışılır. Tərbiyətin adı çə-
kilən təzkirəsində onun 16 adda əsəri haqqında məlumat verilir. 
Yuxarıda qeyd edilmişdir ki, təzkirə yazmaq XX əsrdə də davam etdirilmişdir və bun-
lardan M.Tərbiyətin yuxarıda haqqında bəhs olunan «Danişməndani-Azərbaycan» təzkirəsini 
(1987) xüsusilə qeyd etmək lazım gəlir. Bu tərcümeyi- hal xarakterli məlumat kitabı əvvəlki-
lərdən fərqlənir. Əvvəla burada təkcə şairlərin deyil, yazıçı, alim, mütəfəkkir və incəsənət us-
taları  haqqında  bioqrafik  məlumat  verilir.  İkinci  mühüm  fərqli,  biblioqrafik  baxımdan  əhə-
miyyətli olan cəhəti odur ki, əsərdə bəzi görkəmli adamların əsərlərinin və onların haqqında 
yazılmış  ədəbiyyatın  biblioqrafik  siyahılarına  təsadüf  edilir.  Məsələn,  A.A.Bakıxanovun  10 
adda əsərinin, Əbdürrəziq bəy Məftunun 16 adda əsərinin, Mirzə Möhsün Təsirin 7 adda məs-
nəvisinin, 6 adda qitə və qəsidəsinin, XIII əsrin söz ustalarından Hüsaməddin Əbdülmövinin 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 277 – 
 
oğlu  Həsənin  5  adda  əsərinin,  XIV  əsrin  Təbriz  alimlərindən  və  fəzilət  sahiblərindən  olan 
Şeyx  Mahmud  Şəbüstərinin  (1320)  Təbrizdə,  Tehranda  və  Hindistanda  çap  olunmuş  «Gül-
şəni-raz» məsnəvisi haqqında ariflərin və alimlərin yazdıqları 17 adda izahın və nəzirənin si-
yahısı  verilmişdir.  Qeyd  etmək  lazımdır  ki,  bu  «biblioqrafik  siyahıların»  hamısı  qısa  şərhlə 
(annotasiya ilə) müşayiət olunur və bununla da oxucularda həmin əsərlər haqqında ilkin təsəv-
vür yaradılır. 
M.Tərbiyət  əsərinə  «Kitabın  yazılmasınadək  Azərbaycan  mətbuatı»  adlı  bir  bölmə  də 
əlavə  etmişdir  və  bu  da  cənubi  Azərbaycan  dövri  mətbuatı  haqqında  biblioqrafik  məlumat 
üçün çox maraqlıdır. Burada 1870-ci ildən 1933-cü ilə qədər çıxan 109 adda jurnal və qəzetin 
biblioqrafik təsviri verilir. Təzkirəyə belə bir biblioqrafik informasiyanın əlavə edilməsi onun 
cənubi  Azərbaycan  dövri  mətbuatı  üzrəretrospektiv  biblioqrafik  axtarışda  təcrübi  əhəmiyyə-
tini xeyli artırmışdır. 
Tədqiqat  əsasında  əldə  olunan  materialların  biblioqrafiyaşünaslıq  baxımından  təhlili 
göstərir ki, onlar biblioqrafik xaratkerli mənbələrə aid edilə bilərlər. Bu cür mənbələrdə tər-
cümeyi-hal məlumatları üstünlük təşkil edir, ayrı-ayrı tanınmış elm və sənət adamlarının əsər-
ləri  isə  nadir  hallarda  sadalanır  və  ya  onlardan  nümunələr  verilir.  Ona  görə  də  Azərbaycan 
biblioqrafiyasının  tarixən  ilkin  nümunələri  hesab  edilən  mənbələr  biblioqrafik  vəsait  olma-
salar da özlərində biblioqrafik əlamətləri əks etdirirlər və belə materiallar Azərbaycan biblio-
qrafiyasının tarixən ilkin formaları hesab edilə bilər. 
1959-cu  ildə  Azərbaycan  Respublikasının  Mədəniyyət  Nazirliyi  Azərbaycan  Kitabının 
ümumi  retrospektiv  biblioqrafiyası  haqqında  əsasnamə  təsdiq  edir.  Bu  rəsmi  sənədə  görə 
Azərbaycan kitabının ümumi retrospektiv göstəricisi üç cilddə nəzərdə tutulurdu. O, ilk Azər-
baycan kitabından baş- lamalı və 1960-cı ilə qədər olan kitabları əhatə etməli idi. 1959-cu il-
dən Kitab Palatası və M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası həmin işə ciddi ya-
naşır və kitabxananın qocaman işçisi Ə.Əliyev 1920-ci ilə qədər işıq üzü görmüş Azərbaycan 
kitabı haqqında araşdırmalara və biblioqrafik axtarışa başlayır. Bu zaman o çox ciddi çətinlik-
lərlə üzləşməli olur. Bunun səbəblərindən biri o dövr nəşrlərinin konkret bir fondda toplanma-
masıdır. Başqa bir səbəb isə Azərbaycan müəlliflərinin qələminə məxsus əsərlərin ərəb, fars, 
türk, fransız və başqa dillərdə dünyanın müxtəlif ölkələrində, o cümlədən İranda, Türkiyədə, 
Misirdə, Hindistanda və Avropanın bir sıra şəhərlərində çap olunması ilə əlaqədardır. Beləlik-
lə, azərbaycanlı müəlliflərə məxsus kitabların ümumi repertuarını yaratmaq probleminin həlli 
geniş  məkanda çox ciddi  axtarış  aparmağı,  müxtəlif ədəbi  və  biblioqrafik mənbələri araşdır-
mağı tələb edirdi. Bütün bunlar bir daha göstərir ki, «Azərbaycan kitabı» göstəricisinin birinci 
cildinin tərtibi kimi məsuliyyətli, çətin, lakin nəcib bir işi boynuna götürmüş Ə.Əliyev nə qə-
dər geniş miqyaslı axtarışlar aparmaq məcburiyyəti qarşısında qalmışdır. O, təkcə respublika-
nın kitabxanalarında, arxivlərində, yerli biblioqrafik mənbələr üzrə axtarış aparmaqla kifayət-
lənmir.  Başqa  şəhərlərə,  o  cümlədən  Moskva,  Sankt-Peterburq,  Tbilisi,  Kazan,  Daşkənd  və 
başqa şəhərlərə ezam olunur, ən böyük kitabxanalarda axtarışlar aparmalı olur və Azərbaycan 
kitabının mövcudluğu haqqında xeyli faktlar əldə edir.  
«Azərbaycan kitabı» göstəricisinin tərtibi prosesində qarşıya çıxan bir çətinilk də 1920-
ci ilə qədər vahid nəşriyyat sisteminin və qaydasının olmaması üzündən kitabın nəşriyyat tər-
tibi  prinsipindəki  müxtəlifliklə  bağlı  olmuşdur.  Bu  həmin  kitabların  biblioqrafik  təsviri 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 278 - 
zamanı vahid qaydanın tərtibi tələbində özünü qabarıq şəkildə büruzə verirdi. Bu cür çətinlik-
lər haqqında göstəricinin «Bir neçə söz adlanan giriş məqaləsində lazımi məlumat verilir.  
 
 
ƏDƏBIYYAT 
 
1.
 
Azərbaycan kitabı:(Biblioqrafiya)/Tərtib edəni:S.Əliyev.-B.:ADKR nəşri, 1951.  
2.
 
Azərbaycan SSR EA nəşrlərinin biblioqrafiyası (1923-1945).-B., 1984.-319 s.  
3.
 
Azərbaycan SSR Xalq Maarif Komissarlığı: Azərbaycan xalq maarifi (1920-1928).- 
B.,1928.  
4.
 
Bədəlov E.M. Azərbaycan kitabı //«Bakı».-1982.- 19 iyun.  
5.
 
5.Böyük  Oktyabr  və  Sovet  Azərbaycanında  elmin  çiçəklənməsi.-B.:«Elm»  nəşriy-
yatı, 1977.  
6.
 
Bünyadov Z.M. İki əsrin hüdudunda Azərbaycanda tarix elmi: vəziyyət və perspek-
tivlər//Elm və həyat-1986.-№10.  
7.
 
Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan.-B.,1987. 
8.
 
Məhərrəmli  C.  Dövri  mətbuatımıza  dair  (N.Axundovun  «Azərbaycan  dövri 
mətbuatı» biblioqrafiyası haqqında)//Ədəbiyyat və incəsənət.-1965.-30 oktyabr. 
9.
 
Xələfov Ə.T. Orta əsrlər Azərbaycan ədəbi biblioqrafiyasına dair//Kitabxanaşünaslıq 
və biblioqrafiya:Elmi-nəzəri və təcrübi jurnal.-1997.-№1.-S.82-93. 
 
 
 
Aysel Jabbarova 
 
THE FORMATION AND DEVELOPMENT OF THE BIBLIOGRAPHIC 
ACTĠVĠTY ĠN AZERBAĠJAN 
 
Summary 
The  article  deals  with  the  importance  of  preparing  of  Azerbaijan  bibliography  book, 
which  is  the  main  part  of  Azerbaijani  culture.  It  is  also  widely  discussed  the  impact  of  the 
recovery of national identity, national traditions in the modern conditions of development of 
the national biographical work. 
 
 
 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 279 – 
 
Günel
 
Nazim
 
qızı Hacıyeva
 
 
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, doktorant 
gunel.haciyeva.1987@mail.ru 
 
 
MEMARLIQ VƏ ĠNġAAT SAHƏSĠNĠN KĠTABXANA-ĠNFORMASĠYA 
TƏMĠNATININ TƏKMĠLLƏġDĠRĠLMƏSĠ YOLLARI 
 
Açar sözlər: memarlıq, informasiya təminatı, elektron informasiya resursları. 
 
İnsanın  fəaliyyət  sahələrinin  ixtisaslaşması,  onların  sənəd-informasiya  təminatının  və 
kitabxana-biblioqrafik resurslarının  da ixtisaslaşmasına səbəb olur.  Belə  ixtisaslaşmış  fəaliy-
yətdən biri də memarlıq fəaliyyətidir. 
Memarlıq üzrə sənəd-informasiya təminatının formalaşması prosesləri ildən-ilə sürətlə-
nir. Eyni zamanda bu sahədə tələb olunan informasiyanın həcmi artır və sənəd-informasiya tə-
minatında daha yüksək operativlik tələb olunur. Memarlıq sahəsində sənəd-informasiya təmi-
natının əhəmiyyətini bu sahənin mütəxəssisləri də təsdiqləyir və buna xüsusi diqqət yetirirlər.  
Bütün bu amillər memarlıq üzrə sənəd-informasiya təminatının, eləcə də biblioqrafik tə-
minatın qanunauyğunluqlarının öyrənilməsini tələb edir. 
Elmə  ilk  dəfə  bu  sahənin  tədqiqini  amerikalı  memar  Riçard  Sol  Vurmen  keçən  əsrin 
sonlarında öz ―Memarlıq informasiyası‖ termini ilə gətirmişdir. O, 1996-cı ildə eyni adlı kita-
bını  nəşr etdirmişdir. ―Memarlıq informasiyası‖ bu sahədə insanlara lazım olan məlumatları 
daha  səmərəli  tapmağa  və  emal  etməyə  kömək  etmək  məqsədilə  informasiyanın  naviqasiya-
sının sistemləşdirilməsi prinsipləri ilə məşğul olur.  
Əsası hələ Azərbaycanı öyrənən cəmiyyət tərəfindən qoyulan milli memarlığımızın təd-
qiqinə  M.Ə.Hüseynov,  L.S.Bretanitski  və  A.V.Salamzadənin  ―Azərbaycan  memarlıq  tarixi‖ 
(1963) adlı əsərlərində özünün layiqli bəhrəsini tapdı. Azərbaycan memarlıq tarixinin qədim 
dövründən  XX  əsrin  əvvəllərinə  kimi  inkişaf  mənzərəsini  açıqlayan  ―Azərbaycan  memarlıq 
tarixi‖  kitabında  memarlıq  tikililərinin  tipologiyası  müəyyənləşdirilmiş,  memarlıq  tarixinin 
elmi  baxımdan  dövriyyələşdirilməsinin  əsası  qoyulmuşdur.  Əsərdə  Azərbaycan  memarlıq 
abidələrinin üslubi xüsusiyyətləri aşkarlanmış, regional məktəblərin Yaxın və Orta Şərq, Orta 
Asiya  ölkələri  memarlığının  inkişaf  prosesləri  ilə  qarşılıqlı  əlaqələri  təhlil  olunmuşdur. 
Tədqiqatın  bir  sıra  müddəaları  A.V.Salamzadənin  ―XVI-XIX  əsrlərdə  Azərbaycan  memar-
lığı‖(1964), L.S.Bertanitskinin ―XII-XVII əsrlərdə Azərbaycan memarlığı və Yaxın Şərq me-
marlığında onun mövqeyi‖ (1966) adlı monoqrafiyalarında geniş izahını tapmışdır. [2, 180] 
Son  dövrdə  bu  istiqamətdə  atılan  addımlardan  biri  Azərbaycan  Memarlıq  və  İnşaat 
Universitetinin  Kitabxana  və  İnformasiya  mərkəzinin  2015-2020  –ci  illər  üçün  hazırladığı 
strateji planıdır.  
Azərbaycan Memarlıq və İnşaat Universitetinin kitabxana-strateji fəaliyyət planı hədəf-
ləri çox geniş sahələri əhatə edir. Plan yalnız AzMİU çərçivəsində məhdudlaşmır, o, həmçinin 
bütün universitetləri bu və ya digər sahələrdə müəyyən dərəcədə əhatə edir. Burada, tələbə və 
ya  digər  tədqiqatçılara  məlumat  ötürülməsində  daha  çox  virtual  xidmət  göstərməyə  başlan-

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 280 - 
mışdır. Kitabxana fərdiləşməyə başlayacaq. İsdifadəçilər tədqiqat sahələrinə daha çox nəzarət 
etmə,  kitabxana  əməkdaşları  isə  təlim-tədris,  tədqiqat  sahələrində  istifadəçiləri  ilə  birgə 
çalışma imkanı əldə edirlər. Həm daxili həm də xarici universitetlərlə özəlliklə bu sahə üçün 
önəmli  olan  partnyorlarla  strateji  əməkdaşlıq  planları  yeniləcək.  Universitetin  fakültə  və 
tələbə heyətinin daha çox imtiyaz əldə etmələri üçün qlobal konteksdə işlər görüləcək. Kitab-
xana  rəqəmsal  aləmə  sürətlə  daxil  olduğu  üçün  əhəmiyyətli  vəsaitləri  qoruyub  saxlaya  bilir. 
Universitetin 5 illik planı çərçivəsində İnstitusional Anbarların əhəmiyyətinə diqqət yönəldil-
mişdir. Universitetin  strateji  planının  direktivləri dəstəklənir.  İstifadiçilərlə  akademik fəaliy-
yətdə öncül proqramlarla işlənilir [3]. 
Kitabxananın strateji planı, bu böyük kitabxana sisteminin gələcəyi üçün böyük ümidlər 
vəd  edir.  Plan  növbəti  beş  il  üçün  7  əsas  və  onları  müşayiət  edən  bir  çox  məqsədləri  əhatə 
edir.  
Hədəf I: AzMİU ictimaiyyətini kitabxanadan tam istifadə hüquqları ilə təmin etmək. 
AzMİU Kitabxanası istifadəçiləri tədqiqat işlərinə uyğun mövzuları kitabxananın istifa-
dəçi qayda qanunları və digər müvafiq üsullarla lazımi formatlarda əldə edə bilərlər. İstifadə-
çilər  həmçinin  dünyanın  aparıcı  kitabxanaları  ilə  informasiya  mübadiləsi  razılaşması  sayə-
sində elmi  resurslardan sərbəst  istifadə etmə üstünlüyünə  də sahibdirlər.  Kitabxanaçılar  istər 
çap, istərsə də elektron formatlarda olan vəsaitlərin alınmasına, həmçinin digər universitetlə-
rin kitabxanaları ilə daimi və ya müvəqqəti istifadəçilik hüquqlarının təmin edilməsinə çalışır-
lar. 
Hədəf II : Elmi resursların tədqiqi və tətbiqi sisteminin təkmilləşdirilməsi. 
Son illər bir çox istifadəçinin müxtəlif üsul və vasitələrdən istifadə edərək kitabxanadan 
kənarda elmi materialların əldə etməsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Kitabxana istifa-
dəçilərinə lazımi elmi vəsaitləri istədikləri şəkildə tapıb əldə etməsinə şərait yaradır. Kitabxa-
na əsas diqqətini açıq informasiya bazasının təşkilinə, fiziki və rəqəmsal resursların formalaş-
dırılmasına  və  bunlardan  bütün  istifadəçilərin,  tələbə  və  tədqiqatçıların  sərbəst  daxil  olub 
istifadə etməsi məsələlərinə yönəldir. 
Geniş və innovativ partnyorluq tarixinə əsaslanaraq kitabxananın çətin tapılan və nadir 
resurs  bazası  genişləndiriləcək.  Kitabxana  əməkdaşları  istifadəçilər  ilə  tədqiqat  sahələrində 
daha səmərəli çalışmaları üçün onlarla əlaqələri gücləndirəcək. 
Hədəf III: Elmi bilik və təcrübə mübadiləsini dəstəkləyən xidmət sahələrinin təşkili. 
Kitabxana, elmi tədqiqat prosesinin bütün mərhələlərində AzMİU kitabxanası istifadəçi-
lərinə – tələbə, müəllim, tədqiqatçı və s. -in işlərinə kömək edir. Kitabxana əməkdaşları yük-
sək səviyyəli konsultasiya xidmətləri göstərir və elmi ictimaiyyətin elmi mübadiləsinin yara-
dılmasında, tədqiqat mövzuları-nın araşdırılmasında və təhlilində xüsusi vasitələrdən istifadə-
də köməklik göstərirlər. Kitabxana vizual və digər mənbələrin, məlumatların seçilməsinə, isti-
fadə edilməsinə, yenidən işlənməsinə və s. dəstək verir. 
Kitabxana universitet daxilində və xaricində digər müəssisələrlə əməkdaşlıq edərək elmi 
nəşrlərin  qorunub  saxlanması  və  nəşrlərin  məhdud  sayda  yayılması  üçün  nəzərdə  tutulmuş 
domen  məsələləri,  həmçinin  kitabxana  alimlərin  intellektual  mülkiyyət  hüquqlarını  təsdiq-
ləməsi, saxlanması məsələlərinin həllinə diqqət yetirir və problemləri həll etməyə çalışır. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 281 – 
 
Hədəf IV: Kitabxana proqramlarının tələbələrə təhsil nöqteyi nəzərindən təsirini güclən-
dirmək. 
Kitabxana,  fakültə  və  digər akademik partnyorlarla  əməkdaşlıq ederək AzMİU profes-
sor-müəllim və tələbə heyətinin akademik kariyeralarında onlara kömək etmək üçün kitabxa-
nanın proqramlarının və  göstərdiyi xidmət sahələrinin daha da genişlənməsinə çalışır. Təklif 
olunan xidmətlər tələbələrin təhsilin müxtəlif sahələrində tələbatlarına cavab verəcək şəkildə 
tənzimlənəcək. 
Kitabxana daha yüksək səviyyədə xidmət göstərmək üçün digər müvafiq qurumlarla da 
əməkdaşlıq  edəcək.  Kitabxana  tələbələrin  təhsil  səviyyəsini  qiymətləndirmək  üçün  müxtəlif 
tədbirlər işləyib hazırlayaraq universitetin əsas hədəflərinə çatmasına böyük töhfələr verəcək. 
Hədəf V : Elmi və elektron kitabxana sahələrinə fond ayırmaq. 
Kitabxana  hər  yöndən  istər  elektron  istərsə  də  qeyri  elektron  aktiv  intellektual  təlim  –
tədris mərkəzi kimi fəaliyyət göstərməlidir. Yeni bölmələr istifadəçilərinə qarşılıqlı əməkdaş-
lıq, təhsil və elmi mübadiləyə yararlı bir mühit təmin edəcək. Elektron kitabxana xidməti istər 
universitet daxilində, istərsədə universitetdən kənarda sərbəst tədqiqat, bilik və təcrübə müba-
diləsi  aparmağa imkan  yaradır. Kitabxana universitetdə  nisbətən daha kiçik  ərazi  əhatə  etdi-
yindən  bəzi  bölmələr  elektron  formada  xidmət  göstərir.  Kitabaxanın  gələcək  inkişaf  pers-
pektivləri və fəaliyyət planı barədə tərəfdaşlarla və fakültə rəhbərliyi məsləhətləşmələr apara-
raq  daha  yüksək  səviyyədə  və  keyfiyyətdə,  tələbatlara  tam  cavab  verəcək  şəkildə  fəaliyyət 
göstərməyə çalışırlar. 
Hədəf VI: İctimai əlaqələrlə kitabxananın əhatə dairəsini genişləndirmək. 
AzMİU kitabxana resursları və mütəxəssisləri Orta Doğu Texniki Universitetinin sosial 
missiyalarını  və  ictimai  əlaqələrini  gücləndirməyə  istiqamətlənib.  Kitabxana  AzMİU-nun 
elmi potensialını gücləndirəcək tərəfdaşlıq proqramlarında və layihələrdə iştirak edərək Bakı 
əhalisin  yerli  və  dünyəvi  maraqlarına  xidmət  edən  informasiya  təminatı  və  idarə  olunması 
məsələlərinə  mütəxəssisləri  cəlb  edərək  kitabxana,  universitetin  tədqiqat  potensialını  yüksək 
informasiya  texnologiyaları  sistemi  ilə  gücləndirmək  niyyətindədir.  Qlobal  əməkdaşlıq 
kitabxananın  nüfuzunu  artırır  və  dünyada  elmi  tədqiqat  imkanlarını  daha  da  genişləndirir. 
AzMİU-nun  qırx  illik  təcrübəsinə  əsaslanaraq  kitabxana  universitetin  əsas  beynəlxalq 
missiyalarına xidmət edən güclü baza təşkil edəcək.  
Hədəf VII:  Kitabxana heyətinin  daha böyük  uğurlar  qazanması  və  AzMİU ictimaiyyə-
tində daha geniş nüfuz sahibi olması üçün mütəşəkkil fəaliyyətin təşkili. 
Kitabxana  daha  innovativ  və  tələblərə  yüksək  cavab  verən  bir  qurum  kimi  təkmilləş-
məyə çalışacaq. Gələcək perspektivli layihələrdə iştrak etmək Universitetin akademik nailiy-
yətlərini  artırır  və  əsas  hədəflərinin  dəstəklənməsinə  gətirib  çıxarır.  Kitabxana  daimi  inkişaf 
mühitində  inkişaf  etmək  üçün  professional  özünü  idarə  etmə,  şəffaflıq  və  cavabdehlik  fəa-
liyyətlərini daha da sürətləndirəcək. 
Qeyd  etmək  lazımdır  ki,  AMEA-nın  MEK-sı  su  sahənin  inkişafında  böyük  rol  oyayır. 
Belə  ki,  Kitabxana  100-ə  yaxın  şəxsi  biblioqrafik  göstərici  hazırlamışdır  ki,  bunlarında  içərisində 
görkəmli  memarlardan:  ―Ş.Fətullayev‖,  ―C.Qiyasi‖,  ―R.Əfəndiyev‖,  ―K.Kərimov‖,  ―Ə.Salamzadə‖, 
―C.Cəfərov‖ və b. göstərmək olar [1, 58]. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 282 - 
Müxtəlif  elmi  mövzulara,  əlamətdar  və  tarixi  günlərə,  ayrı-ayrı  alim  və  yazıçı,  dövlət 
xadimləri,  görkəmli  memarlar,  konfrans  və  yubileylərə  həsr  edilmiş  ənənəvi  və  virtual 
ədəbiyyat  sərgiləri  və  eyni  zamanda  yeni  daxil  olan  kitabların  sərgiləri  də  Kitabxananın 
fəaliyyətində  mühüm  yer  tutur.  Hər  il  orta  hesabla  130-150  sərgi  təşkil  edilir.  Son  illərdə 
―Müstəqillik  illərində  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  elmi  nailiyyətləri‖,  ―Azər-
baycan memarlığı və müasirlik‖ və s. mövzu sərgilər təşkil edilmişdir [1]. 
Respublikamızda memarlığa dair ədəbiyyatı  əks  etdirən elektron biblioqrafik informa-
siya  resurslarının  yaradılması  sahəsində  M.F.Axundov  adına  Azərbaycan  Milli  Kitabxana-
sında  xeyli  işlər  həyata  keçirilmişdir.  Milli  Kitabxanada  bu  işə  1999-cu  ildən  başlanmış  və 
2000-ci ildə kitabxanada İnternet zalı istifadəyə verilmişdir. 2001-ci ildə isə kitabxanada təd-
ris  müəssisəsi  yaradılmış,  2003-cü  ildən  avtomatlaşdırılmış  idarəetmə  sisteminin  tətbiqinə 
başlanılmışdır. Sistemin proqram təminatı ABŞ-ın VTLS şirkətindən alınmış ―VİRTUA‖ adlı 
kitabxanalar  üçün  xüsusi  avtomatlaşdırılmış  proqramlar  paketi  əsasında  qurulmuşdur.  Sis-
temdə  bibloqrafik məlumat  bazalarının, elektron kataloqun tərtibi üzrə  də  xüsusi modul var-
dır. Avtomatlaşdırma işinə kitabxananın  ən vacib sahəsi  olan elektron kataloqun tərtibindən 
başlanılmış, hazırda milli ədəbiyyata dair bibloqrafik təsvirlər verilənlər bazasına daxil edilir. 
Milli Kitabxanada kitab fondlarının rəqəmsallaşdırılması prosesi uğurla davam etdirilir.  
Hazırda  Milli  Kitabxananın  AKİS-nin  tərkib  hissəsi  olan  biblioqrafik  verilənlər  baza-
sında memarlığa dair bibloqrafik informasiya çox geniş təmsil olunur. 
 
 
Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin